Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-20/2024 25.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi X5 və Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi X12 Müdafiəçilər X2 və Müdafiəçi1 iştirakları ilə
1. xx.xx.2007-ci ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Tovuz rayonu Yuxarı Öysüzlü kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs2
2. xx.xx.2007-ci ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Tovuz rayonu Yuxarı Öysüzlü kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i:
Təqsirləndirilən şəxs2 özgənin əmlakını tamah, əvəzsiz, gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, bu niyyətlə 28 fevral 2023-cü il tarixdə, gecə saat 03 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kəndində Tovuz-Əlibəyli avtomobil yolunun sol kənarında yerləşən, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus ərzaq dükanının pəncərəsini açaraq dükana qanunsuz daxil olub oradan hər birinin qiyməti 12,80 (on iki manat səksən qəpik) manat olmaqla cəmi 102,40 (bir yüz iki manat qırx qəpik) manat dəyərində, “Russkaya Repsiya” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 8 ədəd arağı, hər birinin qiyməti 9,80 (doqquz manat səksən qəpik) manat olmaqla cəmi 68,60 (altmış səkkiz manat altmış qəpik) manat dəyərində, “Russkaya Repsiya” markalı, Azərbaycan istehsallı, 0,7 litrlik, 7 ədəd arağı, hər birinin qiyməti 7,40 (yeddi manat qırx qəpik) manat olmaqla cəmi 44,40 (qırx dörd manat qırx qəpik) manat dəyərində, “Russkaya Repsiya” markalı, Azərbaycan istehsallı, 0,5 litirlik, 6 ədəd arağı, hər birinin qiyməti 14,70 (on dörd manat yetmiş qəpik) manat olmaqla cəmi 102,90 (bir yüz iki manat doxsan qəpik) manat dəyərində, “Mahal Vodka” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 7 ədəd arağı, hər birinin qiyməti 12,85 (on iki manat səksən beş qəpik) manat olmaqla cəmi 77,10 (yetmiş yeddi manat on qəpik) manat dəyərində, “Mahal Vodka” markalı, Azərbaycan istehsallı, 0,7 litrlik, 6 ədəd arağı, hər birinin qiyməti 15,30 (on beş manat otuz qəpik) manat olmaqla cəmi 45,90 (qırx beş manat doxsan qəpik) manat dəyərində, “Ağsu” markalı, Azərbaycan istehsallı, 1,7 litrlik, 3 ədəd arağı, hər birinin qiyməti 12,80 (on iki manat səksən qəpik) manat olmaqla cəmi 115,20 (bir yüz on beş manat iyirmi qəpik) manat dəyərində, “X17” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 9 ədəd arağı, hər birinin qiyməti 7,30 (yeddi manat otuz qəpik) manat olmaqla 87,60 (səksən yeddi manat altmış qəpik) manat dəyərində, “X17” markalı, Azərbaycan istehsallı, 0,5 litrlik, 12 ədəd arağı, hər birinin qiyməti 15,20 (on beş manat iyirmi qəpik) manat olmaqla cəmi 182,40 (bir yüz səksən iki manat qırx qəpik) manat dəyərində, “Viking Orqanik” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 12 ədəd arağı, hər birinin qiyməti 12,85 (on iki manat səksən beş qəpik) manat olmaqla cəmi 77,10 (yetmiş yeddi manat on qəpik) manat dəyərində, “Viking Orqanik” markalı, Azərbaycan istehsallı, 0,7 litrlik, 6 ədəd arağı, hər birinin qiyməti 7,30 (yeddi manat otuz qəpik) manat olmaqla cəmi 51,10 (əlli bir manat on qəpik) manat dəyərində, “Viking Orqanik” markalı, Azərbaycan istehsallı, 0,5 litrlik, 7 ədəd arağı, hər birinin qiyməti 12,96 (on iki manat doxsan altı qəpik) manat olmaqla cəmi 103,68 (bir yüz üç manat altmış səkkiz qəpik) manat dəyərində, “Goldcity Orqanik” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 8 ədəd arağı, hər birinin qiyməti 9,80 (doqquz manat səksən qəpik) manat olmaqla cəmi 68,60 (altmış səkkiz manat altmış qəpik) manat dəyərində, “Goldcity Orqanik” markalı, Azərbaycan istehsallı, 0,7 litrlik, 7 ədəd arağı, hər birinin qiyməti 6 (altı) manat olmaqla cəmi 54 (əlli dörd) manat dəyərində, “Goldcity Orqanik” markalı, Azərbaycan istehsallı, 0,5 litrlik, 9 ədəd arağı, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) manat olmaqla cəmi 760 (yeddi yüz altmış) manat dəyərində, “WİNSTON” markalı, Azərbaycan istehsallı, 200 ədəd siqareti, hər birinin qiyməti 2,90 (iki manat doxsan qəpik) manat olmaqla cəmi 725 (yeddi yüz iyirmi beş) manat dəyərində, “VİNCESTR” markalı, Azərbaycan istehsallı, 250 ədəd siqareti, hər birinin qiyməti 3,20 (üç manat iyirmi qəpik) manat olmaqla cəmi 70,40 (yetmiş manat qırx qəpik) manat dəyərində, “LD” markalı, Azərbaycan istehsallı, 22 ədəd siqareti, hər birinin qiyməti 4 (dörd) manat olmaqla cəmi 520 (beş yüz iyirmi) manat dəyərində, “KENT” markalı, Azərbaycan istehsallı, 130 ədəd siqareti və dükanın kassasından 165 (bir yüz altmış beş) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 3421,38 (üç min dörd yüz iyirmi bir manat otuz səkkiz qəpik) manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, bu niyyətlə 16 iyun 2023-cü il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq evin yataq otağındakı paltar dolabında olan 650 (altı yüz əlli) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus 650 (altı yüz əlli) manat məbləğində nağd pul vəsaitini gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 özgənin əmlakını tamah, əvəzsiz, gizli olaraq talamaq məqsədilə Tovuz rayonu Bozalqanlı kəndində yaşayan tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, bu niyyətlə 18 dekabr 2022-ci il tarixdə, gecə saat 03 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin Tovuz-Əlibəyli avtomobil yolunun sol kənarında yerləşən X8 məxsus olmaqla icarə hüququ ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ərzaq dükanının plastik qapısını balta ilə açıb həmin dükana qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olmaqla cəmi 33 (otuz üç) manat dəyərində, “VİCEROY” markalı, Azərbaycan istehsallı 15 ədəd siqareti, hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) manat olmaqla cəmi 108 (bir yüz səkkiz) manat dəyərində “PALMA” markalı, Azərbaycan istehsallı 40 ədəd siqareti, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olmaqla cəmi 132 (bir yüz otuz iki) manat dəyərində “Maqna” markalı, Azərbaycan istehsallı 60 ədəd siqareti, hər birinin qiyməti 3 (üç) manat olmaqla cəmi 60 (altmış) manat dəyərində “LD” markalı, Azərbaycan istehsalı 20 ədəd siqareti, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat olmaqla cəmi 72 (yetmiş iki) manat dəyərində “WİNSTON” markalı, Azərbaycan istehsallı 20 ədəd siqareti, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat olmaqla cəmi 88 (səksən səkkiz) manat dəyərində “ARQO” markalı, Azərbaycan istehsallı 40 ədəd siqareti və həmin dükanın kassasından 250 (iki yüz əlli) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 743 (yeddi yüz qırx üç) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah, əvəzsiz, gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, bu niyyətlə 28 fevral 2023-cü il tarixdə, gecə saat 03 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kəndində Tovuz-Əlibəyli avtomobil yolunun sol kənarında yerləşən, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 məxsus ərzaq dükanının pəncərəsini açaraq dükana qanunsuz daxil olub oradan hər birinin qiyməti 12,80 (on iki manat səksən qəpik) manat olmaqla cəmi 102,40 (bir yüz iki manat qırx qəpik) manat dəyərində, “Russkaya Repsiya” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 8 ədəd arağı, hər birinin qiyməti 9,80 (doqquz manat səksən qəpik) manat olmaqla cəmi 68,60 (altmış səkkiz manat altmış qəpik) manat dəyərində, “Russkaya Repsiya” markalı, Azərbaycan istehsallı, 0,7 litrlik, 7 ədəd arağı, hər birinin qiyməti 7,40 (yeddi manat qırx qəpik) manat olmaqla cəmi 44,40 (qırx dörd manat qırx qəpik) manat dəyərində, “Russkaya Repsiya” markalı, Azərbaycan istehsallı, 0,5 litrlik, 6 ədəd arağı, hər birinin qiyməti 14,70 (on dörd manat yetmiş qəpik) manat olmaqla cəmi 102,90 (bir yüz iki manat doxsan qəpik) manat dəyərində, “Mahal Vodka” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 7 ədəd arağı, hər birinin qiyməti 12,85 (on iki manat səksən beş qəpik) manat olmaqla cəmi 77,10 (yetmiş yeddi manat on qəpik) manat dəyərində, “Mahal Vodka” markalı, Azərbaycan istehsallı, 0,7 litrlik, 6 ədəd arağı, hər birinin qiyməti 15,30 (on beş manat otuz qəpik) manat olmaqla cəmi 45,90 (qırx beş manat doxsan qəpik) manat dəyərində, “Ağsu” markalı, Azərbaycan istehsallı, 1,7 litrlik, 3 ədəd arağı, hər birinin qiyməti 12,80 (on iki manat səksən qəpik) manat olmaqla cəmi 115,20 (bir yüz on beş manat iyirmi qəpik) manat dəyərində, “X17” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 9 ədəd arağı, hər birinin qiyməti 7,30 (yeddi manat otuz qəpik) manat olmaqla 87,60 (səksən yeddi manat altmış qəpik) manat dəyərində, “X17” markalı, Azərbaycan istehsallı, 0,5 litrlik, 12 ədəd arağı, hər birinin qiyməti 15,20 (on beş manat iyirmi qəpik) manat olmaqla cəmi 182,40 (bir yüz səksən iki manat qırx qəpik) manat dəyərində, “Viking Orqanik” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 12 ədəd arağı, hər birinin qiyməti 12,85 (on iki manat səksən beş qəpik) manat olmaqla cəmi 77,10 (yetmiş yeddi manat on qəpik) manat dəyərində, “Viking Orqanik” markalı, Azərbaycan istehsallı, 0,7 litrlik, 6 ədəd arağı, hər birinin qiyməti 7,30 (yeddi manat otuz qəpik) manat olmaqla cəmi 51,10 (əlli bir manat on qəpik) manat dəyərində, Viking Orqanik” markalı, Azərbaycan istehsallı, 0,5 litrlik, 7 ədəd arağı, hər birinin qiyməti 12,96 (on iki manat doxsan altı qəpik) manat olmaqla cəmi 103,68 (bir yüz üç manat altmış səkkiz qəpik) manat dəyərində, “Goldcity Orqanik” markalı, Azərbaycan istehsallı, 1 litrlik, 8 ədəd arağı, hər birinin qiyməti 9,80 (doqquz manat səksən qəpik) manat olmaqla cəmi 68,60 (altmış səkkiz manat altmış qəpik) manat dəyərində, “Goldcity Orqanik” markalı, Azərbaycan istehsallı, 0,7 litrlik, 7 ədəd arağı, hər birinin qiyməti 6 (altı) manat olmaqla cəmi 54 (əlli dörd) manat dəyərində, “Goldcity Orqanik” markalı, Azərbaycan istehsallı, 0,5 litrlik, 9 ədəd arağı, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) manat olmaqla cəmi 760 (yeddi yüz altmış) manat dəyərində, “WİNSTON” markalı, Azərbaycan istehsallı, 200 ədəd siqareti, hər birinin qiyməti 2,90 (iki manat doxsan qəpik) manat olmaqla cəmi 725 (yeddi yüz iyirmi beş) manat dəyərində, “VİNCESTR” markalı, Azərbaycan istehsallı, 250 ədəd siqareti, hər birinin qiyməti 3,20 (üç manat iyirmi qəpik) manat olmaqla cəmi 70,40 (yetmiş manat qırx qəpik) manat dəyərində, “LD” markalı, Azərbaycan istehsallı, 22 ədəd siqareti, hər birinin qiyməti 4 (dörd) manat olmaqla cəmi 520 (beş yüz iyirmi) manat dəyərində, “KENT” markalı, Azərbaycan istehsallı, 130 ədəd siqareti və dükanın kassasından 165 (bir yüz altmış beş) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 3421,38 (üç min dörd yüz iyirmi bir manat otuz səkkiz qəpik) manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah, əvəzsiz, gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, bu niyyətlə 16 iyun 2023-cü il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq evin yataq otağındakı paltar dolabında olan 650 (altı yüz əlli) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus 650 (altı yüz əlli) manat məbləğində nağd pul vəsaitini gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, qanuni nümayəndəsi – anası X5, pedaqoq X10 və müdafiəçi X2 iştirakları ilə verdiyi ifadəsində göstərdi ki, o, hal-hazırda Тоvuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. “M.Məmmədov” adına Yuxarı Öysüzlü kənd tam orta məktəbin 11-ci sinif şagirdidir. Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs1 və Tovuz rayonu Bozalqanlı kənd sakini X3 tanıyır, onların heç biri ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 ilə eyni sinifdə oxuyurlar, onunla bir sinif yoldaşı və həmkəndlisi kimi yaxın münasibəti var. Bozalqanlı kəndində yaşayan X6 ilə o, təxminən 5-6 ay bundan əvvəl toy məclisində bir yerdə qulluqçuluq edəndə tanış olmuşdur. Sonradan Məhəmməd ona demişdir ki, Allahverdi pis oğlandı, buna görə də o, Allahverdiyə yaxın getmək istəməmişdir, ondan kənar gəzmişdir. Məhəmməd onunla söhbət edən zaman tez-tez ona demişdi ki, “Allahverdiyə pul lazımdı, onun borcu var, borcunu ödəməyə kömək etməliyik.” Təxminən 2023-cü ilin fevral ayının sonlarında onlar Məhəmmədlə kəndlərindəki məsciddə görüşmüşlər, söhbət zamanı Məhəmməd yenə ona demişdir ki, “tanışı Allahverdiyə pul lazımdı bu axşam Nüsrətin mağazasına girək oradan pul oğurlayaq.” O da Nüsrətin mağazasına girib oradan oğurluq etməyə kömək etmək üçün Məhəmmədlə razılaşmışdır. Onlar danışıb razılaşandan sonra Məhəmməd Allahverdiyə zəng vurmuşdur, aradan bir az keçəndən sonra Allahverdi onların yanına kəndə gəlmişdir. Onlar gecə saat 23 radələrində kəndlərindəki bulağın yanında Allahverdi ilə görüşmüşdür. Orada Məhəmməd həmkəndlisi Nüsrətin mağazasını göstərib demişdir ki, “bu mağazaya girəcəyik.” Məhəmməd belə deyəndə o heç nə deməmişdir. Bundan sonra Məhəmməd gedib yaxınlıqda yerləşən kəndlərindəki məsciddən uzun ayaqqabı dəmiri gətirmişdir. O, ayaqqabı dəmirini Məhəmmədən alıb özündə saxlamışdır. Sonra onlar birlikdə Nüsrətin mağazasının küçəyə tərəf açılan pəncərəsinin qarşısına getmişlər. O, ayaqqabı dəmirini Nüsrətin mağazasının pəncərəsinə salıb pəncərəni həmin ayaqqabı dəmiri ilə açmışdır və həmin pəncərədən mağazaya girmişdir, Məhəmməddə onun arxasınca pəncərədən mağazaya girib içəridə pəncərənin qarşısında onu gözləmişdir. Allahverdi isə əlindəki çantanı əşyaları içərisinə yığmaq üçün onlara verib özü mağazasının sol tərəfindəki ağacların arxasında durub gəlib-gedənləri məlumat vermək üçün onları gözləmişdir. O, mağazadan vitrindən 5 blok, yəni 50 qutu “Sobiraniya” siqareti, şkafın siyirtməsinin içərisində olan iki ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, üç ədəd 5 manatlıq, cəmi 65 manat kağız pul, bir ovucun içi tutduğu qədər qəpik pullar götürmüşdür. Sonra həmin şkafın yanındakı digər şkafın siyirtməsini açmışdır, oradan təxminən 10 ədəd 2 manatlıq Sim kart konturlarını götürmüşdür. Həmin konturları Məhəmmədə vermişdir, qalan götürdüyü əşyaları isə Allahverdinin onlara verdiyi məktəbli çantasının içərisinə qoymuşdur. Həmin vaxt Məhəmməd mağazanın içərisində pəncərinin qarşısında içəri tərəfdə onu gözləmişdir. Bundan sonra Məhəmmədlə o, qayıdıb mağazaya girdiyi pəncərədən çölə çıxmışdır, oradan da Allahverdinin yanına getmişlər, Allahverdi çantanı götürmüşdür. Bundan sonra o, onlardan ayrılıb çıxıb öz evlərinə getmişdir. O, həmin pulun məbləğini bilməmişdir. Həmin mağazadan oğurladığı siqaretlərdən, konturlardan və puldan ona heç nə düşməmişdir. 16 may 2023-cü il tarixdə günorta saat 13 radələrində o, məktəbdən evə gəlmişdir, sonra kəndlərində dərə adlanan yerə getmişdir. X7 görüb onlarla görüşmüşdür. Məhəmməd ona demişdir ki, “gedək qonşumuz Nizami həkimin evinə girək oradan pul götürək.” Onlar Nizami həkimin evinin yanına gedəndə onlar evdə olmuşlar. Buna görə də onlar evin kənarında bir az gözləmişlər. Onlar bir az gözləyəndən sonra Nizami həkim çıxıb getmişdir. Bundan sonra Məhəmməd cibindən bıçaq çıxardıb ona vermişdir, o, bıçaqla qapının sağında yerləşən pəncərənin yan tərəfindən salıb aynanı aralamışdır, Məhəmməd əlini pəncərədən içəri salıb pəncərənin arxasının keçəcəyini aşağı salmış və pəncərəni açmışdır. Bundan sonra əvvəlcə o, onun arxasıncada Məhəmməd həmin pəncərədən Nizami həkimin evinin içərisinə girmişlər. O, başdakı otağa girmişdir, Məhəmməd isə o biri otağa girmişdir. Məhəmməd həmin otaqda böyük şkafın yanında olan kiçik şkafın siyirtməsini çəkmiş, həmin siyirtmənin içərisində kağız pullar olmuşdur. O, həmin pulları götürüb saymışdır, həmin pul 650 manat pul olmuşdur. Həmin pulların 5 ədədi 100 manatlıq, 2 ədədi 50 manatlıq, 2 ədədi 20 manatlıq, 1 ədədi isə 10 manatlıq əsginazlar olmuşdur. Məhəmməd həmin pulları götürüb cibinə qoymuşdur. Bundan sonra onlar həmin evə girdikləri pəncərədən çölə çıxmışlar, Məhəmməd Allahverdinin yanına getmişdir, o da çıxıb evlərinə getmişdir. Allahverdi pulları götürüb Məhəmmədə demişdir ki, “səhər sizə 100 manat verəcəm.” O, həmin oğurladığı əşyalardan və pullardan heç nə götürməmişdir, ancaq onlara kömək etmişdir, sonrada çıxıb öz evlərinə getmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına hadisəni olduğu kimi danışmışdır. Bundan başqa o heç bir yerdən oğurluq etməmişdir. O, oğurluq etdiyi mağazalara və evə girəndə, oradan oğurluq edib çıxanda küçədə ətrafda heç kim olmamışdır, onların həmin mağazalara və evə girdiklərini oradan oğurluq edib çıxdıqlarını heç kim görməmişdir. Oğruluq etməkdə heç bir məqsədi olmamışdır, Məhəmməd onu çağırdığı üçün o, onlarla gedib oğurluq edib sonrada çıxıb öz yaşadığı evə getmişdir. O, oğurluq etməyi barədə heç kimə heç nə deməmişdir. O, yuxarıdada göstərmişdir ki, Zərərçəkmiş şəxs2 mağazasından 65 manat nağd pul, sayını bilmədiyi bir ovucunun içi tutduğu qədər qəpik pullar, təxminən 10 ədəd 2 manatlıq danışıq kartları, 5 blok yəni 50 ədəd “Sobiraniya” siqareti oğurlamışdır, həmin mağazadan o, araq oğurlamamışdır, yuxarıda göstərdiklərindən artıq həmin mağazadan heç nə oğurlamamışdır. Hadisədən sonra zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı ödəməklə sonuncularla barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, qanuni nümayəndəsi – anası X12, pedaqoq X10 və Müdafiəçi1 iştirakları ilə verdiyi ifadəsində göstərdi ki, o, hal-hazırda Тоvuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatdadır və valideyinləri ilə birlikdə həmin kənddə yaşayır. “M.Məmmədov” adına Yuxarı Öysüzlü kənd tam orta məktəbin 11-ci sinif şagirdidir. Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs2 və Tovuz rayonu Bozalqanlı kəndində yaşayan X3 tanıyır, onların heç biri ilə heç bir qohumluq əlaqələri və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 ilə onlar bir sinifdə oxuyurlar. O, əvvəllər “A.S.Puşkin” adına Tovuz şəhər tam orta məktəbdə oxumuşdur, sonradan həmin məktəbdən çıxıb Yuxarı Öysüzlü kənd tam orta məktəbinə getmişdir. Tovuz rayonu Bozalqanlı kəndində yaşayan X6 ilə 9-cu sinifdə “A.S.Puşkin” adına Tovuz şəhər tam orta məktəbin 9-cu sinfində oxumuşlar, sinif yoldaşı olmuşlar, həmin vaxtdan onunla münasibəti yaranmışdır. Allahverdi Məmmədovla münasibəti dost kimi yaxın olmuşdur. Allahverdi ilə söhbət edən zaman sonuncu ona demişdir ki, “ “İrşad” mağazasından qulaqcıq almışam, pulunu ödəyə bilmirəm, mənə pul lazımdı.” Təxminən 2023-cü ilin yanvar ayının sonlarında Allahverdi onun ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng vurub demişdir ki, “hardasan?” o da ona demişdir ki, “kənddəyəm.” Allahverdi ona demişdir ki, “sizin kəndə gəlirəm, idarənin yanında görüşək.” O, kəndlərində idarə adlandırdıqlar İƏD üzrə nümayəndəliyin qarşısına getmişdir. Allahverdi marşurut avtobusu ilə gəlib idarənin yanında marşurutdan düşmüşdür. Onlar görüşüb söhbət edən vaxt Allahverdi idarənin yanında yerləşən həmkəndlisi Namiqin mağazasını göstərib ondan soruşmuşdur ki, “bu mağazada kamera varmı?” o da demişdir ki, “yoxdu.” Allahverdi ona demişdir ki, “onda axşam gələcəm, görüşərik söhbət edərik.” Bundan sonra o, Allahverdinin yanından aralanıb öz yaşadığı evə doğru getmişdir. Onlar həmin günü Allahverdi ilə əvvəlcədən danışıb razılaşdığı kimi saat 21-də idarənin qarşısında görüşmüşlər. Allahverdi Namiqin mağazasını göstərib ona demişdir ki, o bu mağazaya baxmışdır bu mağazaya girib oradan pul götürmək olar, özündə deyirsən ki, kamera yoxdu. O, ona demişdir ki, “mənə təcili pul lazımdı, mən qulaqcığın pulunu ödəməliyəm.” Sonra Allahverdi mağazanın arxa qapısının qarşısındakı odunların yanında olan baltanı götürmüşdür. O, mağazanın arxa tərəfində olan plastik qapısının arasına baltanı salıb qapını açmışdır. O, həmin qapıdan mağazaya daxil olmuşdur. Qapıdan içəri girəndə içəridə odun peçi və ortası setka kənarları taxtadan olan çarpayı olmuşdur. O, sağ tərəfdə olan açıq qapıdan içəri girmişdir, orada sağda piştaxta olmuşdur, piştaxtanın içərisindəki siyirtməni çəkib görmüşdür ki, siyirtmədə sellafonun içərisində qəpik pullar var, o həmin qəpik pulları götürmüşdür. Bundan sonra arxa tərəfdə piştaxtanın üstündə olan 5 blok yəni 50 ədəd “Vikeroy” və “Pall Mall” siqaretlər götürmüşdür, həmin siqaretləri mağazadan götürdüyü sellafon torbaya qoymuşdur. Bundan sonra həmin qəpik pulları və siqaretləri götürüb mağazaya girdiyi qapıdan çölə çıxmışdır. Allahverdi qapının qarşısında sentkanın içərisində onu gözləmişdir. O, mağazadan oğurladığı siqaretləri və pulları Allahverdinin əlində olan məktəbli çantasının içərisinə qoymuşdur, Allahverdi siqaretləri özünə götürmüşdür, qəpik pulları da ona vermişdir. Bundan sonra Allahverdi 166 taksi xidmətinə zəng vurub taksi çağırmışdır. O, Allahverdini orada qoyub piyada öz yaşadığı evə getmişdir. Həmin qəpik pullar təxminən 20 manat olmuşdur, ancaq o, həmin pulları saymamışdır. Həmin qəpik pulları Ayxanla bölüb birlikdə xərcləmişlər. Sonradan o, Yuxarı Öysüzlü kənd tam orta məktəbinə dəyişmişdir. Bundan təxminən bir aydan artıq müddət keçmişdir, təxminən 2023-cü ilin fevral ayının sonlarında Allahverdi yenə ona zəng vurmuşdur. O, ona demişdir ki, “bir nəfər uşaq da tapmışam, mənə yenə pul lazımdı, gələcəm kəndə orada görüşərik.” O, ondan soruşmuşdur ki, uşaq kimdi, o ona demişdir ki, Ayhandı, o soruşmuşdur ki, hansı Ayhandı o ona demişdir ki, gələndə görəcəksən. Həmin günü axşam saat 22 radələrində Allahverdi ilə kəndlərindəki bulağın yanında görüşməyə qərar vermişlər. Həmin günü saat 22 radələrində o, kəndlərindəki bulağın yanına gedəndə görmüşdür ki, Allahverdi onun sinif yoldaşı Ayhanla birlikdə gəlib. Orada Allahverdi həmkəndlisi Nüsrətin mağazasını göstərib demişdir ki, “bu mağazaya girəcəyik.” Allahverdi belə deyəndə Ayxan demişdir ki, bu mağazaya girmək asandı. Ayhan belə deyib onlardan aralanıb yaxınlıqdakı məscidin qarşısına tərəf getmişdir. O, Allahverdidən soruşmuşdur ki, bunu haradan tanıyırsan. Allahverdi ona demişdir ki, “ofisantlıqda tanış olmuşuq, bunada pul lazımdı, mənədə pul lazımdı.” Bu vaxt Ayxan əlində ayaqqabı dəmiri gəlmişdir. Ayxan əlindəki ayaqqabı dəmirini Nüsrətin mağazasının pəncərəsinə salıb pəncərəni açmışdır. Sonra Ayhan həmin pəncərədən mağazaya girmişdir, o da onun arxasınca mağazaya girib pəncərənin qarşısında gözləmişdir. Allahverdi isə mağazasının sol tərəfindəki ağacların arxasında durub onları gözləmişdir. Ayxan mağazadan siqaretlər və kağız pullar götürmüşdür. Bundan sonra onlar qayıdıb mağazaya girdikləri pəncərədən çölə çıxmışlar, oradan da Allahverdinin yanına getmişlər. Ayxan mağazadan götürdüyü siqaretlərin və pulların hamısını Allahverdiyə vermişdir. Allahverdi siqaretləri və pulları götürüb demişdir ki, “rayona qayıdacam, atam zəng vurur siz gedin.” Həmin siqaretdən Allahverdi bir paçkasını Ayxana vermiş, qalanının hamısını özünə götürmüşdür. O, həmin pulun məbləğini və siqaretlərini sayını bilməmişdir. Bundan sonra onlar ayrılıb öz evlərinə getmişlər. Həmin mağazadan oğurladıqları siqaretlərdən və puldan ona heç nə düşməmişdir. O, həmin mağazadan Ayxanın neçə paçka siqaret və hansı məbləğdə pul götürməsini bilməmişdir, çünki Ayxan pulların hamısını saymadan Allahverdiyə vermişdir. 16 may 2023-cü il tarixdə günorta saat 13 radələrində o, evdə olan vaxt Allahverdi ona zəng vurub demişdir ki, “Ayxanla biz bir ev tapmışıq, həmin evdə pul var, ora girəcəyik, oraya gəlirik çölə çıx, Ayxan sizin evi tanıyır.” O, onunla razılaşmış və evdən çıxıb qapılarının qarşısında onları gözləmişdir. Onlar danışandan təxminən 20 dəqiqə sonra Allahverdi ilə Ayhan onların evinin yanına gəlmişlər. Allahverdi kənarda dayanmış, Ayxan onun yanına gəlmişdir. Ayhan ona demişdir ki, Allahverdi ona bıçaq verib, həmin bıçaqla pəncərəni açıb Nizami həkimin evinə girəcəklər. Ayxanla o birlikdə qonşuları Nizami həkimin evinin yanına getmişlər. Ayhan cibindən bıçaq çıxartmış, həmin bıçağı evin qarşısındakı qapının sağında yerləşən pəncərənin yan tərəfindən salıb aynanı aralamış, o, əlini pəncərədən içəri salıb pəncərənin arxasının keçəcəyini aşağı salmış və pəncərəni açmışdır. Bundan sonra əvvəlcə Ayhan, onun arxasıncada o, həmin pəncərədən Nizami həkimin evinə girmişlər. Ayxan başdakı otağa, o da mətbəxin yanındakı sol tərəfdəki otağa girmişdir. Həmin otaqda böyük şkafın yanında olan kiçik şkafın siyirtməsini çəkmiş, həmin siyirtmənin içərisində kağız pullar olmuşdur. O, həmin pulları götürüb saymış, həmin pul 650 manat pul olmuşdur. Həmin pulların 5 ədədi 100 manatlıq, 2 ədədi 50 manatlıq, 2 ədədi 20 manatlıq, 1 ədədi isə 10 manatlıq əsginazlar olmuşdur. O, həmin pulları götürüb cibinə qoymuş, Ayxana demişdir ki, “pulu tapdım gəl çıxaq.” Bundan sonra onlar həmin evə girdikləri pəncərədən çölə çıxıb Allahverdinin yanına getmişlər. Pulun hamısını Allahverdiyə vermişlər. Allahverdi pulları götürüb ona demişdir ki, “səhər sizə 100 manat verəcəm” və Ayxanla birlikdə çıxıb getmişlər, o da qayıdıb evlərinə getmişdir. 17 may 2023-cü il tarixdə gündüz saat 13 radələrində o, Tovuz şəhərində Allahverdi ilə görüşmüşdür. Allahverdi ona demişdir ki, “gedək bəzi şeylər alaq, sonra sizə 100 manat pul verəcəm.” O, Allahverdi ilə birlikdə Tovuz şəhərində saatların sağ tərəfində yerləşən mağazaya getmişdir. Orada Allahverdi özünə bir ədəd qəlyan, bir ədəd elektron siqareti qoymaq üçün istifadə olunan QLO, bir ədəd eynək, bir ədəd “Zipo” markalı alışqan, bir ədəd üzük, üç ədəd qolbağı və bir ədəd ətir almışdır. Sonra mağazadan çıxanda Allahverdi ona demişdir ki, “xırda pul yoxdu, iri pulu götürüb özünüzü şübhələndirməyin, sizə xırda pul verəcəm xərcləyərsiniz.” Bundan sonra o, Allahverdidən ayrılıb çıxıb kəndə getmişdir. Həmin günün səhəri günü polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına hadisəni olduğu kimi danışmışdır. Bundan başqa o, heç bir yerdən oğurluq etməmişdir. O, oğurluq etdiyi mağazalara və evə girəndə və oradan oğurluq edib çıxanda küçədə ətrafda heç kim olmamış, onlarıın həmin mağazalara və evə girdiklərini, oradan oğurluq edib çıxdıqlarını heç kim görməmişdir. Onun oğurluq etməkdə məqsədi tanışı Allahverdinin mağazaya olan borcunu ödəmək olmuşdur. Allahverdi ona təklif etmişdir ki, “gəl oğurluq edək, mənim borcumu ödəyək”, o da ona etiraz etməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı ödəməklə sonuncularla barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi.
Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, halhazırda Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayır, fərdi əməklə məşul olur. Belə ki, Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini X8 məxsus mağazanı 3 ildən artıq müddətdir ki, icarəyə götürüb həmin mağazada ərzaq məhsulları, spirtli içkilər və siqaret məhsulları satır. 17 dekabr 2022-ci il tarixdə saat 21 radələrində o, işlətdiyi mağazanın qapılarını və pəncərələrini bağlayıb çıxıb evə getmişdir. Həmin günü səhər saat 06 radələrində mağazanı açmaq üçün gələndə görmüşdür ki, mağazanın arxa tərəfindəki plastik qapı açıq vəziyyətdədir. O, mağazaya baxanda görmüşdür ki, mağzadan 15 ədəd hər birinin qiyməti 2,20 manat olmaqla 33 manat dəyərində Azərbaycan istehsalı olan “VİCEROY” siqareti, 40 ədəd hər birinin qiyməti 2,70 manat olmaqla 108 manat dəyərində Azərbaycan istehsalı olan nazik “PALMA” siqareti, 50 ədəd hər birinin qiyməti 2,20 manat olmaqla 110 manat dəyərində Azərbaycan istehsalı olan nazik boz qutuda “Maqna” siqareti, 10 ədəd hər birinin qiyməti 2,20 manat olmaqla 22 manat dəyərində Azərbaycan istehsalı olan nazik qara qutuda “Maqna” siqareti, 20 ədəd hər birinin qiyməti 3,00 manat olmaqla 60 manat dəyərində Azərbaycan istehsalı olan kompak ağ qutuda “LD” siqareti, 20 ədəd hər birinin qiyməti 3,60 manat olmaqla 72,00 manat dəyərində Azərbaycan istehsalı olan göy qutuda qalın “WİNSTON” siqareti, 20 ədəd hər birinin qiyməti 2,20 manat olmaqla 44,00 manat dəyərində Azərbaycan istehsalı olan göy qutuda qalın “ARQO” siqareti, 20 ədəd hər birinin qiyməti 2,20 manat olmaqla 44,00 manat dəyərində Azərbaycan istehsalı olan qırmızı qutuda qalın “ARQO” siqareti və dükanın kassasından 250 manat nağd pulu gizli yolla talayıb, onun ümumilikdə 743 (yeddi yüz qır üç) manat məbləğində əmlakım oğurlamışlar və ona ümumilikdə 743 (yeddi yüz qır üç) manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun icarə əsasında işlətdiyi mağazasından oğurluq edən şəxs həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə Bozalqanlı kəndində yaşayan X4r. O, əvvəlcə mağazadan oğurlanmış əşyaları hesablayanda elə bilmişdir ki, mağazadan cəmi 98 manat dəyərində əmlakı oğurlanmışdır. Buna görə də əvvəlcə TB-nə verdiyi izahatında ona cəmi 98 manat ziyan dəydiyini göstərmişdir. Sonradan dəqiq hesablayıb mağazanın hesabını dəqiq çıxarıb baxıb görmüşdür ki, mağazadan yuxarıda göstərdiyi kimi 250 manat məbləğində nağd pulu və 493 (dörd yüz doxsan üç) manat dəyərində müxtəlif növ siqaretlər oğurlanmış və ona ümumilikdə 743 (yeddi yüz qırx üç) manat məbləğində maddi ziyan dəymişdir. Hadisədən sonra təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonunculardan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, halhazırda Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayır, sahibkardır. Onun Tovuz rayonu Yuxarı Öysüzlü kəndində “Qədimin Xəyalı” adlı mağazası var. O, həmin mağazada ərzaq məhsulları, siqaret, araq, mobil telefon konturları və digər xırdavat məhsullarının satışı ilə məşğul olur. 27 fevral 2023-cü il tarixdə axşam saat təxminən 23-30 radələrində o, özünə məxsus mağazanı bağlayıb evə getmişdir. Həmin günü səhəri xx.xx.2023-cü il tarixdə saat 08 radələrində mağazanı açmağa gedəndə görmüşdür ki, mağazanın yol tərəfdə olan pəncərəsi geriyə açıq vəziyyətdədir. O, mağazanı açıb içəri girib baxanda görmüşdür ki, mağazada kassada olan 165 manat məbləğində kağız pullar, 8 ədəd 1 litrlik Ağsu istehsalı olan “Russkaya Repsiya” arağı, 7 ədəd 0,7 litrlik Ağsu istehsalı olan “Russkaya Repsiya” arağı, 6 ədəd 0,5 litrlik Ağsu istehsalı olan “Russkaya Repsiya” arağı, 7 ədəd 1 litrlik Ağsu istehsalı olan “Mahal Vodka” arağı, 6 ədəd 0,7 litrlik Ağsu istehsalı olan “Mahal Vodka” arağı, 3 ədəd 1,7 litrlik Ağsu istehsalı olan “Ağsu” arağı, 9 ədəd 1 litrlik Ağsu istehsalı olan “X17” arağı, 12 ədəd 0,5 litrlik Ağsu istehsalı olan “X17” arağı, 12 ədəd 1 litrlik Ağsu istehsalı olan “Viking Orqanik” arağı, 6 ədəd 0,7 litrlik Ağsu istehsalı olan “Viking Orqanik” arağı, 7 ədəd 0,5 litrlik Ağsu istehsalı olan “Viking Orqanik” arağı, 8 ədəd 1 litrlik Ağsu istehsalı olan “Goldgity Orqanik” arağı, 7 ədəd 0,7 litrlik Ağsu istehsalı olan “Goldgity Orqanik” arağı, 9 ədəd 0,5 litrlik Ağsu istehsalı olan “Goldgity Orqanik” arağı, 100 ədəd Azərbaycan istehsalı olan qalın ağ “VİNSTON” siqareti, 100 ədəd Azərbaycan istehsalı olan nazik qara “VİNSTON” siqareti, 150 ədəd Azərbaycan istehsalı olan qalın ağ qutuda “VİNCESTR” siqareti, 100 ədəd Azərbaycan istehsalı olan nazik qara qutuda “VİNCESTR” siqareti, 22 ədəd Azərbaycan istehsalı olan kompakt boz qutuda “LD” siqareti, 130 ədəd Azərbaycan istehsalı olan qara qutuda qalın nazik “KENT” siqareti oğurlanmış və ona ümumilikdə 4665 manat dəyərində ziyan dəymişdir. O, axşam mağzanı bağlayıb evə gedəndə özü öz əlləri ilə mağazanın pəncərələrini və qapısını bağlayıb getmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs2 tərəfində 300 manat, digər Təqsirləndirilən şəxs1 tərəfindən isə ona 700 manat pul ödənilmiş, lakin ona dəymiş ziyan tamamilə ödənilməmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Yuxarı Öysüzlü kənd həkim məntəqəsində müqavilə əsasında həkim işləyir, həmçinin təqaüdçüdür. O, özünə məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən yaşayış evində arvadı Şahid ilə birlikdə yaşayır. 16 may 2023-cü il tarixdə saat təxminən 09 radələrində o, evdən çıxıb işlədiyi həkim məntəqəsinə getmişdir. Həmin günü saat 10 radələrində arvadı Şahid evdən çıxıb işlədiyi məktəbə getmişdir. Həmin günü saat 14:30 da arvadı Gülbəniz onun mobil telefonuna zəng edərək evə oğurlar girdiyini evdə olan 650 manat pulun oğurlandığını bildirmişdir. Bundan sonra o, evə gedib görmüşdür ki, evin pəncərəsinin şüşəsini çıxardaraq yataq otağında olan paltar dolabının içərisində olan 650 manat məbləğində pulu oğurlayıblar. Bundan sonra o, “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, şikayət ərizəsi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, onun yaşayış evindən oğurluq edən şəxslər Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Tovuz rayonu Bozalqanlı kəndində yaşayan X6 olmuşdur. Həmin evindən oğurluq edən şəxslərin və onların valideyinlərinin heç biri ilə heç bir qohumluq əlaqələri və ədavətləri olmamışdır. Hadisədən sonra təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonunculardan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşamaqla “M.Məmmədov” adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində müəllim işləyir. Zərərçəkmiş şəxs1 əridir. 16 may 2023-cü il tarixdə saat təxminən 09 radələrində əri Zərərçəkmiş şəxs1 evdən çıxıb işə getmiş, o isə həmin gün saat 10 radələrində evdən çıxıb işlədiyi Tovuz rayonu Yuxarı Öysüzlü kənd məktəbinə getmişdir. O, evdən çıxanda evin qapısını və pəncərəsini bağlayıb getmişdir. Həmin günü saat 14:30 radələrində o, evə gəlmiş, evin qarşısına çatanda giriş qapının yanındakı pəncərənin açıq olduğunu görüb dərhal evə girmiş və yataq otağındakı pul qoyduqları dolabdan 650 manat pulun oğurlandığını görmüşdür. O, dərhal əri Nizaminin mobil telefonuna zəng edərək evə oğurlar girdiyini evdə olan 650 manat pulun oğurlandığını bildirmişdir. Aradan biraz keçəndən sonra əri Nizami evə gəlmiş, evdən oğurluq olduğunu görüb “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, şikayət ərizəsi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, onun yaşayış evindən oğurluq edən şəxslər Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Tovuz rayonu Bozalqanlı kəndində yaşayan X6 olmuşdur. Həmin evindən oğurluq edən şəxslərin və onların valideyinlərinin heç biri ilə heç bir qohumluq əlaqələri və ədavətləri olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixdən görünür ki, iş üzrə cinayət işindən X1 barəsində ********* nömrəli cinayət işindən ayrıca cinayət işi ayrılmış və həmin cinayət işi icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. İş materiallarında olan “cinayət işlərinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işindən, X1 barəsində cinayət işindən ayrıca Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmətəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5756 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən siqaretlərin 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: 15 ədəd Azərbaycan istehsalı olan nazik VİCEROY siqaretinin; 40 ədəd Azərbaycan istehsalı olan nazik PALMA siqaretinin; 50 ədəd Azərbaycan istehsalı olan nazik boz qutuda MAQNA siqaretinin; 10 ədəd Azərbaycan istehsalı olan nazik qara qutuda Maqna siqaretinin; 20 ədəd Azərbaycan istehsalı olan kompak ağ qutuda LD siqaretinin; 20 ədəd Azərbaycan istehsalı olan göy qutuda qalın VİNSTON siqaretinin; 20 ədəd Azərbaycan istehsalı olan göy qutuda qalın ARQO siqaretinin; 20 ədəd Azərbaycan istehsalı olan qırmızı qutuda qalın ARQO siqaretinin Ekspertiza təyini haqqında qərarda göstərilən siqaretlərin 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 493,00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmətəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5759 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:
1) 8 ədəd 1 litrlik Ağsu istehsalı olan Russkaya Repsiya arağı 2) 7 ədəd 0,7 litrlik Ağsu istehsalı olan Russkaya Repsiya arağı 3) 6 ədəd 0,5 litrlik Ağsu istehsalı olan Russkaya Repsiya arağı 4) 7 ədəd 1 litrlik Ağsu istehsalı olan Mahal Vodka arağı 5) 6 ədəd 0,7 litrlik Ağsu istehsalı olan Mahal Vodka arağı 6) 3 ədəd 1,7 litrlik Ağsu istehsalı olan Ağsu arağı 7) 9 ədəd 1 litrlik Ağsu istehsalı olan X17 arağı 8) 12 ədəd 0,5 litrlik Ağsu istehsalı olan X17 arağı 9) 12 ədəd 1 litrlik Ağsu istehsalı olan Viking Orqanik arağı 10) 6 ədəd 0,7 litrlik Ağsu istehsalı olan Viking Orqanik arağı 11) 7 ədəd 0,5 litrlik Ağsu istehsalı olan Viking Orqanik arağı 12) 8 ədəd 1 litrlik Ağsu istehsalı olan Goldgity Orqanik arağı 13) 7 ədəd 0,7 litrlik Ağsu istehsalı olan Goldgity Orqanik arağı 14) 9 ədəd 0,5 litrlik Ağsu istehsalı olan Goldgity Orqanik arağı 15) 100 ədəd Azərbaycan istehsalı olan qalın ağ VİNSTON siqaretinin; 16) 100 ədəd Azərbaycan istehsalı olan nazik qara VİNSTON siqaretinin; 17) 150 ədəd Azərbaycan istehsalı olan qalın ağ qutuda VİNCESTR siqaretinin; 18) 100 ədəd Azərbaycan istehsalı olan nazik qara qutuda VİNCESTR siqaretinin; 19) 22 ədəd Azərbaycan istehsalı olan kompak boz qutuda LD siqaretinin; 20) 130 ədəd Azərbaycan istehsalı olan qara qutuda qalın nazik KENT siqaretinin; Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3256,38 manat müəyyən olunur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tovuz rayonu Yuxarı Öysüzlü kənd “M.Məmmədov” adına tam orta məktəbinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyanın tamamilə ödənildiyini, sonunculardan heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilir. Onların bu əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də onlar, həmin maddələr ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə barışmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə barışmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmələrini qanuni və əsaslı olmaqla onların islah olunmaları, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Məhkəmə cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələblərini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğdə pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğdə pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Hakim Zaur Hünmətov