Məhkəmə qərarları › İş №1(062)-2/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-2/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-2/2023 24.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tovuz rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1988-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, işləməyən, əvəllər məhkum olunmuş, Tovuz şəhəri, H.Aslanov küçəsi, ev 17-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə 1 ədəd sellofan kəsiyinin içərisinə yerləşdirilmiş 1 bükümdə 1,127 qram, 1 bükümdə 0,186 qram, 1 bükümdə 0,140 qram, 1 bükümdə 0,120 qram, 1 bükümdə 0,123 qram, 1 bükümdə 0,089 qram, 1 bükümdə 0,090 qram olmaqla, 7 bükümdə cəmi 1,875 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üstündə saxlamış, 10 avqust 2021-ci ildə saat 14:30da o Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz şəhəri H.Aslanov küçəsi 17 saylı evin qarşısında müəyyən edilərək Tovuz RPŞ-nin inzibati binasına gətirilərək kustar üsulla hazırlanmış metamfetamin onun əynində olan göy rəngli cins şalvarın sağ iç yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ibtidai istintaq zamanı onun üzərindən aşkar edilərək götürülmüş metamfetaminin ona aid olmadığını bildirmişdir. Həqiqət isə ondan ibarətdir ki, həmin metamfetamin ona məxsusdur və həqiqətən də onun üzərindən aşkar edilmişdir. Sadəcə olaraq ibtidai istintaq zamanı ona qarşı CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürüldüyündən o ümumiyyətlə özünü təqsirli bilmədiyinə dair dəlillər irəli sürmüşdür. O psixi xəstədir. İş materialları ilə də bu öz təsdiqini tapmışdır. O psixatrop maddələr qəbul etməyəndə özünü yaxşı hiss etmir. Onu tanıyanlar bilir ki, o həqiqətən də belə maddələrdən istifadə edir. Ancaq o heç zaman hər hansı şəxslərə belə bir maddələr satmamışdır. Odur ki, əməlini CM-nin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərək, himayəsində iki uşağının və özünün də ikinci qrup əlil olmasını nəzərə alaraq aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə məhkəməyədək icraatda verdiyi ifadələr arasında ziddiyət olduğundan məhkəmə tərəfindən onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o narkotik vasitə aldudəçisi olmaqla psixotrop maddə olan metamfetamindən istifadə edir. 10 avqust 2021-ci ildə saat 14:30 radələrində o özü yaşadığı evdə olarkən Orxan adlı polis əməkdaşı ona ***-***-**-** mobil nömrəsindən zəng edərək onunla görüşmək adı ilə onu yaşadığı küçəyə çağırmış, o da Orxanın zəngindən sonra Tovuz şəhəri, H.Aslanov küçəsinə çıxmışdı. Bundan sonra 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və ona özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim edərək, onu Tovuz RPŞ-nə gətirmişlər. Tovuz RPŞ-də onu tanımadığı bir otağa aparmışlar. Şəxsi axtarış zamanı onun üzərində olan göy rəngli cins şalvarın sağ yan iç cibindən bir ədəd selofanın içərisində olan 6 ədəd gümüşü rəngli siqaret falqasında və bir ədəd sellofan kəsiyində olan bükümlər aşkar edildi. Onun üzərindən aşkar edilmiş 6 ədəd gümüşü rəngli siqaret falqasında və bir ədəd sellofanda olan maddələrə açılaraq baxış keçirildi. Həmin 6 ədəd gümüşü rəngli siqaret falqasında və bir ədəd sellofanda olan maddələrin ağ rəngli, toz halında olması müəyyən edildi. Həmin 6 ədəd gümüşü rəngli siqaret falqasında olan maddələr, siqaret falqalaları ilə birlikdə 1 qram, bir ədəd sellofanda olan maddə, sellofan ilə birlikdə 1,34 qram oldu. O sorğu zamanı bildirdi ki, üzərindən aşkar edilmiş 6 ədəd gümüşü rəngli siqaret falqasında və bir ədəd sellofanda olan maddə psixotrop maddə olan metamfetamindir və o psixotrop maddə olan metamfetamini yaşadığı evin yaxınlığından tapmışdır. Təqsirləndirilən şəxs istintaqda sərbəs ifadəsini verdikdən sonra ona verilmiş suala cavab olaraq isə üzərindən aşkar edilərək götürülmüş kütlələrin ona məxsus olmadığını, həmin kütlələrin Orxan adlı polis əməkdaşı trəfindən cibinə qoyulduğunu bildirmişdir. O polis əməkdaşlarından çəkindiyi üçün video çəkiliş zamanı həmin narkotik vasitənin ona aid olmasını qeyd etmişdir.O narkotik vasitə qəbul etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Nail adlı şəxsi ümumiyyətlə tanımır. Dəfələrlə məhkəmədən Nailin məhkəmədə iştirakının təmin edilməsini xahiş etmişdir. O istintaq zamanı ümumiyyətlə görməmişdir. Necə ola bilər ki, ondan əvvəllər marixuana aldıqlarını deyən şahidlərin üzləşdirilməsi həyata keçirilib, amma metamfetamin almışam deyə şahid Naillə bağlı hər hansı üzləşdirmə həyata keçirilməmişdir. Odur ki, ona CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Əlavə olaraq onu da qeyd edir ki, Orxan adlı polis əməkdaşı əməliyyat tədbirində iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 və X9 da X10 ifadəsi ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o narkotik vasitə almaq üçün Nizamiyə zəng etmişdir. Nizami ona narkotik vasitə satacağı barədə bir neçə dəfə söz versə də, bir dəfə Nizami gəlib çıxmamış, bir dəfə də Nizami ilə danışarkən telefon əlaqəsi kəsildiyindən ondan narkotik vasitə ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o Nizami ilə tanışdır. Bir dəfə o Nizamiyə 10 manat pul vermiş, o da kimdənsə alıb gətirmiş və birlikdə çəkmişlər. Nizami ona marixuana satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o taksi sürücüsüdür. Nizamini üç-dörd il əvvəldən tanımışdır. Belə ki, o Nizamidən 3 dəfə marixuana götürmüşdür. Son iki ildə o Nizamidən hər hansı narkotik vasitə almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o Nizami ilə ümumiyyətlə görüşməmiş, o ondan heç zaman istər narkotik, istərsə də psixotrop maddə almamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə yalan ifadədir. O səbəbini izah edə bilmir ki, niyə məhz elə bir ifadə vermişdir. Məhkəmədə şahidin andını içdi, biləbilə yalan ifadəyə verməyə görə məsuliyyət elan edildi deyə, o məhkəməyə həqiqəti deməyi vacib hesab etdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o əməliyyat tədbirində iştirak etməmiş, Nizamini hər hansı bir yerə çağırmamışdır. Nizami tutulan günü o Nizamini görməmişdir. İş materiallarında olan: məhkəmə kimyəvi ekspertizasının 11 avqust 2021-ci il tarixli 16/828 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd siqaret falqasında və bir ədəd sellofanda olan maddə... ” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə və 6 (altı) ədəd “gümüşü” rəngli falqalarda ayrı-yrılıqda təmiz çəkiləri 1,127qram, 0,186 qram, 0,140 qram, 0,120 qram, 0,123 qram, 0,089 qram, 0,090qram, ümumi təmiz çəkisi 1,875 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. məhkəmə narkoloji ekspertizasının 13 noyabr 2021-ci il tarixli 1370 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs оьлуnun 2010 və 2012-ci ildə doğulmuş Nazpəri və Nilufər adlı uşaqları vardır. məhkəmə psixiatrik ekspertizasının 12 noyabr 2021ci il tarixli 682 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki bpsixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki əməli törətməzdən əvvəl, həmin əməli törədərkən və ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (AR SN-nın Respublika Narkoloji Mərkəzindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-8858 saylı arayış, X2 verilmiş xx.xx.2021-ci il tarixli 1168 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekpsertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz, acıqlı və kobud olması onda əsəbiliyə va konfliktə meyillilik aşkar edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab veməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir, Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər AR SNnın Respublika Narkolo)i Mərkəzində 5 dəfə, X3 isə 3 dəfə stasionar müalicələrdə olması (AR SN-nın Respublika Narkolofi Mərkəzindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-8858 saylı arayış, X2 verilmiş xx.xx.2021-ci il tarixli 1168 saylı arayış), ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı cinayət əməli törətmədiyini bildirməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekpsertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə və konfliktə meyillilik aşkar edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab veməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli birlinib 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən 1,875 qram çəkidə aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,735 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır. Tovuz rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə 3 ay müddətinə, yəni həbsdə saxlamanın əvvəli 10 avqust 2021-ci ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəmənin 10 noyabr 2021-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 2 ay, yəni 10 noyabr 2021-ci ildən 10 yanvar 2022-ci ilədək uzadılması qərara alınmışdır. Tovuz rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmin Məhkəmənin 17 avqust 2023-cü il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir.. “Baxış və götürmə aparılması haqqında” 10 avqust 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman 6 ədəd gümüşü rəngli siqaret falqasında və 1 ədəd sellofanda olan bükümləri təqdim etmiş, onlara baxış keçirilərkən müəyyən edilmişdir ki, bükümlərdən aşkar edilmiş maddələr narkotik vasitə olan metamfetamindir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə verimiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, onun əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə 1 ədəd sellofan kəsiyinin içərisinə yerləşdirilmiş 1 bükümdə 1,127 qram, 1 bükümdə 0,186 qram, 1 bükümdə 0,140 qram, 1 bükümdə 0,120 qram, 1 bükümdə 0,123 qram, 1 bükümdə 0,089 qram, 1 bükümdə 0,090 qram olmaqla, 7 bükümdə cəmi 1,875 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetmaini əldə edib üstündə saxlamış, 10 avqust 2021-ci ildə saat 14:30-da o Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz şəhəri H.Aslanov küçəsi 17 saylı evin qarşısında müəyyən edilərək Tovuz RPŞ-nin inzibati binasına gətirilərək kustar üsulla hazırlanmış metamfetamin onun əynində olan göy rəngli cins şalvarın sağ iç yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun şəxsi istehlak miqdarından artıq çəkidə psixatrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, üstündə saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla yanaşı məhkəmə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlaması cinayətini törətməsinin təsdiq olunduğunu qeyd edir. Məhkəmə ona görə ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşmır ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Məhərərm oğluna verilmiş ittihamın əsasını şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri və digər şahidlərin ifadələri təşkil etmişdir. Məhkəmə öncə ibtidai istintaq zamanı dindirilmiş polis əməkdaşlarının ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş şahidlərdən X15, X8 və X9 hazırki iş üzrə əməliyyat tədbirini həyata keçirmiş şəxslər olmaqla ittihamın sübuta yetirilməsində dolayısı ilə maraqlıdırlar. Buna baxmayaraq həmin şəxslər məhkəmə iclasında verdikləri ifadələrində ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini qeyd etmişlər. Həmin şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə Cinayət axtarış bölməsinə məlumat daxil olmuşdur. Göründüyü kimi əməliyyatçılar özləri ifadələrində qeyd etmişlər ki, Nizami barədə məlumat narkotik vasitənin satışı ilə deyil, sadəcə üzərində daşıması ilə bağlı olmuşdur. Məhkəmə həmin ifadələri inandırıcı hesab edir. Belə ki, əgər həqiqətən də satışla bağlı əməliyyat məlumatı daxil olsa idi, onda əməliyyatçıların Nizaminin yaşadığı evdə axtarış aparılmasının zəruriliyi ortaya çıxardı. Baxmayaraq ki, iş materiallarında Nizaminin narkotik vasitəni qanunsuz olaraq saxlaması və satışı ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar olsa da və bu qərar məhkəmə nəzarəti qaydasında yoxlanılsa da, həmin qərarı qəbul etmiş şəxs və əməliyyatda iştirak etmiş digər şəxslər özləri ifadələrində Nizaminin narkotik vasitəni saxlamaq barədə Tovuz RPŞ-nin Cinayət Axtarış Bölməsinə məlumat daxil olduqlarını bildirmişlər. Deməli Tovuz RPŞ-nin Cinayət Axtarış Bölməsinə məlumat Nizaminin narkotik vasitəni üzərində saxlaması ilə bağlı olsa da, qərar satması ilə bağlı qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, satma barədə nəticəyə əməliyyatçılar özləri gəlmişlər. Çünki Nizaminin narkotik vasitənin satışı ilə məşğul olmasına dair hər hansı məlumat əməliyyatçılara daxil olmamışdır. Bu hal onların istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqda verdikləri ifadələr ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, həmin şahidlərin ifadələi ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddəni üzərində daşıması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, nəzərə alsaq ki, Nizami satış məqsədi ilə narkotik vasitə satmaqda şübhəlidir və bu barədə hüquq mühafizə orqanlarında artıq əməliyyat məlumatı vardır, o zaman hansı səbəblərdən narkotik satıcısı olan Nizaminin evində axtarışın aparılmaması da şübhə doğuran məqamlardandır. Nizami barədə əməliyyat axtarış fəaliyyətinin həyata keçirilməsində məqsəd onun narkotik vasitələrin satışı ilə məşğul olmasının ifşa edilməsindən ibarət olmuşdur. Öncədən Nizaminin narkotik vasitələrin satışı ilə məğul olmasına dair ehtimallar olduğu halda əməliyyat axtarış tədbirləri onun yaşadığı evdə həyata keçirilməmişdir. Halbuki, narkotik vasitənin satıcısı olmuş şəxsin həmin vasitələri evdə saxlaması və lazım olduqca evdən götürərək başqa-başqa şəxslərə satması da qaçılmaz görünür. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, artıq ittiham tərəfinə, o cümlədən hüquq mühafizə orqanlarına Nizaminin narkotik vasitələri özünün istifadəsi üçün bir neçə büküm halında saxlaması halları məlumdur. Belə ki, o 18 fevral 2020-ci ildə ayrı-ayrılıqda təmiz çəkiləri 1,195 qram, 0,924 qram, 0,851 qram, 0,962 qram, 0,948 qram, 0,843 qram olan ümumilikdə isə 5,723 qram təmiz çəkiyə malik 6 ədəd gümüşü rəngli bükümlərdəki bitki mənşəli kütlələri, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlamağa görə məhkum edilmişdir. Nizamiyə verilmiş ittihamın ehtimallara söykənməsini təsdiq edən hallardan biri də ondan ibarətdir ki, göründüyü kimi Təqsirləndirilən şəxs 2020-ci ildə 6 bükümdə, təmiz çəkisi 5,723 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı üzərində saxlamaqda təqsirli bilinərək məhkum edilmişdir. Həmin vaxt da onun üzərində bir-neçə bükümlərdən ibarət narkotik vasitə olmasına baxmayaraq satış məqsədi ilə narkotik vasitəni daşıması ittihamı verilməmişdir. Bu da onu deməyə əsas verir ki, istər narkotik vasitənin, istərsə də psixotrop maddənin bükümlər halına gətirilməsi hələ şəxsin həmin maddələri satış məqsədi ilə üzərində daşıması demək deyildir. Hazırki iş üzrə dindirilmiş şahidlərdən biri Nizamidən metamfetamin deyil, marixuana almağını qeyd etmişdir. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının işığında işin bu kimi halları da nəzərə alınmalıdır. Yəni, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Nailin istintaq zamanı verdiyi ifadəsinə münasibətdə onu qeyd edir ki, göründüyü kimi Nailin ifadəsi Nizaminin şübhəli şəxs qismində dindirilməsindən sonra, yəni 11 avqust 2021-ci ildə alınmışdır. Nizami isə 12 avqust 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Nəyə əsasən Şahid qismində dindirilməsi müəyyən deyildir. Halbuki, Nizami barədə cinayət işinin başlanmasına səbəb Nailin hər hansı başqa iş üzrə verdiyi izahatı əsasında ayrılmış material olmayaraq aparılmış əməliyyat tədbiri nəticəsində üzərinə baxış keçirilərək psixotrop maddənin aşkar edilməsi faktı olmuşdur. Nail barədə isə hər hansı əməliyyat tapşırığının olması da iş materialları ilə müəyyən edilmir. Yəni Nizami istər şübhəli şəxs qismində, istərsə də təqsdirləndirilən şəxs qismində dindirilərkən hər hansı şəxsin adlarını çəkmədiyi halda Nailin nəyin əsasında dindirilməsi müəyyən edilmir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, məhkəmə istintaqı zamanı AZERCELL MMC-dən alınmış CD formatlı diskə baxış keçirilmiş və istintaqda Şahid nömrəsi kimi qeyd edilmiş ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus nömrə arasında hər hansı danışıqlar və yazışmalar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Nailin ibtidaii istintaqda verdiyi ifadə sübut kimi qəbul edilə bilməz. Belə ki, o məhkəmə istintaqında Nizamini tanımadığını, ondan heç vaxt istər narkotik, istərsə də psixotrop maddə almadığını qeyd etmişdir. Əvvəla məhkəmə onun məhkəmə istintaqında verdiyi ifadəni sübut kimi qəbul edir. Belə ki, onun istintaqda verdiyi ifadə ilə Nizaminin verdiyi ifadə arasında ziddiyyət olmasına baxmayaraq onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilməmişdir. İstintaq materiallarından göründüyü kimi müstəntiq şahidlərdən Elvin və Fəridin də Naillə eyni məzmunlu ifadələr vermək qərarına gəlmişdir. Halbu ki, onlar Nizamidən əvvəllər marixuana aldıqlarını, Nail isə metamfetamin aldığını göstərmişdir. Nizamiyə isə ittiham məhz satış məqsədi ilə metamfetamin saxlamağa görə verilmişdir. Bu halda üzləşdirmə istintaq hərəkəti məhz Naillə Nizami arasında keçirilməli idi ki, həmin hərəkət də keçirilməyərək aradan qaldırılmamışdır. Məhkəmə istintaqında isə Nizami də, Nail də biri-birilərini tanımadıqlarını, biri-birilərinə istər narkotik, istərsə də, psixotrop maddə satmadıqlarını qeyd etmişlər. Ona görə də məhkəmə Nailin məhkəmə istintaqında vermiş olduğu ifadəsini sübut növü kimi qəbul edir. Çünki həmin ifadəni şübhə altına alan hər hansı hallar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə Nailin ibtidai istintaqda verdiyi ifadə ilə bağlı onu da qeyd edir ki, Nailin ibtidai istintaqda verdiyi ifadə qanuni yollarla alınmış ifadə deyildir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı X16 və X1 Nail Nazim oğlu ilə eyni məzmunlu ifadələr vermişlər. Həmin qərardan o da görünür ki, Nizami ilə Elvinin ifadələri arasında ziddiyyətlər olduğundan X17 Məmmədov arasında üzləşdirmə aparılmışdır. Məhkəmə qeyd edir ki, Elvinin ifadəsi ilə Nizaminin ifadəsi arasında ziddiyyətin olması Fərid və Nail adlı şəxslərin ifadələri arasında da ziddiyətin olması deməkdir. Belə ki, istintaq sənədlərindən göründüyü kimi digər şahidlər də Naillə oxşar məzmunlu ifadələr vermişlər. Halbu ki, Nailin ibtidai istintaqda verdiyi ifadəsi heç də digər şəxslərin verdikləri ifadə ilə oxşar məzmunlu deyildir. Nail Nizamidən ibtidai istintaq zamanı metamfetamin almasını, digər şahidlər isə marixuana almaqlarını israr etmişlər. Həmin şahidlərdən Rzayev Fərid bir dəfə Nizami ilə marixuana çəkdiyini bildirmiş və Nizami marixuananı onun puluna aldığını qeyd etmişdir. Digər şahid Bədəlov Elvin isə 3-4 il bundan öncə Nizamidən marixuana aldığını qeyd etmişdir. Göründüyü kimi iş materiallarında Nizaminin satış məqsədi ilə üzərində metamfetamin gəzdirməsini təsdiq edən sübutlar mövcud deyildir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şahid müstəntiq tərəfindən 11 avqust 2021-ci ildə şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs şübhəli şəxs statusunda olmuşdur. Şahid dindirilməsinin hansı zərurətdən qaynaqlanması iş materialları ilə müəyyən edilmir. Belə ki, iş materillarında istər əməliyyat tapşırığı, istərsə də Şahid başqa iş üzrə verdiyi izahatlar, ifadələr, ya da digər şəxslərin Nizami və Nail barədə verdiyi hər hansı məlumatlar olmadığı halda müstəntiq tərəfindən Nailin şahid qismində dindirilməsi həyata keçirilıməmişdir. Nəhayət sonda ehtimmalara əsaslanmış ittiham elan edilmişdir. Şahidlərin Nizamidən əvvəllər marixuana alımaqları barədə verdiyi dəlillər öz təsdiqini tapsa belə, həmin dəlillər əsasında Nizaminin satış məqsədi ilə üzərin də metamfetamin daşıması qənaətinə gəlinməsi ehtimalllardan başqa bir şey deyildir. Məhkəmə iş materiallarında olan Tovuz rayon Polis Şöbəsi tərəfindən məhkəməyə hazırki cinayət işinə əlavə edilməsi üçün göndərilmiş və Tovuz RPŞ-nin CAB-nin rəisi tərəfindən imzalanmış, lakin təsdiq edilməmiş arayışı sübut növü kimi qəbul etmir. Əvvəla belə bir arayış istintaq orqanından istənilmədən məhkəməyə göndərilmiş, həmin məlumatların alınma mənbələri məlum deyildir. Belə ki, telefon danışıqlarının məzmunundan görünür ki, həmin arayış telefon danışıqlarına qulaq asma tədbiri həyata keçirilərkən yazılmışdır. Əvvəla cinayət işinin materiallarında həmin danışıqlara hansı qaydada qulaq asılması müəyyən deyildir. Belə ki, telefon danışıqları məhkəmə qərarı əsasında əldə edilir. Cinayət işinin materiallarında isə belə bir qərar mövcud deyildir və ümumiyyətlə həmin arayış ibtidai istintaq zamanı sübut kimi də qiymətləndirilməmişdir. Məhkəmə istintaqı zamanı isə ittiham tərəfindən həmin danışıqların qanuni yolla əldə edilməsini sübut edən halların araşdırılması ilə bağlı vəsatət verilməmişdir. Halbuki, ittihamı sübut etmək ittiham tərəfinin üzərinə düşür. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). Eyni zamanda həmin danışıqlar və Samir adlı şəxs istintaqa məlum olduğu halda istintaq zamanı onun dindiriməsinə nail olunmamışdır. Nəzərə alsaq ki, həmin arayış sübuti əhəmiyytətə malikdir, o zaman arayışdan müəyyən edilir ki, X18 adlı şəxsdən narkotik vasitələri əldə edir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Halbu ki, Nizaminin Samirdən narkotik vasitə alması müəyyən edildiyi halda istintaq zamanı bu hallar araşdırılmamış, Samir İbrahimovun kimliyi, əlaqə vasitəsi hüquq mühafizə orqanlarına məlum olduğu halda bu istiqamətdə hər hansı zəruri tədbirlər həyata keçirilməmişdir. Belə ki, həmin danışıqlar 25 iyun 2021-ci ildə həyata keçirilmiş, Nizami isə 11 avqust 2021-ci ildə şübhəli şəxs qismində saxlanılmışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, arayışdan göründüyü kimi Nizami Samir adlı şəxslə danışarkən Nizamidə tərəzinin olması ilə bağlı söhbətlər də aparılmışdır. İstintaq tərəfindən, istərsə də əməliyyat tədbiri kimi Nizaminin evinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs barədə psixotrop maddələrin satışı haqda məlumatın yoxlanılması üçün onun güdülməsi, evinə baxış keçirilməsini zəruri etsə də, həmin hərəkətlər həyata keçirilməyərək, ittiham şahidlərin ifadələri əsasında verilmişdir. Halbuki, Samir iİbrahimovla Nizaminin danışıqları sübut kimi qəbul edildiyi halda belə bir fikir irəli sürülə bilər ki, həm Nizamidə həm də Samirdə tərəzi olmuşdur. Onlar arasında aparılan zənglərin subtitrlarından hər iki şəxsdə tərəzinin olması müəyyən edilir. Məhkəmə işin qeyd edilən halının üzərində ona görə dayanır ki, yuxarıda qeyd edildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən: 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üstüstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Beləliklə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla əsaslandırılmış və onun qeyd edilən cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin özünü və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CMP-nin 139.0.5 və 353.2.3-cimaddələrinə əsasən, o cümlədən CM-nin 59.1.4-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər az yaşlı uşaqlarının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsin əsasən cinayətlərin residivinin olmasıdır. CM-nin 65.1-ci maddəsinəəsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həmdə cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə və qanuna müvafiq hesab edir. CM-nin 55.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzalarını xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minəndək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən 1,875 qram çəkidə aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,735 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs аlınaraq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2(iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minəndək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən 1,875 qram çəkidə aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,735 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar