Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-27/2025 01.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Tovuz rayonu Qovlar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, müharibə veteranı, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilmiş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 01 radələrində Şahid1 icarə müqaviləsi əsasında istifadəsində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən ictimai yer hesab olunan "777" adlı kafedə müştəri qismində əyləşib spirtli içkilər qəbul etdikdən sonra sərxoş halda, həmin vaxt kafedə müştəri qismində əyləşmiş Şəmkir rayonu, Sabirkənd kənd sakini Zərərçəkmiş şəxs musiqi sədaları altında oynayan zaman ehtiyatsızlıqdan əlinin onun kürək nahiyəsinə dəyməsini bəhanə edərək ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs qanuni mənafelərinə toxunan, hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, zor tətbiq olunması ilə müşayiət edilən, həmin şəxsin və kafedə olan digər müştərilərin təxminən 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə təpik və yumruq zərbələri ilə bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrində zərbələr vuraraq, sonuncuya sağ gözaltı nahiyənin qançır-şişkinliyi və sağ üst göz qapağının qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və burun sümüyünün orta 1/3-nin yerdəyişməli sınığı ilə müşayiət edilən burun nahiyəsinin qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurmaqla ictimai qayanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərinə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 sentyabr 2024-cü il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndinə toy məclisinə dəvət almış və o, həmin tarixdə həmin toy məclisində iştirak etmiş və toy məclisindən gecə saat təxminən 23 radələrində çıxmışdır. O, həmin toy məclisində spirtli içki olan araq qəbul etmişdir. O, toy məclisindən çıxdıqdan sonra dostları ilə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən "777" adlı kafeyə getmək qərarına gəlmişdir. O, həmin kafeyə dostu Cavidlə birlikdə getmişdir. Onlar kafeyə daxil olaraq orada girişdə sol tərəfdə oturmuş və özləri üçün spirtli içki olan pivə sifariş etmişlər. Bundan sonra isə onların yanına Cavidin tanışları olan bir-iki nəfər də gəlmişdir. O, həmin zaman orada təxminən bir bakal pivə içmişdir. O, daha sonra stoldan durmuş, sanitar qovşağına getmiş və bir qədər sonra geri oturduğu stola qayıtmışdır. Stola yaxınlaşan zaman bir nəfər şəxsin onların oturduqları stolun yanında oynadığını görmüşdür. O, öz oturduğu stola yaxınlaşan zaman dostları ilə birlikdə söhbət etmiş və bir qədər də əylənmişdir. O, pivə içən zaman stolun yanında ayaq üstə durmuşdur. Ayaq üstə olan zaman birdən-birə bir nəfər şəxsin əlinin onun kürək nahiyəsinə dəydiyini bilmiş və o, bundan sonra geri çevrilmiş və həmin şəxsin onun tanışı və dostu olmadığını görmüşdür. Həmin şəxs ona əl uzadaraq üzr istəmək istəsə də, həmin zaman sərxoş olduğu üçün həmin şəxsin ona sataşdığını zənn etmiş və bunun üçün də Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. O, yumruqla zərbə endirdikdən sonra Zərərçəkmiş şəxs bir qədər uzaqlaşmış, o isə əsəbi halda olduğu üçün onun üzərinə tərəf getmiş və daha sonra ətrafda olan şəxslər onların mübahisə etməklərinə münasibət bildirərək onların aralarında olan münaqişənin böyüməməsi üçün onları aralamışlar. Daha sonra o, ətrafda olan şəxslər tərəfindən kafedən çölə çıxarılmışdır. Həmin zaman Zərərçəkmiş şəxs etdiyi hərəkətdən çox əsəbləşmişdir. Çöldə bir qədər gözləmiş və bundan sonra Zərərçəkmiş şəxs çölə çıxdığını görmüşdür. Çölə çıxan zaman Zərərçəkmiş şəxs burnundan qan gəldiyini bilmiş və görmüşdür. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş və polis əməkdaşlarının gəldiyini görsə də, polis əməkdaşları Məmmədin orada olduğunu görməmişlər. Daha sonra dostları ilə birlikdə avtomobillə oradan uzaqlaşmışdır. Növbəti gün isə polis əməkdaşları ona zəng edərək Tovuz rayon polis şöbəsinə gəlməli olduğunu bildirmişlər və o, bundan sonra Tovuz rayon polis şöbəsinə getmişdir. Tovuz rayon polis şöbəsində dalaşdığı şəxsin Şəmkir rayonu, Sabirkənd kənd sakini olduğunu bilmiş və həmin şəxsin burnunun qırıldığını və ondan şikayətçi olduğunu bilmişdir. Bildirmişdir ki, o, daha sonra dəymiş ziyanla əlaqədar olaraq Zərərçəkmiş şəxs dəymiş ziyanı qarşılamış və həmin şəxsin ondan hal-hazırda hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla hər hansı bir ədavəti, düşmənçiliyi olmamışdır. Həmçinin onun Təqsirləndirilən şəxs ilə hər hansı bir qohumluq əlaqəsi yoxdur. 23 sentyabr 2024-cü il tarixdə onun az-ağır bədən xəsarəti alması ilə nəticələnən hadisənin mahiyyəti ilə bağlı bildirmişdir ki, 22 sentyabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində o, yaxın dostları olan Əmrah və Raufla birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən "777" adlı kafeyə pivə içmək üçün gəlmişdir. Onlar həmin kafeyə daxil olmuş və içəridə özləri üçün bir stol taparaq orada oturmuşdurlar. O, dostları Omrah və Raufla birlikdə təxminən 5-6 bakal pivə içmişdir. Bundan sonra o, kefi yaxşı olduğu üçün oturduğu stoldan ayağa qalxmış və oynamaq üçün 20 manat ödəniş edərək "Şəmkirim" mahnısı ifa etdirmişdir. Daha sonra kafenin içərisində oynamağa başlamışdır. O, kafedə oynayan zaman kafenin içərisində təxminən 50-60 nəfər adam olmuş və o oynayan zaman həmin kafedə işləyən qızlar da ondan bir qədər qıraqda özləri üçün oynamışdırlar. O, ifa etdirdiyi mahnının sədaları altında bir qədər oynamış və bu zaman onun oynadığı yerlə yaxın məsafədə olan bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs ayaq üstündə stolda yaxın dostları ilə olduğunu görmüşdür. Bu zaman o, mahnının sədaları altında oynayarkən bilmədən ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs kürək nahiyəsinə dəymiş, bundan sonra Təqsirləndirilən şəxs ona tərəf çevrilmiş və o, əli Məmmədin kürəyinə dəydiyi üçün ondan üzr istəmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs birdən-birə sağ əli ilə yumruqla bir dəfə onun üz nahiyəsindən zərbə endirmişdir. Zərbənin təsirindən özünü bir qədər pis hiss etmiş və huşunu itirmişdir. Həmin zərbədən sonra Məmməd Cavanşir oğlu dayanmadan yenə də onun üzərinə doğru gəlmiş və onun bel nahiyəsindən bir neçə təpiklə və yumruqla vurmuşdur. Bundan sonra orada olan şəxslər Məmmədi tutaraq onu yenidən vurmasının qarşısını almışlar. Məmməd onu vurduqdan sonra onun burnundan qan gəldiyini bilmişdir. Bundan sonra ətrafda olan şəxslər onları kafedən çölə çıxartmışlar. Digər şəxslər onları çölə çıxardan zaman Təqsirləndirilən şəxs hamının içərisində dayanmadan nalayiq ifadələr işlətmişdir. Onlar kafedən çölə çıxdıqdan sonra Məmməd yenidən onunla dalaşmaq istəmiş və yenidən onun üzrəinə gəlmişdir. Başqa şəxslər isə onları mübahisə etməyə qoymamışlar və bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və aralarında olan mübahisə sona çatmışdır. Daha sonra o, yanında olan Rauf və Əmrahla birlikdə Şəmkir rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş və burnunda olan qanaxmanı dayandırmış, gözaltında olan yaralarını sarımışlar. Bundan sonra xəstəxanada olan həkimlər Şəmkir rayon polis şöbəsinə bu barədə məlumat vermişlər. O da həmin zaman DİN-nin 102 zəng xidmətinə zəng edərək Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən "777" adlı kafedə döyülməsi barədə məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "777" çay evində işçilərə nəzarət edən zaman içəridə bir nəfər şəxs musiqiçidən "Şəmkirim" mahnısını ifa etməsini istəyərək onun sədaları altında oynayırmış. O, həmin şəxsin Şəmkir rayon sakini olduğunu bilmiş, onu yaxından tanımasa da kafeyə gəlib-getdiyi üçün üzdən tanımışdır. Həmin şəxsin yanındakı stolda isə rayon uşaqları oturmuş, həmin şəxslərdən biri isə, yəni Təqsirləndirilən şəxs ayaq üstə duraraq stolda oturan tanışları ilə söhbət etmişdir. O, Təqsirləndirilən şəxs da kafeyə tez-tez gedibgəldiyi üçün tanımışdır. Həmin zaman kafenin içərisində Şəmkir rayon sakini Zərərçəkmiş şəxs musiqi sədaları altında tək özü üçün oynamışdır. O, bundan sonra kafenin digər zalına keçmiş, bir qədər sonra kafedə işləyən qızlardan biri qaçaraq onun yanına gəlmiş və iki nəfər şəxsin mübahisə etdiyini bilmişdir. O, bundan sonra dərhal kafenin digər zalına keçmiş və xeyli sayda insanın kafenin küncünə toplaşdığını görmüşdür. Həmin şəxslərə yaxınlaşmış, onlara yaxınlaşan zaman Zərərçəkmiş şəxs gözünün altının göyərdiyini, burnunun isə qanadığını görmüşdür. Təqsirləndirilən şəxs yenidən İsmayılı vurmaq istəyən zaman isə o və kafedə olan digər şəxslər onlar arasında olan mübahisəni sonlandırmış və onlardan kafedən çölə çıxmağını istəmiş və bundan sonra onlar kafedən çölə çıxmışlar. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş və mübahisə edən şəxsləri Tovuz rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2ifadəsində göstərmişdir ki, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yerləşən "777" çay evində musiqiçi kimi fəaliyyət göstərmişdir. 2024-cü il sentyabrın 23-də kafedə xeyli sayda insan istirahət etmək üçün gəlmiş və kafedə demək olar ki, 40-50 nəfər adam olmuşdur. O, musiqi ifa edən zaman bir nəfər şəxs ona yaxınlaşaraq "Şəmkirim" mahnısını ifa etməyini istəmişdir. Həmin şəxsi o yaxından tanımamış, ancaq buna baxmayaraq həmin şəxs kafeyə ara-sıra gedib-gəldiyi üçün üzdən tanımışdır. Daha sonra o, həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Şahin kafedə ona yaxınlaşdıqdan sonra o, Şahinin istədiyi mahnını ifa etməyə başlamış və Şahin bundan sonra mahnının sədaları altında oturduğu stol yanında tək oynamağa başlamışdır. Həmin zaman Şahindən bir stol sonra kafeyə gəldiyi üçün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ayaq üstündə duraraq dostları ilə söhbət etmişdir. Şahin oynayan zaman o, birdən-birə ehtiyatsızlıqdan ayaq üstə durmuş Məmmədin kürək hissəsinə dəydiyini görmüşdür. Bu zaman Şahin əlinin Məmmədin kürəyinə dəydiyi üçün Məmməddən üzr istəmiş, lakin buna baxmayaraq Məmməd ona tərəf çevrilmiş və Şahinə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Şahin Məmməddən üzr istəsə də, Məmməd buna baxmayaraq yumruqla bir dəfə Şahinin üz nahiyəsindən zərbə endirmiş, zərbədən sonra Şahin əli ilə burnunu tutmuşdur. Bundan sonra da Məmməd dayanmayıb Şahinin üzərinə doğru getmiş və onu vurmaq istəmişdir, lakin bu zaman o və kafedə olan digər şəxslər Məmmədin yenidən Şahini vurmasına qoymamışlar. Bundan sonra Məmmədi özü ilə birlikdə gəldiyi şəxslər kafedən çölə çıxartmışdırlar. Şahid3, Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmadığından onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Tovuz rayonu, Aşağı Quşçu kəndində, "777" adlı kafedə baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin 24 sentyabr 2024-cü il tarixli, 787 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər burun qanaxması və burun sümüyünün orta 1/3-nin yerdəyişməli sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sağ gözaltı nahiyənin qançır-şişkinliyi və sağ üst göz qapağının qançırı - küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Şəmkir rayon mərkəzi xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən burun qanaxması və burun sümüyünün orta 1/3-nin yerdəyişməli sınığı ilə müşayiət edilən burun nahiyəsinin qançır-şişkinliyi dərəcəsinə görə sağlamlığa uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Baxış və götürmə aparılması barədə 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Tovuz rayonunun Aşağı Quşçu kəndində fəaliyyət göstərən ictimai yer hesab olunan "777" adlı kafedə quraşdırılmış kamera vasitəsilə çəkilmiş videogörüntülərə baxış keçirilmiş, həmin videogörüntü 1 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin diskə baxış zamanı bir nəfər şəxsin oynaması, həmin vaxt onun əlinin başqa bir şəxsin belinə dəyməsi, sonuncunun ona tərəf çevrilib onun sifət nahiyəsinə qəsdən yumruqla bir dəfə zərbə vurması, daha sonra isə üzərinə doğru gedərək onun bel nahiyəsinə təpiklə və yumruqla zərbə endirməsi və həmin vaxt kafedə olan müştərilərin və işçilərin gəlib onları aralamaları və kafedən çölə çıxarmaları müəyyən olunmuşdur. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58- ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Tovuz rayon İcra Hakimiyyəti Başçısının Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş 100107 nömrəli vəsiqəyə əsasən vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İ-58898 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250S nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-5210 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 5210 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-9375 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi (CM- 59.1.13), törətdiyi əməldən peşman olması (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-27/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-27/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver