Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-29/2025 25.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası endirilərək üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 03 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2tına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, gizli olaraq 11 avqust 2024-cü il tarixdə, saat 03 radələrində Tovuz şəhəri, M.H.Şəhriyar küçəsində yerləşən Zərərçəkmiş şəxs istifadəsində olan “Seva bujiteriya” mağazasının giriş qapısını vintaçanla açıb mağazaya qanunsuz daxil olaraq orada olan dolabın sürməsinin içərisindən 300 (üç yüz) manat məbləğində nağd pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus 300 (üç yüz) manat məbləğində pul vəsaitini gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 16 avqust 2024-cü il tarixdə, saat 03 radələrində Tovuz şəhəri, M.H.Şəhriyar küçəsində yerləşən Zərərçəkmiş şəxs istifadəsində olan “Seva bujiteriya” mağazasının giriş qapısını vintaçanla açıb mağazaya qanunsuz daxil olaraq, mağazanın içərisində yerləşən dolabın siyirməsinin içərisindən 200 (iki yüz) manat məbləğində nağd pul vəsaitini və orada olan rəflərə yığılmış Zərərçəkmiş şəxs məxsus 1 ədəd gümüşü rəngli, 24,89 qram çəkiyə malik, 40 (qırx) manat dəyərində, üzərində ağ şəffaf qaşları olan bilərziksırğa dəstini, 1 ədəd gümüşü rəngli, 20,95 qram çəkiyə malik, 35 (otuz beş) manat dəyərində, üzərində qara rəngli qaşı olan sırğa-üzük dəstini, 9 ədəd gümüşü rəngli, 17,21 qram çəkiyə malik, ümumilikdə 22 (iyirmi iki) manat dəyərində olan, üzərində ağ-şəffaf qaşları olan sırğaları (pirsink), 11 ədəd 18,97 qram ümumi çəkiyə malik, ümumilikdə 26 (iyirmi altı) manat dəyərində, bəzilərinin üzərində ağ-şəffaf qaşları olan, sarı rəngli sırğaları (pirsink), 4 ədəd, 17,92 qram çəkiyə malik, ümumilikdə 32 (otuz iki) manat dəyərində, ağ-şəffaf qaşları olan boyunbağıları, 5 ədəd, 50,65 qram çəkiyə malik, ümumilikdə 42 (qırx iki) manat dəyərində, ağ-şəffaf qaşları olan, sarı rəngli boyunbağıları, 3 ədəd 34,77 qram çəkiyə malik, ümumilikdə 28 (iyirmi səkkiz) manat dəyərində olan, sarı rəngli, müxtəlif formalı boyunbağıları, 1 ədəd gümüşü rəngli, 8,08 qram çəkiyə malik, 10 (on) manat dəyərində olan boyunbağını, 4 ədəd sarı rəngli, 44,68 qram çəkiyə malik, ümumilikdə 48 (qırx səkkiz ) manat dəyərində olan boyunbağıları və 1 ədəd sarı rəngli, 17,57 qram çəkiyə malik, 12 (on iki) manat dəyərində olan boyunbağını, cəmi 295 (iki yüz doxsan beş) manat dəyərində əmlakını oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 495 (dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Tovuz şəhəri, Sabir küçəsi, ünvansız evdə kirayədə arvadı X4, azyaşlı övladları X10 və X8 ilə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin buna baxmayaraq fəhləlik edir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evdə pivə içmişdir. Pivə içdikdən sonra yatmamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində evdən sərxoş vəziyyətdə çıxaraq şəhərdə gəzmək qərarına gəlmişdir. Evdən çıxdıqdan sonra piyada gəzə-gəzə Tovuz şəhər Şəhriyar küçəsinə gəlmişdir. Həmin küçədə gəzərkən “Seva bujiteriya” mağazasını görüb həmin mağazaya yaxınlaşmışdır. Mağazaya baxdıqdan sonra buradan oğurluq etmək qərarına gəlmişdir. Mağazanın qapısının plastik qapı olduğunu görüb, ətrafda həmin qapını açacaq bir əşya tapmadığı üçün evinə qayıdaraq vintaçan götürüb mağazanın yanına qayıtmışdır. Mağazanın qapısına yaxınlaşmış və əlində olan vintaçan ilə mağazanın plastik qapısını açıb içəri daxil olmuş və mağazanın sağ künçündə yerləşən qabaq stoluna yaxınlaşmışdır. Stola yaxınlaşdıqdan sonra orada olan sürməni çəkmiş və sürmədə olan pulu götürmüşdür. Daha sonra isə mağazadan çıxaraq mağazanın qapısını bağlamış və piyada evinə gəlmişdir. Evə gəldikdə arvadı Səkinə Nağıyeva yatdığı üçün oğurluq barədə ertəsi gündə ona heç bir söz deməmişdir. Evdə oğurladığı pulu saydıqda pulun məbləğinin 205 (iki yüz beş) manat olduğunu görmüşdür. Həmin pullar 01 (bir ) ədədi 100 manatlıq əsginaz, 03 (üç) ədəd 20 manatlıq əsginaz, 03 (üç) ədəd 10 manatlıq əsginaz, 02 (iki) ədəd 5 manatlıq əsginaz və 05 (beş) ədədi isə 1 manatlıq əsginazdan ibarət olmuşdur. Pulu saydıqdan sonra yatmışdır. Yuxudan qalxdıqdan sonra günorta saatlarında evdən çıxıb şəhərə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində evində olan zaman pivə içdikdən sonra xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində sərxoş vəziyyətdə evdən çıxaraq piyada gəzə-gəzə yenə Tovuz şəhər Şəhriyar küçəsində yerləşən “Seva bujiteriya” adlı mağazaya gəlmişdir. Bu dəfə evdən çıxarkən vintaçanı artıq özü ilə götürmüşdür. Çünki evdən çıxmaqda məqsədi həmin mağazaya təkrar oğurluğa girmək olmuşdur. Mağazanın qapısına yaxınlaşıb vintaçan ilə mağazanın plastik qapısına təyziq edərək qapını açıb içəri daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra mağazanın sağ künçündə yerləşən qabaq stoluna yaxınlaşmışdır. Stola yaxınlaşdıqdan sonra orada olan həmin sürməni çəkib burada olan pulu götürmüşdür. Daha sonra isə mağazadan qadın bəzək əşyaları bir neçə ədəd bujiteriyalar götürmüşdür. Həmin bujeteriyalar sırğa, boyunbağı və bəzək əşyalarından ibarət olmuşdur. Lakin saylarını bilmir. Daha sonra mağazadan çıxsa da mağazanın qapısını bağlaya bilməmişdir. Buradan evinə gəlmişdir. Arvadı Səkinə yatdığı üçün oğurluq barədə ona heç nə deməmişdir. Evdə pulu sayarkən həmin pulun məbləği 171 (yüz yetmiş bir) manat məbləğində olduğunu görmüşdür. Oğurladığa bujiteriyalara isə baxmamış və saymadan sellofana bükülü vəziyyətdə yaşadığı evin yataq otağında yerləşən paltar dolabının aşağı gözünə qoymuşdur. Səhəri gün isə yaşadığı evin qarşısında olan zaman polislər ona yaxınlaşaraq ona oğurluqda şübhəli olduğu üçün polis şöbəsinə getməyi təklif etmişlər. O da heç bir müqavimət göstərmədən polis əməkdaşlar ilə birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra isə oğurladığı bujiteriyaları polisə təqdim etsə də pulları xərcləmişdir. Törətdiyi əməlindən peşmandır. İbtidai istintaq zamanı o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını və himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanda yaşayır. Musa onun sinif yoldaşı olmuşdur. Onunla hər hansı ədavəti və düşmənçiliyi yoxdur. Rəsmi olaraq heç yerdə işləmir, lakin buna baxmayaraq Tovuz şəhəri, M.H.Şəhriyar küçəsində yerləşən Sahib adlı şəxsə məxsus “Seva bujiteriya” adlı mağazada işləyir. Həmin tikili Sahib adlı şəxsə məxsus olsa da, mağazanın içərisində olan bütün əşyalar özünə məxsusdur. Həmin mağazanı mütəmadi olaraq hər gün səhər saat 09 radələrində açır və axşam saat 22 radələrində bağlayıb evinə gedir. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində mağazaya gəlmişdir. Mağazaya daxil olduqdan sonra kassa aparatını işə salmış və kassa aparatını qoyduğu dolabın sürməsinə baxdıqda saxlanc yerində saxladığı 300 (üç yüz) manatının yerində olmadığını müəyyən etmişdir. Həmin vaxt pulu kiməsə veribverməməyini düşündüyünə görə polisə məlumat verməmişdir. Belə ki, oğurluq barədə güman belə etməmişdir. Çünki mağazada olan bütün əşyalar yerində olmuş və mağazanın qapısı sındırılmamışdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində evində olan zaman mobil telefonuna zəng gəlmişdir. Telefonu açdıqda zəng edən şəxsin işlədiyi mağazanın sahibinin arvadı Süsən olduğunu bilmişdir. Danışıq zamanı Süsən ona mağazanın qapısının açıq olduğunu deyib onun harada olması ilə maraqlandıqda evdə olduğu və mağazaya gəlmədiyini, qapını isə açmadığını bildirmişdir. Daha sonra isə dərhal evdən çıxaraq mağazaya getmişdir. Mağazaya çatdıqda artıq polis əməkdaşlarının orada olduğunu görmüşdür. Həmin vaxt özü mağazaya baxdıqda kassa aparatını qoyduğu dolabın sürməsindən 200 (iki yüz) manat pulunun, habelə sarı rəngli metaldan hazırlanmış üzərində şəffaf və sarı rəngli mirvarilər olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində yaşıl rəngli mirvari olan boyunbağının, boz rəngli metaldan hazırlanmış, üzərində ulduz rəngli medalyon olan nazik boyunbağının, boz rəngli metaldan hazırlanmış, sadə nazik boyunbağının, boz rəngli metaldan hazırlanmış, sadə nazik boyunbağınıın, boz rəngli metaldan hazırlanmış, sadə qalın boyunbağının, sarı rəngli metaldan hazırlanmış, qalın zəncir boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində “ilan” medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, sadə boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində “şir başı” medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış üzərində “ürək” medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində boz rəngli mirvari daşlar olan boyunbağınıın, sarı rəngli metaldan hazırlanmış, üzərində “kəpənək” medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində narıncı mirvari daşlar olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində tünd göy rəngli mirvari daşlar olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində “ulduz” medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində “göz muncuğu” medalyonu olan boyunbağının, boz rəngli metaldan hazırlanmış, üzərində “aypara” medalyonu olan boyunbağının, boz rəngli metaldan hazırlanmış, üzərində “göz muncuğu” medalyonu olan boyunbağının, qırmızı rəngli futlyara qablaşdırılmış, içərsində boz rəngli metaldan hazırlanımış sırğa və boyunbağı dəstinin, qırmızı rəngli futlyara qablaşdırılmış, içərsində boz rəngli metaldan hazırlanmış üzük, sırğa və bir ədəd klondan ibarət dəstin, qara rəngli kiçik kisəyə qabladırılmış 09 ( doqquz ) ədəd boz rəngli metaldan hazırlanmış sırğalar və 11 (on) bir ədəd sarı rəngli metaldan hazırlanmış sırğalardan ibarət bujiteriya bəzək əşyalarının oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 500 (beş yüz) manat məbləğində nağd pul və 200 (iki yüz) manat dəyərində isə bəzək əşyası olan bujiteriya əşları oğurlanaraq ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 6 ünvanda özlərinə məxsus mağaza var və mağazanı Tovuz şəhər sakini Zərərçəkmiş şəxs işlətmək məqsədilə icarəyə vermişlər. Həmin mağaza yaşadığı evin arxasında yerləşir. Bu səbəbdən də hər səhər yuxudan oyandıqdan sonra o, mağazaya nəzarət edirlər. xx.xx.2024cü il tarixdə saat 08 radələrində o, yenə həmişəki kimi yuxudan qalxdıqdan sonra evdən bayıra çıxıb mağazaya baxdıqda mağazanın qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, dərhal yaşadığı evə qayıdıb arvadı Şahid1 bu barədə məlumat vermişdir. Süsən isə dərhal mağazanı işlədən Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra Sevinc mağazaya gəlib bu barədə polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin mağazaya Tovuz şəhər sakini Təqsirləndirilən şəxs gizli olaraq daxil olub oradan təxminən 500 (beş yüz) manat dəyərində pul və gümüş bəzək əşyaları oğurlamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-də işləyir və polis serjantıdır. Zərərçəkmiş şəxs işlətdiyi mağaza onun xidməti ərazisində yerləşdiyindən sonuncunu tanıyır. Qeyd olunan oğurluq cinayəti ilə bağlı Zərərçəkmiş şəxs ona zəng etmiş, mağazasından oğurluq olduğunu söyləmişdir. O, həmin gün işdə olmadığından Tovuz RPŞ-yə yaxınlaşmasını bildirmişdir. Sevinc ona mağazasından nə oğurlandığını bildirməmişdir. Bir neçə saat sonra Sevinc ilə telefon vasitəsilə əlaqə saxlamış, sonuncuya hadisə yerinə polis əməkdaşlarının gəlmələrini soruşmuş, sonuncu isə gəldiklərini bildirmişdir. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, onun ünvan 6 ünvanda özlərinə məxsus mağaza var və mağazanı Tovuz şəhər sakini Zərərçəkmiş şəxs işlətmək məqsədilə icarəyə vermişlər. Həmin mağaza yaşadığı evin arxasında yerləşir. Bu səbəbdən də hər səhər yuxudan oyandıqdan sonra o və əri Sahib mağazaya nəzarət edirlər. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Sahib yenə həmişəki kimi yuxudan qalxdıqdan sonra evdən bayıra çıxıb mağazaya baxmağa getmişdir. Həmin vaxt evdə olmuşdur. Bir qədər sonra Sahib evə qayıdaraq mağazanın qapısının açıq vəziyyətdə olduğu barədə ona məlumat vermişdir. O, da dərhal Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra Sevinc mağazaya gəlib bu barədə polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin mağazaya Tovuz şəhər sakini Təqsirləndirilən şəxs gizli olaraq daxil olub oradan təxminən 500 (beş yüz) manat dəyərində pul və gümüş bəzək əşyaları oğurlamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Baxış və götürmə keçirilməsi haqqında 18 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs məxsus sarı rəngli metaldan hazırlanmış üzərində şəffaf və sarı rəngli mirvarilər olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində yaşıl rəngli mirvari olan boyunbağınıın, boz rəngli metaldan hazırlanmış, üzərində ulduz rəngli medalyon olan nazik boyunbağının, boz rəngli metaldan hazırlanmış, sadə nazik boyunbağının, boz rəngli metaldan hazırlanmış, sadə nazik boyunbağının, boz rəngli metaldan hazırlanmış, sadə qalın boyunbağının, sarı rəngli metaldan hazırlanmış, qalın zəncir boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində “ilan” medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, sadə boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində “şir başı” medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış üzərində “ürək” medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində boz rəngli mirvari daşlar olan boyunbağınıın, sarı rəngli metaldan hazırlanmış, üzərində “kəpənək medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində narıncı mirvari daşlar olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində tünd göy rəngli mirvari daşlar olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində “ulduz” medalyonu olan boyunbağının, sarı rəngli metaldan hazırlanmış, üzərində “göz mincuğu” medalyonu olan boyunbağının, boz rəngli metaldan hazırlanmış, üzərində “aypara” medalyonu olan boyunbağının, boz rəngli metaldan hazırlanmış, üzərində “göz mincuğu” medalyonu olan boyunbağının,qırmızı rəngli futlyara qablaşdırılmış, içərsində boz rəngli metaldan hazırlanımış sırğa və boyunbağı dəstinin, qırmızı rəngli futlyara qablaşdırılmış, içərsində boz rəngli metaldan hazırlanmış üzük, sırğa və bir ədəd klondan ibarət dəstin, qara rəngli kiçik kisəyə qabladırılmış 09 ( doqquz ) ədəd boz rəngli metaldan hazırlanmış sırğalar və 11 (on) bir ədəd sarı rəngli metaldan hazırlanmış sırğalardan ibarət bujiteriya bəzək əşyaları Təqsirləndirilən şəxs kirayədə yaşadığı Tovuz şəhəri Sabir küçəsində yerləşən nömrəsi olmayan evin yataq otağından aşkar edilərək götürülmüşdür. Аzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 6/4385 və 9/ 7166 saylı kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2024-cü ilin avqust ayına Zərərçəkmiş şəxs məxsus: 1- 1 (bir) ədəd gümüşü rəngli metaldan üzərində ağ-şəffaf qaşları olan bilərzik-sırğa cütü-kulon dəsti-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 24,89 qramdır, qaşları qiymətli qaşlara aid deyil - qiyməti 40 (qırx) manat; 2- 1 (bir) ədəd gümüşü rəngli metaldan üzərində qara rəngli qaşı olan sırğa cütü- üzükkulon dəsti-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 20,95 qramdır, qaşları qiymətli qaşlara aid deyil - qiyməti 35 (otuz beş) manat; 3- 9 (doqquz) ədəd gümüşü rəngli metaldan, bəziləri üzərində ağ-şəffaf qaşları olan sırğa (pirsink)-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 17,21 qramdır, qaşları qiymətli qaşlara aid deyil - qiyməti 22 (iyirmi iki) manat; 4- 11 (on bir) ədəd sarı rəngli metaldan, bəziləri üzərində ağ-şəffaf qaşları olan sırğa (pirsink)-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 18,97 qramdır, qaşları qiymətli qaşlara aid deyil - qiyməti 26 (iyirmi altı) manat; 5- 4 (dörd) ədəd gümüşü rəngli metaldan, müxtəlif formalı kulonu üzərində ağ-şəffaf qaşları olan boyunbağı-metalı qiymətsiz əlvan metal ərintisindən, dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 17,92 qramdır, qaşları qiymətli qaşlara aid deyil - qiyməti 32 (otuz iki) manat; 6- 5 (beş) ədəd sarı rəngli metaldan, müxtəlif formalı kulonu üzərində ağ-şəffaf qaşları olan boyunbağı-metalı qiymətsiz əlvan metal ərintisindən, dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 50,65 qramdır, qaşları qiymətli qaşlara aid deyil - qiyməti 42 (qırx iki) manat; 7- 3 (üç) ədəd sarı rəngli metaldan, müxtəlif formalı boyunbağı-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 34,77 qramdır - qiyməti 28 (iyirmi səkkiz) manat; 8- 1 (bir) ədəd gümüşü rəngli metaldan boyunbağı-metalı qiymətsiz əlvan metal ərintisindən, dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 8,08 qramdır - qiyməti 10 (on) manat; 9- 4 (dörd) ədəd sarı rəngli metaldan, üzərində müxtəlif formalı və rəngli olan boyunbağı-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 44,68 qramdır - qiyməti 48 (qırx səkkiz) manat; 10- 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində mirvariyə bənzər narıncı və sarı rəngli metal muncuqlar olan boyunbağı-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 17,57 qramdır - qiyməti 12 (on iki) manat; Təqdim olunmuş məmulatların metalı qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən kustar üsulla hazırlanmışdır, ümumi çəkisi 255,69 qramdır. Məmulatlar kustar üsulla hazrlandığı üçün və üzərində markalama göstəricisi olmadığından istehsal yerini müəyyən etmək mümkün deyil. Ekspertiza tədqiqatına təqdim olunmuş məmulatların 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 295 (iki yüz doxsan beş) manat müəyyən edilir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 06 aya endirilmiş və üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 03 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)- 31/2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)- 557/2023 saylı qərarına əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 06 aya endirilmiş və üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(062)-479/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 03 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü ildə anadan olmuş Ömər və xx.xx.2014-cü ildə anadan olmuş Zəhra adlı 02 (iki) nəfər azyaşlı uşaqları var. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də “Narkoman və Alkoqolizm əyyaşlar üçün bərpa (medikamentsiz)” müəssisəsində “psixoloji reabilitasiya” xidməti almış və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək çöl qruplarında stasionar müalicə almışdır. Xidmətin icrası narkotik və alkoqolizm asılığından sağalması üçün Təqsirləndirilən şəxs müəssisədə 04 ay stasionar (müəssisə daxilində) müalicə götürmüş, 02 ay qeyri-stasionar şəraitdə çöl qruplarında müntəzəm iştirak etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası endirilərək üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 03 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024cü ildə cəza müddəti başa çatmış, lakin cəzasını çəkib qurtardığı tarixdən sonuncu cinayət törətdiyi, yəni 11 avqust 2024-cü il tarixədək 02 (iki) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, himayəsində 02 (iki) nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə barışmasını, cinayəti kirayədə yaşayaraq ağır həyat şəraiti nəticəsində törətdiyini, cinayəti törətdikdən sonra həyat şəraitində əhəmiyyətli dərəcədə dəyişikliklərin olmasını, yəni dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk edərək artıq islah yoluna qədəm qoymasını, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də “Narkoman və Alkoqolizm əyyaşlar üçün bərpa (medikamentsiz)” müəssisəsində “psixoloji reabilitasiya” xidməti almaqla, narkotik və alkoqolizm asılılığından sağalması üçün Təqsirləndirilən şəxs müəssisədə 04 ay stasionar (müəssisə daxilində) müalicə götürüb, 02 ay qeyri-stasionar şəraitdə çöl qruplarında müntəzəm iştirak etməsini cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun, ailəsinin və 02 (iki) azyaşlı uşaqlarının həyat şəraitinə təsirini nəzərə alıb, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından irəli gələn halları rəhbər tutaraq nəzərə alıb onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah və tərbiyə olunması inamına gələrək onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərar). CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Məhkəmə belə hesab edir ki, himayəsində dəfələrlə təltif və diplomlarla layiq görülmüş uşaqları olan bir ailə başçısının ona təyin edilmiş cəzanı real olaraq çəkməsi həmin istedadlı uşaqların təhsilinə təsirsiz ötüşməyəcəkdir. Kirayədə yaşayaraq heç bir yerdə işləməyən arvadı ilə birlikdə uşaqlarına yüksək tərbiyə və təhsil vermək imkanına malik atanın uşaqlardan ayrı saxlanılaraq, azadlıqdan məhrum etmə cəzası təyin edilməsi cəzadan çox, onun özünə və ailəsinə sitəm olmuş olardı. Yuxarıda adı çəkilən Qərarda o da göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzaya münasibətdə sosial ədalətin nədən ibarət olması ədalət prinsipini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 8 və 58-ci maddələrində açıqlanmışdır. CM-in 8-ci maddəsinin mahiyyətinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Şəxsiyyətləri şübhə doğurmayan işdəki fotoşəkillərdən görünür ki, Nağıyev Ömər və X16 Öndərin və bir neçə tarixi şəxsiyyətlərin rəsmlərini çəkməklə dövlətə və tariximizə bağlı ruhda böyüməklərini, tərbiyyə edilməklərini ortaya qoymuşlar. Eyni zamanda İZƏ nəşriyyatı tərəfindən qəbul edilmiş imtahanda X10 2021-2022-ci illlərdə yüksək nəticələr göstərərk təltif edilmiş, X13 tərəfindən X9 verilmiş təltifnamədən görünür ki, o 2021-2022-ci ildə mart ayında keçirilmiş müsaqibədə 5-ci siniflər arasında İİ yer tutmuşdur. Bundan başqa da o Uşaq X3 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təşkil etdiyi konsertdə fəal iştirak etdiyinə görə təltif olunmuşdur. Bundan başqa da 01 iyun 2023-cü ildə Tovuz rayon X2 dərnək üzvü olan X10 tədbirlərdə fəal iştirakına görə təltif edilmişdir. Digər uşaq Nağıyeva Zəhranın şərəf lövhəsinə vurulmuş şəklindən görünür ki, o məktəbi əla qiymətlərlə oxuyur. Reabilitasiya müəssisəsində müalicə alıb, yuxarıda təsvir edildiyi kimi himayəsində indidən cəmiyyət üçün yararlılığı sezilən istedadlı uşaqları olan, vurulmuş zərərin ödənilməsini təmin etməklə sosial ədaləti qismən bərpa edən şəxsə CM-nin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzası təyin edib, cəzanı real icra etmək Cinayət Məcəlləsinin məqsədləri ilə bir araya sığmır. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilib, cəzasını real çəkməsi də sosial ədalətin pozulmasına gətirib çıxa bilər. Odur ki, məhkəmə hesab edir ki, ona qeyd edilən cəza verilib, CM-nin 70-ci maddəsi tətbiq edilməklə də cəzanın məqsədlərinə nail olmaq mümkündür. CM-nin 70.3-cü maddəsinəı əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir Qeyd edilən Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd, gümüşü rəngli, 24,89 qram çəkiyə malik, üzərində ağ şəffaf qaşları olan bilərzik-sırğa dəstinin, 1 ədəd, gümüşü rəngli, 20,95 qram çəkiyə malik, üzərində qara rəngli qaşı olan sırğa-üzük dəstinin, 9 ədəd, gümüşü rəngli, 17,21 qram çəkiyə malik, üzərində ağ-şəffaf qaşları olan sırğaların (pirsink), 11 ədəd, 18,97 qram ümumi çəkiyə malik, bəzilərinin üzərində ağ-şəffaf qaşları olan, sarı rəngli sırğaların (pirsink), 4 ədəd, 17,92 qram çəkiyə malik, kulonu üzərində ağ-şəffaf qaşları olan boyunbağıların, 5 ədəd, 50,65 qram çəkiyə malik, kulonu üzərində ağ-şəffaf qaşları olan, sarı rəngli boyunbağıların, 3 ədəd, 34,77 qram çəkiyə malik, sarı rəngli, müxtəlif formalı boyunbağıların, 1 ədəd, gümüşü rəngli, 8,08 qram çəkiyə malik, 4 ədəd, sarı rəngli, 44,68 qram çəkiyə malik olan boyunbağıların və 1 ədəd, sarı rəngli, 17,57 qram çəkiyə malik olan boyunbağının sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan 1 ədəd, gümüşü rəngli, 24,89 qram çəkiyə malik, üzərində ağ şəffaf qaşları olan bilərzik-sırğa dəstinin, 1 ədəd, gümüşü rəngli, 20,95 qram çəkiyə malik, üzərində qara rəngli qaşı olan sırğa-üzük dəstinin, 9 ədəd, gümüşü rəngli, 17,21 qram çəkiyə malik, üzərində ağ-şəffaf qaşları olan sırğaların (pirsink), 11 ədəd, 18,97 qram ümumi çəkiyə malik, bəzilərinin üzərində ağ-şəffaf qaşları olan, sarı rəngli sırğaların (pirsink), 4 ədəd, 17,92 qram çəkiyə malik, kulonu üzərində ağ-şəffaf qaşları olan boyunbağıların, 5 ədəd, 50,65 qram çəkiyə malik, kulonu üzərində ağ-şəffaf qaşları olan, sarı rəngli boyunbağıların, 3 ədəd, 34,77 qram çəkiyə malik, sarı rəngli, müxtəlif formalı boyunbağıların, 1 ədəd, gümüşü rəngli, 8,08 qram çəkiyə malik, 4 ədəd, sarı rəngli, 44,68 qram çəkiyə malik olan boyunbağıların və 1 ədəd, sarı rəngli, 17,57 qram çəkiyə malik olan boyunbağının sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-29/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-29/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver