Məhkəmə qərarları › İş №1(062)-177/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-177/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-177/2025 10.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi Məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə xx.xx.1965-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 42,930 qram təmiz çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib satış məqsədi olmadan üzərində saxlamış, Tovuz rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2025-ci il tarixdə, saat 14:31 dəqiqədə Tovuz rayonu, Qovlar şəhərində küçədə piyada hərəkətdə olarkən saxlanılaraq həmin tarixdə və həmin yerdə saat 14:00 dəqiqədən saat 14:11 dəqiqəyədək üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarın kəmərinin altından bir ədəd “Arqo” markalı siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 42,930 qram olmaqla tərkibində narkotik maddələr olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda, yəni 42,930 qram təmiz çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrar istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 44,89 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişi qanunsuz olaraq əldə edib satış məqsədi olmadan üzərində saxlamış, Tovuz rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2025-ci il tarixdə, saat 13:15-də Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində yerləşən “Heydər Əliyev” adına parkda piyada hərəkətdə olarkən saxlanılaraq həmin tarixdə və həmin yerdə saat 13:15 dəqiqədən saat 13:29 dəqiqəyədək üstü yoxlanılarkən əyninə geyindiyi qara rəngli gödəkçənin sağ iç yan cib hissəsindən bir ədəd sellofan paketdə olan 01 ədəd sellofan bükümdə olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda, yəni 44,89 qram təmiz çəkidə narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Narkotik vasitə olan tiryək və qurudulmuş marixuanadan istifadə edir. Təxminən 1 (bir) ay əvvəl Tovuz rayonu, Əsrik Cırdaxan kəndində “Şəfa” bulağında qarovul işlədiyi dövrdə bisetkaların birinin yanında, ağacın dib hissəsində şəffaf rəngli sellofan olduğunu görmüşdür. O, sellofanı yerdən götürüb əlində açıb baxan zaman içərisində narkotik vasitə olan tiryək olduğunu görmüşdür. Belə ki, o, əvvəllər də tiryək istifadə etdiyi üçün artıq həmin narkotik vasitəni görünüşünə görə tanımışdır. Buna görə də tapdığı sellofanın içərisində olan kütlənin narkotik vasitə olan tiryək olduğunu müşahidə etdikdən sonra başa düşmüşdür və gələcəkdə öz şəxsi istifadəsi üçün həmin sellofanı götürüb cibinə yerləşdirmişdir. O, xx.xx.2025-ci il tarixdə tapdığı narkotik vasitə olan tiryəkdən az miqdarda istifadə etmişdir. Qalan hissəsini isə yenidən cibinə qoyub üzərində gəzdirmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində o, iş axtarmaq məqsədilə Tovuz rayonu, Qovlar şəhərinə getmişdir. Həmin vaxt onun üzərində, yəni əynindəki şalvarın kəmər hissəsində bir ədəd arqo markalı siqaret qutusunun içərisində tapdığı narkotik vasitə olan tiryək olmuşdur. Beləliklə, o, Qovlar şəhərində yolun kənarı ilə piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşmışlar. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmışdır. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olubolmadığı soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində tiryək olduğunu deyərək əynində olan qara rəngli şalvarın kəmərindən bir ədəd “Arqo” siqaret qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra bir ədəd şəffaf rəngli sellofanda olan kütlə elektron tərəzidə çəkilmişdir. Bir ədəd şəffaf rəngli sellofanda olan kütlənin çəkisi sellofanla birlikdə 43,85 qram təşkil etmişdir.. Daha sonra onu Tovuz RPŞ-yə dəvət etmişlər. O, Tovuz RPŞ-nin inzibati binasında olarkən hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillərin siyahısı təqdim edilmiş, o həmin siyahı üzrə Müdafiəçi vəkil seçmişdir. Müdafiəçi iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəki təxminən 1 ay əvvəl hazırda dəqiq xatırlamadığı tarixdə qarovul işlədiyi, Tovuz rayonu, Əsrik Cırdaxan kəndində “Şəfa” bulağında tapmışdır. O, həmin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün tapdıqdan sonra üzərində gəzdirmişdir. Onun həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Bundan başqa o, 2025-ci ilin yay aylarında Tovuz rayonu, Əsrik Cırdaxan kəndindən sonrakı kəndin ərazisində yerləşən, adını dəqiq bilmədiyi bulaqların birində istirahətə gedən zaman orada olan ağacın dibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. O, həmin marixuananı tapan zaman götürərək özü istifadə etməyi üçün əynində olan şalvarın cibinə qoymuşdur. O, həmin marixuanadan arasıra özü üçün götürüb istifadə etmişdir. O, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində narkotik vasitədən istifadə etmək üçün Tovuz rayonu Bozalqanlı kəndi ərazisində yerləşən Heydər Əliyev parkına getmişdir. O, parkda insanların oturub istirahət eməsi üçün quraşdırılmış oturcaqda əyləşmiş və üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün siqaret dənəsini götürərək içini boşaltmağa başlamışdır. O, həmin siqaret dənəsinin içərisini boşaldaraq içərisinə qurudulmuş marixuana doldurub çəkmək üçün götürmüşdür. O, elə siqaret dənəsini boşaldan zaman arxadan 3 nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona yaxınlaşan zaman onun əlindən tutmuşlar və polis əməkdaşları olduqlarını bildirmişlər. Onlardan bir nəfəri özünə məxsus olan mobil telefonla videoçəkiliş aparmışdır. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirdəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanılması, gəzdirilməsi və istifadə olunması qadanğan olunmuş əşya olub-olmadığı soruşulmuşdur. O, da onlara üzərində qanunla saxlanılması istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyərək əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç yan cibindən bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞ-si Qovlar polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-nin Qovlar polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Qovlar polis bölməsinin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə 09 sentyabr 2025-ci il tarixdə, saat 14:00 dəqiqədə Təqsirləndirilən şəxs Tovuz rayonu, Qovlar şəhəri ərazisində yol kənarında piyada hərəkətdə olarkən müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürülmə aparılmasından Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövrisyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək, əyinindəki qara rəngli şalvarın kəmərinin altından bir ədəd “Arqo” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunda olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı siqaret qutusunun içərisində şəffaf rəngli sellofan aşkar edilmişdir. Baxış zamanı şəffaf rəngli sellofanın içərisində qəhvəyi rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən tiryəkə bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki qara rəngli şalvarın kəmərinin altından çıxarıb təqdim etdiyi bir ədəd “Arqo” markalı siqaret qutusunda olan kütlə narkotik vasitə hesab edilən tiryəkdir. Həmin kütləni 3 ay bundan əvvəl Tovuz rayonu, Əsrik- Cırdaxan kəndində yerləşən Şəfa bulağında ağacın altından tapmış və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxsovun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofanda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi sellofanla birlikdə 43,85 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofanda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Üstünü yoxlama süni işıqlandırma şəraitində keçirilmişdir. Üstünü yoxlama zamanı “Redmi Note 12 Pro” markalı mobil telefon vasitəsilə Tovuz RPŞnin Qovlar PB-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitəni kimdən və nə məqsədlə əldə etməsi, narkotik vasitəni əldə edərkən hər hansı bir şəxs(lər)in onu görüb-görməməsi barədə hazırda məlumatı yoxdur. Həmin xüsusatların araşdırılması istiqamətində CAB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni sonuncu 3 ay bundan əvvəl Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində yerləşən Şəfa bulağında ağacın altından tapdığını, tapdıqdan sonra öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir şəxsə qanunsuz olaraq narkotik vasitə satması barədə, nə də sonuncudan qanunsuz olaraq narkotik vasitə satın alma barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 öz ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə cilasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞ-si Qovlar polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-si CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid6 və Tovuz RPŞ-si CABın əməliyyat müvəkkili vəzifəsində çalışan, polis baş leytenantı Şahid5 ilə birlikdə 13 noyabr 2025-ci il tarixdə, saat 13:15 dəqiqədə Təqsirləndirilən şəxs Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində Heydər Əliyev adına parkda piyada hərəkətdə olarkən müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ tərəflərindən izah edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürülmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövrisyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək əynindəki qara rəngli gödəkçənin sağ iç yan cibindən bir ədəd ağ rəngli sellofanı təqdim etmişdir. Həmin sellofanda olan kütləyə baxış keçirilmiş və sellofanın içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır və həmin kütləni 2025-ci ilin may ayında Tovuz rayonu ərazisində tapmış və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofanda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofan ilə birlikdə 50,39 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni kimdən və nə məqsədlə əldə etməsi, narkotik vasitəni əldə edərkən hər hansı bir şəxs(lər)in onu görüb-görməməsi barədə hazırda məlumatı yoxdur. Həmin xüsusatların araşdırılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 2025-ci ilin may ayında Tovuz rayonu ərazisindən tapdığını, tapdıqdan sonra öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 10 sentyabr 2025-ci il tarixli 16/776 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd selofan bükümündə, təmiz çəkisi 42,930 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir. Ekspertiza rəyinin qeyd hissəsində tiryək təmiz çəkisi – 42,930 qram, tədqiqata sərf edildi – 0,3 qram, qalıq – 42,630 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 14 noyabr 2025-ci il tarixli 16/908 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd selofan bükümündə, təmiz çəkisi 44,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişdir. Ekspertiza rəyinin qeyd hissəsində Tiryək təmiz çəkisi – 44,89 qram, tədqiqata sərf edildi – 0,08 qram, qalıq – 44,81 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 02 oktyabr 2025-ci il tarixli 1561 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tatrixli 1(062)- 55/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tovuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 14 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim narkoloqun və həkim psixiatrın kabinetində dispanser qeydiyyatda dayanmır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 məhkəməyə ərizə təqdim edərək Amil Məmmədovun verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını bildirmiş, 60 yaşının olmağını nəzərə alaraq onun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı (bundan sonra – Amnistiya Qərarı) tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Həmin qərarın 1.14-cü bəndinə əsasən, bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərar qüvvəyə minənədək Təqsirləndirilən şəxs 60 yaşına çatmışdır, Qərarının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqi dairəsinə düşmür. Beləliklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 42,630 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, 44,81 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60,80 (altmış manat səksən qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə xüsusi müsadirə və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin, qərarın bu hissəsinin icrası Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 42,630 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, 44,81 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60,80 (altmış manat səksən qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar