Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-38/2024 12.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1985-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 mart 2024-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd qızılı kağız bükümdə küstar üsulla hazırlanmış təmiz çəkisi 0,649 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibində saxlamış, 06 oktyabr 2023-cü il tarixdə saat 20:00-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Tovuz şəhərində yerləşən avtovağzalın qarşısında saxlanılaraq Tovuz RPŞ-yə dəvət olunmuş və Tovuz RPŞ-nin inzibati binasında həmin gün saat 20:30-dan 21:00-dək olan müddət ərzində üzərində aparılmış şəxsi axtarış zamanı 01 (bir) ədəd qızılı kağız bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,649 qram narkotik vasitə olan heroin onun əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayır, fərdi əməklə məşğul olur. Təxminən iki-üç aydır ki, narkotik vasitə istifadə edir. Belə ki, narkotik vasitə olan marixuanadan və heroindən istifadə edir. Əvvəllər Gəncə şəhərində yerləşən narkoloji dispanserdə müalicə olunmuşdur. 06 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində Tovuz şəhər avtovağzalında olarkən avtovağzalın yaxınlığında yerdə olan qızılı kağız bükülü nəzərini cəlb etmiş və əyilib həmin bükülünü yerdən götürüb açıb baxdıqda içərisində narkotik vasitə olan “kokos” deyilən heroin olmasını görmüşdür. Həmin bükülünü bükərək əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibinə qoymuşdur. Oradan çıxaraq piyada Tovuz şəhəri ərazisində olan istirahət parkına gedib gəzmişdir. Həmin gün saat 20 radələrində Tovuz şəhər avtovağzalına gəlmiş oradan Aşağı Quşçu kəndində yerləşən yaşadığı evə getmək istəmişdir. Təxminən saat 20 radələrində Tovuz şəhər avtovağzalının yaxınlığında mülki geyimdə üç nəfər ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib ona üzərində qanunsuz narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər. Həmin vaxt əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibində qızılı rəngli siqaret falqasına bükülmüş halda narkotik vasitə olan heroin olması barədə onlara məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onu Tovuz RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən ona hüquqları izah edilmiş və hüquqlarını müdafiə etmək üçün ona Tovuz rayonunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. O özünə vəkil seçmişdir. Daha sonra vəkil və iştirakçılarla birlikdə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ qabaq yan cibində qızılı rəngli siqaret falqasına bükülmüş narkotik vasitə olan heroin aşkarlanmışdır. Həmin kütlə tərəzidə çəkilmişdir. Hazırda əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitə qəbul etməsi, üzərində saxlaması faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi üçün 06 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid2 və Tovuz RPŞnin PPXB-nin polis nəfəri vəzifəsində işləyən, polis baş serjantı Şahid3 ilə mülki paltarda həmin şəxsin yerinin müəyyən edilməsi üçün Tovuz şəhəri ərazisinə getmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Tovuz şəhər avtovağzalının yaxılığında həmin şəxsi görüb ona yaxınlaşmışlar. Xidməti vəsiqələri təqdim edib Təqsirləndirilən şəxs Tovuz rayon Polis Şöbəsinin əməkdaşları olmaları, sonuncuya narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirib onlarla RPŞ-nin Tovuz şəhəri M.Musayev küçəsində yerlşən inzibati binasına getməyi təklif etmişlər. Həmin şəxs də heç bir müqavimət göstərmədən onlarla saat 20 radələrində Tovuz RPŞ-yə gəlmişdir. Bundan sonra Tovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı Elmar Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilərək hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim edilmiş, sonuncu təqdim edilmiş siyahı üzrə Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra saat 20:30dan saat 21:00-a kimi təhqiqatçı Elmar Rüstəmovun xidməti iş otağında vəkil Müdafiəçi, onun, Şahid2 və Şahid3 iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi və saxlanılması qadağan olunan hər hansı əşya olması, varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd qızılı rəngli siqaret falqasında kütlə aşkar olunmuşdur. Aşkar edilmiş bir ədəd siqaret falqasında olan kütləyə açılaraq baxış keçirildikdə həmin kütlənin qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzədiyi müəyyən edilmişdir. Həmin kütlə falqa ilə birlikdə ümumi çəkisi 0.81 qram təşkil etmişdir. Bir ədəd qızılı rəngli falqada olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İşin 31-ci vərəqəsində olan 07 oktyabr 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 30 (otuz) manat 40 (qırx) qəpik müəyyən olunur. Cinayət işinin 32-ci vərəqəsində olan 07 oktyabr 2023-cü il tarixli 16/981 nömrəli ekspert rəyi ilə müəyyən edimişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,649 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan hreoindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəki 0,599 qram təşkil edir. İşin 82-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin verdiyi 16 noyabr 2023-cü il tarixli 1877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 63-cü vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət işinin 7-ci vərəqəsində olan 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 52-53-cü vərəqəsində olan 08 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2023-cü il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 1(062)-38/2024 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub gətirilinədək dayandırılmışdır. İşdə olan 09 fevral 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə Tovuz şəhərində saxlanılaraq Tovuz RPŞ-nin MSY-nə yerləşdirilmişdir. Cinayət işinin 69-cu vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyən olunur. Cinayət işinin 64-cü vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşin 67 və 68-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2012-ci ildə Zəhra və 09 oktyabr 2017-ci ildə Məhəmməd adlı uşaqları anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respubliksaı CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş CM-nin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bərabər hesablanmaqla onun cəzasından çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni 09 fevral 2024cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,599 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün onun cəzasından çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən tarixdən, yəni 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan 0,599 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə çəkilmiş 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-38/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-38/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver