Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-19/2024 25.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4, X1 iştirakları ilə, xx.xx.1953-cü ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, təqaüdçü, evli, ünvan 1 ünvanda yaşamış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində onunla birlikdə yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla 14 yaşına çatmayan azyaşlı nəvəsi Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən 2020-ci ilin avqust ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günlərində, gündüz saatlarında yaşadığı həmin yaşayış evinin həyətyanı sahəsində dəfələrlə qəsdən əlini paltarın üzərindən onun döş vəzilərinə toxunduraraq təxminən 5-6 saniyə müddət ərzində əlini döş vəzilərində hərəkət etdirməklə, 2020-ci ilin noyabr və dekabr aylarının istintaqla dəqiq müəyyən edilə bilməyən günlərində, günün müxtəlif saatlarında həmin yaşayış evinin müxtəlif hissələrində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtlarda dəfələrlə qəsdən əli ilə paltarın üzərindən onun döş vəzilərini sıxıb bir neçə saniyə saxlamaqla, 2021-ci ilin mart və aprel aylarının istintaqla dəqiq müəyyən edilə bilməyən günlərində, günün müxtəlif saatlarında yaşadığı həmin yaşayış evinin müxtəlif hissələrində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtlarda dəfələrlə qəsdən əli ilə paltarın üzərindən onun döş vəzilərini sıxıb bir neçə saniyə saxlamaqla, 2021-ci ilin iyun və avqust aylarının istintaqla dəqiq müəyyən edilə bilməyən günlərində, günün müxtəlif saatlarında yaşadığı həmin yaşayış evinin müxtəlif hissələrində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtlarda dəfələrlə qəsdən əli ilə paltarın üzərindən onun döş vəzilərinə toxunaraq döş vəzilərini sıxıb bir neçə saniyə saxlamaqla, 2021-ci ilin yay fəslinin istintaqla dəqiq müəyyən edilə bilməyən aylarından başlayaraq 2023-cü ilin aprel ayının istintaqla müəyyən edilə bilməyən gününədək olan müddət ərzində, istintaqla dəqiq müəyyən edilə bilməyən günlərdə, günün müxtəlif saatlarında yaşadığı həmin yaşayış evinin müxtəlif hissələrində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtlarda dəfələrlə qəsdən əli ilə paltarın üzərindən onun döş vəzilərinə toxunaraq, döş vəzilərini sıxaraq əlini bir neçə saniyə ərzində onun döş vəzilərinin üzərində hərəkət etdirməklə, 2023-cü ilin aprel ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə, saat 22 radələrində yaşadığı həmin yaşayış evində nəvəsi Zərərçəkmiş şəxs çarpayının üzərində uzanmış vəziyyətdə gördükdə əlini onun sinəsinə salaraq əli ilə qəsdən paltarın altından onun döş vəzilərini sıxıb əlini bir neçə saniyə ərzində onun döş vəzilərinin üzərində hərəkət etdirməklə, 2023-cü ilin may ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə, saat 11 radələrində yaşadığı həmin yaşayış evində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtda əlini qəsdən onun arxa sağrı nahiyyəsinə bir dəfə toxundurmaqla, 2023-cü ilin iyun ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə, saat 23 radələrində yaşadığı həmin yaşayış evinin yataq otağında çarpayının üzərində alt geyim paltarında uzanarkən onunla eyni otaqda yatan nəvəsi Zərərçəkmiş şəxs yanına dəvət edib, bir əli ila qəsdən onun belindən tutub əlini şalvarın içinə salaraq paltarın altından əlini sonuncunun arxa sağrı nahiyəsində 4-5 saniyə saxlayıb, digər əlini həmin vaxt açıqda qalmış göbəyinə toxundurub, ardınca əlini göbəyindən aşağıya doğru sürüşdürməkla onun cinsi orqanının üzərində saxlayıb, daha sonra həmin vəziyyətdə barmaqlarını onun cinsi orqanının üzərində hərəkət etdirməklə, 2023-cü ilin iyun ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə, saat 01 radələrində yaşadığı həmin yaşayış evinin yataq otağında alt geyim paltarında çarpayıda uzanarkən onunla eyni otaqda yatan nəvəsi Zərərçəkmiş şəxs öz mobil telefonunu ona verəcəyini deyib yanına dəvət edərək, qəsdən onu özünə tərəf çəkib əli ilə onun döş vəzilərini sıxıb həmin vəziyyətdə 4-5 saniyə ərzində saxlamaqla, 24 iyun 2023-cü il tarixdə, saat 01 radələrində yaşadığı həmin yaşayış evinin yataq otağında çarpayının üzərində alt geyim paltarında uzanarkən, həmin otaqda olmaqla istifadəsində olan mobil telefonu ondan istəyən nəvəsi Zərərçəkmiş şəxs gözü qarşısında üzərindəki adyalı kənara ataraq çılpaq halda öz cinsiyyət orqanını əlində tutaraq ona nümayiş etdirməklə, ondan nümayiş etdirdiyi cinsiyyət orqanına toxunmağı tələb etməklə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, heç ele bir an olmayıb ki, o Zümrüdlə eyni vaxtda tək olsun. Çünki arvadı heç bir yerdə işləmir, bütün günü evdə olur. Zümrüd “kəkil” çıxarmaq istəyirdi. Yəni, yolundan çıxmaq üzrə idi. Evdə son iki ildə elə gün olmayıb ki, dava olmasın. Oğlu Ayaz 4 bankdan pul götürüb. Ayaz arvadı Könülü dəfələrlə başqa-başqa şəxslərlə telefonla danışarkən tutub. Sadəcə ictimai qınaqdan çəkinərək və 3 uşağının olmasını nəzərə alaraq boşamamışdır.Zümrüdün bir oğlanla yazışmağını yoldaşı Zina tutmuşdu.Ondan sonra Zümrüdə telefon işlətmək qadağan edilmişdi. Zümrüd və Zeynəb hətta deyirdi ki, atası və anası ilə yaşamaq istəmir. O da nəvələrinə deyirdi ki, onları Bakıya aparacaq. Çünki uşaqlar evdəki dava-dalaşdan bezmişdilər. Tutaq ki, o doğrudan da nəvəsinə əl atıb. O zaman nəvəsi niyə anasına, nənəsinə bu barədə demirdi? Bir gün uzanıb telefonda Gədəbəylə bağlı bir videoya baxırdı. Zümrüd gəlib qəfil telefonu onun əlindən götürdü. O elə biridir ki, Zümrüd telefonu onun başına vursa da belə o onları istədiyindən etiraz etməyəcəkdi. Onların dediklərinin hamısı yalandır. Guya o evdə trusiksiz yatmış, trusiksiz gəzmişdir.Zümrüd ondan telefon istədiyindən və o Zümrüdə telefon vermədikdən sonra o ona şər atmağa başlamışdır. Uşaqlar dərslərinə laqeyd yanaşırdılar. O da etiraz formasında Könülə irad bildirirdi ki, onun ucbatından uşaqlar məktəbə laqeyd yanaşırlar. O Könülə deyirdi ki, ay Könül, bu uşaqlar 6-7-ci siniflərdə oxuyurlar. Bunların ayaqlarının tüklərini təmizləməyə imkan vermə.O isə cavabında ona deyirdi ki, qoy uşaqlar yaxşı böyüsünlər. Məhkəmədən onun nəvəsi ilə barışdırılmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. O məhkəmə istintaqında sərbəst şəkildə ifadəsini verdikdən sonra sədrlik edənin və proses iştirakçılarının suallarına aşağıdakı şəkildə cavablar vermişdir: “Oğlum Zümrüdü çox sıxırdı. Zümrüd hara gedirdisə onu izləyirdi.Həmişə mən də Zümrüdü himayə edib qorumuşam.Zümrüd oğlanla danışmaqdan, yazışmaqdan ötrü canını da, qanını da qurban verərdi. Ona telefon verilmədiyinə görə o mənə bu şəri atıb.Könüllə mənim və yaxud oğlumun arasında evlə bağlı hər hansı mübahisə olmamışdır. Götürülmüş kreditin ödənişini isə mən və oğlum ödəyirdik. Hətta mağazanın da gəlirləri hesabına da kredit borcu ödənilirdi.Könül yüzlərlə ayaqqabı alırdı. Deyirdim ay Könül bu nə ayaqqabılardı. Bu qədər ayaqqabı necə aldığını soruşanda o deyirdi ki, hədiyyə veriblər. Könülün bu kimi şeylərinə etiraz edirdim deyə mənə şər atıldı.Əsasən ancaq telefon söhbətinə görə Zümrüd bu hərəkətləri etdi. Mən həm də may ayının 2-də əməliyyat olunmuşam, 15 gün xəstəxanada qalmışam.Zümrüdün özünün “SONY”markalı telefonu var idi. Telefonunun internetə girişi yox idi.Zümrüdün bacısı Zeynəbin telefonu var idi. Zeynəbin telefonunun isə internetə çıxışı var idi.Zeynəb Zümrüddən yaşca böyükdü, o Zümrüdə öz telefonuna əlini vurmağa belə qoymurdu. Ona görə də o Zeynəbdən yox, məndən telefon istəyirdi.Mən nəvələrimin telefonunun balansını tez-tez artırırdım. Bilirdim ki, onlar konturlarını başqa yerə sərf etməzlər. Zeynəb ancaq axşamlar, saat 7 radələrində məndən telefon istəyirdi.Mən balaca otaqda həmişə tək yatırdım. Yoldaşım qızlarla o biri otaqda yatırdı. Əməliyyatdan sonra yerimi dəyişdim.O X2 yatanda Könül ona baş çəkmək üçün gəlməmişdir. Zümrüd isə nənəsi,qızımla birlikdə gəlmişdilər.Ancaq Zümrüd palataya girməmişdi. Mənimlə eyni yataq otağında Zümrüd, arvadım və mən yatırdım.Ayazın və Könülün yatdığı otaqdan mənim otağım görünmürdü.” Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsini yazılı şəkildə vermək istədiyini bildirmiş və o yazılı şəkildə qeydlərini məhkəməyə təqdim etmşdir. Məhkəmə tərəfindən onun məhkəməyə təqdim etdiyi qeydləri elan edilmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, axşam ikinin yarısı gedib anasını oyatmışdı.Nənəsi, babası və o bir otaqda yatmışdılar. Nənəsi bakın suyunu bağlamaq üçün həyətə çıxmışdı. Babası da dedi ki, “tez gəl indicə nənən gələcək, qoy şey eliyim telefonu verim.”O babasının yanına gedəndə ona pis söz dedi. Bir-iki saat aynabənddə ağlayıb məktub yazmış, anasını oyadaraq məktubu anasına vermişdi. Əvvəlcə anası başa düşməmişdi. Elə bilirdi ki, atası barədə yazıb. Səhəri günü atası gəlib onu qucaqlayaraq onu bağışlamasını xahiş etmişdir. O babasının Bakıya getməsini istəsə də nənəsinin getməsini istəmirdi. O qeydlərində göstərmişdir ki, “cənab hakim, mən Zərərçəkmiş şəxs sizə bidirmək istəyirəm ki, yaşadıqlarım, həyatım mənə çox çətin və ağırdı, mən bu olanlara görə çox utanıram.Mən artıq burada yaşamaq belə istəmirəm. Bunu çox adam bilir.Mənim də universitet xəyallarım var idi.Amma artıq bunlara görə istəmirəm. Burada qalmamaq üçün bu ildən kollecə gedəcəm. Mənim yaşamağa həvəsim yoxdur.Həqiqətən əvvəl ölümdən, qaranlıqdan qorxurdum, indi isə mən hər məhkəmədən gələndə otağıma girirəm, axşam saat 7-8-də zorla otaqdan çıxarırlar. Mən artıq dərs belə oxuya bilmirəm. Qarşıma kitab qoyuram, beynimdə başqa şeylər oxuyuram. Ürəyim sıxılır, çıxıb çöldə otururam, bütün əsəbim, psixologiyam pozulub. Mən bu babamdan gördüklərimə görə məşğələdən qayıdanda bir az qaranlıq düşən kimi yolla gedəndə yolu keçən hər insandan qorxuram ki, mənə nəsə edər.Mən istəyirəm ki,məni bu vəziyyətə salan cəzasını çəksin.Mən babamı hər zaman çox istəmişəm.Amma o bundan istifadə edib. İllərlə bunu deməmişəm. Susmağımın səbəbi də ən çox utanmağım və mənə inanmazlar deyə bir neçə dəfə bibimə demişəm ki, babam haqda sizə nəsə deyəcəm, deyə bilməmişəm.Və onlar hər cürə yalan uydururlar.Deyirlər mamam öyrədib, gah da nə bilim ey..Mamam mənə qəsdlə belə bir həyat yaşatsa mən heç vaxt ona mama demərəm.nə də mamam mənə elə pislik etməz.onlar kimi deyil.Məm bu olanları mamama və atama dediyim günü babam dedi gəl götür telefona bax.Mən gedəndə də başladı pis-pis danışmağa. Özünə çəkmək nəm təkliflər etməyə,etməyəndə də pis söyüş dedi.Ona dözə bilməyib məktub yazdım. 1 saat fikirləşib mamam gilin otağına gedib, mamamı oyatdım.Mamam məktubumu oxudu, ağladı, pis oldu və atama dedi. Mamam dəli kimi oldu, atam sakit olun deyib nənəmi çölə çıxartdı, məni də. İçəri keçəndə otaqda mamam danışır, atam isə sakit durun deyib ona tərəf çıxaraq bizə pis söz işlətdi.Məni pis biri kimi danışırlar. Mən sadəcə bir oğlanla danışmışam. Qonşu, o da məni istəyib danışmışam, pis nəsə də danışmamışam. Atam biz uşaq olandan bəri mamamı döyüb, pis sözlər deyib. Eləcə də bizə.Mən anamı dəfələrlə üzü göy, şiş, qanlı görmüşəm. Ata qızı sevər. Amma mənim atam bacarmadı. Bu söhbəti biləndən sonra bibim Günay, atam neçə dəfə qapımıza gəlib ağlayıblar ki, bizdə bilirik, amma nə olar ərizəni götürün. Atam məni qucaqlayıb ağlayıb, amma hamısı yalan,sadəcə sizdən bir xahişim-mənə bunları yaşadanların cəzası verilsin.” Məhkəmə iclasında şahid qismində dindirilmiş(zərərçəkmiş şəxsin qanuni nümayəndəsi) Şahid1 ifadəsində göstərdi ki, Yusif qaynatasıdır. O ən böyük günahı özündə görür. Belə ki, bu vaxta qədər nahaq yerə o evdə oturub. O evə gedən gündən özünə qarışı da qeyri-etik hərəkətlərin edildiyini şahidi olub. O uşaqların Bakıya, babası gilə getməsinə etiraz edirdi. Çünki bilirdi ki, babası nəsə edə bilər. Zümrüd həddindən artıq özünə qapanan uşaqdır. O özü 16 yaşından evlənib. O qızını çox yaxşı başa düşür. Qaynatası ilə heç vaxt pis münasibəti olmayıbdır. Yusifdən səhv hərəkətlər görəndə susurdu ki, xəstədir, qocadır. Bir gün Yusif ona sataşanda o qonşuya qaçıb, qonşudan kömək istəyib. Həmin vaxtı əri hərbi xidmətdə idi. O bunları baldızına və baldızının əri Nəsibə də danışmışdı. Nəsib də ona köməklik etmişdi. Əri də bütün bunları bilirdi. Onlar yatarkən qızı Zümrüd onu yuxudan oyadıb bir vərəq verdi.Həmin vaxtı Ayaz Zümrüdü danladığına görə Zümrüd atasından küsmüşdü. Elə bildi ki, məktubda atası barədə yazıb. Sonra ağlaya-ağlaya dedi ki, atası barədə deyil. Məktubu oxumağı xahiş etdi. Əlləri əsə-əsə məktubu oxuyub Ayazın yanına getdi. O Ayaza dedi ki, “atan mənə etdiklərini indi də qızına qarşı edir”. Ayaz dedi ki, sakit ol, Yusif eşitməsin. Zümrüd də gəlib atasına neçə illərdir ki, babasının bu hərəkətləri etdiyini bildirdi. Qaynanası, baldızı Vəfa evdə hamısı olanları bildilər.Onlar hamısı atalarına tərəf cıxırdılar. Dedilər guya o onları evdən çıxarmaq üçün plan qurub. O 17 ildir evlidir, yəni, boşanmaq istəsə hansı gün istəsə boşana bilərdi. Hansı ana öz qızının adını ləkələyər? Zümrüdün yazdığı məktub atasında qaldı. Gördü ki, Ayaz atasını müdafiə edir, saat 6-ya işləmiş uşaqlarını da götürüb evdən çıxdı. Məktubda Zümrüdün sonuncu cümləsi xatirində qalıb. Yazılmışdı ki, “ay mama mən yenə həmişəki kimi babamın yanına getdim ki, telefon istəyim, o cinsi orqanını mənə göstərib dedi ki, gəl öp, sonra hamınınkını öpəcəksən, xoşun gələcək.” Onda Ayazın şikayəti geri götürməklə bağlı ona yalvarmasını əks etdirən disk də var. O polisə şikayət etdikdən sonra Ayazın səs yazsını qeyd etmişdi. Şahid1 zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Könül normal analıq etmir. Həm də dəfələrlə ona başqa-başqa kişilərlə xəyanət edib. O hər zaman onu bağışlayıb. Könülün bazarda dükan işlətməsinə razı deyildi. Axşam Könül ona Zümrüdün yazdığı məktubu verib, o da cırıb atdı. Məktubun məzmununu oxumadı. O Könülə təklif etdi ki, Zümrüdü bir telefon verib atası Yusifin yanına göndərsinlər və Zümrüd səsi qeydə alsın. O zaman Yusifin Zümrüdlə əxlaqsız söhbətlər etdiyinin hamılıqla şahidi olsunlar. Könül harayhəşir saldı. O biri qızı Zeynəb oğlan kimi böyüyüb. Amma Zümrüdü dəfələrlə oğlanlarla danışan yerdə tutub. O Zümrüdü hamıdan çox istəyib. Hətta Zeynəb ona olan istəyini qısqanırdı da. Könül ondan uzaq qalmaqdan ötrü bu kimi şeylərə əl atıb. O həqiqətən də Könüldən ərizəsinin geri götürülməsini istəyib. Amma bu o demək deyil ki, atası Yusif o hərəkətləri edib deyə, o da ona yalvarır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, mayın 2-də atası əməliyyat edilib. Ayın 21-nədək o onlarda qalıb. Gecə çənin suyu dolduğundan daşmışdı. O çənin suyunu bağlamaq istəyirdi. Atası dedi ki, qoy gedib özü bağlayacaq. Anası da dedi ki, əməliyyat olmusan, yıxılarsan. Ona görə də anası bağladı. Elə 5-10 dəqiqə keçmişdi ki, dava düşdü. Guya atası Zümrüdə sataşıb. Atasının yanından belə tərpənməyib. Əgər nəsə olsa idi o ona görməyə bilməzdi. Atası idman formasında yatırdı. Deyə bilməz ki, gəlinlə atasının münasibəti necə olub. Çünki onların ailə məsələsinə qarışmırdı.Zümrüd dəfələrlə Yusifdən telefon istəyirdi.Ayaz telefon verməyə qoymurdu. Yusif də gizlincə telefonu verirdi ki, nəvədir, qoy baxsın. O bilmir qardaşı Ayaz Könülə niyə yalvarırdı. O daima qardaşı gildə qalır. Ailəsi onu müalicə etmədiyinə görə qardaşı gildə qalmağa məcbur olmuşdu. Onun Könüllə də münasibəti yaxşı olub.Könülün onun orada qalmasına heç zaman etirazı olmayıb. Belə ki, o həmin evin həm də bütün təmizlik işlərini görürdü. O atasının xasiyyətinə bələddi. İnanmır ki, atası belə bir şey etsin.Onun 21-22 yaşında qızları var. Onlar Bakıda Yusiflə də qalıblar. Necə oldu ki, onlara heç nə etmədi, Zümrüdə nəsə etdi. Zümrüd yalan danışa bilər. Atası ilə anası Bakıdan gələndə həmişə evdə dava düşür. Könül istəmir ki, onlar ora gəlsinlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onların Könüllə münasibətləri hər zaman yaxşı olub. Onlar çox vaxt Bakı şəhərində yaşamışlar.Yusif xəstəxanadan gəldikdən sonra Zeynəb babası yatan otaqda yatırdı. Zümrüd 5-6 gün qaldıqdan sonra ona bacısı yatdığı otağa keçməyini təklif etdi. O isə keçmək istəmədi. Babasının yatağı ilə onların yatağı eyni yerdədi. Qızı qapının yanına gəlib dedi ki, hamamın suyu daşır. Yusif dedi ki, o özü suyu bağlayar. Yusif durub suyu bağlamaq istəyəndə o özü durub suyu bağladı. Hələ Zümrüd oyaq idi. O otaqdan çıxanda Zümrüd hələ yatmamışdı. Zümrüddən niyə yatmadığını soruşduqda Yusif dedi ki, Zümrüd telefon istəyir. O gecə 12-1-in yarısı ərəfələrində durub suyu bağlayaraq qayıtdı. Qayıdanda gördü ki, Zümrüd otaqda yoxdur.O Yusifdən Zümrüdün harada olduğunu soruşduqda Yusif Zümrüdün telefona görə küsdüyünü bildirdi.Sonra o yatağına girərək uzandı. Bu zaman nəvəsi Yusif gəldi ki, atası onu çağırır. Ayaz ona məktub göstərərək dedi ki, bu məktubu Yusif yazıb. Könül harayhəşir salanda sakitləşdirdilər. Uşaqların babaları ilə münasibətləri cox yaxşı olub. O Yusifin belə hərəkətlər etməsinə inanmadı. Buna baxmayaraq o nəvəsi Zümrüdlə də bu barədə söhbət etmədi. Çünki Zümrüd gil içəri keçərək qapını bağladılar. Düşündü ki, sabah bu məsələni aydınlaşdırar. Səhər duranda isə gördü ki, Könül və uşaqlar evi tərk ediblər. Heç zaman düşünməzdi ki, Könül və Zümrüd yalandan belə hərəkətlər etsinlər. Zümrüdün xəttinə və vərəqə fikir vermədi. Bir onu bilir ki, dəftər vərəqində yazılmışdı. O bu barədə Yusifə deyəndə Yusif and içdi ki, elə şeylər olmayıb. Onlar onsuz da həmin günün səhəri Bakıya getmək istəyirdilər. Mübahisədən 2-3 gün qabaq əşyalarını yığmışdılar. Zümrüd babasından getməməsini xahiş etmişdi. Onda o dedi ki, Yusif getsin, o qalsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, babası, bacısı və nənəsi yatdığı otağın yanındakı otaqda yatırdı. Səs-küyə oyandı. Ondan əvvəl Zümrüd ondan telefon istəmişdi. Sonradan bildi ki, Zümrüdün ondan telefon istəməkdə məqsədi babasının səsini yazmaq olub. O da səbəbini ona bildirmədiyindən telefonu verməkdən imtina etmişdi. O heç nə görməmiş, heç nə hiss etməmişdi. Zümrüd kimsənin təsiri altında məktubu yazmayıb. Heç anasının da xəbəri yox idi. Hamı bu barədə eyni anda məlumatlı oldu. Onun babası ilə münasibəti çox yaxşı olub.O yataq vəziyyətində olanda babası gilin yatdığı otağı görə bilmirdi. Bəlkə də babasını çox istədiyindən bu haqda Zümrüd ona və heç kimə heç nə deməyib.Zümrüdün oğlanla danışığı olub, buna görə atası tərəfindən etiraz edilirdi. Babası Bakıda olanda hər iki həftədən bir 5 manatlıq kontur yükləyirdi.Zümrüdün telefonu yox idi. O öz telefonunu da Zümrüdə vermirdi. Ona qarşı nəyinki babası, heç kəs elə hərəkətlər edə bilməz. Sadəcə Zümrüd özünə qapanan bir uşaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, demək olar ki, hər gün qardaşı gilə gedirdi. Zümrüdlə də hamının münasibəti çox yaxşı idi. O gözləri ilə görmədiyi şeylərə inanmır.Zümrüdün bütün bunları uydurub-uydurmaması ilə bağlı da heç nə deyə bilmir. Zümrüddə heç zaman yalana meyillilik müşahidə etməyib.Atası və Könül arasında münasibə də normal olub. Əsasən hərdən söz-söhbət Ayazın kredit borclarının üstündə olurdu. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patolo)i Anatomiya Birliyi” X19 26 iyun 2023-cü il tarixli, 471 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, qızlıq pərdəsinin anatomik tamlığı pozulmamış, arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik ekspertiza mərkəzi” X19 xx.xx.2023-cü il tarixli, 29 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma kimi psixoloıi əlamətlər müşahidə olunur. Zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs emosional halından asılı olaraq ona qarşı törədilən hərəkətlərin mahiyyətini dərk etmək və həmin hadisə barəsində düzgün ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs psixi xəstəliklə əlaqədar olmayan əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona qarşı edilən əxlaqsız hərəkətləri zamanı onlara fiziki cəhətdən müqavimət göstərmək iqtidarında olmasa da, ümumən müqavimət göstərmək qabiliyyətində olmuşdur. (Cinayət işinin və zərərçəkmiş şəxsin ifadəsinə əsaslanaraq Zərərçəkmiş şəxs anasına yazdığı məktub vasitəsi ilə xəbər verməsi müqavimət göstərmək kimi qeyd olunur). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindəndaxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 tərəfindən könüllü olaraq təqdim edilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında 26 iyul 2023-cü il tarixli protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 arvadı Şahid1 atası, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli ailə üzvləri arasında etiraf etdiyini, lakin atası Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmaq məqsədilə polis əməkdaşlarına bilərəkdən yalan danışdığını bildirmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Tovuz rayon İcra Hakimiyyətinin Qovlar Tovuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, o, evlidir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası TƏBİB-in Tovuz rayon X8 Hüquqi Şəxsin 17 iyul 2023-cü il tarixli PHŞ-6-76/2-443/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Tovuz RMX-nın PHŞ-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən etiraf edilməsə də, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs özü müdafiəsi üçün bir sıra dəlillər irəli sürmüşdür. O dəlillər bunlardan ibarətdir ki, təqsirləndirilən şəxs gah Könülün ona şər atdığını, gah da nəvəzi Zümrüdə telefon vermədiyinə görə onun şərləndiyini bildirmişdir. Məhkəmə bu dəlilləri özünü müdafiə xarakterli dəlillər hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı Yusifin özünün arvadının,oğlunun və qızlarının ifadələri ilə də müəyən edildi ki, Yusiflə Könül arasında hər hansı konflikt olmamışdır. Əksinə Yusifin hərəkətlərinə Könül illər öncə də dözümlülük göstərmişdir. X20 arasındakı konflikti Könül Yusifə şər atmaqla həll etmək istəsəydi, o zaman Könül özünü “qurban”kimi təqdim edərdi, nəyinki qızını. Digər tərəfdən də məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Zümrüdlə babası arasında normal münasibət olmuşdur. Baba tərəfindən qayğı, nəvaziş görən nəvənin babaya yalandan belə bir ittiham irəli sürməsi inandırıcı deyildir. Məhkəmə istintaqında dindirilmiş şahidlər də Zümrüdün yalana meyilli biri olmadığını bildirmişlər. Bundan başqa da keçirilmiş ekspertiza ilə də müəyyən edilmişdir ki, Zümrüddə yalana meyililik müşahidə edilməmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı izahatı alınmış psixoloq X7 izahatında göstərmişdir ki, o Zümrüd təhsil alan orta məktəbin psixoloqudur.Zümrüd dərslərini yaxşı oxuyur, dərsə davamiyyəti müsbətdir. Zümrüd sakit, özünə qapalı bir qızdır. Həqiqətən də Zümrüdün qapalı olması məhkəmə prosesləri zamanı da özünü göstərirdi. Belə ki, o hətta ifadəsini belə kağız daşıyıcıda vermək istəmiş, məhkəmə tərəfindən ona bu imkan yaradılmış və o fikirlərini kağız daşıyıcıda qeyd edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı həmin yazıların onun öz sözləri ilə, öz xətti ilə yazılması da öz təsdiqini tapmışdır. Azərbaycan respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Zümrüdlə təklikdə söhbət etdikdən sonra daxili inam formalaşmış, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar daxili inam və hüquq düşüncəsi ilə həll edilmişdir. Məhkəmə qeyd edir ki, bu qəbildən olan cinayətlər latent olmaqla, təqsirləndirilən şəxsin əməlini ifşa edən bir başa sübutlar o qədər də yetərincə olmur. Buna baxmayaraq təqsirləndirilən şəxsin davranışı, onun özünü təqsirli bilməsə də verdiyi ifadələrdəki frazalar onun bu kimi hərəkətləri törətməsini özündə ehtiva edir. Məsələn məhkəmə iclasında ağsaqqal birinin açıq-saçıq ifadələrdən istifadə etməsi, qız nəvələrinin ayaqlarının tüklərinin təmizləməsinə gəlini vasitəsilə etiraz etməsi, qaynata və gəlin arasındakı uçurumdan xəbər verməklə qaynatanın şəxsiyyətini mənfi xarakterizə edən hallardır. Məhkəmə onu da qeyd edir ki, Şahid1 tərəfindən qeydə alınmış Şahid2 ilə danışıqdan müəyyən edilir ki, Ayaz Yusifin belə iş gördüyünü etiraf edir və şikayətin geri götürülməsini Könüldən xahiş edir. Məhkəmə istintaqı zamanı Ayaz atasını məsuliyyətdən azad etməkdən ötrü belə şeyləri demişdir. Əslində onun atası heç zaman belə hərəkətləri etməz. Məhkəmə qeyd edir ki, Ayazın oğul kimi atasının müdafiəsinə qalxması gözləniləndir. Belə ki, hələ Zümrüd məktub yazıb anasına verdiyi gündən o atasının müdafiəsinə qalxmışdır. O Zümrüdün anasına yazdığı məktubu cırmaqla iş üzrə əhəmiyyətli sübutu məhv etmiş və bununla da həmin andan atasını məsuliyyətdən azad etməyə yönəlmiş hərəkətlər etmişdir. Məhkəmə Könülün boşanmaqdan ötrü bu kimi oyunları, planları qurması ilə bağlı da onu qeyd edir ki, Könül bazarda işləməklə hərəkətlərində yetərli qədər sərbəst biridir. Yəni, onun sivil qaydada ərindən ayrılmaq imkanları vardır. Bu kimi dəlillər ittihamın dəf edilməsi üçün yetərli deyildir. Bundan başqa da məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Zümrüdün nənəsi Zinanın ifadəsindən də göründüyü kimi Zümrüd anasına məktub verib, Yusifin hərəkətləri barədə şikayətlənərkən Zinanın olanlardan xəbəri olduğu halda o sevimli nəvəsi Zümrüddən bu barədə heç nə soruşmamışdır. Əgər deyilənlər Zina üçün inandırıcı olmasa idi o ərinə qarşı atılmış şərin səbəblərini dərhal oyrənməyərək, sakitcə yatması da məntiqli görünmür. Məhkəmə istintaqı zamanı müdafə tərəfindən Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini şübhə altına alan hər hansı sübutlar təqdim edilməmişdir. Belə ki, Zümrüd İsgəndəli istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbinin 8-ci sinif şagirdidir. ünvan 3 ünvanında ailə üzvləri olan atası X9, anası Şahid1, bacısı X6, qardaşı X10 ilə birlikdə yaşayır. İsgəndərovYusif İsgəndər oğlu onun ata babasıdır.Babası Təqsirləndirilən şəxs arvadı, nənəsi Şahid3 və qızı Şahid4 ilə birlikdə Bakı şəhərində yaşayırlar. Buna baxmayaraq ilin müxtəlif vaxtlarında babası Təqsirləndirilən şəxs və ailə üzvləri Tovuz rayonuna qonaq gəlmiş və gəldikləri zaman onların yaşadıqları evdə qalmışlar. 2020-ci ilin avqust ayında babası Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşadıqları evdə qonaq qalmışdır. Həmin tarixdə, yəni 2020-ci ilin avqust ayının hazırda dəqiq xatırlamadığı günündə günorta saatlarında yaşadıqları evin arxa tərəfində yerləşən bağda babası Təqsirləndirilən şəxs, nənəsi Şahid3, bibisi Şahid4 və qardaşı Yusif İsgəndərli ilə birlikdə olduqları vaxt nənəsi, bibisi və qardaşının onların yanından uzaqlaşmasından sonra babası Təqsirləndirilən şəxs əlini onun sinə nahiyyəsinə doğru uzadaraq həmin vaxt geyinmiş olduğu köynəyin üzərindən döş vəzilərində sıxmadan təxminən 5-6 saniyə hərəkət etdirməyə başlamışdır. Hərəkət etdirə-etdirə babası Təqsirləndirilən şəxs ona “Burada dayan, gözəlim, ağıllım” deməklə onun müqavimət göstərməməsinə çalışmışdır. O, həmin vaxt babası Təqsirləndirilən şəxs yanından uzaqlaşmış, lakin sonuncunun ona qarşı etdiyi hərəkətlər barədə hər hansı bir şəxsə bildirməmişdir. Bu hadisədən sonra babası sentyabr ayının əvvəllərinə qədər olan müddətdə, gündüz və gecə vaxtlarında onunla tək qaldığı vaxtlarda davamlı olaraq hər gün olmasa da, fürsət düşdükcə əlini onun paltarının üzərindən döş vəzilərində təxminən 5-6 saniyə hərəkət etdirmiş, eyni zamanda bəzi vaxtlar sıxıb saxlamışdır. Bəzi hallarda isə babası Təqsirləndirilən şəxs onun yanından ötüb keçdikdə əlini döş vəzilərinə paltarının üzərindən sadəcə toxundurmaqla kifayətlənmişdir. O, babası Təqsirləndirilən şəxs ona qarşı bu cür hərəkətlər etdiyini gördükdə sonuncuya “Bəsdi, ay baba, niyə belə edirsən ?” demiş, lakin qorxduğu və ən çox da utandığı üçün başqa hər hansı bir şəxsə bu barədə nəsə deməmişdir. 2020-ci ilin sentyabr ayında babası Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yenidən Bakı şəhərinə getmişlər. 2020-ci ilin noyabr ayında babası Təqsirləndirilən şəxs və ailə üzvləri yenidən ünvan 2 ünvanında yerləşən yaşadıqları evə qonaq gəlmiş və 2020-ci ilin noyabr və dekabr aylarını rayonda onlarla birlikdə qalıb yanvar ayında yenidən Bakı şəhərinə geri qayıtmışlar. Həmin dövrdə günün müxtəlif saatlarında ünvan 4 ünvanında yerləşən yaşadıqları evin müxtəlif hissələrində babası Yus f İsgəndərov onunla tək qaldığı vaxtlarda özü ona yaxınlaşaraq əlini onun paltarının üzərindən döş vəzilərinə toxundurmuş, bir neçə saniyə əli ilə döş vəzilərini sıxıb saxlamış, o babası Təqsirləndirilən şəxs uzaqlaşmaq istədikdə isə əlini döş vəzilərinin üzərindən çəkmişdir. 2021-ci ilin mart ayının ortalarında babası Təqsirləndirilən şəxs və ailə üzvləri Novruz bayramını birlikdə qeyd etmək üçün yenidən ünvan 2 ünvanında yerləşən yaşadıqları evə qonaq gəlmiş və 2021-ci ilin mart-aprel aylarını rayonda onlarla birlikdə qalıb may ayında yenidən Bakı şəhərinə geri qayıtmışlar. Həmin dövrdə də günün müxtəlif saatlarında ünvan 2 ünvanında yerləşən yaşadıqları evin müxtəlif hissələrində babası Təqsirləndirilən şəxs onunla tək qaldığı vaxtlarda ona yaxınlaşaraq əlini paltarının üzərindən döş vəzilərinə toxundurmuş, bir neçə saniyə əli ilə döş vəzilərimi sıxıb saxmış, o, Təqsirləndirilən şəxs uzaqlaşmaq istədikdə isə əlini döş vəzilərinin üzərindən çəkirmişdir. Bu cür hərəkətləri ilə ona qarşı əxlaqsız hərkətlərini davam etdirmişdir. Bundan sonra babası Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə 2021-ci ilin iyun-avqust aylarını rayonda onlarla birlikdə ünvan 2 ünvanında yerləşən yaşadıqları evdə qalıb sentyabr ayında yenidən Bakı şəhərinə geri qayıtmışlar. Babası Təqsirləndirilən şəxs 2021-ci ilin iyunavqust ayları ərzində günün müxtəlif saatlarında ünvan 2 ünvanında yerləşən yaşadıqları evin müxtəlif hissələrində onun tək olduğu vaxtlarda ona yaxınlaşaraq əlini paltarının üzərindən döş vəzilərinə toxundurmuş, bir neçə saniyə əli ilə döş vəzilərimi sıxıb saxlamışdır. 2021-ci ilin yay aylarından başlayaraq 2023-cü ilin aprel ayınadək olan müddət ərzində, dəqiq xatırlamadığı günlərdə, günün müxtəlif saatlarında ünvan 2 ünvanında yerləşən yaşadıqları evdə həmin vaxt yaşadıqları evə qonaq gəlmiş babası Təqsirləndirilən şəxs yaşadıqları evin müxtəlif hissələrində onun tək olduğu vaxtlarda özü ona yaxınlaşaraq əlini paltarının üzərindən döş vəzilərinə toxundurmuş, bir neçə saniyə əli ilə döş vəzilərini sıxıb saxlamış, həmçinin döş vəzilərinin üzərində hərəkət etdirmişdir. O, qorxduğu və utandığı üçün bütün bu hadisələr barədə hər hansı bir şəxsə məlumat verməmişdir. 2023-cü ilin aprel ayında babası Təqsirləndirilən şəxs ailə üzvləri nənəsi Şahid3 və Şahid4 ilə birlikdə yenidən ünvan 2 ünvanında yerləşən yaşadıqları evə qonaq gəlmişlər. Babası Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə qonaq gəldikdə o, nənəsi Şahid3 və babası Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları evin yataq otağında, bacısı Zeynəb İsgəndərli ilə bibisi Şahid4 onun yatdığı otağa bitişik digər otaqda, atası Ayaz İsgəndərli, anası Şahid1 və qardaşı Yusif İsgəndərli isə evin digər otağında birlikdə yatırmışlar. Həmin dövrdə valideynləri arasında teztez mübahisə baş vermişdir. Bu mübahisələrin baş verdiyi günlərdən birində, yəni 2023-cü ilin aprel ayının ortalarında saat təxminən 22 radələrində yaşadıqları evdə valideynləri arasında mübahisə yaranmış, atası nalayiq ifadələrlə anasını təhqir etməyə başlamışdır. Həmin vaxt o, atasına görə pis olub tək yatdığı otağa getmiş və çarpayısının üzərinə uzanıb ağlamağa başlamışdır. Bundan sonra babası Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əvvəl əli ilə baş nahiyyəsinə toxunaraq saçına sığal çəkmiş, sonra isə əlini saçından aşağıya, döş vəzilərinə doğru hərəkət etdirərək əlini onun əynindəki köynəyinin altından salıb döş vəzilərini yavaş şəkildə sıxıb 2-3 saniyə saxladıqdan sonra döşlərinin arasında hərəkət etdirmişdir. O, həmin vaxt kənara çəkilmək istədikdə babası Təqsirləndirilən şəxs “Yaxşı dana qadan alım” demişdir. Bundan sonra yanından duraraq qonaq otağına keçmişdir. Həmin vaxt baş verənlər barədə bir kəsə bildirməmişdir. Bundan sonra 2023-cü ilin may ayının ortalarında saat səhər 11 radələrində o, yataq otağında özünə geyinmək üçün paltar seçəndə babası Təqsirləndirilən şəxs otaqda hər hansı bir şəxsin olmadığını fürsət bilib ona yaxınlaşaraq ayaqüstü 1 (bir) dəfə əlini arxa, sarğı nahiyyəmə toxundurub yanımdan getmişdir. Həmin vaxt nə o, nə də babası Təqsirləndirilən şəxs çılpaq vəziyyətdə olmamışlar. O, həmin vaxt sadəcə üzərinə geyinmək üçün gödəkçə paltarı seçməyə çalışmışdır. Bu son baş vermiş hadisə də daxil olmaqla babası Təqsirləndirilən şəxs ona qarşı etdiyi əxlaqsız hərəkətlər zamanı nə o, nə də babası çılpaq olmamışlar. İlk dəfə 2023-cü ilin iyun ayının əvvəlində axşam saat təxminən 23 radələrində yataq otağında olarkən babası Təqsirləndirilən şəxs çarpayısında uzanıqlı vəziyyətdə durub onu öz yanına dəvət etmiş, o, babası Təqsirləndirilən şəxs yaxınlaşdıqda mobil telefonunu ona verəcəyini, lakin babası Təqsirləndirilən şəxs həmin vaxt əli ilə qolundan tutub sıxmadan 2-3 saniyə saxlamış, həmin vaxt üzərində nazik adyal olmuş, lakin özü çılpaq olmuşdur. Daha sonra əlini buraxaraq onu özünə doğru çəkmiş və bir əli ilə belindən tutub əlini belindən aşağıya doğru sürüşdürərək həmin vaxt geyinmiş olduğu nazik parça şalvarının içərisinə salıb arxa sağrı nahiyəsini əli ilə sıxmaqla əlini 4-5 saniyə sağrı nahiyəsində saxlamışdır, həmçinin digər əli 1lə həmin vaxt açıqda qalan göbəyinə toxunub yavaş-yavaş əlini göbəyindən aşağıya doğru sürüşdürüb şalvarının içərisindən aşağıya, yəni cinsi orqanının üzərinə aparıb bir anlıq cinsi orqanının üzərində saxlamış, ardınca barmaqlarını cinsi orqanının arasında aşağıya və yuxarıya doğru hərəkət etdirib anidən həmin vaxt geyinmiş olduğu şalvarını aşağı çəkməyə cəhd etmiş, o, dərhal geri çəkilmiş və babası Təqsirləndirilən şəxs onu soyundurmaq cəhdi baş tutmamışdır. O, bir qədər aralı çəkilib babasına baxmışdır. Sonuncu isə üzərindən adyalı kənara ataraq tam çılpaq vəziyyətdə qarşısında duraraq həmin vaxt cinsiyyət orqanını əlinə alıb ona göstərməklə “Ya mən toxunum, ya da gəl sən toxun” demişdir. Həmin vaxt o, dəqiq fikir vermədiyindən və başa düşmədiyindən babası Təqsirləndirilən şəxs cinsi orqanının sərtləşib-sərtləşmədiyini xatırlamır. O, yox deyib qaçdıqda isə babası Yusif ona nalayiq ifadələr işlətmişdir. Bundan sonra 2023-cü ilin iyun ayının ortalarında saat təxminən 01 radələrində o, yaşadıqları evin qonaq otağından yataq otağına keçmişdir. Həmin vaxt nənəsi Şahid3 yatmışdı, babası Təqsirləndirilən şəxs isə öz yatağında uzanaraq telefonla məşğul olmuş, yataq otağına keçdiyini gördükdə sonuncu ona “Gəl, telefonu götür bax” demişdir. O, telefonu götürmək üçün babası Təqsirləndirilən şəxs yaxınlaşdıqda sonuncu onu özünə çəkmiş, lakin müqavimət göstərərək getmək istədikdə əlini onun koftasının altından salaraq döş vəzilərini tutaraq sıxmış və təxminən 4-5 saniyə həmin vəziyyətdə sıxıb saxladıqdan sonra onu buraxmışdır. Nəhayət sonuncu dəfə 24 iyun 2023-cü il tarixdə saat 01 radələrində o, yaşadıqları evin qonaq otağında televizora baxan zaman yuxusu gəldiyindən yatmaq istədiyini görüb yataq otağına keçmişdir. Nənəsi Şahid3 həmin vaxt yatmışdır. Babası Təqsirləndirilən şəxs isə adəti üzrə yatağında uzanıqlı vəziyyətdə telefonu ilə vaxt keçirirmiş. O, babası Yusifə İsgəndərova yaxınlaşaraq sonuncudan telefonunu istəmişdir. Həmin vaxt babası Təqsirləndirilən şəxs “Ağıllı olsan verəcəm” deyib üzərindəki adyalı kənara ataraq çılpaq, lüt vəziyyətdə uzanıqlı vəziyyətdə öz cinsiyyət orqanını əlinə alaraq ona göstərməyə başlamışdır. Babası Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını nümayiş etdirməklə yanaşı, həmçinin ondan öz cinsiyyət orqanına toxunmağını istəmişdir. Belə ki, babası Təqsirləndirilən şəxs ona öz cinsiyyət orqanını əlində tutaraq “Gəl, əl vur, qurban olum, nolar elə bil, dərmanımdır, ölsəm eləməzsənmi ?” deyərək ondan cinsiyyət orqanına toxunmasını tələb etmişdir. O, isə babası Təqsirləndirilən şəxs istəyinə qarşı çıxaraq yox demişdir. Babası Təqsirləndirilən şəxs onun istəyinə boyun əymədiyini gördükdə ona “Onsuz da, əvvəl-axır kiminkinəsə toxunacan, sonra özün gəlib yalvaracaqsan” demişdir. O, artıq dözməyib babası Təqsirləndirilən şəxs “Sən niyə beləsən, normal babalar kimi niyə deyilsən?” demiş, babası Təqsirləndirilən şəxs isə ona cavabında “Lap da normalam, bütün babaların öz nəvələrinə etdiyi kimi edirəm” demişdir. O, həmin gecə artıq dözə bilməyəcəyini görüb bir vərəqə babasının on qarşı etdikləri barədə məktub yazmışdır. Məktubu yazdıqdan sonra valideynlərinə göstərib-göstərməməsi barədə 1 saat düşünmüş, nəhayətində anası Şahid1 həmin məktubu göstərməyi düşünmüş və baş verənlərdən onu agah etmişdir. Bundan sonra məktubu əlinə götürərək anası Könül Hüsyenovanın yatdığı otağa yaxınlaşıb sonuncunu səsləmişdir. Bundan sonra anası Şahid1 yataq otağından çıxmış və onlar qonaq otağında olarkən o, yazdığı məktubu anası Könülə verib oxumasını istəmişdir. Anası Şahid1 məktubu oxuduqdan dərhal sonra yataq otağına yenidən daxil olub atası Ayas İsgəndərovu oyatmış və məktubu sonuncuya da göstərmişdir. Bundan sonra onlar arasında mübahisə başlamışdır. Ataaı Şahid2 sabah bu məsələni aydınlaşdırarıq, indi gecdir demişdir. Anası isə razı olmayaraq həmin vaxt atası Şahid2 çıxıb getmələrini tələb etmişdir. Bundan sonra Şahid2 onun nənəsi Şahid3 da evin həyətinə dəvət etmişdir, daha sonra onu da dəvət edərək baş verənlər barəsində nənəsi Şahid3 bildirmişdir. Atası Şahid2 ondan yalan danışıbdanışmadığını soruşduqda o, ağlaya-ağlaya hər şeyin düz olduğunu bildirib daha sonra anasının yatdığı otağa getmişdir. Növbəti gün səhər saatlarında anası Şahid1 o və bacısı Zeynəb İsgəndərlini də özü ilə ana nənəsi evinə aparmışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında isə anası Şahid1 ilə birlikdə Tovuz rayon polis şöbəsinə şikayət ərizəsi yazaraq məlumat vermişlər. Babası Təqsirləndirilən şəxs ona ilk dəfə 2020-ci ilin avqust ayından əxlaqsız hərəkətlər etməyə başlamış və həmin tarixdən indiyə qədər ümumilikdə 200 (iki yüz) dəfəyə yaxın ona qarşı müxtəlif vaxt, şərait və formalarda əxlaqsız hərəkətlər etmişdir. Babası Təqsirləndirilən şəxs tərəfindən ona qarşı əxlaqsız hərəkətlər adətən 2-3 gündən bir edilirmiş. Bəzi vaxtlar fürsət yarandıqda gün ərzində 2-3 dəfə olunurmuş. 2023-cü ilin aprel ayından 24 iyun 2023-cü il tarixədək Təqsirləndirilən şəxs tərəfindən ona qarşı təxminən 35-40 dəfə əxlaqsız hərəkətlər edilmişdir. O, Babası Təqsirləndirilən şəxs tərəfindən ona qarşı əxlaqsız hərəkətlər edilməsi barədə ilk dəfə 24 iyun 2023-cü il tarixdə anası Şahid1 bildirmişdir. Bundan 2 gün əvvəl, yəni 22 iyun 2023-cü il tarixdə saat təxminən 01 radələrində özünü öldürmək qərarına gəlmiş və mətbəxdən bir ədəd bıçaq götürmüşdür. Lakin sonradan bu fikrindən daşınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində göstərilmişdir ki, zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hər hansı vəzifə tutması və hər hansı fəaliyyətlə məşğul olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 153.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. İş materialları ilə təsdiqini tapır ki, Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində onunla birlikdə yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla 14 yaşına çatmayan azyaşlı nəvəsi Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən 2020-ci ilin avqust ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günlərində, gündüz saatlarında yaşadığı həmin yaşayış evinin həyətyanı sahəsində dəfələrlə qəsdən əlini paltarın üzərindən onun döş vəzilərinə toxunduraraq təxminən 5-6 saniyə müddət ərzində əlini döş vəzilərində hərəkət etdirməklə, 2020-ci ilin noyabr və dekabr aylarının istintaqla dəqiq müəyyən edilə bilməyən günlərində, günün müxtəlif saatlarında həmin yaşayış evinin müxtəlif hissələrində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtlarda dəfələrlə qəsdən əli ilə paltarın üzərindən onun döş vəzilərini sıxıb bir neçə saniyə saxlamaqla, 2021-ci ilin mart və aprel aylarının istintaqla dəqiq müəyyən edilə bilməyən günlərində, günün müxtəlif saatlarında yaşadığı həmin yaşayış evinin müxtəlif hissələrində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtlarda dəfələrlə qəsdən əli ilə paltarın üzərindən onun döş vəzilərini sıxıb bir neçə saniyə saxlamaqla, 2021ci ilin iyun və avqust aylarının istintaqla dəqiq müəyyən edilə bilməyən günlərində, günün müxtəlif saatlarında yaşadığı həmin yaşayış evinin müxtəlif hissələrində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtlarda dəfələrlə qəsdən əli ilə paltarın üzərindən onun döş vəzilərinə toxunaraq döş vəzilərini sıxıb bir neçə saniyə saxlamaqla, 2021-ci ilin yay fəslinin istintaqla dəqiq müəyyən edilə bilməyən aylarından başlayaraq 2023-cü ilin aprel ayının istintaqla müəyyən edilə bilməyən gününədək olan müddət ərzində, istintaqla dəqiq müəyyən edilə bilməyən günlərdə, günün müxtəlif saatlarında yaşadığı həmin yaşayış evinin müxtəlif hissələrində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtlarda dəfələrlə qəsdən əli ilə paltarın üzərindən onun döş vəzilərinə toxunaraq, döş vəzilərini sıxaraq əlini bir neçə saniyə ərzində onun döş vəzilərinin üzərində hərəkət etdirməklə, 2023-cü ilin aprel ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə, saat 22 radələrində yaşadığı həmin yaşayış evində nəvəsi Zərərçəkmiş şəxs çarpayının üzərində uzanmış vəziyyətdə gördükdə əlini onun sinəsinə salaraq əli ilə qəsdən paltarın altından onun döş vəzilərini sıxıb əlini bir neçə saniyə ərzində onun döş vəzilərinin üzərində hərəkət etdirməklə, 2023-cü ilin may ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə, saat 11 radələrində yaşadığı həmin yaşayış evində nəvəsi Zərərçəkmiş şəxs ilə evdə tək qaldığı vaxtda əlini qəsdən onun arxa sağrı nahiyyəsinə bir dəfə toxundurmaqla, 2023-cü ilin iyun ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə, saat 23 radələrində yaşadığı həmin yaşayış evinin yataq otağında çarpayının üzərində alt geyim paltarında uzanarkən onunla eyni otaqda yatan nəvəsi Zərərçəkmiş şəxs yanına dəvət edib, bir əli ila qəsdən onun belindən tutub əlini şalvarın içinə salaraq paltarın altından əlini sonuncunun arxa sağrı nahiyəsində 4-5 saniyə saxlayıb, digər əlini həmin vaxt açıqda qalmış göbəyinə toxundurub, ardınca əlini göbəyindən aşağıya doğru sürüşdürməkla onun cinsi orqanının üzərində saxlayıb, daha sonra həmin vəziyyətdə barmaqlarını onun cinsi orqanının üzərində hərəkət etdirməklə, 2023-cü ilin iyun ayının istintaqla dəqiq müəyyən edilə bilməyən günündə, saat 01 radələrində yaşadığı həmin yaşayış evinin yataq otağında alt geyim paltarında çarpayıda uzanarkən onunla eyni otaqda yatan nəvəsi Zərərçəkmiş şəxs öz mobil telefonunu ona verəcəyini deyib yanına dəvət edərək, qəsdən onu özünə tərəf çəkib əli ilə onun döş vəzilərini sıxıb həmin vəziyyətdə 4-5 saniyə ərzində saxlamaqla, 24 iyun 2023-cü il tarixdə, saat 01 radələrində yaşadığı həmin yaşayış evinin yataq otağında çarpayının üzərində alt geyim paltarında uzanarkən, həmin otaqda olmaqla istifadəsində olan mobil telefonu ondan istəyən nəvəsi Zərərçəkmiş şəxs gözü qarşısında üzərindəki adyalı kənara ataraq çılpaq halda öz cinsiyyət orqanını əlində tutaraq ona nümayiş etdirməklə, ondan nümayiş etdirdiyi cinsiyyət orqanına toxunmağı tələb etməklə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 153.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, zərərəçəkmiş şəxsin qanuni nümayəndəsi məhkəməyə Təqsirləndirilən şəxs ilə barışması və şikayətinin olmamasına dair notarial qaydada təsdiqlənmiş ərizə təqdim etsə də, o ərizəsini məhkəmədə müdafiə etməmişdir. Ona görə də məhkəmə ərizədə göstərilənləri yüngülləşdirici hal kimi nəzərə almır. Buna baxmayaraq məhkəmə Təqsirləndirilən şəxs 71 yaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialarından göründüyü kimi Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o 28 fevral 2024-cü ildə həbs edilmişdir. Odur ki, cəzaçəkmə müddətinin əvvəli onun həbs edildiyi vaxtdan hesablanmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 28 fevral 2024-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-19/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-19/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver