Məhkəmə qərarları › İş №1(062)-30/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-30/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-30/2024 17.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Masallı rayonu Hüseynhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Hüseynhacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Tovuz rayonu, Əyyublu kəndində yaşayan Zərərçəkmiş şəxs özünü adını bildirmədiyi şirkət sahibi kimi qələmə verərək və həmin şirkətin vasitəsi ilə sonuncuya məxsus ayrı-ayrılıqda hər birinin yük yerində 20 (iyirmi) ton çəkidə kartof ərzaq məhsulunun daşındığı 02 (iki) ədəd yük avtomobilinin Rusiya Federasiyası ərazisindən gömrük nəzarətindən keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün hər iki yük avtomobili üçün birlikdə nəzərdə tutulan 10300 (on min üç yüz) manat məbləğində gömrük rüsumunun ödənişini özü həyata keçirəcəyinə dair yalan vəd verib aldatmış, bu niyyətlə xx.xx.2023-cü il tarixdə saat 17:50-də Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd, yük yerində 20 (iyirmi) ton çəkidə kartof ərzaq məhsulunun daşındığı yük avtomobilinin Rusiya Federasiyası ərazisindən gömrük nəzarətindən keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün əvvəlcədən Zərərçəkmiş şəxs verdiyi “LeoBank”a məxsus 68958606 saylı kart hesabına sonuncu tərəfindən Tovuz rayonu, Əyyublu kəndi ərazisində fəaliyyət göstərən “Bizim Market”də yerləşən “eManat” ödəniş terminalı vasitəsilə köçürülmüş 5000 (beş min) manat məbləğində pul vəsaitini, həmçinin digər, yəni Zərərçəkmiş şəxs məxsus ikinci, yük yerində 20 (iyirmi) ton çəkidə kartof ərzaq məhsulunun daşındığı yük avtomobilinin Rusiya Federasiyası ərazisindən gömrük nəzarətindən keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün xx.xx.2023-cü il tarixdə Tovuz rayonu, Alakol kəndi ərazisində fəaliyyət göstərən “Ocaq” restoranında Zərərçəkmiş şəxs sonuncunun tanışı Şahid1 iştirakı ilə əlbəəl, nağd şəklində 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaitini, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 10300 (on min üç yüz) manat məbləğində xeyli miqdarda pul vəsaitini dələduzluq yolu ilə, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayon sakinləri Zərərçəkmiş şəxs və Şahid1 tanıyır. 2023-cü ilin aprel ayının ortalarında Rusiya Federasiyası ərazisində yaşayan Amil adlı bir nəfər tanışı ona zəng edərək Tovuz rayon sakinləri Zərərçəkmiş şəxs və Şahid1 məxsus hər birinin ayrı-ayrılıqda içərisində 20 (iyirmi) ton olmaqla kartof məhsulu daşınan 02 (iki) tır yük avtomobilin Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçirilməsinə kömək göstərməsini ondan xahiş etmişdir. Belə ki, həmin vaxt o, içərisində özünə məxsus kartof ərzaq məhsulu daşınan 04 (dörd) ədəd tır markalı yük avtomobilini Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisinə keçirmək üzrə olmuşdur. Bundan xəbər tutan tanışı Zərərçəkmiş şəxs və Şahid1 məxsus hər birinin ayrı-ayrılıqda içərisində 20 (iyirmi) ton olmaqla kartof məhsulu daşınan 02 (iki) tır markalı yük avtomobilin Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçirilməsinə kömək göstərməsi barədə ondan xahiş etmişdi. Beləliklə, o, Amil adlı tanışının xahişini nəzərə almış və sonuncunun ona verdiyi Tovuz rayon sakini Şahid1 məxsus mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə əlaqə saxlamışdır. Telefon danışıqları zamanı o, Şahid1 məxsus kartof məhsulunu daşıyan tır markalı yük avtomobillərinin hər bir avtomobil üçün Azərbaycan Respublikası ərazisinə daxil olmasına görə gömrük rüsumu adı ilə 5000 (beş min) manat məbləğində, ümumilikdə hər iki avtomobil üçün isə 10300 (on min üç yüz) manat məbləğində pul ödənişi etməli olacaqlarını bildirmişdir. Bundan sonra Şahid1 onunla razılaşmışdır. O, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Şahid1 “Vatsap” proqramı vasitəsilə özünə aid “LeoBank”a məxsus, “**********958606” saylı kart nömrəsi göndərmiş və həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 17:50 dəqiqədə ona məxsus həmin kart hesabına 5000 (beş min) manat məbləğində Şahid1 tərəfindən online ödəniş edilməsinə nail olmuşdur. O, həmin pulu ələ keçirdikdən sonra hər hansı bir məqsədlə xərcləməmiş və özündə saxlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Şahid1 zəng edərək Tovuz rayonuna gəldiyini bildirib görüşmək istədiyini demişdir. xx.xx.2023-cü il tarixdə Şahid1 və sonuncunun şəriki Zərərçəkmiş şəxsla birlikdə Tovuz rayonu, Alakol kəndi ərazisində fəaliyyət göstərən “Ocaq” restoranında görüşmüşlər. Həmin vaxt o, tək olmuşdur. Görüşləri əsnasında o, Şahid1 və sonuncunun şəriki Zərərçəkmiş şəxs məxsus, həmin vaxt Rusiya Federasiyası ərazisində olan, hər birinin yük yerində 20 ton çəkidə kartof ərzaq məhsulu daşınan 2 (iki) Tır markalı yük avtomobilinin Azərbaycan Respublikası ərazisinə keçirilməsi üçün nəzərdə tutulmuş gömrük rüsumlarının ödənişini özü sənədləşdirib həll edəcəyini bildirmişdir. Şahid1 və sonuncunun şəriki Zərərçəkmiş şəxs bir daha hər iki tır markalı yük avtomobili üçün ümumilikdə 10300 (on min üç yüz) manat məbləğində ödəniş etməli olacaqlarını bildirmişdir. Həmin məbləğin 5000 (beş min) manatını ödəniş etdikləri üçün, geridə qalan 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaitin Şahid1 və şərikinin ona ödəməli olduğunu həmin şəxslərə bildirmişdir. Bundan sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Tovuz rayonu, Alakol kəndi ərazisində fəaliyyət göstərən “Ocaq” restoranının otağında Şahid1 şəriki Zərərçəkmiş şəxs iştirakı ilə əlbəəl, nağd şəklində ona 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaiti vermişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından göndərilmiş, Şahid1la şərikinə məxsus yük yerində kartof ərzaq məhsulu daşınan 2 (iki) Tır markalı yük avtomobillərindən birini “Şimal Ərazi Baş Gömrük İdarəsi”ndən Azərbaycan Respublikası ərazisinə keçirtmişdir. Həmin dövrdə o, Şahid1 məxsus 02 tır markalı avtomobil ilə yanaşı, eyni zamanda özünə məxsus yük yerində kartof ərzaq məhsulu daşınan əlavə 04 (dörd) ədəd Tır markalı yük avtomobilini də Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçirmək istəmişdir. Həmin vaxt dövlətlərarası münasibətlərdən irəli gələn problemlə əlaqəli (həmin vaxt ərzaq məhsullarının Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikası ərazisinə idxalına məhdudiyyət qoyuldu) ona məxsus 04 ədəd Tır markalı içərisində kartof məhsulu daşınan yük avtomobilləri Dərbənd şəhəri ərazisində “Sedaka” gömrük məntəqəsində saxlanıldı. Bu vəziyyəti gördükdə o, özünə məxsus malların batmaması üçün Şahid1 ələ keçirdiyi 10300 (on min üç yüz) manat məbləğində pul vəsaitini yük yerində özünə məxsus kartof məhsullarının daşındığı 04 ədəd Tır markalı yük avtomobillərinin sürücüləri arasında bölüşdürüb paylamışdır. Belə ki, həmin pulları sürücülərə kartof məhsullarını Dərbənd şəhəri ərazisində boşaltmaları üçün vermişdir. Belə olduğu halda o, Dərbənd şəhərində özünə məxsus kartof məhsullarını satmağı planlaşdırmışdır. Həmçinin o, Şahid1 məxsus 01 ədəd Tır markalı yük avtomobilini xx.xx.2023-cü il tarixdə “Şimal ərazi Baş Gömrük İdarəsi”ndən Azərbaycan Respublikası ərazisinə "xxxx" MMC-nin sahibi Şahid2 adlı şəxsin vasitəsilə keçirmişdir. Belə ki, o, Şahid2 pul vəsaiti verməmişdir. O, Şahid2 2-ci tırı keçirdikdən sonra 1ci tırın pulunu da 2-ci tırla birlikdə verəcəyinə dair söz vermişdir. Şahid2 onu tanıdığı üçün və aralarında etibarlı münasibətlər olduğu üçün onun xahişini nəzərə alıb Şahid1 məxsus tır avtomobilini Azərbaycan Respublikası ərazisinə keçirtmişdir. Lakin sonradan dövlətlərarası gözlənilməz problemlə bağlı (həmin vaxt ərzaq məhsullarının Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikası ərazisinə idxalına məhdudiyyət qoyuldu) ona məxsus az əvvəl ifadəsində qeyd etdiyi 04 ədəd Tır markalı avtomobil Dərbənd şəhəri ərazisində saxlanılmış, buna görə də o, məcbur olub Şahid2 verməli olduğu Şahid1 ələ keçirdiyi 10300 (on min üç yüz) manat məbləğində pul vəsaitini Şahid2 deyil, özünəməxsus tır avtomobillərinin sürücülərinə vermişdir. Bunu görüb, həmçinin ona məxsus 04 ədəd Tır markalı yük avtomobillərinin Dərbənd şəhərində saxlanıldığını və həmin avtomobillərin sürüclərinə 10300 manat verdiyini Şahid2 bilib, Şahid1 məxsus 2-ci tırı “Şimal ərazi Baş Gömrük İdarəsi”ndən Azərbaycan Respublikası ərazisinə buraxdırmamışdır. Ona sonradan məlum olmuşdur ki, Şahid1 sonradan özünə məxsus 2-ci Tır markalı yük avtomobilini birbaşa Şahid2 əlavə pul vəsaiti verərək Azərbaycan Respublikası ərazisinə keçirtmişdir. Onun həmin dövrdə nə gömrük orqanlarında vəzifəsi, nə də şəxsi şirkəti olmamışdır. O, sadəcə tanışlıq əlaqələri vasitəsilə Şahid1 və başqalarına, həmçinin özünə məxsus malları Azərbaycan Respublikası ərazisinə idxalında vasitəçilik etmişdir. O, yalnız Şahid1 və sonuncunun şəriki Zərərçəkmiş şəxs həmin şəxslərə məxsus hər birində ayrı-ayrılıqda 20 (iyirmi) ton olmaqla içərisində kartof ərzaq məhsulu daşındığı 02 ədəd Tır markalı yük avtomobili üçün ümumilikdə 10300 manat məbləğində pul vəsaiti ələ keçirmişdir. O, etdiyi əməldən peşman olduğunu və özünü təqsirli bildiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmiş, onlarla barışıq əldə etmişdir. Bundan başqa cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad olunmaq üçün vurduğu zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hazırda Tovuz rayonu, Əyyublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Həmkəndliləri, eyni zamanda ortaqları Şahid1 və Şahid3 ilə Rusiya Federasiyası ərazisindən müxtəlif şirkətlərin vasitəsilə kartof məhsulu ixrac edərək Azərbaycan Respublikası ərazisinə idxal edib Şəmkir rayonu ərazisində fəaliyyət göstərən “Səbət” ticarət mərkəzində alver edirlər. 2023-cü ilin aprel ayının ortalarında Rusiya Federasiyasında yaşayan Rusiya Federasiyası vətəndaşı olan, Lənkəran rayonunda doğulmuş Etibar adlı şərikləri ona və digər şərikləri Şahid1 və Şahid3 Rusiya Federasiyası ərazisindən 2 (iki) Tır kartof məhsulu göndərdiyini və həmin məhsulların gömrükdən keçirilməsi ilə bağlı bütün işlərin Azərbaycan Respublikasının Xaçmaz rayonu gömrük idarəsində işləyən Etibar adlı bir nəfər şəxsin vasitəsilə həyata keçiriləcəyini deyib həmin Etibar adlı şəxsin istifadəsində olan (077)-717-06-05 saylı mobil nömrəsini onlara bildirmişdir. Bundan sonra şəriki Şahid1 xx.xx.2023-cü il tarixdə həmin nömrə vasitəsilə özünü Etibar adlı şəxs kimi qələmə verən, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaratmışdır. Telefon danışığı zamanı şəriki Şahid1 Təqsirləndirilən şəxs tanışlıq verib hazırda Tovuz rayonunda olduğunu, Təqsirləndirilən şəxs isə bir neçə gün sonra Tovuz rayonuna gələcəyini və ətraflı görüşərək danışacağını bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində şəriki Şahid1 onlara məxsus kartof məhsulunu daşıyan Tır markalı yük avtomobillərinin biri üçün 5000 (beş) min manat məbləğində pul ödənişi etməli olduqlarını bildirmişdir. Həmin vaxt şəriki Şahid1 və o, Təqsirləndirilən şəxsla razılaşmış və sonuncunun (077)-717-06-05 saylı mobil nömrənin “Vatsap” proqramı vasitəsilə Şahid1 göndərmiş olduğu “LeoBank” kartına, “**********958606” saylı kart hesabına həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 17:50 dəqiqədə Tovuz rayonu, Əyyublu kəndi ərazisində fəaliyyət göstərən “Bizim market” də yerləşən “eManat” ödəmə qurğusu vasitəsilə 5000 (beş min) manat məbləğində online ödəniş etmişlər. Telefon danışığından sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid1 zəng edərək Tovuz rayonunda olduğunu və görüşmək istədiyini demişdir. Bundan sonra o, şəriki Şahid1la birlikdə Tovuz rayonu, Alakol kəndi ərazisində fəaliyyət göstərən “Ocaq” restoranında Təqsirləndirilən şəxsla görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs tək olmuşdur. Görüşləri əsnasında iş barəsində danışarkən Təqsirləndirilən şəxs onlara məxsus Rusiya Federasiyası ərazisindən 2 (iki) Tır markalı yük avtomobili ilə göndərilən kartof məhsulunun Azərbaycan Respublikası ərazisinə keçirilməsi üçün nəzərdə tutulmuş gömrük rüsumlarının ödənişini özü sənədləşdirib həll edəcəyini bildirmişdir. O və şəriki Şahid1 Təqsirləndirilən şəxs 2 (iki) Tır markalı yük avtomobili ilə göndərilən kartof məhsulu üçün nə qədər rüsum nəzərdə tutulduğunu, yəni Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti ödəməli olacaqlarını soruşduqda sonuncu hər iki yük avtomobili ilə göndərilən məhsul üçün ümumilikdə 10500 manat məbləğində ödəniş etməli olacaqlarını bildirmişdir. Lakin həmin məbləğdən 200 (iki yüz) manat məbləğində pul vəsaitini onlara güzəştə getdiyini deyib ümumilikdə Təqsirləndirilən şəxs 10300 (on min üç yüz) manat məbləğində pul ödənişi etməli olacaqlarını demişdir. Bir neçə gün əvvəl həmin məbləğdən 5000 (beş min) manat pul vəsaitini Təqsirləndirilən şəxs ödəniş etdikləri üçün onlar sonuncuya 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaiti ödəməli olmuşlar və həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Tovuz rayonu, Alakol kəndi ərazisində fəaliyyət göstərən “Ocaq” restoranında Təqsirləndirilən şəxs əlbəəl, nağd şəklində 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaiti vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs Rusiya Federasiyasından göndərilmiş, onlara məxsus kartof məhsulu daşıyan 2 (iki) Tır markalı yük avtomobillərindən birini “Şimal Ərazi Baş Gömrük İdarəsi”ndən Azərbaycan Respublikası ərazisinə keçirtmişdir. 1 (bir) ədəd Tır markalı yük avtomobili üçün gömrük rüsumu 5150 (beş min yüz əlli) manat məbləğində təşkil etmişdir. Digər 1 (bir) ədəd “Tır” markalı, yük avtomobillərini isə az əvvəl “Şimal Ərazi Baş Gömrük İdarəsi”ndə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə qalmışdır. Sonradan ona məlum olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Şahid2 məxsusdur və sonuncuya Təqsirləndirilən şəxs borcu olduğu üçün Şahid2 ona məxsus “Tır” markalı, yük avtomobilini girov qismində saxlamışdır. Həmin gündən sonra o, şərikləri Nemət və Ruslanla birlikdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamış, lakin sonuncu hər dəfəsində ona məxsus “Tır” markalı, yük avtomobilini tezliklə “Şimal Ərazi Baş Gömrük İdarəsi”ndən buraxdıracağını vəd etsə də vədinə yalan çıxaraq ona məxsus “Şimal Ərazi Baş Gömrük İdarəsi”ndə saxlanılan Tır markalı yük avtomobilini həmin gömrük məntəqəsində saxlatmışdır. Bundan sonra o, şərikləri ilə birlikdə həmin gömrük məntəqsində saxlanılan Tır markalı yük avtomobilində olan kartof məhsulunun xarab olmaması üçün xx.xx.2023-cü il tarixdə Şahid2lə telefon əlaqəsi yaradaraq danışıqları gedib onlara məxsus Tır markalı yük avtomobillərinin “Şimal Ərazi Baş Gömrük İdarəsi”ndən buraxılaraq Azərbaycan Respublikası ərazisinə keçirilməsini tələb etmiş, həmçinin yük avtomobillərinin Azərbaycan Respublikası ərazisinə keçirilməsi üçün nəzərdə tutulmuş gömrük rüsumunun Təqsirləndirilən şəxs ödənildiyini bildirmişlər. Şahid2 onlara Təqsirləndirilən şəxs gömrük rüsumu üçün nəzərdə tutulan pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, buna görə də həmin vəsaiti ödəyəcəyi müddətə qədər onlara məxsus Tır markalı yük avtomobilini girov qismində saxlamalı olacağını demişdir. Bir qədər də Şahid2lə telefon danışıqlarından sonra sonuncu ilkin olaraq 8000 (səkkiz min), daha sonra isə 2023-cü ilin sentyabr ayına qədər əlavə 2000 (iki min) manat olmaqla ümumilikdə 10000 (on min) manat pul vəsaiti verəcəkləri halda onlara məxsus Tır markalı yük avtomobilini buraxdıracağını bildirmişdir. Bundan sonra o, şərikləri Nemət və Ruslanla birlikdə Şahid2lə razılaşmış və o, xx.xx.2023-cü il tarixdə, saat 21:13 dəqiqədə özünəməxsus "xxxx" KB ASC-yə məxsus debet kartından mobil telefonu vasitəsilə Şahid2 məxsus "xxxx" ASC-yə məxsus, “416974******9234” saylı kart hesabına birdəfəlik olmaqlaq, online formada 8000 (səkkiz min) manat məbləğində pul ödənişi etmişdir. 2000 (iki min) manat məbləğində pul vəsaitini isə hazırda Şahid2 borclu qalmışlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə gecə saatlarında saat təxminən 01 radələrində ona və şərikləri Şahid1la Şahid3 məxsus Tır markalı yük avtomobili “Şimal Ərazi Baş Gömrük İdarəsi”ndən buraxılmışdır. Beləliklə, hazırda Təqsirləndirilən şəxs onunla birlikdə şərikləri Şahid1 və Şahid3 etibarından sui-istifadə edərək onları aldatmaqla dələduzluq yolu ilə 10300 (on min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Təqsirləndirilən şəxs ondan ələ keçirdiyi pul vəsaitlərini konkret hansı şəxs(lər)ə verəcəyinə dair məlumat verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək özünə məxsus firmasının olduğunu və həmin firmanın vasitəsilə onlara məxsus Tırları “Şimal Ərazi Baş Gömrük İdarəsi”ndən buraxdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs özünəməxsus şirkətin adını çəkməmişdir. Onlar sonradan bilmişlər ki, onlara məxsus yük avtomobilləri “Şimal Ərazi Baş Gömrük İdarəsi”ndə Şahid2 məxsus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə saxlanılmışdır. Ona dələduzluq cinayəti nəticəsində ümumilikdə 10300 (on min üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamil ödəmişdir. Zərəri tam olaraq ödədiyi üçün onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Masallı Rayon İHB-nin Öncəqala İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və sonuncunun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunan ərizədən və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəmiş və sonuncu ilə barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Eyn zamanda cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi məbləğində, yəni 2575 (iki mn beş yüz yetmiş beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş və cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri, həmçinin vurduğu zərərin iyirmi beş faizi məbləğində, yəni 1575 (bir min beş yüz yetmiş beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması barədə əsaslar olduqda cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4-cü, 39.1.6, 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyindən, onlarla barışdığından və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığından, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində olan işin icraatına xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ödənilməmiş ziyan və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar