Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-22/2023 25.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Tovuz rayon Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vıətəndaşı,orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Tovuz rayonu Cilovdarlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 12 mart 2022-ci il tarixə keçən gecə saat 03 radələrində, Bakı şəhəri, Hövsan qəsəbəsi, keçid 1850 A/Y 18, ev 5A-da yaşayan Zərərçəkmiş şəxs1 evdə olmamasından istifadə edib həmin şəxsin Tovuz rayonu Cilovdarlı kəndindəki evinin həyətinə evin həyətinin çəpərindən qanunsuz daxil olub evin həyətindən və zirzəmisindən ümumi dəyəri 500 manat olan 3,4 metr enində, 2,4 metr hündürlüyündə olan 1 ədəd dəmir qapını, dəyəri 32 manat olan 2 ədəd 4 metr uzunluğunda 76 mm diametrində olan 1 ədəd dəmir borunu, dəyəri 120 manat olan 5 ədəd 3 metr uzunluğunda olan 100 mm diametrlik dəmir borunu, dəyəri 100 manat olan 1 ədəd 4 metr uzunluğunda olan 300 mm diametrində dəmir borunu, ümumi qiyməti 35 manat 20 qəpik olan 32 metr uzunluğunda 14 mm diametrində dəmir armaturu, ümumi qiyməti 15 manat olan 10 metr uzunluğunda, 1,5 metr hündürlüyündə metal çəpəri, dəyəri 20 manat olan 5 ədəd 4 metr uzunluğunda, 4,2 mm divar qalınlığında polipropilendən hazırlanmış 25 mm diametrlik plastik borunu gizli talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 822 manat 20 qəpik ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 13 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində Tovuz rayon Cilovdarlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 həyətinə həyətyanı sahənin hasarlanmış hissəsinin küçəyə tərəf olan açıq hissəsindən qanunsuz daxil olub oradan Türanə Məmmədrzayevanın əri Malikə məxsus “Belarus-92” markalı traktorun 400 manat dəyərində içərisi boş vəziyyətdə olan sürətdəyişmə qutusunu, hər birinin qiyməti 7 manat olmaqla, ümumi qiyməti 84 manat olan 7 ədəd bir yaşlı toyuqlarını və hər birinin qiyməti 3 manat olmaqla, ümumi qiyməti 24 manata olan 8 ədəd 7 aylıq cücələrini gizli talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 cəmi 508 manat ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurlamışdır. Bundan başqa, o, təkrarən, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 13 mart 2022-ci il tarixdə saat 02 radələrində Tovuz rayonu Cilovdarlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus evin həyətinə qapıdan qanunsuz daxil olub oradan hər birinin qiyməti 350 manat olmaqla, ümumi dəyəri 1050 manat olan QAZEL markalı yük avtomobilinin işlək vəziyyətdə olan 3 ədəd sürət dəyişmə qutusunu, həmin qutunun hər birinin qiyməti 10 manat olmaqla, ümumi qiyməti 30 manat olan 3 ədəd 4-cü “skorostu” dəyişən şesternyalarını, həmin avtomobilə məxsus qiyməti 100 manat olan bir ədəd kardanı, keçmiş SSRİ dövlətində istehsal edilmiş “Moskviç”- 412 markalı avtomobilin qiyməti 30 manat olan 1 ədəd arxa kapotunu, qiyməti 20 manata olan bir ədəd səsboğucusunu - “qluşiteli”, QAZEL markalı sərnişin avtobusunun qiyməti 100 manata olan 1 ədəd radiatorunu, qiyməti 200 mnata olan “VOLQA QAZ”-3110 markalı avtomobilin diferini gizli talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 cəmi 1530 manat ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurlamışdır. Eyni zamanda o, təkrarən, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 13 mart 2022-ci il tarixdə saat 04 radələrində Tovuz rayonu Cilovdarlı kənd ərazisində internet rabitə xəttinin çəkiməsi üçün nəzərdə tutulmuş "xxxx" MMC-yə məxsus hər birinin qiyməti 130 manat olmaqla, 260 manat dəyərində iki ədəd dəmir dirəkləri gizli talama yolu ilə ələ keçirərək "xxxx" MMC-yə cəmi 260 manat ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayon Cilovdarlı kəndində ona məxsus fərdi yaşayış evində tək yaşayır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onun qonşularıdır. Adlarını çəkdiyi şəxslərlə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. 12 mart 2022-ci il tarixə keçən gecə saat 03 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 evdə olmamasından istifadə edib həmin şəxsin həyətinə yaşadığı evin yerləşdiyi küçəyə getmişdir. Orada evin həyətinin çəpərindən evin həyətinə aşıb daxil olmuş və evin həyətindən daha sonra isə evin zirzəmisindən 3,4 metr enində, 2,4 metr hündürlüyündə olan dəmir qapını, 2 ədəd 4 metr uzunluğunda 76 mm diametrində olan dəmir borunu, 5 ədəd 3 metr uzunluğunda olan 100 mm diametrlik dəmir borunu, 1 ədəd 4 metr uzunluğunda olan 300 mm diametrində dəmir borunu, 32 metr uzunluğunda 14 mm diametrində dəmir armaturu, 10 metr uzunluğunda, 1,5 metr hündürlüyündə metal çəpəri, 5 ədəd 4 metr uzunluğunda, 4,2 mm divar qalınlığında polipropilendən hazırlanmış 25 mm diametrlik plastik borunu oğurlamışdır. Həmin əşyaları aparıb yaşadığı evin hamamına yığmışdır. Bundan sonra 13 mart 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Tovuz rayon Cilovdarlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 həyətinə evin daş hasarının açıq olan hissəsindən daxil olub orada evin həyətindən traktorun ehtiyat hissələrini və 8 ədəd toyuqları oğurlamışdır. Həmin ehtiyat hissələrini də aparıb yaşadığı evdə hamamın içərisinə yığmış, toyuqları isə evin həyətinə buraxmışdır. Bundan sonra 13 mart 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Tovuz rayonu Cilovdarlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus evin həyətinə qapıdan daxil olub oradan 1 ədəd QAZEL markalı yük avtomobilin işlək vəziyyətdə olan 3 ədəd sürət dəyişmə qutusunu, həmin qutunun 3 ədəd 4-cü “skorostu” dəyişən şesternyaları, həmin avtomobilə məxsus bir ədəd kardan, bir ədəd “Moskviç”-412 markalı avtomobilin arxa kapotu və səsboğucusu-“qluşiteli”, QAZEL markalı sərnişin avtobusunun radiatorunu, Volqa QAZ 3110 markalı avtomobilin diferi, 100 mm-lik 2 metrəlik dəmir borunu oğurlamışdır. Həmin oğurladığı əşyaları da aparıb yaşadığı evdə olan hamamın içərisinə yığmışdır. Bundan sonra sonra 13 mart 2022-ci il tarixdə saat 04 radələrində o, gedib Türanənin yaşadığı evin qabağında olan iki ədəd elektrik dirəyini qazıb yerdən çıxarmış və həmin dirəyidə yernən sürüyüb yaşadığı evə gətirmişdir. Hadisənin onun tərəfimdən törədildiyi aşkar edildikdən sonra polis əməkdaşları oğurladığı əşyaları yaşadığı evə baxış keçirərək götürmüşlər. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir və etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tovuz rayon Cilovdarlı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Əri Malik işləmək üçün Rusiya Federasiyasına getmiş, ərinə məxsus “Belarus-92” markalı traktor isə 2 ildir evin həyətində saxlamışdır. Həmin traktorun sürət dəyişmə qutusu xarab olduğundan mühərrikdən sökülüb kənara qoyulmuş, sürətdəyişmə qutusunun içərisi sökülsə də istismara yararlı vəziyyətdə olmuş, yəni qutunun gövdəsi salamat vəziyyətdə qalmış, üzərində zədə və sındırma izləri olmamışdır. Eyni zamanda həyətdə 7 toyuğu və 6-7 aylıq 8 ədəd cücələri olmuşdur. Toyuq–cücələri gecələr hində saxlamış, hinin qapısını örtülü saxlasa qıfıllamamışdır. xx.xx.2022-ci ildə səhər saatlarında ərinə məxsus traktorun sürətdəyişmə qutusunun, hində saxladığı həmin 7 toyuğunun, 8 cücəsinin və internet çəkilməsi üçün evin qarşısına hansısa təşkilat tərəfindən basdılmış hündürlüyü 4 metr olan 76 mm-lik dəmir borunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Toyuq cücələrinin oğurlanması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermiş və sonradan eyni zamanda traktorun ehtiyat hissəsinin və dəmir dirəyin oğurlanması barədə Tovuz RPŞnə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı oğurluq hadisəsinin həmkəndlisi Elşən tərəfindən törədilməsini öyrənmişdir. Toyuq-cücələrin və traktorun sürətdəyişmə qutusunun oğurlanması nəticəsində ona cəmi 200 ( iki yüz ) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Tovuz rayon Cilovdarlı kəndində ailəsi ilə birlikdə yaşayır. X1 istifadəsində “Qazel” markalı yük avtomobili vardır. Zahid təxminən 2 il əvvəl “Qazel” markalı yük avtomobilinə aid ehtiyat hissələri almış, həmin ehtiyat hissələrini yaşadığı evin həyətində qoymuşdur. xx.xx.2022-ci ildə səhər saatlarında özlərinə məxsus “Qazel” markalı yük avtomobilə aid işlək vəziyyətdə olan 3 ədəd sürət dəyişmə qutusunun, həmin qutunun 3 ədəd 4-cü ötürücü dəyişən şesternaları, həmin avtomobilə aid bir ədəd kardan, bir ədəd “Moskviç”-412 markalı avtomobilin arxa kapotu və səsboğucusu, təxminən 12 il həyətlərində olan QAZEL markalı sərnişin avtobusunun radiatoru, “Volqa” QAZ-3110 markalı avtomobilin diferi, 100 mm-lik 2 metr uzunluğunda olan dəmir boru oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 300-400 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq barədə Tovuz RPŞ-nə ərizə ilə müraciət etmiş, polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı oğurluğun həmkəndlisi Elşən tərəfindən törədildiyi müəyyən olunmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nin direktoru Xəzər Cüməliyev məhkəmə iclaslarında iştirak etməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi, təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X8 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayon Cilovdarlı kənd sakinləri Zərərçəkmiş şəxs2 Vaqif qızının, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X2 həyətlərindən oğurluq olması barədə 13-14 mart 2022-ci il tarixlərdə rayon polis şöbəsinə müraciətləri ilə əlaqədar müvafiq olaraq 13-14 mart 2022-ci il tarixlərdə həmin şəxslərin həyətlərinə rayon polis şöbəsinin baş təhqiqatçısı polis kapitanı Ruflan Əliyevin iştirakı ilə aparılan hadisə yerinə baxış zamanı ərazinin əməliyyat müvəkkili kimi iştirak etmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 həyətinə baxış zamanı buradan həyətdə olan “Belarus-92” markalı traktorun mühərrikdən ayrılmış içərisi boş sürət dəyişmə qutusunun, 7 ədəd toyuğun, 8 ədəd cücələrin və evinin qarşısında olan dəmir dirəyin,Zərərçəkmiş şəxs1 evinin həyətindən 3,4 metr enində, 2,4 metr hündürlüyündə olan dəmir qapısının, 2 ədəd 4 metr uzunluğunda 76 mm diametrində olan dəmir borunun, 5 ədəd 3 metr uzunluğunda 100 mm diametrlik dəmir borunun, 1 ədəd 4 metr uzunluğunda 300 mm diametrində dəmir borunun, 32 metr uzunluğunda 14 mm diametrində dəmir armaturun, 10 metr uzunluğunda, 1,5 metr hündürlüyündə metal çəpərin, 5 ədəd 4 metr uzunluğunda, 4,2 mm divar qalınlığında polipropilendən hazırlanmış 25 mm diametrlik plastik borunun.Zərərçəkmiş şəxs3 həyətinə baxış zamanı “Qazel” markalı yük avtomobilə məxsus işlək vəziyyətdə olan 3 ədəd sürət dəyişmə qutusu, həmin qutunun 3 ədəd 4-cü “skorostu” dəyişən şesternyaları, həmin avtomobilə məxsus bir ədəd kardan, bir ədəd “Moskviç”-412 markalı avtomobilin arxa kapotu və səsboğucusu-“qluşiteli”, həyətdə olan QAZEL markalı sərnişin avtobusunun radiatoru, “Volqa” QAZ 3110 markalı avtomobilin diferi, 100 mm-lik 2 metrlik dəmir borunun, X2 evinin qarşısında olan hündürlüyü 4 metr olan 76 mm-lik dəmir borunun basdırıldığı yerdən çıxarılıb oğurlanması müəyyən edilmişdir. Elə həmin günü daxil olan əməliyyat məlumatı əsasında oğurluğun Cilovdarlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Həmin şəxsin evinəvə həyətinə özlərinin razılıq əsasında keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus,Zərərçəkmiş şəxs2 məxsus və Zərərçəkmiş şəxs3 məxsus yuxarıda qeyd edilən əşyalar həyətdən aşkar edilib götürülüb elə həmin günüdə sahiblərinə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin oğurluq cinayətlərini tək etməsini səmimi etiraf edərək oğurladığı əşyaları özü götürüb həyətinə yığdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X3 da digər şahid X6 ifadəsində göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cilingiz oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4191 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 3,4 metr enində, 2,4 metr hündürlüyündə olan dəmir qapınının qiyməti 500 manat, 32 metr uzunluğunda 14 mm diametrində dəmir armaturun ümumi qiyməti 35 manat 20 qəpik, 10 metr uzunluğunda, 1,5 metr hündürlüyündə metal çəpərin ümumi qiyməti 15 manat təşkil edir. Cəmi ziyan 550 manat 20 qəpik təşkil edir. Zərərçəkmiş şəxs2 məxsus hər birinin qiyməti 12 manata olan bir yaşlı 7 ədəd toyuqların ümumi qiyməti 84 manat, hər birinin qiyməti 3 manata olan 8 ədəd 7 aylıq cücələrin ümumi qiyməti 24 manat, “Belarus-92” markalı traktorun içərisi boş vəziyyətdə olan sürətdəyişmə qutusunun qiyməti 400 manatdır. Cəmi ziyan 508 manatdır. Zərərçəkmiş şəxs3 məxsus Rusiya Federasiyası istehsallı QAZEL markalı yük avtomobilin işlək vəziyyətdə olan 3 ədəd sürət dəyişmə qutusunun hər birini qiymıəti 350 manat, ümumi qiyməti 1050 manat, həmin qutunun 3 ədəd 4-cü “skorostu” dəyişən şesternyalarının hər birinin qiyməti 10 manat, ümumi qiyməti 30 manat, həmin avtomobilə məxsus bir ədəd kardanının qiyməti 100 manat, bir ədəd keçmiş SSRİ dövlərində istehsal edilmiş “Moskviç”-412 markalı avtomobilin arxa kapotunun qiyməti 30 manat, həmin avtomobilin səsboğucusunun- “qluşitel”inin qiyməti 20 manat, QAZEL markalı sərnişin avtobusunun radiatorunun qiyməti 100 manat, “Volqa” QAZ 3110 markalı avtomobilin diferinin qiyməti 200 manat, cəmi ziyan 1530 manat təşkil edir. "xxxx" MMC-dən verilmiş arayışdan görünür ki, 2 ədəd 4 metr uzunluğunda, 76 mm diametrində olan dəmir borunun hər bir metrəsi 4 manat olmaqla 8 metr uzunluğunda dəmir borunun 2022-ci ilin mart ayına orta bazar qiyməti 32 manat, 5 ədəd 3 metr uzunluğunda olan 100 mm diametrlik dəmir borunun hər bir metrəsi 8 manat olmaqla 2022-ci ilin mart ayına orta bazar qiyməti 120 manat, 1 ədəd 4 metr uzunluğunda olan 300 mm diametrində dəmir borunun hər bir metrəsi 25 manat olmaqla 2022-ci ilin mart ayına orta bazar qiyməti 100 manat, 5 ədəd 4 metr uzunluğunda, 4,2 mm divar qalınlığında polipropilendən hazırlanmış 25 mm diametrlik plastik borunun hər bir metrəsi 1 manat olmaqla 2022-ci ilin mart ayına orta bazar qiyməti 20 manat hündurlüyü 4 metr olan 76 mm-lik dəmir borunun hər bir metrəsi 4 manat olmaqla 2022-ci ilin mart ayına orta bazar qiyməti 16 manatdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, onların hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halı, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, X4 Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 3,4 metr enində, 2,4 metr hündürlüyündə olan dəmir qapı, 2 ədəd 4 metr uzunluğunda 76 mm diametrində olan dəmir boru, 5 ədəd 3 metr uzunluğunda olan 100 mm diametrlik dəmir boru, 1 ədəd 4 metr uzunluğunda olan 300 mm diametrində dəmir boru, 32 metr uzunluğunda 14 mm diametrində dəmir armatur, 10 metr uzunluğunda, 1,5 metr hündürlüyündə metal çəpər, 5 ədəd 4 metr uzunluğunda, 4,2 mm divar qalınlığında polipropilendən hazırlanmış 25 mm diametrlik plastik boru, Zərərçəkmiş şəxs2 məxsus bir yaşlı 7 ədəd toyuq, 8 ədəd 7 aylıq çüçələr, “Belarus-92” markalı traktorun içərisi boş vəziyyətdə olan sürətdəyişmə qutusu, hündürlüyü 4 metr olan 76 mm-lik dəmir boru, Zərərçəkmiş şəxs3 məxsus Rusiya Federasiyası istehsallı QAZEL markalı yük avtomobilin işlək vəziyyətdə olan 3 ədəd sürət dəyişmə qutusu, həmin qutuların 3 ədəd 4-cü “skorostu” dəyişən şesternyaları, həmin avtomobilə məxsus bir ədəd kardan, bir ədəd keçmiş SSRİ dövlətində istehsal edilmiş “Moskviç”-412 markalı avtomobilin arxa kapot və səsboğucusu “qluşiteli” QAZEL markalı sərnişin avtobusunun radiatoru, “Volqa” QAZ 3110 markalı avtomobilin diferi, 100 mm-lik 2 metrəlik dəmir boru qanuni sahiblərinə qaytarılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsinin maddi subutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus 3,4 metr enində, 2,4 metr hündürlüyündə olan dəmir qapı, 2 ədəd 4 metr uzunluğunda 76 mm diametrində olan dəmir boru, 5 ədəd 3 metr uzunluğunda olan 100 mm diametrlik dəmir boru, 1 ədəd 4 metr uzunluğunda olan 300 mm diametrində dəmir boru, 32 metr uzunluğunda 14 mm diametrində dəmir armatur, 10 metr uzunluğunda, 1,5 metr hündürlüyündə metal çəpər, 5 ədəd 4 metr uzunluğunda, 4,2 mm divar qalınlığında polipropilendən hazırlanmış 25 mm diametrlik plastik boru, Zərərçəkmiş şəxs2 məxsus bir yaşlı 7 ədəd toyuq, 8 ədəd 7 aylıq çüçələr, “Belarus-92” markalı traktorun içərisi boş vəziyyətdə olan sürətdəyişmə qutusu, hündürlüyü 4 metr olan 76 mm-lik dəmir boru, Zərərçəkmiş şəxs3 məxsus Rusiya Federasiyası istehsallı QAZEL markalı yük avtomobilin işlək vəziyyətdə olan 3 ədəd sürət dəyişmə qutusu, həmin qutuların 3 ədəd 4-cü “skorostu” dəyişən şesternyaları, həmin avtomobilə məxsus bir ədəd kardan, bir ədəd keçmiş SSRİ dövlətində istehsal edilmiş “Moskviç”-412 markalı avtomobilin arxa kapot və səsboğucusu “qluşiteli” QAZEL markalı sərnişin avtobusunun radiatoru, “Volqa” QAZ 3110 markalı avtomobilin diferi, 100 mm-lik 2 metrəlik dəmir boru hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-22/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-22/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver