Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-18/2025 29.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Tovuz Rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Tovuz Rayonu Vəkil Bürosunun v əkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 və müdafiəçisi – Tovuz Rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 İsmayıl oğlu və müdafiəçisi – Tovuz Rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1997-ci ildə Tovuz rayonu Qovlar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.2002-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1995-ci ildə Tovuz rayonu Muncuqlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1997-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Qovlar şəhəri, İ.Alıyev küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli оlaraq təkrar talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin iyul ayının ortalarında, saat 24 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs4 məxsus “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonu Hunanlar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ətrafı məftil torla hasarlanmış başqa saxlanc yeri hesab edilən mal-qara fermasına qanunsuz daxil olaraq oradan 10 ədəd, hər birinin uzunluğu 4 metr olmaqla cəmi 40 metr uzunluğunda, hər bir metrinin qiyməti 15 manat olmaqla cəmi 600 (altı yüz) manat dəyərində olan dəmir borunun iki hissəyə bölünərək sonradan heyvanların suvarılması və yemlənməsi üçün nəzərdə tutulmuş novdanı, 3 ədəd, hər birinin uzunluğu 7 metr olmaqla cəmi 21 metr uzunluğunda, hər bir metrinin qiyməti 10 manat olmaqla cəmi 210 (iki yüz on) manat dəyərində olan dəmir boruları, 3 ədəd hər biri 3 metr olmaqla cəmi 9 metr uzunluğunda, hər bir metrinin qiyməti 14 manat olmaqla cəmi 126 (bir yüz iyirmi altı) manata dəyərində olan dəmir boruları, 7 ədəd, hər birinin uzunluğu 3 metr olmaqla cəmi 21 metr uzunluğunda, hər bir metrinin qiyməti 17 manat olmaqla cəmi 357 (üç yüz əlli yeddi) manat dəyərində olan dəmir boruları və 1 ədəd 20 metr uzunluğunda, hər bir metrinin qiyməti 14 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat dəyərində olan dəmir borunu “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib oğurlamaqla, Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1573 (bir min beş yüz yetmiş üç) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin iyul ayının ortalarında, saat 24 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs4 məxsus “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonu Hunanlar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ətrafı məftil torla hasarlanmış başqa saxlanc yeri hesab edilən mal-qara fermasına qanunsuz daxil olaraq oradan keçmiş SSRİ dövlətində istehsal edilmiş, istifadəyə yararlı, 4 ədəd, hər birinin uzunluğu 04 metr olmaqla cəmi 16 metr uzunluğunda, hər bir metrinin qiyməti 18 manat olmaqla cəmi 288 (iki yüz səksən səkkiz) manat dəyərində olan şvellerləri “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib oğurlamaqla, Zərərçəkmiş şəxs2 məxsus 288 (iki yüz səksən səkkiz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli оlaraq təkrar talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin iyul ayının ortalarında, saat 24 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs4 məxsus “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonu Hunanlar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ətrafı məftil torla hasarlanmış başqa saxlanc yeri hesab edilən mal-qara fermasına qanunsuz daxil olaraq oradan 10 ədəd, hər birinin uzunluğu 4 metr olmaqla cəmi 40 metr uzunluğunda, hər bir metrinin qiyməti 15 manat olmaqla cəmi 600 (altı yüz) manat dəyərində olan dəmir borunun iki hissəyə bölünərək sonradan heyvanların suvarılması və yemlənməsi üçün nəzərdə tutulmuş novdanı, 3 ədəd, hər birinin uzunluğu 7 metr olmaqla cəmi 21 metr uzunluğunda, hər bir metrinin qiyməti 10 manat olmaqla cəmi 210 (iki yüz on) manat dəyərində olan dəmir boruları, 3 ədəd hər biri 3 metr olmaqla cəmi 9 metr uzunluğunda, hər bir metrinin qiyməti 14 manat olmaqla cəmi 126 (bir yüz iyirmi altı) manata dəyərində olan dəmir boruları, 7 ədəd, hər birinin uzunluğu 3 metr olmaqla cəmi 21 metr uzunluğunda, hər bir metrinin qiyməti 17 manat olmaqla cəmi 357 (üç yüz əlli yeddi) manat dəyərində olan dəmir boruları və 1 ədəd 20 metr uzunluğunda, hər bir metrinin qiyməti 14 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat dəyərində olan dəmir borunu “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib oğurlamaqla, Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1573 (bir min beş yüz yetmiş üç) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin iyul ayının ortalarında, saat 24 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs4 məxsus “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonu Hunanlar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ətrafı məftil torla hasarlanmış başqa saxlanc yeri hesab edilən mal-qara fermasına qanunsuz daxil olaraq oradan keçmiş SSRİ dövlətində istehsal edilmiş, istifadəyə yararlı, 4 ədəd, hər birinin uzunluğu 04 metr olmaqla cəmi 16 metr uzunluğunda, hər bir metrinin qiyməti 18 manat olmaqla cəmi 288 (iki yüz səksən səkkiz) manat dəyərində olan şvellerləri “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib oğurlamaqla, Zərərçəkmiş şəxs2 məxsus 288 (iki yüz səksən səkkiz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli оlaraq təkrar talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin iyul ayının ortalarında, saat 24 radələrində özünə məxsus “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonu Hunanlar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ətrafı məftil torla hasarlanmış başqa saxlanc yeri hesab edilən mal-qara fermasına qanunsuz daxil olaraq oradan 10 ədəd, hər birinin uzunluğu 4 metr olmaqla cəmi 40 metr uzunluğunda, hər bir metrinin qiyməti 15 manat olmaqla cəmi 600 (altı yüz) manat dəyərində olan dəmir borunun iki hissəyə bölünərək sonradan heyvanların suvarılması və yemlənməsi üçün nəzərdə tutulmuş novdanı, 3 ədəd, hər birinin uzunluğu 7 metr olmaqla cəmi 21 metr uzunluğunda, hər bir metrinin qiyməti 10 manat olmaqla cəmi 210 (iki yüz on) manat dəyərində olan dəmir boruları, 3 ədəd hər biri 3 metr olmaqla cəmi 9 metr uzunluğunda, hər bir metrinin qiyməti 14 manat olmaqla cəmi 126 (bir yüz iyirmi altı) manata dəyərində olan dəmir boruları, 7 ədəd, hər birinin uzunluğu 3 metr olmaqla cəmi 21 metr uzunluğunda, hər bir metrinin qiyməti 17 manat olmaqla cəmi 357 (üç yüz əlli yeddi) manat dəyərində olan dəmir boruları və 1 ədəd 20 metr uzunluğunda, hər bir metrinin qiyməti 14 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat dəyərində olan dəmir borunu “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib oğurlamaqla, Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1573 (bir min beş yüz yetmiş üç) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin iyul ayının ortalarında, saat 24 radələrində özünə məxsus “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonu Hunanlar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ətrafı məftil torla hasarlanmış başqa saxlanc yeri hesab edilən mal-qara fermasına qanunsuz daxil olaraq oradan keçmiş SSRİ dövlətində istehsal edilmiş, istifadəyə yararlı, 4 ədəd, hər birinin uzunluğu 04 metr olmaqla cəmi 16 metr uzunluğunda, hər bir metrinin qiyməti 18 manat olmaqla cəmi 288 (iki yüz səksən səkkiz) manat dəyərində olan şvellerləri “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib oğurlamaqla, Zərərçəkmiş şəxs2 məxsus 288 (iki yüz səksən səkkiz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli оlaraq təkrar talamışdır. Belə ki, o, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin iyul ayının ortalarında, saat 24 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs4 məxsus “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonu Hunanlar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ətrafı məftil torla hasarlanmış başqa saxlanc yeri hesab edilən mal-qara fermasına qanunsuz daxil olaraq oradan 10 ədəd, hər birinin uzunluğu 4 metr olmaqla cəmi 40 metr uzunluğunda, hər bir metrinin qiyməti 15 manat olmaqla cəmi 600 (altı yüz) manat dəyərində olan dəmir borunun iki hissəyə bölünərək sonradan heyvanların suvarılması və yemlənməsi üçün nəzərdə tutulmuş novdanı, 3 ədəd, hər birinin uzunluğu 7 metr olmaqla cəmi 21 metr uzunluğunda, hər bir metrinin qiyməti 10 manat olmaqla cəmi 210 (iki yüz on) manat dəyərində olan dəmir boruları, 3 ədəd hər biri 3 metr olmaqla cəmi 9 metr uzunluğunda, hər bir metrinin qiyməti 14 manat olmaqla cəmi 126 (bir yüz iyirmi altı) manata dəyərində olan dəmir boruları, 7 ədəd, hər birinin uzunluğu 3 metr olmaqla cəmi 21 metr uzunluğunda, hər bir metrinin qiyməti 17 manat olmaqla cəmi 357 (üç yüz əlli yeddi) manat dəyərində olan dəmir boruları və 1 ədəd 20 metr uzunluğunda, hər bir metrinin qiyməti 14 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat dəyərində olan dəmir borunu “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib oğurlamaqla, Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1573 (bir min beş yüz yetmiş üç) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin iyul ayının ortalarında, saat 24 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs4 məxsus “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonu Hunanlar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ətrafı məftil torla hasarlanmış başqa saxlanc yeri hesab edilən mal-qara fermasına qanunsuz daxil olaraq oradan keçmiş SSRİ dövlətində istehsal edilmiş, istifadəyə yararlı, 4 ədəd, hər birinin uzunluğu 04 metr olmaqla cəmi 16 metr uzunluğunda, hər bir metrinin qiyməti 18 manat olmaqla cəmi 288 (iki yüz səksən səkkiz) manat dəyərində olan şvellerləri “KAMAZ” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib oğurlamaqla, Zərərçəkmiş şəxs2 məxsus 288 (iki yüz səksən səkkiz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. İbtidai istintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qovlar şəhər sakinləri Təqsirləndirilən şəxs4 Nəbi oğlu, Təqsirləndirilən şəxs1 və X4 həmyerliləridir, onlarla münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs4 Nəbi oğlunun KAMAZ markalı ** BP *** qeydiyyat nişanlı bortlu yük avtomobili var. Uzun müddətdir ki, ayrı-ayrı şəxslərə pul borcu olmuşdur. Borcu verə bilmədiyindən qərara gəlmişdir ki, atasına məxsus Ceyrancöl qış otlaq sahəsində yerləşən yataqdan dəmir boruları oğurlayıb satsın. 2023-cü ilin iyul ayında, günorta vaxtları qonşusu X2 atasının fermasından oğurluq etməyi təklif etmişdir. X4 əvvəl ehtiyat etsə də ona demişdir ki,narahat olmasın, atasının mal-qara yatağıdır, qorxusu yoxdur. O da atasının yatağından dəmir boruları oğurlamağa getməyə razılıq vermişdir. Bundan sonra həmin dəmir boruları yataqdan gətirmək üçün maşın axtarmağa başlamışdır. Həmin vaxtı yadına Ayazın maşını düşmüş və bu işdə Təqsirləndirilən şəxs4 Nəbi oğlunun KAMAZ markalı ** BP *** qeydiyyat nişanlı bortlu yük avtomobilindən istifadə etməyi qərara almışdır. Bu barədə Elçinə dedikdə etiraz etməmişdir. Ayaz razılıq versə idi oğurladığı dəmir boruları yataqdan götürüb aparıb haradasa dəmir qəbulu məntəqəsində satacaqdır. Ayaza özünün mobil telefonu ilə zəng edib onun harada olması ilə maraqlandıqda o Qovlar şəhərində daş satılan yerdə olmasını demişdir. Həmin vaxt Elçinlə oraya gəlmişdir. Salam verdikdən sonra Ayaza demişdir ki, Ceyrançöldə atasına məxsus yataqda dəmir borular var, onları götürüb aparıb satmaq lazımdır, sənində pulunu verəcəkdir. Ayazla danışığa əsasən ancaq atası Calalın yatağına girib buradan dəmir boruları götürməli və bu işə görə Ayaza 120 manat pul verməli idi. Ayaz bu işdən atasının xəbəri olub-olmamasını soruşduqda ona demişdir ki, atası Gədəbəydədir, heyvanları yaylağa aparmışdır. Ayaz ondan durbaları nə edəcəksən soruşduqda gətirib satacağını demişdir. Ayaz ona bu oğurluqdur dedikdə,ona cavab verdi ki, narahat olma, bu mənlikdir, özü cavab verəcəkdir. Belə olduqda Ayaz tam əmin olmuşdur ki, onlar atasının xəbəri olmadan dəmir boruları oğurlamağa gedirlər. Maşına minib Ceyrançöl yatağına doğru hərəkətə başlamışlar ki, Təqsirləndirilən şəxs1 onları görüb maşını saxlatmış və onların haraya getməyi ilə maraqlandıqda ona demişdir ki, dəmir boru gətirməkdən ötrü Ceyrançölə gedirlər, o da getmək istədiyini bildirdikdə ona demişdir ki, gəl otur. O da maşına minib kabinada onlarla birlikdə oturmuşdur. Bununla da, Ayazın idarə etdiyi yük avtomobili atasına məxsus Ceyrançöldə olan yatağa gəlmişlər. Buraya gəldikdə hava tamam qaralmışdır. Yataqda və ətrafda olan digər yataqlarda heç kim olmamışdır. Buraya gəldikdən sonra Ayaz maşını yatağa verib saxlamış və hamı maşından düşmüşlər. Həmin vaxtı o, Təqsirləndirilən şəxs1, sürücü və Təqsirləndirilən şəxs2 Calal oğlu yataqdan müxtəlif ölçülərdə bir neçə dəmir borunu götürüb Kamaz markalı avtomobilə yükləmişlər. Həmçinin, fermada uçmuş tövlənin yerə basdırılmış vəziyyətdə olan təxminən 6-7 ədəd dəmir borularını onun təklifinə əsasən Ayaz maşından dəmir tros götürmüş və onların yerini bir-bir ona göstərdikdən sonra ucları bayırda qalan dəmir boruların görünən hissəsinə tros bağlayıb onları Kamaz markalı avtomobil qoşub yerindən çıxardıb Ayazın maşına yükləmişlər. Eyni zamanda da buradan daha iki ədəd kolod götürüb maşının yük yerinə yükləmişlər. Buradan başqa heç nə götürməmişlər. Atasımn yatağından çıxıb yaxınlıqda yerləşən Aqil adlı şəxsə məxsus yatağa onun təklifi ilə dəmir əşya oğurlamaq üçün getmişlər. Həmin yataqla atasına məxsus yataq yan-yanadır, aralarında təxminən 200-300 metr məsafə olar. Ayaz maşını yolun kənarında saxlasa da yatağın içinə girməmişdir. Yataqda yolun arasında təxminən 10 metr məsafə olar. Buraya özü, Elçin və Əzəmət girmişlər. Fermanın həyətində olan 4 ədəd, uzunluğu təxminən 3-4 metr olan dəmir şvellerləri götürüb Ayazın maşınına yükləmişlər. Ayaz isə kənardan dayanmışdır. Bundan sonra Qovlar şəhəri istiqamətində hərəkətə başlamışlar. Artıq “tras”a çıxanda Ayaz tanışı, Gəncə şəhərində yaşayan, lakin adını bilmədiyi dəmir alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı şəxsə özünün mobil telefonu ilə zəng etmişdir. Belə ki, Ayaz ona demişdir ki,Şəmkir rayon Könüllü kəndində metal qəbul edən məntəqədə işləyən tanışı var, onda o da özü Ayazdan xahiş etmişdir ki, həmin şəxsə zəng eləsin. Həmin vaxtı saat təxminən 01 radələrində Şəmkir rayon Könüllü kəndində metal qəbulu məntəqəsinə gəlmişlər. Dəmirin bir kiloqramını 45 qəpikdən olmaqla satmışdır. Alan şəxs gətirilən dəmir boruların kimə məxsus olmasını soruşduqda bunların özümə məxsus olmasını demiş və Əzəmətdə özünün şəxsiyyət vəsiqəsini çıxardıb ona vermişdir. Bu şəxsdə Əzəmətin şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonu ilə çəkmişdir. Amma, həmin şəxs bu əşyaların oğurluq olmasını bilməmiş, bu barədə ona deməmişlər. Həmin şəxs ona 580 manat pul vermişdir. Maşında təxminən 6 metr olan iki ədəd 100-lük dəmir boru və 4 ədəd uzunluğu 3 metr 80 sm olan şvellerlər qalmışdır. Bunları çəki hesabı ucuz olduğundan qiyməti sərf etmədiyi üçün satmamışdır. Bundan sonra gecə vaxtı Şəmkir rayonundan çıxıb Qovlar şəhərinə gəlmiş və burada hərə öz evinə getmişdir. 580 manatdan Elçinə 100 manat, Ayaza 130 manat pul vermişdir. Ayaz yolda onlara siqaret, mineral su almış, bu zaman on manat da xərci çıxmışdır. Sonra Ayazın idarə etdiyi avtomobillə Tovuz rayonu Pələkli kəndnə gəlmişlər. Şvellerləri həmin kənddə taxta-şalban və digər tikinti materiallarının satışı ilə məşğul olan Zahid adlı şəxsə cəmi 270 manata satmışlar. Həmin əşyaların oğurluq olması barədə Zahidə də heç nə deməmişlər. Pulu Ayaz götürmüşdür. Həmin puldan Ayaza 70 manat vermişdir. Elə həmin günüdə 2 ədəd dəmir boruları Dondar Quşçu dəmir yolunun altında metal qəbulu sexi olan şəxsə 110 manata satmışlar. Ayaz bu şəxsə dəmir boruların özünə məxsus olmasını desə də o Ayazdan şəxsiyyət vəsiqəsini istəmiş, həmin vaxtı şəxsiyyət vəsiqəsi üstündə olmadığından Ayaz üzərində olan sürücülük vəsiqəsini verdikdə həmin şəxs onun sürücülük vəsiqəsinin şəklini telefonu ilə çəkib götürmüşdür. Ümumi puldan Əzəmətə 20 manat vermiş, amma, Elçinə nə qədər pul verməyini xatırlamır. Həmin şəxsə də oğurluq olması barədə heç bir söz deməmişlər. Sonradan atası Ceyrançöldə olan qoyun yatağından oğurluq olması barədə polisə şikayət etdikdə həmin oğurluğun və Aqil adlı şəxsə məxsus yataqdan 4 ədəd şvellerlərin onlar tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və göstərmişdir ki, yaşadıqları məhəllədə olarkən Siruz onlara yaxınlaşaraq atasına məxsus otlaq sahəsində dəmir borular olduğunu deyib həmin materialları götürməyi təklif etmişdir. 2023-cü ilin iyul ayının ortalarında axşam saat 6-7 arası Ayaza məxsus yük avtomobil ilə otlaq sahəsinə gedərək dəmir boruları oradan götürmüş və satmışlar. Ümumilikdə 270 manat pul əldə etmişlər. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki etdikləri əməlin oğurluq olmasından məlumatı olmamış, fermaya Siruzun boruları götürməsinə kömək etmək məqsədilə getmişdir. Əldə olunmuş məbləğdən ona 100 manat verilmişdir. Kömək qarşılığında Siruzla əvvəlcədən pul məbləği danışmamışdır. Həmin gün toya getdiyi üçün pula ehtiyacı olmuş, buna görə də Siruzun təklifi ilə razılaşmışdır. Nə Siruzun atasının, nə də qonşuluqda yerləşən fermanın hasarı və tor çəpəri olmamışdır. Siruzun atasından icazə almadan dəmir boruları götürməsindən xəbəri olmamış, həmin fermaya oğurluq məqsədi ilə getməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilmiş və göstərmişdir ki, özünə məxsus “kamaz” markalı yük avtomobili ilə daş satışı ilə məşğul olur. Tovuz rayonunda daş bazarında olarkən Elçin ona yaxınlaşmış və bildirmişdir ki, Siruzun atasının fermasında dəmirlər var onları gedib götürmək lazımdır. O da cavabında pulunu verərsiniz gedib gətirərik demişdir. Yola çıxarkən Əzəmət də oraya gəlmiş və öz istəyi ilə onlara qoşulmuşdur. Birlikdə Siruzun atasının Ceyrançöldə yerləşən fermasına getmişlər. Orada yerdə ola dəmirləri götürüb yük avtomobilinə yükləmişlər. Həmin fermadan bir qədər irəlidə başqa bir fermanın qarşısından keçərkən orada olan 4 ədəd dəmir şvelleri də götürmüşlər. Sonradan ona məlum olmuşdur ki, Siruzun atası onlardan şikayət etmişdir. Halbuki Siruz əvvəldən onlara əminliklə bildirmişdir ki, atası razıdır, heç bir problem olmayacaq. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir, fermaya getməmişdən əvvəl Siruzdan fermada kim olduğunu soruşmuş, Siruz isə atasının Gədəbəydə olduğunu, fermada heç kimin olmadığını, narahatlığa əsas olmadığını bildirmişdir. Digər fermada olan dəmirləri götürərkən kimə məxsus olduğu ilə maraqlanmamışdır. Şvellerləri 270 manata Pələkli kəndində, digərlərini isə “Dondarın priyezdi” deyilən yerdə və Şəmkir rayonunda satmışlar. Əldə olunmuş puldan ona 150 manat verilmişdir. Daha əvvəl Siruzun atasının fermasında təxminən 10 il əvvəl olmuşdur. Femaya getməmişdən əvvəl yol xərcini 120 manata danışmışdır. Dəmirləri götürərkən onları heç kim görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilmiş və göstərmişdir ki, 2023-cü ilin iyul ayının ortalarında axşam saat 6-7 arası daş bazarına Ayazın yanına gəlmiş və görmüşdür ki, Ayaz və digərləri harasa gedir. Onların Siruzun atasının fermasına dəmir gətirməyə getdiyini öyrəndikdən sonra onlara qoşulmuşdur. Siruzun atasının fermasından dəmirləri yığdıqdan sonra geri qayıdarkən yolüstü digər fermada olan dəmir şvellerləri də götürmüşlər. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir, dəmirlərin satışından əldə olunan məbləği xatırlamır, həmin məbləğdən ona 50 manat verilmişdir. Siruzun atasının fermasından dəmirləri atasının razılığı olmadan götürməsindən məlumatı olmamışdır. Fermaya gedib çatanadək Siruzgilin oğurluq məqsədi olmasından xəbərdar olmamışdır. Dəmirləri toplayarkən Siruzun oğurluq niyyəti olmasını bilmiş, Siruz əldə edilən puldan ona da verəcəyini demiş və pula ehtiyacı olduğu üçün hərəkətlərinə davam etmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında uyğunsuzluq olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tovuz rayon Əlimərdanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ceyrançöl qışlaq sahəsinin Tovuz rayonu ərazisində yerləşən torpaq sahəsində heyvandarlıqla məşğul olur və orada özünə məxsus ferma tikilisi var. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, təbii ki, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. 2023-cü ilin iyul aynda dəqiq tarixini xaıtrlamır,saat təxminən 19 radələrində yatağa gəlmişdir. Gələn vaxtı yataqda olan ümumi qiyməti 600 (altı yüz) manata olan 4 ədəd, hər birinin uzunluğu 04 metr olan 600 manat dəyərində şvellərlərin oğurlanmasını görmüşdür. Həmin şvellərlər yataqda yerdə olmuşlar. Onların hər biri keçmiş SSRİ dövlətində hazırlanmışdır, Şvellərlərin hər birinin eni 18 sm, divarının qalınlığı isə 14 sm olmuşdur. Hər biri ayrıayrılıqda istifadəyə tam yararlı vəziyyətdə olmuşlar. Amma, həmin şvellərlərin ayrılıqda çəkisini bilmir. Oğurluq barədə Tovuz rayon polis şöbəsinə məlumat vermişdir. Sonradan Tovuz rayon polis şöbəsində araşdırma aparıldı və həmin cinayətin Qovlar şəhər sakinləri Təqsirləndirilən şəxs3,ı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə etmələri müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus fermanın ərazisi hasara alınmamış, ətrafdan heç bir maneə ilə ayrılmamışdır. Həmin ərazidə heç bir təsərrüfat hasarla əhatə olunmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Pələkli kəndində yaşayır. Təqsirləndirilən şəxs4 ilə aralarında qohumluq əlaqəsi vardır. 2023-cü ilin iyul ayında, dəqiq yadında qalmayan gündə səhər saatlarında qohumu Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsinə 051 470 72 41 nömrəsi ilə zəng edib bildirdi ki, tanışı və qonşusu olan şəxs mal-qara fermasının dəmir metal konstruksiyalarını satır və lazımlı əşya istəsə sata bilər. Ondan hansı metal konstruksiyalar olmasını soruşduqda o eni 18 sm-lik 04 ədəd, hər birinin uzunluğu 04 metr olan 04 ədəd dəmir atmalar (şveller) olmasını bildirdi və ondan onları almağı təklif etdi. O da həmin şvellerləri ondan almağa razılaşmış və Ayazdan həmin şvellərlərin oğurluq olubolmamasını soruşduqda Ayaz dedi ki, ”Qovlar şəhərində dostu, tanışı var, onlar fermalarını söküblər və burada olan dəmir-dümürü satmaq istəyirlər.” Ayaz ona şvellerləri məhsul kimi satmaq istədiyini bildirdi. Belə ki, çəki hesabı ilə satıldıqda ucuz başa gəlir. O da həmin şvellerləri çəki hesabı ilə deyil, natura formasnda almağa razılaşmışdır. Telefonda həmin əşyaların dəyəri barədə aralarında söhbət olmamış və razılaşdılar ki, həmin əşyaları gətirdikdən sonra qiymətdə razılaşarlar. Onunla telefonda danışdıqdan təxminən bir saat keçmiş Təqsirləndirilən şəxs4 yanında sonradan adını bildiyi Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Ayazın idarə etdiyi özünə məxsus KAMAZ markalı 50 BP-348 dövlət nömrə qeydiyyat nişanlı yük avtomaşını ilə özünə məxsus olan tikinti materiallarının satışı mağazasına gəldilər və danışıb razılaşdıqdan sonra eni 18 sm-lik hər birinin uzunluğu 04 metr olan 04 ədəd dəmir atmalar (şveller) 270 (iki yüz yetmiş) manata almışdır. 270 manat pulu Ayaza vermişdir. Onun vermiş olduğu pulu həmin şəxslərlə bölməsinin şahidi olmamışdır. Ayaz həmin əşyaları ona satarkən oğurluq olması barədə məlumat verməmiş və həmin əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Göstərdiyi əşyalardan başqa digər əşya və ya predmetlər almamışdır. Həmin əşya və predmetlər yaşadığı evin həyətyanı sahəsindədir və baxış üçün təqdim edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən metal tullantıları qəbulu məntəqəsində işləyir. 12 iyul 2023-cü il tarixdə saat 15 radələrində həmin metal tullantı qəbulu məntəqəsində olarkən KAMAZ markalı 50 BP-348 dövlət nömrə qeydiyyat nişanlı yük avtomaşınını idarə edən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs4 oraya gəlmişdir. Həmin vaxt onun yanında adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olmuşdur. Yük avtomaşının yük yerində iki ədəd işlənmiş dəmir borular olmuşdur. Təqsirləndirilən şəxs4 bildirdi ki, həmin dəmir borular özünündür və metal tullantısı kimi satmaq istəyir. Ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə şəxsiyyət vəsiqəsi olmadığını və əvəzində özünə məxsus olan sürücülük vəsiqəsini təqdim etmişdir. Sürücülük vəsiqəsinin fotosunu mobil telefonu ilə çəkmişdir. Ayazın yanında olan şəxslərdən adlarını soyadlarını soruşduqda onların bildirdiyinə görə həmin şəxslərin Təqsirləndirilən şəxs1 və X5 olmasını bilmişdir. Razılaşıb həmin dəmir boruların hər kiloqramını 40 qəpikdən almışdır. Tərəzidə çəkildikdə dəmir boruların çəkisi 340 kq olmuşdur və Ayaza 136 manat pul vermişdir. Təqsirləndirilən şəxs4 ona satdığı 2 ədəd həmin dəmir borulardan biri 125 diametrli, 05 mm qalınlığında, 07 metr uzunluğunda işlənmiş dəmir boru idi, digəri isə 100 diametrli, 05 mm qalınlığında, 06 metr uzunluğunda işlənmiş dəmir boru idi. Həmin boruların ayrılıqda çəkisini bilmir, hər ikisi birlikdə çəkildi və çəkisi birlikdə 340 kq olmuşdur. Göstərdiyi əşyalardan başqa başqa digər əşya və ya predmetlər almamışdır. Həmin boruların oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs4 aldığı olduğu boruları sonradan burada olan digər metallom əşyalarla birlikdə KAMAZ markalı nömrəsini bilmədiyi yük avtomobili ilə gəlmiş adını bilmədiyi dəmir yığan şəxslərə satmışdır. Neçə manata satmağını xatırlamır. Bu dəmir boruların heç bir hissəsi onda qalmamışdır. Şahid2 məhkəmə iclasında iştirak etməmiş və teleqram ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokolda göstərilmişdir ki, baxış keçirilən ferma Tovuz rayonu Ceyrançöl otlaq sahəsində yerləşir. X1 məxsusdur. Yatağın həyətində bir neçə dəmir boru və dəmir kolot vardır. Hazırda yataqda mal-qara yoxdur. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 iyul 2023-cÜ il tarixli protokoldan görünür ki, Hadisə yeri Tovuz rayonu Hunanlar kəndindən şimal-qərbə doğru hərəkət etdikdə Tovuz rayonu Ceyrançöl qışlaq sahəsi ərazisində yerləşir. Ətraf çöllük ərazidir. Qeyd olunan ərazidə yerləşə ferma Zərərçəkmiş şəxs2 məxsusdur. Həmin yataq mal-qara və qoyun-keçi saxlamaq üçün nəzərdə tutulmuşdur. Həmin yatağın ətrafı açıqlıq sahədir. Yatağın qarşısından torpaq yol keçir. Yatağın giriş darvazası yoxdur. Yataqda mişar daşı ilə tikilmiş və üzəri şiferlə örtülmüş tikililər vardır. Həmin tikililərin bir çox hissəsi uçmuş vəziyyətdədir. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. Cinayət işi üzrə 16 noyabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 məxsus, hər birinin uzunluğu 04 metr olan 04 ədəd dəmir atmalara (şveller) maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 9|7147 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2023-cü ilin iyul ayına X3 məxsus 1-On ədəd, hər birinin uzunluğu 4 metr olan 300 mm diametrli, 0,5 mm divarının qalınlığı ,0,5 sm olan dəmir borunun orta iki hissəyə bölünərək sonradan heyvanların suvarılması və yemlənməsi üçün nəzərdə tutulmuş axur-kolot-40 metr, bir ədədinin qiyməti 15 manat, cəmi qiyməti 600 (altı yüz) manat 2-Üç ədəd, hər biri 7 metr uzunluğunda, 100 mm diametrli, divarının qalınlığı 0,5 mm olan dəmir boru- 21 metr, hər birinin qiyməti 10 manat, cəmi qiyməti 210 (iki yüz on) manat 3-Üç ədəd, hər biri 3 metr uzunluğunda, 120 mm diametrli, divarının qalınlığı 0,5 sm olan dəmir boru-9 metr, hər birinin qiyməti 14 manat, cəmi qiyməti 126 (yüz iyirmi altı) manat 4- 7 ədəd, hər biri 3 metr uzunluğunda 150 mm diametrli, divarının qalınlığı 0,5 mm olan dəmir boru –21 metr,hər birinin qiyməti 17 manat, cəmi qiyməti 357 (üç yüz əlli yeddi) manat 5-bir ədəd bir metrinin qiyməti 14 manata, cəmi qiyməti 280 ( iki yüz səksən) manat olan, cəmi 20 metr uzunluğunda 120 mm diametrli, divarının qalınlığı 0,5 mm olan dəmir boru- 20 metr, Cəmi qiyməti 1573 (min beş yüz yetmiş üç) manat Zərərçəkmiş şəxs2 məxsus, keçmiş SSRİ dövlətində istehsal edilmiş və istifadəyə yararlı: 1- 4 ədəd, hər birinin uzunluğu 04 metr, eni 18 sm, divarının qalınlığı isə 14 sm olmuş şvellerlər-16 metr, hər birinin qiyməti 18 manat, cəmi qiyməti 288 (iki yüz səksən səkkiz) manat Ekspertiza təyini haqqında qərarda qeyd edilən qiymətləndirilməsi mümkün olan malların 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Zərərçəkmiş şəxs1 məxsus mallar – 1573 (min beş yüz yetmiş üç) manat Zərərçəkmiş şəxs2 məxsus mallar-288 (iki yüz səksən səkkiz) manat Cinayət işi üzrə 16 noyabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 məxsus, hər birinin uzunluğu 04 metr olan 04 ədəd dəmir atmalara (şveller) maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin məhkəmə iclasında qismən etirafedici ifadələri, məhkəməyədək araşdırma zamanı verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 etdikləri əməlin oğurluq olmasını bilməməsi, Təqsirləndirilən şəxs3 atasının razılığı ilə hərəkət etdiyini zənn etməsi, həmin fermaya oğurluq məqsədi ilə getməməsi barədə məhkəmə iclasında verdiyi ifadələri işin həqiqi halları ilə uzlaşmayan ifadələr kimi qiymətləndirir. Maldarlıqla məşğul olan şəxsin istifadəsində olan, mövsümə uyğun aktiv şəkildə istifadə edilən və texniki baxımdan yararlı vəziyyətdəki fermada quraşdırılmış dəmir boruların həmin şəxsin digər rayonda yerləşən yaylaqda olduğu müddətdə, yəni həmin əraziyə nəzarət imkanının məhdud olduğu zamanda, günün qaranlıq vaxtında və maddi maraq müqabilində sökülüb aparılması, təqsirləndirilən şəxslərin bununla kifayətlənməyərək digər şəxsə məxsus fermadan da dəmir əşyalar götürmələri, bu halların zərərçəkmişlərdən gizlədilməsi və zərərçəkmiş şəxslər tərəfindən şikayət edildikdən sonra hüquq-mühafizə orqanları tərəfindən aşkara çıxarılması, o cümlədən məhkəməyədək araşdırma zamanı verilmiş ifadələrdə əməlin tam etiraf edilməsi onların məhkəmədə verdikləri müdafiə xarakterli ifadələrinin gerçəkliyə uyğun olmadığını, məsuliyyətdən yayınmaq niyyəti ilə verildiyini sübuta yetirir. Buna görə də məhkəmə qeyd olunan məsələyə dair nəticəyə gələrkən ibtidai istintaqda əldə olunmuş ifadələrə üstünlük verir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə araşdırması zamanı “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonu Hunanlar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus mal-qara fermasının hasarla və ya digər texniki vasitələrlə təchiz olunması və ya başqa cür mühafizə ilə təmin edilməsi, ətrafdan hər hansı formada təcrid edilməsi müəyyən olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş “hadisə yerənə baxış keçirilməsi haqqında” protokolların məzmununda və əlavə edilmiş fotoşəkillərdə ərazinin hasarla və ya digər texniki vasitələrlə təchiz olunması və ya başqa cür mühafizə ilə təmin edilməsi, ətrafdan hər hansı formada təcrid edilməsi, əraziyə giriş-çıxışın hər hansı formada məhdudlaşdırılması əks olunmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 ifadəsində ona məxsus fermanın ərazisinin hasara alınmadığını, ətrafdan heç bir maneə ilə ayrılmadığını, həmin ərazidə heç bir təsərrüfatın hasarla əhatə olunmadığını bildirmiş, qeyd edilən hal təqsirləndirilən şəxslərin ifadələrində də göstərilməmişdir. Buna görə də dəmir predmetlərin olduğu femraların ərazisi saxlanc yeri hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin 3-cü hissəsi də nəzərə alınmaqla Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tamamilə əhatə olunur. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 26 iyul 2023-cü il tarixdə, saat 21:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 iyul 2023-ci il tarixdə, saat 03:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 iyul 2023-ci il tarixdə, saat 00:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödəndiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödəndiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu barədə məlumat yoxdur. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2019-cu il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü uşaqları vardır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində xx.xx.2021-ci il təvəllüdlü və xx.xx.2019-cu il təvəllüdlü uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı ödəməsini (CM-nin 59.1.14), zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli olması, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində onun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı ödəməsini (CM-nin 59.1.14), zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli olması, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində onun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2), himayəsində iki azyaşlı uşağın olmasını (CM-nin 59.1.14), cinayət nəticəsində vurulmuş ziyanı ödəməsini (CM-nin 59.1.14), zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli olması, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində onun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2), himayəsində iki azyaşlı uşağın olmasını (CM-nin 59.1.14), cinayət nəticəsində vurulmuş ziyanı ödəməsini (CM-nin 59.1.14), zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli olması, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində onun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış hər birinin uzunluğu 04 metr olan 04 ədəd dəmir atmaların (şveller) qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hər birinin uzunluğu 04 metr olan 04 ədəd dəmir atmaların (şveller) qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-18/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-18/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver