Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-3/2023 17.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 6 (altı) nəfər uşaqları olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Bayramlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində, Zərərçəkmiş şəxs X5 icarəyə verdiyi yataqda, yatağın sahibi Zərərçəkmiş şəxs, onun saçından tutub dartması və onun ünvanına söyüş söyməsi səbəbindən onların араsında şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində о, yerdən əlinə götürdüyü istintaqa məlum olmayan küt əşya ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə iki dəfə ardıcıl zərbə vuraraq ona, alt dodaq nahiyəsinin alt çənə sümüyünün sol şaxəsinin sınığı ilə müşayiət olunan qançır şişkinliyi, əzilmiş-cırılmış yarası, selikli qişasına olan qansızma kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa аz-аğır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Şəmkir rayonu Bayramlı kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır, fərdi əməklə məşğul olur. Belə ki, əri X7 çobanlıq edir, o da onunla birlikdə heyvana baxır. Gədəbəy rayonu Arıqdam kənd sakini Zərərçəkmiş şəxs o, əvvəllər tanımamışdır. X1 və azyaşlı uşaqları ilə birlikdə Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində Gədəbəy rayonu Dəyirmandağ kənd sakini X2 Gədəbəy rayonu Arıqdam kənd sakini Zərərçəkmiş şəxs icarəyə götürdüyü fermada yaşamışlar və Əkbər Məmmədovun heyvanlarına çobanlıq etmişdir. 24 yanvar 2022-ci il tarixdə onlar Əkbərin yanından işdən çıxıb Şəmkir rayonuna getmişlər. Zərərçəkmiş şəxs o, əvvələr tanımamışdır, ancaq bilir ki, Əkbər Məmmədov həmin onlar yaşadıqları yatağı Zərərçəkmiş şəxs icarəyə götürüb. Təxminən 2021-ci ilin oktyabr ayının ortalarında yatağın sahibi Zərərçəkmiş şəxs bir nəfər tanımadığı qadınla yatağa öz olacağına gəlmişdir. X17 və yatağı icarəyə götürən Əkbərə demişdir ki, mənim burada arvadım uşaqlarım yaşayır, buraya kənar qadınla gəlmək olmaz, bir də belə hərəkət etmə. Həmin vaxt İlham əri İlqardan soruşub ki, ailəni nə vaxt gətirmisən, İlqar da ona deyib ki, 4-5 gün olar. Bundan sonra İlham çıxıb getmişdir. Həmin gündən təxminən bir həftə sonra İlham yenə özünə məxsus “Niva” markalı avtomobillə yatağa qadın gətirmişdir. Həmin vaxt əri İlqar Əkbərə zəng vurub çağırmışdır, Əkbər gəlib İlhamla söhbət edib onu başa salmışdır ki, belə olmaz burada qadın uşaq yaşayır. Əkbər onunla söbhət edəndən sonra İlham çıxıb getmişdir. Həmin hadisədən təxminən 15 gün sonra İlham yenə yatağa gəlmişdir, o görmüşdür ki, İlhamın olduğu otağın pəncərəsindən kimsə hoppanıb qaçıb İlhamın maşınına mindi. Həmin vaxt əri İlqar Əkbəri çağırmışdır, Əkbər gəlmişdir, İlhamı çağıranda İlham Əkbərə demişdir ki, kimdi məndən narazılıq edən. Əkbər ona demişdir ki, İlqar narazılıq edir onun ailəsi burada yaşayır, sən bura qadın gətirmə. Bunun üstündə əri İlqarla İlhamın arasında mübahisə yaranmışdır. Həmin vaxt Əkbər İlhamı çəkib kənara aparmış, orada söhbət etmişlər sonra İlham çıxıb getmişdir. 09 dekabr 2021-ci il tarixdə saat 22 radələrində o yataqda olacaqda olmuşdur, əri İlqar mal damında heyvanları əmizdirmişdir, çoban yoldaşı Əli də İlqarın yanında olmuşdur. O, bərkdən maqnitafon səsi eşidib elə başa düşmüşdür ki, alverçi gəlib, buna görə olacaqdan çölə çıxmışdır. O çölə çıxanda görmüşdür ki, İlhamdı maşınla yatağa gəlmişdir. Ona demişdir ki, “nədi nə olub nəyə gəlibsən?”. O belə deyəndə İlham ona nalayiq söyüşlər söymüşdür. O da qayıdıb onu söymüşdür ona demişdir ki, utanmırsan niyə söyüş söyürsən. O, belə deyəndə İlham onun üstünə yetirib onun saçından tutmuşdur, sonra olacağın kənarındakı çomağı götürüb onu çomaqla vurmaq istəyəndə o, əlini qabağa vermişdir çomaq sol əlinin üstünə dəymişdir. O, qışqırmışdır əri İlqarı çağırmışdır, ancaq İlqar onun səsini eşitməmişdir. İlham yenə onun üstünə yetirəndə o, əl atıb yerdən əlinə keçən daşa bənzər bərk bir əşyanı götürüb həmin alətlə İlhamın sifətinə iki dəfə dalbadal ardıcıl zərbə endirmişdir. Həmin vaxt İlham qışqırmışdır ki, “Allah öldüm.” O, yenə əri İlqarı çağırmışdır, onun səsinə tövlədən Əli çölə çıxıb onların yanına gəlmişdir, Əlinin arxası ilə əri İlqar yanlarına gəlmişdir. İlqar İlhamın onunla dalaşdığını görüb onunla əlbəyaxa olanda İlhamla birlikdə gələn Hafiz və İlqarla birlikdə fermadan gələn Əli onları ayırmışdır, dalaşmağa qoymamışdır. X14 maşına mindirib maşını sürüb çıxıb getmişdir. İlham onun üstünə yetirəndə o, yerdən daş götürmək məqsədilə əyilib yerdən daşa bənzər bir alət götürmüşdür, həmin yerdən götürdüyü daş və yaxud çomağın sınmış hissəsi olmasını dəqiq xatırlamır, ancaq onu xatırlayır ki, həmin İlhamın sifətindən vurduğu alət bərk idi, ola bilsin ki, daş idi.Onların arasındakı dava dalaş təxminən 20-25 dəqiqə davam etmişdir, sonra Hafiz İlhama hirslənib demişdir ki, “məni bunamı gətiridin” və onu maşına mindirib aparmışdır. Həmin vaxt Hafiz, Əli və əri İlqardan başqa yanlarında heç kim olmamışdır, onlardan başqa heç kim hadisənin şahidi olmamışdır. Həmin dava-dalaş fermanın qarşısında baş vermişdir, həmin hadisə baş verən yer qaranlıq olmuşdur, kənarda heç kim olmamışdır. Tofiq Yusifov yalan danışır, o, olacaqda olmuşdur, əri İlqarla digər çoban Əli yataqda quzuları əmizdirmişlər, bu vaxt olacağın qarşısına “Niva” markalı maşın gəldi, həmin avtomobildən yüksək səslə musiqi səsi gəlmişdir. O, elə bilmişdir ki, yəqin alverçidi nəsə gətirib. O, olacağın qapısını açıb çölə çıxmışdır, o çölə çıxan kimi İlham onun üstünə yetirib saçından tutmuşdur ki, İlqar hanı. O, demişdir ki, “heyvanın içindədi.” Həmin vaxt İlham çomağı götürüb ona demişdir ki, gəl maşına min səni İlqarın yanına aparıram. İlham çomaqla onun başından vuranda o, sol əlini başına tutmuşdur çomaq sol əlinin üstünə dəymişdir. İlham onu çomaqla vuranda o da yerdən əlinə keçəni götürüb İlhamı bir neçə dəfə sifətindən vurmuşdur, ancaq qaranlıq olduğundan yerdən götürüb İlhamı vurduğu alətin nə olmasını bilməmişdir. O, İlhamı vuranda İlham qışqırmışdır ki, “ay Hafiz qoyma mən öldüm.” Həmin vaxt İlhamın maşınından bir nəfər düşüb ona yaxınlaşmışdır, ona demişdir aralaşın, o da ona demişdir saçımı buraxmır nətər aralaşım. Bu vaxt Əli qışqırmışdır ki, “İlqar gəl, deyəsən İlham gəlib.” Əli belə deyəndən sonra İlqar onun yanına gəlmişdir, o İlqara demişdir ki, “mənim əlimdən çomaqla vurdu, məni maşına mindirib aparırdı.” İlqar İlhamın üstünə yetirəndə Əli tutmuşdur, sonrada o onu tutub oradan uzaqlaşdırmışdır, İlhamla dalaşmağa qoymamışdır. Zərərçəkmiş şəxs o vurmuşdur, ona xəsarəti o yetirmişdir, əri İlqar İlhamla dalaşmayıb ona heç bir xəsarət yetirməyibdir. İlqar onların yanına gələn kimi İlham qəflətən İlqarın sifətinə yumruq vurmuşdur, İlqarda onu vurmaq istəyəndə o İlqarın əlini tutub dişləmişdir, sonra Əli ilə o onları ayırmışlar. İlhamla Hafiz maşına minib çıxıb getmişlər. İlham onun saçından tutub onu çomaqla vuranda o, yerdən xatırlamadığı bərk bir alət götürüb ilhamı bir neçə dəfə həmin alətlə sifətindən vurmuşdur. Həmin vaxt əri İlqar yanlarında olmamışdır, sonradan İlqar onların yanına səs-küy eşidib gələndə İlham onu yumruqla vurmuşdur, sonra əlini dişləmişdir, bundan sonra onları ayırmışlar. Həmin dava dalaş zamanı əri İlqarın əlində çomaq olmayıb, o İlhamı vurmayıb. Əməlindən peşman olmasını, himayəsində 6 nəfər uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hal-hazırda Şəmkir rayonu Kür qəsəbəsində qeydiyyatdadır, sahibkardır. Onun Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində yatağı var. 2021-ci ilin payız aylarında Ceyrançöl qışlaq sahəsində olan yatağı Gədəbəy rayonu Dəyirmandağ kənd sakini X5 icarəyə vermişdir. Onlar onunla bir qışı qalmaq üçün 11000 manata razılaşmışlar, ancaq Əkbər pulun bir hissəsini verməmişdir. Gədəbəy rayonu Plankənd kənd sakini X3 tanıyır, o təxminən 2-3 il bundan əvvəl onun heyvanlarına çoban gələcəyini ona söz vermişdir, o da ona əvvəlcədən 300 manat əmək haqqı vermişdir. Lakin sonradan İlqar gəlməmişdir, o da həmin pulu ondan istəməmişdir. Sonuncu ilə onun heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onun arvadı Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 15 noyabr 2021-ci il tarixdə o, Ceyrançöl qışlaq sahəsinə öz yatağına gedib gecəni özünə məxsus otaqda qalmışdır. Həmin günün səhəri “Niva” markalı avtomobilini işə salıb qayıtmaq istəyəndə görmüşdür ki, avtomobilin təkərlərinin dördünüdə kəsib yararsız hala salıblar. O, Kür qəsəbəsindən usta çağırıb avtomobilin təkərlərini təmir etdirmişdir, həmin vaxt Əkbər ona kömək etməyə gəlməmişdir, ona kömək etmək istəyən çobanlarını da geri çağırmışdır. O, həmin vaxt şikayət etməmişdir. Bundan sonra o, Əkbərlə Kür qəsəbəsində görüşmüşdür, ona demişdir ki, onun maşınının təkərlərini kim bu hala salmışdı, sonuncu ona demişdir ki, “xəbərim yoxdu”. 09 dekabr 2021-ci il tarixdə o, Ceyrançöl qışlaq sahəsində olan iri buynuzlu heyvanlarına baxmağa getmişdir. Orada tanışları ilə oturub çörək yemişlər. Sonra gec olduğu üçün tanışı Gədəbəy rayonu Ağamalı kənd sakini Hafizə demişdir ki, “gəl gedək mənim yataqdakı otağımda qalaq”. O, Hafizlə birlikdə özünə məxsus “Niva” markalı avtomobillə yatağa gələn vaxt əvvəlcə Əkbərin yanına getmişdir, onu çağırıb soruşmuşdur ki, İlqarla arvadını onun yatağından çıxardıbmı? Əkbər ona demişdir ki, yox yataqdadılar. O, sonuncuya demişdir “gəl bizimlə birlikdə yatağa gedək, birdən onlar yenə mənimlə dalaşarlar”. Ancaq Əkbər onunla getməmişdir, demişdir “mən getmirəm”. Bundan sonra o, Hafizlə birlikdə özünə məxsus Ceyrançöl qışlaq sahəsində yerləşən yatağa getmişdir. Öz otağının qarşısında maşını saxlayıb düşmüşdür ki, otağın qapısını açıb otağa girsinlər. Həmin vaxt İlqar arvadı Rahimə ilə birlikdə əllərində lapatka və bel onun üstünə hücum etmişlər. Onlardan hansısa qəflətən əlindəki bellə onun çənə nahiyəsindən vurmuşdur, o, huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt Hafiz onu öz maşınına mindirib Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. Onların onu hansı səbəbdən vurmasını bilmir, onun onlarla heç bir ədavəti və düşmənçiliyi olmayıb, aralarında əvvəllər heç bir dava-dalaş, narazılıq olmayıbdır. Həmin vaxt Hafiz onun yanında olmuşdur, sonradan Əkbərin çobanı Əli adlı şəxsdə oraya gəlmişdir. O, huşunu itirdiyi üçün bundan sonra oraya kimlərin gəlməsini xatırlamır. Həmin vaxt qaranlıq olmuşdur, göz-gözü görməmişdir, İlqar və arvadı Rahimə ikisi də əllərində bel və lapatka onun üstünə yetirib hər ikisi onu vurmuşlar. Ancaq qaranlıq olduğundan onun çənəsinə konkret olaraq hansının zərbə endirdiyini görməmişdir. Ancaq dəqiq bilir ki, ona xəsarətləri ya İlqar, ya da arvadı Rahimə əllərindəki bel və lapatka ilə vuraraq yetirmişlər. Həmin vaxt onun 750 manat dəyərində “Samsung” markalı mobil telefonu, əlavə 90 manat dəyərində “Nokia” markalı mobil telefonu və olacağının açarları düşüb itmişdir. Sonradan Əkbər onun “Nokia” markalı telefonunu və açarlarını tapıb göndərmişdir, ancaq “Samsung” markalı mobil telefonu tapılmamışdır. Bundan əlavə həmin vaxt onun əynində olan 700 manat dəyərində gödəkçəsi cırılaraq tamamilə yararsız hala düşmüşdür. O, onları döyməmişdir, onlara heç bir xəsarət yetirməmişdir, onlar onu döyərək ona xəsarət yetirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, halhazırda Gədəbəy rayonu Plankənd kəndində qeydiyyatdadır. Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində X2 Gədəbəy rayonu Arqıdam kənd sakini Zərərçəkmiş şəxs icarəyə götürdüyü yataqda arvadı Təqsirləndirilən şəxs və uşaqları ilə birlikdə çobanlıq edir. O, Əkbər Məmmədovun xırdabuynuzlu heyvanlarına çobanlıq edir, əmək haqqı olaraq hər ay 350 manat məbləğində əmək haqqı alır. O, Əkbər Məmmədovun heyvanlarına çoban gələndə Əkbər Məmmədovla heç bir əmək müqaviləsi bağlamamışdır. Gədəbəy rayonu Arıqdam kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla münasibəti yaxşı olub, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 2021-ci ilin oktyabr ayının ortalarında onlar yataqda olan vaxt İlham özünə məxsus “Niva” markalı avtomobillə yatağa gəlmişdir, o özü ilə yatağa qadın gətirmişdir. İlham onu yataqda görüb ona demişdir ki, “gəl bir az hərlənək”, onlar söhbət edə-edə yataqdan uzaqlaşmışlar. İlham ondan soruşmuşdur ki, uşaqları neçə gündü gətiribsən, o da ona demişdir ki, “bir həftədi gətirmişəm”. Bundan sonra İlham özü ilə gətirdiyi qadını da götürüb qayıdıb çıxıb getmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə axşam İlham yenə bir nəfər tanımadığı qadınla yenə yatağa gəlmişdir. Həmin gecəni həmin gətirdiyi qadınla yataqda öz otağında qalmışdır, səhəri günü tezdən çıxıb getmişdir. O, həmin günü Əkbəri çağırıb ona demişdir ki, “ayıbdı bu yatağın sahibi İlham buraya qadın gətirir, mənim ailəm uşağım buradadı bunu başa sal”. Əkbər İlhama demişdir ki, “bu nədi sən niyə belə hərəkət edirsən? Bilirsən ki, burada çoban ailəli yaşayır, niyə qoymursan heyvanımızı saxlayaq?” İlham Əkbərdən soruşmuşdur ki, “kim deyir ki, mən buraya qız gətirirəm?” Əkbər də onunla çoban yoldaşı Fizuli Abdullayevi göstərib demişdir ki, bunlar narazılıq edirlər bunlar sənin yatağa qız gətirdiyini görüblər. İlham sakit dayanmış, sonra maşını sürüb çıxıb getmişdir. Bundan sonra 16 noyabr 2021-ci il tarixdə İlham yenə yatağa qadın gətirmişdir. Arvadı Rahimə demişdir ki, İlhamın otağındakı aynadan bir nəfər qadın düşdü, İlhamın maşınına minib çıxıb getdi. O, yenə Əkbərə demişdir ki, belə olmaz İlham yenə yatağa qadın gətirib. Əkbər gəlib İlhama demişdir ki, “axı sənə dedim ki, buraya qadın gətirmə.” Onda yenə İlham soruşmuşdur ki, kimdi narazılıq edən onda Əkbər onu göstərəndə İlhamla onun arasında mübahisə olmuşdur. İlham onunla mübahisə edib çıxıb getmişdir. 09 dekabr 2021-ci il tarixdə saat 21-30 radələrində o, çoban yoldaşı Əli ilə yatağın içərisində quzuları əmizdirmişdir. Bu vaxt Əli demişdir ki, elə bil arvadının səsi gəlir, səni çağırır. Əli çölə çıxanda o da onun arxasınca çölə çıxmışdır. Çölə çıxanda görmüşdür ki, Əli qışqırır ki, sən camaatın arvadından nə istəyirsən buna kimi o onlara yaxınlaşanda İlham onun yaxasından yapışmışdır, onlar əlbəyaxa olanda İlham onun sol gözünün altına bir dəfə yumruqla zərbə endirmişdir. Həmin vaxt orada olan X15 tutub öz maşınına mindirmişlər. Hafiz maşını sürüb İlhamı aparıb çıxıb getmişdir. Sonradan arvadı Rahimə ona danışmışdır ki, İlham yatağın qarşısına gəlib orada onun saçından tutub onu vurub. Həmin vaxt arvadı Rahimdə də yerdən nəsə götürüb İlhamın sifətindən vurub. O, İlhamı vurmamışdır, ona heç bir xəsarət yetirməmişdir, həmin vaxt arvadı Rahimə ona danışmışdır ki, o, içəridə olanda İlham onun saçından tutub onu vurub, o da özünü müdafiə etmək məqsədilə yerdən əlinə keçəni götürüb İlhamı vurub. Onun əlində nə bel, nə də lapatka olmayıb. O, İlhamı vurmamışdır ona heç bir xəsarət yetirməmişdir. O, Zərərçəkmiş şəxs yatağa gətirdiyi qadını tanımır, onun həmin qadını hansı məqsədlə yatağa gətirməsini deyə bilməz, ancaq onu bilir ki, o həmin gətiridiyi qadınla birlikdə gecəni öz otağında qalırdı, səhəri günü də tezdən çıxıb gedirdilər. O, səs-küy eşidib İlhamla arvadı Rahimənin yanına gəlmişdir, o, İlhamın yanına çatıb ona demişdir nağarırsan, arvadı Rahimənin ağladığını görüb İlhamın yaxasından tutmaq istəyəndə İlham yumruqla bir dəfə sol gözünün altından vurmuşdur, o onun yaxasından tutub demişdir məni niyə vurursan həmin vaxt İlham onun sol əlini dişləmişdir. Sonra Əli, İlhamla gələn Hafiz və arvadı Rahimə onu tutmuşlar dalaşmağa qoymamışlar. Bundan X14 maşına mindirib aparmışdır. O, İlhamı vurmamışdır, ona heç bir xəsarət yetirməmişdir. İlhamı arvadı Rahimə vurub ona xəsarəti arvadı Rahimə yetirmişdir. Məhkəmə iclasında şahid X2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hal-hazırda Gədəbəy rayonu Dəyirmandağ kəndində qeydiyyatdadır, sahibkardır. Onun Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində yatağı var, heyvanları həmin yatağa yerləşmədiyi üçün o, 2021-ci ilin sentyabr ayında Gədəbəy rayonu Arıqdam kənd sakini Zərərçəkmiş şəxs yatağını bir illik 11000 manata icarəyə götürmüş, ancaq rəsmi icarə müqaviləsi bağlamamışdır. O, Gədəbəy rayonu Plankənd kənd sakini X3 və arvadını 2021-ci ilin sentyabr ayında öz xırdabuynuzlu heyvanlarına çoban götürmüşdür. Əmək haqqı olaraq onlara hər ay 350 manat pul vermişdir. İlqar və arvadı onun İham Hüseynovdan icarəyə götürdüyü yataqda qalmışlar, həmin yataqda saxladığı heyvanlara çobanlıq etmişlər. İlqar Nuriyev bir neçə dəfə ona demişdir ki, Zərərçəkmiş şəxs yatağa qadın gətirir. O, bir dəfə İlqar belə deyəndə yatağa gəlmişdir, İlhamın otağının qapısını döysədə İlham qapını açmamışdır. 09 dekabr 2021-ci il tarixdə saat 22 radələrində o, Ceyrançöl qışlaq sahəsində öz yatağında olan vaxt İlham Gədəbəy rayonu Ağamalı kənd sakini Hafizlə birlikdə onun yatağının qarşısına gəlib onu çağırmışdır. O, çölə çıxanda İlham ona demişdir ki, “İlqarla aravdını fermadan çıxardacam.” O, İlhama təklif etmişdir ki, gəlin çay için yatağa getməyin. Lakin İlham onu dinləməyərək çıxıb getmişdir. Aradan təxminən yarım saat keçəndən sonra İlqar ona zəng vurub demişdir ki, İlham gəlib arvadı Rahimə ilə dalaşmışdır. O, dərhal İlhamın yatağına getmiş, orada görmüşdür ki, Rahimənin əli şişibdir. Rahimə ona demişdir ki, İlham onu ağacla vurub o da İlhamı vurubdur. O, İlhamı kimin vurmasını görməmiş, onların özlərinin deməsinə görə İlhamı Rahimə vurub, həmin vaxt İlqar yataqda olub səs küyə sonradan gəlibdir. Məhkəmə iclasında şahid X4 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, onun əsl adı X6r, ancaq onu hamı Hafiz kimi tanıyır. O, hal-hazırda Gədəbəy rayonu Ağamalı kəndində qeydiyyatda olmasına baxmayaraq, Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində öz yatağında yaşayır. Gədəbəy rayonu Arıqdam kənd sakini Zərərçəkmiş şəxs və Plankənd kənd sakini X3 tanıyır, onların heç biri ilə heç bir qohumluq əlaqələri və ədavətləri yoxdur. Onların hər ikisi ilə yaxşı münasibətləri var. İlqar bir neçə il bundan əvvəl onun yatağında onun çobanı olmuşdur, münasibətləri normaldır. 09 dekabr 2021-ci il tarixdə axşam saatlarında bir neçə nəfər tanımadığı şəxslər onun yatağının yanına gəlmişlər. Onlar onunla görüşüb yeyib-içməyə, Kür çayından balıq tutmağa gəldiklərini bildirərək onu da onlarla birlikdə yeyib-içməyə dəvət etmişlər. Söhbət zamanı onlar Zərərçəkmiş şəxs tanıyıbtanımadığını soruşanda o, tanış olduqlarını bildirmişdir. Onlar İlhamın telefon nömrəsini istəmişlər, o da İlhamın telefon nömrəsini həmin şəxslərə vermişdir. Onlar İlhama zəng vurub onu da dəvət etmişlər. Aradan təxminən 1-2 saat keçəndən sonra İlham da gəlmişdir. Onlar birlikdə yeyib-içmişlər. Həmin gecəni qalmağa İlhamla ona yer olmadığı üçün İlham ona demişdir ki, gəl gedək mənim yatağımdakı olacağımda qalaq. O, İlhamla razılaşaraq İlhamın “Niva” markalı maşınına minmişdir. İlham maşını sürüb Əkbərin yatağının qarşısına getmiş, o maşında oturmuş, İlham düşüb Əkbərlə söhbət etmiş, sonra Əkbər onu görüb gəlib onunla görüşmüşdür. Bundan sonra İlham maşını sürüb öz yatağının qarşısına getmişdir. Orada İlham maşını saxlayıb maşından düşmüş, o isə maşında qalmışdır. O, elə başa düşmüşdür ki, İlham olacağın qapısını açıb işığını yandıracaq. Ancaq birdən çöldə səs-küy, qışqırtı səsi eşidib maşından düşəndə görmüşdür ki, İlham iki nəfərlə dalaşır. O, həmin İlhamla dalaşan şəxsləri sakitləşdirməyə çalışmış, bu vaxt İlham yerə yıxılmışdır. O, həmin İlhamla dalaşanlara demişdir ki, əl çəkin öldü, bundan sonra həmin şəxslər çıxıb getmişlər. O, həmin vaxt orada olan şəxsdən soruşmuşdur ki, sənin adın nədir o demişdir ki, adı Əlidir, ancaq onu tanımamışdır. Əli su gətirmiş, İlhamın üzünün qanını yumuşlar, sonra İlhamı öz maşınına mindirib Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin vaxt o, İlhamı kimin vurmasını görməmişdir. Məhkəmə iclasında şahid X9 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hal-hazırda Gədəbəy rayonu Tərs Yer kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Gədəbəy rayonu Arıqdam kənd sakini Zərərçəkmiş şəxs və Gədəbəy rayonu Plankənd kənd sakini X3 və arvadı Təqsirləndirilən şəxs tanıyır, onların heç biri ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. İlqar Nuriyevlə bir yerdə işləsədə onunla münasibəti pisdir, belə ki, o yalan danışır, sahibkarla onun arasını vurur. Buna görə də onun İlqardan xoşu gəlmir. İlqar Nuriyevlə o, Ceyrançöl qışlaq sahəsində X2 heyvanlarına çobanlıq etmişdir. Əkbər onlar qaldıqları yatağı Gədəbəy rayonu Arıqdam kənd sakini Zərərçəkmiş şəxs icarəyə götürmüşdür. 09 dekabr 2021-ci il tarixdə saat 22 radələrində İlqarla o yataqda ikisi quzuları əmizdirmişlər, İlqarın arvadı Rahimə isə olacağın qabağında olmuşdur. Birdən o, çöldən səs-küy eşidib İlqara demişdir ki, arvadının səsi gəlir. İlqar ona demişdir ki, “ordan bax gör bizimi çağırır.” O, olacağın qabağına baxanda görmüşdür ki, olacağın qabağında “Niva” markalı maşın dayanıb işığı yanır. O, yataqdan çıxıb oraya baxanda görmüşdür ki, yatağın sahibi İlham İlqarın arvadı ilə dalaşır, o baxanda onların ikisidə bir lapatka sapından yapışıb dartışmışlar, İlham sərxoş vəziyyətdə olmuşdur, ayaq üstə dayana bilməmişdir. O, İlqara demişdir ki, İlham yenə gəlib İlhamla aravadının səsi gəlir. O, belə deyəndə İlqar yataqdan çıxmışdır, o da onun arxasınca çıxmışdır. Onlar birlikdə onların yanına çatmışlar. İlqar İlhamın üstünə yetirib onunla dalaşmaq istəyəndə o və İlhamın yanında olan tanımadığı yaşlı bir kişi İlqarı tutmuşlar, İlhamla dalaşmağa qoymamışlar. Onun papağının üstündə işıq olmuşdur, həmin işıq İlhamın üzünə düşəndə görmüşdür ki, İlhamın ağzından qan axır, üst başı qanın içərisindədir. O, İlqarin arvadına demişdir ki, su ver ancaq, o su verməmiş, İlhamın ünvanına nalayiq sözlər demişdir. O da gedib öz olacağımdan su gətirib İlhamın əlini üzünü yumuş, sonra idman papağını çıxarıb İlhama vermişdir ki, ağzına tut qoy qan axmasın. Bundan sonra İlhamla gələn kişi ilə birlikdə İlhamı öz maşınına mindirmiş, maşını həmin kişi sürüb çıxıb getmişlər. O, İlqarın Zərərçəkmiş şəxs vurmasını görməmiş, İlqar onun yanında yataqda olmuş, onların səsinə birlikdə getmişlər, orada da İlqarı İlhamla dalaşmağa qoymamışlar. Onlar İlhamın yanına çatanda İlhamın ağzından qan axdığını görmüşdür, İlham sərxoş vəziyyətdə olmuş, zorla ayaq üstə dayanmışdır. İlqar bir neçə dəfə əvvəllər Əkbərə demişdir ki, İlham yatağa qadın gətirir, bu səbəbdən də onların aralarında narazılıq olmuşdur. Ancaq o, İlhamın həmin olacağa qadın gətirməsini görməmişdir, İlqardan eşitmişdir. İlhamla Rahimənin arasında olan dava-dalaş da həmin səbəbdən olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA Birliyinin Tovuz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 794 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: alt dodaq nahiyəsinin alt çənə sümüyünün sol şaxəsinin sınığı ilə müşayiət edilən qançır-şişkinliyi, əzilmiş-cırılmış yarası və selikli qişasına olan qansızma, üst dodaq nahiyəsinin qançır şişkinliyi və əzilmiş-cırılmış yarası, sol yanaq nahiyəsinin qançırşişkinliyi və selikli qişasının əzilmiş yarası, sol təpə nahiyəsinin qançır-şişkinliyi, sol kürək nahiyəsinin hematoması, sol said nahiyəsinin qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Şəmkir RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir. Həmin xəsarətlərdən alt dodaq nahiyəsinin alt çənə sümüyünün sol şaxəsinin sınığı ilə müşayiət edilən qançır-şişkinliyi, əzilmiş-cırılmış yarası və selikli qişasına olan qansızma dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, üst dodaq nahiyəsinin qançır şişkinliyi və əzilmişcırılmış yarası, sol yanaq nahiyəsinin qançır-şişkinliyi və selikli qişasının əzilmiş yarası dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. İş materiallarında olan Şəmkir Rayon İHB-nin Bayramlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətmişdir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayətprosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində altı nəfər uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun Şəmkir rayonu Bayramlı kəndində yaşamasını, onun əmək haqqı qarşılığında əri İlqar Nuriyevlə birlikdə Tovuz rayonu ərazisində çobanlıq edərək heyvanlara baxmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəzaçəkmə yerinin Tovuz və Şəmkir rayonları ərazisi daxilində müəyyən edilməsini daha məqsədə müvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı və işlədiyi Tovuz və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı və işlədiyi Tovuz və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-3/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-3/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver