Məhkəmə qərarları › İş №1(062)-27/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-27/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-27/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü Röya adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-545/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə əvvəllər analoji cinayət məsuliyyətinə verilməsinə, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsindəTovuz Rayon Məhkəməsinin 3(062)-271/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən xx.xx.2019-cu il tarixdən sonuncu təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5139,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2014-cü ildə faktiki olaraq evlənmiş, lakin nikahları rəsmiləşdirilməmişdir. Zərərçəkmiş şəxs ilə birgə yaşadığı dövrdə xx.xx.2015-ci il tarixdə X2 adlı bir övladı olmuşdur. Evləndikdən sonra Tovuz rayonu Əyyublu kəndində atasına məxsus fərdi yaşayış evində onunla ər-arvad münasibətində birgə yaşamışlar. Evli olduğu müddətdə o, Tovuz rayonu ərazisində fərdi qaydada fəhlə kimi işləyirmiş və orta hesabla aylıq gəliri 200-300 manat olumuş. Əvvəllər ər-arvad münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Zərərçəkmiş şəxs evi tərk edərək uşağı da özü ilə atası evinə aparmışdır. Zərərçəkmiş şəxs müraciəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-545/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat, sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra sənədi Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. İcra dövründə o, maddi durumu yaxşı olmadığı üçün məhkəmə qətnaməsinin icrasını tam təmin edə bilməmişdir. Əvvəllər yaranmış aliment borcunu ödəyə bilmədiyinə görə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmiş və onun barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə istintaqı dövründə yaranmış 2548,00 manat aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə tam şəkildə ödədiyinə görə cinayət işinin icraatına Tovuz Rayon Məhkəməsinin 1(062)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Sonradan yaranmış aliment borcunu ödəmədiyinə görə ona dəfələrlə xəbərdarlıq edilmiş və Tovuz rayon icra və probasiya şöbəsində izahatı alınmışdır. İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə təqdim edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən yaranmış aliment borcunu ödəmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də məhkəmə qərarının icrasını təmin edə bilməmişdir. Qeyd olunan qətnamə üzrə ilkin cinayət təqibi üçün təqdimat verilən xx.xx.2019cü il tarixdən, yenidən cinayət təqibi üçün təqdimat verilən xx.xx.2023-cü il tarixə kimi ödənilməli olan 6830,00 manat aliment borcundan icra dövründə ümumilikdə 1691,00 manat ödəniş etmiş, lakin ödənilməmiş qalıq aliment borcu 5139,00 manat təşkil edir. Bununla belə məhkəmə dövründə borcundan 500 manat məbləğdə ödəmişdir. Aliment borcunu tam ödəmək iqtidarında deyildir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2014-cü ildə faktiki olaraq evlənmiş, lakin nikahı rəsmiləşdirilməmişdir. Birgə yaşayışlarından xx.xx.2015-ci il təvvəllüdlü Röya adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra Tovuz rayonu Əyyublu kəndində Təqsirləndirilən şəxs yaşadığı evdə onunla ər-arvad münasibətində birgə yaşamışlar. Həmin müddətdə Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində fərdi qaydada fəhlə kimi işləyirmiş və orta hesabla aylıq gəliri 500,00-600,00 manat təşkil edirmiş. Aralarında olan münasibət pozulduğu üçün xx.xx.2016-cı ildə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-545 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat, sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2017-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Əvvəllər yaranmış 2548,00 manat aliment borcunu ödəmədiyinə görə icra məmuru tərəfindən xx.xx.2019-cu ildə borclu Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət etmiş və onun barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaaraq istintaq aparılmışdır. İstintaq dövründə də aliment borcunu ödəmədiyinə görə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs yaranmış 2548,00 manat aliment borcunu onun xeyrinə tam ödədiyinə görə cinayət işinin icraatına Tovuz Rayon Məhkəməsinin 1(062)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Buna baxmayaraq yenidən yaranmış aliment borclarını ödəməmiş və buna görə borclu Təqsirləndirilən şəxs aliment üzrə borclarından ödəniş etməməsi ilə bağlı xəbərdarlıq edilmiş və izahatı alınmışdır. Bundan sonra yaranmış aliment borcunu ödəmədiyinə görə borclu Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsilə protokol tərtib olunmuş və baxılması üçün Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs yaranmış aliment borcunu ödəmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs maddi imkanın olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Təqsirləndirilən şəxs cinayət təqibi üçün ilkin təqdimat verilən xx.xx.2019-cu il tarixdən sonuncu cinayət təqibi üçün təqdimat verilən xx.xx.2023-cü il tarixə kimi ödəməli olduğu 6830,00 manat aliment borcundan icra dövründə ümumilikdə 1691,00 manat ödəniş etmiş, lakin 5139,00 manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə dövründə isə yalnız 250 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxsin 500 manat ödəniş etməsi yalandır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Tovuz rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 545/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş Röya adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs hər ay 136.60 manat məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2017-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs əmlak və gəlirlərinin olub-olmaması ilə bağlı elektron icra sistemi vasitəsi ilə yoxlanılmış, borcluda tələbin yönələ biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. xx.xx.2019-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcraat dövründə yaranmış 2548,00 manat aliment borcunu ödəmədiyinə görə xx.xx.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmiş və onun barəsində AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri aparılmışdır. İstintaq dövründə də aliment borcunu ödəmədiyinə görə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs yaranmış 2548,00 manat aliment borcunu tələbkarın xeyrinə tam ödədiyinə görə cinayət işinin icraatına Tovuz Rayon Məhkəməsinin 1(062)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Buna baxmayaraq yenidən yaranmış aliment borclarını ödəməmiş və buna görə borclu Təqsirləndirilən şəxs aliment üzrə borclarından ödəniş etməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Yaranmış aliment borcunu ödəmədiyinə görə borclu Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsilə protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti məhkəməyə təqdim edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məkəmə qətnaməsi üzrə ilkin cinayət təqibi üçün təqdimat verilən xx.xx.2019-cü il tarixdən, sonuncu cinayət təqibi üçün təqdimat verilən xx.xx.2023-cü il tarixə kimi ödənilməli olan 6830,00 manat aliment borcundan borclu Təqsirləndirilən şəxs icra dövründə ümumilikdə 1691,00 manat ödəniş etmiş, lakin ödənilməmiş qalıq aliment borcu 5139,00 manat təşkil edir. Borclu Təqsirləndirilən şəxs qətnamədə göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə əvvəllər analoji cinayət məsuliyyətinə verilməsinə və inzibati qaydada həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X3 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanılması və icraata qəbul edilməsi» haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-545/2017 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-545/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, xx.xx.2015-ci ildə doğulmuş Röya adlı uşağın atasının Təqsirləndirilən şəxs olması faktı müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 136,60 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən başlamaqla alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. «İcraata başlama haqqında» xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-545/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icraata başlanmışdır. «Tələbin könüllü icrası barədə» xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və dərhal icra sənədinin icra edilməsi tələb edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(062)-271 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsi icra məmuru tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs barəsində başlanmış Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət işinin icraatına Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Müvəqqəti saxlama yerindən azad edilmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını qanunamüvafiq hesab edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi mümkün edir. Məhkəmənin qənaətinə görə cəzanın növü və həddi müəyyən edilərkən, cəza təyin etmənin ümumi prinsipləri rəhbər tutulmalı, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmaması qeyd edilməli, zərərçəkmiş şəxsin ondan şikayətçi olması, zərərçəkmiş şəxslə razılıq əldə olunmaması, qismən ödəniş edilməklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin uzun müddət icra edilməməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, habelə məhkəmə baxışı zamanı qaçıb gizlənməsi, axtarışda olub cinayət məsuliyyətindən yayınmağa cəhd göstərməsi nəzərə alınmalı və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş kifayət edən həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli isə onun məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilisin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar