Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-35/2025 30.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1977-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6,01 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək əynində olan qara rəngli gödəkçənin sol iç yan cibində saxlamış, 12 dekabr 2024-cü il tarixdə, saat 13:49 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Köhnəqala kəndi ərazisində saxlanılaraq həmin tarixdə saat 13:49 dəqiqədən saat 13:59 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6,01 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxana onun əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Alakol kəndində daimi pasport qeydiyyatında olmaqla Tovuz rayonu Köhnəqala kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir və narkotik vasitə olan marixuanadan istifadə edir. O, 2024-cü ilin yay fəslinin dəqiq xatırlamadığı ayında və günündə yaşadığı kənd olan Tovuz rayonu Köhnəqala kəndi ərazisində çay kənarı deyilən ərazidə yabanı halda bitmiş çətənə kolları olmasını görmüşdür. O, həmin kollardan bir neçəsini gizli şəkildə qoparıb şəxsi istifadəsi üçün qurutmuş və qutusunda saxlamışdır. Fasilələrlə həmin qurudulmuş halda saxladığı marixuanadan istifadə etmişdir. Qurudulmuş halda saxladığı marixuananın sonuncu qalıq hissəsini bir ədəd kibrit qutusunda saxlamışdır. 12 dekabr 2024-cü il tarixdə saat 13:30 radələrində o, yaşadığı evdən çıxıb kəndin mərkəzində yerləşən çayxanaya çay içmək üçün çıxan zaman həmin bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı götürmüş və üzərində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibində saxlamışdır. Eyni zamanda marixuananı istifadə edən zaman işlətdiyi “bırızla” adlanan əşyanıda marixuananı saxladığı bir ədəd kibrit qutusunun içərisinə qoymuşdur. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 13:49 radələrində yaşadığı Tovuz rayonu Köhnəqala kəndi ərazisində yolun kənarı ilə piyada olmaqla hərəkətdə olarkən bir nəfər şəxsin onu əlində tutmuş olduğu mobil telefonla video çəkilişlə qeydə aldığını görmüşdür. Eyni zamanda iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar və özlərini polis əməkdaşı kimi təqdim edib ondan şübhələdiklərini bildirmiş və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O, onlara heç bir etirazının olmadığını demişdir. Baxış keçirməzdən əvvəl polis əməkdaşları ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşmuşlar. O, üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya olduğunu deyərək əynində olan qara rəngli qış gödəkçənin sol iç yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan kütləni, yəni çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı saxladığı bir ədəd kibrit qutusu ilə birlikdə çıxarıb təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusunda olan kütləyə polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmişdir. Baxış zamanı bir ədəd kibrit qutusunda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi bir ədəd kibrit qutusu ilə birlikdə 9,01 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd kibrit qutusunda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd zərfə qoyulub qablaşdırıldı və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-yə gətirdilər. O, hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Vəkilin iştirakı ilə həmin zərfə açılıb yenidən baxılaraq həmin zərf qablaşdırılmışdır. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, O, Tovuz RPŞ-si CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəcə polis baş leytenantıdır. Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla Köhnəqala kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi olmamışdır. 12 dekabr 2024-cü il tarixdə saat 13 radələrində o, Tovuz RPŞ-də xidmətdə olarkən, Tovuz rayonu Köhnəqala kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda yaşadığı Tovuz rayonu Köhnəqala kəndi ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Bundan sonra o, Tovuz RPŞ-si CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Tovuz RPŞ-si CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onunla birlikdə iştirak etməsi göstərişi verilmişdir. Onlar həmin gün saat 13 radələrində avtomobilə əyləşib Tovuz rayonu Köhnəqala kəndinə gəlmişlər. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Tovuz rayonu Köhnəqala kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu Köhnəqala kəndində yavaş-yavaş piyada yeriməklə kənd ərazisində hərəkətdə olmuşdur. Bundan sonra onlar vaxt itirmədən avtomobil vasitəsi ilə Tovuz rayonu Köhnəqala kəndinə getmişlər və həmin kənd ərazisində piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasita olduğundan şübhələndiklərini, bu səbəbdən üzərinə baxış keçirəcəklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yolun kənarında üzərində baxış keçirməklərinə etirazının olub-olmadığını sorușmuşlar. Təqsirləndirilən şəxs onlara heç bir etirazının olmadığını demişdir. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuș hər hansı əșya olub-olmadığı sorușmuşlar. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əynində olan qara rəngli qış gödəkçənin sol iç yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində bir ədəd kibrit qutusunda narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanaya bənzəyən kütləni çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan bükümdə olan bir ədəd kibrit qutusu açılaraq baxış keçirilmişdir. Baxıș zamanı bir ədəd kibrit kutusunun içərisində, narkotik maddə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin kibrit qutusu ilə birlikdə 9,01 qram təşkil etmişdir, Daha sonra aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik maddə hesab edilən marixuanaya bənzər kütlə, həmin narkotik maddə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DiN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid2 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-si CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəcə polis baş leytenantıdır. Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla Köhnəqala kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi olmamışdır. 12 dekabr 2024-cü il tarixdə saat 13 radələrində o, Tovuz RPŞ-də xidmətdə olarkən, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda yaşadığı Tovuz rayonu Köhnəqala kəndi ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə edilmiş və rəhbərlik tərəfindən həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Bundan sonra o, Tovuz RPŞ-si CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Tovuz RPŞ-si CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onlarla birlikdə iştirak etməsi göstərişi verilmişdir. Beləliklə də Tovuz RPŞ-si CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Tovuz RPŞ-si, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə o, həmin gün saat 13 radələrində avtomobilə əyləşib Tovuz rayonu Köhnəqala kəndinə gəlmişlər. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Tovuz rayonu Köhnəqala kənd sakini Təqsirləndirilən şəxs Tovuz rayonu Köhnəqala kəndində yavaş-yavaş piyada yeriməklə kənd ərazisində hərəkətdə olmuşdur. Bundan sonra onlar vaxt itirmədən avtomobil vasitəsi ilə Tovuz rayonu Köhnəqala kəndinə getmişlər və həmin kənd ərazisində piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bu səbəbdən üzərinə baxış keçirəcəklərini bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yolun kənarında üzərində baxış keçirməklərinə etirazının olub-olmadığını sorușmuşlar. Təqsirləndirilən şəxs onlara heç bir etirazının olmadığını demişdir. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuș hər hansı əșya olub-olmadığı sorușmuşlar. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əynində olan qara rəngli qış gödəkçənin sol iç yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində bir ədəd kibrit qutusunda narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanaya bənzəyən kütləni çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan bükümdə olan bir ədəd kibrit qutusu açılaraq baxış keçirilmişdir. Baxıș zamanı bir ədəd kibrit kutusunun içərisində, narkotik maddə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin kibrit qutusu ilə birlikdə 9,01 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik maddə hesab edilən marixuanaya bənzər kütlə, həmin narkotik maddə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DiN-in 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli 16/1117 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacığa qoyulmuş kibrit qutusunda təmiz çəkisi 6,01 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 0,601 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 5,99 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 23 dekabr 2024-cü il tarixli 2021 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtityacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Alakol kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2024cü il tarixdən 14 dekabr 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,99 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edil. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,99 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-35/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-35/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver