Məhkəmə qərarları › İş №1(062)-173/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-173/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-173/2025 17.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştiraklarl ilə 17 fevral 2026-cı il tarixdə Tovuz şəhərində, xx.xx.2000-ci ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətə növbəti çağırışla əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli qərarına əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilərək 2025-ci ilin iyul çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmiş və xx.xx.2025-ci il tarixli fərdi çağırış vərəqəsinə əsasən hərbi xidmətə yola düşmək üçün xx.xx.2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə gəlməli olduğu barədə lazımi qaydada xəbərdar olunmağına baxmayaraq heç bir üzrlü səbəblər və qanuni əsaslar olmadan 2025-ci ilin iyul çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə getməyərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayır. O, 2017-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il, yəni 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən çağırış almış və tibbi müayinələrdən keçmişdir. Bu zaman onda skolioz xəstəliyi olması ilə əlaqədar hərbi xidmətə yararlı olmaması barədə rəy verilmişdir. 2020-ci ildə keçirdiyi avtomobil qəzasında aldığı kəllə-beyin travması səbəbindən psixoloji problemləri yaranmışdır. Həmin travma ilə əlaqədar bir müddət davranışlarında pozulmalar olmuş, lakin hal-hazırda davranışlarında heç bir pozğunluq yoxdur. 2025-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən çağırış almış, həmin şöbəyə gedərək tibbi müayinədən keçmiş və hərbi xidmətə yararlı olmağı barədə rəy verilmişdir. xx.xx.2025-ci il tarixli fərdi çağırış vərəqəsinə əsasən hərbi xidmətə yola düşmək üçün xx.xx.2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə gəlməli olması barədə məlumatlandırılmış, lakin həmin çağırışa getməmiş və hərbi xidmətə getmək üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Hal-hazırda onun heç bir psixoloji və ya fiziki qüsuru yoxdur. Buna görə də hərbi xidmətə getmək istəyir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun barəsində vermiş olduğu “hərbi xidmətə yararlı” rəyi ilə və onun barəsində təkrar hərbi xidmətə yararlı olması barədə xx.xx.2025-ci il tarixdə verilmiş rəylə razıdır. Səhhəti ilə bağlı hazırda heç bir problem olmadığı üçün hərbi xidmətə getmək istəyir. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə müraciət etmişdir. Əməlindən səmimi peşmandır. Odur ki, barəsində amnistiyanın tətbiq olumasını və işin icraatına xitam verilməsini xahiş edir. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 2024cü ilin iyun ayından etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin zabiti vəzifəsində işləyir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin tabe olduğu bölməsi həqiqi hərbi xidmət çağırışçılarının şöbəyə dəvət edilmələri, tibbi müayinələrdən keçirilərək hərbi xidmətə yola salınmalarını həyata keçirir. Çağırışçılardan Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsində ilkin hərbi qeydiyyata alınmışdır. O, xx.xx.2018-ci il tarixdə tibbi müayinədən keçmiş, ürək-damar xəstəliyi diaqnozu qoyulmuş, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmiş, ona xx.xx.2021-ci ilə qədər hərbi xidmətdən möhlət hüququ verilmişdir. O, 2021-ci il də möhlət hüququnun bitməsi ilə əlaqədar yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə dəvət olunaraq tibbi müayinələrdən keçirilmiş və ona ürək-damar xəstəliyi ilə əlaqədar yenidən, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər möhlət hüququ verilmişdir. xx.xx.2024cü ildən 2025-ci ilin aprel ayına qədər Təqsirləndirilən şəxs ilə rabitə vasitəsilə əlaqə yaradılaraq dəvət olunmuş, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə yaxınlaşmamışdır. Çağırış komissiyasında müayinədən keçən zaman səhhətində olan şikayəti ilə əlaqədar “Revmatizm qeyri-fəal mərhələ, mitral qapağın prolapsı İ dərəcə. Miokarditik kardioskoleroz, ürək ritminin pozulması aritmiya” və “Tibiotalar, talokalkoneal, supakarkoneal və 1-ci metatarzofalangial oynaqda maye yığıntısı izlənilir. Topuğun medial və lateral hissəsində dəri altında ödem sahəsi izlənilir” ilkin diaqnozları ilə xx.xx.2025-ci il tarixli 200 nömrəli göndərişlə “Tovuz Rayon Mərkəzi Xəstəxanası”na əlavə müayinəyə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Xidmətin Tovuz rayon şöbəsinə daxil olmuş 457 və 458 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”nda qeyd olunan “sağ incik sümüyünün distal nahiyyəsinin məhdud osteoparozu, müalicəyə ehtiyacı var”, “ürək damar xəstəliyi yoxdur” diaqnozları ilə “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qrafasının 58-ci maddəsinin “d” bəndinə əsasən “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilərək, yekun qərarın verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilmişdir. B.N.X5-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən yekun müayinədən keçmiş və xx.xx.2025-ci il tarixdə barəsində “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tibbi müayinələrdən keçmiş, ürək-damar xəstəliyi yoxdur diaqnozu qoyulmuşdur. Bundan sonra o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə dəvət edilmiş, onun valideyni də həmin şöbəyə çağırılaraq söhbət aparılmış, lakin o, çağırışa gəlməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixdə Mərkəzi Hərbi Həkim komissiyasından əldə etdiyimiz rəyə əsasən bizə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. xx.xx.2025-ci il tarixdə onun tərəfindən təhsilini bitirməsi, hal-hazırda təhsil almaması və sağlamlığından heç bir şikayəti olmaması ilə bağlı iltizama imza edilmiş, xx.xx.2025-ci il tarixdə onun ünvanına çağırış vərəqəsi göndərilmiş, onun tərəfindən həmin çağırış vərəqəsi qəbul edilərək imza edilmişdir. xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixdə onunla rabitə vasitəsilə əlaqə yaradılmış və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilməsi barədə məlumat verilməsinə baxmayaraq hərbi xidmətdən yayınmışdır. İşin 65-69-cu vərəqəsində olan çağırış dövrü 2025-ci ilin iyul ayı olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yekun rəyinə əsasən hərbi xdimətət yararlı hesab olunmuşdur. Cinayət işinin 56-cı vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilir. İşin 117-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması müəyyən edilir. Məhkəmə sorğusu nəticəsində alınmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X3 Rayon Şöbəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2025-ci il tarixdə hərbi xidmətə getmək barəsində ərizə ilə müraciət etmişdir. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır, və o 2026-cı ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə hərbi xidmətə cəlb olunmaq üçün ərizə ilə müraciət etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrini, vəkilin xahişini və dövlət ittihamçısının fikrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci maddəsinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 6-cı maddəsinə əsasə “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl həmin Qərarın 7-ci maddəsində göstərilən məhdudiyyətlər və amnistiya aktının tətbiq edilməsi mümükün olmayan CM-nin maddələrinin təsiri altına düşmür. Göründüyü kimi, Təqsirləndirilən şəxs amnistiya qərarının 5.1-ci maddəsinə əsasən amnistiya tətbiq olunmalı şəxslərin dairəsinə düşür və təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxsin vəkili və özü tərəfindən imzalanmış və məhkməyə təqim olunmuş ərizədən də görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiya qərarının tətbiq olunmasını xahiş olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci maddəsinin təsiri altına düşür. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir və həmin amnistiya haqqında qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri dairəsinə düşmür. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43-cü və 343-347-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar