Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-22/2025 22.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Tovuz rayonu Dönük Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3, 66.2 və 66.5-ci maddələri ilə 1600 manat cərimə cəzasına məhkum edilmiş, müharibə veteranı, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, xx.xx.1999-cu ildə anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə anadan olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə xx.xx.2024-cü ildə yaşadığı Tovuz rayonu, Qovlar şəhəri, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə aparmış, həmin ünvanda xx.xx.2024-cü ildən başlayaraq Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuş və Tovuz rayon Mərkəzi Xəstəxanasında xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs 6 (altı) həftəlik hamiləlik diaqnozu qoyulmuşdur. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu Qovlar şəhərində valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs həmkəndlisidir. O, orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanmış, hərbi xidməti bitirdikdən sonra ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi, daha sonra isə gizir rütbəsində xidmətini davam etdirmişdir. Məzuniyyətdə olduğu zamanlar yaşadığı Tovuz rayonu Qovlar şəhərinə gedib-gəlmiş, həmçinin oxuduğu məktəbə getmişdir. əmin vaxtlarda təxminən 3 (üç) il əvvəl o Səmayəni əvvəllər oxuduğu məktəbdə görmüş və sevmişdir. Bundan sonra onunla əlaqə saxlayaraq, yəni mobil telefon vasitəsi ilə danışmağa başlamışdır. O, xx.xx.2024-cü il tarixdə ordu sıralarından ailə vəziyyəti ilə bağlı tərxis olunmuş və Tovuz rayonu Qovlar şəhərində yaşamağa başlamışdır. Həmin vaxtlarda Zərərçəkmiş şəxs ilə münasibəti davam etdirmiş, nəhayət Səmayə ilə evlənmək qərarına gəlmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Səmayəni Bakı şəhərində anası ilə birlikdə yaşadığı ünvanını dəqiq bilmədiyi evin yerləşdiyi küçədən götürüb öz yaşadığı Tovuz rayonu Qovlar şəhərində yerləşən evə gətirmişdir. Maddi çətinliklərə görə toy məclisini təşkil edə bilməsələr də, Zərərçəkmiş şəxs ilə evlənmək niyyəti ilə onu yaşadığı evə gətirmişdir. Həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən etibarən o Zərərçəkmiş şəxs ilə ilk dəfə cinsi əlaqədə olduğu zaman sonuncunun 15 yaşının olmasını bilmişdir. Belə ki, ona məlum idi ki, Zərərçəkmiş şəxs doğum tarixi xx.xx.2008-ci ildir. Lakin, X5 və Zərərçəkmiş şəxs bütün cinsi əlaqə aktları könüllülük əsasında olmuşdur. Zərərçəkmiş şəxs ilk cinsi əlaqəsi Təqsirləndirilən şəxs ilə olmuş və bakirəliyini pozmuşdur. Məhkəmə baxış iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştrakı ilə dindirilən zaman ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci ildə doğulmuşdur və Tovuz rayonu Aşağı Quşçu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Halhazırda heç bir yerdə işləmir, məktəblidir. O, Təqsirləndirilən şəxs tanıyan zaman Tovuz rayonu Qovlar şəhəri Orxan Cabbarov adına X4 Tipli Gimnaziyanın 8-ci sinif şagirdi olmuşdur.Təqsirləndirilən şəxs təxminən 3 (üç) ildir ki, tanıyır. O, Məhəmmədi tanıyanda Məhəmməd hərbiçi olmuşdur. Lakin, Məhəmməd xx.xx.2024-cü il tarixdə ordu sıralarından ailə vəzyyəti ilə bağlı tərxis olunmuş və Tovuz rayonu Qovlar şəhərində yaşamağa başlamışdır. Həmin zaman onun Məhəmməd ilə münasibəti davam etmişdir. Söhbət zamanı o və Məhəmməd evlənmək qərarına gəlmişlər. Anası ilə atası təxminən 10 (on) il əvvəl boşanmışlar. O, atası Qanuni nümayəndə himayəsində yaşamışdır. Ancaq təxminən 3 (üç) il bundan əvvəl anası X2 ilə birlikdə Bakı şəhərində dəqiq ünvanını bilmədiyi Dərnəgül adlı ərazidə yerləşən evdə yaşamağa başlamışdır. Anası Bakı şəhərində restoranların birində qabyuyan kimi çalışırmış. Məhəmmədlə o, evlənmək qərarına gələn zaman o, anası X2 ilə birlikdə yaşayırmış. Bundan sonra Məhəmmədlə o, Bakı şəhərində anası ilə kirayədə yaşadığı ünvanın yaxınlığında xx.xx.2024-cü il tarixdə görüşmüşlər. Məhəmməd Səmayəni elə həmin tarixdə götürüb öz yaşadığı Tovuz rayonu Qovlar şəhəri Yeni yaşayış massivində yerləşənanası, atası və qardaşı ilə birlikdə yaşadığı evə gətirmişdir. O, ailə qurmaq üçün Məhəmmdlə birlikdə Məhəmmədin yaşadığı evə getməyi barədə anasına yolda olarkən mesaj yazmaqla məlumat vermişdir. Maddi çətinliklərə görə toy məclisi qura bilməsələrdə o, Məhəmmədlə evlənək niyyəti ilə Məhəmmədin yaşadığı evə gəlmişdir. Həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən Məhəmməd onunla mütəmadi olaraq öz razılığı əsasında cinsi əlaqədə olmağa başladıqları tarixdə Məhəmməd onunla mütəmadi olaraq öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Məhəmmədlə o, ər-arvad kimi birlikdə yaşadıqları və cinsi əlaqədə olmağa başladıqları tarixdə Məhəmməd onun 15 yaşının olmağını və doğum gününün hansı tarixdə olmasını bilmişdir. Lakin o, Məhəmməd ilə bütün cinsi əlaqə aktlarını könüllülük əsasında olmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs övladıdır, ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə, yəni günə muzd işləyirmiş. Hazırda Cəbrayıl rayonunda gedən tikinti işlərində fəhləlik edir. Təqsirləndirilən şəxs onun övladıdır. O, 2024-cü ilin aprel ayının dəqiq xatırlamadığı günündən Cəbrayıl rayonunda günə muzd fəhləlik edirmiş. Oğlu Təqsirləndirilən şəxs təxminən 6 il müddətdən artıq olmaqla hərbiçi kimi xidmət etmişdir. O, 2024-cü ilin təxminən mart ayında ordu sıralarından tərxis olunmuş və günə muz fəhləlik etməyə başlamışdır. O, işi ilə əlaqədar Cəbrayıl rayonunda olan zaman Məhəmməd ona zəng etmiş və evlənmək niyyəti ilə Səmayə adlı qızı qaçırdığını demişdir. Bundan həmin gün Səmayənin atası Murad da ona zəng etmiş və oğlu Məhəmmədin qızı Səmayəni qaçırması barədə məlumat vermişdir. Bu səbəbdən o, iş yerindən 6 (altı) günlük icazə alıb daimi olaraq yaşadığı Tovuz rayonuna gəlmişdir. Daha sonra Məhəmmədlə mobil telefonla danışmışdır. Danışıq zamanı Məhəmməd Səmayə ilə birlikdə gələcəyini bildirmişdir. Ertəsi gün o, Qovlar şəhərində Məhəmmədlə Səmayənin qarşısına çıxmış və onları gəldikləri avtobusdan götürüb yaşadıqları evə aparmışdır. Bundan bir neçə gün sonra o, icazə müddəti bitdiyi üçün geri Cəbrayıl rayonuna qayıtmışdır. Məhkəmə iclasında Şahid1 Təqsirləndirilən şəxs qardaşı olduğunu bildirmiş və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Polis X3 xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportda qeyd edilmişdir ki, həmin tarixdə saat 08:14-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından həkim İlhamə Həsənova növbətçi hissəyə zəng edərək 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 6 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Tovuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 709 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti 2 (iki) həftədən artıqdır. Zərərçəkmiş şəxs hamilədir və onda hamiləliyin müddəti (USM-nə əsasən) 12 (on iki) həftə 2 (iki) gündür. Cinayət işinə əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci ildə anadan olmuş, ona xx.xx.2023-cü il tarixdə ASAN 5 tərəfindən AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Cinayət işinə əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası TƏBİB Tovuz rayon mərkəzi xəstəxanası X10 daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-76/2-1004/2024 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə zamanı həmin vaxt 16 yaşına çatmamış Zərərçəkmiş şəxs 6 həftəlik hamilə olması müəyyən edilməsi və ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığının pozulması və onun hamilə olmasının təsdiq edilməsini nəzərə alaraq məhkəmə cinayət hadisəsinin, yəni Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma” cinayətinin mövcud olmasının sübuta yetirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin bilavasitə obyekt olaraq 16 yaşına çatmamış zərərçəkmiş Zərərçəkmiş şəxs cinsi toxunulmazlığına qəsd etmişdir. Obyektiv cəhətdən Əmirov X1 Səmayə Murad qızı ilə sonuncunun razılığı ilə, könüllü cinsi əlaqədə olmuşdur. Əməl formal tərkibli olmaqla Təqsirləndirilən şəxs 16 yaşına çatmamış zərərçəkmiş Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girdiyi andan başa çatmışdır. Təqsirləndirilən şəxs cinsi əlaqəyə girərkən zərərçəkmiş Zərərçəkmiş şəxs 16 yaşına çatmadığından xəbərdar olmuş, bunu dərk etmiş və arzu etmişdir, buna görə cinayət subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girərkən cinayətin subyekti Təqsirləndirilən şəxs 25 yaşda, yəni 16 yaşdan artıq yaşda olmuş, zərərçəkmiş şəxslə yaş fərqi 2 ildən çox olmuşdur. Qeyd edilən obyektiv və subyektiv əlamətlər Təqsirləndirilən şəxs əməlini cinayət kimi səciyyələndirdiyindən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasının sübuta yetirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edən heç bir hal müəyyən edilməmiş, onun cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 152.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, onunla ər-arvad kimi birlikdə yaşaması, zərərçəkmiş şəxslə ortaq övladının doğulacağı, tərətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. 60.1-ci maddəyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00-da tutulmuşdur. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi və haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Tovuz Rayon Polis Şöbəsi MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əmirov X6 Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3, 66.2 və 66.5-ci maddələrinə əsasən 1600 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tovuz Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli CB-957/205725/2024 nömrəli məlumata əsasən məhkum Əmirov X6 Hərbi Məhkəməsinin 1-1(098)-123/2024 saylı xx.xx.2024-cü il tarixli hğkmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3, 62, 66.2 və 66.5-ci maddələri ilə təqsirli bilinib 1600 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin hökm xx.xx.2024-cü il tarixdə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Hazırda məhkum X9 cərimə cəzasından 395 (üç yüz doxsan beş) manat pul öddəiyinə görə 1205 (min iki yüz beş) manat pul ödənilməmiş qalmaqdadır. Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs verilmiş 128088 nömrəli vəsiqəyə əsasən vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İ-23002 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250S nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-7340 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Tovuz rayon İHB-nın Dönük Qırıqlı kəns İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri, yəni az ağır cinayət olması və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Buna görə də, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Əmirov X6 Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3, 66.2 və 66.5-ci maddələrinə əsasən 1600 manat cərimə cəzasına məhkum edilmiş, həmin cərimə məbləğinin 395 manatı ödənilmiş, 1205 manatı ödənilməmiş qalmaqdadır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi əməl xx.xx.2024-cü il tarixdə, yəni Tərtər Hərbi Məhkəməsinin sözügedən hökmü çıxarılmazdan əvvəl törədildiyindən ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi rəhbər tutulmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən təyin edilmiş cərimə məbləğinin ödənilmiş 395 manatı qəti cəzaya hesablanmalıdır. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Buna görə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə toplanmış cərimə cəzası müstəqil icra edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onunla ər-arvad kimi birlikdə yaşamasını, zərərçəkmiş şəxslə ortaq övladının doğulacağını, tərətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, şəxsiyyətini xarakterizə edən halları, yəni yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, müharibə veteranı olmasını və döyüş əməliyyatlarında fərqləndiyinə görə medallarla təltif edilməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1 -ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. Nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkün olduğundan məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə şərti tətbiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, özünün şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(098)-123/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəza olan 1600 manat miqdarda cərimə cəzasının ödənilməmiş hissəsi, yəni 1205 manatı hazırki hökmlə ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən toplansın, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə və 1205 manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətədə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin edilmiş 1205 manat miqdarda cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-22/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-22/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver