Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-37/2023 17.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Tovuz rayon Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla Tovuz şəhəri Zaur Axundov küçəsi 9 nömrəli evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Tovuz rayonu, Həzi Aslanov küçəsində idarə etdiyi “Vaz-2107” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ehtiyatsızlıqdan ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında, yolun kənarında hərəkətsiz dayanmış vəziyyətdə olan sonuncuya məxsus “Hyundai Elantra” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması səbəbindən hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs onun və həmin vaxtı avtomobildə əyləşmiş ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib onları təhqir etməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq və təpiklə ardıcıl zərbələr vuraraq ona sol göz almasının travmatik kontuziyası, sklera konyuktival qansızma, sol gözün alt və üst səthində qançırlar kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 15:30 radələrində o, ünvan 2 ünvanında yerləşən yaşadığı evdən ailə üzvləri olan anası X4 və bacısı X6 ilə birlikdə sahiblik hüququ əmisi oğlu X1 məxsus “VAZ- 2107” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhəri istiqamətində hərəkətdə olan zaman arxası ilə marka və modelini xatırlamadığı avtomobilin işıq siqnalından istifadə edərək işıq fənərlərinin yandırıb söndürdüyünün fərqində olmuş və həmin avtomobilin sürücüsünün ötmə hərəkətinə başlamaq istədiyini anlayaraq idarə etdiyi avtomobilin arxası ilə hərəkətdə olan avtomobilə yol vermək məqsədilə idarə etdiyi avtomobilin sükanını hərəkət istiqamətinə nəzərən sağ tərəfə doğru döndərmişdir. O, idarə etdiyi avtomobilin arxası ilə hərəkətdə olan avtomobilin ötmə hərəkəti edərək uzaqlaşmasından sonra yenidən idarə etdiyi avtomobilin sükanını hərəkət istiqamətinə nəzərən sola doğru çəkməyə başlamış, lakin həmin vaxt bir anlıq avtomobilin idarəetməsini itirmiş, nəticədə avtomobil yolunun sağ tərəf ehtiyyat hissəsində qeyri-işlək vəziyyətdə dayanaraq durmuş “Hyundai Elantra” minik markalı avtomobilinin arxa sol tərəf hissəsi ilə idarə etdiyi “VAZ-2107” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəf hissəsi toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, bir neçə dəqiqəlik idarə etdiyi avtomobildə əyləşərək avtomobildə olan ailə üzvlərinin vəziyyəti ilə maraqlanmış, həmin vaxt ailə üzvlərindən bədən xəsarətləri alan olmamış, lakin həyəcanlanaraq qorxduqları üçün avtomobildə onlarla birlikdə qalmışdır. Daha sonra o, öz təşəbbüsü ilə avtomobildən düşmüş və “Hyundai Elantra” minik markalı avtomobilə doğru yaxınlaşmışdır. Həmin vaxt avtomobilin arxa hissəsinə keçdikdə bir nəfər tanımadığı şəxsin avtomobili zədələyən şəxsin ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyini görmüşdür. O, həmin vaxt nalayiq ifadələrlə söyüş söyən şəxsin avtomobil sahibi olduğunu bilməmiş və həmin şəxsin söyüş söydüyünü gördükdə ona ehtiyatsızlıqdan hadisə baş verdiyini bildirərək söyüş söyməməsini tələb etmişdir. Bu zaman onların yaxınlığında olan tanımadığı bir nəfər şəxs bir qədər kobudcasına onun ünvanına nalayiq ifadə işlədərək həmin nalayiq ifadələrlə söyüş söyən şəxsin “Hyundai Elantra” minik markalı avtomobilin sahibi olduğunu bildirmişdir. Bundan sonra o, hər hansı bir söz deməmişdir. Daha sonra yolnəqliyyat hadisəsinin baş verdiyi əraziyə həmin ərazidən təsadüfən xidməti avtomobil ilə keçən əvvəllər tanıdığı Telman adlı polis əməkdaşı gəlmişdir. Telman adlı polis əməkdaşı avtomobildən düşüb hadisə yerinə yaxınlaşan an şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2107” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili onun yox, bacısının idarə etdiyini bildirmiş, o, isə Zərərçəkmiş şəxs müraciət edərək yalandan şər-böhtan atmamasını tələb etmişdir. Bu zaman ailə üzvləri də avtomobildən düşmüşlər. Həmin vaxt küçədə tanımadığı təxminən 20-30 nəfər şəxs olmuşdur. Zərərçəkmiş şəxs onu davamlı olaraq təhqir etdikdən sonra o, Zərərçəkmiş şəxs ilk əvvəl bir neçə dəfə xəbərdarlıq etmiş, lakin sonuncu nalayiq ifadələrlə ünvanlı söyüşlər söyməyə davam etmiş, bundan sonra o, Zərərçəkmiş şəxs yaxınlaşmış və onlar həmin vaxt bir-biriləri ilə itələşmişlər. Həmin vaxt Telman adlı polis əməkdaşı onların arasına daxil olaraq mane olmağa çalışmışdır. O, həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadələrlə onu və ailə üzvlərini küçədə ətrafda olan şəxslərin gözü qarşısında təhqir etdiyinə görə sifət nahiyəsindən bir dəfə yumruqla zərbə endirmiş, lakin onları ətrafda olan şəxslər aralamışlar. Daha sonra o, atası Zöhrab Əkbərova istifadəsində olan mobil telefonla zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Həmçinin bir qədər sonra yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə dövlət yol polis əməkdaşları gəlmişlər və idarə etdiyi “VAZ- 2107” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz RPŞ-nin avtomobil duracağına yerləşdirmişlər. O, Zərərçəkmiş şəxs küçədə ətrafda olan insanların gözü qarşısında onu və ailə üzvlərini təhqir etdiyi və onların ünvanlarına nalayiq ifadələr işlətdiyi üçün sonuncunun sifət nahiyyəsinə yumruqla vuraraq sağlamlığına fiziki xəsarət yetirmişdir. Yol nəqliyyat hadisəsindən əvvəl “VAZ-2107” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili o, özü idarə etmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslə barışmışdır. Zərəçəkmiş şəxsə dəymiş bütün ziyanı ödəmişdir. Zərəçəkmişin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 16 radələrində o, yaşadığı evdə qızı Firuzə Məmmədova, həyat yoldaşı Esmira Məmmədova və azyaşlı nəvələri olan X2 və X5 ilə birlikdə olmuşdur. Sahiblik hüququ həyat yoldaşı X3 məxsus “Hyundai Elantra” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşadıqları evin giriş qapısının qarşısında, yəni küçədə qeyri-işlək vəziyyətdə dayanaraq durmuş, küçəyə çıxmaq məqsədilə yaşadığı evin giriş qapısına doğru yaxınlaşmış, bu vaxt anidən şəxsiyyət vəsiqəsini unutduğunu xatırlamış, buna görə də yenidən geri qayıdıb yaşadığı evdən şəxsiyyət vəsiqəsini götürməyə getmişdir. O, yaşadığı evdən şəxsiyyət vəsiqəsini götürərək ayaqqabılarını geyinən zaman anidən küçədən toqquşma səsi eşitmiş və dərhal ailə üzvləri ilə birlikdə nə baş verdiyini aydınlaşdırmaq məqsədilə yaşadıqları evdən küçəyə çıxmışlar. Küçəyə çıxdıqda “VAZ-2107” markalı, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin ön sağ tərəf hissəsi ilə yaşadığı evin giriş qapısının qarşısında qeyri-işlək vəziyyətdə dayanaraq durmuş sahiblik hüququ həyat yoldaşı X3 məxsus “Hyundai Elantra” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəf hissəsinin toqquşduğunu görmüşlər. O, həmin vaxt “VAZ- 2107” markalı avtomobilin sükanı arxasında əyləşmiş təxminən 35 yaşlarında olan bir xanımla həmin avtomobilin ön tərəf sərnişin əyləşən oturacağında əyləşmiş təxminən 25 yaşlarında olan, tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Elçin adlı şəxsin cəld şəkildə əyləşdikləri yerləri dəyişməsini, Elçin adlı şəxsin avtomobilin sükanı arxasına keçməsini görmüşdür. O, həmin vaxt sahiblik hüququ həyat yoldaşı X3 məxsus “Hyundai Elantra” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə çox ziyan dəyibdəyməməyini aydınlaşdırmaq üçün avtomobilin ətrafına keçərək avtomobilə nəzər salmışdır. Həmin vaxt şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs “VAZ-2107” markalı avtomobilin sükanı arxasından düşərək düşdüyü avtomobilin qarşısında dayanaraq durmuş, “VAZ-2107” markalı avtomobildə əyləşmiş tanımadığı bir nəfər yaşlı qadınla, bir nəfər təxminən 35 yaşlarında olan qadın avtomobildə əyləşərək gözləmişlər. O, daha sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq avtomobil yolunun hərəkət hissəsinin hərəkət üçün maneəsiz olduğu halda nəyə görə avtomobil yolunun hərəkət hissəsi ilə, yəni getməli olduğu hissəsi ilə hərəkət etməyərək avtomobil yolunun ehtiyat hissəsində qeyri-işlək vəziyyətdə dayanaraq durmuş sahiblik hüququ həyat yoldaşı X3 məxsus «Hyundai Elantra” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq avtomobilini zədələyərək əmlakına ziyan vurduğunu soruşmuşdur. O, Təqsirləndirilən şəxs yalnız “Zalım oğlu zalım, avtomobil yolunun hərəkət hissəsi ilə yanaşı şəkildə 3 ədəd avtomobil hərəkət edə biləcəyi halda niyə mənim mülkümə ziyan vurdun? ” demiş, “VAZ-2107” markalı avtomobildən düşmüş Təqsirləndirilən şəxs isə onun üzərinə doğru piyada irəliləyərək ona əsəbi halda “Sən kimsən ?” demişdir. Həmin vaxt ətrafda xeyli sayda insanlar da olmuş, həmin şəxslərdən qonşusu Vüqar adlı şəxs onlara doğru yaxınlaşaraq Təqsirləndirilən şəxs irad tutaraq “Hyundai” markalı avtomobilin ona məxsus olduğunu, haqlı olaraq irad tutduğunu bildirmişdir. Daha sonra hadisənin baş verdiyi əraziyə “Niva” markalı polis avtomobili gələrək yol kənarında dayanaraq durmuş və avtomobildən bir nəfər tanımadığı polis əməkdaşı düşərək onlara doğru yaxınlaşmışdır. Həmin polis əməkdaşı Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu uzaqlaşdırıb bir qədər sakitləşdirməyə çalışmışdır. Bu vaxt Təqsirləndirilən şəxs həmin polis əməkdaşına söykənərək onun sifətinə doğru ayaqla zərbə vurmuşdur. Həmin zərbə onun sifət nahiyəsindən, gözünün üzərindən dəyərək xəsarət almasına səbəb olmuşdur. Bu zaman artıq “VAZ-2107” markalı avtomobildə olan 2 (iki) nəfər tanımadığı qadınlar avtomobildən düşmüş və ailə üzvləri ilə mübahisə etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçədə, ətrafda olan bir çox insanların gözü qarşısında ona və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək sifət nahiyəsindən ayaq zərbəsi endirərək ona qarşı fiziki zor tətbiq etmişdir. Nəticədə o, həmin vaxt xəsarət almışdır. Təqsirləndirilən şəxsla bərabər sonradan ona Elçin adlı şəxsin anası olduğu məlum olan hazırda şəxsiyyəti ona məlum olmayan qadın Təqsirləndirilən şəxs ilə birlikdə ətrafda olan insanların gözü qarşısında, küçədə onun və ailə üzvlərinin ünvanına deyilməsi etik normalara sığmayan nalayiq ifadələrlə təhqir etmiş, eyni zamanda onun sifət nahiyəsinə əli ilə cırmaq ataraq sifət nahiyəsində çapılmış yaraların yaranması ilə nəticələnən fiziki zor tətbiq etmişdir. Daha sonra hadisə yerinə dövlət yol polisi əməkdaşları və aidiyyəti polis əməkdaşları gəlmişlər. O, baş vermiş hadisədən sonra Tovuz rayon polis şöbəsinə dəvət edilmiş və baş vermiş hadisə ilə əlaqədar ərizə yazmışdır. Eyni zamanda səhhətində yaranmış narahatlıqlar səbəbindən Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. O, Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməmiş, sadəcə o, Təqsirləndirilən şəxs anasının ünvanına həmin qadın onu nəlayiq ifadələrlə təhqir edib, ona fiziki zor tətbiq etdikdən sonra “Buraxmaburaxma danışma” deyə sözlər işlətmişdir. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş bütün ziyanı ödəmişdir. Ona görə mülki iddiasından da imtina edir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 575 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol göz almasının travmatik kontuziyası, sklera konyuktival qansızma, sol gözün alt və üst qapağının qançırları küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2022-ci il tarixdə təpiklə vurma nəticəsində əməl gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində məlumat yoxdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bir məqamı da məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs verdiyi ərizəsində mülki iddiadan da imtina etdiyini ifadə etdiyi üçün mülki iddia üzrə icraata xitam verilməlidir. Çünki onun mülki iddiadan imtinası başqa şəxslərin hüquq və mənafelərini pozmur. Cinayət Prosessual Məcəllənin 186.1-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-37/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-37/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver