Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-28/2025 28.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə 28 yanvar 2025-ci il tarixdə Tovuz şəhərində xx.xx.1995-ci ildə Tovuz rayonu Qovlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İİİ qrup əlilliyi olan, subay, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qovlar şəhəri M.Məmmədov küçəsi ev 45-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 2023-cü ilin iyul ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən “Gillik” adlanan otlaq sahəsindən ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus bir baş, erkək və yerli cins, 42 kiloqram diri çəkiyə malik, boz rəngli, bir yaş beş aylıq, sağlam, 370 (üç yüz yetmiş) manat dəyərində və bir baş, erkək və yerli cins, 45 kiloqram diri çəkiyə malik, boz rəngli, bir yaş beş aylıq, sağlam, 390 (üç yüz doxsan) manat dəyərində xırdabuynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 760 (yeddi yüz altmış) manat dəyərində iki baş xırdabuynuzlu heyvanları gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 2024-cü ilin avqust ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən “Gillik” adlanan otlaq sahəsindən ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus bir baş, erkək və yerli cins, 42 kiloqram diri çəkiyə malik, boz rəngli, bir yaş beş aylıq, sağlam, 370 (üç yüz yetmiş) manat dəyərində və bir baş, erkək və yerli cins, 45 kiloqram diri çəkiyə malik, boz rəngli, bir yaş beş aylıq, sağlam, 390 (üç yüz doxsan) manat dəyərində xırdabuynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus cəmi 760 (yeddi yüz altmış) manat dəyərində iki baş xırdabuynuzlu heyvanları gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə günorta saat 15 radələrində Tovuz rayonu, Qovlar şəhəri ərazisində otlaq sahəsindən ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məxsus bir baş, dişi və yerli cins, 36 kiloqram diri çəkiyə malik, qəhvəyi rəngli, yeddi aylıq, sağlam, 340 (üç yüz qırx) manat dəyərində xırdabuynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus 340 (üç yüz qırx) manat dəyərində bir baş xırdabuynuzlu heyvanı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2024-cü il tarixdə gecə saatlarında Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən “Gillik” adlanan sahədə yerləşən X5 məxsus fermanın saxlanc yeri hesab olunan xalxal hissəsindən həmin fermada çoban işləyən Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus bir baş, dişi və yerli cins, 38 kiloqram diri çəkiyə malik, boz rəngli, bir illik, sağlam, 340 (üç yüz qırx) manat dəyərində xırdabuynuzlu, bir baş, erkək və yerli cins, 38 kiloqram diri çəkiyə malik, qara rəngli, bir illik, sağlam, 350 (üç yüz əlli) manat dəyərində xırdabuynuzlu, bir baş, dişi və yerli cins, 85 kiloqram diri çəkiyə malik, boz rəngli, iki illik, sağlam, 700 (yeddi yüz) manat dəyərində və bir baş, dişi və yerli cins, 85 kiloqram diri çəkiyə malik, sarı rəngli, iki illik, sağlam, 700 (yeddi yüz) manat dəyərində xırdabuynuzlu heyvanları oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 2090 (iki min doxsan) manat dəyərində dörd baş xırdabuynuzlu heyvanları gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə günorta saat 15 radələrində Tovuz rayonu, Qovlar şəhəri ərazisində otlaq sahəsindən ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məxsus bir baş, erkək və yerli cins, 42 kiloqram diri çəkiyə malik, qara rəngli, yeddi aylıq, sağlam, 370 (üç yüz yetmiş) manat dəyərində xırdabuynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus 370 (üç yüz yetmiş) manat dəyərində bir baş xırdabuynuzlu heyvanı gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, özünün və ailə üzvlərinin gündəlik tələbatlarını qarşılamaq üçün Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən atası Niyazi Həsənova məxsus fermada qoyun-quzu və mal qara saxlayır. 2023-cü ilin iyul ayında o, Tovuz rayonu, Qovlar şəhərində “Gillik” adlanan yerdə özünə məxsus qoyun-quzunu otaran zaman həmyerlisi, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus sürünün sahibsiz otladığını görmüşdür. O, sürünün yanında çoban olmadığını və sürü sahibinin də sürüdən xeyli aralıda olduğunu görüb sürüdən quzu və qoyun oğurlamaq qərarına gəlmiş və sürüdən 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 42 (qırx iki) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzu, 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 45 (qırx beş) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzu oğurlayıb öz sürüsünə qatmışdır. O, oğurladığı iki baş quzunu sürüsünə qataraq öz fermasına gətirmişdir. O, Zərərçəkmiş şəxs2 sürüsündən oğurladığı iki baş quzunu həmin günün səhəri saat 06 radələrində öz fermalarından götürüb Niva markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobilimin yük yerinə qoyub tanışı Tovuz rayonu, Qovlar şəhər sakini X3 ilə birlikdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən Zəyəm bazarına aparmışdır. O, Tariyel Yadigarova həmin quzuları Zərərçəkmiş şəxs2 sürüsüdən oğurladığını demişdir. Buna görə də Tariyel Yadigarov quzuların oğurluq olmasını bilmişdir. O, həmin gün Zərərçəkmiş şəxs2 sürüsüdən oğurladığı 2 (iki) baş quzunu Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən Zəyəm bazarında tanımadığı bir şəxsə 580 (beş yüz səksən) manata satmışdır. O, həmin pulun yarısını, yəni 290 (iki yüz dosxan) manat hissəsini Tariyel Yadigarova vermişdir. Belə ki, onlar qabaqcadan danışmışlar ki, o quzuları oğurladıqdan sonra Tariyel satmaqda ona kömək edəcək. Buna görə də o, quzuları oğurlayıb fermaya gətirən zaman Tariyelə quzunu Zərərçəkmiş şəxs2 sürüsündən oğurladığını demişdir. Bundan sonra Tariyel quzuları satmaqda ona köməklik etmişdir. Bundan başqa o, 2024-cü ilin avqust ayında hazırda dəqiq xatırlamadığı vaxtda Tovuz rayonu, Qovlar şəhərində “Gillik” adlanan yerdə özünə məxsus qoyun quzunu otaran zaman həmin otlaq sahəsində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus sürünün sahibsiz otladığını görmüşdür. O, sürünün yanında çoban və ətrafda hər hansı şəxsin olmadığını görüb həmin sürüdən quzu oğurlamaq qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs4 sürüsündən 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 42 (qırx iki) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzu və 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 45 (qırx beş) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzu olmaqla ümumilikdə 2 baş quzu oğurlayıb öz sürüsünə qatmışdır. Bundan sonra isə həmin oğurladığı iki baş quzunu dərhal Niva markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobilinin yük yerinə qoyub Tovuz rayonu, Qovlar şəhərində bibisi qızı Samirənin evinə aparmış və iki baş quzudan birini, 01 baş erkək və yerli cins diri çəkisi təxminən 42 kiloqram olan boz rəngli quzunu həmin evdə kəsib bibisi qızı Samirənin evində Namiq adlı şəxsə 168 (yüz altmış səkkiz) manata satmışdır. Namiq həmin quzunun oğurluq quzu olmasını bilməmişdir. O, öncədən Namiqə zəng edərək quzu kəsib satacağı barədə ona məlumat vermişdir. Buna görə də Namiq onun qohumu Samirənin evinə gəlmişdir. O, Namiqdən aldığı 168 (yüz altmış səkkiz) manat pulu evə, özünə və gündəlik lazımi tələbatlara xərcləmişdir, Zərərçəkmiş şəxs4 oğurladığı və qohumu Samirənin evinə gətirdiyi digər bir baş erkək və yerli cins diri çəkisi təxminən 45 kiloqram olan boz rəngli quzunu isə oğurladıqdan 2 gün sonra tək Zəyəm bazarına gedib orada tanımadığı şəxsə 210 manata satmış, əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2024cü il tarixdə günorta saat 15 radələrində tək Zərərçəkmiş şəxs3 məxsus heyvanların içərisindən 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 36 (otuz altı) kiloqram olan, qəhvəyi rəngli, 07 aylıq sağlam quzunu Tovuz rayonu, Qovlar şəhəri ərazisində otlayarkən oğurlamışdır. O, oğurladığı həmin quzunu xx.xx.2024-cü il tarixdə səhər saatlarında tək Zəyəm bazarında satmışdır. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus 4 (dörd) baş quzunu da oğurlamışdır. Belə ki, Zərərçəkmiş şəxs1 onun həmyerilisi onların fermanın yaxınlığında yerləşən Qovlar şəhər sakini Şahin adlı şəxsin fermasında çoban işləyir. O, təxminən bir ay əvvəl Şahinin sürüsündə damazlıq quzu görüb Şahinin çobanı Zərərçəkmiş şəxs1 həmin damazlıq quzunu ona verməsini, əvəzində ayrı quzu verəcəyini demişdir. Çoban Namiq ona quzunun ferma sahibinə məxsus olmasını bildirib sonradan Şahinin quzunun harada olmasını soruşduqda cavab verə bilməyəcəyini deyib təklifini qəbul etməmişdir. O, çoban işləyən Zərərçəkmiş şəxs1 demişdir ki, ferma sahibinə həmin quzunu at tapdadlayıb öldürdüyünü desin, lakin Zərərçəkmiş şəxs1 onunla razılaşmamışdır. Buna görə də o, Şahinin sürüsüdən quzu oğurlamaq qərarına gəlmişdir. O, bu barədə tanışı X3 ilə danışıb sonuncuya Şahinin fermasından quzu oğurlamağı təklif etmişdir. Tariyel Yadigarov da onunla razılaşmışdır. O, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə keçən gecə saat 03 radələrində Tariyel Yadigarovla birlikdə atlarına minərək Şahinin fermasına getmişlər. O, öz atını, Tariyel Yadigarov da öz atını minmişdir. Onlar Şahinin fermasına yaxınlaşdıqda itlər hürmüş, lakin itlər bağlı və xalxaldan aralı olduğu üçün onlara yaxın gələ bilməmişlər. Onlar xal-xalın tor hasarından (setka) aşaraq içəri daxil olmuşlar. O, 01 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, qara rəngli, 01 illik sağlam quzunu qucağına götürüb xal-xalın hasarına bayıra çıxarmışdır. Tariyel Yadigarov da 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, boz rəngli, 01 illik sağlam qoyun götürüb xal-xaldan bayra çıxarmışdır. O, öz atının belinə çıxmışdır. Tariyel Yadigarov yerdən birbir quzuları ona vermişdir, o, hər iki quzunu atının yəhərinə qoymuşdur. Sonra isə Tariyel öz atını minmişdir. Onlar atları yanaşı saxlamışlar. Bundan sonra o, atının belində olan quzunun birini Tariyelin atının belinə qoymuşdur. Onlar hərəsi bir quzunu atın belinə qoyub onların fermalarına gəlmişlər. Onlar hər iki quzunu onların fermasına qoyub təkrar Şahinin fermasından oğurluq etmək məqsədilə geri, fermaya qayıtmışlar. Onlar yenidən Şahinin fermasına gəlib qoyunlar saxlanılan xal-xala yaxınlaşmışlar. Tariyel Yadigarov tor hasarın (setka) üstündən aşıb xal-xala daxil olmuşdur. Tariyel xal-xalda olan sürüdən 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 85 (səksən beş) kiloqram olan, boz rəngli, 02 illik sağlam qoyun, 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 85 (səksən beş) kiloqram olan, sarı rəngli, 02 illik sağlam qoyun olmaqla 02 (baş) qoyun götürüb ona vermişdir. Həmin vaxt itlər hürmüş və çoban Zərərçəkmiş şəxs1 yuxudan oyanıb fermanın işığını yandırmışdır. Bu zaman Namiqin səsə oyandığını başa düşüb xal-xaldan çıxardıqları quzuları tez atlarının belinə qoymuşlar. Onlar oradan tələsik uzaqlaşan zaman o, Namiqin fermanın qapısını açıb bayıra boylandığını görmüşdür. Hava qaranlıq olduğu üçün, eyni zamanda ferma ilə xal-xalın arası təxminən yüz metr olduğu üçün Namiq onlar görməmişdir. Daha sonra onlar oğurladıqları sonuncu 02 (iki) baş quzunu da onların fermasına gətirmişlər və öz sürülərinə qatmışlar. Həmin gecə yəni xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Tariyel və o, Şahinin fermasından oğurladıqları 02 (iki) baş quzunu özünə məxsus Niva markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoyub Şəmkir şəhəri, Zəyəm qəsəbəsinə getmişlər. 02 (iki) baş quzu isə fermda qalmışdır. Onlar Zəyəm qəsəbəsində dəmiryol keçidinin yanında Buğday adlı qəssabın ət mağazasının yanında dayanıb onu gözləməyə başlamışlar. Onlar orada gözləyən zaman Tofaş markalı, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil onların yanında dayanmış və avtomobildən tanımadığı 35-40 yaşlı, orta boylu, kök bədən quruluşlu kişi düşmüşdür. Həmin kişi Buğdaydan ət almağa gəlmişdir. Həmin vaxt Buğday hələ qəssabxananı açmamışdır. Söhbət əsnasında tanımadığı həmin şəxs onların qəssab Buğdaya satmaq üçün quzu gətirdiklərini görüb quzuları satıbsatmadıqlarını soruşmuş, o, da quzuları satdıqlarını demişdir. Həmin şəxs onların avtomobilin yük yerində olan erkək quzunu bəyənmiş və həmin erkək quzunu satın almağı ona təklif etmişdir. O, erkək quzunu həmin şəxsə 250 (iki yüz əlli) manata satmışdır. Həmin şəxs quzunu öz Tofaş avtomobilinin yük yerinə qoyub Buğdayı gözləməyə başlamışdır. Bir qədər sonra Buğday gəlib qəssabxananı açmışdır. Həmin şəxs Buğdaydan bir neçə kiloqram dana əti alıb getmişdir. Bundan sonra onlar Buğdaya demişlər ki, satmaq üçün quzu gətirmişlər. Buğday onun Niva markalı avtomobilinin yük yerində olan quzuya baxıb olnarın içindən bir yaşlı dişi cinsli təxminən 16 kiloqramlıq dişi quzunu bəyənmişdir. O, Şahinin fermasından oğurladığı bir yaşlı dişi cinsli təxminən 16 kiloqramlıq dişi quzunu Buğdaya 300 (üç yüz) manata satmışdır. Bundan sonra onlar oradan geri, Qovlar şəhərinə qayıtmışlar. O, tanışı X4 fermasından oğurlayıb satdığı 02 (iki) baş quzudan ümumilikdə 550 (beş yüz əlli) manat gəlir ələd etmişlər. O, pulun yarısını yəni 275 (iki yüz yetmiş baş) manat pulu Tariyelə vermişdir. Qalan 275 (iki yüz yetmiş beş) manat pulu isə özü götürmüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə günorta saat 15 radələrində tək Zərərçəkmiş şəxs3 məxsus heyvanların içərisindən 1 (bir) erkək və yerli cins, diri çəkisi təxminən 45 (qırx beş) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzunu Tovuz rayonu, Qovlar şəhəri ərazisində otlayarkən oğurlamışdır. O, oğurladığı həmin quzunu xx.xx.2024-cü il tarixdə səhər saatlarında tək Zəyəm bazarında satmışdır. Bundan iki gün xx.xx.2024cü il tarixdə saat 07 radələrində o, Şahinin fermasından oğurladığı və öz fermasında saxladığı 02 (iki) baş dişi cinsli bir yaşlı quzunu Niva markalı avtomobilinin yük yerinə qoyub Tariyel ilə bilrikdə satmaq üçün Şəmkir rayonuna, Zəyəm bazarına getmişlər. Onlar Zəyəm bazarına çatan zaman saat 08 radələri olmuşdur. Onlar Şahinin fermasından oğurladıqları 02 (iki) baş quzunu Zəyəm bazarında birini 300 (üç yüz) manata, ümumilikdə 600 (altı yüz) manat pula tanımadıqları bir nəfər qoca kişiyə satmışlar. O, həmin kişini ilk dəfə olmuşdur ki, görürmüş və həmin şəxsi tanımır. Bundan sonra o, tanışı Tariyel Yadigarovla birlikdə Zəyəm bazarından çıxıb gəlmişlər. O, satdığı 02 (iki) baş quzudan əldə etdiyi 600 (altı yüz) manat pulu Tariyel Yadigarovla yarı bölmüşdür, yəni 300 (üç yüz) manat pulu özü götürmüş, qalan 300 (üç yüz) manat pulu isə Tariyelə vermişdir. O, oğurladığı quzuları satıb qazandığı pulun hamısını özünə xərcləmişdir. Hazırda əməlindən səmimi peşman olmasını, İİİ qrup əlil olmasını, zərərçəkmiş şəxslərə vurduğu zərəri tamamilə ödəməklə onlarla barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olsa da Tovuz rayonu, Qovlar şəhər sakini Şahin adlı şəxsin Qovlar şəhər ərazisində “Yataq dərəsi” adlanan ərazidə yerləşən fermasında həm işləyir, həm də ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində o, bir baş quzunu axtarmağa başlamış, lakin quzunun sürüdə olmadığını görmüşdür. O, quzunun sürüdə olmadığını gördükdə sürüdə olan qoyun və quzuları saymışdır. Sayıb qurtardıqdan sonra dörd baş quzunun özümə məxsus sürüdə olmadığını müəyyən etmişdir. Sürüsündə həmin vaxt 275 (iki yüz yetmiş beş) baş xırdabuynuzlu heyvan olmuşdur. O, saydıqdan sonra özünə məxsus sürüdə 271 (iki yüz yetmiş bir) baş quzu olduğunu müəyyən etmişdir. Həmin gündən əvvəl tanışı Təqsirləndirilən şəxs onun sürüsünə yaxınlaşıb ondan damazlıq bir baş quzu istəmişdir. Belə ki, ona bir baş quzu verib əvəzində damazlıq bir baş dişi quzu almaq istədiyini demişdir. O, da elə bir heyvanı olmadığını deyib Təqsirləndirilən şəxsla razılaşmamışdır. Növbəti gün yəni xx.xx.2024-cü il tarixdə ona məxsus sürüdə 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, boz rəngli, 01 illik sağlam qoyun, 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, qara rəngli, 01 illik sağlam quzu, 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 85 (səksən beş) kiloqram olan, boz rəngli, 02 illik sağlam qoyun, 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 85 (səksən beş) kiloqram olan, sarı rəngli, 02 illik sağlam qoyununun sürüdə olmadığını müəyyən edib bir gün səhərdən axşama heyvanlarını axtarmağa başlamışdır. O, heyvanlarını tapmadıqda isə növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Ona oğurluq cinayəti nəticəsində ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Samir ondan üzrxahlıq etdiyi, dəymiş ziyanı tamamilə ödədiyi üçün o, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur, Samirə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Heyvandarlıqla məşğul olur. Belə ki, xırdabuynuzlu heyvan saxlamaqla maddi ehtiyaclarını qarşılayır. 2023-cü ilin iyul ayında Tovuz rayonu, Qovlar şəhəri ərazisində yerləşən “Gillik” adlı otlaq sahədən ona məxsus 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 42 (qırx iki) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzu, 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 45 (qırx beş) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzusu oğurlanmışdır. O, özünə məxsus heyvanlarının arasında 02 baş xırdabuynuzlu heyvanını tapa bilmədikdə bu barədə polis orqanlarına məlumat vermişdir. Sonradan polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, ona məxsus 2 baş heyvanını Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Ona oğurluq cinayəti nəticəsində ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, o Samirlə barışmışdır, hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Heyvandarlıqla məşğul olur. Belə ki, xırdabuynuzlu heyvan saxlamaqla və alverini etməklə maddi ehtiyaclarını qarşılayır. O, qoyun quzunu Qovlar şəhərində “Gillik” adlanan otlaq sahəsində otarır. 2024-cü ilin avqust ayında ona məxsus 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 42 (qırx iki) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzu və 1 (bir) baş erkək və yerli cins, diri çəkisi təxminən 45 (qırx beş) kiloqram olan, boz rəngli, 01 yaş 05 aylıq sağlam quzu olmaqla ümumilikdə 2 baş quzusu otlaq sahəsində yoxa çıxmışdır. O, həmin vaxt 2 baş quzunun digər heyvanlarının arasında görmədikdə dərhal polisə bildirməmişdir. Belə ki, quzularının digər şəxslərin sürülərinə qarışması, yaxud da itməsi ehtimallarını düşünərək bir müddət axtarmağa başlamış, nəhayət özünə məxsus quzularımı tapa bilmədikdə oğurlanıldığı qənaətinə gəlib bu barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə Tovuz RPŞ-yə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, ona məxsus 2 baş quzu Qovlar şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Ona oğurluq cinayəti nəticəsində ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Samirdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, qəssab fəaliyyəti ilə məşğuldur. Onun qəssab mağazası Şəmkir rayonu, Sabirkənd kəndində yaşadığı evinə bitişik yerləşir. O, Tovuz rayonu Qovlar şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində o, qəssab mağazasında olan zaman mağazasının qarşısında ağ rəngli Niva markalı avtomobilin dayandığını görmüşdür. Avtomobildən 02 (iki) nəfər şəxs düşüb onun mağazasına daxil olmuşlar. Əvvəllər tanımadığı, adının sonradan Samir olduğunu bildiyi şəxs ona yaxınlaşaraq 01 (bir) baş dişi cinsli quzu olduğunu deyib ondan quzu alıb-almadığını soruşmuşdur. O, quzunun harada olmasını soruşmuşdur. Samir ona demişdir ki, quzu Niva avtomobilinin yük yerinədir. O, mağazadan çıxıb yol kənarında dayanmış ağ rənli, Niva markalı avtomobilə yaxınlaşmışdır. Samir avtomobilin yük yerini açmışdır. O, yük yerində ayaqları kəndirlə bağlanmış 1 (bir) baş dişi və yerli cins, diri çəkisi təxminən 38 (otuz səkkiz) kiloqram olan, boz rəngli quzu görmüşdür. O, quzunu ayağında olan kəndiri açıb quzunu hərəkət etdirib sağlam olub-olmamasını yoxlamışdır. O, quzunun sağlam quzu olduğunu görüb, Samirdən quzunu neçə manata satdığını soruşmuşdur. Samir ona quzunun diri çəkisni 9 (doqquz) manata satdığını demişdir. O, quzunu diri şəkildə tərəziyə çıxarmışdır. Quzunun diri çəkisi 31 (otuz bir) kiloqram, qiyməti isə 284 (iki yüz səksən dörd) manat etmişdir. O, həmin quzunu Samirdən 280 (iki yüz səksən) manata satın almışdır. Samir ondan dörd manat kəsiri istəməmişdir. Bundan sonra Samir və yanında gələn şəxs Niva markalı avtomobilə əyləşib getmişlər. O, Samirdən quzunu bazar qiymətinə almışdır. Yəni Samirdən quzunu ucuz almamışdır. Belə ki, bazarda diri quzunun satış qiyməti 9 (doqquz) manatdır. Samir quzunu ona ucuz satsa idi o, quzunun oğurluq quzu olmasından şübhə edər, lakin Samir ona quzunu hazırkı bazar qiymətinə satdığı üçün o, quzunun oğurluq quzu olmasından şübhələnməmiş və həmin quzunun oğurluq quzu olmasını bilməmişdir. O, yalnız polis əməkaşları xx.xx.2024-cü il tarixdə onun evinə gələn zaman Samirin ona oğurluq quzu satmasını bilmişdir. Təqsirləndirilən şəxs yalan danışır. O, qəssab mağazasını hər gün saat 06 radələrində açır. Təqsirləndirilən şəxs onun qəssab mağazasına gələn zaman, yəni xx.xx.2024-cü il tarixdə saat 06 radələrində o, qəssab mağazasını açmışdır. Təqsirləndirilən şəxs onun qəssab mağazasına gələn zaman saat 07:30 radələri olmuş və həmin vaxt o, mağazada olmuşdur. O, orada həmin gün Tofaş markalı avtomobil görməmiş və həmin gün Tofaş markalı avtomobil ilə heç kim gəlib ondan mal əti almamışdır. Təqsirləndirilən şəxs yalan danışır. O, Təqsirləndirilən şəxs aldığı bir baş dişi cinsli quzunu öz evinə digər quzuların yanına salmış və həmin quzunu sonradan polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilən Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ünvan 7 ünvanında yaşayır. Tovuz Dövlət Sosial İqtisad Kollecində müəllim işləyir. Təqsirləndirilən şəxs onun dayısı oğludur. Qohumu Təqsirləndirilən şəxsla aralarında ədavətləri olmamışdır. 2024-cü ilin avqust ayının hazırda dəqiq xatırlamadığı günündə saat 22 radələrində qohumu Təqsirləndirilən şəxs ağ rəngli Niva markalı avtomobildə 02 (iki) baş erkək, boz rəngli sağlam quzunu yaşadığı evə gətirib bir gecəlik ona məxsus hində qalmasını, növbəti gün səhər bazara aparacağını demişdir. O, əvvəlcə razılaşmasa da Təqsirləndirilən şəxs dönə-dönə xahiş etməsindən sonra razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinin baqaj hissəsindən 02 baş quzu çıxarıb yaşadığı evin arxa hissəsində yerləşən hinə doğru aparmışdır. Növbəti gün o, səhər saatlarında yaşadığı evdən çıxıb işə getmişdir. Saat 18 radələrində işdən evə geri qayıtmışdır. Yaşadığı evə geri qayıdarkən Təqsirləndirilən şəxs yaşadığı evə gətirdiyi 02 baş quzudan birini yaşadığı evdə kəsib satdığından, digərini diri satdığından xəbərsiz olmuşdur. O, yaşadığı evə gəldikdə sadəcə həmin quzuların yaşadığı evdə olmadığını görüb Təqsirləndirilən şəxs apardığını düşünmüşdür. Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evə gətirilən 02 baş quzunun cinayət yolu ilə əldə edildiyindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs həmin quzuların özünə məxsus olmasını, yaşadığım evin bazara yaxın olduğu üçün səhər saatlarında daha asan şəkildə bazara aparmaq məqsədilə yaşadığı evə gətirdiyini demişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, baş usta işləyir. 2024-cü ilin avqust ayında əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs onun yanına gələrək qardaşını burada işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, o, isə yalnız fəhlə işi olduğunu demişdir. Təqsirləndirilən şəxs qardaşının xəstə oduğunu, buna görə də ağır işdə işləyə bilməyəcəyini demişdir. O, fəhləlikdən başqa iş olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oradan getmişdir. Həmin vaxtdan bir neçə gün sonra o, Qovlar şəhərində inşa etdikləri yarımstansiyada olan zaman Təqsirləndirilən şəxs onun yanına gələrək avtomobilinin yolda xarab olduğunu deyib ondan avtomobil qaldırıcısını istəmişdir. O, da öz avtomobil qaldırıcısını ona vermişdir. Təxminən 30-40 dəqiqə sonra Təqsirləndirilən şəxs gəlib qaldırıcını ona geri qaytarıb fermadan gələn zaman avtomobilinin təkərinin partladığını demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs fermasında yaxşı quzu olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs hazırda quzu olmadığını, quzu olan zaman özü ona xəbər edəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs onun mobil nörməsini götürüb ona zəng edəcəyini demişdir. Bu hadisədən təxminən 12-15 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək yaxşı quzusu olduğunu deyib quzunun evində olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs evini tanımadığını dedikdə sonuncu ona Qovlar parkının yanına gəlməyini, oradan özü onu evinə aparacağını demişdir. O, da həmin gün saat 18 radələrində hazırda adını xatırlamadığı bir nəfər fəhlə ilə Qovlar parkının yanına gəlmişdir. O, orada Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs ona demişdir ki, avtomobilini onun avtomobilinin arxasınca sürmüşdür. O, da Opel markalı avtomobilini Samirin Niva marklı avtomobilinin arxasınca sürsün. Samir onu bir evə aparmış və həmin evin onun olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona evin arxasında damda olan 02 (iki) baş quzu göstərmişdir. Onlar bir qədər söhbət etdikdən sonra o, həmin quzulardan birini 01 baş erkək və yerli cins diri çəkisi təxminən 42 kiloqram olan boz rəngli quzunu seçmişdir. Bundan sonra həmin quzunu Təqsirləndirilən şəxs tutub kəsmiş və elə həmin evdə kəsib soymuşdur. Bundan sonra həmin quzunu tərəzidə çəkmişdir. Xatırladığı qədərilə həmin quzunun kəsilmiş formada çəkisi 13 kiloqram olmuş və 168 manat pula razılaşmışlar. O, Təqsirləndirilən şəxs üzərimdə cəmi 120 (yüz iyirmi) manat pul olduğu üçün 120 manat pul vəsaiti vermişdir. Pulun qalıq hissəsini isə maaşını alan zaman verəcəyini demişdir. O, 2-3 gün sonra maaşını alıb Təqsirləndirilən şəxs qalıq 48 (qırx səkkiz) manat pulunu vermişdir. Yəni o, quzuya görə Təqsirləndirilən şəxs cəmi 168 (yüz altmış səkkiz) manat pul vəsaiti vermişdir. O, Samirdən quzunu bazar qiymətinə almışdır. Yəni Samirdən quzunu ucuz almamışdır. Samir quzunu ona ucuz satsa idi o, quzunun oğurluq quzu olmasından şübhə edərdi. Lakin Samir ona quzunu bazar qiymətinə satdığı üçün o, quzunun oğurluq quzu olmasından şübhələnməmiş və həmin quzunun oğurluq quzu olmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs cəmi 01 (bir) baş kəsib soyulmuş vəziyyətdə erkək quzu almış və Təqsirləndirilən şəxs 168 (yüz altmış səkkiz) manat pul vəsaiti vermişdir. İşin 122-123-cü vərəqələrində olan DİN BƏSİİ-dən alınmış tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən olunur. Cinayət işinin 214-224-cü vərəqəsində olan sübutların qiymətləndirilməsinə və cinayət işi üzrə əməlin tövsif olunması haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X1 barəsində hazırkı cinayət işindən digər cinayət işi ayrılmışdır. İşin 144-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlil olmaqla müavinət alır. Cinayət işinin 156-cı vərəqəsində olan olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşin 212-213-cü vərəqələrində olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 noyabr 2024-cü il tarixli 9/8358 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuz heyvanlar 2024-cü ilin sentyabr ayına olan tarixə-2090 manat; - Zərərçəkmiş şəxs3 məxsus xırdabuynuzlu heyvanlar 2024-cü ilin avqust ayına olan tarixə-710 manat; - Zərərçəkmiş şəxs4 məxsus xırdabuynuzlu heyvan 2023-cü ilin iyul ayına olan tarixə-760 manat. -Zərərçəkmiş şəxs2 məxsus xırdabuynuzlu heyvan 2023-cü ilin iyul ayına olan tarixə-760manat. Cinayət işinin 211-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatına 50 manat sərf edilmişdir. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər tam sübuta yetirilir, onun əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməlidir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlindən səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, özünün İİİ qrup əlil olmasını, zərərçəkmiş şəxslərə vurduğu zərəri tam ödəməklə onlarla barışıq əldə etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanı fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cəzasını yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayəti törətdikdən sonrakı davranışlarını nəzərə alaraq onun azadlıqdan məhrum edilmədən islah və tərbiyə oluna biləcəyi inamına gələrək ona təqsirləndirilidiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı və cəzanın məqsədinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun həbsdə saxlanıldığı 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 20 (iyirmi) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) ay 10 (on) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablans ın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-28/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-28/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver