Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-17/2024 21.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 (mülki cavabdeh), Təqsirləndirilən şəxs2 (mülki cavabdeh), Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə2, Müdafiəçilər Müdafiəçi1, X3, X2, Müdafiəçi2, Müdafiəçi4 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Tovuz rayonu, Qaraxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, xx.xx.2006-cı il tarixdə Tovuz rayonu, Qaraxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayon Qaraxanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, xx.xx.2005-ci il tarixdə Tovuz rayon, Qaraxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, təkrar, yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin yanvar ayının dəqiq müəyyən edilməyən günündə, saat 21 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs7 evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 180 (bir yüz səksən) manat dəyərində olan bir ədəd yeddi litr su tutumlu, odla qaynayan, heç bir zədəsi və sınığı olmayan Rusiya istehsallı sadə samovarı oğurlamış, yəni Zərərçəkmiş şəxs7 məxsus 180 (bir yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin fevral-mart ayları ərzində dəqiq müəyyən edilməyən gündə, saat təxminən 13-14 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan dəyəri 8,50 (səkkiz manat əlli qəpik) manat olan 5 (beş) ABŞ dollarını, dəyəri 80 (səksən) manat olan Çin Xalq Respublikasında istehsal olunmuş, təxminən iki il bundan əvvəl alınmış, işlənmiş, heç bir zədəsi, sınığı olmayan 1 ədəd “Samsung J 5” modelli mobil telefonu, dəyəri 10 (on) manat olan 1 ədəd sadə suvenir xəncəri, hər birinin dəyəri 10 (on) manat olmaqla cəmi 20 (iyirmi) manat dəyərində, Çin Xalq Respublikasında istehsal olunmuş, heç bir zədəsi və sınığı olmayan, 2 ədəd səs ucaldan (kolonka), dəyəri 10 (on) manat olan 1 ədəd idman aləti olan dəmir qanteli, dəyəri 10 (on) manat olan, Çin Xalq Respublikasında istehsal olunmuş 1 ədəd işlənmiş sadə qol saatını, hər birinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 12 manat olan 4 cüt sadə qadın sırğasını və dəyəri 20 (iyirmi) manat olan bir ədəd cib bıçağını oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 170,50 (bir yüz yetmiş manat əlli qəpik) manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin mart ayının dəqiq müəyyən edilməyən günündə saat təxminən 20-21 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs6 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 20 manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat dəyərində, Almaniya istehsallı, az işlənmiş, hər birinin həcmi 100 milliqram olan 6 ədəd ətirləri, dəyəri 40 (qırx) manat olan Almaniya istehsallı 1 ədəd sadə qadın qol saatını, hər birinin qiyməti 100 manat olan, cəmi 200 (iki yüz) manat dəyərində, hər birinin üzərində sadə qara rəngli qaşları olan, hər biri 20 qram çəkiyə malik 2 ədəd gümüş üzükləri oğurlamış, yəni Zərərçəkmiş şəxs6 məxsus cəmi 360 (üç yüz altmış) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin mart ayının dəqiq müəyyən edilməyən günündə, saat 11 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs8 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin açıq qalmış qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 80,0 (səksən) manat olan, hər birinin çəkisi 2 qram olmaqla, Rusiya istehsalı, 583 əyarlı, ümumilikdə 400 (dörd yüz) manat dəyərində 5 ədəd qızıl dişləri oğurlamış, yəni Zərərçəkmiş şəxs8 məxsus cəmi 400,0 (dörd yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin mart ayının dəqiq müəyyən edilməyən günündə, saat 13 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs4 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin açıq qalmış qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan dəyəri 340,0 (üç yüz qırx) manat olan firuzə qaşlı, 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 cüt qızıl sırğanı, dəyəri 250 (iki yüz əlli) manat olan 3 qram çəkidə, 1 ədəd brilyant qaşlı, qızıl, 583 əyarlı, Rusiya istehsalı üzüyü, dəyəri 595,00 (beş yüz doxsan beş) manat olan, 7 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd qaşsız qızıl kişi üzüyünü, dəyəri 1050,0 (bir min əlli) manat olan 583 əyarlı, Rusiya istehsalı, 12,36 qram çəkidə 1 ədəd qaşsız qızıl qadın üzüyünü, dəyəri 510,0 (beş yüz on) manat olan, 6 qram çəkidə 1 ədəd fionit qaşlı, 583 əyarlı, Rusiya istehsalı, qızıl qadın üzüyünü, dəyəri 340,0 (üç yüz qırx) manat olan 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, sadə qaşlı, 1 ədəd qızıl qadın üzüyünü, dəyəri 100,00 (bir yüz) manat olan, 20 qram çəkidə 1 ədəd gümüş kişi boyunbağını, dəyəri 75,00 (yetmiş beş) manat olan, 15 qram çəkidə 1 ədəd gümüş kişi qolbağını oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus 3260 (üç min iki yüz altmış) manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin aprel ayının dəqiq müəyyən edilməyən günündə, dəqiq müəyyən edilməyən saatda, təxminən günorta saatlarında Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs11 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq orada paltar şkafında olan 1530,0 (bir min beş yüz otuz) manat dəyərində 1 ədəd qızıl, sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı, 18 qram çəkidə kişi nişan üzüyünü, 700 (yeddi yüz) manat dəyərində 1 ədəd 3 qram çəkidə, qızıl, 583 əyarlı, Rusiya istehsalı, brilyant qaşlı kişi üzüyünü, 935 (doqquz yüz otuz beş) manat dəyərində 1 ədəd, qızıl, 583 əyarlı, Rusiya istehsalı, qaşsız, 11 qram çəkidə qadın üzüyünü, 255 (iki yüz əlli beş) manat dəyərində 1 ədəd göy rəngli, sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə qadın qızıl üzüyünü, 425 (dörd yüz iyirmi beş) manat dəyərində 1 ədəd qırmızı rəngli sadə qaşı olan, 583 əyarlı, Rusiya istehsalı olmaqla 5 qram çəkidə qadın qızıl üzüyünü, 255 (iki yüz əlli beş) manat dəyərində 1 ədəd yantar qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə qadın qızıl üzüyünü, 595 (beş yüz doxsan beş) manat dəyərində 1 cüt 583 əyarlı, Rusiya istehsallı, 7 qram çəkidə qadın qızıl sırğasını, 1000 (bir min) manat dəyərində bir ədəd 12 qram çəkidə 583 əyarlı, qadın qızıl qol saatını, 2550 (iki min beş yüz əlli) manat dəyərində 1 ədəd 585 əyarlı, Rusiya istehsallı, 30 qram çəkidə qadın qızıl boyunbağısını, 40 (qırx) manat dəyərində Çin Xalq Respublikasında istehsal edilmiş “QUARTZ” markalı 1 ədəd sadə kişi qol saatını, 340 (üç yüz qırx) manat dəyərində 1 ədəd 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı qadın qızıl üzüyünü və 300 (üç yüz) manat məbləğində nağd pulunu oğurlamış, yəni Zərərçəkmiş şəxs11 məxsus cəmi 8925 (səkkiz min doqquz yüz iyirmi beş) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 09 may 2022-cü il tarixdə, saat 14 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 120 (bir yüz iyirmi) manat məbləğində nağd pulu, dəyəri 2000 (iki min) manat olan, üzərində 28 ədəd brilyant qaşları olan, 25 qram çəkidə, 750 əyarlı, İtalya istehsallı 1 ədəd qızıl qadın üzüyünü, dəyəri 1600 (bir min altı yüz) manat olan, üzərində 4 ədəd brilyant qaşları olmaqla, 20 qram çəkidə, 750 əyarlı, İtalyan istehsallı 1 ədəd qızıl kişi üzüyünü, dəyəri 1000 (bir min) manat olan, 750 əyarlı, İtalya istehsallı 1 ədəd qızıl qadın üzüyünü, dəyəri 500 (beş yüz) manat olan, Svaroviski adlanan materialdan hazırlanmış, 1 ədəd üzüyü, dəyəri 4200 (dörd min iki yüz) manat olan 30 qram çəkidə, 750 əyarlı, İtalya istehsallı 1 ədəd qızıl qadın boyunbağısını və həmin qızıl boyunbağının üzərində olan 10 qram çəkidə, 750 əyarlı, İtalya istehsallı 1 ədəd qızıl yaxalığı, dəyəri 510,0 (beş yüz on) manat olan Rusiya istehsallı, 1 ədəd 6 qram çəkidə 583 əyarlı qızıl yaxalığı, dəyəri 230,0 (iki yüz otuz) manat olan 585 əyarlı, 2,7 qram çəkidə, Rusiya istehsallı 1 ədəd qızıl qolbağını oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 10160 (on min bir yüz altmış) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayının dəqiq müəyyən edilməyən günündə, saat 13 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs9 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq otaqda paltar asılqanından asılmış qara rəngli qadın gödəkçəsinin sol cibindən 190 (bir yüz doxsan) manat məbləğində nağd pulu oğurlamış, yəni Zərərçəkmiş şəxs9 məxsus 190 (bir yüz doxsan) manat məbləğində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022ci ilin may ayının dəqiq müəyyən edilməyən günündə, saat 17 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs10 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin açıq qalmış qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq orada olan paltar şkafının içində olan qadın bel çantasının içindən 190 (bir yüz doxsan) manat məbləğində nağd pulu oğurlamış, yəni Zərərçəkmiş şəxs10 məxsus 190 (bir yüz doxsan) manat məbləğində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 13 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun yaşadığı evin həyətində yerləşən saxlanc yeri hesab edilən, anbar kimi istifadə olunan yardımçı tikiliyə və yaşayış sahəsinə qanunsuz daxil olaraq yardımçı tikilidə saxlanılan 40 (qırx) manat dəyərində 1 ədəd, bir il əvvəl alınmış, Rusiya istehsallı “Ural” markalı, işlənmiş, lakin işlək vəziyyətdə olan, heç bir sınığı və nasazlığı olmayan ot biçən qurğunun mühərrikini və evin otağında olan televizor altlığının üstünə qoyulmuş 250,0 (iki yüz əlli) manat dəyərində 01 ədəd, Çin Xalq Respublikasında istehsal olunmuş, təxminən 5 il bundan əvvəl alınmış və işlənmiş, heç bir sınığı və zədəsi olmayan, işlək vəziyyətdə olan “Apple Watch” markalı qadın qol saatını oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus cəmi 290 (iki yüz doxsan) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, təkrar, yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs4, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin yanvar ayının dəqiq müəyyən edilməyən günündə, saat 21 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs7 evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 180 (bir yüz səksən) manat dəyərində olan bir ədəd yeddi litr su tutumlu, odla qaynayan, heç bir zədəsi və sınığı olmayan Rusiya istehsallı sadə samovarı oğurlamış, yəni Zərərçəkmiş şəxs7 məxsus 180 (bir yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin fevral-mart ayları ərzində dəqiq müəyyən edilməyən gündə, saat təxminən 13-14 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan dəyəri 8,50 (səkkiz manat əlli qəpik) manat olan 5 (beş) ABŞ dollarını, dəyəri 80 (səksən) manat olan Çin Xalq Respublikasında istehsal olunmuş, təxminən iki il bundan əvvəl alınmış, işlənmiş, heç bir zədəsi, sınığı olmayan 1 ədəd “Samsung J 5” modelli mobil telefonu, dəyəri 10 (on) manat olan 1 ədəd sadə suvenir xəncəri, hər birinin dəyəri 10 (on) manat olmaqla cəmi 20 (iyirmi) manat dəyərində, Çin Xalq Respublikasında istehsal olunmuş, heç bir zədəsi və sınığı olmayan, 2 ədəd səs ucaldan (kolonka), dəyəri 10 (on) manat olan 1 ədəd idman aləti olan dəmir qanteli, dəyəri 10 (on) manat olan, Çin Xalq Respublikasında istehsal olunmuş 1 ədəd işlənmiş sadə qol saatını, hər birinin dəyəri 3 manat olmaqla ümumi dəyəri 12 manat olan 4 cüt sadə qadın sırğasını və dəyəri 20 (iyirmi) manat olan bir ədəd cib bıçağını oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 170,50 (bir yüz yetmiş manat əlli qəpik) manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin mart ayının dəqiq müəyyən edilməyən günündə saat təxminən 20-21 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs6 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 20 manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat dəyərində, Almaniya istehsallı, az işlənmiş, hər birinin həcmi 100 milliqram olan 6 ədəd ətirləri, dəyəri 40 (qırx) manat olan Almaniya istehsallı 1 ədəd sadə qadın qol saatını, hər birinin qiyməti 100 manat olan, cəmi 200 (iki yüz) manat dəyərində, hər birinin üzərində sadə qara rəngli qaşları olan, hər biri 20 qram çəkiyə malik 2 ədəd gümüş üzükləri oğurlamış, yəni Zərərçəkmiş şəxs6 məxsus cəmi 360 (üç yüz altmış) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin mart ayının dəqiq müəyyən edilməyən günündə, saat 11 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs8 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin açıq qalmış qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 80,0 (səksən) manat olan, hər birinin çəkisi 2 qram olmaqla, Rusiya istehsalı, 583 əyarlı, ümumilikdə 400 (dörd yüz) manat dəyərində 5 ədəd qızıl dişləri oğurlamış, yəni Zərərçəkmiş şəxs8 məxsus cəmi 400,0 (dörd yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin mart ayının dəqiq müəyyən edilməyən günündə, saat 13 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs4 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin açıq qalmış qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan dəyəri 340,0 (üç yüz qırx) manat olan firuzə qaşlı, 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 cüt qızıl sırğanı, dəyəri 250 (iki yüz əlli) manat olan 3 qram çəkidə, 1 ədəd brilyant qaşlı, qızıl, 583 əyarlı, Rusiya istehsalı üzüyü, dəyəri 595,00 (beş yüz doxsan beş) manat olan, 7 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd qaşsız qızıl kişi üzüyünü, dəyəri 1050,0 (bir min əlli) manat olan 583 əyarlı, Rusiya istehsalı, 12,36 qram çəkidə 1 ədəd qaşsız qızıl qadın üzüyünü, dəyəri 510,0 (beş yüz on) manat olan, 6 qram çəkidə 1 ədəd fionit qaşlı, 583 əyarlı, Rusiya istehsalı, qızıl qadın üzüyünü, dəyəri 340,0 (üç yüz qırx) manat olan 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, sadə qaşlı, 1 ədəd qızıl qadın üzüyünü, dəyəri 100,00 (bir yüz) manat olan, 20 qram çəkidə 1 ədəd gümüş kişi boyunbağını, dəyəri 75,00 (yetmiş beş) manat olan, 15 qram çəkidə 1 ədəd gümüş kişi qolbağını oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus 3260 (üç min iki yüz altmış) manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin aprel ayının dəqiq müəyyən edilməyən günündə, dəqiq müəyyən edilməyən saatda, təxminən günorta saatlarında Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs11 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq orada paltar şkafında olan 1530,0 (bir min beş yüz otuz) manat dəyərində 1 ədəd qızıl, sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı, 18 qram çəkidə kişi nişan üzüyünü, 700 (yeddi yüz) manat dəyərində 1 ədəd 3 qram çəkidə, qızıl, 583 əyarlı, Rusiya istehsalı, brilyant qaşlı kişi üzüyünü, 935 (doqquz yüz otuz beş) manat dəyərində 1 ədəd, qızıl, 583 əyarlı, Rusiya istehsalı, qaşsız, 11 qram çəkidə qadın üzüyünü, 255 (iki yüz əlli beş) manat dəyərində 1 ədəd göy rəngli, sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə qadın qızıl üzüyünü, 425 (dörd yüz iyirmi beş) manat dəyərində 1 ədəd qırmızı rəngli sadə qaşı olan, 583 əyarlı, Rusiya istehsalı olmaqla 5 qram çəkidə qadın qızıl üzüyünü, 255 (iki yüz əlli beş) manat dəyərində 1 ədəd yantar qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə qadın qızıl üzüyünü, 595 (beş yüz doxsan beş) manat dəyərində 1 cüt 583 əyarlı, Rusiya istehsallı, 7 qram çəkidə qadın qızıl sırğasını, 1000 (bir min) manat dəyərində bir ədəd 12 qram çəkidə 583 əyarlı, qadın qızıl qol saatını, 2550 (iki min beş yüz əlli) manat dəyərində 1 ədəd 585 əyarlı, Rusiya istehsallı, 30 qram çəkidə qadın qızıl boyunbağısını, 40 (qırx) manat dəyərində Çin Xalq Respublikasında istehsal edilmiş “QUARTZ” markalı 1 ədəd sadə kişi qol saatını, 340 (üç yüz qırx) manat dəyərində 1 ədəd 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı qadın qızıl üzüyünü və 300 (üç yüz) manat məbləğində nağd pulunu oğurlamış, yəni Zərərçəkmiş şəxs11 məxsus cəmi 8925 (səkkiz min doqquz yüz iyirmi beş) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 09 may 2022-cü il tarixdə, saat 14 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 120 (bir yüz iyirmi) manat məbləğində nağd pulu, dəyəri 2000 (iki min) manat olan, üzərində 28 ədəd brilyant qaşları olan, 25 qram çəkidə, 750 əyarlı, İtalya istehsallı 1 ədəd qızıl qadın üzüyünü, dəyəri 1600 (bir min altı yüz) manat olan, üzərində 4 ədəd brilyant qaşları olmaqla, 20 qram çəkidə, 750 əyarlı, İtalyan istehsallı 1 ədəd qızıl kişi üzüyünü, dəyəri 1000 (bir min) manat olan, 750 əyarlı, İtalya istehsallı 1 ədəd qızıl qadın üzüyünü, dəyəri 500 (beş yüz) manat olan, Svaroviski adlanan materialdan hazırlanmış, 1 ədəd üzüyü, dəyəri 4200 (dörd min iki yüz) manat olan 30 qram çəkidə, 750 əyarlı, İtalya istehsallı 1 ədəd qızıl qadın boyunbağısını və həmin qızıl boyunbağının üzərində olan 10 qram çəkidə, 750 əyarlı, İtalya istehsallı 1 ədəd qızıl yaxalığı, dəyəri 510,0 (beş yüz on) manat olan Rusiya istehsallı, 1 ədəd 6 qram çəkidə 583 əyarlı qızıl yaxalığı, dəyəri 230,0 (iki yüz otuz) manat olan 585 əyarlı, 2,7 qram çəkidə, Rusiya istehsallı 1 ədəd qızıl qolbağını oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 10160 (on min yüz altmış) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022ci ilin iyun ayının dəqiq müəyyən edilməyən günündə saat təxminən 21 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 Qoşunalı qızının və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin açıq qalmış qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin mətbəxindən 4675,0 (dörd min altı yüz yetmiş beş) manat dəyərində Rusiya istehsallı, 583 əyyarlı, 55 qram çəkidə, moruq formalı toxunuşlu, 1 ədəd qızıl boyunbağını oğurlamış, yəni Zərərçəkmiş şəxs5 Qoşunalı qızına məxsus 4675,0 (dörd min altı yüz yetmiş beş) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 13 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun yaşadığı evin həyətində yerləşən saxlanc yeri hesab edilən, anbar kimi istifadə olunan yardımçı tikiliyə və yaşayış sahəsinə qanunsuz daxil olaraq yardımçı tikilidə saxlanılan 40 (qırx) manat dəyərində 1 ədəd, bir il əvvəl alınmış, Rusiya istehsallı “Ural” markalı, işlənmiş, lakin işlək vəziyyətdə olan, heç bir sınığı və nasazlığı olmayan ot biçən qurğunun mühərrikini və evin otağında olan televizor altlığının üstünə qoyulmuş 250,0 (iki yüz əlli) manat dəyərində 01 ədəd, Çin Xalq Respublikasında istehsal olunmuş, təxminən 5 il bundan əvvəl alınmış və işlənmiş, heç bir sınığı və zədəsi olmayan, işlək vəziyyətdə olan “Apple Watch” markalı qadın qol saatını oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus cəmi 290 (iki yüz doxsan) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, təkrar, yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin mart ayının dəqiq müəyyən edilməyən günündə saat təxminən 20-21 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs6 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 20 manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat dəyərində, Almaniya istehsallı, az işlənmiş, hər birinin həcmi 100 milliqram olan 6 ədəd ətirləri, dəyəri 40 (qırx) manat olan Almaniya istehsallı 1 ədəd sadə qadın qol saatını, hər birinin qiyməti 100 manat olan, cəmi 200 (iki yüz) manat dəyərində, hər birinin üzərində sadə qara rəngli qaşları olan, hər biri 20 qram çəkiyə malik 2 ədəd gümüş üzükləri oğurlamış, yəni Zərərçəkmiş şəxs6 məxsus cəmi 360 (üç yüz altmış) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022-ci ilin aprel ayının dəqiq müəyyən edilməyən günündə, dəqiq müəyyən edilməyən saatda, təxminən günorta saatlarında Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs11 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq orada paltar şkafında olan 1530,0 (bir min beş yüz otuz) manat dəyərində 1 ədəd qızıl, sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı, 18 qram çəkidə kişi nişan üzüyünü, 700 (yeddi yüz) manat dəyərində 1 ədəd 3 qram çəkidə, qızıl, 583 əyarlı, Rusiya istehsalı, brilyant qaşlı kişi üzüyünü, 935 (doqquz yüz otuz beş) manat dəyərində 1 ədəd, qızıl, 583 əyarlı, Rusiya istehsalı, qaşsız, 11 qram çəkidə qadın üzüyünü, 255 (iki yüz əlli beş) manat dəyərində 1 ədəd göy rəngli, sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə qadın qızıl üzüyünü, 425 (dörd yüz iyirmi beş) manat dəyərində 1 ədəd qırmızı rəngli sadə qaşı olan, 583 əyarlı, Rusiya istehsalı olmaqla 5 qram çəkidə qadın qızıl üzüyünü, 255 (iki yüz əlli beş) manat dəyərində 1 ədəd yantar qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə qadın qızıl üzüyünü, 595 (beş yüz doxsan beş) manat dəyərində 1 cüt 583 əyarlı, Rusiya istehsallı, 7 qram çəkidə qadın qızıl sırğasını, 1000 (bir min) manat dəyərində bir ədəd 12 qram çəkidə 583 əyarlı, qadın qızıl qol saatını, 2550 (iki min beş yüz əlli) manat dəyərində 1 ədəd 585 əyarlı, Rusiya istehsallı, 30 qram çəkidə qadın qızıl boyunbağısını, 40 (qırx) manat dəyərində Çin Xalq Respublikasında istehsal edilmiş “QUARTZ” markalı 1 ədəd sadə kişi qol saatını, 340 (üç yüz qırx) manat dəyərində 1 ədəd 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı qadın qızıl üzüyünü və 300 (üç yüz) manat məbləğində nağd pulunu oğurlamış, yəni Zərərçəkmiş şəxs11 məxsus cəmi 8925 (səkkiz min doqquz yüz iyirmi beş) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022ci ilin may ayının dəqiq müəyyən edilməyən günündə, saat 17 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs10 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin açıq qalmış qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq orada olan paltar şkafının içində olan qadın bel çantasının içindən 190 (bir yüz doxsan) manat məbləğində nağd pulu oğurlamış, yəni Zərərçəkmiş şəxs10 məxsus 190 (bir yüz doxsan) manat məbləğində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 2022ci ilin iyun ayının dəqiq müəyyən edilməyən günündə saat təxminən 21 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 Qoşunalı qızının və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun həmin ünvanda yerləşən evinin açıq qalmış qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin mətbəxindən 4675,0 (dörd min altı yüz yetmiş beş) manat dəyərində Rusiya istehsallı, 583 əyyarlı, 55 qram çəkidə, moruq formalı toxunuşlu, 1 ədəd qızıl boyunbağını oğurlamış, yəni Zərərçəkmiş şəxs5 Qoşunalı qızına məxsus 4675,0 (dörd min altı yüz yetmiş beş) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, bu niyyətlə 13 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 və onun ailə üzvlərinin evdə olmamasından istifadə edib onun yaşadığı evin həyətində yerləşən saxlanc yeri hesab edilən, anbar kimi istifadə olunan yardımçı tikiliyə və yaşayış sahəsinə qanunsuz daxil olaraq yardımçı tikilidə saxlanılan 40 (qırx) manat dəyərində 1 ədəd, bir il əvvəl alınmış, Rusiya istehsallı “Ural” markalı, işlənmiş, lakin işlək vəziyyətdə olan, heç bir sınığı və nasazlığı olmayan ot biçən qurğunun mühərrikini və evin otağında olan televizor altlığının üstünə qoyulmuş 250,0 (iki yüz əlli) manat dəyərində 01 ədəd, Çin Xalq Respublikasında istehsal olunmuş, təxminən 5 il bundan əvvəl alınmış və işlənmiş, heç bir sınığı və zədəsi olmayan, işlək vəziyyətdə olan “Apple Watch” markalı qadın qol saatını oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus cəmi 290 (iki yüz doxsan) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Tovuz rayon Qaraxanlı kəndində anası Vüsalə, qardaşı İlkinlə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Tovuz rayon Qaraxanlı kənd sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Göyçə oğlunu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 tanıyır. Həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmkəndliləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan razılaşıb əlbir olub bir qrup təşkil edərək 2022-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin iyul ayı da daxil olmaqla adlarını yuxarıda göstərdiyi həmkəndlilərinin evindən oğurluq etməyə başlamışlar. Beləliklə, ilk oğurluğu Zərərçəkmiş şəxs7 evindən etmişdir. Həmin şəxs tək yaşayır. Yaşlı qadındır, həmin vaxtı bildiyinə görə Rusiyaya oğlunun yanına getmişdir və evdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs7 evindən oğurluq etməyi təklif etdikdə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onunla razılaşmışlar. Səhərisi günü, yanvar ayında, daha dəqiq tarixini xatırlamır, saat təxminən 21 radələrində, Təqsirləndirilən şəxs4 ilə birlikdə Xanım arvadın evinin həyətinin ətrafına çəkilmiş kubikdən hörülmüş daş hasarın üstündən keçib həyətə daxil olmuşlar. Evin giriş qapısı daxili qıfılla bağlanmışdır. Qapının qarşısında üstü şiferlə örtülmüş artırma olmuşdur. Artırmanın dəmir dayağı olan borunun üstündə Xanımın qara rəngli jileti asılmışdır. Təqsirləndirilən şəxs4 jiletin cibindən açarı çıxardıb qapını açmış və onlar içəri girmişlər. Evdə pul və qızıl zinət əşyası axtarsalar da tapa bilməmişlər. Otaqda şüşəli dolabın üzərində ağ parıltılı rəngdə təxminən 5 litrlik, odunla işləyən samovarı götürüb evdən çıxmışlar. Samovarı özləri ilə gətirdikləri kisənin içinə qoyub kənd klubunun yanına gətirib burada olan yardımçı tikilinin içərisinə qoymuşlar. Nəsimi və Bəhmanın həmin oğurluqdan xəbərləri olsa da onlarla getməmişlər. Hadisədən təxminən 4-5 gün sonra günorta vaxtlarında Polad samovarı özünün sonradan deməyinə görə kənddə tanımadığı dəmir yığana 45 manata satmışdır. Alan şəxsə samovarın oğurluq olmasını deməmişdir. Həmin puldan Polad ona heç nə verməmişdir. Növbəti oğurluğu Zərərçəkmiş şəxs1 evindən Poladla birlikdə 2022-ci ilin fevral-mart ayında etmişdir. Daha dəqiq tarixini xatırlamır. Zərərçəkmiş şəxs1 onun qonşusudur və bu evdən də oğurluq etməyi özü təklif etmişdir. Həmin günü qar yağmışdır, saat təxminən 13-14 radələri olarmış. Bəhmanla Nəsiminin oğurluq barədə xəbərləri olmamış, belə ki,onlara Sahibin evindən oğurluğa getməyi barədə heç bir söz deməmişdir. Həyətə ikisi də daş hasardan aşıb keçmişlər. Həyətdə biri böyük, digəri isə nisbətən kiçik olan iki ev var. Kiçik tikilinin arxa tərəfindən pəncərini itələyib açmaqla içəri keçmiş və sonra qapını açmış, Polad da içəri girmişdir. Orada pəncərə çərçivəsinin üstündən Polad açarı götürmüşdür. Buranı axtarsalar da pul, qızıl zinət əşyaları tapa bilməmişlər. 2-ci evdə heç kim olmamışdır. Açarla evin qapısını açıb ikisi də içəri girmişlər. Yataq otağında şkafın içində 5 ABŞ dolları olmuşdur. Həmin pulu Polad götürmüşdür. Başqa otaqda paltar şkafının içərisində bir ədəd suvenir xəncər, 1 ədəd açılıb qatlanan cib bıçağı, kompyuterə məxsus 2 ədəd səs kalonkaları, bir ədəd işlənmiş sadə qol saatı, bir ədəd qol idmanı üçün dambıl, bir ədəd “Samsung” markalı mobil telefon və 2 cüt qızıl olmayan sırğalar var imiş. Bunlar hamısı bir yerdə deyildir, fərqli-fərqli otaqlarda olmuşdur. Xəncəri, 5 ABŞ dolları əskinasını, qol saatını, 2 cüt sırğaları Polad, qalanlarını isə özü götürmüş və ikisi də evdən çıxmışlar. Oğurlamış olduqları mobil telefon isə işlək vəziyyətdə olmamışdır. Oğurlanmş 5 ABŞ dolları əskinasını həmkəndlisi Səfərin kafesində Nəsimi və Bəhmanla qəlyana və çaya xərcləmişdir. Həmin vaxt onlar da bilirmişlər ki, Sahibin evindən Poladla birlikdə oğurluq etmişlər. Xəncəri Polad sonra istintaqa təqdim etmiş, qol saatını və 2 cüt sırğaları sata bilmədiyi üçün kənddə küçənin kənarına atmışdır. Sonrakı oğurluğu Zərərçəkmiş şəxs6 evindən 2022-ci ilin mart ayında, dəqiq vaxtını xatırlamır, saat 20-21 radələrində dördüdə birlikdə etmişlər. Həmin şəxsin evdə olmamasını bilib həyətə arxa tərəfdən setka qapıdan keçib girmişlər. Evin işıqları yanmadığından bilmişlər ki, ev sahibi evdə yoxdur. Həyətdə olan yardımçı tikilidə dolabda olan açarı götürmüş, açarla qapını açıb evə girmişlər. Açar olan evdə açarın yanında 2 ədəd sadə, qara qaşlı bijuteriya üzüklər olmuşdur. Həmin üzükləri Polad götürmüş, bunu ona, Nəsimi və Bəhmana demişdir. Sonra Polad 2-ci evin qapısını açmışdır. Dördü də evə girmişlər. Qonaq otağında 6 ədəd qadın ətri olmuşdur. Ətirləri onunla Bəhman, Polad isə sadə qadın qol saatını götürmüşdür. Onlar buradan da çıxıb evlərinə getmişlər. Polad götürdüyü üzüklərin satılmayacağını güman edib kənddə küçədə atmış, saatı sonra istintaqa təqdim etmişdir. Ətirləri isə Bəhman, Nəsimi və özü kənddə küçədə atmışlar. Daha sonra, qonşusu Zərərçəkmiş şəxs8 evindən 2022-ci ilin martında saat təxminən 11-12 radələrində Poladla birlikdə oğurluq etmişlər. Bəhmanla Nəsiminin bu oğurluqdan xəbərləri olmamışdır. Həyətə darvazanın kənarında olan tor setkanın üstündən keçməklə girmişlər. Evin qapısı açıq vəziyyətdə olmudur. Otaqda olan kiçik dolabın içindən beş ədəd kişi qızıl dişlərini götürmüşlər. Belə ki, Polada demişdir ki “götür, sata bilərik.” Dişlərin nəyəsə büküldüyünü xatırlamır. Polad da dişləri götürüb cibinə qoymuşdur. Bundan sonra oradan çıxıb evlərinə gəlmişlər. Dişləri heç kimə təklif etməmiş və sonradan Poladın özünün deməsinə görə kənd qəbirstanlığına gedən yolda olan əkin sahəsinə atmışdır. Növbəti oğurluğu Zərərçəkmiş şəxs4 evindən 2022-ci ilin mart ayında dəqiq vaxtını xatırlamır, saat 14 radələrində Poladla birlikdə etmişdir. Nəsimi və Bəhmanın bu oğurluqdan əvvəlcədən xəbərləri olmamışdır. Həmin şəxsin evdə olmamasını bilib qonşusu Elxanın qardaşı Əlixanın həyətindən keçib Elxanın həyətinə girmişlər. Evin qapısı açıq vəziyyətdə olmuşdur. Həmin evin 2-ci mərtəbəsində yataq otağından sandığa qoyulmuş 1 cüt qızıl sırğa,1 ədəd brilyant qaşlı üzük, 1 ədəd qaşsız qızıl kişi üzüyü, 1 ədəd qaşsız qadın qızıl üzüyü,1 ədəd fionit qaşlı qızıl qadın üzüyü,1 ədəd sadə qaşlı qadın qızıl üzüyü,bir ədəd gümüş kişi boyunbağısını,1 ədəd gümüş kişi qolbağını oğurlamışlar. Evdən çıxıb buradan saat 15 radələrində qonşusu Səfərin kənddə olan kafesinə getmişlər. Məqsədi həmin qızıl və gümüş zinət əşyalarını Səfərə satmaq olmuşdur. Səfərə əvvəl bunların babasına məxsus olmasını dedikdə o inanmamış, sonra oğurluq etməyi və həmin əşyaların Elxana məxsus olduğunu ona bildirmişlər. O da heç bir söz deməmişdir. Razılaşıb hamısını bir yerdən cəmi 350 (üç yüz əlli) manata Səfərə satmışlar. Həmin pulu Nəsimi, Polad və Bəhmanla birlikdə Girzan kəndində və Tovuz şəhərində müxtəlif yeməkxanalarda xərcləmişlər. Başqa oğurluğu həmkəndlisi Zərərçəkmiş şəxs11 evindən Polad və Bəhmanla birlikdə 2022-ci ilin aprel ayının təxminən 20-25 arası olan müddətdə etmişlər. Firudinin arvadı Dünya Poladın anasının iş yoldaşıdır, hər ikisi kənddə tibb məntəqəsində işləyirlər. Polad demişdir ki, “evdə heç kim yoxdur, gedək oğurluq edək”. Nəsimi həmin vaxtı söhbətdə olmamışdır. Həyətə arxa tərəfdə olan dəmir qapıdan keçməklə girmişlər. Saat vaxtını xatırlamır. Evdə talvarın dəmir borusunun üstündə ağlı-qaralı qadın jiletin cibindən açarı götürüb qapını açmış və Poladla ikisidə evə girmişlər. Bəhman isə əvvəlcədən danışıqlarına əsasən küçədə dayanmışdır ki, kimsə gəlsə telefonla xəbər versin. Orada yataq otağında olan paltar şkafındakı qutudan 7 ədəd qızıl üzükləri, bir cüt sırğanı, qızıl qadın qol saatını,qadın qızıl boyunbağıını və adi materialdan hazırlanmış bir ədəd kişi qol saatını Polad götürmüşdür. Həmin qutuda qadın pul kisəsinin içində bir ədəd 100 manat pul olmuş və pulu isə özü götürmüşdür. Sonra qapıdan çıxıb evdən uzaqlaşmışlar. Tanışı və həmkəndlisi Kamrana Poladla birlikdə zəng edib oğurluq etdiyi evdən 2-3 küçə aralıda olan yerə gəlməyi dəvət eləmişlər. Kamranın “Meqan” markalı, nömrəsini xatırlamadığı minik avtomobili var və o həmin avtomobillə taksilik fəaliyyəti ilə məşğuldur. Kamran gəldikdə onunla Bəhman Firudinin yaşadığı küçənin baş tərəfində olmuşlar. Kamran tək gəlmişdir. Kamrana onları Girzan kəndinə Kür çayının sahilinı aparmağı təklif etmişlər. Buraya çatdıqda Kamrana, Polad Firudinin evində qızıl zinət əşyaları oğurlamaqlarını deyib onu inandırmaqdan ötrü həmin zinət əşyalarını cibindən çıxardıb göstərib təklif etmişlər ki, həmin qızıl zinət əşyalarını satmaqda onlara köməklik etsin. Hətta şirnikləndirmək üşün Kamrana oğurlanmış qol saatını hədiyyə verib bildirmişlər ki,qızılları sata bilsən pul da verəcəklər. Kamran da qızıl zinət əşyalarının oğurluq olmasını bildikdən sonra onlara etiraz etmək əvəzinə razılıq vermişdir ki, bunları satmaqda kömək edər.Bundan sonra qol saatını və qızıl zinət əşyalarını Kamran götürmüşdür. Təxminən 3 (üç) gündən sonra Kamran Polada evlərinin qarşısında küçənin baş tərəfində 1900 (min doqquz yüz) manat pul vermişdir. Bu puldan Poladla Kamrana 150 (yüz əlli) manat vermişlər. 1750 manat pulu isə həmin günü Bəhman və Poladla Kamranın maşını ilə Tovuz şəhərinə gedib təxminən 100-200 manatlıq bazarlıq edib həmin bazarlıqları 4 yerə bölüb hər birini ayrı-ayrılıqda qablaşdırmışlar. Sonra təxminən 200-500 manat arası pulu Xoşqədəmin verilişində adını bilmədiyi bir nəfər ağır xəstənin müalicəsi üçün açılmış hesaba köçürülmüş, qəbzi isə atmışlar. Bu köçürmə təxminən 27-28 aprel 2022-ci il tarixlərdə baş vermişdir. Sonradan edilmiş bazarlıqları Tovuz rayon Qədirli kəndində adlarını xatırlamadığı iki nəfər sakinə vermişlər. Elə həmin günüdə onunla Kamran Tovuz şəhərində yaşayan daha 2 nəfərə ərzaq payı vermişlər. Yerdə qalan pulları isə Nəsimi də daxil olmaqla yeyib içməyə xərcləmişlər. Növbəti oğurluğu Polad və Nəsimi ilə birlikdə qonşusu Zərərçəkmiş şəxs2 evindən 09 may 2022-ci il tarixdə saat 14-15 radələrində etmişlər. Burada Nəsimi ilə o Polada ”sən küçədə dayan, gələn olsa telefonla zəng edib xəbər edərsən” demiş və Polad küçədə dayanmışdır. Onunla Nəsimi isə Vaqifin evinə girib 2-ci mərtəbədə sağ tərəfdə olan şkafdan 3 ədəd qızıl qadın üzüyünü, bir ədəd qızıl qadın boyunbağını, bir ədəd qızıl qadın bilərziyini oğurlamışlar. Həmin qızıl zinət əşyaları torbada olmuşdur. Eyni zamanda özü evdən 120 manat pulu 1-ci mərtəbədə olan paltar şkafının içindən oraya yığılmış “pastel”lərin altından oğurlamışdır. Bu barədə Poladla Nəsiminin məlumatı sonradan olmuşdur. Belə ki, özü bu barədə onlara sonradan özü demişdir. Polad bir ədəd bilərziyi xoşuna gəldiyi üçün ona və Nəsimiyə deyib özünə götürmüşdür. Yerdə qalanları isə Səfərə satmaq üçün vermişlər. Səfərə bu zinət əşyalarının həmkəndlisi Vaqifin evindən oğurlanmağını deyib satmağı təklif etmişlər. O da həmin üzükləri və boyunbağını satıb Polada bir üzüyə görə 100 manat pul verib, “2 üzüyü kafenin yanındakı arxa atmışam”demişdir. Boyunbağıya görə isə Səfər Polada 150 manat pul vermişdir. Pulları Polad, Nəsimi və Bəhmanla birlikdə müxtəlif vaxtlarda yeyib içməyə xərcləmişlər. Başqa oğurluğu 2022-ci ilin may ayında, daha dəqiq vaxtını bilmir, Zərərçəkmiş şəxs9 evindən saat 13-14 radələrində evə pəncərədən keçməklə daxil olub otaqda paltar asılqanının asılmış qara rəngli qadın gödəkçəsiinin sol cibindən 190 manat pul oğurlamışdır. Həmin pulu öz ehtiyacına xərcləmişdir. Polad, Nəsimi və Bəhman həmin oğurluqda iştirak etməmiş və ümumiyyətlə bu hadisəni sonradan bilmişlər. Növbəti oğlurluq Zərərçəkmiş şəxs9 evindən sonra, 2022-ci ilin may ayında həmkəndlisi Zərərçəkmiş şəxs10 evindən olmuşdur. Zərərçəkmiş şəxs10 evinə saat 17 radələrində Bəhmanla bir yerdə girmişlər. Belə ki, əvvvəl onunla Bəhman evin zirzəmisinə açıq qapıdan keçməklə girmişlər. Zirzəmi ilə evin otağı arasında döşəmə vurulmadığından bundan istifadə edib boş yerdən otağa girmişlər. Buradan da başqa otağa keçib paltar şkafında olan qadın bel çantasının içərisindən 160 manat pul götürmüşdür. Bundan sonra evdən çıxmışlar. Pulu sonradan Polad, Nəsimi və Bəhmanla birlikdə yemək içməyə xərcləmişlər. Axırıncı oğurluğu 13 iyul 2022-ci il tarixdə saat təxminən 23 radələrində Polad və Bəhmanla birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs3 həyətindən və evindən etmişlər. Belə ki, həmin evin həyətinə evin ətrafına çəkilmiş arxa tor setkanın üstündən keçməklə girmişlər. Buraya girməkdə məqsəd Bəhmanla onun, Eltaya məxsus ot biçən qurğusunun mühərrikini oğurlamaq olmuşdur. Həyətədə olan yardımçı tikilidə benzinlə işləyən ot biçənin mühərrikini vintaçan və ya kəlbətinlə (plaskoqubsosla) söküb kənara qoymuşlar. Bundan sonra evin açıq qapısından keçib mənzilə daxil olmuşlar. Polad televizorun altlığının üstündə olan bir ədəd “ Apple Watch” markalı elektron qol saatını götürmüşdür. Saat işlək vəziyyətdə deyildir. Belə ki, “zaryadka”sı yox idi. Sonradan həmin saatı Polad istintaqa təqdim etmişdir. Bəhman isə mühərriki evlərinə aparmışdır. Bu oğurluqda pul qazanılmamışdır. Hazırda etmiş olduğu əməldən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslərə dəymiş ziyanın xeyli hissəsini ödəmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Tovuz rayonu, Qaraxanlı kəndində valideynləri, qardaşı Əsəd və bacısı Leyla ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndliləridir, onunla eyni yaşda olan şəxslərdir. Aralarında münasibət yaxşıdır. Tovuz rayon Qaraxanlı kənd sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Göyçə oğlunu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 Qoşunalı qızını, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 tanıyır, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan razılaşıb əlbir olub bir qrup təşkil edərək 2022ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin iyul ayı da daxil olmaqla adlarını yuxarıda göstərdiyi həmkəndlilərinin evindən oğurluq etməyə başlamışlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən danışıb razılığa gəlməklərinə əsasən oğurluqdan əldə edilmiş pul və ya oğurlanmış hər hansı bir əşyanın satışından əldə edilmiş pulu yalnız yeyib-içməyə xərclənməli idi. Bu onlar arasında əvvəlcədən danışıb razılığa gəldikləri şərt olmuşdur. 2022-ci ilin yanvar ayında, dəqiq gününü xatırlamır, günortadan sonra kəndlərində olan klubun həyətində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə hamısı pullarının olmadığını, valideynlərinin maddi imkanı zəif olduğundan onlara istədikləri pulu vermədiyi barədə söhbət etmişlər. Bu zaman onlardan kimsə, dəqiq xatırlamır, kənddə evlərə girib oğurluq etməyi, yəni, ərzaq məhsullarından başqa, pul, qızıl zinət əşyaları və ya satılması mümkün ola bilən əşya oğurlamağı, oğurlanmış əmlakı satmağı və əldə olunan pulu aralarında bərabər bölməyi təklif etdikdə hamı bu təkliflə razılaşmış və bununla da oğurluq etmək barədə əvvəlcədən razılığa gəlmişlər. Beləliklə, ilk oğurluğu qonşusu Zərərçəkmiş şəxs7 evindən 2022-ci ilin yanvar ayında, dəqiq tarixini xatırlamır, saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə etmişlər. Həmin günü Xanım arvadın həyətinin ətrafına çəkilmiş daş hasarın üstündən keçib həyətə daxil olmuşlar. Evin giriş qapısı daxili qıfilla bağlanmışdır. Qapının qarşısında üstü şiferlə örtülmüş artırma olmuşdur. Artırmanın dəmir dayağı olan borunnu üstündə Xanımın qara rəngli jileti asılmışdır. Jiletin cibindən açarı çıxardıb qapını açıb içəri girmişlər. Evdə pul və qızıl zinət əşyası axtarsalar da tapa bilməmişlər. Otaqda şüşəli dolabın üzərində ağ parıltılı rəngdə olan təxminən 5 litrlik, odunla işləyən samovarı götürüb özləri ilə gətirdikləri kisəyə qoyub evdən çıxıb kənd klubunun yanına gəlib samovarı burada olan yardımçı tikilinin içərisinə qoymuşlar. Hadisədən təxminən 4-5 gün sonra günorta vaxtlarında samovarı kənddə tanımadığı şəxsin köhnə, nömrəsini bilmədiyi boz rəngli QAZ-24 markalı avtomobillə hərlənərək dəmir yığan şəxsə 45 manata satmış, həmin şəxsə samovarın oğurluq olmasını deməmişdir. Əldə edilmiş pulu Tovuz şəhərinə gəlib xatırlamadığı kafedə yeyib içməyə xərcləmişlər. Növbəti oğurluğu Zərərçəkmiş şəxs1 evindən Aydınla birlikdə 2022-ci ilin fevral ayında etmişlər. Həmin vaxtı qar yağmışdır, saat təxminən 13-14 radələri olmuşdur. Bəhmanla Nəsiminin oğurluq barədə xəbərləri olmamış, onlara Sahibin evindən oğurluğa getməyi barədə heç bir söz deməmişlər. Həyətə ikisi də daş hasardan aşıb keçmişlər. Həyətdə biri böyük, digəri isə nisbətən kiçik olan iki ev olmuşdur. Aydın həmin kiçik evin arxa tərəfindən pəncərini itələyib açmaqla içəri keçmiş, sonra qapını açmış və o da içəri girmişdir. Burada pəncərə çərçivəsinin üstündə açarı götürmüşdür. Həmin otaqda pul, qızıl zinət əşyaları tapa bilməmişlər. Daha sonra 2-ci evin qapısını açıb içəri girmişlər. Onlar, yataq otağında şkafın içində 5 ABŞ dollarını və başqa otaqda paltar şkafının içərisində bir ədəd suvenir xəncəri, 1 ədəd açılıb qatlanan cib bıçağı, kompyuterə məxsus 2 ədəd səs kalonkaları, bir ədəd işlənmiş sadə qol saatını, bir ədəd qol idmanı üçün dambılı, bir ədəd “Samsung” markalı mobil telefonu və 2 cüt qızıl olmayan sırğalar götürmüşlər. Həmin əşyalar fərqli-fərqli otaqlarda olmuşdur. Xəncəri, 5 ABŞ dollarını, qol saatını, 2 cüt sırğaları özü, qalanlarını isə Aydın götürmüş və ikisi də evdən çıxmışlar. Telefon işlək vəziyyətdə olmamışdır. Belə ki, açmaq istəsələr də açılmamışdır. 5 ABŞ dollarını həmkəndlisi Səfərin kafesində Nəsimi və Bəhmanla qəlyana və çaya xərcləmişdir. Həmin vaxtı onlar da bilmişlər ki, Sahibin evindən Aydınla birlikdə oğurluq etmişlər. Xəncəri sonra istintaqa təqdim etmiş, qol saatını və 2 cüt sırğaları sata bilmədiyi üçün kənddə küçənin kənarına atmışdır. 1 ədəd açılıb qatlanan cib bıçağı, kompyuterə məxsus 2 ədəd səs kolonkaları, bir ədəd qol idmanı üçün dambılı, bir ədəd “Samsung” markalı mobil telefon Aydında qaldığından sonradan Aydının həmin əşyaları satıb satmadığı barədə onda heç bir məlumat olmamış, Aydın bu oğurluqla əlaqədar ona pul verməmişdir. Sonrakı oğurluğu Zərərçəkmiş şəxs6 evindən 2022ci ilin mart ayında, daha dəqiq vaxtını xatırlamır, saat 20-21 radələrində dördü də birlikdə etmişlər. Həmin şəxsin evdə olmamasını bilib həyətə arxa tərəfdən setka qapıdan keçib girmişlər. Həyətdə olan yardımçı tikilidə dolabda olan açarı götürmüş və açarla qapını açıb evə girmişlər. Açar olan evdə açarın yanında 2 ədəd sadə,qara qaşlı bjiteriya üzüklər olmuşdur. Həmin üzükləri özünə götürüb Aydın, Nəsimi və Bəhmana bu barədə demişdir. Sonra 2-ci evin qapısını açmışdır. Dördü də evə girmişlər. Qonaq otağında 6 ədəd qadın təzə ətirlari olmuşdur. X8, özü isə sadə qadın qol saatını götürmüş, elə oradan da çıxıb evlərinə getmişlər. Götürdüyü üzüklərin satılmayacağını güman edib kənddə küçədə atmış, saatı isə sonra istintaqa təqdim etmişdir. Ətirləri isə Bəhmam, Nəsimi və Aydın kənddə küçədə atmışlar. Növbəti oğurluğu Aydının qonşusu Zərərçəkmiş şəxs8 evindən 2022-ci ilin martında, daha dəqiq tarixini xatırlamır, saat təxminən 11-12 radələrində Aydının təklifinə əsasən etmişlər. Bəhmanla Nəsiminin əvvəlcədən bu oğurluqdan xəbərləri olmamışdır. Həyətə darvazanın kənarında olan tor setkanın üstündən keçməklə girmişlər. Evin qapısı açıq olduğundan qapıdan otağa daxil olmuşlar. Otaqda olan kiçik dolabın içindən beş ədəd kişi qızıl dişlərini götürmüşdür. Belə ki, Aydın demişdir ki, “götür, sata bilərik.” Dişlərin nəyəsə büküldüyünü xatırlamır. Dişləri götürüb cibinə qoymuşdur. Dişləri alınmasından ötrü heç kimə təklif etməmiş və sonradan həmin dişləri kənd qəbirstanlığına gedən yolda olan əkin sahəsinə atmışdır. Növbəti başqa oğurluğu Zərərçəkmiş şəxs4 evindən 2022-ci ilin mart ayında dəqiq vaxtını xatırlamır, saat 13-14 radələrində Aydınla birlikdə etmişlər. Nəsimi və Bəhmanın bundan əvvəlcədən xəbərləri olmamışdır. Həmin şəxsin evdə olmamasını bilib qonşusu Elxanın qardaşı Əlixanın həyətindən keçib Elxanın həyətinə girmişlər. Aydınla Elxan qonşu olduğundan Aydın demişdir ki, “evdə heç kim yoxdur.” Ona görə də bu evə Aydının təklifinə əsasən qapının açarını açmaqla girmişlər. Həmin açarı Aydın götürmüşdür. Haradan götürməsini xatırlamır. Həmin evdən 2-ci mərtəbədə yataq otağından sandığa qoyulmuş 1 cüt qızıl sırğa, 1 ədəd brilyant qaşlı üzük, 1 ədəd qaşsız qızıl kişi üzüyü,1 ədəd qaşszı qadın qızıl üzüyü,1 ədəd fionit qaşlı qızıl qadın üzüyü, 1 ədəd sadə qaşlı qızıl qadın üzüyü, bir ədəd gümüş kişi boyunbağı,1 ədəd gümüş kişi qolbağı oğurlanmışdır. Evdən çıxıb buradan qonşusu Səfərin kafesinə getmişlər.Ona qızılların Elxanın evindən oğurladıqlarını deyib hamısını bir yerdən cəmi 350 (üç yüz əlli) manata Səfərə satmışlar. Həmin pulu Nəsimi, Aydın və Bəhmanla birlikdə Girzan kəndində və Tovuz şəhərində müxtəlif yeməkxanalarda xərcləmişlər. Daha sonrakı oğurluğu həmkəndlisi Zərərçəkmiş şəxs11 evindən Aydın və Bəhmanla birlikdə 2022-ci ilin aprel ayının təxminən 20-25 arası olan müddətdə etmişdir. Firudinin arvadı Dünya onun anasının iş yoldaşıdır, hər ikisi kənddə tibb məntəqsində işləyirlər. Onun təklifinə əsasən Aydınla Bəhman həyətə arxa tərəfdə olan dəmir qapıdan keçməklə girmişlər. Saat vaxtını xatırlamır. Evdə talvarın dəmir borusunun üstündə asılmış ağlı-qaralı qadın jiletinin cibindən Aydın açarı götürüb qapını açmış və Aydınla ikisi evə girmişlər. Bəhman isə küçədə dayanmışdır. Belə ki, Bəhmən kimsə gəlsə onlara telefonla zəng edib xəbər verməli idi. Evdən yataq otağında olan paltar şkafında olan qutudan 7 ədəd qızıl üzükləri, bir cüt sırğanı, qadın qızıl qol saatını, qadın qızıl boyunbağını və adi materialdan hazırlanmış bir ədəd kişi qol saatını götürmüşdür. Həmin qutuda qadın pul kisəsinin içində bir ədəd 100 manat pul olmuş, pulu da Aydın götürmüşdür. Sonra qapıdan çıxıb evdən uzaqlaşmışlar. Tanışı və həmkəndlisi Kamrana zəng edib oğurluq etdiyi evdən 2- 3 küçə aralıda olan yerə gəlməyi dəvət etmişlər. Bir azdan Kamran markasını və nömrəsini bilmədiyi xarici markalı minik avtomobillə gəldikdə onları Girzan kəndinə Kür çayının sahilinı aparmağı təklif etmişlər. Həmin yerə çatdıqda Kamrana Firudinin evində qızıl zinət əşyaları oğurlamalarını deyib inandırmaqdan ötrü həmin zinət əşyalarını cibindən çıxardıb ona göstərərək təklif etmişdir ki, həmin qızıl zinət əşyalarını satmaqda köməklik etsin və şirnikləndirmək üçün ona oğurlanmış qol saatını hədiyyə verərək bildirmişdir ki, qızılları sata bilsə pul da verəcəkdir. Kamran da qızıl zinət əşyalarının oğurluq olmasını bildikdən sonra onlara etiraz etmək əvəzinə satmağa razılıq vermişdir. Bundan sonra Kamran qol saatını və qızıl zinət əşyalarını onlardan götürmüşdür. Təxminən 3 (üç) gündən sonra Kamran ona evlərinin qarşısında küçənin baş tərəfində 1900 (bir min doqquz yüz) manat pul vermişdir. Bu puldan Kamrana 100 (yüz) manat vermişdir. Həmin vaxtı ikisi olmuşlar. 1800 manat pulu isə səhərisi günü Aydın, Bəhmanla Kamranın maşını ilə Tovuz şəhərinə gedib təxminən 100-200 manatlıq bazarlıq etmişlər və həmin bazarlıqları 4 yerə bölüb hər birini ayrı-ayrılıqda qablaşdırmışlar. Sonra təxminən 200-500 manat arası pulu (dəqiq miqdarını xatrlamır) Xoşqədəmin verilişində adını bilmədiyi bir nəfər ağır xəstənin müalicəsi üçün açılmış hesaba köçürülmüş, bununla bağlı qəbzi isə atmışlar. Bu köçürmə təxminən 27-28 aprel 2022-ci il tarixdə baş vermişdir. Sonradan etmiş olduqları bazarlıqları Qədirli kəndində adlarını xatırlamadığı, iki nəfər sakinə vermişlər. Elə həmin günüdə Aydın və Kamranla birlikdə Tovuz şəhərində yaşayan daha 2 nəfərə ərzaq payı vermişlər. Yerdə qalan pulları isə Nəsimidə daxil olmaqla yeyib içməyə xərcləmişlər. Sonrakı oğurluğu Aydın və Nəsimi ilə birlikdə Aydının qonşusu Zərərçəkmiş şəxs2 evindən 09 may 2022-ci il tarixdə saat 14-15 radələrində Aydının təklifinə əsasən etmişlər. Belə ki, Aydın xatırlamadığı mobil telefon nömrəsi ilə istifadə etdiyi ***-***-**-** nömrəli mobil nömrəmə zəng edib bildirmişdir ki, “Vaqif ailəsi ilə evdən çıxıb Kürün qırağına getdi, ev boşdur, oğurluq etmək mümkündür”. Ona görə də Nəsimi ilə birlikdə piyada Aydıngilə gəlmişlər. Burada o Aydını küçəyə çağırmışdır. X15 demişlər ki, “sən küçədə dayan, gələn olsa telefonla zəng edib xəbər edərsən.” O da küçədə dayanmışdır. Aydınla Nəsimi isə Vaqifin evinə girib 3 ədəd qızıl qadın üzüyünü, bir ədəd qızıl qadın boyunbağısını, bir ədəd qızıl qadın bilərziyini oğurlamışlar. Həmin qızıl zinət əşyalar torbada olmuşdur. Onlar torbanı ona verib zinət əşyalarını satmağı təklif etmişlər. Sonradan bilmişdir ki, Aydın həmin evdən 100 ( yüz ) manatda pul oğurlamışdır. Bu barədə Aydın özü ona demişdir. Həmin üzüklərin brilyant qaşlı olub-olmamasını xatırlamır. Bir ədəd bilərziyi xoşuna gəldiyi üçün Nəsimiyə deyib özünə götürmüşdür. Yerdə qalanları isə Səfərə satmaq üçün vermiş və Səfərə bu zinət əşyalarının həmkəndlisi Vaqifin evindən oğurlamağını deyib satmağı təklif etmişdir. Həmin vaxtı ikisi olmuşlar. Səfər də həmin üzükləri və boyunbağını satıb ona bir üzüyə görə 100 manat pul verib demişdir ki, “2 üzüyü kafenin yanındakı arxa atmışam”. Boyunbağıya görə Səfər ona 150 manat pul vermişdir. Pulları Aydın, Nəsimi və Bəhmanla birlikdə müxtəlif vaxtlarda yeyib içməyə xərcləmişlər. Növbəti oğurluğu 2022-ci ilin iyun ayının 15-20 arası olan müddətdə, daha dəqiq vaxtını xatırlamır, saat təxminən 21 radələrində Bəhmanla birlikdə həmkəndlisi Ehtiraz adlı qadının həyətinə daş hasarın üstündən aşıb,daha sonra isə evin açıq vəziyyətdə qalmış qapısından keçməklə etmişlər. Aydınla Nəsimi həmin oğurluqda iştirak etməmişlər. Evdə heç kim olmamışdır. Burada qızıl zinət əşyaları və pul oğurlamağa girmişlər. Onlar evə girib otaqları gəzmiş,heç nə tapa bilməyib evdən çıxmışlar. Axırıncı oğurluğu 13 iyul 2022-ci il tarixdə saat təxminən 23 radələrində Aydın və Bəhmanla birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs3 həyətindən və evindən etmişlər. Belə ki, evin həyətinə tor setkanın üstündən keçməklə girmişlər. Həmin evə girməkdə məqsəd Bəhmanla Aydın, Eltaya məxsus ot biçənin matorunu oğurlamaq olmuşdur. Onlar əl damında benzinlə işləyən ot biçənin mühərrikini orada olan vintaçan və ya kəlbətinlə söküb kənara qoymuşlar. Bundan sonra onlar həyətdə olan evə açıq qapıdan keçib otağa girmişlər. Otağa daxil olduqdan sonra televizorun altlığının üstündə olan bir ədəd “Apple Watch” markalı elektron qol saatını götürmüş, lakin saat işlək vəziyyətdə olmamışdır. Belə ki, saat “zaryadkasız”olmuşdur. Sonradan həmin saatı istintaqa təqdim etmişdir. Bəhman isə həmin mühərriki özü ilə evlərinə aparmışdır. Bu oğurluqda pul qazanılmamışdır. Bununla da, onun oğuluq fəaliyyəti Zərərçəkmiş şəxs3 evindən etmiş olduğu oğurluqla başa çatmışdır. Hazırda etmiş olduğu əməldən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslərə dəymiş ziyanın xeyli hissəsini ödəmişdir. Həmçinin tələbədir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayon Qaraxanlı kəndində valideynləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndliləridir, onunla eyni yaşda olan şəxslərdir. Aralarında münasibət yaxşıdır. Tovuz rayon Qaraxanlı kənd sakinləri Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 Qoşunalı qızını və Zərərçəkmiş şəxs10 tanıyır,həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır.Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan razılaşıb əlbir olub bir qrup təşkil edərək 2022-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin iyul ayı da daxil olmaqla adlarını yuxarıda göstərdiyi həmkəndlilərinin evindən oğurluq etməyə başlamışlar. Beləliklə,ilk oğurluğu Zərərçəkmiş şəxs6 evindən 2022-ci ilin mart ayında dəqiq vaxtını xatırlamır, saat 20-21 radələrində Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 birlikdə etmişlər. Həmin şəxsin evdə olmamasını bilib həyətə arxa tərəfdən setka qapıdan keçib girmişlər. Polad həyətdə olan yardımçı tikilidə dolabda olan açarı götürmüş və açarla qapını açıb evə girmişlər. Açar olan evdə açarın yanında 2 ədəd sadə,qara qaşlı bijuteriya üzüklər olmuşdur. Həmin üzükləri Polad götürmüşdür. Sonra 2-ci evin qapısını açmışlar. Dördü də evə girmişdir. Qonaq otağında 6 ədəd qadın ətri olmuşdur. Onlar istifadə edilməmişdir, belə ki, qabları açılmamışdır. Ətirləri Aydınla özü, Polad isə sadə qadın qol saatını götürmüşdür. Buradan çıxıb evlərinə getmişlər. Ətirləri isə onunla Nəsimi və Aydın kənddə küçədə atmışlar. Növbəti oğurluğu həmkəndlisi Zərərçəkmiş şəxs11 evindən Aydın, Polad və özü 2022-ci ilin aprel ayının təxminən 20-25 arası olan müddətdə etmişdir. Firudinin arvadı Dünya Poladın anasının iş yoldaşıdır, hər ikisi kənddə tibb məntəqsində işləyirlər. Poladın təklifinə əsasən Aydın və Polad həyətə arxa tərəfdə olan dəmir qapıdan keçmişlə girmişlər. Saat vaxtını xatırlamır. Özü isə küçədə dayanmışdır. Belə ki, kimsə gəlsə telefonla xəbər verməli idi. Evdən 7 ədəd qızıl üzük, bir cüt sırğa, qadın qızıl qol saatı, qadın qızıl boyunbağı və adi materialdan hazırlanmış bir ədəd kişi qol saatı və 100 manat pul oğurlandıqdan sonra evdən uzaqlaşmışlar. Polad tanışı və həmkəndlisi Kamrana zəng edib oğurluq etdiyi evdən 2-3 küçə aralıda olan yerə gəlməyi dəvət etmişdir. Bir azdan Kamran markasını və nömrəsini bilmədiyi xarici markalı minik avtomobili gəldikdə onları Girzan kəndinə Kür çayının sahilinı aparmağı təklif etmişlər. Buraya çatdıqda Kamrana Firudinin evindən qızıl zinət əşyaları oğurlamaqlarını deyib inandırmaqdan ötrü həmin zinət əşyalarını Polad cibindən çıxardıb ona göstərmiş və təklif etmişdir ki, qızıl zinət əşyalarını satmaqda köməklik etsin və şirnikləndirmək üçün ona oğurlanmış qol saatını hədiyyə verdikdən sonra bildirmişdir ki,”qızılları sata bilsə pul da verəcədir.” Kamran da qızıl zinət əşyalarının oğurluq olmasını bildikdən sonra onlara etiraz etmək əvəzinə razılıq vermişdir ki, bunlara satmaqda kömək edər. Bundan sonra Poad qol saatını və qızıl zinət əşyalarını götürmüşdür. Təxminən 3 (üç) gündən sonra Kamran Polada evlərinin qarşısında küçənin baş tərəfində 1900 (min doqquz yüz) manat pul vermişdir. Bu puldan Kamrana 100 (yüz) manat verilmişdir. 1800 manat pulu isə səhərisi günü Aydın, Polad və özü Kamranın maşını ilə Tovuz şəhərinə gedib təxminən 100-200 manatlıq bazarlıq etmişlər və həmin bazarlıqları 4 yerə bölüb hər birini ayrı-ayrılıqda qablaşdırmışlar. Sonra təxminən 200 (iki yüz) -500 (beş yüz) manat arası pul (dəqiq miqdarını xatrlamır) Xoşqədəmin verilişində adını bilmədiyi bir ağır xəstənin müalicəsi üçün açılmış hesaba köçürülmüşdür. Qəbzi atmışlar. Bu köçürmə təxminən 27-28 aprel 2022-ci il tarixdə baş vermişdir. Sonradan qalan bazarlıqları Qədirli kəndində adlarını xatırlamadığı, iki nəfər sakinə vermişlər. Elə həmin günüdə Aydın, Kamranla birlikdə Tovuz şəhərində yaşayan daha 2 nəfərə ərzaq payı vermişlər. Yerdə qalan pulları isə Nəsimi də daxil olmaqla yeyib içməyə xərcləmişlər. Sonrakı oğurluğu Aydınla birlikdə 2022-ci ilin may ayında həmkəndlisi Zərərçəkmiş şəxs10 evindən olmuşdur. Həmin evə zirzəmi ilə otaq arasında olan boşluqdan istifadə edib girmişlər. Belə ki, evin döşəməsi vurulmamışdır.Evin otağında olan paltar şkafındakı qadın əl çantasının içərsindən Zərərçəkmiş şəxs10 məxsus 190 manat pul oğurlamışlar. Növbəti oğurluğu Poladla birlikdə 2022-ci ilin iyun ayının 15-20si arası olan müddətdə,daha dəqiq vaxtını xatırlamır, saat təxminən 21 radələrində həmkəndlisi Ehtiraz adlı qadının evinə Poladla birlikdə açıq vəziyyətdə qalmış qapıdan keçməklə etmişlər.Aydınla Nəsimi bu oğurluqda iştirak etməmişlər. Həmin vaxtı Ehtirazın həyətinə daş hasardan keçmişlər. Evdə heç kim olmamışdır. Buradan qızıl zinət əşyaları və pul oğurlamağa girmişlər. Evə girib, otaqları gəzməyə başlasalar da, heç nə tapa bilməyib evdən çıxmışlar. Bu hadisədən sonrakı oğurluğu 13 iyul 2022-ci il tarixdə saat təxminən 23 radələrində Aydın və Poladla birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs3 həyətindən və evindən etmişlər. Belə ki, həmin evin həyətinə evin arxasına çəkilmiş tor setkanın üstündən keçməklə girmişlər. Buraya girməkdə məqsəd onunla Aydının Eltaya məxsus ot biçənin mühərrikini oğurlamaq olmuşdur. Onlar əl damında benzinlə işləyən ot biçənin mühərrikini orada olan vintaçan və ya kəlbətinlə söküb kənara qoymuşlar. Bundan sonra həyətdə olan evə açıq qapıdan girmişlər.Polad televizor altlığının üstündə olan bir ədəd “ Apple Watch” markalı elektron qol saatını götürmüşdür.Saat işlək vəziyyətdə olmamışdır. Sonradan həmin saatı Polad istintaqa təqdim etmişdir. Özü isə həmin mühərriki evlərinə aparmışdır. Polis biləndən sonra mühərriki polisə əməkdaşına vermişdir. Hazırda etmiş olduğu əməldən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslərə dəymiş ziyanın xeyli hissəsini ödəmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən zaman Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Qaraxanlı kəndində arvadı Şahid2 ilə birlikdə yaşayır. Ailələri ondan və arvadı Gülzardan ibarətdir. 09 may 2022-ci il tarixdə günorta saatlarında o, işlə bağlı Tovuz şəhərinə getmişdir. Həmin gün saat 14 radələrində isə oğlu X7 isə yaşadıqları evə gələrək arvadı Gülzarla Kür çayının sahilinə istirahətə getmişdir. Həmin gün Gülzar evdən 14 radələrində çıxmış, saat 17 radələrində evə qayıtmışdır. Gülzar evə qayıtdıqdan sonra evin qapılarını bağladığı halda qapıların açıq olduğunu görmüşdür. Gülzar evə oğru girməsindən şübhələnmiş və evi axtarmışdır. Yaşadıqları evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan güzgülü əşya dolabının üzərindəki mücrünün içərisindən 1 ədəd üzərində 28 ədəd brilyant qaşları olan qızıl üzüyün, 1 ədəd qızıl kişi üzüyünün, 1 ədəd adi qaşlı qızıl qadın üzüyünün, 1 ədəd svarovski qadın üzüyünün, 1 ədəd üzərində qızıl yaxalığı olan qızıl qadın boyunbağısının və 1 ədəd qızıl qadın qolbağının, həmçinin evin birinci mərtəbəsində olan paltar dolabından isə 100 manat pulun oğurlandığını görmüşdür. Arvadı Gülzar ona bu barədə dedikdə o, şikayət ərizəsi ilə Tovuz rayon polis şöbəsinə müraciət etmişdir. Onun arvadı Gülzar evə baxarkən ilkin olaraq 3 ədəd qızıl üzüyün, 1 ədəd qızıl yaxalığın, 1 ədəd qızıl qolbağın və 100 manat pulun oğurlandığını aşkar etmişdir. Daha sonra isə Gülzar həmin oğurlanmış qızıllarla birlikdə 1 ədəd qızıl üzüyün və 1 ədəd qızıl qadın boyunbağısının da oğurlandığını müəyyən etmişdir. Oğurlanmış qızıl zinət əşyaları üzərində 28 ədəd brilyant qaşları olan, 25 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı 1 ədəd qızıl qadın üzüyü, üzərində 4 ədəd brilyant qaşları olmaqla, 20 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı 1 ədəd qızıl kişi üzüyü, 750 əyarlı, İtalyan istehsalı 1 ədəd qızıl qadın üzüyü, Svarovski adlanan materialdan hazırlanmış, 500 manata alınmış, 1 ədəd k-30 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı 1 ədəd qızıl qadın boyunbağısı və həmin qızıl boyunbağının üzərində olan 10 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı 1 ədəd qızıl yaxalıq, Rusiyada istehsal olunmuş 1 ədəd 6 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış qızıl yaxalıq və 585 əyarlı, 2,7 qram çəkidə, Rusiya istehsalı olan 1 ədəd qızıl qolbaqdan ibarət olmuşdur. Ona dəymiş ziyandan 7000 manat ödənilmişdir. Geri qalan ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur. Onun tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Lakin 3160 manat digər təqsirləndirilən şəxslər tərəfindən ona ödənilməmişdir. Odur ki, qanuni və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən zaman Zərərçəkmiş şəxs5 Qoşunalı qızı ifadəsində göstərmişdir ki, o, hal-hazırda Tovuz rayonu, Qaraxanlı kəndində tək yaşayır. Yaşadığı ev həyətyanı sahədən, həyətyanı sahəyə daxil olmaq üçün giriş qapısından, həyətə giriş qapısından daxil olduqda solda 1 mərtəbəli kürsülü evdən, həyətin şimal hissəsində 1 mərtəbəli 2 otaqlı evdən, evin şərq hisəsində isə mətbəxdən ibarətdir. O, evin həyətində şimal hissədə olan 1 mərtəbəli 2 otaqlı evdə yaşayır. Əri Cavanşir təxminən 2 il bundan əvvəl ölmüşdür. Əri Cavanşir öldüyü üçün o, yaşadığı evdə tək qalır. Bəzi vaxtlarda Bakı şəhərində yaşayan qızı Şahnaz ona baş çəkir. 2022-ci ilin iyun ayının 11-də o, qızı Şahnazla birlikdə toya getmək üçün hazırlaşıb yaşadıqları evdən çıxmışlar. Həmin vaxt evin mətbəxində mətbəx mebelinin içərisindəki fincana qoyduğu ona məxsus 1 ədəd 55 qramlıq qızıl qadın boyunbağını götürüb taxmışdır. Həmin gün axşam saatlarına kimi toyda iştirak edib yaşadıqları evə qayıtmışdır. Boynunda olan qızıl boyunbağını çıxarıb mətbəxdəki mebelində içərisində olan olan fincana qoymuşdur. Bundan sonra həmin boyunbağını taxmamışdır. 19 iyun 2022-ci il tarixdə qızı Şahnazla birlikdə Tovuz şəhərində yaşayan qardaşı qızının evinə qonaq getmək üçün hazırlaşmışdır. O, mətbəxə daxil olub fincanın içərisindəki qızıl boyunbağını götürmək istəmişdir. Fincanın içərisinə baxdıqda qızıl boyunbağının yerində olmadığını görmüşdür. O, boyunbağını axtarsa da tapa bilməmişdir. Qızı Şahnazdan boyunbağı barədə soruşduqda Şahnaz ona boyunbağının yerini bilmədiyini demişdir. Qardaşı qızının evinə getməli olduğu üçün qızı Şahnazla birlikdə evdən çıxıb Tovuz şəhərinə getmişdir. O, qızıl boyunbağını yerində tapa bilmədikdə oğurlandığını bilmişdir. O, fikirləşmişdir ki, polisə şikayət etsə polis əməkdaşları araşdırma zamanı qonşularını şübhəli kimi polis şöbəsinə dəvət edəcəklərindən çəkindiyi üçün polisə məlumat verməmişdir. Ona məxsun evin mətbəxindən oğurlanmış 1 ədəd qızıl boyunbağının çəkisi 55 qram, 583 əyarlı, Rusiya istehsalı, moruq formalı toxunuşlu olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, qanuni və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən zaman Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, X4 onun arvadıdır. Ailələri ondan və Qətirədən ibarətdir. 2022-ci ilin mart ayında dəqiq xatırlamadığı gündə arvadı Qətirə ona evin ikinci mərtəbəsində yataq otağında sandığa qoyduğu 1 cüt qızıl sırğanın, 1 ədəd brilyant qaşlı qızıl üzüyün, 1 ədəd qaşsız qızıl kişi üzüyünün, 1 ədəd qaşsız qızıl qadın üzüyünün, 1 ədəd fionit qaşlı qızıl qadın üzüyünün, 1 ədəd sadə qaşlı qızıl qadın üzüyünün, 1 ədəd gümüş kişi boyunbağının, 1 ədəd gümüş kişi qolbağının oğurlandığını demişdir. O, bundan sonra kənd arasında maraqlanmış lakin evlərinə daxil olaraq oğurluq etmiş şəxsləri tapa bilməmişdir. Ona məxsus fərdi yaşayış evindən oğurlanmış 1 cüt qızıl sırğa Fionit Firuzə qaşlı, 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd brilyant qaşlı qızıl üzük 3 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd qaşsız qızıl kişi üzüyü 7 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd qaşsız qızıl qadın üzüyü 12,36 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd fionit qaşlı qızıl qadın üzüyü 6 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd sadə qaşlı qızıl qadın üzüyü 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd gümüş kişi boyunbağısı 20 qram çəkidə, 1 ədəd gümüş kişi qolbağı isə 15 qram çəkidə olmuşdur. Gümüş boyunbağı və qolbağın harada istehsal olunmasını bilmir. Qeyd etdiyi qızıl zinət əşyalarını o, öz şəxsi vəsaiti hesabına almışdır. Ona oğurluq nəticəsində ümumilikdə 5.000 manat maddi ziyan dəymişdir. Dəymiş ziyandan ona 3100 manat ödənilmişdir. Verilmiş ittiham üzrə ona 3260 manat ziyan dəyməsi qeyd olunsa da, əslində ona 5000 manat ziyan dəymişdir. Odur ki, qanuni və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs1 hər biri ərizə təqdim edərək təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələblərinin olmadığını, ona görə də, onlara yüngül cəza verilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, halhazırda Tovuz rayonu, Qaraxanlı kəndində əri Zərərçəkmiş şəxs10 ilə birlikdə yaşayır. 2022ci ilin iyul ayının ortalarında Tovuz rayon polis şöbəsinin əməkdaşları yaşadıqları evə gəlmişlər. Polis əməkdaşları yaşadıqları evə ifadənin yerində yoxlanılması istintaq hərəkəti ilə bağlı gəlmişlər. Polis əməkdaşları əri Xanoğlana yaşadıqları evdən Tovuz rayonu, Qaraxanlı kənd sakini Təqsirləndirilən şəxs1 oğurluq etdiyini bildirmişlər. Xanoğlan həmin vaxt polis əməkdaşlarına evdən hansı əşyaların oğurlandığını soruşmuşdur. Polis əməkdaşları, o cümlədən onlarla birlikdə gəlmiş Əhmədov X5 yaşadıqları evdən 190 manat oğurladığını bildirmişdir. Həmin vaxt bilmişdir ki, onlara məxsus evdən 190 manat pul oğurlanmışdır. Oğurluqdan onra dəymiş maddi ziyan Aydının dayısı Gəray tərəfindən ödənilmisdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sarı qızı ifadəsində göstərmişdir ki, o, hal-hazırda Tovuz rayonu, Qaraxanlı kəndində yaşayır. Ailələri ondan və əri Firudindən ibarətdir. Əri Firudin işi ilə əlaqədar ayın 15 günü Neft Daşlarında işdə olur. X9 mühəndis işləyir. Əri Firudin Bakı şəhərində olduğu müddətdə o, yaşadığı evdə tək olur. Onların yaşadıqları ev bir mərtəbəli kürsülü fərdi yaşayış evidir. Fərdi yaşayış evi həyətyanı sahədən, bağdan, həyətyanı sahəyə daxil olmaq üçün giriş qapısından, həyətə daxil olduqda evlə üzbəüz əl damından ibarətdir. 20 aprel 2022-ci il tarixdə Firudin saat axşam saatlarında işə getmək üçün evdən Tovuz rayon avtovağzala getmişdir. Evdən çıxmazdan əvvəl Firudin onu çağırıb 300 manat pul vermişdir. O da pulu götürüb yaşadıqları evin həyətində olan əl damında paltar dolabının içərisindəki qutuya qızılların yanına qoymuşdur. Firudin 2022-ci ilin may ayının 12-də yaşadıqları evə qayıtmışdır. Firudin həmin gün səhər saatlarında evə çatdıqdan sonra təxminən 2-3 saat istirahət etmişdir. Firudin günortadan sonra saat 16 radələrində evdə təmir işləri ilə əlaqədar tikinti materialları mağazasına getməli olmuşdur. Firudin onu çağırıb pul verməyini bildirmişdir. O da Firudinə pul gətirmək üçün əl damında olan paltar dolabına, qutunun içərisinə baxmışdır. Pulu və qızıl zinət əşyalarını saxladıqları qutuya baxdıqda 300 manat pulu və qızıl zinət əşyalarının orada olmadığını görmüşdür. Bundan sonra bilmişdir ki, qutuda olan 300 manat pul, 7 ədəd qızıl üzük, 1 ədəd qızıl saat, 1 ədəd sadə qol saatı, 1 cüt qızıl qadın sırğası, 1 ədəd qızıl boyunbağı oğurlanmışdır. Firudin ondan həmin pulun və qızıl zinət əşyalarının nə vaxt oğurlandığını soruşduqda o, Firudinə 20 aprel 2022-ci il tarixdə Firudin işə getdikdən sonra həmin pulu qızıl zinət əşyaları ilə birlikdə qutuya, paltar dolabına qoyduğunu, həmin vaxtdan etibarən pula və qızıl zinət əşyalarına baxmadığını bildirmişdir. Onlar bundan sonra qızılların və pulun 20 aprel 2022-ci il tarixi ilə 12 may 2022-ci il tarixləri arasında oğurlandığına əmin olmuş və bu barədə kənd icra nümayəndəsi Mətləb Cəfərova, eyni zamanda Tovuz rayon polis şöbəsinə zəng edib məlumat vermişlər. Onların yaşadıqları evdən 300 manat pul, 7 ədəd qızıl üzük, 1 ədəd qızıl saat, 1 ədəd sadə qol saatı, 1 cüt qızıl qadın sırğası, 1 ədəd qızıl boyunbağı oğurlanmışdır. Firudin və o, oğurluqla bağlı ərizə və izahat verdikdən sonra evlərindən 5 ədəd deyil, 7 ədəd qızıl üzük oğurlandığını bilmişlər. Yaşadıqları fərdi yaşayış evindən oğurlanmış 1 ədəd qızıl kişi nişan üzüyü sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı 18 qram çəkidə olmuşdur. Firudin həmin qızıl nişan üzüyünü 1984-cü ildə 371 manata almışdır. Hazırki qiyməti təxminən 1500 manatdır. 1 ədəd qızıl kişi üzüyü 585 əyarlı, Rusiya istehsalı, brilyant qaşlı olmuşdur. Firudin həmin qızıl kişi üzüyünü 2014-cü ildə 700 manata almışdır. 1 ədəd qadın üzüyü 583 əyarlı, Rusiya istehsalı, qaşsız və 11 qram çəkidə olmuşdur. Firudin həmin üzüyü 1984-cü ildə almışdır. Hazırda həmin üzüyün qiyməti təxminən 800 manatdır. 1 ədəd qızıl qadın üzüyü göy rəngli, sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə olmuşdur. Firudin həmin üzüyü 1997-ci ildə həmin dövrün Azərbaycan manatı ilə 400.000 manata almışdır. Hazırda həmin qızıl üzüyün qiyməti təxminən 200 manatdır. 1 ədəd qızıl qadın üzüyü qırmızı rəngli sadə qaşı olan, 583 əyarlı, Rusiya istehsalı olmaqla 5 qram çəkidə olmuşdur. Həmin üzüyü Firudin 1984-cü ildə həmin dövrün pulu ilə 170 manata almışdır. Hazırda həmin üzüyün qiyməti təxminən 300 manatdır. 1 ədəd qızıl qadın üzüyü yantar qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə olmuşdur. Həmin qızıl üzük ona 1995-ci ildə hədiyə olaraq alınmışdır. Həmin üzüyün qiyməti hazırda təxminən 200 manatdır. 1 cüt qızıl qadın sırğası 583 əyarlı, Rusiya istehsalı olmaqla 7 qram çəkidə olmuşdur. Həmin sırğanı Firudin 1984-cü ildə almışdır. Hazırda həmin sırğanın qiyməti təxminən 500 manatdır. 1 ədəd qızıl qadın saatını Firudin 1984-cü ildə almışdır. Həmin saatın markasını xatırlamır. Hazırda həmin saatın qiyməti təxminən 1000 manatdır. 1 ədəd qızıl qadın boyunbağı 585 əyarlı, Rusiya istehsalı olmaqla 30 qram çəkidə olmuşdur. Firudin həmin boyunbağını 2018-ci ildə 2100 manata almışdır. 1 ədəd sadə kişi qol saatını Firudin 40 manata təxminən 1 il bundan əvvəl almışdır. 1 ədəd qızıl qadın üzüyü 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olmuşdur. Həmin üzüyün hazırda qiyməti təxminən 300 manatdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində qızıl zinət əşyalarına görə 7640 manat olmaqla, oğurlanmış 300 manat pulla birlikdə əri Firudinə 7940 manat maddi ziyan dəymişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Göyçə qızı ifadəsində göstərmişdir ki, o, hal-hazırda Tovuz rayonu, Qaraxanlı kəndində əri Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Ailələri ondan və əri Vaqifdən ibrətdir. 09 may 2022-ci il tarixdə günorta saatlarında Vaqif işlə bağlı Tovuz şəhərinə getmişdir. Həmin gün saat 14 radələrində isə oğlu X7 isə yaşadıqları evə gələrək onu Kür çayının sahilinə istirahətə aparmışdır. Həmin gün o, evdən 14 radələrində çıxmış, saat 17 radələrində evə qayıtmışdır. O, evə qayıtdıqdan sonra evin qapılarını bağladığı halda qapıların açıq olduğunu görmüşdür. O, evə oğru girməsindən şübhələnmiş və evi axtarmışdır. Yaşadıqları evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan güzgülü əşya dolabının üzərindəki mücrünün içərisindən 1 ədəd üzərində 28 ədəd brilyant qaşları olan qızıl üzüyün, 1 ədəd qızıl kişi üzüyünün, 1 ədəd adi qaşlı qızıl qadın üzüyünün, 1 ədəd svarovski qadın üzüyünün, 1 ədəd üzərində qızıl yaxalığı olan qızıl qadın boyunbağısının və 1 ədəd qızıl qadın qolbağının, həmçinin evin birinci mərtəbəsində olan paltar dolabından isə 100 manat pulun oğurlandığını görmüşdür. O, bu barədə zəng edib Vaqifə məlumat vermişdir. Bundan sonra Vaqif şikayət ərizəsi ilə Tovuz rayon polis şöbəsinə müraciət etmişdir. O, evə baxarkən ilkin olaraq 3 ədəd qızıl üzüyün, 1 ədəd qızıl yaxalığın, 1 ədəd qızıl qolbağın və 100 manat pulun oğurlandığını aşkar etmişdir. Daha sonra isə o, həmin oğurlanmış qızıllarla birlikdə 1 ədəd qızıl üzüyü və 1 ədəd qızıl qadın boyunbağısının da oğurlandığını xatırlamışdır. Onlara məxsus fərdi yaşayış evindən oğurlanmış 1 ədəd qızıl qadın üzüyü 2000 manat dəyərində 28 ədəd brilyant qaşlı, 25 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı, 1 ədəd qızıl kişi üzüyü 1600 manat dəyərində üzərində 4 ədəd brilyant qaşları olmaqla, 20 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı, 1 ədəd qızıl qadın üzüyü 1000 manat dəyərində 750 əyarlı, İtalyan istehsalı, 1 ədəd svarovski adlanan materialdan hazırlanmış üzük 500 manat dəyərində, 1 ədəd qızıl qadın boyunbağısı 1600 manat dəyərində, 30 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı, qızıl boyunbağının üzərindəki 1 ədəd 800 manat dəyərində qızıl yaxalıq 10 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı, 1 ədəd 500 manat dəyərində qızıl qadın qolbağı 585 əyarlı, 2,7 qram çəkidə, Rusiya istehsalı olmuşdur. Həmin qızılların və 100 manat pulun oğurlanması nəticəsində 8100 manat əri Vaqifə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun əridir. Ailələri ondan və Elxandan ibarətdir. 2022-ci ilin mart ayında dəqiq xatırlamadığı gündə o, evin ikinci mərtəbəsində yataq otağında sandığa qoyduğu 1 cüt qızıl sırğanın, 1 ədəd brilyant qaşlı qızıl üzüyün, 1 ədəd qaşsız qızıl kişi üzüyünün, 1 ədəd qaşsız qızıl qadın üzüyünün, 1 ədəd fionit qaşlı qızıl qadın üzüyünün, 1 ədəd sadə qaşlı qızıl qadın üzüyünün, 1 ədəd gümüş kişi boyunbağının, 1 ədəd gümüş kişi qolbağının yerində olmadığını görmüşdür. O, həmin qızıl zinət əşyalarının oğurlandığını bilmiş və bu barədə əri Elxana demişdir. Elxan ona şikayət etməməyini bildirmiş və özünün bu işi araşdıracağını demişdir. Elxan bundan sonra kənd arasında maraqlanmış, lakin evlərinə daxil olaraq oğurluq etmiş şəxsləri tapa bilməmişdir. Qonşularından şübhələndiyi üçün şikayət etməmişdir. Ona məxsus fərdi yaşayış evindən oğurlanmış 1 cüt qızıl sırğa Fionit Firuzə qaşlı, 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd brilyant qaşlı qızıl üzük 3 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd qaşsız qızıl kişi üzüyü 7 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd qaşsız qızıl qadın üzüyü 12,36 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd fionit qaşlı qızıl qadın üzüyü 6 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd sadə qaşlı qızıl qadın üzüyü 4 rqam çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd gümüş kişi boyunbağısı 20 qram çəkidə, 1 ədəd gümüş kişi qolbağı isə 15 qram çəkidə olmuşdur. Gümüş boyunbağı və qolbağın harada istehsal olunmasını bilmir. Qeyd etdiyi qızıl zinət əşyalarını əri Elxan öz şəxsi vəsaiti hesabına almışdır. Elxana oğurluq nəticəsində ümumilikdə 5.000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, halhazırda heç bir yerdə işləmir. Təxminən iki ay bundan əvvəl, 2022-ci ilin may ayının əvvəllərində saat 16 radələrində Tovuz rayonu, Qaraxanlı kəndində yaşadığı evdə olarkən həmkəndlisi Polad ona zəng etmiş və bildirmişdir ki, onda qızıl zinət əşyaları var, onları satmağ istəyir. O da Poladla görüşmək və qızıllara baxmaq qərarına gəlmişdir. Poladın zəngindən təxminən 10-15 dəqiqə sonra o, Qaraxanlı kəndində yaşadığı küçədə həmkəndlisi Poladla görüşmək üçün vaxt təyin etmişdir. O və Polad yaşadığı küçədə görüşmüşlər. O və Polad küçədə görüşərkən Polad əlində açıq şəkildə ona bir cüt qızıl sırğa, iki ədəd biri qızıl qadın üzüyü, biri isə qızıl kişi üzüyü olmaqla iki ədəd qızıl üzük, bir ədəd qızıl qadın boyunbağısı, bir ədəd markasını xatırlamadığı bir ədəd qızıl qadın saatı göstərmiş və ona yaşadıqları kənddən həmin qızıl zinət əşyalarını və bir ədəd qızıl saatı oğurladığını bildirmişdir. Ona həmin oğurladığı qızıl zinət əşyalarını və bir ədəd qızıl saatı satmaq istədiyini demişdir. O da oğurluq olduğunu bildiyi halda həmin qızıl zinət əşyalarını və bir ədəd qızıl saatı almaq istədiyini demiş və təklif etmişdir ki, həmin qızıl zinət əşyalarını və bir ədəd qızıl saatı sata biləcəkdir. O, həmkəndlisi Poladdan həmin qızıl zinət əşyalarını və bir ədəd saatı götürmüş, orada həmin qızıl zinət əşyalarını və bir ədəd qızıl saatı satmaq üçün müştəri tapa biləcəyini demişdir. Bundan sonra o, həmin qızıl zinət əşyalarını satmaq və üzərində öz xeyiri üçün pul əldə etmək məqsədilə müştəri axtarmışdır. Poladdan götürdüyü qızıl zinət əşyalarını və bir ədəd saatı özü ilə götürüb Bakı şəhərinə aparmışdır. Bakı şəhərində əvvəllər tanımadığı adını, soyadını, ata adını bilmədiyi bir şəxslə həmin qızılları satmaq üçün razılaşmışdır. Həmin tanımadığı şəxs qızıl zinət əşyalarına və bir ədəd qızıl saata görə ona 2000 (iki min) manat pul təklif etmişdir. O da zəng edib bu barədə Polada məlumat vermişdir. Polada həmin qızılları iki min manata sata biləcəyini demiş, satacağı təqdirdə Polada 1900 (min doqquz yüz) manat pul verə biləcəyini bildirmişdir. O, Polada əziyyət çəkdiyi üçün iki min manatdan 1900 manatını verə biləcəyini, 100 manatını isə özünə götürəcəyini demişdir. Polad onunla razılaşmış və oğurladığı qızıl zinət əşyalarını və bir ədəd qızıl saatı satıb 1900 manat pul verməyini xahiş etmişdir. Bundan sonra o, Poladın Qaraxanlı kəndindən oğurladığı həmin qızıl zinət əşyalarını və bir ədəd qızıl saatı qeyd etdiyi Bakı şəhərində olan tanımadığı şəxsə iki min manata satmışdır. Daha sonra Tovuz rayonuna qayıdıb Tovuz rayonu Qaraxanlı kəndində Poladla görüşmüş və Poladın oğurladığı qızıl zinət əşyalarından və bir ədəd qızıl saatı sataraq əldə etdiyi iki min manat puldan 1900 manatını Polada vermişdir. Bundan sonra o, Poladdan ayrılmış və yaşadığı evə getmişdir. Poladın ona verdiyi oğurluq olan qızıl zinət əşyalarından satmaqla əldə etdiyi, ona qalan 100 manat qazancı şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin iyul ayının 16-sında Tovuz rayon polis şöbəsinin əməkdaşları Ona Tovuz rayonu Qaraxanlı kəndində baş vermiş oğuruluq hadisələri ilə bağlı sual verildikdə o, hadisədən qismən xəbərdər olduğunu, həmkəndlisi Polad adlı şəxsdən qızıl zinət əşyaları və bir ədəd qızıl saat aldığını demişdir. O, Poladın soyadını bilməsə də, atasının adının Amil olduğunu bilir. O, Poladın yaşının təxmini 16-17 yaşında olduğunu bilir. Poladın ona təklif etdiyi oğurluq olan qızıl zinət əşyalarının və bir ədəd qızıl saatın satışından qazanc əldə edə biləcəyini düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, halhazırda Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs5 Qoşunalı qızı onun anasıdır. X14 rayonu, Qaraxanlı kəndində tək yaşayır. Onun anasının yaşadığı ev həyətyanı sahədən, həyətyanı sahəyə daxil olmaq üçün giriş qapısından, həyətə giriş qapısından daxil olduqda solda 1 mərtəbəli kürsülü evdən, həyətin şimal hissəsində 1 mərtəbəli 2 otaqlı evdən, evin şərq hisəsində isə mətbəxdən ibarətdir. Anası Ehtiraz evin həyətində şimal hissədə olan 1 mərtəbəli 2 otaqlı evdə yaşayır. Atası Cavanşir təxminən 2 il bundan əvvəl ölmüşdür. Atası Cavanşir öldüyü üçün anası yaşadığı evdə tək qalır. Bəzi vaxtlarda o, anasına baş çəkir. 2022-ci ilin iyun ayının 11-də o, anası ilə birlikdə toya getmək üçün hazırlaşıb yaşadıqları evdən çıxmışlar. Anası Ehtiraz həmin vaxt evin mətbəxində mətbəx mebelinin içərisindəki fincana qoyduğu özünə məxsus 1 ədəd 55 qramlıq qızıl qadın boyunbağını götürüb taxmışdır. Həmin gün axşam saatlarına kimi toyda iştirak edib yaşadıqları evə qayıtmışlar. Anası boynunda olan qızıl boyunbağını çıxarıb mətbəxdəki mebelin içərisində olan olan fincana qoymuşdur. Bundan sonra həmin boyunbağını taxmamışdır. 19 iyun 2022-ci il tarixdə onlar birlikdə Tovuz şəhərində yaşayan dayısı qızının evinə qonaq getmək üçün hazırlaşmışlar. Anası mətbəxə daxil olub fincanın içərisindəki qızıl boyunbağını götürmək istəmişdir. Fincanın içərisinə baxdıqda qızıl boyunbağının yerində olmadığını görmüşdür. Anası boyunbağını axtarsa da, tapa bilməmişdir. Ondan boyunbağı barədə soruşduqda o, anasına boyunbağının yerini bilmədiyini demişdir. Dayısı qızının evinə getməli olduqları üçün onlar birlikdə evdən çıxıb Tovuz şəhərinə getmişlər. Anası qızıl boyunbağısını yerində tapa bilmədikdə oğurlandığını bilmişlər. Anası qonşularla bağlı narazılıq olar deyə polisə məlumat verməmişdir. Anasına məxsun evin mətbəxindən oğurlanmış 1 ədəd qızıl boyunbağının çəkisi 55 qram, 583 əyarlı, Rusiya istehsalı, moruq formalı toxunuşlu olmuşdur. Onun anasına məxsus 1 ədəd qızıl boyunbağının oğurlanması nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, halhazırda Tovuz rayonu, Qaraxanlı kəndində əri Zərərçəkmiş şəxs9 ilə birlikdə yaşayır. 2022-ci ilin iyul ayının ortalarında Tovuz rayon polis şöbəsinin əməkdaşları yaşadıqları evə gəlmişlər. Həmin vaxt polis əməkdaşları qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması üçün yaşadıqları evə gəldiklərini demişlər. O da polis əməkdaşlarından nə baş verdiyini soruşmuşdur. Bu vaxt ona həmkəndliləri Təqsirləndirilən şəxs1 Tovuz rayonu, Qaraxanlı kəndində bir neçə evdən, o cümlədən onların yaşadıqları evdən oğurluq etdiyini bildirmişlər. O da polis əməkdaşlarından yaşadığı evdən hansı əşyaların oğurlandığını soruşmuşdur. Polis əməkdaşları ilə birlikdə gəlmiş Təqsirləndirilən şəxs1 yaşadığı evdən 190 manat pul oğurladığını bildirmişdir. O, həmin vaxt bilmişdir ki, yaşadıqları evdən 190 manat pul oğurlanmışdır. Hadisədən sonra onlara daha doğrusu əri Zərərçəkmiş şəxs9 dəymiş ziyan Təqsirləndirilən şəxs1 dayısı Gəray tərəfindən ödənilmişdir. O, Təqsirləndirilən şəxs1 Tovuz rayonu, Qaraxanlı kəndində bir neçə evdən oğurluq etməsi barədə polis əməkdaşlarından eşitmişdir. Təqsirləndirilən şəxs1 Tovuz rayonu, Qaraxanlı kəndində kimlərin evindən və hansı əşyaları oğurlamasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Qaraxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Tovuz rayon Qaraxanlı kənd sakini Təqsirləndirilən şəxs1 tanıyr, həmin şəxs orta məktəb şagirdi olmuşdur, indi orta məktəbdə oxuyub oxumaması barədə heç bir məlumatı yoxdur. Həmin şəxs ondan yaşca çox kiçikdir. 2022-ci ilin mart ayı olarmış, dəqiq tarixini xatırlamır, Novruz bayramı hələ olmamışdır. Qubadlıda “N” saylı hərbi hissədə olduğundan xidmətlə əlaqədar ona on günlük məzuniyyət verilmiş və o da hərbi hissədən evnə gəlmişdir. Məzuniyyətə gəldiyi gündən təxminən 4-5 gün keçmişdir ki, günorta vaxtlarında, saat vaxtını dəqiq xatırlamır, Təqsirləndirilən şəxs1 onunla görüşməkdən ötrü tək evinə gəlmişdir. Onunla görüşüb qucaqlaşanda əli Aydının şalvarının arxa tərəfinə qoyulmuş nəyəsə dəymişdir. Həmin vaxtı maraq ona güc gəldiyidən bu əşyanın nə olub-olmamasını bilmək üçün həmin əşyanı dartıb çıxardanda bunun qara rəngli dəriyə oxşar materialdan hazırlanmış,özünün sərbəst yerləşməsi üçün futlyar-qaba qoyulmuş bıçaq olduğunu, bıçağı götürdükdə isə onun düyməli bıçaq olduğunu görmüşdür. Bıçağı Aydından almışdır. Belə ki, Aydının uşaq olduğunu fikirləşib gələcəkdə onun dalaşa biləcəyini və bıçaqla kiməsə xəsarət yetirəciyinni güman və ehtimal edib bıçağı onun əlindən alıb evə qabların arasına qoyub Aydına demişdir ki, qardaşına denən gəlib bıçağı ondan götürsün. O da heç bir söz deməmişdir. Bundan bir neçə gün sonra İlkinin gəlmədiyini görüb Aydının qardaşı İlkinə özü demişdir ki, qardaşın üstündə bıçaq hərləyir, onun əlindən bıçağı aldım, gedib bizdən götürərsən. Sonra da İlkin gəlib həmin bıçağı onlardan götürmüşdür. Aydın həmn bıçağın haradan və kimdən əldə etməsi barədə ona heç bir söz deməmişdir. Soruşanda demişdir ki, “özümündür”. Bıçağın əlamətləri onun yadında qalmnamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, halhazırda Tovuz rayonu,Qaraxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Tovuz rayon Qaraxanlı kənd sakini Təqsirləndirilən şəxs1 sinif yoldaşı olmuşdur. 2022-ci ilin fevral və ya mart ayı olarmış, daha dəqiq tarixini xatırlamır, Aydından xahiş etmişdir ki, ona mobil telefona qoşmaqdan ötrü iki ədəd səsgücləndirici lazımdır. Bunları tapa bilərmi? Həmin vaxtı Aydın özündə iki ədəd səsgücləndiricilərin olmasını bildirib demişdir ki, “sənə 10 manata sataram” O da razılaşmışdır və həmin günü Aydın evindən iki ədəd səsgücləndiriciləri sellofan torbaya qoyulmuş vəziyyətdə gətirib ona vermişdir. Həmin səsgücləndiricilər işlənmiş vəziyyətdə olmuşdur. Aydın pulunu istədikdə ona cavab vermişdir ki, bir həftəyə pulunu verəcək. Lakin elə olmuşdur ki, pulu olmamışdır. Görmüşdür ki, ona borclu qalır. Aydına səsgücləndiricilərini aparmağı təklif etdikdə, Aydın əvvəl səsgücləndiriciləri beş manata satmasını desə də, ona bir daha bildirmişdir ki, pulu yoxdur, gəl malını götür apar. Lakin, Aydın onları götürməmiş və demişdir ki, “sənə bağışlayıram,qoy səndə qalsın”. O da bir söz deməmiş və bu səsgücləndiricilər onda qalmışdır. Bu hadisədən təxminən bir müddət keçmişdir. 2022-ci ilin noyabr ayı olarmış, daha dəqiq tarixini xatırlamır. Bu ərəfələrdə Aydın Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməyinə görə tutulmuşdur. Həmin vaxtı da Aydının qardaşı İlkin onlara gəlib həmin iki ədəd səsgücləndiriciləri ondan istəmişdir. Belə ki, ondan soruşmuşdur ki, “Aydın sənə iki ədəd kolonka vermişdirmi?” Müsbət cavab verdikdə həmin səsgücləndiriciləri İlkinə qaytarmışdır. İki ədəd səsgücləndiricilərin Aydın tərəfindən oğurluq yolla əldə edilməsini, onların kimə məxsus olmasını bilməmişdir. Bilsəydi götürməzdir. Ümumiyyətlə Aydının digər yaşıdları, şəxsən tanıdığı Polad, Bəhman və Nəsimi ilə birlikdə bir qrup Qaraxanlı kənd sakinlərinin evindən oğurluq etmələri barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki,Tovuz rayonu,Qaraxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 doğma qardaşıdır. Onunla münasibəti yaxşıdır. Şahid11 və Şahid10 həmkəndliləridir, onlarla da münasibəti normaldır. 2022-ci ilin iyun ayı olarmış, daha dəqiq tarixini xatırlamır.Tural ona xidmət etdyi hərbi hissədən zəng edib bildirmişdir ki, “qardaşın Aydından bir ədəd cib bıçağını götürmüşəm, həmin bıçaq evdədir, gedib evdən götürərsən” Turalın evinə gedib həmin bıçağı götürmüşdür. Həmin bıçaq açılıb qatlanan cib bıçağı olmuşdur. Elə həmin günü də bıçağı qardaşının yenidən əlinə keçməməsi üçün kənddə zibilliyə atmışdır. 2022-ci ilin noyabr ayında, daha dəqiq tarixini xatırlamır, qardaşı Aydın Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməyinə görə tutulmuşdur. Tovuz RPŞ-dən çıxdıqdan sonra Aydın ona demişdir ki, “həmkəndlim Şahid11 iki ədəd kompyuter kolonkaları vermişəm, həmin kolonkalar həmkəndlim Zərərçəkmiş şəxs1 evindən digər həmkəndlim Poladla birlikdə oğurlamışam, kənd içinə çıxmağa utanıram,bu kolonkoları Kamildən götürüb Sahib müəllimə qaytarardın” O da elə həmin günü Kamilgilə gəlib onda kolonka olub-olmamasını soruşduqda Kamil müsbət cavab verərək kolonkaları ona qaytarmışdır.O da kolonkaları elə həmin günü Sahib müəllimin evinə gedib onun özünə qaytarmışdır. Sahib müəllim həmin kolonkaların özünə məxsus olduğunu bildirib onları götürmüşdür. Qardaşı Aydının oğurluq əməllərindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, halhazırda Tovuz rayonu, Qaraxanlı kəndində əri Zərərçəkmiş şəxs8 ilə birlikdə yaşayır. 2022-ci ilin iyul ayının ortalarında Tovuz rayon polis şöbəsinin əməkdaşları yaşadıqları evə gəlmişlər. Həmin vaxt polis əməkdaşları qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ifadəsinin yerində yoxlanılması üçün yaşadıqları evə gəldiklərini demişlər. O da polis əməkdaşlarından nə baş verdiyini soruşmuşdur. Bu vaxt ona həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Tovuz rayonu, Qaraxanlı kəndində bir neçə evdən, o cümlədən onların yaşadıqları evdən oğurluq etdiyini bildirmişlər. O da polis əməkdaşlarından yaşadığı evdən hansı əşyaların oğurlandığını soruşmuşdur. Polis əməkdaşları ilə birlikdə gəlmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 yaşadığı evdən onlara məxsus 5 ədəd qızıl dişin oğurlandığını demişlər. Hadisədən sonra onlara, daha doğrusu əri Zərərçəkmiş şəxs8 dəymiş ziyan Təqsirləndirilən şəxs4 atası Qanuni nümayəndə2 tərəfindən ödənilmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Tovuz rayonu, Qaraxanlı kəndində bir neçə evdən oğurluq etməsi barədə polis əməkdaşlarından eşitmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Tovuz rayonu, Qaraxanlı kəndində daha kimlərin evindən və hansı əşyaları oğurlamasını bilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 ********* saylı cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Cinayət əməlinin tövsif edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. «Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilmə haqqında» xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməklə onlar Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. «Cinayət işinin başlanması haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 ********* saylı cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilmə haqqında» xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməklə onlar Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. «Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqın ********* nömrə ilə davam etdirilməsi, habelə, əməlin Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barəsində məlumat yoxdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin vermiş olduğu 07 aprel 2023-cü il tarixli 9|2325 saylı rəyindən görünür ki, 2022-ci ilin yanvar-iyun aylarına Zərərçəkmiş şəxs5 Qoşunalı qızına məxsus mallar - Rusiya istehsalı, 583 əyyarlı, 55 qram çəkidə moruq formalı toxunuşlu, 1 ədəd qızıl boyunbağı – 4675,0 manat. Zərərçəkmiş şəxs3 məxsus mallar - 01 ədəd bir il əvvəl bundan əvvəl alınmış, Rusiyada istehsal olunmuş “Ural” markalı, işlənmiş, lakin işlək vəziyyətdə olan, heç bir sınığı və nasazlığı olmayan 01 ədəd ot biçənin mühərriki – 40,0 manat, 01 ədəd Çin dövlətində istehsal olunmuş, təxminən 5 il bundan əvvəl alınmış və işlənmiş, heç bir sınığı və zədəsi olmayan, işlək vəziyyətdə olmuş “Apple Watch” markalı qadın qol saatı – 250,0 manat. Zərərçəkmiş şəxs6 məxsus mallar - Almaniya istehsalı olan az işlədilmiş 6 ədəd hər birinin həcmi 100 milliqram olan ətir – 120,0 (6 ədəd x 20,0 manat) manat, 01 ədəd Almaniya istehsalı olan sadə qadın qol saatı – 40,0, hər birinin üzərində sadə qara rəngli qaşları olan hər biri 20 qram çəkiyə malik 2 ədəd gümüş üzük – 200,0 (2 ədəd x 100,0 manat). Zərərçəkmiş şəxs4 məxsus mallar - firuzə qaşlı 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 cüt qızıl sırğa – 340,0, 3 qram çəkidə, 1 ədəd brilyant qaşlı qızıl 583 əyarlı, Rusiya istehsalı üzük, 7 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı, 1 ədəd qaşsız qızıl kişi üzüyü – 595,00 manat, 583 əyarlı, Rusiya istehsalı, 12,36 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı 1 ədəd qaşsız qızıl qadın üzüyü – 1050,0 manat, 6 qram çəkidə 1 ədəd fionit qaşlı qızıl, 583 əyarlı, Rusiya istehsalı, qadın üzüyü – 510,0 manat, 4 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı qızıl, Rusiya istehsalı, qadın üzüyü – 340,0 manat, 20 qram çəkidə 1 ədəd gümüş kişi boyunbağı – 100,00 manat, 15 qram çəkidə 1 ədəd gümüş kişi qolbağı – 75,00 manat, Zərərçəkmiş şəxs8 məxsus mallar -hər biri 2 qram olmaqla, Rusiya istehsalı, 583 əyarlı 5 ədəd qızıl diş – 400,0 (5 ədəd x 80,0 manat) manat, Zərərçəkmiş şəxs7 məxsus mallar - 7 litr su tutumlu odla qaynayan, heç bir zədəsi və sınığı olmayan Rusiyada istehsalı 1 ədəd sadə samovar – 180,0 manat, Zərərçəkmiş şəxs2 məxsus mallar -üzərində 28 ədəd brilyant qaşları olan, 25 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı 1 ədəd qızıl qadın üzüyü – aydın deyil, üzərində 4 ədəd brilyant qaşları olmaqla, 20 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı 1 ədəd qızıl kişi üzüyü – aydın deyil, 750 əyarlı, İtalyan istehsalı 1 ədəd qızıl qadın üzüyü – aydın deyil, svaroviski adlanan materialdan hazırlanmış, 500 manata alınmış, 1 ədəd üzük – aydın deyil, 30 qram çəkidə, 750 əyarlı. İtalyan istehsalı 1 ədəd qızıl qadın boyunbağısının və həmin qızılboyunbağının üzərində olan 10 qram çəkidə, 750 əyarlı, İtalyan istehsalı 1 ədəd qızıl yaxalıq – 4200,00 manat, Rusiyada istehsal olunmuş 1 ədəd 6 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış qızıl yaxalıq – 510,0 manat, 585 əyarlı, 2,7 qram çəkidə, Rusiya istehsalı olan 1 ədəd qızıl qolbaq – 230,0 manat, Zərərçəkmiş şəxs1 məxsus mallar - Çin dövlətində istehsal olunmuş təxminən 2 il bundan əvvəl alınmış, işlənmiş, heç bir zədəsi, sınığı 1 ədəd Samsung J 5 modelli mobil telefon – 80,00 manat, 1 ədəd sadə suvenir xəncər – 10,00 manat, Çin dövlətində istehsal olunmuş, heç bir zədəsi və sınığı olmayan, 2 ədəd səs kalonka (səsucaldan) – 20,00 (2x10 man) manat, 1 ədəd idman etmək üçün dəmirdən olan aləti olan qantel – 10,00 manat, Çin dövlətində istehsal olunmuş sadə 1 ədəd işlənmiş qol saatı – 10,00 manat, 4 cüt sadə qadın sırğası – 12,00 (4x3 manat) manat, Zərərçəkmiş şəxs11 məxsus mallar - 1 ədəd qızıl sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı 18 qram çəkidə kişi nişan üzüyü – 1530,0 manat, 1 ədəd 3 qram çəkidə qızıl 583 əyarlı, Rusiya istehsalı, brilyant qaşlı kişi üzyü – aydın deyil, 1 ədəd 583 əyarlı, Rusiya istehsalı, qaşsız, 11 qram çəkidə qadın üzüyü – 935,0 manat, 1 ədəd qızıl göy rəngli, sadə qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə qadın üzüyü – 255,0 manat, 1 ədəd qızıl qırmızı rəngli sadə qaşı olan, 583 əyarlı, Rusiya istehsalı olmaqla 5 qram çəkidə qadın üzüyü – 425,0 manat, 1 ədəd qızıl yantar qaşlı, 583 əyarlı, Rusiya istehsalı olmaqla 3 qram çəkidə qadın üzyü – 255,0 manat, 1 cüt qızıl 583 əyarlı, Rusiya istehsalı olmaqla 7 qram çəkidə qadın sırğası – 595,0 manat, 1 ədəd 12 qram çəkidə 583 əyarlı, qızıldan hazırlanmış qızıl qadın qol saatı – aydın deyil, 1 ədəd qızıl 585 əyarlı, Rusiya istehsalı olmaqla 30 qram çəkidə qadın boyunbağısı – 2550,0 manat, 1 ədəd Çin dövlətində istehsal olunmuş “QUARTZ” markalı sadə kişi qol saatı – aydın deyil, 1 ədəd qızıl 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı qadın üzüyü – 340,0 manat. Ekspertiza təyini haqqında qərarda qeyd edilən qiymətləndirilməsi mümkün olan malların 2022-ci ilin yanvar-iyun aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Zərərçəkmiş şəxs5 Qoşunalı qızına məxsus mallar – 4675,0 manat, Zərərçəkmiş şəxs3 məxsus mallar – 290,0 mnat, Zərərçəkmiş şəxs6 məxsus mallar – 360,0 manat, Zərərçəkmiş şəxs4 məxsus 07 adda mallar – 3010,0 manat, Zərərçəkmiş şəxs8 məxsus mallar – 400,0 manat, Zərərçəkmiş şəxs7 məxsus mallar – 180,0 manat, Zərərçəkmiş şəxs2 məxsus 03 adda mallar – 4940,0 manat, Zərərçəkmiş şəxs1 məxsus mallar – 142,0 manat, Zərərçəkmiş şəxs11 məxsus 07 adda mallar – 6885,0 manat. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Qanuni nümayəndə2 Polad oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş və onlar həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara istinad olunan maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs4 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin hər birinin əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Aydın oğlu və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük hissəsinin ödənilməsini, habelə, cinayət törədən zaman onun habelə yektinlik yaşına çatmamış şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük hissəsinin ödənilməsini, habelə, cinayət törədən zaman onun habelə yektinlik yaşına çatmamış şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük hissəsinin ödənilməsini, habelə, cinayət törədən zaman onun habelə yektinlik yaşına çatmamış şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Aydın oğlu və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzalarını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, onlara təqsirləndirildikləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Aydın oğlu və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs4 Aydın oğluna münasibətdə məhkəmə əlavə olaraq göstərir ki, o, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olduğundan onun dərs saatlarında yaşadığı Tovuz rayonundan kənara çıxmaması tələbə həyatının sonlanması deməkdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Aydın oğlunun dərs saatlarında müvafiq olaraq marşrut üzrə Tovuz rayonundan çıxmaqla Şəmkir rayonu ərazisindən keçməklə Gəncə şəhərinə gedib qayıtması nəzərə alınmalıdır. Bu səbəbdən onun cəza müddəti ərzində yaşadığı ərazini tərk etmək barədə məhdudiyyət həftə içi dərs saatları ərzində Gəncə şəhəri və Tovuz rayonu ərazilərinə aid edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Aydın oğlu və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 tərəfindən məhkəmə icraatı zamanı mülki iddia verilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 4675 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 62,65 manat pulun alınaraq ona verilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 179.1 və 179.2-ci maddələrinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Cinayət Prosessual Məcəllənin 183.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri). Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, cinayət işi materialları ilə Zərərçəkmiş şəxs5 4675 manat məbləğdə ziyan dəyməsi təsdiqin tapmışdır. Ona görə də, mülki cavabdeh kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 4675 manat pul və dövlət rüsumu kimi ödənilmiş 62,65 manat pulun əvəzi alınaraq mülki iddiaçı kimi Zərərçəkmiş şəxs5 Qoşunalı qızına verilməlidir. Cinayət işi üzrə maddi sübutlar Zərərçəkmiş şəxs1 məxsus iki ədəd səsgücləndiricilərin sahibində saxlanılması nəzərə alınmalı, həmçinin, Tovuz rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd xəncər, Zərərçəkmiş şəxs6 məxsus Almaniyada istehsal edilmiş sadə qadın qol saatı, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd “Apple Watch” markalı elektron qol saatı və otbiçənin mühərriki hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Aydın oğlu və Təqsirləndirilən şəxs2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 04 gün müddət azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulduğu 04 gün müddət azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Yaşadığı Tovuz rayonu ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət həftə içi dərs saatlarında Gəncə şəhəri və Şəmkir rayonu ərazilərinə aid edilməsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş maddi ziyana görə 4675 (dörd min altı yüz yetmiş beş) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 62,65 (altmış iki manat altmış beş qəpik) manat pulun əvəzi alınaraq Zərərçəkmiş şəxs5 Qoşunalı qızına ödənilsin. Maddi sübut - Zərərçəkmiş şəxs1 məxsus iki ədəd səsgücləndiricilərin sahibində saxlanılması nəzərə alınsın. Maddi sübutlar - Tovuz rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd xəncər, Zərərçəkmiş şəxs6 məxsus Almaniyada istehsal edilmiş sadə qadın qol saatı, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd “Apple Watch” markalı elektron qol saatı və otbiçənin mühərriki hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Aydın oğlu və Təqsirləndirilən şəxs2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-17/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-17/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver