Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-31/2025 04.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, məhkumluğu olmayan, Vətən müharibəsi iştirakçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd qızılı rəngli bükümdə təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlamış, 25 noyabr 2024-cü il tarixdə, saat 22:12 dəqiqədə Tovuz rayonu X9 küçəsində yolun kənarında piyada hərəkətdə olan zaman Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq saxlanıldığı yerdə həmin tarixdə saat 22:12 dəqiqədən saat 22:29 dəqiqəyədək üzərinə baxış keçirilmiş və baxış zamanı 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0.310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir, təxminən 2-3 ildir ki, narkotik vasitə istifadə edir. O, yalnız psixotrop maddə hesab edilən "patı" kimi tanıdığı metamfetamin istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Ağstafa şəhərində "Ağstafanın kruqu" deyilən ərazinin yaxınlığında tək avtobus gözləyərkən yol kənarında 02 (iki) ədəd bükülü falqa görmüşdür. Yaxınlaşıb o, həmin falqaları açıb baxdıqda birinin içərisinin boş olduğunu, ikincisinin isə içərisində şəffaf rəngli, kristal formada olan "patı'ya oxşar kütlə olduğunu görüb şəxsi istifadəsi üçün əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində yerləşdirmişdir. Bundan sonra avtomobusla Tovuz rayonuna gəlmişdir. O, həmin bükülünü evə gəldikdən sonra özü istifadə etmək məqsədilə üzərində götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Ağstafa rayonundan gəlib Tovuz şəhəri H.Əliyev prospektində düşüb Tovuz şəhəri, Ş.İ.Xətai küçəsində hərəkət etməyə başlamışdır. O, yolun kənarı ilə hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə şəxs ona yaxınlaşmışlar. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmışdır. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyərək əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qızılı rəngli siqaret falqasına bükülü olan şəffaf rəngli, kristal formada olan ilkin görünüşdən metamfetaminə bənzər kütlə olan bükülünü çıxarıb təqdim etmişdir. Daha sonra həmin siqaret falqasına bükülü olan kütləyə baxış keçirilmişdir. Bir ədəd qızılı rəngli siqaret falqasına bükülü olan kütlə elektron tərəzidə çəkilmişdir. Bir ədəd qızılı rəngli siqaret falqasına bükülü olan kütlənin çəkisi falqa ilə birlikdə 0,45 qram təşkil etmişdir. Daha sonra qızılı rəngli siqaret falqasına bükülü olan kütlə zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra onu Tovuz RPŞ-yə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında o, bir otağa daxil olmuşdur. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillərin siyahısı təqdim edilmişdir. O, da həmin siyahının içərisindən X1. Müdafiəçi X2 iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, üzərinizdən aşkar edilmiş 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,310 qram təşkil edən küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tapmışdır. Öz şəxsi istifdəsi üçün üzərində saxlamış və satmaq niyyəti olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞ-si NMQ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-si CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid3 və Tovuz RPŞ-si CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid2 ilə birlikdə 25 noyabr 2024-cü il tarixdə, saat 22:12 dəqiqədə Təqsirləndirilən şəxs Tovuz şəhəri, Bəhrəm Əsgərov küçəsi ərazisində yol kənarında müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ tərəflərindən izah edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu etiraf edərək əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qızılı rəngli siqaret falqasını çıxarıb təqdim etmişdir. Həmin qızılı rəngli siqaret falqasında olan kütləyə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı qızılı rəngli siqaret falqasının içərisindən şəffaf rəngli, kristal halında psixtrop maddə hesab edilən metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd qızılı rəngli siqaret falqasında olan kütlə psixotrop yan cibindən maddə olan "patı" olaraq tanınan, metamfetamindir. Həmin kütləni xx.xx.2024-cü il tarixdə Ağstafa şəhərində yol kənarında tapıb öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qızılı rəngli siqaret falqasında olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi bir ədəd qızılı rəngli siqaret falqası ilə birlikdə 0,47 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd qızılı rəngli siqaret falqasında olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Ağstafa şəhərində tapdığını və saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Zeynalov X6 Emin Mehman oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin üstünün yoxlanılması haqqında 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:12 dəqiqədən saat 22:29 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qızılı rəngli siqaret falqasında olmaqla, sonradan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 23:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə video çəkiliş aparılmaqla saat 23:20 dəqiqədən saat 23:39 dəqiqəyədək əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DİN-nin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilən zaman həmin zərfin içərisindən bir ədəd qızılı rəngli siqaret falqasında olmaqla, sonradan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən təmiz çəkisi 0,310 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin 26 noyabr 2024-cü il tarixli, 16/1088 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "əməliyyat axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd qızılı rəngli siqaret falqasına bükülü halda psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə" yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümündə təmiz çəkisi 0,310 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin “28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziyaya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldığı və marixuana kimi, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,310 qram, tədqiqata cəmi sərf edilib – 0,05 qram, qalıq – 0,260 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 12 dekabr 2024-cü il tarixli, 1975 nömrəli rəyinə müvafiq müəyyən edilmişdir ki, X5 psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydə alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X4 üzərindən aşkar edilərək götürülmüş bir ədəd qızılı rəngli siqaret falqasıının içərisində təmiz çəkisi 0,310 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin X5 tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X4 cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Beləliklə, cinayətin törədilməsində təqsirləndirilən şəxs X4 təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 25 noyabr 2024-cü il tarixdə, saat 23:10-dan tutulmuş hesab edilmişdir. “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 27 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Tovuz rayonu İcra Hakimiyyəti başçısının Bozalqanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əsgər kimi həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması (AR CM-nin 59.1.4-cü maddəsi), törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Vətən müharibəsində iştirak etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdən 27 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Tovuz Rayon Polis Şöbəsində saxlanılan psixotrop maddə olan 0.260 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-31/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-31/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver