Məhkəmə qərarları › İş №1(062)-28/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-28/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-28/2023 15.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təmir işləri ilə məşğul olarkən, yəni həmin evin zirzəmisinin darvazasını rəngləyən zaman sonuncunun evin zirzəmisində taxtaların üstündə olan dəmir açarların yığılması üçün nəzərdə tutulmuş dəmir materiallı qutunun içərisinə pul qoyduğunu görüb özgənin əmlakını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs evdə olmadığını bilib evin zirzəmisinə icazəsi olmadığı halda qanunsuz daxil olaraq içərisində 1.700 manat dəyərində 1.000 ABŞ dolları məbləğində pul olan dəmir qutunu gizli olaraq götürüb həmin vaxt onunla birlikdə həmin mənzilin təmiri ilə məşğul olan, onun törətdiyi cinayət əməlindən xəbəri olmayan tanışı Şahid2 gizlin, ona məxsus təmir alətləri yığılmış plastik materiallı qutunun (yeşiyin) içərisinə qoyaraq oğurlamış, yəni gizli olaraq talamış, daha sonra hər hansı yolla oğurladığı həmin pul vəsaitini həmin qutudan götürmək imkanının olduğuna əmin olduğu üçün orada saxlamış, araşdırma zamanı Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 10:10 radələrindən 10:50 radələrinədək Şahid2 yaşadığı Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən evində ona məxsus təmir alətləri yığılmış plastik materiallı həmin qutuya (yeşiyə) baxış keçirilən zaman 1.700 manat dəyərində 1.000 ABŞ dolları məbləğində pul vəsaiti oradan aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının ortalarında tanışı Şahid2la Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində, yaşadığı evin yerləşdiyi küçədə görüşmüş, həmin vaxt Şahid2 ona ünvan 3 ünvanında yerləşən Emin adlı şəxsə məxsus fərdi yaşayış evində görülməli olan bir sıra təmir işlərinin olduğunu bildirərək birlikdə həmin evdə işləməyi təklif etmişdir. O, Şahid2la razılaşmış və xx.xx.2022-ci il tarixdə Şahid2 və Şahid1la birlikdə işləmək üçün Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Onlar həmin gündən başlayaraq 4 gün müddətində Zərərçəkmiş şəxs məxsus щямин fərdi yaşayış evində işləmişlər. Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində işlədikləri müddətdə oнунла диэяр iş yoldaşları Zaur вя Rövşən олмуш, həmçinin tanımadığı bir neçə nəfər bənnaлыгла мяшьул олан ustalar олмушдур. Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvləri səhər saatlarında yaşadıqları evdən çıxaraq axşam saat 18 radələrində geri qayıtmışlar. xx.xx.2022-ci il tarixdə o, iş yoldaşı Şahid2la birlikdə Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisinin giriş qapısını rəngləyən zaman sonuncunun zirzəmidə əşyaların yerləşdirilməsi üçün nəzərdə tutulmuş dolabın üzərində olan bir ədəd dəmir qutunun içərisinə həmin vaxt dəqiq məbləğini bilmədiyi ABŞ dolları yerləşdirdiyini görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs zirzəmidən çıxaraq onların yanından keçib getmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisində əşyaların yerləşdirilməsi üçün nəzərdə tutulmuş dolabın üzərində olan bir ədəd dəmir qutunun içərisinə ABŞ dolları yerləşdirdiyini görməsi barədə hər hansı bir şəxsə məlumat verməmiş və növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin təmir işlərini bitirdikdən sonra o, zirzəmidə hər hansı bir şəxsin olmadığına və beləliklə hər hansı bir şəxsin onu görməməsinə əmin olduqdan sonra tək zirzəminin giriş qapısından daxil olaraq orada əşyaların yerləşdirilməsi üçün nəzərdə tutulmuş dolabın üzərində olan bir ədəd dəmir qutunu açdıqda içərisində 1000 (min) ABŞ dolları məbləğində nağd pul olduğunu görmüşdür. Bundan sonra dərhal içərisində pul olan həmin qutunu götürərək Şahid2 məxsus təmir alətlərinin arasında gizlətmişdir. О, hər hansı bir şəxsin içərisində 1000 ABŞ dolları məbləğində nağd pul olan dəmir qutunun onun tərəfindən oğurlanmasından şübhələnməyəcəyini düşünmüş, bir neçə gündən sonra içərisində 1000 ABŞ dollar məbləğində nağd pul olan dəmir qutunu bir bəhanə ilə Şahid2 almağı planlaşdırmışdır. Beləliklə onlar xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində görməli olduqları təmir işlərini yekunlaşdırmış, bundan sonra Zərərçəkmiş şəxs ona və digər iki iş yoldaşına dəqiq xatırlamadığı məbləğdə zəhmət haqlarını vermişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evində olarkən tanımadığı polis əməkdaşları Şahid2la birlikdə yaşadığı evə gəlmişlər və polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman o, artıq etmiş olduğu oğurluq əməlinin aşkar olunduğunu başa düşmüş və könüllü şəkildə polis əməkdaşları ilə birlikdə Tovuz RPŞ-nin inzibati binasına getmişdir. O, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisindən içərisində 1000 ABŞ dollar məbləğində nağd pul olan dəmir qutunu oğurlayan zaman onu hər hansı bir şəxs görməmişdir. Belə ki, o, bu barədə hər hansı bir şəxsə məlumat verməmişdir, həmçinin Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin zirzəmisindən içərisində 1000 ABŞ dollar məbləğində nağd pul olan dəmir qutunu oğurlayan zaman tək olmuş və ona həmin vaxt hər hansı bir şəxs bu və ya digər formada oğurluq etməyində kömək etməmişdir. Həmçinin qeyd etdi ki, zərərçəkmiş şəxs ona və digər ustalara qəti şəkildə bildirmişdir ki, zirzəminin içərisinə daxil olmasınlar. Orada həqiqətən hər hansı iş görülməsi barədə razılaşmamışlar. Yalnız qarajın darvazası rənglənməli idi. Hazırda törətdiyi oğurluq əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəyərək sonuncu ilə barışmışdır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, о, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən yaşadığı evi təmir etdirmək üçün dostu Şahid3 yaşadığı fərdi yaşayış evində bəzi görülməli təmir işlərinin olduğunu deyib sonuncudan peşəkar usta tanışının olub-olmadığını soruşmuş, Şahid3 ona Tovuz rayon sakini, Şahid2 yaxşı usta olduğunu bildirib yaşadığı evin təmir işləri üçün sonuncu ilə maraqlanacağını demişdir. Həmin gün dostu Şahid3 Şahid2la birlikdə ünvan 3 ünvanında yerləşən onun yaşadığı evə təmir işləri ilə tanış olmaq üçün gəlmiş, bundan sonra usta Şahid2 görülməli işlərlə tanış olduqdan sonra onlar təmir işlərinə xx.xx.2022-ci il tarixdə başlamağı qərara almışlar. xx.xx.2022-ci il tarixdə təmir ustası Şahid2 iki nəfər şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə yaşadığı evə gəlmişlər. Həmin vaxt yaşadığı evdə ondan başqa hər hansı bir şəxs olmamışdır. O, həmin şəxslərə yaşadığı evin təmir işlərinin görülməli olduğu ərazilərini göstərərək yekunda Şahid2 ilə ümumilikdə 600 (altı yüz) manat müqabilində razılaşaraq təmir işlərinə başlamışlar. Şahid2 və onunla birlikdə yaşadığı evdə işləyən şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs və Şahid1 yaşadığı evdə təmir işlərini xx.xx.2022-ci il tarixdə yekunlaşdırmışlar. Bundan başqa təxminən 3 ay müddət idi ki, o, yaşadığı ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən zirzəmidə əşyaların yerləşdirilməsi üçün nəzərdə tutulan rəfin (polka) üzərində qara rəngli, düzbucaqlı formasında olan, dəmir materialından düzəldilmiş alət qutusunun içərisində 1000 ABŞ dolları məbləğində nağd pulu özü üçün saxlayırmış. 1000 ABŞ dolları məbləğində nağd pulu həmin qutuda saxlamaqla o, həmin pulların orada olmasından hər hansı bir şəxslərin şübhələnə bilməyəcəyindən, yəni oğurluq məqsədilə hər hansı bir şəxslər yaşadığı evə daxil olduğu halda həmin pul vəsaitlərini bir növ qorumaq məqsədilə tədbir olaraq dəmir alət qutusunun içərisində saxlayırmış. Həmin pul vəsaitlərinin həmin dəmir qutuda olmasından ailə üzvləri də daxil olmaqla hər hansı bir şəxslərin məlumatları olmamışdır. Şahid2 və onunla birlikdə yaşadığı evdə işləyən Təqsirləndirilən şəxs və Şahid1 yaşadığı evdə təmir işləri görən zaman da həmin 1000 ABŞ dolları məbləğində nağd pul zirzəmidə yerləşən dəmir alət qutusunun içərisində olmuşdur. O, sonuncu dəfə 1000 ABŞ dolları məbləğində nağd pulunun yerində olub-olmadığını yoxlamaq məqsədilə xx.xx.2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin zirzəmisinə tək şəkildə daxil olmuş, bundan sonra dəmir alət qutusunun yerləşdiyi rəfin içərisindən dəmir alət qutusunu götürüb pulların yerində olub-olmadığına baxmış və ona məxsus pul əskinazlarının yerində olduğunu görmüşdür. Həmin vaxt zirzəminin giriş qapısını rəngləyən Şahid2 və Təqsirləndirilən şəxs onun zirzəmiyə daxil olduğunu görmüşlər. O, alət qutusunun içərisinə baxarkən də onlar orada işləmişlər və qapı açıq olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə yaşadığı evin təmir işləri yekunlaşmış və o həmin şəxslərə verməli olduğu pulu vermişdir. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evdə olarkən zirzəmidə yerləşən alət qutusunun içərisində saxladığı 1000 ABŞ dolları məbləğində pulunun yerində olub-olmadığını yoxlamağa getmiş, bu zaman o, içərisində pul saxladığı alət qutusunun yerində olmadığını görmüşdür. O, həmin alət qutusunun yaşadığı evdə təmir işləri üçün işləyən Şahid2, Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən oğurlanmasından şübhələnərək bu barədə dostu Şahid3 bildirmiş və qərarlaşdırmışlar ki, Şahid2 yaşadığı evə gedərək könüllü şəkildə oğurlamış olduqları pulu geri qaytarmalarını tələb etsinlər. Bundan sonra o, Şahid3la birlikdə Şahid2 Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində yerləşən yaşadığı evə getmiş və baş verən hadisə barədə sonuncuya bildirmişlər. Şahid2 isə onun yaşadığı evdən pul vəsaiti oğurlanmasından məlumatının olmadığını bildirmişdir. Bundan sonra o, yaşadığı evdən 1000 ABŞ dolları məbləğində nağd pulunun oğurlanması barədə Tovuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq cinayəti nəticəsində 1700 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin qeyd etmişdir ki, ustalara zirzəminin içərisinə daxil olmamalarını qəti şəkildə bildirmişdir. Çünki onlara zirzəminin içərisində hər hansı işlərin görülməsini tapşırmamışdır. Yalnız zirzəminin giriş darvazası rənglənməli idi. Hazırda ona dəymiş maddi ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşayır. Usta olaraq işləyərək özünün və ailə üzvlərinin gündəlik tələbatlarını qarşılamağa çalışır. Tovuz rayon sakinləri Şahid2 və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, həmin şəxslərlə əvvəllər birlikdə ev təmiri işində işləmişlər. xx.xx.2022-ci il tarixdə Şahid2 ona məxsus mobil telefona zəng edərək ünvan 3 ünvanında yerləşən Emin adlı şəxsə məxsus fərdi yaşayış evində görülməli olan bir sıra təmir işləri olduğunu bildirərək birlikdə həmin evdə işləməyi ona təklif etmişdir. O, həmin vaxt Şahid2la razılaşmış və xatırladığı qədər həmin telefon danışığından 2 (iki) gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə işləmək məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Onlar həmin gündən başlayaraq xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində işləmişlər. Onlar işlədiyi müddətdə sonuncunun yaşadığı fərdi yaşayış evində gün ərzində o və iş yoldaşları Şahid2la Təqsirləndirilən şəxs, həmçinin tanımadığı bir neçə nəfər bənna ustalarından başqa hər hansı bir şəxs olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs da daxil olmaqla ailə üzvləri olan həyat yoldaşı və anası səhər yaşadıqları evdən çıxaraq növbəti dəfə saat 18 radələrində geri qayıtmışlar. Beləliklə onlar xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində görməli olduqları təmir işlərini yekunlaşdırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs ona və digər iki iş yoldaşına hazırda dəqiq xatırlamadığı məbləğdə zəhmət haqqlarını vermiş və bundan sonra o, son rəngsaz işlərini görən vaxt Təqsirləndirilən şəxslə Şahid2 da təmir işləri üçün istifadə etdikləri alətləri sonuncuya məxsus “Vaz-2106” markalı avtomobilin yük yerinə yerləşdirmişlər. Daha sonra onlar ayrılmışlar. Xatırladığı qədər xx.xx.2022-ci il tarixdə o, Mahir Ələkbərov adına Tovuz şəhəri tam orta məktəbi ilə üzbəüzdə yerləşən çayxanada xalası oğlu Tapdıq Məmmədovla birlikdə pivə içərkən Şahid2 istifadəsində olan mobil telefona zəng edərək onunla təcili görüşmək istədiyini bildirmişdir. O, Şahid2 olduğu yeri bildirmiş və bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxslə Şahid2 sonuncuya məxsus avtomobil ilə Mahir Ələkbərov adına Tovuz şəhəri tam orta məktəbi ilə üzbəüzdə yerləşən çayxananın yaxınlığına gəlmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs və Şahid2 yaxınlaşmış və avtomobilə əyləşmişdir. Bu zaman Şahid2 bir neçə gün əvvəl evində işlədikləri Zərərçəkmiş şəxs yaşadığı evdən içərisində 1000 ABŞ dolları məbləğində nağd pul olan dəmir alət qutusunun oğurlandığını bildirmişdir. O, həmin vaxt təəccüblə təcili Zərərçəkmiş şəxsla görüşərək məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq lazm olduğunu Şahid2 demiş, sonuncu Zərərçəkmiş şəxs Urfan adlı tanışına zəng edərək görüşmək istədiklərini bildirmişdir. Urfan adlı şəxs isə artıq Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi ilə bağlı rəsmi şəkildə Tovuz RPŞ-yə müraciət etdiyini bildirmişdir. O, növbəti gün Tovuz RPŞ-nin polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə getmişdir. O, Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində işlədikləri müddətdə sonuncunun özü və ya ailə üzvləri tərəfindən fərdi yaşayış evinin zirzəmisində yerləşən dəmir alət qutusuna pul vəsaiti yerləşdirmələri və ya həmin qutudan pul vəsaiti götürmələrini görməmiş, həmçinin Şahid2 və ya Təqsirləndirilən şəxs bu qeyd olunan xüsusatla bağlı nə ona hər hansı bir məlumat verməmişlər, nə də öz aralarından müzakirə etmələrindən məlumatı olmamışdır. Onun Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən içərisində 1000 ABŞ dolları məbləğində nağd pul olan dəmir alət qutusunun oğurlanmasında Şahid2 məlumatının olub-olmaması barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşayır. Usta olaraq işləyərək özünün və ailə üzvlərinin gündəlik tələbatlarını qarşılamağa çalışır. Tovuz rayon sakinləri Şahid1 və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, həmin şəxslərlə əvvəllər birlikdə ev təmiri işində işləmişlər. xx.xx.2022-ci il tarixdə tanışı, Tovuz rayon sakini Şahid3 həmin tarixdə işlədiyi ünvana gələrək Emin adlı yaxın bir dostunun yaşadığı fərdi yaşayış evinin bir sıra görülməli olan təmir işlərinin olduğunu bildirmiş və ondan həmin təmir işlərini etmək üçün uyğun vaxdının olub-olmadığını soruşmuşdur. Həmin vaxt o, iş yoldaşları Şahid1 və Təqsirləndirilən şəxslə birlikdə tanışı Urfanın nəzərdə tutduğu Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçədə, yəni sonuncunun əmisi evində işləmişlər. Bundan sonra o, Şahid3 problem olmadığını, görülməli olan təmir işlərinə gedib baxacağını bildirmiş və həmin gün ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə getmişdir. O, görülməli təmir işləri ilə tanış olduqdan sonra Şahid3 və Zərərçəkmiş şəxsla razılaşaraq xx.xx.2022-ci il tarixdən işə başlayacağını bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, iş yoldaşları Şahid1 və Təqsirləndirilən şəxslə birlikdə təmir işləri görmək məqsədilə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə getmişlər. Onlar həmin gündən başlayaraq xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində işləmişlər. İşlədikləri müddətdə sonuncunun yaşadığı fərdi yaşayış evində gün ərzində o və iş yoldaşları Şahid1la Təqsirləndirilən şəxs, həmçinin tanımadığı bir neçə nəfər bənna ustalarından başqa hər hansı bir şəxs olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs da daxil olmaqla ailə üzvləri olan həyat yoldaşı və anası səhər yaşadıqları evdən çıxaraq növbəti dəfə saat 18 radələrində geri qayıtmışlar. Beləliklə onlar xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində görməli olduqları təmir işlərini yekunlaşdırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs zəhməthaqqlarını vermiş və Təqsirləndirilən şəxs təmir işləri üçün istifadə etdikləri alətləri ona məxsus “Vaz-2106” markalı avtomobilin yük yerinə yerləşdirmişlər. Daha sonra onlar ayrılmış və Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq öz yaşadıqları evə getmişlər. Bundan iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə o, Tovuz rayonu, Aşağı Öysüzlü kənd ərazisində yerləşən yaşadığı evdə olarkən Şahid3 Zərərçəkmiş şəxsla birlikdə yaşadığı evə gələrək sonuncuya məxsus fərdi yaşayış evinin zirzəmisindən içərisində 1000 ABŞ dolları məbləğində nağd pul olan bir ədəd dəmir qutunun o və iş yoldaşları Şahid1la Təqsirləndirilən şəxs işlədiyi müddətdə oğurlanmasını bildirmişlər. O, həmin şəxslərə bu barədə hər hansı bir məlumatının olmadığını demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs və Şahid1 birlikdə bir neçə gün əvvəl evində işlədikləri Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən içərisində 1000 ABŞ dolları məbləğində nəğd pul olan dəmir alət qutusunun oğurlandığını bildirmişdir. Bu zaman Şahid1 məlumatının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs isə bəlkə də yalnışlıqla içərisində 1000 ABŞ dolları məbləğində nəğd pul olan dəmir alət qutunu təmir alətlərinin içərisinə yerləşdirdiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs Tovuz RPŞ-nə ərizə ilə müraciət etdiyini bilmiş və buna görə də polis şöbəsinə dəvət edilmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə onun icazəsi ilə yaşadığı evə baxış keçirilmiş və bu zaman təmir alətlərinin arasında içərisində 1000 ABŞ dolları məbləğində nağd pul olan bir ədəd dəmir qutu aşkar edilmişdir. Onun həmin qutunun yaşadığı evə gətirilməsindən, eyni zamanda həmin qutunun içərisində 1000 ABŞ dolları məbləğində nağd pul olmasından məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində işlədikləri müddətdə sonuncunun özü və ya ailə üzvləri tərəfindən fərdi yaşayış evinin zirzəmisində yerləşən dəmir alət qutusuna pul vəsaiti yerləşdirmələri və ya həmin qutudan pul vəsaiti götürmələrini görməmiş, həmçinin Şahid1 və ya Təqsirləndirilən şəxs bu qeyd olunan xüsusatla bağlı nə ona hər hansı bir məlumat verməmişlər, nə də öz aralarından müzakirə etmələrindən onun məlumatı olmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə o, həmin şəxslərə Zərərçəkmiş şəxs yaşadığı evdən içərisində 1000 ABŞ dolları məbləğində nağd pul olan dəmir alət qutusunun oğurlanmasını bildirdikdə Təqsirləndirilən şəxs həmin qutunun sonuncunun özü tərəfindən təmir alətlərinin içərisinə yerləşdirildiyini demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ona məxsus oğurlanmış 1000 ABŞ dolları onun tərəfindən polis şöbəsindən təhvil alınmışdır. Tovuz şəhər İnzibati Ərazi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, onun hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halı, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Maddi sübut kimi tanınmış 1000 ABŞ dolları məbləğində nağd pul vəsaitinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 1000 (bir min) ABŞ dolları məbləğində nağd pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar