Məhkəmə qərarları › İş №1(062)-17/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-17/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-17/2025 08.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Kürdəmir rayonu Mollakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə “Facebook” sosial şəbəkəsində tanış olduğu ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs özünü ev alqı-satqısında vasitəçi kimi təqdim edib inandıraraq, ona Bakı şəhəri Binəqədi rayonu ərazisində fərdi yaşayış evi almağı təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncu tərəfindən hissə-hissə olmaqla 15 mart 2022-ci il tarixdə 5000 (beş min), 3500 (üç min beş yüz), 3050 (üç min əlli), 16 mart 2022-ci tarixdə 2000 (iki min), 1900 (bir min doqquz yüz), 28 mart 2022-ci il tarixdə 1000 (bir min), 1000 (bir min), 1000 (bir min), 1000 (bir min) və 550 (beş yüz əlli) manat olmaqla ümumilikdə 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini "xxxx" ASC-də olan 4169-73**-****-9783 kart hesabına Tovuz şəhəri İstiqlal küçəsində yerləşən “Sultan Market” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə köçürülməsinə nail olub ələ keçirməklə, Zərərçəkmiş şəxs məxsus cəmi 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Y.Saratov küçəsində olan fərdi yaşayış evində yaşayır. Tovuz şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamıışdır. 2022-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 179 saylı tam orta məktəbin yaxınlığında torpaq sahəsi almışdır ki, ev tikib sataraq qazanc əldə etsin. Həmin ərazidə iki ədəd ev tikmişdir. Həmin evlərdən birinin sahəsi böyük, digəri isə kiçik idi. Bu minvalla 2022ci ilin mart ayında “Facebook” sosial şəbəkəsi ilə yarımtikili evi elana yerləşdirmişdir. Elanı yerləşdirdikdən sonra Nərgiz adlı xanım onunla əlaqə saxlayıb evlə bağlı suallar vermişdir. Həmin evi təmir etdikdən sonra 40000 (qırx min) manata satacağımı bildirmişdir. Nərgiz həmin evə baxmaq üçün 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhərinə gəlib təklif etdiyi yarımtikiliyə baxış keçirmişdir. Həmin ev iki otaq, mətbəx və sanitar qovşağından ibarət idi. Baxış zamanı ona bildirdi ki, evin dam örtüyünün vurulmasına baxmayaraq, evin daxilində görüləcək işlər çoxdur. Baxış zamanı ev təmirsiz olduğundan Nərgiz ilk əvvəl evi almaqdan imtina etdi. Lakin, tez bir zamanda evi təmir edəcəyini və 01 ay ərzində, yəni 28 aprel 2022-ci il tarixdə evi təhvil verəcəyini bildirmişdir. Nərgiz evə baxış keçirərkən yanında atası və ev və torpaların alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı Azər adlı şəxs də olmuşdur. Həmin vaxt Nərgiz evi almaqdan imtina etmək istədikdə Azər ona bildirdi ki, 500 (beş yüz ) manat versə Nərgizi evi almağa razı sala bilər. O da Azərlə razılaşmışdır. Bundan sonra Azər Nərgizə bildirdi ki, “yeri yaxşı yerdir, qiyməti də münasibdir, mən də nəzarət edərəm tez bir zamanda təmir etdirər.” Həmin vaxt ilkin ödəniş kimi 20000 (iyirmi min ) manat pula razılaşmışlar və ilkin olaraq Nərgiz ona 4000 (dörd min) manat pul beh kimi verəcəyini bildirmiş və o da evi 28 aprel 2022-ci ildə təhvil verəcəyini vəd etmişdir. Daha sonra Nərgiz yaşadığı Tovuz rayonuna getmiş və 2022-ci ilin mart ayının əvvəllərində 4000 manat pulu istifadəsindəki "xxxx" ASC-yə məxsus son dörd rəqəmi 9783 olan “X5” kart hesabına göndərmişdir. 2022-ci ilin mart ayının sonunadək hissə-hissə olmaqla Nərgiz həmin kart hesabına 16000 (on altı min) manat pul göndərmişdir. Nərgizin ona göndərdiyi 20000 manat puldan 500 manatını Azər adlı ev alqı-satqısı ilə məşğul olan şəxsə vermişdir. 28 aprel 2024cü il tarixdə Nərgiz onunla əlaqə saxlayıb evi təhvil almaq istədiyini bildirmişdir. Həmin vaxt evin kanalizasiya problemini və sənədləşməsini həll edə bilmədiyinə görə ona bildirdi ki, həmin problemləri tezliklə həll etdikdən sonra evi təhvil verəcəkdir. Həmin problemləri həll edə bilmədiyindən və başqa şəxslərə borcları yarandığından evi Nərgizə təhvil verə bilməmişdir. Daha sonra digər şəxslərə borclarını qaytarmaq üçün evi başqa şəxsə 20000 manat qarşılığında satmışdır. Sonradan Nərgizə 7500 (yeddi min beş yüz) manat pul qaytarmış, hal-hazırda Nərgizə 12500 (on iki min beş yüz) manat pul qaytarmalıdır. O, etdiyi əməldən peşman olduğunu və özünü təqsirli bildiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri qismən ödəmiş və geri qalan 12500 (on iki min beş yüz) manat pulun qaytarılması ilə bağlı ayda 500 manat olmaqla razılığa gəlmişlər. Əməlindən səmimi peşman olmasını və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Bozaqanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İki azyaşlı uşağı var. Onlardan biri, yəni Doğukan Çelik autizm xəstəliyindən əziyyət çəkdiyinə və Tovuz rayonunda müalicəsi üçün yaxşı həkimlər olmadığına görə Bakı şəhərindən ev almaq qərarına gəlmişdir. Bu minvalla 2022-ci ilin mart ayında “facebook” sosial şəbəkəsi ilə ev elanlarına baxarkən orada səhifəsi olan və özünü evlərin təmiri və tikintisi ilə məşğul olan şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbin yaxınlığında yarımtikili ev olduğunu və həmin evi təmir etdirdikdən sonra 40000 manata satacağını bildirmişdir. O, eyni zamanda əlində başqa evlərin də olduğunu və həmin evləri də təklif edə biləcəyini demişdir. Həmin evlərə baxmaq üçün 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhərinə gəlmiş və Mirabdullanın təklif etdiyi yarımtikiliyə baxış keçirmişdir. Baxış zamanı müəyyən etmişdir ki, evin dam örtüyünün vurulmasına baxmayaraq, evin daxilində görüləcək işlər çoxdur. Həmin ev iki otaq, mətbəx və sanitar qovşağından ibarət olmuşdur. Baxış zamanı ev təmirsiz olduğundan ilk əvvəl evi almaqdan imtina etmişdir. Lakin Mirabdulla tez bir zamanda evi təmir edəcəyini və 01 ay ərzində, yəni 28 aprel 2022-ci il tarixdə evi təhvil verəcəyini bildirmişdir. Evə baxış keçirərkən yanında atası Şahid1 və atasının dostu Azər adlı şəxs olmuşdur. Azər Binəqədi rayonu ərazisində ev və torpaqların alqı-satqısı ilə məşğul olan şəxsdir. O, evi almaqdan imtina etdikdə Azər ona bildirdi ki, “yeri yaxşı yerdir, qiyməti də münasibdir, mən də nəzarət edərəm tez bir zamanda təmir etdirər.” Həmin vaxt Mirabdulla ilə ilkin razılaşma əldə etmiş və beh kimi 4000 (dörd min) manat verəcəyini bildirmişdir. Qarşılığında isə Mirabdulla söz vermişdir ki, evi 28 aprel 2022-ci ildə ona təhvil verəcəkdir. Həmin vaxt ona 4000 (dörd min) manat pulu beh kimi Tovuz şəhərində olan “Sultan Market”də quraşdırılmış ödəmə terminallar vasitsilə Təqsirləndirilən şəxs ona vermiş olduğu son dörd rəqəmi 9783 olan karta yükləmişdir. 2022-ci ilin mart ayının ortalarında Mirabdulla ona zəng edərək təmir üçün pul lazım olduğunu demişdir. 2022-ci il mart ayının sonlarınadək Tovuz şəhərində yerləşən “Sultan Market”dən müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs ümumilikdə 16000 (on altı min) manat pul son dörd rəqəmi 9783 olan karta yükləmişdir. 28 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb evi təhvil almaq istədiyini bildirmişdir. Həmin vaxt Mirabdulla demişdir ki, “evin kanalizasiyasında və sənədləşməsində problem var, həll edib təhvil verəcək.” Təqsirləndirilən şəxs onu aldatdığını düşünüb vermiş olduğu 20000 manat pulu tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək evi təhvil verməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Mirabdulla ona satacağı evi başqa şəxsə 20000 (iyirmin min) manat pul qarşılığında satmışdır. Ödəmə qəbzlərini xəstə oğlu Doğukan Çelik yandırmışdır. Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı qismən, yəni 7500 (yeddi min beş yüz) manat pul ödəmiş və geri qalan 12500 (on iki min beş yüz) manat ziyanla bağlı öz aralarında ayda 500 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Odur ki, təqsirləndirilən şəxsin barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Tovuz rayonu, Bozalqanlı kəndindində daimi pasport qeydiyyatda olmaqla həmin kənddə yaşayır. X2 doğma övladıdır, hal-hazırda ailəsi ilə birlikdə müvəqqəti olaraq Gəncə şəhərində kirayədə yaşayır. Belə ki, qızının 7 (yeddi) yaşlı oğlu Doğuxan autizim xəstəsidir, həkimin yanına gedib-gəlməkdən ötrü qızı Gəncə şəhərində kirayədə ev tutub yaşayır. Əslən Kürdəmir rayon Mollakənd kəndindən olan və Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmin şəxs “Facebook” sosial şəbəkəsində evlərin alqı-satqısı ilə bağlı yerləşdirdiyi elan əsasında qızı ilə 2022-ci ilin mart ayında tanış olmuş və sonra qızı Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən fərdi yaşayış evini 40000 (qırx min) manat pul qarşılığında satacağına dair yalan vəd verib qızını inandırmışdır. Qızının deməyinə əsasən bu işdən xəbəri olmuş və Bakı şəhərində Təqsirləndirilən şəxs ilə qızına vəd verdiyi və satacağı evin qarşısında 2022-ci ilin mart ayının əvvəlində görüşüb ona səhv etmirsə, 3000 (üç min) manat pul vermişdir. Həmin pul qızına məxsus olmuşdur. Bu evi əvvəllər tanımamışdır. Sadəcə olaraq buraya qızının xahişi ilə qızı ilə birlikdə getmişdir. Həmin ev həyət evi olmaqla ətrafı hasarlanmış, birmərtəbəli ev idi. Təqsirləndirilən şəxs həmin evi onlara göstərib evin qiymətinin 40000 (qırx min) manat olmasini bildirmişdir. Təqsirləndirilən şəxs yanında sonradan adını Azər kimi bildiyi şəxsdə olmuşdur. Amma, pulu Təqsirləndirilən şəxs götürmüşdür. Hələ Novruz bayramı olmamışdır. Təqsirləndirilən şəxs göndərmiş olduğu və hal-hazırda ona dəqiq məlum olmayan "xxxx" ASC-yə məxsus son dörd rəqəmi 6512 olan bank kartı hesabına yerdə qalan məbləği Tovuz şəhərində yerləşən “Sultan Market”in və digər marketlərdə quraşdırılmış “Milliön” bankomatları vasitəsilə 2022-ci ilin mart ayının əvvəllərindən 2022-ci ilin mart ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla göndərmişdir. Həmin pulları göndərməyini təsdiq edən qəbzlər evdə olmuş və həmin qəbzləri xəstə nəvəsi Doğuxan yandırmışdır. Sonradan Təqsirləndirilən şəxs qızına evi satmayaraq onu aldatmış və pulunu qaytarmamşdır. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 19-cu Dağlıq yaşayış məntəqəsi bina 39, mənzil 410 pasport qeydiyyatında olmaqla, 7-ci mikrorayon X3 küçəsi ev 15/1-də yaşayır. Makler işləyir. Əslən Kürdəmir rayon Mollakənd kəndindən olan və Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Tovuz rayon Bozalqanlı kənd sakini qohumu Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır, həmin şəxslə heç bir ədavət və düşmənçiliyi yoxdur. Nəzifənin atası Etibar ona demişdir ki, qızı Nərgizə “Facebook” sosial şəbəkəsində evlərin alqı-satqısı ilə bağlı yerləşdirdiyi elan əsasında 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs tanış olmuş və Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən fərdi yaşayış evini 40000 (qırx min) manat pul qarşılığında satacağına dair vəd verib qızını inandırmışdır. Etibar ondan xahiş etdi ki, “gedək evə baxaq.” O da 2022-ci ilin mart ayında onların xahişinə əsasən Etibar və qızı ilə birlikdə görüşüb həmin evə baxmışdır. Həmin vaxt onun yanında Etibar tərəfindən Təqsirləndirilən şəxs pul verilməmişdir. Etibar dedi ki, “beh verimmi?”, Təqsirləndirilən şəxs dedi ki, “lazım deyildir.” İki gündən sonra Etibar ona zəng edib dedi ki, “Mirələm 10000 (on min) manat pul istəyir ki, həmin evi təmir elətdirsin.” O da Etibara dedi ki, “göndərirsən göndər, özün bilərsən, öz işindir.” Bundan sonra Etibarla Təqsirləndirilən şəxs arasında hansı pul söhbəti olub, bu barədə onda heç bir məlumat olmamışdır. Belə ki, hər iki tərəf onunla əlaqə saxlamamışdır. Düzdür, Təqsirləndirilən şəxs 2022-ci ilin yayında, daha dəqiq tarixini xatirlamır, iki dəfəyə, yəni bir dəfə 200 (iki yüz) manat, bir dəfə isə 300 (üç yüz) manat pul almışdır. Bununla da, Təqsirləndirilən şəxs ona cəmi 500 (beş yüz) manat pul vermişdir. Təqsirləndirilən şəxs ona dedi ki, “evim var, müştəri tapmaqda kömək edərsənmi?”, o da dedi ki, “taparam, amma haqqımı, yəni pulumu alacağam.” Bundan sonra ona dediyi evə müştəri tapmaqda kömək etmişdir. Sonradan həmin evi alan Gülnur adlı şəxs evi qaytarmış və pulunu da almışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü ildə anadan olmuş Seyidfatimə adlı 1 (bir) nəfər azyaşlı uşağı var. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-245/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 14 (on dörd) gün müddətinə həbs qətimakn tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-274/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığının son müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığından, həmin tarixdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, zərərçəkmiş şəxsə dəymiş ziyan qismən ödənilsə də, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə qalan məbləğin ödəniləcəyi ilə bağlı razılığa gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs bu razılığı təqsirləndirilən şəxsin təsiri altında vermiş, onunla rəsmi qaydada razılıq əldə edilməsinə dair hər hansı müqavilə və yaxud sənəd məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə ona görə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini CM-nin məqsədlərinə uyğun hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olmayacaqdır. Belə ki, "xxxx"MMC-dən əldə edilmiş diskdəki yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə vədlər vermişdir ki, onu axtaran şəxslərin də əksəriyyəti qadınlardan ibarətdir. Hazırki iş üzrə zərərçəkmiş şəxs də qadın olmaqla, Mirabdullanın vədinin qurbanına çevrilmişdir. Mirabddullaya mesaj yazan şəxslər az qalsın ki, verdikləri pulun ona geri qaytarılması üçün yalvarmaqla, ona edilən zəngləri və mesajları cavabsız qoymuşdur. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 16 iyun 2024-cü il tarixədək 2 (iki) ay müddətində həbsdə və ev dustaqlığında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) ay müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 08 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 08 aprel 2025-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar