Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-32/2024 19.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1990-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə Apelyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarına əsasən 02 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən amnistiya tətbiq edilərək cəzası 06 ay müddətinə azaldılaraq 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Tovuz rayonu Qovlar şəhəri Vaqif küçəsi ev 7-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 mart 2024-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd “Classic Silver” markalı siqaret qutusunda təmiz çəkisi 11,78 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan göy rəngli qısaqol gödəkçənin sol iç yan cibində saxlamış, 24 noyabr 2023-cü il tarixdə, saat 18:50-də Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Oliqarx” çay evinin qarşısında saxlanılaraq Tovuz rayon polis şöbəsinə dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixdə Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd “Classic Silver” markalı siqaret qutusunda təmiz çəkisi 11,78 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan göy rəngli qısaqol gödəkçənin sol iç yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Təxminən 5 il olar ki narkotik vasitə aludəçisidir. Ara-sıra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Tutulmamışdan təxminən 2 gün əvvəl yaşadığı Qovlar şəhər ərazisində yerləşən dəmiryolu vağzalından keçərkən yerdə bir ədəd siqaret qutusu görmüşdür. Həmin vaxt cibində siqaret olmadığı üçün, həmin siqaret qutusunun içərisində bir-iki dənə siqaret dənəsinin olmasını ümid edərək, əyilib həmin qutunu yerdən qaldırmışdır. Siqaret qutusunun içərisinə baxarkən, orada qurudulmuş marixuananın olduğunu görmüşdür. Bir-iki addım irəli getdikdə, yerdə 6-7 dənə, rezinlə bağlanmış “Kazbek” papiros dənələrini görüb, həmin “Kazbek” papiroslarını yerdən götürmüşdür. Yerdən tapdığı siqaret qutusunu və “Kazbek” papiroslarını istifadə etmək məqsədilə, cibinə qoymuşdur. xx.xx.2023cü il tarixdə saat 18 radələrində o, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Oliqarx” çay evində tanışları ilə bilyard oynayarkən siqaret çəkmək üçün həmin çay evinin qarşısına çıxmışdır. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini polis əməkdaşları kimi təqdim edərək, üzərində daşınması qanunla qadağan olunmuş narkotik vasitələrin gəzdirilməsilə bağlı şübhələndiklərini bildirib onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etmədən idarə etdiyi avtomobil ilə birlikdə Tovuz rayon polis şöbəsinə gəlmişdir. Ardınca bir otağa daxil olmuşdur. Polis əməkdaşları onu nə üçün şöbəyə gətirdiklərini və hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O, da həmin siyahının içərisindən müdafiəçi seçmişdir. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl ona üzərində qanunla saxlanması, daşınması, istifadəsi qadağan edilmiş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, da əynində olan tünd göy rəngli qısaqol gödəkcənin sol iç yan cibindən bir ədəd “Classic Silver” markalı siqaret qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı və 7 ədəd “Kazbek” papiroslarını çıxardıb təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd siqaret qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və həmin qutuda olan kütlənin siqaret qutusu ilə birlikdə çəkisi 16,93 qram təşkil etmişdir. Daha sonra təqdim etdiyi bir ədəd siqaret qutusunda olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bu səbəbdən də həmin şəxslə heç bir qohumluq əlaqəsi, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 24 noyabr 2023-cü il tarixdə saat 18 radələrində xidmətdə olan zaman Tovuz rayonu Qovlar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. O, Tovuz Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Tovuz Rayon Polis Şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə həmin günü saat 18:30 radələrində avtomobilə minib Tovuz rayonu Qovlar şəhər istiqamətinə tərəf hərəkət etmişlər. Daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən “Oliqarx” çay evində olmuşdur. Onlar “Oliqarx” çay evinin qarşısında olarkən, Təqsirləndirilən şəxs çay evinin qarşısında durduğunu görmüşlər. Onlar avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək, ona üzərində və avtomobilində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirmişlər. Sonra onu Tovuz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədən avtomobilə əyləşmiş və onlarla birlikdə Tovuz Rayon Polis Şöbəsinə gəlmişdir. O, Təqsirləndirilən şəxs rayon şöbəsinə gətirilməsi ilə bağlı müvafiq raportla şöbə rəhbərliyə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Məhərrəm Məmmədova həvalə edilmişdir. Bundan sonra Məhərrəm MəmmədovTəqsirləndirilən şəxs özünü təqdim etmiş və ona hüquq və vəzifələrini izah edərək bildirmişdir ki, üzərində şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi tələb etmək hüquq vardır. Bundan sonra təhqiqatçı X3 rayon Vəkil bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi1 seçmiş və vəkili tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Daha sonra vəkil Müdafiəçi1 Tovuz Rayon Polis Şöbəsinə dəvət olunmuş və o, Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1la tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını demişdir. Daha sonra baxış iştirakçılarının hamısına elan edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılacaqdır. Şəxsi axtarış keçirilməmişdən öncə təhqiqatçı Məhərrəm Məmmədov Təqsirləndirilən şəxs təklif etdi ki, üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olduğunu bildirərək, əynində olan tünd göy rəngli qısaqol gödəkcənin sol iç yan cibindən bir ədəd “Classic Silver” markalı siqaret qutusunu və 7 ədəd “Kazbek” papiroslarını çıxardaraq təqdim etmişdir. Həmin bir ədəd siqaret qutusu açılaraq baxış keçirilmişdir. Siqaret qutusunda olan kütləyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə qurudulmuş marixuanadır və həmin kütləni tutulmamışdan iki gün öncə Qovlar dəmiryol vağzalının ərazisindən taparaq özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və siqaret qutusunda olan kütlənin çəkisi siqaret qutusu ilə birlikdə 16,93 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd siqaret qutusunda olan kütlə zərfə qoyulub qablaşdırılıb, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahidlər Şahid2 İnqilab oğlu və Şahid3 məhkəmə iclasında Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İşin 30-cu vərəqəsində olan 25 noyabr 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 32 manat 40 qəpik təşkil edir. Cinayət işinin 31-32-ci vərəqəsində olan 25 noyabr 2023-cü il tarixli 16/1207 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı götürülərək tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd siqaret qutusunda olan təmiz çəkisi 11,78 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin verdiyi 29 noyabr 2023-cü il tarixli 1958 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 58-61-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tovuz Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşə əlavə olunmuş Gəncə Apelyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 1(104)-592/2021 saylı qərarına əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(062)-113/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) 09 (doqquz) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. “08 noyabr”- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək onun cəzası 6 (altı) ay azaldılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il yeddi (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 55-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin 7-ci vərəqəsində olan 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 46-cı vərəqəsində olan 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 09 yanvar 2024cü il tarixli 1(062)-32/2024 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti alrına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub gətirilinədək dayandırılmışdır. İşdə olan 28 fevral 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə Tovuz rayonu Qovlar şəhərində saxlanılaraq Tovuz RPŞ-nin MSY-nə yerləşdirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinyətini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsini müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbsə alındığı tarixdən 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs hazırda həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqata sərf edildikdən sonra qalan 11,76 qram çəkidə narkotik vasitə olan qurudulmuş maruixuana məhv edilməlidir. Cinayət işi üzrə çəkilmiş 32 manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 noyabr 2023-ci il tarixdən 26 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən yəni 28 fevral 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqata sərf edildikdən sonra qalan 11,76 qram çəkidə narkotik vasitə olan qurudulmuş maruixuana məhv edilsin. Cinayət işi üzrə çəkilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-32/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-32/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver