Məhkəmə qərarları › İş №1(062)-19/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-19/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-19/2025 12.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan, İİ qrup əlil, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5, 69.3 və 234.1-ci maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 435,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayıb, əynində olan qara rəngli qış gödəkçəsinin sol qoltuqaltı nahiyəsində yerləşən cibində saxlamış, 04 noyabr 2024-cü il tarixdə, saat 16:04 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Yuxarı Öyüsüzlü kəndində yolun kənarında piyada hərəkət edərkən saxlanılmış, həmin tarixdə saat 16:04 dəqiqədən saat 16:19 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd qarışıq rəngli polietilen torbada təmiz çəkisi 435 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkçəsinin sol qoltuqaltı nahiyəsində yerləşən cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən bir həftə bundan öncə Tovuz rayonunda xatırlamadığı yerdə piyada hərəkətdə olan zaman yerdə bir ədəd qarışıq rəngli sellofan görmüşdür. O, həmin qarışıq rəngli sellofanı açıb içərisinə baxan zaman içərisində kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğunu görüb cibinə qoymuşdur. O, həmin qarışıq rəngli sellofanda olan kütləni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində o, həmin qarışıq rəngli sellofanı götürüb əynində olan qara rəngli qış gödəkçəsinin sol qoltuqaltı nahiyyəsində yerləşən cibinə qoyub Tovuz rayon Mərkəzi Xəstəxanadan sonrakı küçə ilə piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə şəxs ona yaxınlaşmışlar. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmışdır. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, həmin polis əməkdaşlarına üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyərək əynində olan qara rəngli qış gödəkçəsinin sol qoltuqaltı nahiyyəsində yerləşən cibindən bir ədəd içərisində yaşıl rəngli kəskin iyli ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olan qarışıq rəngli sellofanı çıxarıb təqdim etmişdir. Daha sonra həmin qarışıq rəngli sellofana baxış keçirilmişdir. Bir ədəd qarışıq rəngli sellofandan olan kütlə elektron tərəzidə çəkilmişdir. Bir ədəd qarışıq rəngli sellofanda olan kütlənin çəkisi sellofanla birlikdə 450 qram təşkil etmişdir. Daha sonra bir ədəd qarışıq rəngli sellofandan olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-ə gətirmişlər. O, bir otağa daxil olmuşdur. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. O, əldə etmiş olduğu narkotik vasitəni ancaq öz şəxsi istifadəsi üçün saxlamış və həmin narkotik vasitəni ancaq özü istifadə etmişdir. Onun üzərində narkotik vasitə olması barədə heç kəsin məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, ifadəsində göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəsi polis kapitanıdır. O, Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görədə həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 04 noyabr 2024-cü il tarixində Təqsirləndirilən şəxs ətrafında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri barəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra rəhbərlik tərəfindən Tovuz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Tovuz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 onunla birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etmələri göstərişi verilmişdir. Beləliklə də o, Tovuz RPŞnin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Tovuz RPŞnin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə avtomobilə əyləşib Tovuz rayonu, Yuxarı Öysüzlü kəndinə gəlmişlər. Onlar həmin əraziyə çatanda görmüşlər ki, X1 rayonu, Yuxarı Öysüzlü kəndi ərazisindən keçən avtomobil yolunun kənarı ilə piyada gedir. Bundan sonra onlar avtomobili saxlamış və Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində piyada hərəkət edən X4 yaxınlaşıb Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə, saat 16:04 dəqiqədə saxlamışlar. Həmin şəxs saxlanılarkən Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirilərək Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə üzərində baxış və götürmə aparılması barədə bildirdikdən sonra sonuncuya qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə qəbul etməsi, qanunsuz olaraq üzərində narkotik vasitə və ya psixotrop maddə gəzdirməsində, saxlamaqda şübhəli olduğunu deyib üzərində saxlanılması qanunla qadağan olunan hər hansı əşya olması, varsa könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əynində olan qara rəngli qış gödəkçəsinin sol qoltuqaltı nahiyəsində yerləşən cibindən bir ədəd qarışıq rəngli sellofan torbada olan kütləni çıxarıb təqdim etmişdir. Həmin qarışıq rəngli sellofan bükümdə olan kütləyə açılaraq baxış keçirilmişdir. Baxıș zamanı qarışıq rangli sellofanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qarışıq rəngli sellofanda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofanla birlikdə çəkisi 450 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd qarışıq rəngli sellofanda narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və götürmə 04 noyabr 2024-cü il tarixdə saat 16:04 dəqiqədə başlayıb saat 16:19 dəqiqədə başa çatmışdır. Baxış-üstünün yoxlanılması zamanı tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış-üstünün yoxlanılması zamanı Tovuz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən “Samsung Galaxy A52 “ markalı telefonun video-kamerasından istifadə edilməklə video-çəkiliş aparılmışdır. Ondan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirilmiş və Tovuz RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Vəkilin iştirakı ilə həmin zərfə açılıb yenidən baxılaraq saat 17:10 dəqiqədən saat 17:26 dəqiqəyə kimi Rovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən həmin qarışıq rəngli sellofanda olan kütləyə açılaraq baxış keçirilmişdir. Bu zaman həmin qarışıq rəngli sellofanın içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli qış gödəkçəsinin sol qoltuqaltı nahiyəsində yerləşən cibindən çıxarıb təqdim etdiyi bir ədəd qarışıq rəngli sellofanda olan kütlə narkotik vasitə hesab olunan qurudulmuş marixuanadır. Həmin kütləni Tovuz rayonu ərazisindən bir həftə bundan qabaq tapıb özü istifadə etməsi üçün üzərində saxlamışdır. Daha sonra bir ədəd qarışıq rəngli sellofanda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofanla birlikdə 445 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd qarışıq rəngli sellofanda narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DiN-nin 177 saylı möhürü ilə yenidən möhürlənərək zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X11 Bölməsinə göndərilməsindən ötrü təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüş və bu barədə protokola əlavə edilmişdir. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən bir ədəd qarışıq rəngli sellofan torba ilə birlikdə ayrı-ayrı elektron tərəzilər ilə çəkilmişdir. 05 noyabr 2024-cü il tarixli, 16/1060 nömrəli ekspert rəyində göstərilən çəkilər isə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz və daha düzgün hesab edilməli çəkisidir. Məhz bu səbəbdən də qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi ekspertizada göstərilən çəkidən artıq gəlmiş ola bilər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədov X7 Emin Mehman oğlu ilə eyniməzmunlu ifadə vermişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi Şahid2 və Şahid1 ifadələri ilə eyniməzmunlu ifadəsi məhkəmə zalında elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, saat 16:04 dəqiqədən saat 16:19 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçənin sol qoltuqaltı cibindən bir ədəd qarışıq rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə” protokola əsasən əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd möhürlənmiş zərfə baxış keçrilərkən həmin zərfin içərisində bir ədəd qarışıq rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 bölməsinin 05 noyabr 2024-cü il tarixli 16/1060 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş qarışıq rəngli sellofanda olan kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qarışıq rəngli polietilen torbada təmiz çəkisi 435 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanadan 0,05 qram tədqiqata sərf edildikdən sonra 434,95 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 18 noyabr 2024-cü il tarixli, 1852 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası TƏBİB Tovuz rayon X10 Hüquqi şəxsdən daxil olmuş 15 noyabr 2024-cü il tarixli, 18-1-76/2-1074/2024 No-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon X10 Hüquqi şəxsin Poliklinika Şöbəsində xx.xx.2018-ci ildən xx.xx.2024cü il tarixdə "Tovuz RMX" PHŞ-nin Poliklinika şöbəsində narkoloji kabinetdə qeydiyyatda olmuş, müraciət etməməsinə görə dispanser müşahidədən çıxarılmışdır. Lakin Təqsirləndirilən şəxs psixiatrın qeydiyyatında olmamışdır. 18 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla təmiz çəkisi 435 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 07 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Qarnizon Hərbi Tribunalı tərəfindən 10 iyun 1997-ci il tarixli hökmünə əsasən, ASSR CM-in 143.3-cü maddəsinə əsasən təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 fevral 1998-ci ildə Salyan Rayon Xalq Məhkəməsinin qərarı ilə 08 ay 10 gün müddətində şərti olaraq vatından əvvəl azad edilmişdir. 18 mart 2002-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2-ci maddələr üzrə təqsirli bilinərək Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrüm etmə cəzasına məhkum edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Zirəddi oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Zirəddi oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5, 69.3 və 234.1-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti bitmişdir. İş materiallarına əlavə edilən Tovuz Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 1(062)-5-2022 hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5, 69.3 və 234.1-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilən Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 7(003)-706/2024 qərarına əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən qurudulmuş marixuana daxil olmaqla aşağı həddi təmiz halda 5 qram olduqda xeyli miqdar, 500 qram olduqda külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə, saat 17:05-də tutulmuşdur. Tovuz RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Yunis Yunislinin 06 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 7 noyabr 2024-cü il tarixli, 3-17-1/2-275639/2024 nömrəli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialından xx.xx.2022-ci il tarixdən 220.00 manat məbləğində İİ qrup ümumi xəstəlikdən əlilliyə görə sosial müavinət alır. Əlilliyin müddəti xx.xx.2027-ci il tarixədəkdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olması (CM-59.2) onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmışdır (CM-61.1.1). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır: 61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi... 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin psixotrop maddələrinin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydası»nın 3.2-ci bəndinə əsasən, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara narkomaniyadan məcburi müalicə təyin oluna bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut –Tovuz RPŞ-nin saxlancına verilmiş 434,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 32.40 manat (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar