Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-3/2025 24.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və Tovuz rayonu Əlimərdanlı kədnində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 iyun 2025-ci il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni qara rəngli çantanın içərisində bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış təmiz çəkisi 62,36 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, polis əməkdaşları tərəfindən 09 sentyabr 2023-cü il tarixdə, saat 00:15-də Tovuz rayonu Abulbəyli kəndi ərazisində yolun kənarında saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə saat 00:40-dan saat 01:25-dək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış təmiz çəkisi 62,36 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana ona məxsus qara rəngli çantanın içərisindən aşkar edilərək götürülmüş, həmçinin, Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən Kür çayının üzü Ağstafa rayonu istiqamətində, çayın sol yan sahilində, meşəlik ərazidə yerləşən 0,5 sot torpaq sahəsində xeyli miqdarda, cəmi 11 (on bir) ədəd uzunluğu 1,50 santimetrdən 3,50 santimetrə qədər ölçüdə olan, ümumi təmiz çəkisi 3250 qram olan narkotik xassəli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib aqro-texniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 09 sentyabr 2023-cü il tarixdə, saat 13:40-dan saat 14:35-dək olan müddət ərzində Tovuz rayonu Hunanlar kəndinin ərazisindən keçən Kür çayının üzü Ağstafa rayonu istiqamətində çayın sol yan sahilində, meşəlik ərazidə 0,5 sot torpaq sahəsinə baxış keçirilərkən Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısı” ilə müəyyən edilmiş xeyli miqdar təşkil edən 11 (on bir) ədəd uzunluğu 1,50 santimetrdən 3,50 santimetrə qədər ölçüdə olan, ümumi təmiz çəkisi 3250 qram olan narkotik xassəli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə istifadəçisidir və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin aprel ayında Tovuz rayonu Hunanlar kəndində, Kür çayının sahilində, meşəlik ərazidə narkotik tərkibli bitki kollarını əkib, həmin kollara aqro-texniki qaydada qulluq edərək, kökünü sulayaraq kultivasiya etmişdir. O, ara bir həmin əraziyə gedib, əkib-becərdiyi narkotik tərkibli bitki kollarının yarpaqlarından toplayıb, gətirib qurudaraq, özü üçün istifadə edirmiş. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində o, Tovuz rayonu Abulbəyli kəndinin ərazisi ilə, yolun kənarı ilə piyada hərəkət edərkən, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib, polis əməkdaşları olduqlarını bildirdikdən sonra, üzərində qanunsuz olaraq narkotik vasitə əldə etməsində və daşımasında şübhələndiklərini bildirib onu Tovuz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon şöbəsində olarkən onu xidməti iş otağına aparmışlar. Daha sonra ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi üçün vəkillərin siyahısı təqdim edilmişdir. O, vəkillərin siyahısına nəzər yetirdikdən sonra həmin siyahıdan dövlət hesabına olmaqla Tovuz rayon Vəkil bürosunun vəkili Müdafiəçisi qismində iştirakının təmin edilməsini istəmişdir. Müdafiəçisi rayon şöbəsinə dəvət olunduqdan sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın və maddənin olub-olmaması soruşulmuş, olarsa təqdim etməsi təklif edilmişdir. O, da üzərində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunmuş əşyanın olduğunu bildirib, çiynindən asılmış olan qara rəngli çantanın içərisindən bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış kütləni təqdim etmişdir. Təqdim etdiyi bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış şəffaf rəngli selofan torbada olan kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmamış marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin bir ədəd qara rəngli üzəri yapışqan lentlə sarınmış şəffaf rəngli sellofan torbada olan kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlə bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış şəffaf rəngli sellofan torba ilə birlikdə çəkisi 81.50 qram olmuşdur. Sorğu zamanı o, bildirmişdir ki, şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış şəffaf rəngli sellofan torbada kütlə narkotik vasitə olan qurudulmamış marixuanadır və həmin kütləni xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Hunanlar kəndində, meşəlik ərazidə olan çətənə kannabis kollarından yığıb, Bakı şəhərində yaşayan Rövşən adlı şəxslə birlikdə istifadə etmək məqsədilə, Bakı şəhərinə aparmaq üçün üzərində saxlamışdır. Bundan sonra təqdim etdiyi bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış şəffaf rəngli sellofan torbada olan kütlə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin sorğu zamanı o, bildirmişdir ki, Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən Kür çayının üzü Ağstafa rayonu istiqamətində çayın sol sahilində meşəlik ərazidə 0,5 sot torpaq sahəsində əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkib-becərərək kultivasiya etmişdir. Həmin ərazini göstərə biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Tovuz Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Tovuz Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı Şahid1 Şixəli oğlu, Tovuz Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinin konvoyu polis serjantı Şahid3, Tovuz rayonu bitki mühafizəsi və fumikasiya zərərsizləşdirmə mərkəzinin aparıcı aqronom mütəxəssisi Şahid4 və Müdafiəçi ilə birlikdə Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən kür çayının sahilinə getmişlər. Torpaq sahəsinin ətrafı ağaclar və kollarla örtülmüşdür. O, həmin torpaq sahəsinə girmək üçün kolların bir qismini təmizləmiş və ensiz bir cığır açmışdır. Həmin torpaq sahəsinə baxış keçirilməzdən əvvəl ondan, aşkar edilmiş narkotik tərkibli bitki kollarına qulluq edib-etməməsi sual olunmuşdur. O, bildirmişdir ki, aşkar edilmiş bitki kolları, narkotik tərkibli bitki kollarıdır və həmin narkotik təkibli bitki kollarını 2023-cü ilin aprel ayında özü əkib-becərmiş və aqro-texniki qaydada qulluq etmişdir. Arada bir həmin torpaq sahəsində gedib qulluq etdiyi narkotik təkibli bitki kollarının bir qismini toplayaraq, istifadə etməsi üçün qurutmuşdur. Bundan sonra həmin əraziyə baxış keçirilmiş, baxış zamanı uzunluğu təxminən 1,50 santimetrdən 3,50 santimetrə qədər ölçüdə, birinin çəkisi təxminən 1-1,2 kiloqram olan aqrotexniki qaydada qulluq edilmiş 11(on bir) ədəd narkotik tərkibli çətənə kannabis kolları aşkar edilmişdir. Sorğu zamanı Tovuz rayon bitki mühafizəsi və fumikasiya zərərsizləşdirmə mərkəzinin aparıcı aqronom mütəxəssisi Şahid4 bildirmişdir ki, aşkar edilmiş 11 (on bir) ədəd bitki kolları əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə kannabis kollarıdır və həmin bitki kollarına aqro-texniki qaydada qulluq edilərək, diblərinə su verilib, kultivasiya edilmişdir. Aşkar edilmiş narkotik tərkibli bitki kolları kökündən çıxardılaraq bir ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış və torbanın ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı həmçinin həmin ərazidən onun istifadə etdiyi və əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarına qulluq etməsini təsdiq edən 01(bir) ədəd bel, 01 (bir) ədəd yaşıl rəngli tənək qayçısı, 08 (səkkiz) ədəd 2 (iki) litrlik plastik su qabı, 01 (bir) ədəd 1(bir) litrlik plastik su qabı aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülüb protokola əlavə edilmişdir. Sorğu zamanı o, bildirmişdir ki, aşkar edilmiş bel ilə narkotik tərkibli bitki kollarının dibini yumşaltmış, aşkar edilmiş tənək qayçısı ilə isə həmin narkotik təkibli bitki kollarınının dibini təmizləmişdir. Baxış zamanı əlavə olaraq həmin torpaq sahəsindən onun istifadə etdiyi 06 (altı) ədəd çəkilmiş siqaret kötüyü, 01 (bir) ədəd siqaret qutusu aşkar edilərək, iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatında olmaqla faktiki olaraq Tovuz rayonu Əlimərdanlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir qohumluq əlaqəsi, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 08 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində o, Tovuz rayon polis şöbəsində gündəlik xidmətində olan zaman Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatında olmaqla faktiki olaraq Tovuz rayonu Əlimərdanlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. O, Tovuz Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi Şahid1 Şixəli oğlu ilə birlikdə 08 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində avtomobilə minib Tovuz rayon Abulbəyli kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Daxil olmuş məlumata əsasən həmin vaxt Təqsirləndirilən şəxs Tovuz rayonu Abulbəyli kəndi ərazisində olmuşdur. Onlar Təqsirləndirilən şəxs olduğu yeri dəqiq müəyyənləşdirdikdən sonra avtomobillə ona yaxınlaşıb yanında saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə əldə edib gəzdirməsi ilə bağlı şübhəli olduğunu demişlər. Onlar Təqsirləndirilən şəxs Tovuz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən avtomobilə əyləşmiş və onlarla Tovuz Rayon Polis Şöbəsinə gəlmişdir. O, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlamaqda və qəbul etməkdə şübhəli olması barədə müvafiq raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Tovuz Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı Ruflan Əliyeva tapşırılmışdır. Bundan sonra Ruflan Əliyev, Təqsirləndirilən şəxs özünü təqdim etmiş və ona hüquq və vəzifələrini izah edərək bildirmişdir ki, üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüquq vardır. Bundan sonra baş təhqiqatçı X2 rayon vəkil bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və vəkili tərəfindən hüquqlarının müdafiə edilməsini istəmişdir. Daha sonra vəkil Müdafiəçi Tovuz Rayon Polis Şöbəsinə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkili Müdafiəçila tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını demişdir. Daha sonra baxış iştirakçılarının hamısına Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunmuş əşya olduğunu bildirərək, çiynindən asılı vəziyyətdə olan qara rəngli çantanın içərisindən bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd üzəri qara rəngli yapışqan lentlə sarınmış şəffaf sellofan büküm açılaraq baxış keçirilmişdir. Şəffaf sellofan bükümdə olan kütləyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmamış marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə qurudulmamış marixuanadır və həmin kütləni tutulmamışdan bir gün əvvəl Tovuz rayonu Hunanlar kəndində, meşəlik ərazidə olan, aqro-texniki qaydada qulluq etdiyi, narkotik tərkibli bitki kollarından yığıb, Bakı şəhərində yaşayan Rövşən adlı şəxslə birlikdə istifadə etmək məqsədilə, aparmaq üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Bir ədəd şəffaf sellofan bükümdə olan kütlənin çəkisi bükümlə birlikdə 81,50 qram təşkil etmişdir. Ardınca bir ədəd şəffaf bükümdə olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmçinin Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən Kür çayının sahilində yerləşən meşəlik ərazidə 0,5 sot torpaq sahəsində narkotik tərkibli çətənə (kannabis) kollarına aqro-texniki qaydada qulluq etmişdir. Həmin kolların yerini dəqiq göstərə biləcəyini bildirmişdir. 09 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində o, Tovuz Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı Şahid1 Şixəli oğlu, Tovuz Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinin konvoyu polis serjantı Şahid3 və Tovuz rayonu bitki mühafizəsi və fumikasiya zərərsizləşdirmə mərkəzinin aparıcı aqronom mütəxəssisi Şahid4, Təqsirləndirilən şəxs və Müdafiəçi ilə birlikdə Tovuz rayonu Hunanlar kəndi ərazisinə getmişlər. Təqsirləndirilən şəxs Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən Kür çayının sahilində yerləşən meşəlik ərazidə, aqro-texniki qaydada qulluq göstərdiyi narkotik tərkibli çətənə (kannabis) kollarını əkdiyi yeri göstərmişdir. O, həmin kolları baxış iştirakçıları ilə birlikdə kökündən çıxardaraq saymışlar və elektron tərəzidə çəkmişlər. Baxış zamanı uzunluğu 1,50 santimetrdən 3,50 santimetrə qədər ölçüdə olan, birinin çəkisi təxminən 1-1,2 kiloqram olan 11(on bir) ədəd narkotik tərkibli çətənə (kannabis) kolları bir ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı həmçinin həmin ərazidən Təqsirləndirilən şəxs istifadə etdiyi və əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarına qulluq etməsini təsdiq edən 01(bir) ədəd bel, 01 (bir) ədəd yaşıl rəngli tənək qayçısı, 08 (səkkiz) ədəd 2 (iki) litrlik plastik su qabı, 01 (bir) ədəd 1( bir) litrlik plastik su qabı aşkar edilərək, iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş bel ilə narkotik tərkibli bitki kollarının dibini yumşaltmış, aşkar edilmiş tənək qayçısı ilə isə həmin narkotik tərkibli bitki kollarınının dibini təmizləmişdir. Baxış zamanı əlavə olaraq həmin torpaq sahəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi 06 (altı) ədəd çəkilmiş siqaret kötüyü, 01 (bir) ədəd siqaret qutusu aşkar edilərək, iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tovuz rayon bitki mühafizəsi və fumikasiya zərərsizləşdirmə mərkəzinin aparıcı aqronom mütəxəssisi vəzifəsində işləyir. Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Tovuz rayonu Əlimərdanlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir qohumluq əlaqəsi, münasibəti, ədavət və qərəzçiliyi olmamışdır. 09 sentyabr 2023-cü il tarixdə Tovuz rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Ruflan Əliyevin dəvəti ilə o, rayon şöbəsinə gəlmişdir. Ona bildirilmişdir ki, şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs Tovuz rayonu Hunanlar kəndi ərazisində Kür çayının sahilində, narkotik tərkibli çətənə (kannabis) kollarına aqro-texniki qaydada qulluq etdiyi yerə baxış keçiriləcəkdir. Baxış üçün o, Tovuz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Tovuz rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı Şahid1 Şixəli oğlu, Tovuz rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin konvoyu, polis serjantı Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və Tovuz rayon Vəkillər bürosunun vəkili Müdafiəçi ilə birlikdə 09 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu Hunanlar kəndi ərazisinə getmişlər. Təqsirləndirilən şəxs Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən Kür çayının sahilində yerləşən meşəlik ərazidə, aqro-texniki qaydada qulluq göstərdiyi narkotik tərkibli çətənə (kannabis) kollarını əkdiyi yeri göstərmişdir. Baxış iştirakçıları tərəfindən həmin kollar kökündən çıxarılaraq sayılmış və elektron tərəzidə çəkilmişdir. Baxış zamanı aqro-texniki qulluq olunmuş 11(on bir) ədəd, uzunluğu 1,50 santimetrdən 3,50 santimetrə qədər ölçüdə olan, birinin çəkisi 1-1,2 kiloqram olan narkotik xassəli çətənə (kannabis) kollarının olması aşkarlanmışdır. Həmin bitkilər aqro-texniki qaydada qulluq olunmuş kultivasiya (əkib becərmə) ilə səpilmiş, tərkibində narkotik olan çətənə kollarıdır. Daha sonra həmin kollar bir ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı həmçinin həmin ərazidən Təqsirləndirilən şəxs istifadə etdiyi və əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarına qulluq etməsini təsdiq edən 01(bir) ədəd bel, 01 (bir) ədəd yaşıl rəngli tənək qayçısı, 08 (səkkiz) ədəd 2 (iki) litrlik plastik su qabı, 01 (bir) ədəd 1( bir) litrlik plastik su qabı aşkar edilərək, götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş bel ilə narkotik tərkibli bitki kollarının dibini yumşaltmış, aşkar edilmiş tənək qayçısı ilə isə həmin narkotik təkibli bitki kollarınının dibini təmizləyirmiş. Baxış zamanı əlavə olaraq həmin torpaq sahəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi 06 (altı) ədəd çəkilmiş siqaret kötüyü, 01 (bir) ədəd siqaret qutusu aşkar edilərək, iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 33-cü vərəqəsində olan 09 sentyabr 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat müəyyən olunur. Cinayət işinin 105-ci vərəqəsində olan 13 sentyabr 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat müəyyən olunur. İşin 34-cü vərəqəsində olan 09 sentyabr 2023-cü il tarixli 16/889 nömrəli ekspert rəyi ilə müəyyən edimişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf sellofan bükümdə olan təmiz çəkisi 62,36 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamuş marixuanadır və bundan 0,05 qram tədqiqata sərf edilmişdir. Cinayət işinin 106-107-ci vərəqəsində olan 13 sentyabr 2023-cü il tarixli 16/911 nömrəli ekspert rəyi ilə müəyyən edimişdir ki, üzərində “Tovuz rayonu Hunanlar kəndi ərazisində aqro-texniki qaydada qulluq etdiyi narkotik tərkibli çətənə kannabis kolları” yazı və imzalar olan sintetik kisədəki 11 (on bir) ədəd ümumi təmiz çəkisi 3250 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun mütəxəssis rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. 0,22 qram tədqiqata sərf edilmişdir. İşin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin verdiyi 13 sentyabr 2023-cü il tarixli 1526 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 82-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə tövsif olunmalıdır və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İşin 8-ci vərəqəsində olan şübhəli şəxsi tutma haqda 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 60-cı vərəqəsində olan 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 80-81-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən olunur. İşin 91-96-cı vərəqəsində olan Tovuz Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(062)-103/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddəinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 76-cı vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşdə olan Tovuz Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 1(062)- 133/2023 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Tovuz RPŞ tərəfindən tərtib olunmuş 14 iyun 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə Bakı şəhərində saxlanılaraq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə Tovuz Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o 03 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlki əməli yəni Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl təsnifatına görə böyük ictimai təhlükə törəməyən cinayətlərə aid olduğundan cəzanı çəkib qurtardığı gündən isə 01 ildən artıq müddət keçdiyinə görə onun məhkmuluğu ödənilmiş hesab olunur. Ona görə də onun Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdən 10 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 546 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və kultivasiya edib becərdiyi iş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 3249,78 qram olan 11 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi və ümumi çəkisi 62,31 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan 1 ədəd bel, 01 ədəd yaşıl rəngli tənək qayçısı, 08 ədəd iki litrlik plastik su qabı, 01 ədəd bir litrlik plastik su qabı sahibinə yəni Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə çəkilmiş cəmi 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində tutuılmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 234.1ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən yəni 13 iyun 2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 3249,78 qram olan 11 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi və ümumi çəkisi 62,31 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan 01 ədəd bel, 01 ədəd yaşıl rəngli tənək qayçısı, 08 ədəd iki litrlik plastik su qabı, 01 ədəd bir litrlik plastik su qabı sahibinə yəni Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə çəkilmiş cəmi 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmün ekspertiza xərcinin alınaraq dövlət büdcəsinə ödənilməsi və maddi sübutun məhv edilməsinə dair hissəsində icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-3/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-3/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver