Məhkəmə qərarları › İş №1(062)-183/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-183/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-183/2025 26.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2013cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Şəki rayon Məhkəməsinin e-2(075)-1505/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Tovuz rayon Məhkəməsinin 3(062)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə, həmin məhkəmənin 3(062)- 1025/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə, həmin məhkəmənin 3(062)-470/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə, sözügedən məhkəmənin 3(023)-149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 17 gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 28 iyul 2025-ci il tarixədək 11310,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2012-ci ildə toyları olsa da, xx.xx.2013-cü ildə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən 2022-ci ilin əvvəlində ayrılmış və Zərərçəkmiş şəxs nikah qeydinin pozulması və uşaqların özünün himayəsinə verilməsi tələbi ilə ilk öncə mediatora daha sonra məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-1505/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində xx.xx.2022-ci il tarixindən başlayaraq ondan xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş onun ünvanına göndərilməsinə baxmayaraq qətnamənin icrası tam şəkildə təmin etməmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün aidiyyəti üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə həmin şöbəsinin icraatına daxil olmuşdur. Bundan sonra icra məmuru tərəfindən bir sıra məcburi icra tədbirləri görülmüş və alimentin ödənilməsi ondan tələb edilmişdir. Qətnaməni müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyi üçün icra məmurunun əsaslandırılmış təqdimatı əsasında Tovuz rayon Məhkəməsinin 8(062)-47/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında Tovuz Rayon Məhkəməsinin 3(062)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə, həmin məhkəmənin 3(062)-1025/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə, həmin məhkəmənin 3(062)- 470/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə, sözügedən məhkəmənin 3(023)-149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra ona bir daha yeni müddət təyin edilərək, alimenti ödəməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qətnaməsi üzrə o, xx.xx.2022-ci il tarixdən cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günə yəni xx.xx.2025-ci il tarixədək ödəməli olduğu 12210 manat aliment borcundan 900 manat ödəniş etmiş, lakin ödənilməmiş 11310 manat aliment borcu yaranmışdır. Əvvələr hərbi qulluqçu olsa da, hazırda tərxis olunmuşdur. Hazırda fərdi əmək fəaliyyət ilə məşğul olur, aylıq gəliri 600 - 700 manat təşkil edir. Həmin vəsaiti özünün gündəlik zəruri tələbatları üçün xərcləyir. Keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqları ona göstərmir, buna görə də aliment borcunu ödəməkdən imtina edir. İbtidai istintaq və məhkəmə istintaqı dövründə o, aliment borcundan zərərçəkmiş şəxsə ödənişlər etmişdir. Geri qalan məbləği də hissə-hissə tez bir zamanda ödəyəcəkdir. Əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2012-ci ildə toyları olsa da, xx.xx.2013-cü ildə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən 2022-ci ilin əvvəlində ayrılmış və o, nikah qeydinin pozulması və uşaqların onun himayəsinə verilməsi tələbi ilə ilk öncə mediatora daha sonra məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-1505/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş cavabdeh Təqsirləndirilən şəxs ünvanına göndərilməsinə baxmayaraq qətnamənin icrası təmin edilməmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün aidiyyəti üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə həmin şöbəsinin icraatına daxil olmuşdur. Bundan sonra icra məmuru tərəfindən bir sıra məcburi icra tədbirləri görülmüş və alimentin ödənilməsi Təqsirləndirilən şəxs tələb edilmişdir. Qətnaməni müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyi üçün icra məmurunun əsaslandırılmış təqdimatı əsasında Tovuz rayon Məhkəməsinin 8(062)-47/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında Tovuz rayon Məhkəməsinin 3(062)- 269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə, həmin məhkəmənin 3(062)-1025/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə, həmin məhkəmənin 3(062)-470/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə, sözügedən məhkəmənin 3(023)-149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir daha yeni müddət təyin edilərək, alimenti ödəməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qətnaməsi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günə yəni xx.xx.2025-ci il tarixədək ödəməli olduğu 12210 manat aliment borcundan 900 manat ödəniş etmiş, lakin ödənilməmiş 11310 manat aliment borcu yaranmışdır. Sözügedən məhkəmə qətnaməsində göstərilən tələbi Təqsirləndirilən şəxs tam şəkildə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb olunmasına baxmayaraq nəticə çıxartmamışdır. Həmçinin, icra məmuru tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icrasının tam şəkildə təmin edilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Təqsirləndirilən şəxs maddi imkanı olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Təqsirləndirilən şəxs evli olduqları müddətdə ilk öncə hərbi qulluqçu olmuş, daha sonra ordu sıralarından təxris olunduqdan sonra fərdi əmək fəaliyyəti ilə məşğul olurdu və kifayət ədər qazanc əldə edirdi. Təqsirləndirilən şəxs onun anası ilə olan münasibətinə görə alimenti tam şəkildə ödəməkdən imtina edir. Təqsirləndirilən şəxs dəfələrlə alimenti ödəyəcəyini bildirsə də, qəsdən ödəməmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Şəki rayon Məhkəməsinin e- 2(075)-1505/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 icraatnda olmuşdur. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbkara nə qədər aliment borcunun olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 ifadəsində göstərdi ki, Şəki rayon Məhkəməsinin e-2(075)- 1505/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi onun icraatında olmuşdur. Onun səhhətində problemlər olduğundan ibtidai istintaq zamanı şahid qismində iştirak edə bilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs dəfələrlə onun yanında olmuş, borcludan aliment borcunun ödənilməsini tələb etmişdir. Borclu Təqsirləndirilən şəxs isə imkanının olmamasını əsas gətirərək aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddələri ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmənin qərarları sonuncunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin Tovuz rayon Məhkəməsinin 8(062)-47/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Şəki rayon Məhkəməsinin e-2(075)-1505/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bütün bunlara baxmayaraq aliment borcunun məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş və aliment pulu tam şəkildə ödənilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə 24 iyun 2022-ci il tarixdən başlayaraq cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2025ci il tarixədək ödəməli olduğu 12210 manat aliment borcundan icra dövründə 900 manat ödəniş etmiş, lakin ödənilməmiş 11310 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 2(62)-5709/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və cinayət məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməyə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Məhkəmə iclasında şahid Tovuz rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 Mədəd oğlunun elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Şəki rayon Məhkəməsinin e-2(075)-1505/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi təmin edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2022-ci il tarixdə Şəki rayonu icra və probasiya şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş cavabdeh Təqsirləndirilən şəxs göndərilməsinə baxmayaraq qətnamənin icrası təmin edilməmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün aidiyyəti üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə həmin şöbəsinin icraatına daxil olmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq aliment pulunu ödəmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, izahatı alınmış, artıq aliment üzrə 2910 (iki min doqquz yüz on) manat borc yaranması səbəbindən barəsində inzibati qaydada protokol tərtib edilərək Tovuz rayon məhkəməsinə təqdim edilmişdir. Tovuz rayon Məhkəməsinin 3(062)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra cavavbdehə yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, aliment pulunu tam olaraq ödəməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, cavabdeh Təqsirləndirilən şəxs barəsinə təkrarən inzibati protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Tovuz rayon Məhkəməsinin 3(062)-1025/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra borcluya yeni müddət təyin edilməsinə baxmayaraq aliment pulunu tam şəkildə ödəmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, cavabdeh barəsində inzibati protokol tərtib edilərək yenidən məhkəməyə müraciət edilmişdir. Tovuz rayon Məhkəməsinin 3(062)- 470/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 12 (on iki) gün müddətində inzibati qaydada həbs edilmişdir. Təkrarən cavabdehə yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, aliment pulunu ödəməmişdir. Bu səbəbədən cavabdeh barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin 3(062)-149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 17 (on yeddi) gün müddətində inzibati qaydada həbs edilmişdir. Həmçinin Tovuz rayon Məhkəməsinin 8(062)- 47/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Şəki rayon Məhkəməsinin e-2(075)- 1505/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bütün bunlara baxmayaraq aliment borcunun məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş və aliment pulu tam şəkildə ödənilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə 24 iyun 2022-ci il tarixdən başlayaraq cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixədək ödəməli olduğu 12210 manat aliment borcundan icra dövründə 900 manat ödəniş etmiş, lakin ödənilməmiş 11310 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 2(62)-5709/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və cinayət məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməyə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Bu isə onun məhkəmə qətnaməsinin icrasına qərəzli olduğunu göstərir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəki rayon Məhkəməsinin e-2(075)-1505/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraat başlama haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəki rayon Məhkəməsinin e-2(075)-1505/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(062)-47/2025 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-470/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(062)-149/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 17 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz rayon İHB-nin Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tovuz RPŞ-nin “axtarışda olan şəxsin tutulması” barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Tovuz RPŞ-nin “müvəqqəti saxlama yerindən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib qeyd olunan maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə cəza teyin edərkən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1 (bir) gün müddətində həbsdə saxlanılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 1 (bir) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 26 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 26 fevral 2026-cı il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar