Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-26/2024 04.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, barəsində Tovuz Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixdən həbs qətimkan tədbiri seçilmiş, 10 may 2024-cü il tarixdən həbsdə olan və Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə orta dərəcəli sərxoş vəziyyətində 24 iyun 2023-cü il tarixdə, saat 12:40 radələrindən həmin gün saat 12:55 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu Əyyublu kəndində yerləşən evinin giriş dəmir qapısına bağladığı metal məftil kəsiyini açaraq fərdi yaşayış evinin kilidli olmayan evin bağlanmamış giriş qapısından yaşayış sahəsinə qanunsuz olaraq yataq otağından sonuncuya məxsus 01 ədəd, 250 (iki yüz əlli) manat dəyərində elektrik qidalandırıcısı ilə birlikdə “Panasonic M3000” markalı videokameranı gizli olaraq talayaraq zərərçəkmiş şəxsə cəmi 250 (iki yüz əlli) manat ziyan vurmaqla oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Əyyublu kəndində yaşayır, Şahid və Zərərçəkmiş şəxs həmkəndliləridir. Zərərçəkmiş şəxs ilə əvvəllər араlarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 24 iyun 2023-cü il tarixdə saat 12-40 radələrində tək piyada Tovuz rayonu Əyyublu kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında küçədən keçən zaman yaşayış sahəsinin bayır qapısının simlə, yəni məftil kəsiyi ilə bağlı olmasını görmüşdür. Qapıya yaxınlaşıb məftil kəsiyi ilə bağlanmış qapını açaraq ev sahibi deyə çağırmışdır. Səsinə heç kim bayıra çıxmamışdır. Ona görə də evin giriş qapısına yaxınlaşmış, bağlı olubolmamasını yoxladıqda mənzilin giriş qapısının kilidli olmamasını görmüşdür. Qapını açaraq içətiyə daxil olmuş, ümumi 500 manat pul və ya 500 manatlıq qızıl-zinət əşyaları götürmək məqsədi ilə mənzilin otaqlarını və digər saxlanc yerlərini axtarmışdır. Lakin evdə heç bir qızıl-zinət əşyası və pul tapa bilmədikdə yataq otağında olan 01 ədəd qutunun içərisində elektrik qidalandırıcısı ilə birlikdə qara rəngli «Panasonic М3000» markalı videokameranı görüb götürmüşdür. Həmin gün saat 12:55 radələrində oradan çıxaraq piyada Tovuz rayonu Əyyublu kəndi ərazisində hərəkət edərkən həmkəndlisi Şahid onu görüb yaxınlaşmış və həmin videokameranı haradan əldə etməyini soruşduqda ona bildirmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı mənzildən oğurlamışdır. Sonra əlindəki içərisində videokamera olan qutunu ona qaytarmış və Şahid içərisində videokamera olan qutunu götürüb getmişdir. Oğurluğu tək törətmiş, onu oğurluq etməyə təhrik və ya məcbur edən olmamışdır. Özü spirtli içki düşkünüdür. Fikirləşmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı mənzildən 500 manat dəyərində pul, qızıl-zinət əşyası və ya digər əmlak götürmüş olsa pulu nağd şəkildə, qızıl-zinət əşyası və ya digər əmlakı tanıdığı və ya tanımadığı şəxslərə satıb pul əldə edib yeyib-içməyə xərcləyər. Özgənin əmlakını gizli yolla götürməyin oğurluq olmasını bilir və dərk edir. Törətdiyi əməlindən peşmandır. İbtidai istintaq zamanı o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Tovuz rayonu Əyyublu kəndində özünə məxsus evdə tək yaşayır, Əyyublu kənd 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. 24 iyun 2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı evin giriş qapısını kilidləməyib qapını örtərək çıxarkən küçə qapısını qıfıllamış və qıfıl yerini yumşaq məftil kəsiyi ilə sıxıb bərkidərək qonşuluqda yaşayan X1 yaşadığı evə gəlmişdir. Həmin gün saat 13:10 radələrində yaşadığı ünvana qayıtmışdır. Evə qayıdan zaman əvvəl qıfıl yerinə sıxıb bərkitdiyi məftil kəsiyinin dəyişik formada bağlandığını aşkar etmişdir. Başqa şəxsin evinə daxil olmasından şübhələnib mənzilə daxil olmuşdur. Mənzilin yataq otağının səliqəsinin pozulmasını, yataq otağında ona məxsus 1000 manat dəyərində 01 ədəd qutunun içərisində elektrik qidalanması ilə birlikdə qara rəngli “Panasonic M3000” markalı videokameranın oğurlanmasını müəyyən etmişdir. Həmin vaxt Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Sonra mənzilin təhlükəsizlik kamerasının görüntüsünə baxdıqda monitorda olan vaxt və zaman göstəricisinə görə müəyyən etmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində kilidi olmayan, qıfıl yerinə sıxıb bərkitdiyi yumşaq məftil kəsiyini əli ilə açaraq küçə qapısınıdan həyətə daxil olub oradan yaşadığı evin kilidi omayan qapısını açmış və mənzilə daxil olaraq hər hansı bir əmlak oğurlamaq üçün mənzili axtarmış və yataq otağında olan ona məxsus 01 ədəd qutunun içərisində elektrik qidalandırıcısı ilə birlikdə qara rəngli “Panasonic M3000” markalı videokameranı oğurlayıb gəmin gün saat 12:55-də yaşayış sahəsindən çıxaraq tək piyada küçə ilə çıxıb getmişdir. Tez küçəyə çıxmış və qonşuluqda yaşayan Şahid Təqsirləndirilən şəxs ona məxsus videokameranı oğurlamasını və küçə ilə getməsini bildirmişdir. Şahid kənd ərazisində Təqsirləndirilən şəxs görmüş və Təqsirləndirilən şəxs oğurladığı ona məxsus həmin videokameranı Şahid vermiş və sonun həmin videokameranı gətirib ona qaytarmışdır. Videokameranı baxış və götürülməsi üçün polis əməkdaşlarına təqdim etmişdir. Həmin videokamera bütövlükdə ona məxsusdur və oğurlanadək saz vəziyyətdə olmuşdur. Ona məxsus videokameranın qiymətinin ekspertiza rəyi ilə 250 manat müəyyən edilməsinə etirazı yoxdur və həmin dəyəri qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Tovuz rayon Əyyublu kəndində yaşayır, Zərərçəkmiş şəxs qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində özünə məxsus olan avtomobili ilə Naidənin evinin qarşısından keçən zaman həmin vaxt evinin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs əl işarəsi ilə maşını saxladaraq məlumat vermişdir ki, yaşadığı mənzildən ona məxsus videokamera oğurlanmışdır. O da avtomobili ilə bir neçə küçəni gəzmiş və Tovuz rayonu Əyyublu kəndi ərazisində küçədə əlində videokameranın qutusu ilə piyada hərəkət edən həmkəndlisi, Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq ondan həmin videokameranın haradan əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı mənzildən götürmüşdür. О, əlindəki içərisində videokamera olan qutunu ona təqdim etmiş və o, videokamera olan qutunu həmkəndlisi Zərərçəkmiş şəxs qaytarmışdır. Təqsirləndirilən şəxs içərisində videokamera olan qutunu ona verərkən heç bir müqavimət göstərməmiş, könüllü olaraq qutunu ona vermişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2023-cü il tarixli 9/5549 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qutunun içərisndə qara rəngli, «Panasonic М3000» markalı videokameranın (elektrik qidalandırıcısı ilə birlikdə) istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminın 250 ( iki yüz əlli) manat müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik hüquqi şəxsin X2 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 651 saylı rəyi iləmüəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzvü şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0. xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs üzvü şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0. xəstəliyin keçirilməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən о hazırki cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini dərk etmək və ya idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyyacı yoxdur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 294 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsi zamanı orta dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurlmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Tovuz RPŞ-nin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə 10 may 2024-cü ildən həbsdədir. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd elektrik qidalandırıcısı ilə birlikdə “Panasonic M3000” markalı videokameranın qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 10 may 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək müddət, yəni həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydası ilə hesablanmaqla, 01 (bir) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 ədəd elektrik qidalandırıcısı ilə birlikdə “Panasonic M3000” markalı videokameranın qanuni sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-26/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-26/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver