Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-37/2025 14.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi X6, zərərçəkmiş hüquqi şəxs Tovuz rayon Alakol bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçisi Tovuz Rayon Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 1981-ci ildə Tovuz rayonu, Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Tovuz rayon Alakol bələdiyyəsinin sədri vəzifəsində işləyən, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edib Tovuz rayonunun Alakol bələdiyyəsinin və fiziki şəxs Zərərçəkmiş şəxs qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi tamah və ya sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, o “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999cu il tarixli 698-İQ nömrəli Qanununa uyğun yaradılmaqla, həmin Qanuna müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 771-İQ nömrəli Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Tovuz rayonunun Alakol, Aşırallar, Köhnəqala və Məşədilər kəndlərinin ərazilərini əhatə edən Tovuz rayonunun Alakol bələdiyyəsinə xx.xx.2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv və bələdiyyənin xx.xx.2020-ci il tarixli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən bələdiyyə üzvlərinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli iclasının qərarı ilə təsdiq edilmiş “Tovuz rayonunun X1”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək kimi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyənin səlahiyyətləri üzrə, habelə, həmin Qanunun 3.0.3-cü bəndinə əsasən, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə, özünüidarənin kollegiallıq prinsiplərinə zidd olaraq, habelə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 02 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olduğu halda, həmçinin Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X2”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq bələdiyyə iclasını keçirmədən, bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin iştirakı və yetərsayı təmin edilmədən Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları” haqqında Əsasnamənin 4-cü bölməsinin 22-ci bəndinə əsasən Tovuz rayonunun Alakol bələdiyyəsinin mülkiyyətindəki alqı-satqı predmeti olan torpaq sahələrinin bilavasitə satılması məqsədilə Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar, Tovuz rayonu, Məşədilər kəndində yerləşən 0,08 hektar və Tovuz rayonu, Alakol bələdiyyəsinin icarə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Tovuz rayonu, Məşədilər kəndində yerləşən 0,24 hektar torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edilməsindən ötrü həmin bələdiyyənin Tovuz rayonu, Alakol kəndində yerləşən inzibati binasında vəzifəli şəxs kimi rəsmi sənəd olan və özü tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 19 nömrəli iclas protokolunun məzmununa həmin protokolun bələdiyyə iclasının keçirilməsi, bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı, yetərsayın təmin edilməsi, qərarın kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə, eləcə də həmin protokolda bələdiyyə iclas katibinin imzasını saxtalaşdırıb onun əvəzinə saxta imza icra etməklə bələdiyyənin iclas protokolunu imzalayıb, bələdiyyənin rəsmi dairəvi möhürü ilə təsdiq etmiş, habelə Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmasına nail olduqdan sonra həmin bələdiyyə ərazisində yaşayan Zərərçəkmiş şəxs 17 oktyabr 2022-ci il tarixdə mübahisə predmeti olan həmin torpaq sahəsinin sonuncunun mülkiyyətinə verilməsi ilə bağlı müraciət etməsinə və qeyd olunan müraciətin bələdiyyə tərəfindən qəbul edilməsinə baxmayaraq həmin müraciəti baxılması üçün bələdiyyə iclasında müzakirəyə çıxartmamış, vəzifəli şəxs kimi həmin bələdiyyənin Tovuz rayonu, Alakol kəndində yerləşən inzibati binasında Alakol bələdiyyəsinin ehtiyat fondunda olan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarından Tovuz rayonunun, Alakol kənd bələdiyyəsinin ərazisində yerləşən Zərərçəkmiş şəxs almaq üçün ilk olaraq müraciət etdiyi 0,04 hektar torpaq sahəsini sonradan bələdiyyəyə xx.xx.2023-cü il tarixdə müraciət edən həmin bələdiyyə ərazisində yaşayan Şahid9, eləcə də Tovuz rayonunun, Alakol kənd bələdiyyəsinin ərazisində yerləşən 0,034 hektar torpaq sahəsini bələdiyyəyə müraciət edən həmin bələdiyyə ərazisində yaşayan Şahid11 satılmasına dair rəsmi sənəd olan və özü tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 12 nömrəli iclas protokolunun məzmununa həmin protokolun bələdiyyə iclasının keçirilməsi, bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı, yetərsayın təmin edilməsi, qərarın kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə, eləcə də həmin protokolda bələdiyyə iclas katibinin imzasını saxtalaşdırıb onun əvəzinə saxta imza icra etməklə bələdiyyənin iclas protokolunu imzalayıb, bələdiyyənin rəsmi dairəvi möhürü ilə təsdiq etməklə alqı-satqı qaydasında Tovuz rayonunun Alakol bələdiyyəsinə məxsus 0,04 ha torpaq sahəsini bilavasitə Şahid9 mülkiyyətinə, 0,034 hektar torpaq sahəsini isə bilavasitə Şahid11 mülkiyyətinə verməklə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vahid niyyətlə Tovuz rayonunun Alakol bələdiyyəsinin və fiziki şəxs Zərərçəkmiş şəxs əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah və ya sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 23 dekabr 2019-cu il tarixdə Alakol bələdiyyəsinin üzvü seçilmişdir. Bələdiyənin 11 üzvü vardır. Mübahisəli torpaq sahəsi əvvəl bələdiyyənin mülkiyyətində olmamışdır. Sonradan bələdiyyənin mülkiyyətinə keçirilmişdir. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçirilməsi üçün xx.xx.2022-ci il tarixdə bələdiyyənin iclasını keçirmiş, Rafiq, Afət, Günay, Elşən, Elsevər və özü iştirak etmişdir. İclas katibi Elşən iclasdan sonra işə tələsdiyi üçün tərtib edilmiş protokolu Elşənin əvəzinə özü imzalamışdır. Mübahisəli torpaq sahəsi bu iclasdan sonra Alakol bələdiyyəsinin mülkiyyətinə keçirildikdən sonra faktiki istifadəçisi Şahid9 satılmışdır. xx.xx.2023-cü il tarixdə bələdiyyənin iclasını keçirmişdir. Yuxarıda adlarını qeyd etdiyi şəxslər həmin iclasda iştirak etmişdir. Bu dəfə də iclas katibi Elşənin əvəzinə özü imza etmişdir. Adları çəkilən üzvlərdən başqa digər üzvlər müxtəlif səbəblərdən iclaslarda iştirak etməmişdir. Məsələn, onlardan biri körpə uşaqlı olduğu üçün, biri kənd təsərrüfatı müəssisəsində çalışdığı üçün iclaslara gələ bilməmişdir. Zərərçəkmiş şəxs torpaq sahəsi ilə bağlı 17 oktyabr 2022-ci il tarixli müraciəti 31 oktyabr 2022-ci il tarixdə bələdiyyəyə daxil olmuşdur. Həmin müraciət şifahi olaraq cavablandırılmış, yazılı cavab göndərilməmişdir. Həmin müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılmamışdır. Zərərçəkmiş şəxs mübaihisəli torpaq sahəsinə dair heç bir hüququ olmadığı üçün torpaq sahəsi sonradan Şahid9 satılmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Tovuz rayon Alakol bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Tovuz rayon, Alakol bələdiyyəsinin üzvü olmaqla, həmin bələdiyyənin sədr müavini vəzifəsində işləyir. 23 dekabr 2019-cü il tarixdə keçirilmiş bələdiyyə seçkisinə namizədliyini irəli sürmüşdür. Həmin seçkidə qalib gəldikdən sonra Mərkəzi Seçki Komissiyasının 11 yanvar 2020-ci il tarixli qərarına əsasən Tovuz rayon Alakol bələdiyyəsinə üzv seçilmişdir. Tovuz rayon Alakol bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixli birinci iclasının 01 nömrəli iclas protokolu ilə səlahiyyətləri tanınmışdır. Həmin iclas protokolu ilə də Alakol bələdiyyəsinin sədr müavini seçilmişdir. Alakol bələdiyyəsi Aşırallar, Köhnəqala, Məşədilər, Alakol kənd inzibati ərazisindən ibarətdir. Bələdiyyənin üzvləri növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli ekoloji proqramların qəbul, icra edilməsi və sairdən ibarət məsələləri həll edir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır. Şahid9 və Zərərçəkmiş şəxs Tovuz rayonu, Köhnəqala kənd sakinləri kimi tanıyır. Sonuncular ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs ilə Şahid9 arasında ədavət vardır. Həmin torpaq sahəsi hal-hazırda Şahid9 mülkiyyətindədir. Tovuz rayonu Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin bilavasitə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarından rəylərin əldə olunması məqsədi ilə keçirilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və Köhnəqala kənd sakini Şahid9 satılması məqsədi ilə keçirilmiş 30 may 2023-cü il tarixli 12 nömrəli iclaslarında iştirak etməmiş və səs verməmişdir. Daha sonra öyrənmişdir ki, Zərərçəkmiş şəxs həmin torpaq sahəsi üstündə bələdiyyə sədrindən şikayət etmişdir. Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin Şahid9 satılması ilə bağlı bələdiyyə sədri Təqsirləndirilən şəxs tamah və sair niyyətinin olmasından heç bir məlumatı yoxdur. Sonuncu dəfə 25 iyun 2024-cü il tarixdə də Tovuz rayon prokurorluğunda verdiyi izahatında da qeyd etdiyi kimi o, həmin iclasları Alakol bələdiyyəsi tərəfindən keçirilmiş digər iclaslarla səhv salmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Köhnəqala kəndi ərazisində Alakol və Qovlar arxlarının arasında rəsmi varisi olduğu babası X8 məxsus 70 illik evlərinin yerləşdiyi 0,04 hektar torpaq sahəsi ondan xəbərsiz həmkəndlisi Şahid9 satılmışdır. Belə ki, XİX əsrdə babası X8 Tovuz rayonu, Köhnəqala kəndində 0,30 hektar torpaq sahəsi verilmişdir. 1957-ci ildə Tovuz rayonu, Köhnəqala kəndində su arxı çəkilmiş və həmin 0,30 hektar torpaq sahəsi iki hissəyə bölünmüşdür. Buna görə də arxdan əvvəl ona 0,26 hektar torpaq sahəsi qalmışdır. Qeyd olunan arxların arasında isə 0,04 hektar torpaq sahəsi qalmışdır. Həmçinin, həmin 0,04 hektar torpaq sahəsində babasının 70 illik çiy kərpicdən tikilmiş evi də qalmışdı. 1981-ci ildə babası Səfər Həsənov vəfat etmiş və onun adına olan 0,30 hektar torpaq sahəsi babasının varisi kimi onun adına rəsmiləşdirilmişdir. 2000-ci ildən başlayaraq isə həmkəndlisi Şahid9 həmin 0,04 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. O, həmin vaxt İlyasa torpaq sahəsinin babasına məxsus olduğunu desə də, sonuncu torpaq sahəsinin nənəsindən qaldığını və torpaq sahəsini aldığını bildirmişdir. 2019-cu ildə isə qeyd olunan torpaq sahəsi qonşusu Şahid9 tərəfindən dəmir hasarla çəpərləmişdir. Lakin, sonradan əldə etdiyi məlumatla müəyyən etmişdir ki, İlyasın həmin 0,04 hektar torpaq sahəsinə dair heç bir sənədi yoxdur. 17 oktyabr 2022-ci il tarixdə o, Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 0,04 hektar torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. 29 oktyabr 2022-ci il tarixdə Tovuz rayon Alakol bələdiyyəsində keçirilmiş saxta iclasla qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində tanınması üçün müvafiq icra hakimiyyəti orqanlarına sorğular verilməsi barədə qərar qəbul edilmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətini tanıtdıqdan sonra həmin torpaq sahəsinin birinci ona təklif olunacağını vəd edərək inandırmışdır. 30 may 2023-cü il tarixdə Tovuz rayon Alakol bələdiyyəsində keçirilmiş saxta iclasla 0,04 hektar torpaq sahəsi qanunsuz olaraq Şahid9 satılmışdır. Torpaq sahəsinin qanunsuz satılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 15 saylı Tovuz ərazi idarəsinin rəisi Ədalət Cabbarovdan, Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs və Tovuz rayonu, Köhnəqala kəndində yaşayan Şahid9, sonuncunun anası X3 şikayətçidir. O, 17 oktyabr 2022-ci il tarixdə Tovuz rayon Alakol bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəsi 31 oktyabr 2022-ci il tarixdə Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmışdır. Belə ki, o, bələdiyyədən öncə iki dəfə rəsmi qaydada Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 15 saylı Tovuz ərazi idarəsinin rəisi Ədalət Cabbarova ərizə və müvafiq sənədlərlə müraciət edərək qeyd olunan torpaq sahəsinin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra həmin mübahisəli torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sonda müəyyən olunmuşdur ki, Alakol kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. O, bu səbəbdən Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin ona satılması ilə bağlı 17 oktyabr 2022-ci il tarixdə Tovuz rayon Alakol bələdiyyəsinə müraciət etmişdir. Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli iclası keçirilməmişdir. Həmin iclas Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılaraq keçirilmiş kimi göstərilmişdir. Bundan başqa da sədr Təqsirləndirilən şəxs Şəmkir regional Ədliyyə idarəsini rəsmi məktublarla aldadaraq torpaq sahəsinin ona satılması üçün iclas keçirdiyini bildirmişdir. Tovuz rayon Alakol bələdiyyəsinin 30 may 2023-ci il tarixli 12 nömrəli iclası keçirilməmişdir. Həmin iclas Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılaraq keçirilmiş kimi göstərilmişdir. Belə ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs bələdiyyə üzvlərinin sənədlərinin surətindən istifadə etməklə və onların imzalarını saxtalaşdırmaqla qeyd olunan mübahisəli torpaq sahəsini saxta yollarla Şahid9 qanunsuz olaraq satmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs nümayəndəsi X11 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Köhnəqala kəndi ərazisində Alakol və Qovlar arxlarının arasında rəsmi varisi olduğu babası X8 məxsus 70 illik evlərinin yerləşdiyi 0,04 hektar torpaq sahəsi ondan xəbərsiz həmkəndlisi Şahid9 satılmışdır. Belə ki, XİX əsrdə babası X8 Tovuz rayonu, Köhnəqala kəndində 0,30 hektar torpaq sahəsi verilmişdir. 1957-ci ildə Tovuz rayonu, Köhnəqala kəndində su arxı çəkilmiş və həmin 0,30 hektar torpaq sahəsi iki hissəyə bölünmüşdür. Buna görə də arxdan əvvəl ona 0,26 hektar torpaq sahəsi qalmışdır. Qeyd olunan arxların arasında isə 0,04 hektar torpaq sahəsi qalmışdır. Həmçinin, həmin 0,04 hektar torpaq sahəsində babasının 70 illik çiy kərpicdən tikilmiş evi də qalmışdı. 1981-ci ildə babası Səfər Həsənov vəfat etmiş və onun adına olan 0,30 hektar torpaq sahəsi babasının varisi kimi onun atasının adına rəsmiləşdirilmişdir. 2000-ci ildən başlayaraq isə həmkəndlisi Şahid9 həmin 0,04 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Atası həmin vaxt İlyasa torpaq sahəsinin babasına məxsus olduğunu desə də, sonuncu torpaq sahəsinin nənəsindən qaldığını və torpaq sahəsini aldığını bildirmişdir. 2019-cu ildə isə qeyd olunan torpaq sahəsi qonşusu Şahid9 tərəfindən dəmir hasarla çəpərləmişdir. Lakin, sonradan əldə etdiyi məlumatla müəyyən etmişdir ki, İlyasın həmin 0,04 hektar torpaq sahəsinə dair heç bir sənədi yoxdur. 17 oktyabr 2022-ci il tarixdə atası Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 0,04 hektar torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. 29 oktyabr 2022-ci il tarixdə Tovuz rayon Alakol bələdiyyəsində keçirilmiş saxta iclasla qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində tanınması üçün müvafiq icra hakimiyyəti orqanlarına sorğular verilməsi barədə qərar qəbul edilmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətini tanıtdıqdan sonra həmin torpaq sahəsinin birinci ona təklif olunacağını vəd edərək inandırmışdır. 30 may 2023-cü il tarixdə Tovuz rayon Alakol bələdiyyəsində keçirilmiş saxta iclasla 0,04 hektar torpaq sahəsi qanunsuz olaraq Şahid9 satılmışdır. Torpaq sahəsinin qanunsuz satılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 15 saylı Tovuz ərazi idarəsinin rəisi Ədalət Cabbarovdan, Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs və Tovuz rayonu, Köhnəqala kəndində yaşayan Şahid9, sonuncunun anası X3 şikayətçidir. Atası 17 oktyabr 2022-ci il tarixdə Tovuz rayon Alakol bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəsi 31 oktyabr 2022-ci il tarixdə Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmışdır. Belə ki, atası bələdiyyədən öncə iki dəfə rəsmi qaydada Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 15 saylı Tovuz ərazi idarəsinin rəisi Ədalət Cabbarova ərizə və müvafiq sənədlərlə müraciət edərək qeyd olunan torpaq sahəsinin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra həmin mübahisəli torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sonda müəyyən olunmuşdur ki, Alakol kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Atası bu səbəbdən Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin ona satılması ilə bağlı 17 oktyabr 2022-ci il tarixdə Tovuz rayon Alakol bələdiyyəsinə müraciət etmişdir. Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli iclası keçirilməmişdir. Həmin iclas Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılaraq keçirilmiş kimi göstərilmişdir. Bundan başqa da sədr Təqsirləndirilən şəxs Şəmkir regional Ədliyyə idarəsini rəsmi məktublarla aldadaraq torpaq sahəsinin ona satılması üçün iclas keçirdiyini bildirmişdir. Tovuz rayon Alakol bələdiyyəsinin 30 may 2023-ci il tarixli 12 nömrəli iclası keçirilməmişdir. Həmin iclas Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılaraq keçirilmiş kimi göstərilmişdir. Belə ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs bələdiyyə üzvlərinin sənədlərinin surətindən istifadə etməklə və onların imzalarını saxtalaşdırmaqla qeyd olunan mübahisəli torpaq sahəsini saxta yollarla Şahid9 qanunsuz olaraq satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Tovuz rayonu, Alakol bələdiyyəsinin üzvü olmaqla yanaşı, “Socar” Qaz İxrac idarəsinin Gəncə xətt istismar idarəsində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsində işləyir. Ailəlidir, bir övladı var. 23 dekabr 2019-cü il tarixdə keçirilmiş bələdiyyə seçkisinə namizədliyini irəli sürmüşdür. Həmin seçkidə qalib gəldikdən sonra Mərkəzi Seçki Komissiyasının 11 yanvar 2020-ci il tarixli qərarına əsasən Tovuz rayon Alakol bələdiyyəsinə üzv seçilmişdir. Tovuz rayon Alakol bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protokolu ilə səlahiyyətləri tanınmışdır. Başqa əsas iş yeri olmaqla yanaşı Tovuz rayon Alakol bələdiyyəsinin üzvü fəaliyyətini icra edir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır. Şahid9 və Zərərçəkmiş şəxs Tovuz rayonu, Köhnəqala kənd sakinləri kimi tanıyır. Sonuncular ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs ilə Şahid9 arasında ədavət vardır. Həmin torpaq sahəsi hal-hazırda Şahid9 mülkiyyətindədir. Tovuz rayonu Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin bilavasitə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarından rəylərin əldə olunması məqsədi ilə keçirilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və Köhnəqala kənd sakini Şahid9 satılması məqsədi ilə keçirilmiş 30 may 2023-cü il tarixli 12 nömrəli iclaslarında iştirak etməmiş, səs verməmişdir. Qeyd olunan iclas protokollarının sonuncu vərəqlərindəki “iclas katibi” sözlərindən sonrakı imzanı o, icra etməmişdir. Şahid1 ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixdə keçirdiyi 19 nömrəli və 30 may 2023-cü il tarixli 12 nömrəli iclaslarda iştirak etməmiş, səs verməmiş və qeyd olunan iclas protokollarının sonuncu vərəqlərindəki iclas katibi sözlərindən sonrakı imzaları icra etməmişdir. Həmin imzalar onun imzasına oxşadılmaqla icra olunmuşdur. Birinci izahatında səhvə yol verib Alakol bələdiyyəsi tərəfindən keçirilmiş digər iclaslarla səhv salmışdır. Bundan sonrakı dövrdə bilmişdir ki, Zərərçəkmiş şəxs həmin torpaq sahəsi üstündə bələdiyyə sədrindən şikayət etmişdir. 13 iyul 2024-cü il tarixdə də Tovuz rayon prokurorluğunda verdiyi izahatında qeyd etdiyi kimi o, həmin iclasları Alakol bələdiyyəsi tərəfindən keçirilmiş digər iclaslarla səhv salmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz rayonu Alakol bələdiyyəsinin üzvləri Şahid8, Şahid2, Şahid6, Şahid3, Şahid7 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Alakol inzibati ərazi dairəsinin Köhnəqala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Tovuz rayon Alakol bələdiyyəsinin üzvü olmaqla yanaşı, Tovuz rayon Əhmədli kənd tam orta məktəbində coğrafiya müəllimi vəzifəsində işləyir. Ailəlidir, üç övladı var. 23 dekabr 2019-cü il tarixdə keçirilmiş bələdiyyə seçkisinə namizədliyini irəli sürmüşdür. Həmin seçkidə qalib gəldikdən sonra Mərkəzi Seçki Komissiyasının 11 yanvar 2020-ci il tarixli qərarına əsasən Tovuz rayon Alakol bələdiyyəsinə üzv seçilmişdir. Tovuz rayon Alakol bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protokolu ilə səlahiyyətləri tanınmışdır. Başqa əsas iş yeri olmaqla yanaşı Tovuz rayon Alakol bələdiyyəsinin üzvü fəaliyyətini icra edir. Şahid9 və Zərərçəkmiş şəxs Tovuz rayonu, Köhnəqala kənd sakinləri kimi tanıyır. Sonuncular ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs ilə Şahid9 arasında ədavət vardır. Həmin torpaq sahəsi hal-hazırda Şahid9 mülkiyyətindədir. Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin bilavasitə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarından rəylərin əldə olunması məqsədi ilə keçirilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və Köhnəqala kənd sakini Şahid9 satılması məqsədi ilə keçirilmiş 30 may 2023-cü il tarixli 12 nömrəli iclaslarında iştirak etməmiş və səs verməmişdir. Şahid10 ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin Şahid9 satılması ilə bağlı bələdiyyə sədri Təqsirləndirilən şəxs tamah və sair niyyətinin olmasından heç bir məlumatı yoxdur. Tovuz rayonu Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin bilavasitə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarından rəylərin əldə olunması məqsədi ilə keçirilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və Köhnəqala kənd sakini Şahid9 satılması məqsədi ilə keçirilmiş 30 may 2023-cü il tarixli 12 nömrəli iclaslarının keçirilməsi barədə məlumatı ifadə verərkən öyrənmişdir. Həmin iclaslar barədə ona heç kim heç bir məlumat verməmişdir. Qeyd olunan iclaslarda o, iştirak etməmiş və səs verməmişdir. Həmin iclasların saxtalaşdırılmaqla keçirilməsi barədə məlumatı ifadə verən zaman öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Alakol kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Tovuz rayon Köhnəqala kənd “X21” adına tam orta məktəbdə, məktəbə qədər müəllim vəzifəsində işləyir. Ailəlidir, iki övladı var. 23 dekabr 2019-cü il tarixdə keçirilmiş bələdiyyə seçkisinə namizədliyini irəli sürmüşdür. Həmin seçkidə qalib gəldikdən sonra Mərkəzi Seçki Komissiyasının 11 yanvar 2020-ci il tarixli qərarına əsasən Tovuz rayon Alakol bələdiyyəsinə üzv seçilmişdir. Tovuz rayon Alakol bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protokolu ilə səlahiyyətləri tanınmışdır. Başqa əsas iş yeri olmaqla yanaşı Tovuz rayon Alakol bələdiyyəsinin üzvü fəaliyyətini icra edir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır. Şahid9 və Zərərçəkmiş şəxs Tovuz rayonu, Köhnəqala kənd sakinləri kimi tanıyır. Sonuncular ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs ilə Şahid9 arasında ədavət vardır. Həmin torpaq sahəsi hal-hazırda Şahid9 mülkiyyətindədir. Tovuz rayonu Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin bilavasitə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarından rəylərin əldə olunması məqsədi ilə keçirilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və Köhnəqala kənd sakini Şahid9 satılması məqsədi ilə keçirilmiş 30 may 2023-cü il tarixli 12 nömrəli iclaslarında iştirak etməmiş və səs verməmişdir. Şahid5 ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, “CD” diskdəki səs yazıları ona məxsusdur. O, həmin səs yazılarını iş yoldaşı olan Aytən müəlliməyə göndərmişdir. Belə ki, Aytən müəllimə Zərərçəkmiş şəxs qızıdır. Aytən ondan həmin iclasda iştirak edib-etmədiyini soruşmuş, o da Aytənə qeyd olunan səsləri göndərərək, həmin tarixli bələdiyyə iclasında iştirak etmədiyini bildirmişdir. Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsinin Şahid9 satılması ilə bağlı bələdiyyə sədri Təqsirləndirilən şəxs tamah və sair niyyətinin olmasından heç bir məlumatı yoxdur. O, həmin torpaq sahəsinin Şahid9 satılması barədə məlumatı birinci dəfə Tovuz rayon prokurorluğuna dəvət olunanda öyrənmişdir. Sonuncu dəfə 14 dekabr 2023-cü il tarixdə də Tovuz rayon prokurorluğunda verdiyi izahatında qeyd etdiyi kimi Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs çətin vəziyyətə düşməməsi üçün elə izahat vermişdir. Tovuz rayon Alakol bələdiyyəsi tərəfindən keçirilmiş 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və 30 may 2023-cü il tarixli 12 nömrəli iclaslarda iştirak etməmiş və səs verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Alakol kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda işləmir. Ailəlidir iki övladı var. 1993-cü ildə Tovuz rayonu, Alakol kəndində yaşayan X12 ilə nikaha daxil olmuşdur. Bundan sonra o, Rəfi Mehdiyevin yaşadığı mənzilə köçmüşdür. Onların həmin dövrdə 0.12 hektar torpaq sahələri olmuşdur. Aqrar İslahat Komissiyasının dövründən Rəfi Mehdiyevin adına rəsmiləşdirilmiş 0.12 hektar torpaq sahəsinin içərisində əlavə olaraq 0,034 hektar zəbt torpaq sahəsi olmuşdur. Qeyd olunan 0,034 hektar torpaq sahəsi ilə bağlı heç bir rəsmi sənədləri olmamışdır. Amma buna baxmayaraq həmin torpaq sahəsi təxminən 1995-ci ildən istifadələrində olmaqla həyətyanı sahələrinin çəpəri daxilində olmuşdur. 2023-cü il tarixdə əri Rəfi Mehdiyev çəpərləri daxilində olmaqla istifadələrində olan 0,034 hektar zəbt torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı işlərə başlamışdır. Belə ki, qeyd olunan torpaq sahəsi bələdiyyənin fond torpaqlarına aid olduğu üçün ilkin olaraq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ tanınmış, bundan sonra torpaq sahəsinə bələdiyyənin rəsmi çıxarışı verilmişdir. Torpaq sahəsi ilə bağlı əri Rəfi Mehdiyev tərəfindən "xxxx" MMC vasitəsi ilə Tovuz rayon Alakol bələdiyyəsinin büdcəsinə 1200 manat ödəniş edilmişdir. Bundan sonra torpaq sahəsi bələdiyyənin sədri Təqsirləndirilən şəxs tərəfindən ona satılmışdır. Hal-hazırda həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair çıxarışı vardır. O, 1966-cı ildən hal-hazırkı dövrə kimi Tovuz rayonu, Alakol kəndində yaşayır. Onun mülkiyyətində yalnız qeyd olunan daşınmaz əmlak vardır. Tovuz rayon Alakol bələdiyyəsinin 30 may 2023-cü il tarixli 12 nömrəli iclasının keçirilib-keçirilməməsindən məlumatı yoxdur. Tovuz rayonu, Alakol kəndində yerləşən 0,034 hektar torpaq sahəsinin ona satılması ilə bağlı bələdiyyə sədri Təqsirləndirilən şəxs tamah və sair niyyəti olmamışdır. Həmin torpaq sahəsinin satılması ilə bağlı bələdiyyə sədri Təqsirləndirilən şəxs heç bir pul vəsaiti verməmişdir. Torpaq sahəsinin satılması ilə bağlı yalnız bələdiyyə büdcəsinə ödəniş etmişdir. Tovuz rayonu, Alakol kəndində yerləşən 0,034 hektar torpaq sahəsinin ona satılması ilə bağlı heç kimlə mübahisəsi yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 15 saylı Tovuz ərazi idarəsindən daxil olmuş 26 noyabr 2024-cü il tarixli 3-21-3-37/2-8412/2024 nömrəli məktubda göstərilmişdir ki, Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsi Alakol bələdiyyəsinin mülkiyyətinə alınmamışdan əvvəl torpaq islahatına dair kompleks yer quruluşu layihəsinə əsasən yaşayış məntəqələri torpaqlarına aid olmaqla mülkiyyət növü bələdiyyə olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 15 saylı Tovuz ərazi idarəsindən daxil olmuş 24 dekabr 2024-cü il tarixli 3-21-3-37/2-9263/2024 nömrəli məktubda göstərilmişdir ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0,034 hektar torpaq sahəsi üzərində 17 may 2023-cü il tarixdə **********62 reyestr nömrəli çıxarışla Tovuz rayon Alakol bələdiyyəsinin mülkiyyəti hüquqları dövlət qeydiyyatına alınmışdır. Tovuz rayonu, Alakol kəndində yerləşən 0,034 hektar torpaq sahəsi Alakol bələdiyyəsinin mülkiyyətinə alınmamışdan əvvəl torpaq islahatına dair kompleks yer quruluşu layihəsinə əsasən yaşayış məntəqələri torpaqlarına aid olmaqla mülkiyyət növü bələdiyyə olmuşdur. Qeyd olunan torpaq sahəsi 31 may 2023-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən Şahid11 satılmışdır. Tovuz rayonu, Alakol kəndində yerləşən 0,034 hektar torpaq sahəsi ilə bağlı 21 iyun 2023-cü il tarixdə Şahid11 **********56 reyestr nömrəli, ********** nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsindən daxil olmuş 15 iyul 2024-cü il tarixli 3-16-31/2-DD-34 nömrəli məktubla müəyyən edilmişdir ki, Tovuz rayon Alakol bələdiyyəsi tərəfindən 29 oktyabr 2022-ci il tarixdə 19 nömrəli iclas keçirilmişdir. Həmin iclasda Tovuz rayonunun Alakol bələdiyyəsinin mülkiyyətindəki alqısatqı predmeti olan torpaq sahələrinin bilavasitə satılması məqsədilə Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar, Tovuz rayonu, Məşədilər kəndində yerləşən 0,08 hektar və icarə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Tovuz rayonu, Məşədilər kəndində yerləşən 0,24 hektar torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün Tovuz rayon İcra hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinə, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 15 saylı Tovuz ərazi idarəsinə sorğular göndərilməsi qərara alınmışdır. Bundan başqa Tovuz rayon Alakol bələdiyyəsi tərəfindən 30 may 2023cü il tarixdə 12 nömrəli iclas keçirilmişdir. Həmin iclasda Alakol bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqələrinin torpaqlarına aid **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 400 m² və ya 0,04 hektar torpaq sahəsinin Şahid9 və alqı-satqı predmeti olan yaşayış məntəqələrinin torpaqlarına aid **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 340 m² və ya 0,034 hektar torpaq sahəsinin isə Şahid11 satılmaları qərara alınmışdır. Hər iki iclasda bütün bələdiyyə üzvlərinin lehinə səs verməsi ilə bağlı qərarlar qəbul edilmişdir. Tovuz rayon Alakol bələdiyyəsindən daxil olmuş 18 iyul 2024-cü il tarixli 39 nömrəli məktubla müəyyən edilmişdir ki, Tovuz rayon Alakol bələdiyyəsindən keçirilmiş 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və 30 may 2023-cü il tarixli 12 nömrəli iclas protokolları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir regional Ədliyyə idarəsindən daxil olmuş protokollarla eynilik təşkil edir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 29 avqust 2023-cü il tarixli müraciətinə əlavə etdiyi sənədlərlə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 17 oktyabr 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qovlar poçt şöbəsi vasitəsi ilə bələdiyyə sədri Təqsirləndirilən şəxs sifarişli poçt göndərişi etmiş, həmin sifarişli poçt Təqsirləndirilən şəxs tərəfindən 31 oktyabr 2022-ci il tarixdə saat 13:51-də təhvil alınmışdır. Tovuz rayon Alakol bələdiyyəsindən daxil olmuş 14 avqust 2023-cü il tarixli 11 nömrəli məktubda göstərilmişdir ki, Tovuz rayonu, Köhnəqala kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti 31 oktyabr 2022-ci il tarixdə Alakol bələdiyyəsinə daxil olmuşdur. Bələdiyyə tərəfindən 29 oktyabr 2022-ci il tarixdə iclas keçirilmiş və lazımı təşkilatlardan rəylərin alınmasına kömək istənmişdir. 19 nömrəli iclas protokolunun bir nüsxəsi Şəmkir regional Ədliyyə idarəsinə göndərilmiş və 01 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məktubuna cavab verilmişdir. Məktubda Zərərçəkmiş şəxs izah edilmişdir ki, müraciətindən öncə bələdiyyənin mülkiyyət hüququnu tanıtmaq üçün 29 oktyabr 2022-ci il tarixdə iclas keçirilmişdir. Bələdiyyənin mülkiyyət hüququ tanındıqdan sonra 30 may 2023-cü il tarixdə keçirilmiş iclasla torpaq sahəsi Şahid9 satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 15 saylı Tovuz ərazi idarəsindən daxil olmuş 28 iyun 2024-cü il tarixli 3-21-3-37/2-4491/24 nömrəli məktubla müəyyən edilmişdir ki, Tovuz rayon Alakol bələdiyyəsi 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli iclas protokolundan çıxarış əsasında rəylərin əldə olunması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 15 saylı Tovuz ərazi idarəsinə müraciət edilmişdir. Müvafiq rəylər əldə olunduqdan sonra Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsi Alakol bələdiyyəsi mülkiyyətində tanınaraq 25 may 2023-cü il tarixli **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsi 31 may 2023-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən Şahid9 satılmışdır. Tovuz rayonu, Köhnəqala kəndində yerləşən 0,04 hektar torpaq sahəsi ilə bağlı 21 iyun 2023-cü il tarixdə Şahid9 **********62 reyestr nömrəli, ********** nömrəli çıxarış verilmişdir. Cinayət işi üzrə təyin edilmiş sənədlərin texniki ekspertizasının 15 avqust 2024-cü il tarixli 5/851 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və 30 may 2023-cü il tarixli 12 nömrəli protokollarında olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və 30 may 2023-cü il tarixli 12 nömrəli protokollarında olan möhür əksləri ekspertizaya təqdim edilmiş Tovuz rayon Alakol bələdiyyəsinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 27 avqust 2024cü il tarixli 3-16-16/2-4/1161 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli, 19 nömrəli və 30 may 2023cü il tarixli, 12 nömrəli iclas protokolunda “İclas sədri: Təqsirləndirilən şəxs” və “İclasın katibi: Şahid1” qrafasındakı imzalar (04 ədəd imza) Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli, 19 nömrəli və 30 may 2023-cü il tarixli, 12 nömrəli iclas protokolunda “İclasın katibi: Şahid1” qrafalarındakı imzalarda Şahid1 imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “CD” diskə baxış keçirilməsi haqqında 14 dekabr 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, bələdiyyə üzvü Şahid5 Zərərçəkmiş şəxs qızı Aytən Əhmədovaya “Whatsapp” tətbiqi üzərindən altı ədəd səs faylı göndərmişdir. Həmin səs fayllarında bələdiyyə üzvü Şahid5 30 may 2023-cü il tarixdə keçirilmiş iclasda iştirak etmədiyini bildirmişdir. Həmin xüsusatla bağlı Şahid5 ifadəsində həqiqətən də, həmin səs yazısındakı şəxsin özü olduğunu, diskdəki səs yazısında qeyd olunduğu kimi, həmin iclasda iştirak etmədiyini göstərmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X15-Tovuz regional təhsil idarəsi Tovuz rayon Məşədilər kənd tam orta məktəbindən daxil olmuş 28 iyun 2024-cü il tarixli 169 nömrəli məktubda göstərilmişdir ki, Tovuz rayonu, Məşədilər kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Şahid4 2022-2023-cü tədris ilində 8 saat fiziki tərbiyə dərsi olmuş və həftənin İİ və V günləri dərslərini tədris etmişdir. Qeyd olunan məktubla Şahid4 ifadəsində göstərdiyi Tovuz rayon Alakol bələdiyyəsinin 30 may 2023-cü il tarixli iclasında iştirak etmədiyi müəyyən edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir regional Ədliyyə idarəsindən daxil olmuş 15 iyul 2024-cü il tarixli 3-16-31/2-DD-34 nömrəli məktuba əlavə edilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və 30 may 2023-cü il tarixli 12 nömrəli iclas protokollarının əsilləri, Zərərçəkmiş şəxs müraciətinə əlavə etdiyi bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Tovuz rayon Alakol bələdiyyəsindən Tovuz rayon prokurorluğuna 06 noyabr 2024-cü il tarixdə daxil olmuş məktubda göstərilmişdir ki, Köhnəqala kənd sakini Zərərçəkmiş şəxs 17 oktyabr 2022-ci il tarixli məktub və müraciətləri ilə əlaqədar bələdiyyə arxivində heç bir sənəd yoxdur. Zərərçəkmiş hüquqi şəxs Tovuz rayon X1 20 iyun 2022-ci il tarixdə təsdiq edilmişdir. Bələdiyyənin hüquqi ünvanı AZ6000, ünvan 5ində ********** nömrəsi altında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə nəticəyə gəlməsi üçün yuxarıda göstərilən sübutlara əsaslanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba göstərilmişdir ki, Tovuz rayonu, Köhnəqala kənd sakini Zərərçəkmiş şəxs Alakol bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs barəsində müxtəlif tarixli müraciətləri regional idarəyə daxil olmuş və qanunla müəyyən olunmuş müddətdə vətəndaşın hüquqları izah olunmaqla cavablandırılmışdır. Müraciət cavablandırılarkən Tovuz Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlarına, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1389/2022 saylı qərarına, Tovuz Rayon Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli müvafiq qərarlarına, Tovuz rayonu, Köhnəqala kənd sakinlərinin tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta, Alakol kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 380 nömrəli arayışına və Alakol bələdiyyə üzvlərinin yazılı məlumatlarına istinad olunmuşdur. Həmçinin müraciətə baxılarkən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs mülkiyyətinə həyətyanı torpaq ayrılması barədə xx.xx.2022-ci il tarixli ərizəsi xx.xx.2022-ci il tarixdə Alakol bələdiyyəsinə daxil olaraq müvafiq qaydada qeydiyyata alınmış, lakin müraciətin bələdiyyə iclasında müzakirəsi təmin edilməmişdir. Eyni zamanda müraciətə baxılarkən məlum olmuşdur ki, Köhnəqala kəndi Qovlar və Alakol arxları aralığındakı ərazidə Zərərçəkmiş şəxs babası X7 evi olub və ailəsi ilə birlikdə orada yaşaması barədə Zərərçəkmiş şəxs və digər kənd sakinlərinin iştirakı ilə xx.xx.2020ci il tarixli akt tərtib olunmuşdur. Sözügedən aktı səlahiyyətli olmadığı halda bələdiyyə sədri Təqsirləndirilən şəxs imzalayaraq Alakol bələdiyyəsinə aid möhürlə təsdiq etmişdir. Bu da vətəndaşın haqlı şikayətinə səbəb olmuşdur. Hər iki halda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Alakol bələdiyyəsinə tövsiyə verilmişdir. Alakol bələdiyyə üzvlərinin yazılı məlumatlarının təsdiq olunmuş surətləri məktuba əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş Alakol bələdiyyə üzvlərinin yazılı məlumatlarının təsdiq olunmuş surətləri məhkəmə iclasında tədqiq edilmişdir. Alakol bələdiyyəsinin üzvləri Şahid5, Şahid8, Şahid4, Şahid2, Nümayəndə, Şahid1, Şahid3, X5 adından ayrı-ayrılıqda tərtib edilmiş «Məlumat» adlandırılan həmin sənədlərdə «Yazıb bildirirəm ki, xx.xx.2023-cü il tarixli 12 saylı bələdiyyə iclasında müzakirə olunan Reystr **********04 qeydiyyat ********** 400 kv metr torpaq cıxarışın, Köhnəqala kənd sakini Şahid9 satılmasına dair iclasda iştirak etmişəm və rəy bildirmişəm ki, öz istifadəsində olan torpaq sahəsi istifadəçinin özünə satılsın.» sözlərinin altında, həmin şəxslərinin soyadlarının qarşısında imzalar əks olunmuşdur. Məhkəmə iclasında adları qeyd edilən şəxslər bu sənədlərlə bağlı verilən suallara cavab olaraq imzaların onlara məxsusluğunu inkar etməsələr də həmin torpaq sahəsi ilə bağlı hər hansı məsələnin müzakirə olunduğu heç bir iclasda iştirak etmədiklərini, bu sənədlərin hansı şəraitdə, kim tərəfindən və nə zaman tərtib olunmasını, o cümlədən hansı şəraitdə imzalanmasını bilmədiklərini demişlər. Həmçinin, məhkəmə araşdırması zamanı bu halları izah edən heç bir əlavə dəlil müəyyən etmək mümkün olmamışdır. Həmin sənədlərin şablon xarakterli və eyni məzmunda olması, tərtib olunduğu tarixin qeyd edilməməsi, nə məqsədlə və harada tərtib edilməsinin aydın olmaması onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yaradır. Buna görə də Cinayət- Prosessual Məcəllənin 125-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin sənədlər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, Şahid5, Şahid8, Şahid4, Şahid2, Nümayəndə, Şahid1, Şahid3, X9 ibtidai araşdırma zamanı ilk izahatlarında xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli bələdiyyə iclaslarında iştirak etdiklərini bildirsələr də sonrakı izahatlarında, o cümlədən dindirmə protokolların, həmçinin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə birmənalı olaraq həmin iclaslarda iştirak etmədiklərini bildirmişlər. Adları qeyd edilən şəxslərin bələdiyyənin müvafiq iclaslarında iştirak etməməsi, mübahisəli torpaq sahəsi ilə bağlı öz mövqelərini hər hansı formada bildirməmələri biri digərini tamamlayan kifayət qədər toplanmış sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin bu məsələ ilə bağlı ibtidai araşdırma zamanı etirafedici ifadələri ilə tam təsdiq olunur. Buna görə də məhkəmə yekun nəticəyə gələrkən Alakol bələdiyyə üzvlərinin adından tərtib edilmiş sözügedən yazılı məlumatlara istinad edilməsini rədd edir. Cinayət Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs da məhz bu cür hərəkətlərlə – kollegial qərar tələb olunan məsələləri bələdiyyə iclası keçirilmədən, digər bələdiyyə üzvlərinin mövqeyi nəzərə alınmadan, şəxsi iradəsi ilə və qanuni prosedurları pozaraq – təkbaşına həll etməklə xidməti səlahiyyətlərini aşmışdır. Bu əməl nəticəsində hüquqi şəxs olan Tovuz rayonu Alakol bələdiyyəsinin və fiziki şəxs olan Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuşdur. Zərərçəkmiş şəxs müvafiq torpaq sahəsini əldə etmək üçün qanuni müraciət proseduruna əməl etmiş, lakin onun müraciətinə baxılmamış, eyni torpaq sahəsi daha sonrakı tarixdə müraciət etmiş başqa şəxsə satılmışdır. Bu fakt hüquqi bərabərlik prinsipinin pozulmasına, vətəndaşın dövlət və yerli özünüidarə orqanlarına etimadının sarsılmasına səbəb olmuşdur. Beləliklə, Əhmədovun ilk müraciət edən şəxs kimi prioriteti nəzərə alınmamış, onun torpaq əldə etmə imkanı qanunsuz şəkildə məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs tərəfindən bələdiyyənin kollegial idarəetmə prinsipi pozulmuş, onun adından saxta protokollar tərtib olunmuş, həmin sənədlər mülki dövriyyədə istifadə olunmuşdur. Bununla da bələdiyyənin institusional fəaliyyəti ləkələnmiş, əmlakın idarə olunmasına qanunsuz müdaxilə edilmiş, kollegial orqanın səlahiyyətləri qeyri-qanuni şəkildə fərdi şəxs tərəfindən icra olunmuşdur. Bu hallar bələdiyyənin hüquqsubyektliyinə, nüfuzuna və daxili qərar qəbuletmə mexanizminə ciddi zərbə vurmuş, yerli idarəetmə institutlarına ictimai inamı sarsıtmışdır. Qanunvericilikdə “mühüm zərər” anlayışı yalnız maddi deyil, hüquqi (mülkiyyət və prosessual hüquqların pozulması), sosial və institusional ziyanı (dövlət idarəçiliyinə inamın itməsi, hüququn aşınması, qanunlara münasibətdə inamsızlıq və s.) da əhatə edir. Bu baxımdan qeyd edilən hərəkətlər ümumilikdə həm fərdlərin hüquqlarını, həm də cəmiyyətin hüquqi sabitliyini təhlükə altına almış və mühüm xarakterli zərərlə nəticələnmişdir. Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixli 19 nömrəli və xx.xx.2023-cü il tarixli 12 nömrəli iclas protokollarının hazırlanması zamanı bələdiyyə iclasının keçirildiyinə, üzvlərin iştirak etdiyinə, yetərsayın təmin olunduğuna və qərarların kollegial qaydada qəbul edildiyinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş, bələdiyyə iclasının katibinin imzası saxtalaşdırılmış, sənədlərdə saxta imza istifadə edilmişdir. Belə sistemli və ardıcıl hərəkətlər qəsdli və məqsədli davranışın aydın təzahürüdür. Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin Zərərçəkmiş şəxs müraciətinə məhəl qoyulmadan özbaşına, kollegial qərar olmadan başqa şəxsə satılması bunun şəxsi niyyət kontekstində edildiyini göstərir. Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş “şəxsi niyyət” anlayışı yalnız maddi marağı deyil, qohumbazlıq, şəxsi münasibətlərə əsaslanan ayrıseçkilik, asılılıq, şəxsi ədavət və s. motivləri də əhatə edir. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs eyniməzmunlu müraciətini gözardı etməsi, ayrıseçkilik edərək torpaq sahəsini digər şəxsə satmaq üçün ciddi səy göstərməsi, məqsədli şəkildə saxtakarlığa yol verməsi məhz belə motivlərin mövcudluğunu və onun bu hərəkətlərində şəxsi maraqların həlledici rol oynadığını göstərir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə görə Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 23-cü bəndə görə məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Cinayət işi üzrə Tovuz rayon Alakol bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə məlumat yoxdur. Tovuz rayon İHB-nın Alakol kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014, xx.xx.2015 və xx.xx.2018-ci il tarixlərdə doğulmuş 3 azyaşlı uşağı vardır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması, ilk dəfə cinayət törətməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə cəzası növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 309.1-ci maddəsinin ictimai təhlükəliliyi təqsirkarın xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə vətəndaşların, təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin, dövlətin qanunla qorunan mənafelərinə ziyan vurmaqla vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozmaq və hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salmaqdır. Buna görə də həm məhkumun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün o, əlavə cəza olaraq CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübutların cinayət işi materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir regional Ədliyyə idarəsindən daxil olmuş 15 iyul 2024-cü il tarixli 3-16-31/2-DD-34 nömrəli məktuba əlavə edilmiş Tovuz rayon Alakol bələdiyyəsinin 29 oktyabr 2022-ci il tarixli 19 nömrəli və 30 may 2023-cü il tarixli 12 nömrəli iclas protokolların əsilləri, Zərərçəkmiş şəxs müraciətinə əlavə etdiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 202 (iki yüz iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-37/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-37/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver