Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-23/2023 11.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi X2 və X4 hüquqi varisi X5 iştirakları ilə, xx.xx.1995-ci ildə Tovuz rayonu, Qovlar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə, saat 21 radələrində sürücülük hüququ və etibarnamə əsasında idarə etdiyi atası X6 məxsus “Vaz-21065 minik” markalı **-DR-*** qeydiyyat nişanlı avtomobillə Tovuz-Zəyəm avtomobil yolunun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsi ilə üzü Qovlar şəhəri istiqamətində hərəkətdə olarkən “X16” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) tələbini pozaraq, həmin tələbə əsasən avtomobilin hərəkət sürətinin qeyd olunan yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə edərək, “X16” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər yol hərəkəti iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bu tələblərə əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək, Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayan Şahid1 idarə etdiyi, lakin həmin vaxtı qabaq tərəfi yolun hərəkət hissəsində, arxa tərəfi yolun sağ çiynində olmaqla çəpinə dayanmış “Vaz-2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi ilə toqquşmuş, baş vermiş həmin hadisə nəticəsində ehtiyatsızlıqdan “Vaz-21063 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 sol böyründə hematomalı qançır, sol sağrı nahiyyəsində qançır və sol bud çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət edilən xəsarətlər alaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, “Vaz-21063 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Şahid2 Rahib qızının sol biləyin əzniyi ilə müşayiət edilən xəsarət alaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, “Vaz-21063 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişməli sınığı ilə müşayiət edilən xəsarət alaraq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, “Vaz-21063 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşməkdə olan X4 qarnın qapalı travması, qaraciyərin cırılmış yarası, kəskin daxili qanaxma, sağ budun aşağı 1/3-nin qapalı, sağ qamış sümüyünün açıq və sol incik sümüyünün qapalı yerdəyişməli sınıqları, sağ-sol baldırın əzilmiş yaraları, sağ budun, sağ bel və sağ qalça nahiyyəsinin sıyrılmış yaraları, travmatik və hemoragik şokla müşayiət olunan xəsarətlər alaraq, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına, həmin xəsarətlərdən qarnın qapalı travması zamanı qaraciyərin cırılmış yarası, daxili qanaxma, travmatik və hemoragik şok nəticəsində hadisə yerində ölümünə, Şahid1 2500 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Vaz-21065 minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X6 məxsus olmaqla ona verilmiş baş etibarnamə və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Tovuz rayon Aşağı Quşçu kəndində yaşayan yaxın dostunun oğlunun kiçik toy məclisinə idarə etdiyi “Vaz-21065 minik” markalı **-DR-*** nömrəli avtomobillə getmiş, saat 20:15 radələrində toy məclisindən çıxıb texniki cəhətdən saz vəziyyətdə olan avtomobilinə əyləşərək Tovuz rayon Aşağı Quçşu kəndindən üzü Qovlar şəhəri istiqamətində yolun sağ zolağında hərəkətdə olmuşdur. Avtomobildə tək olmuş, spirtli içki içməmiş, idarə etdiyi “Vaz-21065 minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz-Qovlar avtomobil yolu ilə üzü Qovlar şəhəri istiqamətinə Tovuz rayon Aşağı Quşçu kəndində öz hərəkət zolağında 90 km/saat sürətlə hərəkətdə olarkən, hərəkət istiqamətinin sağ ehtiyat hissəsində VAZ-2106 markalı avtomobilin qabaq hissəsinin yolun sağ hərəkət hissəsində hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt idarə etdiyi “Vaz-21065 minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu “Vaz-21063 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında təxminən 5-10 metr məsafə olmuş, buna görə avtomobilin tormozundan istifadə edə bilməmişdir. Toqquşma zamanı “Vaz-21063 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətsiz vəziyyətdə olmuşdur. Toqquşma nəticəsində hər iki avtomobil yolun sağ hərəkət zolağında sürüşərək, yolun sol hərəkət zolağında üzü Tovuz istiqamətində dayanmış vəziyyətdə qalmışdır. Toqquşmadan sonra maşının qabaq qapısı açılmadığı üçün maşının arxa sol qapısından bayıra çıxmış, yol nəqliyyat hadisəsi zamanı sağ ayağının diz qapağından xəsarət almışdır. Avtomobildən aşağı düşdükdə bir azyaşlı oğlan uşağının maşından təxminən 5 metr məsafədə qarşı tərəfdə torpaq yolda qışqırdığını görmüş, daha sonra VAZ-2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqda bir nəfər qadının avtomobilin sol arxa qapısında bel nahiyəsindən yuxarı hissənin yerdə və beldən aşağı nahiyəsinin isə maşında olduğunu görmüşdür. Toqquşma zamanı VAZ-2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə dörd nəfər şəxs olmuşdur. Bundan başqa həmin avtomobili idarə edən sürücü isə avtomobilin qabaq tərəfində bir nəfər azyaşlı qız uşağını qucaqlayan vəziyyətdə qalmışdır. Həmin vaxt onların xəsarət almalarından məlumatı olmamışdır. Lakin avtomobilin arxa sol tərəfində olan qadının öldüyünü bilmişdir. Bundan sonra o huşunu itirmiş, ayıldıqda Tovuz rayon mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Hazırda əməlindən peşmandır. Zərəçəkmişlərin ondan şikayət və tələbi yoxdur. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 hüquqi varisi X10 ifadəsində göstərdi ki, VAZ 2106 markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. X11 doğma anasıdır, avtomobil qəzası nəticəsində ölənə kimi onlar birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində yaşamışlar. 27 iyul 2022-ci il tarixdə, saat 21 radələrində işlədiyi ət dükanından evə gəlmiş, atası Şahid1, anası Tağıyeva Rəna, qızı Şahid2 və oğlu Zərərçəkmiş şəxs isə evdə olmamışlar. Arvadı Gülgündən onların harada olduqlarını soruşduqda, Gülgün onların Tovuz rayon Aşağı Quşçu kəndində yaşayan əmisi Dilqəmin yaşadığı evə meyvə yığmağa getdiklərini bildirmişdir. Evə gəldikdən təxminən 5 dəqiqə sonra kənd sakinlərindən adını xatırlamadığı bir nəfər şəxs mobil telefona zəng edərək atası Fərmanın Tovuz rayon Aşağı Quşçu kəndi ərazisindən keçən yolda yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Həmin vaxt dərhal evdən çıxaraq hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda anası Rənanın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, atası Fərman, qızı Sevinc və oğlu Fərid barəsində heç bir məlumat almayaraq anasınn üzünə su vuraraq ayıltmaq istədikdə artıq anasının vəfat etdiyini görmüşdür. Daha sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını anasını Tovuz RMX-na aparmışdır. Sonradan xəstəxanada hadisə barəsində öyrəndikdə anası Rəna atası Fərmanın saxlamış olduğu VAZ 2106 markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilinin arxa sol tərəfində oturmaq istəyən zaman X3 idarə etdiyi “Vaz-21065 minik” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin atası Fərmanın saxlamış olduğu VAZ 2106 markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmasını öyrənmişdir. Yol nəqliyyat hadisəsi zamanı oğlu Fərid, qızı Sevinc və atası Fərman müxtəlif dərəcəli bədən xəsarətləri almış, VAZ 2106 markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobili zədələnməklə ona 2500 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilən zaman ifadəsində göstərdi ki, məktəbəqədər hazırlığa gedir. xx.xx.2022-ci il tarixdə babası Fərmanın maşını ilə Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan babası Dilqəm Əsədovun evinə meyvə yığmağa getmişlər. Oraya bacısı Sevinc, nənəsi Rəna və babası Fərman ilə getmişlər. Babası Fərman avtomobili Dilqəm babasının yaşadığı evin qabağında saxlamışdır. Meyvə yığdıqdan sonra babası Fərman onlara getmək üçün avtomobilə əyləşmələrini bildirmişdir. Bacısı Sevinc avtomobilin ön oturacağında, o isə onun arxasında əyləşmişdir. Babası isə sükan arxasında əyləşmiş, nənəsi Rəna isə yolun asfalt hissəsinə çıxaraq onnun yanında oturmaq istəmişdir. Nənəsi maşının qapısını açıb əyləşmək istəyən zaman başqa bir maşın onların maşını ilə toqquşmuşdur. Daha sonra heç nə xatırlamır. Zərərçəkmişin qanuni nümayəndəsi Gülgün Tağıyeva ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi avtomobil ilə qardaşı evinə nəvələri Sevinc, Fərid və arvadı Rəna ilə alça meyvəsi dərməyə getmiş, qardaşı evinə çatdıqda avtomobili qardaşının yaşadığı evin həyətinin giriş qapısının qarşısında, yəni Tovuz-Qovlar istiqamətində yolun sağ ehtiyat hissəsi ilə asfalt yolun sərhəddinə yaxın saxlamış və avtomobildə olan digər şəxslərlə qardaşının yaşadığı evin həyətinə getmişdir. Orada təxminən 15 dəqiqə meyvə dərdikdən sonra təkrar qardaşı evindən çıxaraq evə getmək qərarına gəlmiş, evin həyətindən küçəyə çıxdıqda ilk öncə nəvəsi Sevinc maşının qabaq sağ oturacağında, digər nəvəsi Fərid isə maşının arxa oturacağında sağ tərəfdə əyləşmişlər. Həmin vaxt avtomobilin sükanının arxasına keçib arvadı Rənanı gözləmişdir. Sükanın arxasına keçsə də avtomobilin mühərrikini işə salmamışdır. Həmin vaxt avtomobilin qabaq hissəsi asfalt yolun ehtiyat hissəsindən 60 sm yolun hərəkət hissəsinə tərəf, avtomobilin arxa hissəsi isə yolun hərəkət zolağının 70 sm yolun ehtiyat hissəsində olmuş, yəni avtomobilin arxa qapı hissəsi yolun sağ kənarından 70 sm ehtiyat yolunda yerləşmişdir. Qardaşı evinə gələrkən avtomobili həmin vəziyyətdə saxlamışdır. Təxminən bir dəqiqə sonra arvadı Rənada qardaşı evindən çıxaraq əlindəki meyvə dolu vedrəni sağ arxa oturacağa qoyaraq, orada əyləşməyib, avtomobilin sol arxa oturacağında əyləşmək üçün sol qapıya yaxınlaşıb qapını açıb oturmaq istədikdə yolun sağ zolağında Qovlar şəhəri istiqamətində ağ rəngli “Vaz-21065 minik” markalı **-DR-*** dövlət nişanlı avtomobil ani vaxtda yüksək sürətlə gəlmiş və həmin vaxt sürücünün onu gördüyünü və sərbəst gəlib keçəcəyini güman etmiş, lakin, anidən həmin avtomobilin üzərinə gəlməsini görüb hər iki əlini uzadaraq qabaq oturacaqda əyləşən nəvəsi Sevinci qorumaq məqsədilə onun üzərinə tərəf söykənmişdir. Bu zaman bu avtomobil onun avtomobilinin arxa sol qənəd, sol arxa qapı, sol qabaq qapı və sol qabaq qanad hissəsindən vurmuşdur. Toqquşma zamanı avomobili yolun sağ hərəkət zolağında sürüşüb fırlanaraq, yolun sol zolağında üzü Tovuz şəhər istiqamətində dayanmış vəziyyətdə qalmışdır. Eyni zamanda “Vaz-21065 minik” markalı **-DR-*** dövlət nişanlı avtomobildə toqquşmadan sonra yolun sol hərəkət zolağında üzü Tovuz şəhər istiqamətində dayanmışdır. Toqquşmadan sonra avtomobilin sağ qabaq oturacağının ön tərəfindən maşının torpedasının üzərində uzanmış vəziyyətdə qalmışdır. Həmin vaxt arvadı Rənanın ona məxsus avomobilin sol yan hissəsində asfalt üzərində, uzanaqlı vəziyyətdə olduğunu görmüşdür. Nəvələrinə baxdıqda nəvəsi Sevincin maşının hadisədən əvvəl olduğu sağ qabaq oturacaqda olduğunu, digər nəvəsi Fəridin isə avtomobilin qabaq hissəsindən təxminən 5-6 mert irəlidə yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım maşını gələrək arvadı Rənanı Tovuz rayon mərkəzi xəstəxanasına aparmış, nəvələrinin kim tərəfindən xəstəxanaya aparılmağından məlumatı olmamışdır. Onu isə xəstəxanaya tanımadığı yol maşını aparmışdır. Həmin vaxt xəstəxananın reanimasiya şöbəsində olduğu üçün arvadının vəfat etməsindən məlumatı olmamış, lakin ertəsi gün arvadının hadisə zamanı öldüyünü bilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid2 Rahib qızı ifadəsində göstərdi ki, Aşağı Quşçu kəndinin 1 saylı tam orta məktəbin 3-cü sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə babası Fərmanın maşını ilə Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan babası Dilqəm Əsədovun evinə alça meyvəsi yığmağa getmişlər. Oraya qardaşı Fərid, nənəsi Rəna və babası Fərman ilə getmişlər. Babası Fərman avtomobili Dilqəm babasının yaşadığı evin qabağında saxlamışdır. Bir qədər meyvə yığdıqdan sonra babası Fərman onlara getmək üçün avtomobilə əyləşmələrini bildirmişdir. Özü avtomobilin ön oturacağında, qardaşı isə onun arxasında əyləşmişdir. Babası isə sükan arxasında əyləşmiş, nənəsi Rəna isə yolun asfalt hissəsinə çıxaraq onnun yanında oturmaq istəmişdir. Nənəsi maşının qapısını açıb əyləşmək istəyən zaman başqa bir maşın onların maşını ilə toqquşmuşdur. Daha sonra heç nə xatırlamır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X20 Ağstafa rayon şöbəsinin 28 iyul 2022-ci il tarixli, 32 nömrəli rəyindən görünür ki, X4 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Qarının qapalı travması, qaraciyərin cırılmış yarası, kəskin daxili qanaxma, sağ budun aşağı 1/3-nin qapalı, sağ qamış sümüyünün açıq və sol incik sümüyünün qapalı yerdəyişməli sınıqları, sağ-sol baldırın əzilmiş yaraları, sağ budun, sağ bel və sağ qalça nahiyyəsinin sıyrılmış yaraları. Qeyd edilən xəsarətlər həyatidirlər, X1 ölümündən əvvəl küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə ümumlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlətinə malikdirlər, hərəkətdə olan avtomobilin yolda dayanmış avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər. X1 ölümü qarının qapalı travması, qaraciyərin cırılmış yarası, daxili qanaxma, travmatik və hemoragik şok nəticəsində baş vermişdir.Ölümün müddəti müayinədən 1 saat əvvələ uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X20 Ağstafa rayon şöbəsinin 03 avqust 2022-ci il tarixli, 588 nömrəli rəyindən görünür ki, Şahid1 bədənində sol böyründə hematomalı qançır, sol sağrı nahiyəsində qançır və sol bud çanaq oynağında hərəkət məhdudluğu kimi xəsarətlər aşkar edilmişdir, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin yolda dayanmış avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X20 Ağstafa rayon şöbəsinin 03 avqust 2022-ci il tarixli 589 nömrəli rəyindən görünür ki, Şahid2 Rahib qızının bədəni üzərində sol biləyin əzniyi kimi xəsarət aşkar edilmişdir, həmin xəsarət küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin yolda dayanmış avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X20 Ağstafa rayon şöbəsinin 03 avqust 2022-ci il tarixli 590 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişməli sınığı kimi xəsarət aşkar edilmişdir, həmin xəsarət küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin yolda dayanmış avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2022-ci tarixli, 8/2729 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Vaz-21065 minik” markalı **-DR-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Vaz-21065 minik” markalı **-DR-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 70 km saata qədər məhdudlaşdırılmış yolda 90 km saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşması”) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 idarəsinin X12 İmtahan və Texniki Baxış şöbəsinin xx.xx.2022-ci il tarixli, 795 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cu il tarixə kimi AE-308019 sayli sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Doğum haqqında AZ İV 180607 və AZ İİİ 845196 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Orxan və xx.xx.2016-cı il təvəllüdlü Asya adlı uşaqların atası Təqsirləndirilən şəxs, anası isə X7r. Qovlar şəhər icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Alıyev X8 şəhərində yaşadığı müddət ərzində özünü yaxşı aparmış, qonşuların və şəhər sakinlərinin hörmətini qazanmışdır. Barəsində nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “X16” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Həmin Qanunun 64-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, 1adağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan hər hansı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə təqsirləndirilən şəxsə bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən yuxarı həddindən aşağı həddə təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsində göstərilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış “Vaz-21065 minik” markalı **-DR-*** və “Vaz-21063 minik” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Tovuz Rayon Polis Şöbəsində saxlanılan “Vaz-21065 minik” markalı **-DR-*** və “Vaz-21063 minik” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobillər hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-23/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-23/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver