Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-36/2025 08.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Hüseynova, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Tovuz rayon icra hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2004-cü il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, məhkumluğu olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, xx.xx.2004-cü ildə olmuş Təqsirləndirilən şəxs 2004-cü ilin avqust ayının istintaqa dəqiq məlum olmayan günündə günorta saatlarında Tovuz rayonu Köhnəqala kəndi ərazisində yerləşən Şahid2 məxsus mehmanxananın yataq otağında “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə tanış olduğu xx.xx.2009-cu il tarixdə anadan olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olaraq, yetkinlik yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin may ayının əvvəllərində istifadəsində olan smartfon tipli mobil telefonla “Tik-tok” sosial şəbəkəsini izləyərkən hazırda adını dəqiq xatırlamadığı hesabdan ona mesaj gəlmişdir. O, həmin mesaja baxdıqda həmin mesajın öz hesabında paylaşdığı hazırda xatırlamadığı statusa şərh kimi yazıldığını görmüşdür. O, mesaj yazan şəxsə cavab yazıb sonradan tik-tok sosial şəbəkəsindən çıxmışdır. Aradan bir qədər keçdikdən sonra “Tik-tok” hesabına yenidən mesaj gəldiyini görmüşdür. Həmin mesaj da əvvəlki, yəni statusuna şərh yazan hesabdan gəlmişdir. Beləliklə, həmin hesabın istifadəçisi ilə yazışmağa başlamışlar. Yazışma əsnasında həmin hesabın istifadəçisi özünü Zəhra, yaşadığı ünvanı isə Tovuz şəhəri olduğunu bildirib ondan da adını və ünvanını soruşmuşdur. Tanışlıq məqsədilə o da adını və yaşadığı ünvanı doğru şəkildə adını sonradan bildiyi Zərərçəkmiş şəxs bildirmişdir. Bir qədər də yazışdıqdan sonra Zərərçəkmiş şəxs ona “Vatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmağı təklif etmiş və birbirlərinə mobil nömrələrini bildirmişlər. Beləliklə, həmin tarixdən onlar mütəmadi danışmağa başlamışlar. Zərərçəkmiş şəxs ilə danışdıqları müddətdə o, sonuncunun yaşı, təhsili barədə dəqiq məlumat əldə etməmişdir. 2024-cü ilin avqust ayında hazırda dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs ilə telefon danışıqları zamanı sonuncu ona görüşməyi təklif etmişdir. Belə ki, Zərərçəkmiş şəxs ona “yer tap gedək görüşüb cinsi əlaqədə olaq” demişdir. O, da razılaşmışdır. Zərərçəkmiş şəxs onunla pulsuz görüşmək istəmiş, qarşılığında pul və ya başqa maddi nəsə tələb etməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs Tovuz rayonu, Köhnəqala kəndi ərazisində yerləşən, Aydın adlı şəxsə məxsus mehmanxanaya aparmağı qərara almışdır. Belə ki, o, rayon ərazisində eşitmişdir ki, Aydın adlı şəxsə məxsus həmin mehmanxanada rahat qızla görüşüb intim münasibətdə olmaq olur. 2024-cü ilin avqust ayında hazırda dəqiq xatırlamadığı gündə saat 11 radələrində o, Zərərçəkmiş şəxs ilə Tovuz şəhəri Vayonkamat küçəsi olaraq tanıdığı küçədə görüşüb sonuncuya həmin vaxt idarə etdiyi dostu Nicata məxsus VAZ-2107 minik markalı, göy rəngli avtomobilə əyləşməsini təklif etmiş və sonuncu avtomobilin arxa oturacağında əyləşmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə Tovuz rayonu, Köhnəqala kəndi ərazisində yerləşən, Aydın adlı şəxsə məxsus mehmanxanaya getmişlər. Həmin vaxt onların yanlarında başqa bir şəxs olmamışdır. Mehmanxanaya çatdıqda avtomobili giriş qapısından içəri keçirib moykanın sağ tərəf hissəsində olan boş əraziyə sürmüş və dayandırmışdır. Əvvəlcə o, tək avtomobilin sükanı arxasından düşüb orada olan Aydın adlı şəxsə yaxınlaşmışdır. Sonuncu ilə salamlaşdıqdan sonra 25 manat pulu Aydına vermişdir. Aydın ondan özü ilə gətirdiyi qızın 18 yaşının tamam olub-olmamasını soruşduqda o, yaşının tamam olduğunu bildirmişdir. Aydın adlı şəxs ona otaqların boş olduğunu deyib oradan bir qədər uzaqlaşmışdır. Bundan sonra o, avtomobilə yaxınlaşıb Zərərçəkmiş şəxs da düşürmüş və birlikdə mehmanxanaya girmişlər. Giriş qapısından soldan ikinci otağa daxil olmuşlar. O, yenidən avtomobilə geri qayıdıb avtomobilin salonundan həmin gün aldığı 2 ədəd bizon enerji içkisini özü ilə götürmüşdür. Mehmanxananın içərisinə keçdikdə birinci qapıdan sağda hamam otağı, ikinci qapıdan daxil olduqda solda isə iki otaq olmuşdur. O, Zəhra ilə birlikdə ikinci otağa daxil olmuşlar. Otağa daxil olduqdan sonra o, əlindəki bizonları masanın üzərinə yerləşdirmiş, daha sonra Zəhra ilə birlikdə çarpayının üzərində oturmuşlar. Bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs ilə öpüşərək sevişməyə, sonra bizonları içməyə başlamışlar. Bundan sonra yenidən çarpayıda öpüşərək sevişmişlər. Həmin əsnada bir-birinin üzərində olan geyim əşyalarını soyundurmuşlar. O, Zərərçəkmiş şəxs heç bir fiziki zor tətbiq etməmişdir. Onlar könüllü şəkildə bir-biri ilə sevişmişlər. Bundan sonra o, sərtləşmiş formada olan cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə doğru aparıb anus dəliyinə yerləşdirmişdir. Qeyri-təbii yolla təxminən 5-6 dəqiqə cinsi əlaqədə olmuşdur. Həmin müddətdə o, bir neçə dəfə cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına sürtüb yerləşdirmişdir. Bir qədər qeyri-təbii yolla əlaqədə olduqdan sonra o, sərtləşmiş halda olan cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına yerləşdirmişdir. Zərərçəkmiş şəxs ilə bir neçə dəqiqə cinsi əlaqədə olduqdan sonra o, cinsi ehtirasını öldürüb cinsi əlaqəni dayandırmışdır. Cinsi əlaqədə olduqları müddətdə Zərərçəkmiş şəxs təcrübəsiz olduğunu görüb artıq əlaqədə olmağı dayandırmışdır. Bir dəfə əlaqədə olduqdan sonra geyim əşyalarını yenidən geyinib oradan çıxmışlar. Daha sonra o, mehmanxanın önündə saxladığı dostu Nicata məxsus VAZ-2107 minik markalı, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Zərərçəkmiş şəxs Tovuz şəhəri Vayonkomat küçəsinə düşürüb sonradan da tək Qovlar şəhərinə geri qayıtmışdır. O, Zərərçəkmiş şəxs ilə təxminən 5-6 dəqiqə cinsi əlaqədə olmuşdur. O, Zərərçəkmiş şəxs ilə təbii və qeyri təbbi yolla əlaqədə olmuşdur. Belə ki, cinsi orqanını Zərərçəkmiş şəxs həm anus dəliyinə, həm də cinsi orqanına daxil etməklə əlaqədə olmuşdur. O, Zərərçəkmiş şəxs ilə sonuncunun istəyi ilə cinsi əlaqədə olmuşdur. Nə cinsi əlaqədən əvvəl, nə də cinsi əlaqə zamanı Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməmişdir. Zərərçəkmiş şəxs ilə təbii və qeyri təbbi yolla əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs qarşı başqa bir formada əxlaqsız hərəkətlər etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz şəhəri, Elxan Məmmədov adına tam orta məktəbdə 10cu sinifdə oxuyur. 2024-cü ilin may ayının sonlarında o, ünvan 3 ünvanında olarkən istifadəsində olan mobil telefonla Tik-Tok sosial şəbəkəsində olarkən istifadəçi adı “1.ibrahimovv” olan hesabdan ona izləmə təklifi gəlmişdir. Ona izləmə təklifi gəldikdən 2-3 gün sonra o, həmin təklifi qəbul etmişdir. İzləmə təklifini qəbul etdikdən sonra həmin hesabdan ona salam mesajı göndərildiyini görmüşdür. O, həmin mesaja cavab olaraq salam yazıb kim olduğunu soruşmuş və yazışmağa başlamışlar. Həmin şəxsdən kim olduğunu, nə məqsədlə yazdığını və hesabını necə əldə etdiyini soruşduqda həmin hesabın istifadəçisi özünü Abdul kimi təqdim edib tanış olmaq məqsədilə yazdığını demişdir. Bundan sonra o, da adını bildirmiş və onlar həmin tarixdən tik-tok sosial şəbəkəsində ünsiyyət yaratmağa başlamışlar. Bir müddət keçdikdən sonra artıq birbirlərinə mobil nömrələri bildirmişlər. Beləliklə, 2024-cü ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ona whatsapp proqramı ilə zəng edərək görüş təklif etmişdir. O, Təqsirləndirilən şəxs görüşmələri üçün tez deyilmi sualını verdikdə Abdul ona Moskva şəhərinə gedəcəyini demişdir. Onun tərəddüd etdiyini gördükdə Təqsirləndirilən şəxs ona darıxdığını, onu görmək istədiyini demişdir. O, Abdulun xoş sözlərlə danışdığını görüb axırda razılaşmışdır. Harada görüşəcəklərini soruşduqda, Abdul ona hara uyğundur orada da görüşərik demişdir. Ondan görüşmək üçün Tovuzda uyğun yer soruşmuş, o isə elə bir yer tanımadığını demişdir. Bu zaman Abdul ona Tovuz şəhəri, Dəmiryol vağzalının yaxınlığında görüşüb piyada biraz gəzməyi təklif etmişdir. O, da razılaşmış və birlikdə qərara gəlmişlər ki, 2024-cü ilin avqust ayının əvvəlində saat 11 radələrində o, hazırlıq məşğələsindən çıxdıqdan sonra Tovuz şəhəri, Dəmiryol vağzalının yaxınlığında görüşsünlər. 2024-cü ilin avqust ayında saat 11 radələrində o, hazırlıq məşğələsindən çıxdıqdan sonra tək Tovuz şəhəri, Dəmiryol vağzalının yaxınlığına gəlmişdir. Həmin vaxt o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Abdulun istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə zəng etmişdir. Telefon danışıqları zamanı Abdul ona gəldiyini onu gözlədiyini demişdir. Həmin vaxt görüşdükdə Abdul onu tünd yaşıl rəngli VAZ-2107 minik markalı avtomobilə doğru aparıb avtomobilə əyləşməyi təklif etmişdir. O, həmin VAZ- 2107 minik markalı avtomobilin kimə məxsus olduğunu soruşduqda Abdul taksi olduğunu bildirib narahat olmamağını demişdir. Tovuz rayonu Asan xidmət mərkəzinin yanından sola dönüb daha sonra köhnə yolla Qovlar şəhərinə getmişlər. Qovlar şəhərinin mərkəzi küçəsindən işıqforun yanından sağa dönüb İbrahimhacılı kəndinə doğru yollarına davam etmişlər. Bir qədər getdikdən sonra avtomobil yolunun sol tərəf hissəsində yerləşən tanımadığı yerə avtomobillə daxil olmuşlar. İçərisində əyləşdiyi avtomobilin sürücüsü idarə etdiyi VAZ-2107 markalı avtomobili dayandırmışdır. O, pəncərədən ətrafa boylandıqda sağ tərəf hissədə avtomobilyuma məntəqəsi olduğunu görmüşdür. Bundan sonra Abdul özü də avtomobildən düşmüşdür. O, Abdulun arxası ilə baxdıqda sonuncu getdikləri yerdə olan tanımadıqları bir nəfər təxminən 30 yaşlarında olan oğlanla görüşüb söhbət etmişdir. Abdul avtomobildən düşdükdən 10 dəqiqə sonra geri qayıdıb onu da düşürmüşdür. Bundan sonra birmərtəbəli tikiliyə daxil olmuşlar. Orada olan otaqların birində hər ikisi paltarlarını çıxarıb sevişmiş, həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Təxminən 4-5 dəqiqə onunla arxa keçəcəkdən cinsi əlaqədə olduqdan sonra Abdul cinsi orqanını çıxarıb öz alt paltarını əlinə alaraq onun üzərinə cinsi orqanından maye ifraz etmişdir. Bundan sonra həmin mayeli geyimini kənara atmışdır. Daha sonra əynini geyinib otaqdan çölə çıxmışdır. O, Abdul otaqdan çıxdıqdan sonra cinsi orqanından qan axdığını görüb tez həmin maye qanı öz maykası ilə silib maykanı da Abdul görməməsi üçün tez öz çantasına yerləşdirmişdir. Bundan sonra paltarını geyinmişdir. Abdula daha getmək istədiyini bildirmişdir. Abdul onu öz avtomobili ilə geri qaytarmış və bir daha görüşməmişlər. O, bu hadisədən sonra qorxduğu üçün heç bir kəsə bildirməmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evdə olanda xalası Şahid1 başına gəlmiş hadisə barədə danışmış və daha sonra bu barədə polisə bildirmişdir. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Abdul nə cinsi əlaqədə olan zaman, nə də sonra ona zor tətbiq etməmiş, yəni vurmamış və döyməmişdir, hədələməmişdir. Onunla könüllü şəkildə cinsi əlaqədə olmuşdur. Məqsədi sonradan Abdulla evlənmək olmuşdur. Abdula öz həqiqi yaşı barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə o, ünvan 4 ünvanında olarkən bacısı qızı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona baxan zaman sonuncunun Abdul adlı şəxslə qeyri-etik yazışmalarını görmüşdür. Bu zaman o, bacısı qızı Zəhradan nə baş verdiyini, Abdul adlı şəxsin kim olduğunu soruşduqda Zəhra ona Abdul adlı şəxsin Qovlar şəhər sakini olduğunu, Tik-tok adlı sosial şəbəkədə tanış olduqlarını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ünvan 6nada onunla cinsi əlaqədə olub onun bakirəliyini pozduğunu demişdir. Bunu bildikdən sonra o, 102 xidməti zəng mərkəzinə zəng edib bu barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Tovuz rayonu, Köhnəqala kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayır, hazırda işləmir. ünvan 6nası vardır. Həmin mehmanxana birmərtəbəli olmaqla 3 otaqlıdır. Belə ki, 2 yataq otağı və bir zal formasındadır. Həmin tikilinin həyətində isə özünə məxsus avtoyuma məntəqəsi vardır. O, həmin mehmanxananı günlük kirayə verir. Belə ki, 20 manat qarşılığında kim istəsə gəlib ona məxsus mehmanxanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə isə ona məxsus mehmanxanaya hər hansı bir şəxsin gəldiyini və pul qarşılığında orada qaldıqlarını xatırlamır. Onun Təqsirləndirilən şəxsla telefon danışıqları olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 30 sentyabr 2024-cü il tarixli 802 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar olunmamış, qızlıq pərdəsinin anatomik tamlığı pozulmuş, pozulma müddəti iki həftədən artıq müəyyən edilmiş, arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmadığından cinsi əlaqənin müddətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu ildə anadan olmuşdur. Cinayət işinə əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığının pozulmasını nəzərə alaraq məhkəmə cinayət hadisəsinin, yəni Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma” cinayətinin mövcud olmasının sübuta yetirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl bilavasitə obyekt olaraq 16 yaşına çatmamış zərərçəkmiş Zərərçəkmiş şəxs cinsi toxunulmazlığına qəsd etmişdir. Obyektiv cəhətdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə, könüllü cinsi əlaqədə olmuşdur. Əməl formal tərkibli olmaqla Təqsirləndirilən şəxs 16 yaşına çatmamış zərərçəkmiş Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girdiyi andan başa çatmışdır. Təqsirləndirilən şəxs cinsi əlaqəyə girərkən zərərçəkmiş Zərərçəkmiş şəxs 16 yaşına çatmadığından xəbərdar olmuş, bunu dərk etmiş və arzu etmişdir, buna görə cinayət subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girərkən cinayətin subyekti Təqsirləndirilən şəxs 16 yaşdan artıq yaşda olmuş, zərərçəkmiş şəxslə yaş fərqi 2 ildən çox olmuşdur. Qeyd edilən obyektiv və subyektiv əlamətlər Təqsirləndirilən şəxs əməlini cinayət kimi səciyyələndirdiyindən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasının sübuta yetirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edən heç bir hal müəyyən edilməmiş, onun cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 152.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 5-ci maddəsinə əsasən, cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Həmin Qərarın 8-ci maddəsinə əsasən, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 52- 1-ci maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. Şəxs CM-nin Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-nin 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-nin 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-nin 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 dekabr 2024-cü il tarixdə, saat 12:00-dan tutulmuş hesab edilmişdir. “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 09 dekabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. AR DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 333.1-ci maddəsi ilə cinayət təqibi aparılmışdır. Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-11/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müdətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon icra və probasiya şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli DE-1068/56185/2025 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmişdir. Məhkum xx.xx.2025-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüşdür. Cəzasının əvvəli xx.xx.2025ci il tarix,cəzasının sonu xx.xx.2025-ci il tarixə hesablanmalıdır. xx.xx.2025-ci il tarixədək ona təyin edilmiş cəzanın 08 (səkkiz) gün hissəsini çəkmiş, 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsi çəkilməmiş qalmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Tovuz rayonu İcra Hakimiyyəti başçısının Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tovuz rayonu İcra Hakimiyyəti başçısının Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs anası X5 və bacısı X1 xəstə olduqları üçün onun himayəsində yaşayırlar. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması, himayəsində iki xəstə şəxsin olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs gənc yaşda olması, şəxsiyyətinin müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması, himayəsində iki xəstə şəxsin olmasını cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirir, təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 152.1-ci maddəsində müəyyən edilən azadlıqdan məhrum etmə cəza növündən daha yüngül cəza növünun təyin edilməsi imkanı nəzərdən keçirilməlidir. Belə ki, cinayət hüququ yalnız sanksiyaların tətbiqini tənzimləyən mexanizm deyil, həm də insanı islah etməyə, onu cəmiyyətin layiqli üzvü kimi yenidən formalaşdırmağa yönəlmiş dərin mənəvi və hüquqi sistemdir. Məhkəmə hər bir konkret cinayət işinə baxarkən, yalnız törədilmiş əmələ deyil, həmin əməlin arxasında dayanan insanın şəxsiyyətinə, həyatına, ailə yükünə və gələcək potensialına da diqqət yetirməlidir. Bu iş üzrə təqsirləndirilən şəxs həyatının astanasında dayanan, gənc bir insandır. O, cinayəti törədərkən yaşının gətirdiyi çılğınlıq və emosional qeyri-sabitliyin təsiri altında hərəkət etmişdir. Lakin sonradan əməlinin hüquqi və mənəvi məsuliyyətini dərk etmiş, səmimi peşmançılıq hissi keçirmiş, zərərçəkmiş şəxslə barışmış və törətdiyi hərəkəti etiraf etmiş, məsuliyyətdən yayınmağa çalışmamış, əksinə, ədalət mühakiməsi qarşısında açıq və səmimi mövqe nümayiş etdirmişdir. Təqsirləndirilən şəxsin üzərində, eyni zamanda, iki xəstə ailə üzvünün qayğısını çəkmək kimi məsuliyyətli bir sosial vəzifə vardır. Bu hal onun cəmiyyət qarşısındakı sosial rolunu daha da artırır, ona həm əxlaqi, həm də mənəvi məsuliyyət yükləyir. Bu baxımdan veriləcək hər bir cəza qərarı yalnız bir fərdin taleyinə deyil, həm də bütöv bir ailənin rifahına və gələcəyinə təsir göstərmiş olacaqdır. Cinayət hüququnun əsas prinsiplərindən biri cəzanın mütənasib, yəni proporsional olmasıdır. Hüquq nəzəriyyəsində dəfələrlə vurğulandığı kimi, cəza yalnız qisas məqsədi daşımamalı, eyni zamanda şəxsin islah olunmasına, onun cəmiyyətə yenidən faydalı bir fərd kimi qaytarılmasına xidmət etməlidir. Bu yanaşma, heç bir halda cinayətin əhəmiyyətini kiçiltmək və ya cəzadan yayınmaq deyil, həm hüquqi, həm də etik baxımdan insan ləyaqətinin qorunmasını, şəxsin davranışlarının müsbət istiqamətə yönləndirilməsini, onun reabilitasiyasını və sosial reinteqrasiyasını təmin etmək məqsədi daşıyır. Cəza ədalətli olmalıdır. Ədalət isə yalnız qisasla deyil, eyni zamanda mərhəmətlə ölçülür. Bu gəncin həyatında yeni, təmiz bir səhifə açmağa layiq olduğuna inanaraq, onun barəsində qanunda nəzərdə tutulmuş cəza növündən daha yüngül cəzanın tətbiqi hüquqi baxımdan əsaslı və qanuni, vicdan və humanizm baxımından isə zəruri bir yanaşmadır. Təqsirləndirilən şəxs əsgər kimi hərbi xidmətdə olarkən məzuniyyətdən xidmət yerinə vaxtında qayıtmamasına görə Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu cəmiyyətin təhlükəsizliyinə ciddi təsir göstərməyən, daha çox xüsusi bir rejimin qaydalarına riayət etməməkdən qaynaqlanan bir əməldir və Təqsirləndirilən şəxs ictimai təhlükəli şəxs kimi xarakterizə etmir. Bu baxımdan məhkəmə qeyd olunan halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə maneə kimi görmür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 03 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(097)-11/2025 nömrəli hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı, ona cinayətlərin məcmusu üzrə 03 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 03 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(097)-11/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplansın, ona cinayətlərin məcmusu üzrə 03 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli Tovuz rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı 03 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini cəzaçəkmə müddətində dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-36/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-36/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver