Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-31/2024 31.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla otrada yaşayan barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu Azaflı kəndində yaşayan Zərərçəkmiş şəxs1 onun oğlu Şahid3 ata mülkündən pay almasını təmin edəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə onun dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin aprel ayında Tovuz şəhərində yerləşən Tovuz Rayon Məhkəməsinin yaxınlığında 101 (bir yüz bir) manat, dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin aprel ayında Tovuz şəhərində yerləşən Tovuz Rayon Məhkəməsinin yaxınlığında 300 (üç yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin aprel ayında Tovuz şəhərində yerləşən Tovuz Rayon Məhkəməsinin yaxınlığında 150 (bir yüz əlli) manat və dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin may ayında Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində 100 (bir yüz) manat, cəmi 651 (altı yüz əlli bir) manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə, yəni zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 651 (altı yüz əlli bir) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu, Qaradaş kəndində yaşayan Zərərçəkmiş şəxs2 ona birinci qrup əlillik dərəcəsi təyin etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə onun dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin sentyabr ayında "xxxx"ın Tovuz filialının qarşısında 250 (iki yüz əlli) manat, dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin sentyabr ayında Tovuz şəhərində yerləşən "xxxx" ASC-nin Tovuz filialının qarşısında 1200 (bir min iki yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2022ci ilin sentyabr ayında Tovuz şəhərində yerləşən "xxxx" ASC-nin Tovuz filialının qarşısında 400 (dörd yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin oktyabr ayında Tovuz şəhərində yerləşən "xxxx" ASC-nin Tovuz filialının qarşısında 500 (beş yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin oktyabr ayında plastik kart hesabına mobil tətbiq vasitəsi ilə köçürülmüş 500 (beş yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin oktyabr ayının sonlarında Tovuz şəhərində yerləşən Mədəniyyət mərkəzinin qarşısında 250 (iki yüz əlli) manat və dəqiq günü istintaqa məlum olmayan 2022-ci ilin dekabr ayının əvvəllərində Tovuz şəhəri ərazisində 25 (iyirmi beş) manat, cəmi 3125 (üç min yüz iyirmi beş) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə, yəni zərəçəkmiş şəxs X4 məxsus 3125 (üç min yüz iyirmi beş) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 həyat yoldaşı Şahid1 Tovuz rayon X5 X11 X3 Stansiyasının Qovlar şəhər bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul etdirəcəyini təmin edəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə onun xx.xx.2023-cü il tarixdə 1000 (bir min) manat, dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin fevral ayında Tovuz rayonu Aşağı Öysüzlü kəndində 500 (beş yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin fevral ayında Tovuz rayonu Aşağı Öysüzlü kəndində 300 (üç yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin fevral ayında Tovuz şəhərində “Turan” şadlıq sarayının qarşısında 300 (üç yüz) manat, dəqiq günü istintaqa məlum olmayan 2023-cü ilin fevral ayında Tovuz şəhərində yerləşən "xxxx" ASC-nin Tovuz filialının qarşısında 50 (əlli) manat, cəmi 2150 (iki min yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə, yəni zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 2150 (iki min yüz əlli) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Tovuz rayonu Azaflı kənd sakini Zərərçəkmiş şəxs1 və oğlu Şahid3 2022-ci ilin əvvəllərindən tanıyır, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 2022-ci ilin əvvəllərində Tovuz Rayon Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşmüş, sonuncu ondan xahiş etmişdir ki, onun oğluna ata mülkündən pay almaq üçün ona köməklik etsin. O, da ona bildirmişdir ki, kömək edə bilər və bunun müqabilində onlardan 500 manat pul alacaqdır. Pakizə və oğlu Elgün onunla razılaşmış və onların məhkəmədə işini həll etmək üçün onlardan ümumilikdə 400 manat pul almışdır. Həmin pulun 300 manatını ona Elgün vermiş, 100 manatını isə Pakizə vermişdir. 101 manat isə Elgün özü mediyasiyada işlərinin baxılması üçün və məhkəmə işlərinin rüsumunu keçirməli olmuşdur. Sonradan onlar özləri məhkəmə işindən imtina etdikləri üçün onların işinə baxılması məhkəmə tərəfindən dayandırılmışdır. Onların işi məhkəmə tərəfindən dayandırılandan sonra sonuncular ona verdikləri pulu geri istəmişlər, o isə Zərərçəkmiş şəxs1 oğlu Elgünə söz vermişdir ki, ondan aldığı 300 manat pulu qaytarıb verəcək. O, Zərərçəkmiş şəxs1 650 manat pul almamış, Pakizənin oğlu Elgündən ümumilikdə cəmi 300 manat, Pakizədən isə həmin işə görə 100 manat olmaqla cəmi 400 manat pul almışdır. Həmin pulun 200 manatını qaytarıb vermiş, 200 manatı qalmışdır. Həmin məbləğdə pulları o, Zərərçəkmiş şəxs1 ilə oğlu Elgündən onların ata mülkündən pay alması barədə məhkəmədə olan işlərini həll etmək üçün almışdır. Pakizə ilə oğlu Elgün ondan pulu istəyib onu bezdirəndə o məcbur olub Qovlar şəhərində yaşayan tanışı Şahid2 zəng edərək Pakizənin telefon nömrəsini ona verib xahiş etmişdir ki, sonuncu Pakizəyə zəng edərək 10 günə kimi onların pulunu düzəldib verəcəyini desin. Yəni onu 10 gün gözləməyi xahiş etsin. Anar da ona zəng vurub demişdir ki, ona 10 gün vaxt almış və onu həmin müddət gözləyəcəklər. Bundan əlavə o, Tovuz rayonu Qaradaş kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır, onunla aralarında heç bir ədavəti və düşmənçiliyi olmamış, münasibəti yaxşı olmuşdur. O, Zərərçəkmiş şəxs2 2022-ci ilin yay aylarında tanımışdır. Belə ki, təxminən 2022-ci ilin yay aylarında o hüquq məsləhətxanasında olan zaman Zərərçəkmiş şəxs2 onun otağına gəlib ondan xahiş etmişdir ki, ona şikayət ərizəsi yazsın. O da ona şikayət ərizəsi yazmışdır və ondan zəhmət haqqı olaraq 50 manat pul almışdır. Sonra o ondan sənədlərini toplamaq üçün ona kömək etməyini xahiş etmişdir. O, Əliağaya sənədlərinin toplanmasında köməklik etmiş və zəhmət haqqı kimi ondan 200 manat məbləğində pul almışdır. Bundan sonra onların aralarında yaxın dostluq münasibəti yaranmışdır. Əliağa ona bilmişdir ki, onun təqaüdünü kəsiblər, o da şikayət edib əlilliyini bərpa etdirmək istəyir. Həmin vaxt ona pul lazım olduğu üçün fikirləşmişdir ki, Əliağadan işini düzəltmək adı ilə pul alıb işini görsün, sonra qaytarıb onun pulunu verər. Bu məqsədlə o Əliağaya ona birinci qrup əlillik düzəltdirə biləcəyini demişdir. Buna görə ondan 2500 manat pul istəmişdir. Əliağa da onunla razılaşmışdır. Onlar danışıb razılaşandan sonra 2022-ci ilin avqust ayında Turan Bankın qarşısında əlbəəl nağd şəkildə onun əlilliyini bərpa etdirmək işini düzəltdirmək adı ilə Əliağadan 1200 manat pul almışdır. Bundan sonra ondan hissə-hissə ümumilikdə 2500 manat məbləğində pulu ona əlillik dərəcəsi düzəltmək adı ilə almışdır. Sonradan Əliağa ondan pulunu tələb edəndə pulun 980 manatını qaytarıb ona vermişdir, qalan pulu verə bilmədiyi üçün ona demişdir ki, hissə-hissə ödəyəcəm. Lakin Əliağa onunla razılaşmamış, pulu istəmişdir. O da ona demişdir ki, əgər ona inanmırsansa gəl borc müqaviləsi bağlayaq. Əliağa da ona demişdir ki, ondan əlavə xərclərini də alacaq. Buna görə də borc müqaviləsində 3200 manat pul göstərmiş, əslində isə o Əliağa Mövsümovdan cəmi 2700 manat pul almış, həmin pulun 200 manatını onun işlərini zəhmət haqqı olaraq almışdır. 2500 manatını isə ona birinci qrup əlillik düzəltdirəcəyi adı ilə almışdır. Həmin pulu o Əliağadan borc kimi almamışdır. Həmin pulun hamısını Zərərçəkmiş şəxs2 qaytarmışdır, ona dəyən ziyanı ödəmişdir. Bundan əlavə Tovuz rayonu Qovlar şəhər sakini Zərərçəkmiş şəxs3 tanıyır. Zərərçəkmiş şəxs3 onun qohumu Qovlar şəhər sakini Anar adlı tanışının vasitəsilə tanımışdır. Belə ki, 2023-cü ilin yanvar ayında Anar adlı tanışı ona zəng vurub qohumu Zərərçəkmiş şəxs3 arvadı Şahid1 Tovuz rayon Qovlar şəhər xəstəxanasında təcili tibbi yardım xidmətində tibb bacısı işinə düzəltmək istədiyini, onu həmin işə düzəltməyə kömək etmək lazım olduğunu bildirmişdir. Həmin dövrdə onun pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs3 arvadını işə düzəltmək adı ilə sonuncudan 1000 manat pul ələ keçirsin, fikirləşmişdir ki, sonradan həmin pulu qaytarıb özlərinə verər və deyər ki, işiniz alınmadı. Bu məqsədlə o Anar adlı şəxsə problem olmadığını və Səhiyyə Nazirliyində işləyən yaxın tanışının vasitəsilə onun qohumu Zərərçəkmiş şəxs3 arvadının Tovuz rayon Qovlar şəhər xəstəxanasında təcili tibbi yardım xidmətində tibb bacısı olaraq işə düzəlmə məsələsini həll edə biləcəyini bildirmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs3la danışaraq ona kömək edəcəyini, yəni arvadının işə düzəlməsində kömək edəcəyi barədə yalan vəd verib onu aldatmış və bunun müqabilində Zərərçəkmiş şəxs3 1300 manat pul istəmişdir. Həmin pulun 1000 manat hissəsini Səhiyyə Nazirliyində işləyən tanışına, 300 manat hissəsini isə özü üçün götürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşmış və ona inanıb etibar edərək 09 fevral 2023-cü il tarixdə ona göndərmiş olduğu 5243********40556932 nömrəli kart hesabına 1000 manat pul köçürməsi etmişdir. Bundan bir neçə gün sonra o yenidən pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs3 arvadının işə düzəlməsindən ötrü əlavə 1000 manat da pula ehtiyac olduğunu bildirib ümumilikdə 2300 manat pul qarşılığında arvadı Şahid1 Tovuz rayon Qovlar şəhər xəstəxanasında təcili tibbi yardım xidmətində tibb bacısı olaraq işə düzəldəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdən 2-3 gün sonra Zərərçəkmiş şəxs3 arvadı Şahid1, qohumu Şahid2 və sonuncunun arvadı Sona Əhmədovanın iştirakı ilə Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində yaşadığı evin qarşısında əlbəəl və nağd şəklində ona 500 manat pul vermişdir. Bundan təxminən 2-3 gün sonra, yəni 2023-cü ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs3 arvadı Şahid1 və qohumu Şahid2 iştirakı ilə Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində yaşadığı evin qarşısında əlbəəl və nağd şəklində ona 300 manat pul vermişdir. Bundan 2-3 gün sonra, yəni 2023-cü ilin fevral ayının 2-ci on günlüyündə Zərərçəkmiş şəxs3 Tovuz şəhəri ərazisində yerləşən Turan şadlıq sarayının qarşısında arvadı Yeganə və qohumu Anarın iştirakları ilə əlbəəl və nağd şəklində ona əlavə 300 manat pul vəsaiti vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldatmaqla sonuncudan ümumilikdə 2100 manat pul vəsaiti ələ keçirmişdir. Əlavə danışdıqları puldan qalmış 200 manat məbləğində pulu isə Zərərçəkmiş şəxs3 arvadı Şahid1 işə düzəlməsindən sonra verəcəyini bildirmiş, o da onunla razılaşmış, lakin sonradan onun yenidən pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs3 zəng edərək guya sonuncunun arvadının işi ilə bağlı Bakı şəhərinə getdiyini bildirib yol pulu olaraq 50 manat yol pulu istəmişdir. Bundan sonra 2023-cü ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs3 arvadı Şahid1 oğlu Nizami və qohumu Anarın iştirakı ilə Tovuz şəhəri, Sabir küçəsində fəaliyyət göstərən "xxxx" ASC-nin Tovuz rayon filialının inzibati binasının qarşısında yerləşən çayxanada ona əlbəəl nağd şəklində 50 manat pul vəsaiti vermişdir. O, da həmin pulların hamısını öz ehtiyaclarına xərcləmişdir. O, 2023-cü ilin fevral ayı ərzində Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək aldatmaq yolu ilə sonuncunun ümumilikdə 2150 manat pulunu ələ keçirmişdir. Sonradan onlar işləri düzəlmədiyi üçün ondan pullarını tələb edəndə həmin puldan 680 manat hissəsini müxtəlif vaxtlarda hissə-hissə olmaqla Zərərçəkmiş şəxs3 özünə geri qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 qohumu Anar ona həmin puldan 1300 manatı düzəldib verməsini, onlarla danışacağını, qalan pulu istəməyəcəklərini demiş, o, da həmin pulun yəni Zərərçəkmiş şəxs3 aldadaraq onun etibarından sui istifadə edib aldığı puldan 800 manat hissəsini Qovlar şəhər sakini Anar adlı şəxsə əlbəəl və nağd şəklində 2023-cü ilin aprel-may aylarında vermişdir. O, Anar adlı şəxsə vermiş olduğu 1300 manat pulun 500 manatını Anarın kart hesabına göndərmişdir, 600 manat hissəsini əlbəəl və nağd şəklində Tovuz şəhəri Sabir küçəsi ərazisində çayxanada vermişdir. Sonrada həmin pulun 200 manat hissəsini isə Qovlar şəhər sakini Şahid2 Qovlar şəhərində parkın içindəki çayxanada o özü vermişdir. Onun bacısı və ya hər hansı bir tanışı Səhiyyə Nazirliyində işləmir, o özü yalandan Şahid2 və onun qohumu Zərərçəkmiş şəxs3 inandırmaq üçün özündən uydurub demişdir. O, həmin Zərərçəkmiş şəxs3 aldığı pulu özü öz ehtiyaclarına xərcləmişdir, heç kimə heç nə verməmişdir. Şahid2 onun Zərərçəkmiş şəxs3 aldatmaq istədiyindən onlara yalan danışıb pullarını ələ keçirmək məqsədi olmağından xəbəri olmamışdır. O, Şahid2 da aldadıb ona söz verib onu inandırmışdır ki, onların işini düzəldəcək nazirlikdə qohumu var. O, Zərərçəkmiş şəxs3 aldığı puldan Şahid2 hər hansı bir məbləğdə pul verməmişdir. Sonradan Nəsimi ondan israrla pulunu tələb edib ona demişdir ki, pulu Anardan alacaq. Anar da ona demişdir ki, pulun bir hissəsini ver onları sakitləşdirim. O da buna görə Şahid2 hissə hissə həmin puldan cəmi 1300 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 isə 780 manat pul qaytarmışdır. Sonradan eşitmişdir ki, onun Zərərçəkmiş şəxs3 çatması üçün Şahid2 verdiyi pulları Anar Nəsimiyə verməmişdir. Hazırda etdiyi əməldən peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxslərə dəymiş bütün ziyanı ödəmişdir. Onların heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş emişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o hal hazırda Tovuz rayonu Azaflı kəndində yaşayır, təqaüdçüdür. Tovuz rayonu Aşağı-Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, Tovuz rayonu Qovlar şəhərində yaşayan X7 ilə ailəli olmuş, bir övladları olandan sonra onlar boşanmışlar. O, 18 ildir ki, Ələddin Əsədovdan boşanmışdır. 2022-ci ilin aprel ayında oğlu Şahid3 ata mülkündən pay almaq məqsədilə Tovuz Rayon Məhkəməsinə müraciət etməyə getmişdir. Məhkəmənin binasının qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmış, Ramin ona vəkil olduğunu deyib onun işinə köməklik edə biləcəyini bildirmişdir. O, da Raminə inanmışdır. Sonra Ramin onu otağına dəvət etmiş, otaqda Ramin ona 101 manat pul keçirməliolduğunudemişdir. O, Raminə onun otağında 2022-ci ilin aprel ayının ortalarında 101 manat pul vermişdir. Bundan sonra o bir neçə dəfə məhkəməyə gedəndə yenə onu Ramin qarşılamış, ona bu işlə özü məşğul olacağınıvənarahat olmamasınıdemişdir. Bundan sonra Ramin ona demişdir ki, sənədləri düzəltmək üçün 300 manat pul lazımdır. Onlar danışandan təxminən 3 gün sonra oğlu Elgün 300 manat məbləğində pulu aparıb Tovuz şəhərində Raminə vermişdir. Bundan bir neçə gün sonra Raminlə görüşəndə Ramin yenə ona bildirmişdir ki, Mediyasiya şurasına 150 manat pul keçirmək lazımdı. O, da həmin gündən təxminən bir həftə sonra Tovuz rayon məhkəməsinin qarşısında Raminin iş otağında Raminə 150 manat pul vermişdir. Bundan təxminən bir ay sonra Raminlə görüşəndə Ramin ona demişdir ki, sənin işin düzəlir əlavə 100 manat da pul verməlisən, Ramin ona demişdir ki, priyezə gələrsən pulu keçirərsən, o, da Ələddinin arxasınca gedir. X13-Quşçu kəndində priyez adlanan ərazidə Raminə 100 manat da pul vermişdir. Bundan sonra Ramin oğlu Elgünə demişdir ki, sən bu iş üçün Asan Xidmət mərkəzinə gedib orada etibarnamə verməlisən. Bundan sonra xx.xx.2022-ci il tarixdə oğlu Elgün Asan Xidmət mərkəzinə gedib orada etibarnamə vermişdir. Bir müddət sonra Ramin Anar adlı bir nəfər şəxslə onların evinə getmişdir. O, Anarı onlara təqdim edib vəkil olduğunu, işin davamının onun tərəfindən aparılacağını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hal hazırda Tovuz rayonu Qaradaş kəndində yaşayır, 2-ci qrup əlildir. O, 2011-ci ildən xəstəliyi ilə əlaqədar təqaüd alır. 2016-cı ildə yıxılmışdır, bundan sonra onun onurğa stununda əməliyyat aparılmışdır. 2021-ci ildə onun təqaüdünü kəsmişlər. O, müxtəlif orqanlara müraciət etmişdir, nəhayət 2022-ci ildə onun təqaüdünü bərpa etmişlər. Bundan sonra ona demişlər ki, ala bilmədiyi təqaüdünü məhkəmə yolu ilə bərpa etdirmək olar. Bu məqsədlə o 2022-ci ilin sentyabr ayının əvvəllərində Tovuz Rayon Məhkəməsinə getmişdir. Orada onun tələbinin inzibati məhkəmə predmetinə aid olduğunu öyrənmişdir. O, iddia ərizəsi yazdırmaq məqsədilə Tovuz rayon vəkil bürosunun qarşısına getmiş, orada Təqsirləndirilən şəxs ilə rastlaşmış, Ramin özünü ona vəkil kimi təqdim etmişdir. O, Raminə iddia ərizəsi yazdırmaq istədiyini bildirmiş, Ramin də ona ərizəni yaza biləcəyini demiş və bunun qarşılığında ondan 50 manat məbləğində pul istəmişdir. O, Raminə bildirmişdir ki, 30 manat pulu var, lakin Ramin demişdir ki, 50 manata yazır. O, Raminə demişdir ki, xəstədir və məhkəməyə gedə bilməsə onun əvəzinə məhkəmədə iştirak edə bilərmi. Ramin ona demişdir ki, 200 manat pul verərsən iştirak edərəm. O, Raminlə razılaşmış və ona Tovuz şəhərində “Kapital Bankın” Tovuz filialının qarşısında 250 manat pul vermişdir. Bundan sonra Ramin onun sənədlərinə baxıb ona 1-ci qrup qrup düzəldə bilər, ona 1-ci qrup düşür. Ramin ona Bakı şəhərinə gedəcəyini, danışıb ona düzəlib-düzəlməyəcəyini deyəcəyini demişdir. Onlar danışıb razılaşandan təxminən 3-4 gün sonra Ramin ona zəng vurub demişdir ki, sənin işini danışmışam gəl görüşək. O, Tovuz şəhərində Raminlə görüşmüş, Ramin ondan ona 1-ci qrup təqaüd düzəltməyə görə 2500 manat pul istəmişdir. Ramin ona demişdir ki, əvvəlcə 1200 manatını ver, işin düzələndən sonrada qalan pulu verərsən. O, Raminlə razılaşıb 2022ci ilin sentyabr ayının ortalarında oğlu X1 məxsus kartı Tovuz şəhərində Raminə verib demişdir ki, bu kartdan pulu çıxart. Ramin həmin kartı ondan alıb Tovuz şəhərində yerləşən “Turanbank”ın qarşısındakı terminaldan 1200 manat həmin kartdan pul çıxardıb ona vermişdir, kartı da qaytarıb özünə vermişdir. O, “Turanbank”ın qarşısında 1200 manat pulu Raminə vermişdir. Ramində ona söz vermişdir ki, ona 1-ci qrup təqaüd düzəldəcək. Bundan 3-4 gün sonra Ramin onu çağırmış, o Tovuz şəhərində Raminlə görüşmüş, Tovuz şəhərində çayxanada oturub birlikdə çay içmişlər, söhbət zamanı Ramin ona demişdir ki, sənin işini danışmışam səni komissiyayada çağırmayacaqlar, sən hələlik 500 manat pul ver qalanını sonra işin düzələndə verərsən. O, Raminə demişdir ki, qoy 400 manat verim, Ramin onunla razılaşıb Tovuz şəhərində ondan 400 manat pulu almış, ona demişdir ki, qalan pulu sonra verərsən. Bundan təxminən bir ay sonra Ramin yenə ona zəng vurub demişdir ki, işi danışmışam əlavə 1000 manat da pul verməlisən. O, Raminə demişdir ki, kartda pul yoxdu gəlib bankdan kredit götürüb verəcək. O, bankdan pul götürmək məqsədilə Tovuz şəhərinə gəlmişdir, “Beynəlxalq” bankın Tovuz şəhərində yerləşən filialına kredit götürmək üçün müraciət etmiş, lakin bankda onun sənədlərini yoxlayıb bildirmişlər ki, ona kredit düşmür. O, məcbur olub yenə oğlu Bəxtiyarın əmək haqqı kartından 500 manat pul çıxardıb həmin 500 manat pulu Tovuz şəhərində Təqsirləndirilən şəxs vermişdir. O, həmin pulları Təqsirləndirilən şəxs verəndə yanlarında heç kim olmamışdır. Həmin gündən bir neçə gün sonra o əlavə 500 manat da Bakı şəhərində yaşayan qardaşı oğlu X2 borc istəmişdir. O, da 500 manat pulu Təqsirləndirilən şəxs kartına göndərmişdir. O, hər dəfə Raminə zəng vurub işinin nə zaman düzələcəyini ondan soruşanda sonuncu hər dəfə onu müxtəlif bəhanələrlə aldadıb demişdir ki, bu gün, sabah düzələcək. O, ona yalandan bir neçə dəfə demişdir ki, həkim Türkiyəyə gedib qayıdıb gələndə düzəldəcək, sonra demişdir ki, qazilər mitinq edirlər ona görə ləngiyir düzələcək. Sonradan ona yenə zəng vurub demişdir ki, işi sistemə vururlar 300 manat pul lazımdı, təcili 300 manat pul verməlisən. O, 2022-ci ilin oktyabr ayının sonlarında Tovuz şəhərində Tovuz rayon Mədəniyyət evinin qarşısında Təqsirləndirilən şəxslə görüşüb ona 250 manat pul vermişdir, Ramində ona söz vermişdir ki, iş sistemə vurulur, 1-2 günə iş həll olunur. 02 dekabr 2022-ci il tarixdə o Raminə demişdir ki, məhkəməyə 2-3 gün qalıb məhkəmədə kim iştirak edəcək. Ramin onu Tovuz Asan Xidmət mərkəzinə aparmışdır, orada o Təqsirləndirilən şəxs etibarnamə vermişdir ki, Bakı şəhərində İnzibati İqtisad Məhkəməsində onun adından iştirak etsin. Həmin etibarnamənin pulunu da o özü vermişdir. O, etibarnaməni verəndən sonra Ramin yenə ondan 100 manat pul istəmişdir. O da ona demişdir ki, pulum yoxdu, Ramin ona demişdir ki, məhkəmədə iştirak etmək üçün banka pul keçirməliyəm heç olmasa 50 manat pul ver. O, ona demişdir ki, cəmi 25 manat pulu var və Tovuz şəhərində Raminə yenə 25 manat pul vermişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 3125 manat pul vermişdir. Təqsirləndirilən şəxs onu aldadaraq ondan ümumilikdə 3125 manat məbləğində pul alıb onu aldatmış, onun işini düzəltməmiş, pulunu da qaytarmamışdır. Hər dəfə o Ramindən pulunu istəyəndə Ramin onu müxtəlif bəhanələrlə aldatmışdır ki, pulunu qaytaracam, lakin pulunu qaytarıb verməmişvəonu aldatmışdır. Həmin puldan Təqsirləndirilən şəxs ona hissə hissə 910 manat pul qaytarıb vermişdir, bundan əlavə hissə hissə ona 400 manat da qaytarmış, Ramin həmin puldan ona ümumilikdə 1310 (bir min üç yüz ona) manat pul qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs ona 1835 manat məbləğində pul verəcəyi qalmışdır. Onu da əlavə etmişdir ki, Ramin onu aldadıb ona demişdir ki, sən polis şöbəsində həmin pulu ona borc kimi verdiyini bildirsə, onun pulunu qaytaracaqdır. O, da əvvəlcə ona inanıb həmin pulu Raminə borc verdiyini bildirmişdir. Lakin sonradan hər şeyi olduğu kimi danışmaq qərarına gəlmiş və hadisəni olduğu kimi göstərmişdir. Həmin məbləğdə pulu Təqsirləndirilən şəxs ondan ona 1-ci qrup təqaüd düzəldəcəyinə vəd verib onu aldadaraq ondan almış, həmin pulu almamışdan əvvəl onun həkim sənədlərinə baxıb ona demişdir ki, sənə 1-ci qrup düşür mən sənə 1-ci qrup düzəldəcəm. O da ona inanıb həmin pulu vermişdir. Sonradan həmin işin arxasınca gedib gəlməyə onun həmin puldan artıq xərci çıxmışdır. Ona qaytardıqları pulların hamısınıda o yollarda xərcləmişdir. O, hər dəfə ona pul vermək adı ilə onu Tovuz şəhərinə çağırıb gətirəndə o yola həmin pulun bir hissəsini xərcləmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayır. Hazırda rəsmi olaraq hər hansı bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının ortalarından tanıyır. O, Təqsirləndirilən şəxs qohumu, Tovuz rayon Qovlar şəhər sakini Şahid2 vasitəsilə tanımışdır. Belə ki, arvadı Şahid1 həmin dövrdə Tovuz rayonu, Qovlar şəhər ərazisində fəaliyyət göstərən Qovlar şəhər xəstəxanasında tibb bacısı işləyirmiş. O, arvadı Şahid1 aylıq əmək haqqının çox olması səbəbindən Qovlar şəhər xəstəxanasının təcili tibbi yardım xidmətinə tibb bacısı olaraq işə düzəltmək istəmişdir. Həmin dövrdə bu barədə qohumu Şahid2 da bildirmişdir. Şahid2 ona Tovuz rayon sakini Təqsirləndirilən şəxs bu işdə onlara kömək edə biləcəyini bildirmişdir. Belə ki, qohumu Anar Təqsirləndirilən şəxs bacısının Səhiyyə Nazirliyində yüksək vəzifədə işlədiyini bildirib sonuncunun arvadı Şahid1 Qovlar şəhər xəstəxanasının təcili tibbi yardım xidmətinə tibb bacısı olaraq işə düzəlməsində kömək edə biləcəyini bildirmişdir. O, qohumu Anarla razılaşıb 2023-cü ilin yanvar ayının ortalarında Tovuz rayon vəkil bürosunun yaxınlığında qohumu Anar və o Təqsirləndirilən şəxslə görüşmüşlər. Həmin vaxt o Təqsirləndirilən şəxs arvadı Şahid1 aylıq əmək haqqısının çox olması səbəbindən Qovlar şəhər xəstəxanasının təcili tibbi yardım xidmətinə tibb bacısı olaraq işə düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona narahat olmamağını bildirib kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan arvadı Şahid1 işinin dəyişdirilməsi üçün ilkin olaraq 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaiti istəmişdir. Həmin pul vəsaitinin 1000 manat hissəsini Səhiyyə Nazirliyində aparat rəhbəri vəzifəsində işləyən Tural Babayev adlı şəxsə verilib həmin şəxsin vasitəsilə arvadı Yeganənin işinin dəyişdirilməsini həll edəcəyini demişdir. 300 manat hissəsini isə özü üçün götürəcəyini bildirmişdir. Bundan sonra o Təqsirləndirilən şəxslə razılaşmışdır və xx.xx.2023-cü il tarixdə saat 19:45 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri Vağzal küçəsi ərazisində yerləşən “Bizim market”də ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona vermiş olduğu 5243********40556932 nömrəli, UCARD MC World kart hesabına 1000 manat məbləğində pul köçürməsi etmişdir. Həmin vaxt arvadı Şahid1 da yanında olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ondan arvadı Şahid1 işinin dəyişdirilməsi üçün əlavə 1000 manat da lazım olduğunu bildirmiş və ondan ümumilikdə 2300 manat pul istəmişdir. Həmin pulun 2000 manat hissəsi Səhiyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışan Tural Babayevə verəcəyini, 300 manat hissəsini isə özü üçün götürəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxslə danışıb qalıq 1300 manat pul vəsaitini hissə-hissə ödəyə biləcəyini bildirmişdir, sonuncu da onunla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus kart hesabına 1000 manat ödəniş etdiyi tarixdən 2-3 gün sonra o arvadı Şahid1, qohumu Şahid2 və sonuncunun arvadı Sona Əhmədovanın iştirakı ilə Tovuz rayonu ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında əlbəəl və nağd şəklində 500 manat pul vermişdir. Bundan təxminən 2-3 gün sonra o arvadı Şahid1 və qohumu Şahid2 iştirakı ilə Tovuz rayonu ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında əlbəəl və nağd şəklində 300 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs inanıb etibar edərək arvadı Şahid1 Qovlar şəhər xəstəxanasının təcili tibbi yardım xidmətinə tibb bacısı olaraq işə düzəltməsi adı ilə 300 manat pul vəsaiti verdiyi tarixdən 2-3 gün sonra, yəni 2023-cü ilin fevral ayının 2-ci ongünlüyündə o Tovuz şəhəri ərazisində yerləşən Turan şadlıq sarayının qarşısında arvadı Yeganə və qohumu Anarın iştirakları ilə əlbəəl və nağd şəklində 300 manat pul vəsaiti vermişdir. Təqsirləndirilən şəxs arvadı Şahid1 Qovlar şəhər xəstəxanasının təcili tibbi yardım xidmətinə tibb bacısı olaraq işə düzəltməsi adı ilə ona yalan vəd verib etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə ümumilikdə 2100 manat pulunu ələ keçirdikdən sonra o qalıq 200 manat pulu arvadı işə düzəldikdən sonra verəcəyini demişdir. Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. O, sonuncu 300 manat pul vəsaitini Təqsirləndirilən şəxs verdiyi gündən bir gün sonra sonuncu ona zəng edərək arvadı Yeganənin işi ilə bağlı Bakı şəhərinə getdiyini bildirib ondan 50 manat yol pulu istəmişdir. O da razılaşıb verəcəyini demişdir. Həmin vaxt o yaşadığı evdə olmadığı üçün Təqsirləndirilən şəxs 50 manat pulu arvadı Şahid1 oğlu Nizami və qohumu Anarın iştirakı ilə Tovuz şəhəri, Sabir küçəsində fəaliyyət göstərən Kapital Bankın Tovuz rayon filialının inzibati binasının qarşısında vermişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayı ərzində onun ümumilikdə 2150 manat pulunu ələ keçirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 göstərmişdir ki, Qovlar şəhər mərkəzi xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs ərinin bibisi oğlu Anarın vasitəsilə tanımışdır. Belə ki, 2023cü ilin yanvar ayında Anar onlara gəlmişdir, əri Nəsimi ilə söhbət edən vaxt o Anara demişdir ki, cəmi 400 manat əmək haqqı alır dolana bilmirlər, təcili yardımda boş yer var onu həmin yerə keçirsəydilər yenə əmək haqqı artardı. O, belə deyəndə Anar demişdir ki, adam var səni Təcili Yardıma düzəldə bilər. Anar belə deyəndə o da ondan xahiş etmişdir ki, onlara kömək etsin. Anar həmin günü axşam özünə məxsus avtomobillə, Anarın arvadı Sona və əri Nəsimi ilə onu Tovuz rayonu Aşağı-Öysüzlü kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına aparmışdır. Orada Ramini çağırmışdır, Ramin maşına oturmuşdur. Onlar onunla söhbət etmişlər o ona demişdir ki, tibb bacısı işləyir təcili yardımda boş yer var onu təcili yardımda olan boş yerə keçməyə kömək edə bilərmi, Ramin də ona demişdir ki, onu təcili yardıma işə düzəltdirə bilər. Ramin onlardan onu təcili yardıma düzəltmək üçün əvvəlcə 1300 manat pul istəmişdir, onlar da onunla razılaşmışlar. Onlar danışıb razılaşandan iki gün sonra Ramin əri Nəsimiyə zəng vurub demişdir ki, əlavə 850 manat da pul istəyirlər, sən 2150 manat verməlisən, mənə də 150 manat hörmət edərsən. Onlar məcbur olub onunla razılaşmışlar. xx.xx.2023-cü il tarixdə əri Nəsimi 1000 manat borc pul almış, onlar həmin pulu Təqsirləndirilən şəxs Kapital Banka məxsus kartına vurmuşlar. Həmin gündən təxminən 2-3 gün sonra Anarın maşını ilə Anarın arvadı Sona, əri Nəsimi və o Təqsirləndirilən şəxs yaşadığı evə gedib evin qarşısında Anarın avtomobilində Təqsirləndirilən şəxs 500 manat pul vermişlər. Həmin gündən 2 gün sonra yenə Anarın maşını ilə Anarın arvadı Sona, əri Nəsimi və o Təqsirləndirilən şəxs yaşadığı evə gedib evin qarşısında Anarın avtomobilində yenə Təqsirləndirilən şəxs 300 manat pul vermişlər. Bundan təxminən 3 gün sonra yenə Anar, o və əri Nəsimi Anarın avtomobili ilə Tovuz şəhərində yerləşən Turan şadlıq evinin qarşısına gedib orada Raminlə görüşüb Raminə 300 manat pul vermişlər. Həmin gündən təxminən 3 gün sonra Ramin əri Nəsimiyə zəng vurub demişdir ki, sənin sənədlərini aparıram mənə 100 manat ver. Onların 100 manatı olmadığı üçün Nəsimi ona demişdir ki, 50 manat verə bilər, o da razılaşmışdır. Həmin günü oğlu Nizami və Anarla birlikdə Tovuz şəhərinə gəlmişdir, Tovuz şəhərində “Turan” bankın qarşısında Raminə 50 manat pul vermişdir. Ramin də ona söz vermişdir ki, onu Qovlar Təcili yardıma işə düzəldəcək. Bundan sonra Raminə dəfələrlə zəng vurub işinin nə vaxt düzələcəyini soruşanda o hər dəfə onu müxtəlif bəhanələrlə aldadıb yalandan ona demişdir ki, sənin işini yaxın vaxtlarda düzəldəcəm. Lakin Ramin onun işini düzəltməmişdir, onun pulunu da qaytarmamışdır. Sonra hissə-hissə onların 680 manat pulunu qaytarıb qalan pullarını qaytarıb verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Aşağı-Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçilyi olmamışdır. Ata mülkündən pay tələbi olduğu üçün həmin işlə bağlı anası Zərərçəkmiş şəxs1 2022-ci ilin mart ayında Tovuz Rayon Məhkəməsinə gedəndə Ramin özünü vəkil kimi təqdim edib anasına demişdir ki, sənin məhkəmə işini mən həll edərəm. Ramin anasından həmin işi həll etmək üçün pul istəmişdir, buna görə də o, anası ilə birlikdə Tovuz Rayon Məhkəməsinə getmiş və orada Təqsirləndirilən şəxslə tanış olmuşdur. Həmin günü anası Pakizə Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin inzibati binasının qarşısındakı oturduğu otaqda 101 manat pul vermiş, Ramin də söz vermişdir ki, onların məhkəmə işini həll edəcək. Bundan sonra Ramin anası Pakizədən 300 manat pul istəmiş, özü şəxsən aparıb Tovuz şəhərində Kapital bankın qarşısında Təqsirləndirilən şəxs 200 manat pul vermişdir. Bundan bir həftə sonra yenə X6 şəhərində Tovuz rayon İcra və Probasiya idarəsinin qarşısında 100 manat pul vermişdir. Həmin pulu verdiyi gündən təxminən 2 həftə sonra yenə Ramin onlardan 150 manat pul istəmişdir. Raminə bildirmişdir ki, 100 manat pulu var, razılaşdıqları üçün Tovuz rayonu Aşağı-Quşçu kəndində Dondar Priyezi adlanan yerdə Təqsirləndirilən şəxslə görüşüb ona 100 manat pul vermişdir. Bundan əlavə anası Pakizə Raminə 150 manat da pul vermişdir. Lakin Ramin onların işini həll etməmiş, hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır ki, işinizi düzəldəcəm. Sonradan onlara demişdir ki, pulunuzu qaytarıb verəcəm, lakin qaytarmamışdır. Həmin puldan Ramin hissə-hissə cəmi 100 manat pul qaytarmışdır, qalan pulları isə qaytarmamışdır. Təxminən 5 ay bundan əvvəl Ramin Anar adlı bir nəfər Qovlar şəhər sakinini gətirmiş, onu vəkil kimi təqdim edib demişdir ki, işinizi bu aparacaq. Həmin Anar adlı şəxs də onların evini təmir etdirəcəyinə söz verib onları aldatmış və hissə-hissə 750 manat məbləğində pul almışdır. Lakin onların evini təmir etdirməmişdir. Həmçinin pulu qaytarmamışdır. Bu səbəbdən anası şikayət etmişdir. Raminə verdiyi pulların hamısı anasına məxsus pullardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək 06 il 11 ay 07 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsinə görə xitam verilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində göstərilmişdir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 178.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 07 nömrəli Qərarının birinci bəndində qeyd olunmuşdur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 35-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndi ilə CM-in 16.3-cü maddəsində göstərilən hallar bu bənddə göstərilən cinayətlərin, o cümlədən dələduzluğun təkrar törədilməsini yaradan cinayətlər sırasından istisna edildiyinə görə, əvvəllər törətdiyi (Cinayət Məcəlləsinin 177-183-cü, habelə 213-3, 217, 227, 232, 235-ci mddələrində nəzərdə tutulmuş) hər hansı bir və ya bir neçə cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş, məhkumluğu ödənilmiş və yaxud götürülmüş şəxslərlə yanaşı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməyən və götürülməyən şəxs tərəfindən də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, dələduzluq cinayətinin təkrar törədilməsi hesab edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayətinin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Həmçinin məhkəmə diqqətə çatdırır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 09 ay 20 gün hissəsi çəkilməmiş qaldığından həmin cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hazırki hökm üzrə təyin edilmiş cəza ilə birləşdirilməlidir. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (Cinayət Məcəlləsinin 67.1 və 67.2-ci maddələri). Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli şəxs azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi üçün hazırki hökmün tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə onu da göstərir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 20 gün hissəsi hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Törədilmiş cinayət nəticəsində vurulmuş maddi ziyanın tam olaraq zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-31/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-31/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver