Məhkəmə qərarları › İş №1(062)-18/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-18/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-18/2024 03.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 100,7 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib, səkkiz ədəd gümüşü rəngli falqa bükümlərdə çəkiləri ayrı-ayrılıqda 0,58 qram, 0,52 qram, 0,54 qram, 0,49 qram, 0,55 qram, 0,53 qram, 0,51 qram, 0,55 qram olmaqla ümumi çəkisi 4,27 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı üzərində “Sobranie” yazısı olan siqaret qutusuna yerləşdirməklə əynindəki gödəkçənin sol iç yan cibində, 96,43 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı isə yaşadığı, xalası Şahid4 məxsus Tovuz şəhəri, M.Zeynalov küçəsi 58 saylı ünvanda yerləşən evin girişinin sağ tərəfindəki yardımçı tikilinin yataq otağında geyim əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş dolabın içərisində saxladıqdan sonra, həmin əməldə şübhəli bilindiyinə görə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 17 may 2023-cü il tarixdə, saat 18:40-da Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Taksi matornıy” adlanan ərazidə idarə etdiyi “Kio Rio”markalı **-FN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə müəyyən edilib ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində həmin tarixdə saat 19:00-dan saat 19:40-dək olan müddətdə keçirilmiş şəxsi axtarış zamanı bir ədəd ağ rəngli, üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içərisinə yerləşdirdyi səkkiz ədəd gümüşü rəngli falqa bükümlərdə çəkiləri ayrı-ayrılıqda 0,58 qram, 0,52 qram, 0,54 qram, 0,49 qram, 0,55 qram, 0,53 qram, 0,51 qram, 0,55 qram olmaqla ümumi çəkisi 4,27 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana onun əynindəki gödəkçənin sol iç yan cibindən, qalan 96,43 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana isə onun faktiki yaşadığı, xalası Şahid4 məxsus olan Tovuz şəhəri, M.Zeynalov küçəsi 58 saylı ünvanda yerləşən evə həmin tarixdə saat 20:00-dan saat 20:40-dək olan müddətdə axtarış keçirilməsi zamanı həmin evin girişinin sağ tərəfində yerləşən yardımçı tikilinin yataq otağında geyim əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş dolabın içərisindən bir ədəd göy rəngli polietilen torbadakı digər şəffaf polietilen sellofanın içərisindən aşkar olunaraq götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda xalası Şahid4 ilə birlikdə yaşayır. Həmin ev xalası Gülarəyə məxsusdur. Özü heç bir yerdə işləmir, lakin Tovuz rayon mərkəzi bazarında tərəvəz satıb, özünün gündəlik təlabətını qarşılamağa çalışır və bir ilə yaxın müddətdir ki, narkotik vasitə aludəçisidir, yalnız narkotik vasitə olan marixuana istifadə edir. Lakin narkotik maddələrin alqı-satqısını həyata keçirmir. Ondan aşkar edilmiş narkotik vasitəni Şirvan şəhər sakini Müzəffər adlı şəxsdən almışdır. Belə ki, onunla Şirvan şəhərində kafelərin birində yemək yeyən zaman tanış olmuş və aralarında narkotik maddələrdən söhbət düşmüşdür. Həmin şəxsə özünün narkotik maddələrdən istifadə etdiyini demişdir. Müzəffər öz növbəsində ona narkotik maddə təşkil edəcəyini bildirmişdir. Bu səbəbdən ona məxsus ***-***-**-** mobil nömrəni götürmüş və özünə məxsus mobil telefonda kontaktlar bölümündə adını Ali Baba kimi qeyd etmişdir. Sonradan Müzəffərə zəng vuraraq narkotik vasitə olan marixuana almaq istədiyini bildirmişdir. Müzəffərə 100 qram narkotik maddə marixuana almaq istədiyini demiş və 600 manata razılaşmışlar. Narkotik maddəni almaqda məqsəd şəxsi istifadəsi üçün olmuşdur. Narkotik vasitəni almaq üçün Şirvana dostu Hüseyn adlı şəxslə “Kio Rio” markalı dövlət qeydiyyat nömrə nişanının son rəqəmi 435 olan avtomobillə getmişdir. Həmin vaxt avtomobili özü idarə etmişdir. Hüseynin onun Şirvan şəhərinə hansı məqsədlə getməyindən məlumatı olmamışdır. Şirvan şəhərində yolun kənarında Müzəffər adlı şəxslə görüşüb ondan narkotik vasitə olan marixuananı götürdükdə həmin vaxt Hüseyn avtomobildə yatmışdır. Müzəffər də onunla görüşə tək gəlmişdir. Müzəffərdən marixuana aldıqdan sonra marixuananı Hüseynə məxsus avtomobilin yük hissəsinə qoymuşdur. Daha sonra isə Şirvan şəhərindən çıxıb Tovuz şəhərində yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra avtomobilin yük hissəsindən narkotik vasitə olan marixunanı götürüb yaşadığı evin girişin sağ tərəfində yerləşən yardımçı evin yataq otağında olan geyim üçün nəzərdə tutulmuş dolabın içərisinə qoymuşdur. Daha sonra isə həmin marixuananın üzərindən təxminən 3-4 bükümlük götürüb Hüseynə vermişdir. Hüseyn isə yaşadığı evdən çıxaraq getmişdir. Ertəsi gün evdə göy rəngli sellofanın içərisində şəffaf rəngli sellofanda olan kütlənin bir qismini falqalara büküb üzərində götürmüşdür. Bu zaman məqsədi özünün həmin narkoik vasitəni rahat çəkməsindən ibarət olmuşdur. Yəni ittihamda qeyd olunan satmaq kimi niyyəti olmamışdır. O ittiham aktında adları göstərilən heç bir şəxsə narkotik maddə satmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində idarə etdiyi “Kio-Rio” markalı **-FN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Taksi Motornıy” adlanan yerdə hərəkətdə olan zaman üç nəfər mülki geyimdə olan şəxs onu saxladaraq avtomobildən düşməyini tələb etmiş, daha sonra özlərini polis əməkdaşları kimi təqdim edib, ardı ilə də üzərində narkotik vasitə gəzdirməkdə satmaqda şübhəli olduğu üçün onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına hər hansı bir müqavimət göstərmədən avtomobili ilə birlikdə Tovuz RPŞyə getməyə razılıq vermişdir. Beləliklə də polis əmədaşları onu həmin tarixdə Tovuz RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona fiziki təzyiq edilmişdir. Belə ki, şöbədə polis əməkdaşları onu döymüşlər və bildirmişlər ki, onların istədiyi kimi ifadə verməlidir. Məcbur qalıb onlar hansı formada demişsə eləcə də ifadə vermişdir. Lakin bu barədə prokurorluq orqanına müraciət etməmişdir. Çünki qorxmuşdur. Daha sonra ifadəsində göstərmişdir ki, əməliyyatçı Orxan ona təklif etmişdir ki, narkotik versin satışını həyata keçirsin. Lakin bununla razılaşmamışdır. Bu səbəbdən Orxan və adını bilmədiyi polis əməkdaşı onu möhkəm döymüşlər. Orxan hətta onu ölümlə hədələmişdir. Daha sonra rəis müavini ona bildirmişdir ki, döyülmək xoşunamı gəlir, Orxan nə deyir ona imza et və çıx get. Orxan isə ona bildirmişdir ki, xalan gəlmişdir və pul vermişdir ki, səni buraxaq. Bütün sənədlərə imza et və şöbədən get. Məcbur qalıb bütün sənədlərə imza etmişdir. İstintaqı aparan şəxs də Orxanın xalası oğludur. Dəfələrlə xalasını aldadaraq ondan pul almışdır ki, guya ona kömək edəcəkdir. Həmçinin aldığı narkotikin yarısı ona məxsus olmuşdur. Həmin narkotikin yarısı onunla Şirvana gedən və sonradan vəfat etmiş, Hüseyn adlı şəxslə məxsus olmuşdur. Həmin şəxsin tutulmaması üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Yəni aşkar edilən narkotik 100 qram ola bilməzdi. Odur ki, barəsində olan cinayət işi üzrə əməlinin tövsif edilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə mütamadi olaraq qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində, yaşadığı evdə və avtomobilində gəzdirməsi və yaşadığı fərdi yaşayış evində saxlaması faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi üçün xx.xx.2023-cü ildə saat 19 radələrində Tovuz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid7 və Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhəri H.Əliyev prospektində yerləşən “Taksi motornıy” deyilən yerdə idarə etdiyi “Kio-Rio” markalı **-FN-*** qeydiyyat nişanlı avtomobili saxlanılmışdır. Ona özlərini polis əməkdaşı olaraq təqdim edib, sonuncuya narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq satış məqsədi ilə üzərində və avtomobilində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirmiş və RPŞ-nə getməsi təklif edilmişdir. O, da heç bir müqavimət göstərmədən avtomobili ilə birlikdə saat 18:40 dəqiqədə Tovuz RPŞ-nə gətirilmişdir. Bundan sonra Tovuz RPŞ-nin Bölməsinin təhqiqatçısı polis baş leytenantı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını izah edilib hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim olunmuşdur. Sonuncu təqdim edilmiş siyahı üzrə vəkil X2 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil İsa Hüseynov və iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs üzərində saat 19:00-dan saat 19:40 dəqiqəyə kimi onun, Tovuz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid7, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid8 və vəkil İsa Hüseynovun iştirakları ilə axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya olması varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya olduğunu deyərək əynində olan qara, qırmızı və ağ rənglərdən ibarət olan gödəkçəsinin sol iç yan cibindən bir ədəd üzərində “Sobranie” yazısı olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqdim edilmiş siqaret qutusunun içərisinə baxan zaman içərisindən 8 ədəd gümüşü rəngli siqaret falqasında olan bükümlər aşkar edilmişdir. Həmin bükümlərdə olan kütləyə açılaraq baxış keçirilən zaman içərilərində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qara, qırmızı və ağ rənglərdən ibarət olan gödəkçəsinin sol iç yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd “Sobranie” yazısı olan siqaret qutusunda olan 8 ədəd gümüşü rəngli siqaret falqasında olan bükümdə olan kütlələr marixuanadır və həmin kütləni 3 gün əvvəl Şirvan şəhər sakini Müzəffər adlı şəxsdən 100 qramını 600 manata almışdır. Həmin 100 qram marixuanadan bir qədərini üzərində satmaq üçün gümüşü rəngli siqaret falqasına büküb saxlamış, yerdə qalan marixuananı isə yaşadığı evdə girişdən sağda yerləşən yardımçı tikilidə şkafın içərisində özünə məxsus paltarların altında saxlamışdır. Həmçinin, üzərində saxladığı və şəxsi axtarış zamanı təqdim etdiyi gümüşü siqaret falqasında olan qurudulmuş marixuananın bir qismini xx.xx.2023-cü il tarixdə Tovuz şəhər sakini Elnur adlı və digər tanımadığı iki nəfər şəxsə bir bükümünü 10 manata satmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zaman bir ədəd qara rəngli “Samsung Galaxy A 10” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonun ona aid olduğunu və narkotik vasitə almaq üçün Şirvan şəhər sakini Müzəffər adlı şəxslə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsilə həmin mobil telefon vasitəsilə əlaqə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “Sobranie” yazısı olan siqaret qutusunda olan 8 ədəd gümüşü rəngli siqaret falqasında olan kütlələr ümumilikdə elektron tərəzidə çəkilmişdir. Həmin kütlələrin falqa ilə birlikdə çəkisi 5,55 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “Sobranie” yazısı olan siqaret qutusunda olan 8 ədəd gümüşü rəngli siqaret falqasında olan kütlələr zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Məhkəmə Ekspertiza Mərkəzinin X6 göndərilməsinə görə təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüşdür. Daha sonra əməliyyatın davamı kimi xx.xx.2023-cü il də saat 20 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A 10” markalı mobil telefona özünün, Tovuz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid7, Tovuz RPŞnin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid8 və vəkil İsa Hüseynovun iştirakları ilə təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs telefonun kilidini açaraq kontaktlar bölümünə daxil olaraq adını Ali Baba kimi qeyd etdiyi şəxsin ***-***-**-** mobil nömrəsini göstərərək satış məqsədilə aldığı üzərində və yaşadığı evdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı 3 gün əvvəl Şirvan şəhərində 600 manata Müzəffər adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra, əməliyyatın davamı kimi elə həmin günü saat 20:00-dan saat 20:40 dəqiqəyə kimi Təqsirləndirilən şəxs yaşadığı, xalası Şahid4 məxsus, Tovuz şəhəri M.Zeynalov küçəsi 58 №li evə onun və Şahid4 yazmış olduğu ərizələr əsasında özünün Tovuz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid7, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid8 və vəkil İsa Hüseynovun iştirakları ilə axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı 116 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana onun yaşadığı, xalası Şahid4 məxsus olan Tovuz şəhəri, M.Zeynalov küçəsi ev № 58 ünvada yerləşən evə baxış keçirilməsi zamanı həmin evin girişinin sağ tərəfində yerləşən yardımçı tikilinin yataq otağında geyim əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş dolabın içərisindən 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisində ağ rəngli sellofanın içərisindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki,həmin narkotik vasitəni 3 gün əvvəl Şirvan şəhər sakini Müzəffər adlı şəxsdən 100 qramını 600 manata almışdır. Bundan sonra həmin kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Məhkəmə Ekspertiza Mərkəzinin X6 göndərilməsindən ötrü təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüşdür. Eyni zamanda həmin şəxsin “Kio-Rio”markalı **-FN-*** qeydiyyat nişanlı avtomobilinə də elə həmin günü saat 20:50 dəqiqədən saat 21:20 dəqiqəyə kimi Tovuz RPŞ-nin həyətində mənim, Tovuz RPŞ-nin NMQnın əməliyyat müvəkkili, polis leytenantı Şahid7 və Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid8 və vəkil İsa Hüseynovun iştirakları ilə axtarış aparılmışdır. Avtomobildə qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahidlər Şahid7 və Şahid8 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda da yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin buna baxmayaraq Tovuz rayon mərkəzi bazarında xırda ticarət ilə məşğul olub özünün gündəlik maddi ehtiyaclarını ödəməyə çalışır. Təqsirləndirilən şəxs onun bacısı oğludur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, o, yaşadığı evdə tək qaldığı üçün onunla birlikdə yaşayır. Onun narkotik vasitə alüdəçisi olduğundan məlumatı olmamışdır, belə ki, Anar heç vaxt onun yanımda narkotik vasitə istifadə etməmişdir. xx.xx.2023-cü il saat təxminən 19 radələrində o Tovuz rayon Əyyublu kəndində yaşayan bacısının yaşadığı evdə olan zaman bir nəfər tanımadığı şəxs ona zəng edərək Anarın polislər tərəfindən tutulduğunu bildirmişdir. O, dərhal bacısı evindən çıxaraq taksi ilə Tovuz RPŞ-nə gəlmişdir. Şöbədə o, ərizə ilə Tovuz RPŞ-nə müraciət edib evində axtarış aparlmasına etirazı olmadığını bildirmişdir. Daha sonra isə onlar polislər ilə birlikdə onun yaşadığı evə getmişlər.Yaşadıqları evdə onun və Anarın razılıq ərizəsi ilə onun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin yardımçı otağında yerləşən dolabdan narkotik vasitə olan qurdulmuş marixuana aşkar edilərək polislər tərəfindən götürülmüşdür. Aşkar olunmuş narkotik vasitədən onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Aralarında hər hansı ədavət yoxdur. Əksinə dostluq münasibətləri vardır. Maşın almaq istədiyi üçün Anarı yığmış, bu səbəbdən də polis əməkdaşları onu şöbəyə çağırmışdır. Halbuki, Anarı telefonla yığmaqda məqsədi özünə aid VAZ 2106 minik markalı avtomobili satıb yenisini almaq üçün ondan məsləhət almaqdan ibarət olmuşdur. Anardan narkotik vasitə almamışdır. Ümumiyyətlə özü narkotik maddələrdən istifadə etmir. Polis əməkdaşı Orxan onun boynuna qoymağa çalışmışdır ki, Anardan narkotik maddə aldığını desin. Lakin razılaşmamışdır. Polisdə nəyə imza etdiyini bilmir və verdiyi ifadə yadında qalmamışdır. Anarın narkotik maddələrin satışını həyata keçirməsindən və özünün istifadəsindən xəbəri yoxdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavət yoxdur. Anardan narkotik vasitə almamışdır. Özü narkotik vasitələrdən istifadə etmişdir. Hazırda istifadə etmir. Polisdə ifadə verən zaman polis əməkdaşları ona zor tətbiq etdikləri üçün məcbur qalıb Anardan narkotik vasitə alması barədə ifadə vermişdir. Həmin ifadə onun iradəsini əks etdirmir. Buna baxmayaraq qorxduğu üçün imza etmişdir. Özünün narkotik maddələrin istifadəsi üzrə cinayət işi olduğundan beyində bir qorxu vardır. Məhz bu qorxuya görə polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Anarın narkotik maddələrin satışı ilə məşğul olmasından xəbəri yoxdur. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Anarı tanıyır. Qonşu olmuşlar və onu taksi sürücüsü kimi bilmişdir. Kia markalı avtomobil ilə Anar taksi fəaliyyəti göstərir. Taksi lazım olduqca ona zəng vurmuşdur. Bu 4-5 dəfə olmuşdur. Özü narkotik vasitələrdən istifadə etmir. Anarın da narkotik maddələrdən istifadə etməsindən və narkotik maddələrin satışını həyata keçirməsindən məlumatı yoxdur. Polisdə verdiyi ifadəni xatırlamır. Nəyə imza etdiyini dərk etməmişdir. Təqsirləndirilən şəxs pul verərək narkotik vasitə almamışdır. Polis tərəfindən ona təzyiq edilməmişdir. Sadəcə olaraq ifadəsini oxumamış imzalamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid kimi dindirilən X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun əmisi oğludur. Əmisi ona zəng vurmuşdur ki, Anarı polislər tutub. Bu səbəbdən Anarın yaşadığı evə gəlmiş və polisləri olduğun görmüşdür. Hansı gün olduğunu dəqiq xatırlamır, ancaq günorta saat üçə işləmiş gəldiyi yadındadır. Anarı isə axşama yaxın saat yeddidə gətirmişlər. Anarın xalası Gülarə də evdə olmamış, onunla əlaqə saxlamış şöbədə olduğunu bildirmişdir. Daha sonra isə polis əməkdaşları Anarı gətirən zaman xalası da onunla birlikdə gəlmişdir. Evdə bildiyi qədər marixuana tapılmışdır. Bunu öz gözləri ilə görməmişdir. Bu barədə Anardan nəsə soruşmağa imkan olmamışdır. Anara zor tətbiq edilməsinin şahidi olmamışdır. Daha sonra Anarla əlaqə saxlamış və Anar telefonda ona bildirmişdir ki, onu şərləmişlər və aid olmayan məsələləri boynuna almasına təzyiq edirlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid kimi dindirilən X3 ifadəsində göstərmişdir ki, Anar onun qardaşıdır. Hadisə olan günü saat 2-3 aralığında atası onu yığmışdır ki, Anara nəsə olub. Belə ki, onun yaşadığı evə polislər gəlmişdir. Atasına xəbərinin olmadığını bildirmişdir. İşdən icazə alaraq saat 4-5 aralığında nənəsi evinə gəlmişdir. Bu zaman görmüşdür ki, qapının qarşısında polis əməkdaşları vardır. Onu içəri girməyə qoymamışlar. Soruşanda ki, nə baş verib Anarın tutulduğunu bildirmişlər. Zənn etmişdir ki, hər hansı yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Sonradan içəri daxil olmuşdur. Sağ tərəfdə əl damına baxmaq istəmiş, lakin polislər imkan verməmişdir. Bibisi də (dayısının yoldaşı) həmin vaxt evdə olmuşdur və halı yaxşı olmamışdır. Ona su və dərman vermiş, bibisi özünə gəlmişdir. Əl damının yanında hamam yerləşir və ora girmək istəyəndə polislər yenə imkan verməmişlər. Bu zaman əl damının içərisində iki nəfər olduğun görmüşdür. Sonra bibisinin yanına qayıtmış, axşam tərəfi isə Anarı gətirmişlər. Qardaşı ona bildirmişdir ki, polislər deyir ki, hər halı qəbul et sənin üçün yaxşı olacaq. Anarın yaxşı olduğunu görüb sakitləşmişdir. Lakin sonradan Anar ona bildirmişdir ki, polislər onu döymüşdür. Qardaşının narkotik vasitələrdən şəxsi istifadəsinin olduğunu bilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Tovuz rayon Polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 18:55-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçisi X1 iştirakı və video çəkiliş aparılmaqla saat 19:00-dan saat 19:40-dək olan müddətdə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara, qırmızı və ağ rənglərdən ibarət olan gödəkçənin sol iç yan cibindən bir ədəd üzərində “Sobranie” yazısı olan siqaret qutusundan cəmi 8 ədəd gümüşü rəngli siqaret falqalarında ümumi çəkisi 5,55 qram, 8 (səkkiz) ədəd gümüşü rəngli kağız bükümlərdə çəkiləri ayrıayrılıqda 0,58 qram, 0,52 qram, 0,54 qram, 0,49 qram, 0,55 qram, 0,53 qram, 0,51 qram, 0,55 qram olmaqla ümumi çəkisi 4,27 qram (məhkəmə-bioloji ekspertizası zamanı tədqiqatdan sonra) narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. «Axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə həmin şəxsin yaşadığı Tovuz şəhəri, Məmməd Zeynalov küçəsi, ev 58-də yerləşən evə video çəkiliş aparılmaqla saat 20:00-dan saat 20:40-dək keçirilmiş axtarış və götürmə zamanı evdə girişdən sağ tərəfdə yerləşən yardımçı tikilidə şkafın içərisində paltarların altında olan göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində bir ədəd şəffaf rəngli sellofan torbadın içərisində sellofanla birlikdə çəkisi 116 qram (məhkəmə-bioloji ekspertizasının rəyindən sonra 96,43 qram) təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və yardımçı tikilidə axtarış aparan zaman çarpayının üzərində olan döşəyin altından bir ədəd gümüşü rəngli falqa aşkar edilib götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin X4 xx.xx.2023-cü il tarixli, 16/517 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd üzərində sobranie yazısı olan siqaret qutusunda 8 ədəd gümüşü rəngli siqaret falqasında olan kütlə” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd “Sobranie” adlı siqaret qutusunun içərisndə 8 (səkkiz) ədəd “gümüşü” rəngli falqa bükümlərində çəkiləri ayrı-ayrılıqda 0,58 qram, 0,52 qram, 0,54 qram, 0,49 qram, 0,55 qram, 0,53 qram, 0,51 qram, 0,55 qram olmaqla ümumi təmiz çəkisi 4,27 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata hər bir obyekt üzrə 0,02 qram, cəmi 0,16 qram sərf edilmiş, qalıq 4,11 qram təşkil etmişdir. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdə təqdim etdiyi bir ədəd göy rəngli selofan olan kütlə” yazılar və imzalar olan kağız paketdəki bir ədəd gör rəngli polietilen torbadakı təmiz şəkisi 96,43 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 96,41 qram təşkil etmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 1237 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. «Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X4 xx.xx.2023-cü il tarixli, 16/517 nömrəli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli, 16/367 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində üzərində "vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd üzərində sobranie yazısı olan siqaret qutusunda 8 ədəd gümüşü rəngli siqaret falqasında olan kütlə" yazılar və imzalar olan kagız paketdəki marixuanalar tərkiblərinə görə həm öz aralarında həmdə, üzərində üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə təqdim etdiyi bir ədəd göy rənnnngli sellofan olan kütlə....” yazılar və imzalar olan kağız paketdəki marixuana ilə tərkiblərinə görə eynidirlər. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qalması və bu səbəbdən əməli etiraf etməsi dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndi). Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23- 27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il). Hazırki cinayət işində isə təqsirləndirilən şəxs peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər onun özü, istərsə də vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarın 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir və belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10,§ 151, 18 iyun 2019-cu il). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir. Ona görə də, müdafiə tərəfindən bu dəlilləri qəbul edilən deyildir. Eyni zamanda vəsatət əsasında məhkəmə tərəfindən təqsirləndirilən şəxsə fiziki təzyiq edilməsinin araşdırılması üçün Tovuz Rayon Prokurorluğuna sorğu edilmiş və aparılmış araşdırma üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi müdafiə tərəfinin iddiaları əsassızdır. Məhkəmə onu da diqqətə çatdırır ki, hazırda təqsirləndirilən şəxsin verdiyi ifadə onun özünü müdafiəsidir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs əməlini etiraf etmiş və təqsirli olduğunu bildirmişdir. Lakin məhkəmə iclasında bunu polis əməkdaşlarının fiziki təzyiqi ilə etdiyini bildirərək zidiyyətli ifadə vermişdir. Hansı ki, təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı fiziki zorakılıq etməsi ilə bağlı prokurorluq orqanlarına və Daxili İşlər Nazirliyinə müraciət etməmişdir. Habelə, ona fiziki zorakılıq edilməsi məhkəmə araşdırması zamanı təsdiqin tapmamışdır. İbtidadi istintaq zamanı təqsirləndirilən şəxsdən narkotik vasitə almasını bildirən şahidlər məhkəmə iclasında həmin halı inkar etsələr də, onların ifadəsi sübut kimi qəbul edilməmişdir. Çünki məhkəmə tərəfindən rayon prokurorluğuna göndərilmiş sorğu üzrə araşdırma aparılan zaman Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 manat verərək narkotik vasitə olan marixuana almışdır. Sadəcə olaraq məhkəmə iclasında həbs olunmaqdan qorxduğu üçün yalan danışmışdır. Digər Şahid3 da ibtidai istintaq zamanı narkotik vasitə aldığını bildirsə də, məhkəmə iclasında bunu inkar etmişdir. Göründüyü kimi şahidlər ziddiyyətli ifadələr verməklə çaşqınlıq yaratmağa çalışmışdır. Hansı ki, onlar təqsirləndirilən şəxslə yaxın münasibətlərdədir və məhkəmə hesab edir ki, ona kömək məqsədi ilə ifadələrini dəyişmişlər. Qeyd olunanlara əsasən məhkəmə həmin şahidlərin məhkəmə iclasında verdikləri ifadələrini mötəbər sübut saymamışdır. Müdafiə tərəfinin vəsatəti üzrə dindirilmiş şahidlərin ifadələri də iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar olmadığı üçün hər hansı sübuti əhəmiyyətə malik deyildir. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmçinin onu da məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan Məhkəmə Narkoloji Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla yanaşı iş üzrə maddi sübut –Tovuz Rayon Polis Şöbəsində saxlanılan 100,52 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında qaldığı 02 (iki) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanılan 100,52 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar