Məhkəmə qərarları › İş №1(062)-3/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-3/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-3/2024 02.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra mətn üzrə CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 fevral 2022-ci ildə, saat 02 radələrində sürücülük hüququ əsasında idarə etdiyi özünə məxsus “X24-yük” markalı, **-FH-*** qeydiyyat nişanlı avtomobillə Tovuz-Əlibəyli avtomobil yolunun Tovuz rayonu Yuxarı Öysüzlü kəndi ərazisindən keçən hissəsi ilə üzü Əlibəyli kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, həmin tələbə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməli olduğu halda, bu tələblərə əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək, həmin yolda əks hərəkət zolağı ilə hərəkətdə olan Tovuz rayonu Əlibəyli kəndində yaşayan X3 idarə etdiyi “Mercedes Benz” markalı, **-FH- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuş, baş vermiş həmin hadisə nəticəsində ehtiyyatsızlıqdan “Mercedes Benz” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 alın və təpə sümüklərinin basılmış çox qəlpəli sınığı, baş beyin qişalarına, toxumasına və mədəciklərə qansızma, burun, sol almacıq və sol əng sümüklərinin sınığı, sol bazu, sol said və sol bilək sümüklərinin sınığı, sol təpə, alın nahiyələrinin və sol gözün bayır tərəfinin əzilmiş-cırılmış yaraları, alın, sol qaş, sol gözün bayır tərəfi, sol almacıq, sol yanaq nahiyələrini əhatə edən sıyrığı xəsarətləri alaraq, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına və baş beyin qişalarına, toxumasına və mədəciklərə qansızma nəticəsində hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun özünə məxsus X25 yük markalı 99- FH0-848 dövlət nömrə nişanlı avtomaşını vardır. Həmin avtomaşınla, o yük daşıyıb pul qazanır. Həmin avtomaşını B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 08 fevral 2022-ci ildə, saat 02 radələrində o idarə etdiyi X25 yük markalı **-FH-*** dövlət nömrə nişanlı avtomaşını ilə Tovuz-Əlibəyli avtomobil yolu ilə üzü Əlibəyli kəndi istiqamətində saatda təxminən 40-50 kilometr sürətlə hərəkət edirdi. Hacallı kəndinə yük götürməyə gedərkən həmin vaxt hava qaranlıq idi. O hərəkətdə olarkən Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində onunla üzbə-üz, əks hərəkət zolağı ilə avtomaşının hərəkət etdiyini görmüş, həmin avtomaşın öz hərəkət zolağı ilə yüksək sürətlə hərəkət edirmiş. Həmin avtomaşının onun avtomaşınına çatmağa təxminən 5-6 metr qalmış qəflətən idarə etməni itirib onun avtomaşınının üzərinə gəlmiş və həmin avtomaşının ön sol hissəsi onun avtomaşınının ön sol hissəsinə çırpılmışdır. Həmin avtomaşın onun avtomaşınına çırpıldıqdan sonra sol ön təkəri oxundan çıxmış, o avtomaşını saxlayıb aşağı düşmək istəyərkən avtomaşının sol qapısı açılmadığı üçün sağ qapıdan düşüb, digər avtomaşının hansı istiqamətə getdiyinə baxmışdır. O avtomaşından düşməzdən əvvəl həmin avtomaşının sürücüsünün toqquşmadan sonra hadisə yerindən qaçdığını düşünmüş, lakin avtomaşından düşüb həmin avtomaşının getdiyi istiqamətə baxdıqda 60 metr aralıda yolun üzü Tovuz şəhəri istiqamətində sağ kənarında dayandığını görmüşdür. O həmin avtomaşının salonuna baxdıqda sükan arxasında təxminən 25-30 yaşlarında kişinin olduğunu görmüş, həmin vaxtı 3-4 nəfər hərbi geyimli şəxslər həmin avtomaşına yaxınlaşıb, həmin şəxsi tanımış və X21 zəng etmişlər. Təxminən 10 dəqiqə sonra X26 avtomaşını gəlib sükan arxasında olan sürücünü Tovuz Mərkəzi Rayon xəstəxanasına aparmaq istəmiş, lakin avtomaşın deformasiya olduğu üçün sürücünü avtomaşından çıxara bilməyərək Fövqaladə Hallar Nazirliyinin qəza xidmətinə zəng etmişlər. O isə hadisə yerində qalıb polis əməkdaşlarının hadisə yerinə gəlmələrini gözləmiş, təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Hadisə yerinin sxeminə o imza atarkən toqquşma yeri göstərilməmişdi. Toqquşma yerini müstəntiq sonradan işarələmişdir. Əgər toqquşma yeri işdə olan sxemdəki kimi göstərilsəydi o sxemə imza etməzdi. Həmin vaxt hava soyuq olsa da, yer yaş deyildi. Qarşı tərəfdən gələn maşının onun yoluna çıxmasını təxminən 10 metr qalmış görərdi. Maşını saz vəziyyətdədir. Həmin anda hadisənin qarşısını ala bilməzdi. Çünki hər şey bir anın içərisində baş vermiş, qarşıdakı avtomobilin qarşısına hər hansı maneənin çıxdığını görməmişdi. Ölən şəxsin avtomobilində başqa şəxs də olmuşdur.Qarşıdan gələn avtomobilin onun yoluna çıxması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. X2 onun oğludur. X31 rayonunda yerləşən hərbi hissədə müddətdən artıq hərbi xidmət etmişdir. Hadisə olan günü oğlu komandirinin Bakıya gedəcəyini bildirmiş və bunun üçün səbət hazırlamağını xahiş etmişdi. Oğlu həmin günü işdən evə qayıtmış, gecə komandirinin çağırdığını bildirib evdən çıxıb getmişdir. 08 fevral 2022-ci ildə saat 03 radələrində qohumları ona zəng edib oğlu Sərxanın avtoqəza keçirdiyini və hadisə zamanı öldüyünü bildirmişdir. O dərhal hadisə yerinə getmiş, hadisə yerinə çatanda orada heç kim olmamışdı. Daha sonra o Tovuz Rayon Mərkəzi Xəstaxanasına getmiş, xəstəxanaya çatanda ona oğlunu kəndə aparılacağını demişlər. Daha sonra o evə qayıtmışdır. Avtomaşın Sərxanın öz adına olsa da, lakin Sərxanın sürücülük vəsiqəsi olmamışdır. O hərbiçi olmuşdur. Oğlu spirtli içki içməməyə dair ona söz vermişdir. Natiq bir dəfə də olsa onun qapısını açmamış, Natiq özünü günahkar bilməmişdir. Onun oğlunu Natiq öldürüb. O Natiqi heç zaman bağışlamayacaqdır.Odur ki, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o halhazırda Tovuz rayon X17 yol X20 Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. 08 fevral 2022-ci il 02 radələrində Tovuz rayon X8 hissəsindən zəng edərək Tovuz Əlibəyli avtomobil yolunun Tovuz rayonu, Yuxarı Öysüzlü kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdiyini bildirdilər. Bundan sonra o yol nəqliyyat hadisələri üzrə inspektor X12 ilə birlikdə hadisə yerinə getdi. Hadisə yerinə gedəndə müstəntiq hələ hadisə yerinə gəlməmişdi. X25 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzü Əlibəyli kəndi istiqamətində yolun sağ kənarında dayandığını, üzü Tovuz şəhəri istiqamətində isə Mercedes Benz minik markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin digər avtomobildən təxminən 60 metr məsafə irəlidə yolun sağ kənarında üzü Əlibəyli kəndi istiqamətində dayandığını gördü. O hadisə yerinə çatanda ilk başda Mercedes Benz minik markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin X25 markalı, **- FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq qəza törətdiyi təəsürratı yaranmışdı. Onlar hadisə yerini mühafizə edib müstəntiqin hadisə yerinə gəlməsini gözlədilər. Yol ölçülərkən müstəntiqə kömək etdmişdi. Yol ölçülərkən təxmini yadında qalan o oldu ki, yolun 3 metr 20 sm hissəsi Mersedesin, 2 metr 80 sm hissəsi isə Atekonun payına düşürdü. Bundan sonra onlar hadisə yeri müayinə olunub qurtaranadək hadisə yerində olmuş və daha sonra xidmətə qayıtmışlar.Mersedes markalı avtombili gün ərzində görməmiş və onun hər hansı inzibati xəta hadisəsi törətməsini aşkar etməmişdir. Mersedes markalı avtombilin hər hansı avtomobil ilə ötüşməsini, həmçinin mərhumun yanında hər hansısa şəxsin olmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o hal-hazırda Tovuz rayon X17 yol X20-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsində işləyir. 08 fevral 2022-ci il 02 radələrində Tovuz rayon X8 hissəsindən zəng edərək Tovuz Əlibəyli avtomobil yolunun Tovuz rayonu, Yuxarı Öysüzlü kəndindən keçən hissəsində ölümlə nəticələnən yolnəqliyyat hadisəsi baş verdiyini bildirdilər. Bundan sonra o yol patrul xidmətinin əməkdaşı X6 ilə birlikdə hadisə yerinə getdi. Hadisədən təxminən yarım saat sonra hadisə yerinə çatdı. Hadisə yerinə çatdıqda X25 markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzü Əlibəyli kəndi istiqamətində yolun sağ kənarında dayandığını, üzü Tovuz şəhəri istiqamətində isə Mercedes Benz minik markalı, ** BV *** dövlət nömrə nişanlı avtomobilin digər avtomobildən təxminən 60 metr məsafə irəlidə yolun sağ kənarında üzü Əlibəyli kəndi istiqamətində dayandığını gördü. O hadisə yerinə çatanda ilk başda Mercedes Benz minik markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin X25 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq qəza törətdiyi təəsürratı yaranmışdı. Mən və yol patrul xidmətinin əməkdaşı Bəşir Əsgərov hadisə yerini mühafizə edib müstəntiqin hadisə yerinə gəlməsini gözlədi. Ateko öz hərəkət zolağında idi və qarşı hərəkət zolağına çıxmamışdı. Avtomobilin detallarının qırıntıları Atekonun yolunda idi. Həmin ərazidə sola və sağa dönmə üçün yer olmasa da Atekonun geriyə manevr etməsi üçün icazəsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində ailəsi ilə birlikdə yaşayır. Eviləri yolun kənarında yerləşir. Həyətlərində hasar olmadığına görə yol aydın şəkildə görünür. O çörəyi əsasən gecələr bişirir. Hadisə vaxtı da çörək bişirirdi. Gecə saat iki radələrində su gətirmək üçün həyətə çıxmışdı. Bu vaxtı yoldan yük maşının keçdiyini gördü. O suyu doldurub üzünü çevirib evə tərəf getmək istəyəndə səs-küy gəldi. O geriyə çevrilib baxanda avtoqəza olduğunu gördü. Qışqıraraq kömək istədi və qəza olan tərəfə getdi. Hadisə yerinə çatanda Atekonun sürücüsü sükan arxasında donub qalmışdı. Digər avtomobilə yaxınlaşanda avtomobilin qabaq oturacağından hərbi formada olan bir nəfər şəxs düşərək “öldü, öldü” deyərək qışqırırdı. Daha sonra o həmin hərbiçiyə su verdi. Qonşunun oğlu Elvin X21 zəng etdi. Bundan sonra hadisə yerinə ağ rəngli avtomobil gəldi və içərisindən 4 nəfər hərbiçi düşdü. Mersedes markalı avtobildən düşən hərbiçi isə onlara “biz yeyib-içib evə gedirdik, bizi niyə kafeyə aparırdız?” deyə deyinməyə başladı. Həmin ağ rəngli avtombildə olan 4 nəfər hərbiçi digər hərbiçini özləri ilə birlikdə avtomobilə əyləşdirib hadisə yerindən uzaqlaşdılar. Daha sonra hadisə yeriə X26 avtomobili və polislər gəldilər. O əri ilə birlikdə avtomobildən meyitin çıxarılmasına kömək etdi. Onun yaşadığı evlə hadisə yerinin arasında təxminən 15-17 metr məsafə var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o hal-hazırda Tovuz rayon Polis Şöbəsinin müstəntiqi vəzifəsində işləyir. Hazırki cinayət işi onun tərəfindən başlanılmış və hadisə yerinə o getmişdi. Hadisə gecə saat 2 radələrində baş vermiş, hadisədən təxminən 20-25 dəqiqə sonra o hadisə yerinə çatmış, hadisə yerinə çatanda təqsirləndirilən şəxs və 2 nəfər polis əməkdaşlarından başqa hadisə yerində heç kim olmamışdı. Ola bilsin ki, hadisədən sonra orada başqa şəxslər olmuşdur, lakin o oraya çatanda təqsirləndirilən şəxs və 2 nəfər polis əməkdaşlarından başqa heç kim yox idi. Bundan sonra o ölçü işləri aparmağa başlamış, hadisə yeri ölçülərkən polis əməkdaşları ona köməklik göstərsələr də ətrafda heç kim olmamışdır. Hadisə Ateko markalı yük avtomobilinin yolunda baş vermişdi. Hadisə yerinin, yəni toqquşma yerinin Atekonun yolunda deyil, Mersedesin yolunda olmasını əks etdirən baxış protokoluna əlavə edilmiş sxem onun tərəfindən tərtib edilmişdir. Ateko dönmə hərəkəti etməmiş və düz hərəkətdə olmuşdur. Avtomobilin təkərlərinin dönməsi zərbə nəticəsində olmuşdur. Hadisədən sonra Mersedes markalı avtomobil 50-60 metr irəli gedərək aşmış və qapıları kilidlənmişdir. Toqquşma yeri qırıntılara görə müəyyən edilmişdir.Qırıntılar Atekonun ön hissəsinin sol tərəfində idi. Toqquşma nöqtəsi Ateqonun yolunda olmasına baxmayaraq, yol-nəqliyyat hadisəsi yerinə baxış protokoluna əlavə edilmiş sxemdə toqquşma nöqtəsinin Mersedesin yolunda göstərməsinin səbəblərini izah edə bilmir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin təşəbbüsü ilə dəvət edilərək dindirilmiş ekspert X16 ifadəsində göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Bununla bağlı müvafiq rəy verilmişdir. Belə ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən təqdim olunan məlumatlar, yəni X24 markalı 99FH848 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün təhlükə yaranan andan toqquşmaya kimi 1 saniyə vaxtın keçməsi və həmin anda avtomobillər arasında 10 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan andan toqquşmaya kimi 1 saniyədən artıq vaxt keçmiş, həmin anda avtomobillər arasında 10 metr məsafədən kifayət qədər böyük məsafə olmuşdur. Məhkəmə tərəfindən müəyyən edildiyi məlumatlar, yəni təhlükə yaranan andan toqquşmaya kimi 1 saniyə vaxtın keçməsi və həmin anda avtomobillər arasında 10 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından X24 markalı 99FH848 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer, yəni Tovuz Əlibəyli avtomobil yolunun Tovuz rayonu, Yuxarı Öysüzlü kəndindən keçən hissəsi iki zolaqdan ibarətdir. Yolun eni 6,9 metrdir. Yol iki zolaqdan ibarətdir. Yolu üzü Tovuz şəhəri istiqamətində götürdükdə sağ ehtiyyat hissəsi 3,5 metr olmaqla solda ehtiyat hissə yoxdur. Avtomaşınların toqquşma yeri üzü Tovuz şəhəri istiqamətində götürdükdə sol hərəkət zolağından sağa doğru 3,5 metr məsafədə yolun ortasında yerləşir. Mercedes Benz mikin markalı, ** BV *** dövlət nömrə nişanlı avtomobilin ön sol hissəsi ilə X25 yük markalı, ** FH *** dövlət nömrə nişanlı avtomobilin ön sol hissəsi toqquşmuşdur. Hadisə yerində hər iki avtomaşına aid sınmış ehtiyat hissələri vardır. Toqquşma anında hər iki avtomobil ön hissəsində zədələr əmələ gəlmiş, Mercedes Benz minik markalı, ** BV *** dövlət nömrə nişanlı avtomobil deformasiyaya uğramışdır. Hadisənin baş verdiyi yolda maksimum sürət həddi 70 kilometrdir. Hadisə zamanı hava qaranlıq olmuş, yol işıqlandırılmışdır. İş üzrə məhkəmə tibbi-ekspertizasının xx.xx.2022-ci il tarixli, 08 saylı rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsinə, əlavə laborator müayinələrin cavablarına əsasən, hadisə haqqında qərarda yazılan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq ekspert belə bir nəticəyə gəlmişdir ki, X3 meyitində alın və təpə sümüklərinin basılmış çox qəlpəli sınığı, baş beyin qişalarına, toxumasına və mədəciklərə qansızma; -burun, sol almacıq və sol əng sümüklərinin sınığı; sol bazu, sol said və sol bilək sümüklərinin sınığı; sol təpə, alın nahiyələrinin və sol gözün bayır tərəfinin əzilmiş-cırılmış yaraları; alın-sol qaş-sol gözün bayır tərəfi-sol almacıq-sol yanaq nahiyələrini əhatə edən sıyrığı aşkar edilmişdir. X3 müyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bir başa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun srücüsü olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. X3 ölümünə səbəb nəqliyyat travması nəticəsində baş beyin qişalarına, toxumasına və mədəciklərə qansızma olmuşdur. X3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə xx.xx.2022-ci il tarixdə, saat 11:00-da başlanmışdır) 8-12 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0.7 promillidir. Bu da onun sağlığında yüngül dərəcəli sərxoşluq əlamətinə dəlalət edir. Digər güclü təsiredici maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs müayinəsinə dair xx.xx.2022-ci il tarixli 89 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 noyabr 2022-ci il tarixli, 8/2730 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.M.X23 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən X24 markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X9-İmtahan və X10 alınmış 22 dekabr 2022-ci il tarixli, 164 nömrəli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək “B1,B,C1,C” kateqoriyalı BC-302705 saylı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixli, 8/2305 nömrəli rəydən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən təqdim olunan məlumatlar, yəni X24 markalı 99FH848 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün təhlükə yaranan andan toqquşmaya kimi 1 saniyə vaxtın keçməsi və həmin anda avtomobillər arasında 10 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan andan toqquşmaya kimi 1 saniyədən artıq vaxt keçmiş, həmin anda avtomobillər arasında 10 metr məsafədən kifayət qədər böyük məsafə olmuşdur. Məhkəmə tərəfindən müəyyən edildiyi məlumatlar, yəni təhlükə yaranan andan toqquşmaya kimi 1 saniyə vaxtın keçməsi və həmin anda avtomobillər arasında 10 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından X24 markalı 99FH848 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz markalı 60BV812 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.M.X23 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü S.M.X23 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü S.M.X23 markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 6Okm/saatdan artıq, yəni 120km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhliukənin yaranma anının müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən istintaq orqanlarının və məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə tərəfindən müəyyən edildiyi məlumatlar, yəni X24 markalı avtomobilin sürücüsü üçün təhlükə yaranan andan toqquşmaya kimi 1 saniyə vaxtın keçməsi və həmin anda avtomobillər arasında 10 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından təhlükə yaranan anda Mercedes Benz markalı avtomobilin toqquşma yerindən olduğu məsafəni ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Yolun görünüş məsafəsinin müəyyən edilməsi və X24 markalı avtomobilin sürücüsünün qarşıdan əks istiqamətdə hərəkətdə olan Mercedes Benz markalı avtomobili neçə metr məsafədən görməsinin müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının səlahiyyıətinə aid deyildir. X24 markalı avtomobilin sürücüsünün qarşıdan əks istiqamətdə hərəkətdə olan Mercedes Benz markalı avtomobili neçə metr məsafədən görməsi avtomobilin hərəkət sürətindən asılı deyildir. Qeyd edilir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası nəqliyyat vasitəsi hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması şəraitində nəqliyyat vasitəsinin hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqəni müəyyən edir. Lakin məhkəmə tərəfindən təqdim olunan məlumatlardan məlum olur ki, X24 markalı avtomobil hadisədən əvvəl yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Toqquşmadan sonra avtomobillərin toqquma yerinə nəzərən dayanma vəziyyətləri ilkin olaraq hadisə yerinin müayinəsi zamanı müəyyən edilir. Hadisə yerində avtomobillərə məxsus tormoz izi qalmadığından ekspertiza yolu ilə avtomobillərin sürücülərinin tormozlama əməliyyatı aparıb-aparmamasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin və ekspertin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti yol hərəkəti və nəqliyyat vasitəsinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam,hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilimişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyi əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Qərarın 20-ci bəndində qeyd edilimişdir ki, CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərdiklərini nəzərə alaraq onu qeyd edir ki, həqiqətən də bu qəbildən olan işlər üzrə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam,hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırki iş üzrə isə hadisə yerinin müayinəsi kobud qanun pozuntuları ilə aparılmaqla istintaq boyu bu pozuntular aradan qaldırılmamış, təqsirləndirilən şəxsin ibtidai istitaq zamanı özünü təqsirsiz bilməsinə dair vəsatətlərinə səthi yanaşılmış, hadisə mexanizmi təhrif edilmiş şəkildə işlənilmiş və nəticədə real hadisə mexanizmi itirilmişdir. Əvvəla cinayət işi üzrə istintaqı aparan müstəntiq zamanında zəruri prosessual hərəkətləri etməmiş, məhkəmədə hadisə yerinin mexanizmini təhrif etməsinə dair dəlillər səsləndirmişdir. Yəni, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.24-cü maddəsində nəzərdə tutulmuş qaydada öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan, həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal istintaq aparmalı şəxs olan müstəntiqin iş üzrə real hadisə mexanizmini tərtib etməsi vəzifəsindən irəli gəldiyi halda iş üzrə istintaq zamanı cinayətin izlərinin qorunması və götürülməsi üçün yetərincə tədbirlər görməmişdir ki, bu da təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cinayət işinin və təqsirləndiriılən şəxsin aqibəti real hadisə mexanizminin düzgün müəyyən edilməsindən asılı olduğundan və həmin işin və təqsirləndirilən şəxsin aqibəti də ondan asılı olduğundan, hadisədən uzun müddət keçsə də belə obyektiv həqiqətin müəyyən edilməsindən ötrü məhkəmə istintaqı zamanı real hadisə mexanizminin əldə edilməsinə səy göstərilmişdir. Bu zaman ibtidai istintaqın gəldiyi nəticədən fərqli olaraq müəyyən edilmişdir ki, həqiqətən də toqquşma nöqtəsi Ateqo markalı yük avtomobilinin yolunda baş vermişdir. Belə ki, iş üzrə hadisə yerinin təhlükəsizliyini təmin edən və hadisə yerində olan vəzifəli şəxslər, polis əməkdaşları ifadələrində göstərmişlər ki, həqiqətən də toqquşma Ateqonun yolunda baş vermişdir. Cinayət işinin materiallarından göründüyü kimi müstəntiq açıq-aşkar hazırki iş üzrə təqsirləndirilən şəxsə qarşı qərəzli olmaqla, ona qarşı qərəzini məhkəmə istintaqında da gizlətməmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirən və bununla bağlı protokol və sxem tərtib edən müstəntiq Sahil Alıyev məhkəmə istintaqında ifadəsində göstərmişdir ki, o ölçü işləri aparmağa başlamış, hadisə yeri ölçülərkən polis əməkdaşları ona köməklik göstərsələr də ətrafda heç kim olmamışdır. Hadisə Ateko markalı yük avtomobilinin yolunda baş vermişdi. Hadisə yerinin, yəni toqquşma yerinin Atekonun yolunda deyil, Mersedesin yolunda olmasını əks etdirən baxış protokoluna əlavə edilmiş sxem onun tərəfindən tərtib edilmişdir. Ateko dönmə hərəkəti etməmiş və düz hərəkətdə olmuşdur. Avtomobilin təkərlərinin dönməsi zərbə nəticəsində olmuşdur. Hadisədən sonra Mersedes markalı avtomobil 50-60 metr irəli gedərək aşmış və qapıları kilidlənmişdir. Toqquşma yeri qırıntılara görə müəyyən edilmişdir. Qırıntılar Atekonun ön hissəsinin sol tərəfində idi. Toqquşma yerinin Ateqonun yolunda olmasına baxmayaraq, yol-nəqliyyat hadisəsi yerinə baxış protokoluna əlavə edilmiş sxemdə toqquşma yerinin Mersedesin yolunda göstərməsinin səbəblərini izah edə bilməmişdir. Sahil Alıyevin məhkəmə istitaqında dindirilməsi təqsirləndirilən şəxsin iddia etdiyi kimi, toqquşma yerinin sxeminə imza edərkən toqquşma yerinin həmin vaxt sxemdə əks edilməməsi, toqquşma yerinin sonradan karandaşla işarələnməsi, eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirimiş polis əməkdaşlarının da əslində toqquşma yerinin fərqli olmasına dair verdikləri ifadələrdən irəli gəlmişdir. Hadisə yerinin sxemindən də müəyyən edilir ki, həqiqitən də sxemin kənarları,rekvizitləri komputerdə yığılsa da, toqquşma nöqtəsi və təqsirləndirilən şəxs üçün aydın olması vacib olan digər göstəricilər karandaşla işarələnmişdir ki, həmin işarələrin sonradan dəyişdirilməsi də mümkündür. Belə ki, hadisənin real mexanizmini təhrif edən prosessual şəxsin toqquşma yeri göstərilməyən sxemə təqsirləndirilən şəxs tərəfindən imza etdirilməsinə nail olunması da gözləniləndir. Ona görə də pozuntularla tərtib edilmiş mexanizm əsasında şəxsin ittiham edilməsi Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına zidd olmuş olardı. İstintaq boyu Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi halda 08 aprel 2022-ci ildə cinayət işi üzrə icraatı dayandıran müstəntiq qərarında qeyd edir ki, yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilərək rəy alınmadığından hadisəni törətmiş Təqsirləndirilən şəxs ittiham elan etmək mümkün olmamışdır. Göründüyü kimi hadisə zamanı iki nəqliyyat vasitəsi toqquşmuş, bir nəqliyyat vasitəsinin sürücüsü vəfat etmişdir. Müstəntiq iş üzrə hələ rəy almadan, iş üzrə iki sürücü olduğu halda müstəntiq yalnız Təqsirləndirilən şəxs barədə ittiham verilməsindən bəhs edərək onu öncədən cinayət törətməkdə şübhə altına almışdır. Yəni, istintaq boyu Təqsirləndirilən şəxs qarşı qərəzlər davam etmişdir. Toplanılmış sübutlar isə qanunun tələbləri pozulmaqla toplanılmış sübutlardır. Cinayət işi dayandırıldıqdan 5 ay sonra ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən prokurorun qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Prokuror öz qərarında göstərmişdir ki, hadisəni görmüş və hadisə yerinə gəlmiş polis əməkdaşlarının dairəsinin müəyyənləşdirilərək şahid qismində dindirilməsi təmin edilməmiş, X3 nəqliyyat vasitələrini idarə etmə hüququnun olub-olmaması olduğu təqdirdə məhdudlaşdırılıb-məhdudşladırılmaması araşdırılmamış, həmçinin bu müddət ərzində yol nəqliyyat ekspertizaları təyin edilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi başlanandan 8 ay sonra məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş, 10 ay sonra isə şahidlərin dindirilməsinə başlanılmışdır. Əlbətdə bu müddət ərzində real hadisə mexanizminin qorunub saxlanılması mümkün görünmür. Ona görə də Təqsirləndirilən şəxs ondan asılı olmayan səbəblərdən aparılmamış prosessual hərəkətlərə görə “qurbana” çevrilə bilməz. Məhkəmə qeyd edir ki, hadisədən 5 ay keçdikdən sonra hadisəni görmüş və hadisə yerinə gəlmiş polis əməkdaşlarının dairəsi müəyyənləşdirilərək şahid qismində dindirilmiş, X3 nəqliyyat vasitələrini idarə etmə hüququnun olmaması müəyyən edilmiş, həmçinin bu müddət ərzində yol nəqliyyat ekspertizaları təyin edilmişdir. Təyin edilmiş yol-nəqliyyat elkspertizası isə məhz həmin müstəntiqin təqdim etdiyi mexanizmə uyğun aparılmışdır. Onun təqdim etdiyi mexanizm isə qanunun tələbləri pozulmaqla aparıldğından həmin mexanizm əsasında verilmiş rəyin də Təqsirləndirilən şəxs münasibətdə hüquqi qüvvəsi mövcud deyildir. Çünki həmin rəy təqsirləndirilən şəxsin hüquqlarının pzoulması ilə əldə edilmiş məlumatlar əsasında verilmişdir. Bu məlumatlar əsasında verilmiş sübut yol verilən sübut hesab edilə bilməz. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Beləlikə ittiham tərəfinin təqdim etdiyi sübutlar ziddiyyətli olmaqla, Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə əldə edilməmişdir. İttiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakı sübutlardan ibarətdir: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş sxem; fotoşəkillər; sərxoşluğa dair protokol; təqsirləndirilən şəxsin ifadəsi; məhkəmə-tibbi Ekspertizanın rəyi;avto-texniki ekspertizanın rəyi və şahidlərin ifadələri. İttiham tərəfinin sübutu olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş sxemə yuxarıda göstərilmiş qaydada hüquqi qiymət verilmiş və o sübutların hər hansı hüquqi qüvvəsinin olması müəyyən edilməmişdir. Belə ki, həmin sxemi tərtib etmiş müstəntiq məhkəmə iclasında işin həllində bu və ya digər dərəcədə maraqlı olması ilə bağlı yalan ifadə versə də belə, məhkəmə istintaqında dindirilmiş digər şahidlər, yəni polis əməkdaşları da toqquşma yerinin əslində Ateqonun yolunda olduğunu bildirmişlər. Həmin şahidlərin ifadələrini inkar edən hər hansı hallar iş materiallarında mövcud deyildir. Eyni zamanda ittiham tərəfinin təqdim etdiyi həmin şahidlərin ifadələri ilə bağlı məhkəmə onu qeyd edir ki, göründüyü kimi həmin şahidlər ibtidai istintaq zamanı avtomobillərin toqquşma nöqtəsi barədə hər hansı ifadə verməmişlər. Odur ki, məhkəmə onların məhkəmə istintaqında verdikləri ifadələri də sübut kimi qəbul edir. İttiham tərəfinin təqdim etdiyi təqsirləndirilən şəxsin özünün ifadəsinə gəldikdə məhkəmə onu qeyd edir ki, o özü də təqsirini etiraf etməmişdir. Bundan başqa da o təqsirini etiraf etsə də belə onun təqsirini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham haqqında və sübutların qiymətləndirilməsi haqqında qərarda göstərilmişdir ki, hadisə yerinə baxış keçirilməsi haqqında 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisədən əvvəl hər iki avtomobilin qabaq sol hissələri qarşı sol sol hərəkət zolağına çıxmaqla yolun ortası ilə hərəkətdə olmuşlar və belə vəziyyətdə avtomobillərin qabaq sol hissələri arasında toqquşma baş vermişdir. Hadisə zamanı yol işıqlandırılmamışdır. Göründüyü kimi sübutlar qiymətləndirilərkən və ittiham aktı tərtib edilərkən hadisə yerinə baxış keçirilməsi haqqında 08 fevral 2022-ci il tarixli protokola istinad edilmişdir. Həmin protokolda isə hadisədən əvvəl hər iki avtomobilin qabaq sol hissələrinin qarşı sol sol hərəkət zolağına çıxmaqla yolun ortası ilə hərəkətdə olması və belə vəziyyətdə avtomobillərin qabaq sol hissələri arasında toqquşmanın baş verməsinə dair hər hansı müddəa və yaxud qeyd göstərilməmişdir. Belə olduğu halda qeyd edilən müddəaların nəyə əsasən ittihama daxil edildiyi məlum deyildir. Bundan başqa da hadisə yerinə baxış keçirilməsi haqqında 08 fevral 2022-ci il tarixli protokolda yolun işıqlandırılması göstərilsə də, ittiham haqqında və sübutların qiymətləndirilməsi haqqında qərarda yolun işıqlandırılmaması göstərilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə baxış mühüm əhəmiyyət kəsb edən təxirəsalınmaz istintaq hərəkətlərindən biridir. Hadisə yerinə baxışın məqsədi yol-nəqliyyat hadisəsinin baş vermə yerini; hadisənin vaxtını; nəqliyyat hadisəsinin növünü: vurma, toqquşma, aşma və s; hərəkətin istiqamətini, təhlükəli vəziyyətin yaranması anında, hadisə zamanı və hadisənin son mərhələsində iştirakçıların yerləşməsini və hərəkətərini; hadisə zamanı yol şəraitini; yol örtüyünün növünü və vəziyyətini; yolun eni,nişanlanması və digər xüsusiyyətlərini; yaxınlıqdakı sahələrin xarakteristikasını; yol nişanlarının mövcudluğunu; görünüş sahəsini; görünmə dərəcəsini; yolun işıqlandırma vəziyyətini; hərəkətin sıxlığını və intensivliyini; hərəkət üçün maneələrin və yol qusurlarının mövcud olmasını; yolnəqliyyat hadisəsi nəticəsində yol örtüyündə, ətrafdakı əşyalarda, zərər çəkmişin üzərində yaranmış izləri; nəqliyyt vasitəsinin vəziyyətini; nəqliyyat vasitəsindən ayrılmış hissələrin, ondan aşmış yükün mövcudluğunu, onların yerləşməsini; yol-nəqliyyat hadisəsinin müşahidə edən şəxsləri (şahidləri) müəyyən edilməsindən ibarətdir. Cinayət işi üzrə bu kimi hərəkətlərin böyük əksəriyyəti həyata keçirilməmiş, həyata keçirilmiş hərəkətlər isə səthi və ziddiyyətli həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, toqquşma izlərinin təhlili zədələri yaradan qüvvənin istiqamətini müəyyən etməyə imkan verir, bu da öz növbəsində avtonəqliyyat vasitələrinin ilkin təmas yerini və onların toqquşma bucağını müəyyən etməyə imkan yaradır. İstintaq zamanı toqquşma izləri və tormozlama izlərinin olub-olmaması da müəyyən edilməmişdir. Məhkəmə ittiham tərəfinin fotoşəkillərlə bağlı sübutuna da qiymət verərək onu qeyd edir ki, əvvəla fotoşəkillə sürücülərin hadisənin qarşısını alıb-almamaq imkanlarının olmasına hüquqi qiymətin verilməsi mümkün deyildir. Birbaşa sübutlar olmadığı halda bu növ işlər üzrə fotolar o halda sübut kimi qəbul edilə bilər ki, çəkiliş müfəssəl şəkildə aparılmış olsun. Hadisə yerinə ümumi baxış zamanı nəqliyyat vasitəsinin yol nişanlarına və ətafdakı obyektlərə (ev, elektrik dirəkləri, tikililər və s.) nisbətdə yerləşməsi və baxışın sərhədləri müəyyən edilməmiş, hadisə yerinin istiqamətləndirici və müfəssəl foto və ya video çəkilişləri aparılmamış, çəkiliş zamanı yol nişanları, yol boyunca olan şərait kadra düşməmiş, Hadisə yerinin icmal fotoçəkilişləri bir neçə nöqtədən iri miqyasla aparılmamış, hadisə yerinə baxış zamanı nəqliyyat vasitəsinin tormoz izləri, yol nişanları, digər izlərin və maddi sübutların müfəssəl fotoçəkilişi aparılmamışdır.Bir sözlə yol-nəqliyyat hadisəsi ilə bağlı şərait düzgün qiymətləndirilməmişdir. İttiham tərəfinin digər sübutuna, yəni məhkəmə-tibbi Ekspertizanın rəyinə gəldikdə məhkəmə onu qeyd edir ki, həmin rəydə hazırki iş üzrə təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıran dəlillər mövcud deyildir. Əksinə, həmin rəylə müəyyən edilmişdir ki, qarşı hərəkət zolağında olan avtomobilin sürücüsü Sərxan Alıyev avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İttiham tərəfinin digər sübutu isə avto-texniki ekspertizanın rəyidir ki, həmin rəylə də bir tərəfdən Sərxan Alıyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmaqla onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması göstərilmiş, o avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, digər tərəfdən Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi ittiham tərəfinin təqdim etdiyi bu sübut da müstəntiqin hazırladığı real hadisə mexanizmi əsasında əldə edilmişdir. Hadisənin mexanizminin reallığı isə yuxarıda dəyərləndirildiyi kimi şübhə altına alınmış və məhkəmə istintaqı zamanı həmin mexanizmin real olmadığı müəyyən edilmişdir. Ona görə də həmin rəy ittihamın əsasını təşkil edə bilməz. Avropa Məhkəməsinin Barbera, Messegue və Yabardo İspaniyaya qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafıq yəni, qanuni yolla əldə olunmalıdır. Eyni zamanda məhkəmə həmin qərarında onu da qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Məhkəmə istintaqı zamanı əldə edilmiş ekspertiza rəyi ilə bağlı məhkəmə onu qeyd edir ki, məhkəmə istintaqında müəyyən edilmiş məlumatlar ekspertə təqdim edilsə də, ekspert bu məlumatların real hadisə mexanizminə uyğun olmadığını bildirmişdir. Həmin rəylə o da müəyyən edilmişdir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası nəqliyyat vasitəsi hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması şəraitində nəqliyyat vasitəsinin hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqəni müəyyən edir. Lakin məhkəmə tərəfindən təqdim olunan məlumatlardan məlum olur ki, X24 markalı avtomobil hadisədən əvvəl yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Toqquşmadan sonra avtomobillərin toqquma yerinə nəzərən dayanma vəziyyətləri ilkin olaraq hadisə yerinin müayinəsi zamanı müəyyən edilir. Hadisə yerində avtomobillərə məxsus tormoz izi qalmadığından ekspertiza yolu ilə avtomobillərin sürücülərinin tormozlama əməliyyatı aparıb-aparmamasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Göründüyü kimi həmin rəylə Təqsirləndirilən şəxs hərəkətlərini şübhə altına alan hər hansı məqamlar mövcud deyildir. Əksinə, Təqsirləndirilən şəxs yaşayış məntəqəsində icazə verilən sürət həddini aşmamış, hadisə yerində avtomobillərə məxsus tormoz izi qalmadığından ekspertiza yolu ilə avtomobillərin sürücülərinin tormozlama əməliyyatı aparıb-aparmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin rəydə daha sonra qeyd edilir ki, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz markalı 60BV812 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.M.X23 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü S.M.X23 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü S.M.X23 markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 6Okm/saatdan artıq, yəni 120km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair topladığı sübutlarla, yəni yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını,törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi mövcud deyildir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. İbtidai istintaq orqanı tərəfindən düzgün olmayan mexanizm əsasında verilmiş ekspert rəyləri ilə yol-nəqliyyat hadisəsində Təqsirləndirilən şəxs təqsiri müəyyən edilmişdir. Lakin, məhkəmə iclasında araşdırılan sübutlarla həmin mexanizmin düzgün olmadığı aşkar edilmişdir. Məhz buna görə də məhkəmə, düzgün olmayan mexanizm əsasında verilmiş ekspert rəyininin mötəbər sübut kimi qəbul edilməsini mümkün hesab etmir. Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci iltarixli, 2629 nömrəli Sərəncamı ilə Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə yol-nəqliyyat hadisəsi yerlərinə baxışın nəticələrinin rəsmiləşdirilməsinin qanunun tələblərinə ciddi əməl edilməklə həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır. Eyni zamanda həmin Sərəncamla yolnəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına nəzarətin gücləndirilməsi və aşkar olunan pozuntuların aradan qaldırılmasının təmin edilməsi Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, müstəntiq X13 və iş üzrə şahidlər məhkəmə istintaqı zamanı ifadə verdikdən sonra məhkəməyə teleqramlar ünvanlayaraq hadisə zamanı tərtib edilmiş protokol və sxemdəki ölçülərin düzgünlüyünün qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda məhkəmə iclasına dəvət edilmədiyi halda müstəntiq Sahil Alıyevin məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi onun bu işə laqeyd yanaşmasının ifşa edilməsinin narahatlığından xəbər verir. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, məhkəmədə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam,hərtərəfli və obyektiv araşdırılmadan və hadisənin baş vermə səbəbləri düzgün müəyyən edilməklə iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış və yuxarıda sadalanan sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluq olmamışdır. Məhkəmə onu da qeyd edir ki, sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə, müəyyən edilmiş sürət həddini aşmaqla avtomobili idarə edən Alıyev Sərxana münabiətdə Təqsirləndirilən şəxs B, B1, C, C1 kimi sürücülük kateqoriyasına malik biri olmaqla bu sahədə təcrübəsinin olması da istisna edilmir. Azərbaycan Respublikası CPM-in 25.2-ci maddəsinə əsasən, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Həmin Məcəllənin 28.1 və 28.5-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayət törətməsində təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və myekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin dispoziyasında nəzərdə tutulan cinayət əməlinin törədilməsində onun təqsirli olması sübuta yetməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPMnin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərə müvafiq olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dərhal ləğv edilməlidir. CPM-nin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi bəraət hökmünün nəticəvi hissəsində göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 351, 352, 353, 356, 357 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dərhal ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcləri dövlət büdcəsinə aid edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar