Məhkəmə qərarları › İş №1(062)-34/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-34/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-34/2024 25.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakları ilə xx.xx.1990-cı ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, məhkumluğu olmayan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və Tovuz şəhəri Y.Sadıqov küçəsi ev 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd gümüşü rəngli kağız parçasına bükülmüş 0,252 qram təmiz çəkiyə malik narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, 05 noyabr 2023-cü il tarixdə, saat 23:55 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri ərazisində yerləşən Tovuz rayon Dəmiryol Vağzalının qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında 06 noyabr 2023-cü il tarixdə, saat 00:10-dan saat 00:50-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 0,252 qram təmiz çəkiyə malik narkotik vasitə olan heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla hazırda Tovuz şəhəri Yusif Sadıqov küçəsi ev 5-də yaşayır. O, 13 ildir ki, narkotik vasitə aludəçisidir. O, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə o, Tovuz rayon Dəmiryol Vağzalının yaxınlığı ilə piyada gedərkən gözü yerdə parıldayan və bükülmüş halda olan gümüş rəngli kağız parçasına sataşmışdır. O, əyilib həmin bükümü yerdən götürmüşdür. Həmin vaxt ətrafda heç kəs olmamışdır. O, təxmini anlamışdır ki, yerdən tapmış olduğu gümüşü rəngli bükümdə narkotik vasitə vardır. O, bir balaca kənara çəkilib həmin bükümün ağzını açmış və içərisində toz halında olan maddənin heroin olduğunu anlamışdır. O, özü ilə istifadə etmək üçün həmin narkotik vasitə olan heroini əynində olan cins şalvarının sağ yan cibinə qoymuş və yaşadığı evə gəlmişdir. O, həmin narkotik vasitə olan heroini cibində saxlamışdır ki, uyğun bir vaxtda istifadə edər. Bundan başqa o, qeyd etmişdir ki, X4 əvvəldən tanıyır. Onlar hər zaman bir yerdə oturub yemək yeyib söhbət edirlər. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Qaybalı ona zəng edərək onunla görüşüb yeməyə getmək istədiyini demişdir. Bu zaman o, Qaybalı ilə razılaşmışdır. Qaybalı da onu evdən gəlib sonradan əmisi oğlu olduğunu bildiyi Ozal adlı oğlanla sonuncuya məxsus avtomobillə götürmüşdür. Onlar Tovuz rayon Dəmiryol Vağzalının qarşısında avtomobildən düşmüşlər. Tovuz rayon Dəmiryol Vağzalının qarşısı ilə hərəkətdə olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək ondan şübhələndiklərini bildirib onu Tovuz rayon Polis Şöbəsinə dəvət etmişlər. Onu Tovuz RPŞ-nə gətirmişlər. Daha sonra o, bir otağa daxil olmuşdur. Polis əməkdaşları onu nə üçün şöbəyə gətirdiklərini demişlər və ona hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçisi Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış aparmazdan əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin gümüşü rəngli bükümə açılaraq baxış keçirilmişdir. Gümüşü rəngli bükümü açıb içərisinə baxış keçirilən zaman içərisində heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və bükümülə birlikdə kütlənin çəkisi 0,34 qram təşkil etmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt o, həyacanlı olduğu düşünmüşdür ki, tapmış olduğu narkotik vasitə olan heroini hər hansı bir şəxsdən aldığını desə məsuliyyətdən yayınacaqdır. Lakin o, xx.xx.2023-cü il tarixdə Tovuz rayon Dəmiryol Vağzalının yaxınlığı ilə piyada gedərkən bir ədəd gümüşü rəngli bükümdə olan heroini yerdən tapmışdır. Qaybalı və Ozalın onun üzərində narkotik vasitə olmasından heç bir məlumatları olmamışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini Tovuz rayon Dəmiryol Vağzalının yaxınlığından tapan zaman təklikdə olmuş, həmin vaxt ətrafda heç kim olmamışıdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini gələcəkdə özü istifadə edər deyə cibinə qoyub üzərində saxlamışdır. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini heç vaxt satmaq fikri və məqsədi olmamışdır. O, həmin narkotik vasitəni yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Onun üzərində narkotik vasitənin, yəni heroinin olması barədə heç kimin məlumatı olmamışdır. Belə ki, o, bu barədə heç kimə heç bir söz deməmiş və məlumat verməmişdir. Həmin gün onun istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Belə ki, həmin telefon nömrəsi onun öz adına deyil, tanışı Rəsmiyyə adlı qadının adınadır. Həmin telefon nömrəsi artıq 7-8 aydır ki, onun istifadəsindədir. Həmin nömrəni ondan başqa heç bir şəxs istifadə etmir. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin Qovlar PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz şəhəri, Yusif Sadıqov küçəsi, ev 5-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 05 noyabr 2023-cü il tarixdə o, Tovuz RPŞ-nin Qovlar PB-də xidmətdə olarkən, Tovuz şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayon Dəmiryol Vağzalının yaxınlığında olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Bundan sonra o, Tovuz RPŞ-nin Qovlar PB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyataxtarış tədbirində onlarla birlikdə iştirak etmələri üçün göstəriş verilmişdir. Beləliklə də Tovuz RPŞ-nin Qovlar PB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə o, həmin gün saat 23 radələrində avtomobilə əyləşib Tovuz şəhəri ərazisində yerləşən Tovuz rayon Dəmiryol Vağzalının yaxınlığına gəlmişlər. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Təqsirləndirilən şəxs yanında iki nəfər gənc yaşlarında oğlanlarla birlikdə Tovuz rayon Dəmiryol Vağzalının qarşısı ilə piyada yeriyərək harasa gedirlər. Bundan sonra onlar vaxt itirmədən avtomobili saxlayıb və Tovuz şəhəri ərazisində yerləşən Tovuz rayon Dəmiryol Vağzalının qarşısı ilə yanında iki nəfər oğlanla piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞyə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə Tovuz RPŞyə getməyə etiraz etməyərək könüllü razılıq vermişdir. Nəticədə onlar hər üç şəxsi, Təqsirləndirilən şəxs və həmin vaxt Günel ilə birlikdə olan Qaybalı və Ozal adlı şəxsləri öz avtomobilləri ilə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-yə gəldikdən sonra o, bu barədə şöbə rəhbərliyinə müvafiq raportlarla məruzə etmişdir. Rəhbərliyin göstərişi ilə Tovuz rayonu Qovlar şəhər sakini X6 barəsində yazmış olduğu raportun icrası Tovuz RPŞ-si, İTB-yə, Tovuz şəhər sakini Təqsirləndirilən şəxs barəsində yazmış olduğu raportun icrası isə şəxsi axtarış aparılması üçün Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Məhərrəm Məmmədov özünü Təqsirləndirilən şəxs təqdim etmiş və sonuncuya hüquq və vəzifələrini, eyni zamanda da hansı səbəblə şübhəli olduğunu izah edərək, barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X11 rayon vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil Müdafiəçi özünə müdafiəçi qismində seçmişdir. Müdafiəçi dəvət əsasında Tovuz RPŞ-yə gəldikdən sonra isə o, təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçila tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl, təhqiqatçı Məhərrəm Məmmədov Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşaraq varsa da təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs öz növbəsində üzərində elə bir əşya olduğunu bildirib ardı ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb Məhərrəm Məmmədova təqdim etmişdir. Həmin bir ədəd gümüşü rəngli kağız büküm təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüş və qeyd olunan büküm açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli bükümdə olan kütlənin qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə olan heroindir və həmin kütləni təxminən 3 gün bundan qabaq Qazax şəhərində tanımadığı şəxsdən 20 manata alıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin gümüşü rəngli bükümdə olan kütlənin çəkisi bükümlə birlikdə 0,34 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X9 Bölməsinə göndərilməsindən ötrü təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüşdür. Daha sonra həmin vaxt onlarla birlikdə şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin elektron tərəzidə çəkilərkən bükülü olduğu gümüşü rəngli kağız parçası ilə birlikdə tərəzi üzərinə qoyulub çəkilmişdir. 06 noyabr 2023-ci il tarixli, 16/1161 nömrəli ekspert rəyində göstərilən çəkilər isə narkotik vasitə olan heroinin təmiz və daha düzgün hesab edilməli çəkisidir. Məhz bu səbəbdən də qeyd olunan narkotik vasitə olan heroinin çəkisi ekspertizada göstərilən çəkidən artıq gəlmiş ola bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-si, PPXB-nin polis nəfəri işləyir. Tovuz şəhəri Yusif Sadıqov küçəsi, ev 5də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 00 radələrində Tovuz RPŞ-dən ona zəng edərək onu Tovuz RPŞ-si, Qovlar PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 yazmış olduğu raportun icrası ilə əlaqədar olaraq Tovuz RPŞ-yə dəvət etmişlər. O da Tovuz RPŞ-yə gəlmiş və orada ona izah etmişlər ki, qanunsuz olaraq narkotik vasitə əldə edib onu saxlamaqda və daşımaqda şübhəli olan şəxs, Tovuz şəhər sakini Təqsirləndirilən şəxs cinsiyyəti qadın olduğu üçün o, Təqsirləndirilən şəxs barəsində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçiriləcək şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməlidir. Həmin vaxt Təqsirləndirilən şəxs barəsində yazılmış raportun icrası şəxsi axtarış aparılması üçün Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Bundan sonra Məhərrəm Məmmədov özünü Təqsirləndirilən şəxs təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, eyni zamanda hansı səbəblə şübhəli olduğunu izah edərək, barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X11 rayon vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil Müdafiəçi özünə müdafiəçi qismində seçmişdir. Müdafiəçi dəvət əsasında Tovuz RPŞ-yə gəldikdən sonra isə o, təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçila ilə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl, təhqiqatçı Məhərrəm Məmmədov Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşaraq varsa da təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs öz növbəsində üzərində elə bir əşya olduğunu bildirib ardı ilə də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb Məhərrəm Məmmədova təqdim etmişdir. Həmin bir ədəd gümüşü rəngli kağız büküm təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüş və qeyd olunan büküm açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli bükümdə olan kütlənin qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə olan heroindir və həmin kütləni təxminən 3 gün bundan qabaq Qazax şəhərində tanımadığı şəxsdən 20 manata alıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin gümüşü rəngli bükümdə olan kütlənin çəkisi bükümlə birlikdə 0,34 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli bükümdə olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olubolmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X9 Bölməsinə göndərilməsi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində onun tərəfindən ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin elektron tərəzidə çəkilərkən bükülü olduğu gümüşü rəngli kağız parçası ilə birlikdə tərəzi üzərinə qoyulub çəkilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 06 noyabr 2023-cü il tarixli 16/1161 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,252 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının daxildir. Ekspertiza rəyinin qeyd hissəsində heroinin təmiz çəkisi – 0,252 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,202 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 21 noyabr 2023-cü il tarixli 1933 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsini çəkməkdən azad edilmiş və üzərindən məhkumluğu götürülmüş və hazırda məhkumluğu yoxdur. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(062)- 67/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(062)- 33/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 194.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(062)- 5/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsini çəkməkdən azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düz tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan, azadlığın məhdudlaşdırılması cəzası istəsə də, həmin cəza onun şəxsiyyətinə uyğun olmamaqla, cəzanın məqsədlərinə də uyğun deyildir. Əvvəla işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvələr də heroindən istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilməsi və hazırda da ondan aşkar edilmiş narkotik vasitənin heroin olması onu təsdiq edir ki, o məhz həmin narkotik vasitədən sui-istifadə edir. Bu hal iş üzrə narkoloji dispanserin rəyi ilə də müəyyən olunur. Belə ki, həmin rəydən də göründüyü kimi Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Günel bundan öncə də məhkum edilərkən istifadə etdiyi heroini tapdığını bildirməklə mənbəyini istintaqdan gizlətmiş, istintaqa və narkomaniyaya qarşı mübarizə aparmaq vəzifəsi daşıyan orqana qarşı səmimi olmamışdır. Bununla da o dövlətin də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” ilə qarşısına qoyduğu məqsədə maneələr yaratmış olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün dövlət proqramında göstərilmişdir ki, Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz X5 ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və X2 X5 üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar. “Narkomanlığa və X2 dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanı ilə əsas vəzifəsi narkomanlığa və X2 X5 sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilatihüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilmiş, narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak daha intensiv xarakter almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir. Günel məhkəmə istintaqında ifadəsində göstərmişdir ki, o tutularkən yanında olan şəxslər onun tutulmasına mane olmuşlar. Belə ki, həmin şəxslər də narkotik istifadəçiləridirlər. Məhkəmə həmin halın hazırki işə aidiyyəti olmasa da belə onu qeyd edir ki, göründüyü kimi Günel azadlıqda qalarsa onun ünsiyyətdə olduğu şəxslərin dairəsi də onun islah edilməsinə təsir edə biləcək şəxslərdən ibarət deyildir. Hətta o, nikah münasibətində olaraq, həmin nikahdan iki uşağı olsa da belə o, ərindən və uşaqlarından ayrıca, tək yaşayır. Odur ki, ona azadlığın məhdudlaşdırılması cəzasının verilməsi onun şəxsiyyətinə və işin halarına uyğun deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2023cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək 1 (bir) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 1 (bir) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,202 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,202 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar