Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-39/2024 22.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş və üzərində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 25 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2isin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,25 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibində saxlamış, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən 11 dekabr 2023-cü il tarixdə, saat 17:50-də Tovuz şəhəri, Abbas Mirzə küçəsində yerləşən Tovuz rayon İcra Hakimiyyəti başçısının Abulbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd kibrit qutusunda olan 6,25 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 56, mənzil 1-də qeydiyyatdadır, lakin faktiki olaraq Tovuz şəhəri Nizami küçəsi ev 25-də yaşayır. Fərdi əməklə məşğul olmaqla dolanır. O, əvvəllər ailəli olmuş sonradan ayrılmış, hazırda subaydır. O, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olmuş, həmin günü Bakı şəhərində Binəqədi rayonu ərazisində küçə ilə təkcə piyada gedərkən, küçələrdən birindən keçəndə yerdə bir ədəd kibrit qutusu görmüşdür, həmin kibrit qutusu nəzərini cəlb etdiyi üçün o, həmin kibrit qutusunu götürmüşdür, açıb içərisinə baxanda görmüşdür ki, kibrit qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır. O, özü marixuana qəbul etdiyi üçün həmin kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı götürüb cibinə qoyub saxlamışdır ki, özü istifadə edər. O, həmin narkotik vasitəni tapdığı küçənin yerləşdiyi yeri hazırda xatırlamır. Həmin günün səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərindən qayıdıb Tovuz şəhərinə öz yaşadığı evə gəlmişdir. Həmin Bakı şəhərində küçədən tapdığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunuda özü ilə Tovuz rayonuna gətirmişdir ki, özü istifadə etmişdir. 11 dekabr 2023-cü il tarixdə saat 17 radələrində həmin içərisində narktok vasitə olan qurudulmuş marixuananı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibinə qoyub evdən çıxıb Tovuz şəhərinə doğru piyada gedən vaxt Tovuz rayonu Abulbəyli kənd İƏD üzrə nümayəndəliyin qarşısından keçəndə üç nəfər tanımadığı şəxs ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirib onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında və gəzdirməyində ondan şübhələndiklərini bildirmişlər. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o etiraz etməmiş və bundan sonra polis əməkdaşları onu Tovuz rayon PŞ-nə gətirmişlər. Daha sonra o, bir otağa daxil olmuşdur. Həmin xidməti otaqda təhqiqatçı Məhərrəm Məmmədov ona nə üçün gətirildiyini bildirib ona hüquqlarını izah etmişdir. Bundan sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi onun müdafiəçisi kimi dəvət olunmuşdur və müdafiəçisi Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində saxlanması, daşınması, gəzdirilməsi, istifadəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. O, üzərində əldə edilməsi, saxlanılması qanunla qadağan edilmiş əşya olduğunu bildirib əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibində saxladığı içərisində narkotik vasitə olan kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır, şəxsi axtarış zamanı onun üzərindən əlavə əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Həmin kibrit qutusu vəkilinin, iştirakçıların yanında açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı kibrit qutusunun içərisindən aşkar edilmiş kütlənin yaşıl rəngli, kəskin iyili ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəyən kütlə olması aşkar olunmuşdur. O, özü polis əməkdaşlarına bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı o, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində Binəqədi rayonunda küçədə yerdən tapıb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin üzərindən aşkar edilərək götürülmüş yaşıl rəngli, kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləyə vəkilinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirmişlər və kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını müəyyən etmişlər. Həmin narkotik vasitə elektron tərəzisində çəkilmiş, həmin kütlə 6,25 qram olmuşdur. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana vəkilinin, polis əməkdaşlarının iştirakı ilə kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Zərfin üstü isə o, vəkili Müdafiəçi, şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur, protokol doğru tərtib edildiyi üçün o və digər iştirakçılar imza etmişlər. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. Bir daha bildirmişdir ki, o özü narkotik vasitə qəbul edir, həmin üzərindən aşkar edilmiş narkotik vasitəni o özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. O, həmin narkotik vasitəni heç kimə satmamışdır, heç kimə satmaq məqsədi olmayıb. O, heç vaxt heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsi bina 22, ev 22-də qeydiyyatda olmaqla faktiki olaraq Tovuz şəhəri Nəriman Nərimanov küçəsində kirayədə yaşayır, Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqələri ədavətləri və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə Tovuz RPŞ-nə məlumatlar daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz olaraq narkotik vasitə saxlamasında, üzərində gəzdirməsində və narkotik vasitədən istifadə etməsində şübhəli olduğu üçün onun qanunsuz əməlinin ifşa olunması və qanunsuz olaraq saxladığı və üzərində gəzdirdiyi narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi üçün Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 İnqilab oğlu xx.xx.2023-cü il tarixdə soraqlaşma təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar Tovuz rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixdə onlara məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Abulbəyli kəndində Abulbəyli kənd İƏD üzrə nümayəndəliyin qarşısındadır. Bu məlumat daxil olan kimi xx.xx.2023-cü il tarixdə o, Tovuz RPŞ-nin CAB-nın əməliyyat müəvvəkkili Şahid3 və NMQ-nin əməliyyat müvəkkili Şahid2 İnqilab oğlu ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu Abulbəyli kənd İƏD üzrə nümayəndəliyin qarşısındakı küçədə müəyyən etmişlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə saxlamasında, üzərində gəzdirməsində şübhəli olduğunu, buna görə də onlarla birlikdə Tovuz RPŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz RPŞ-nə gəlməyə etiraz etməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50-də Tovuz RPŞ-nin inzibati binasına gətirmişlər. NMQ-nin əməliyyat müvəkkili Şahid2 İnqilab oğlu bu barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanuni tədbir görülməsi Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X1 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və onun öz istəyi ilə Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi kimi dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışadan əvvəl ona qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və şəxsi axtarışda iştirak edən polis əməkdaşları Şahid3 və Şahid2 İnqilab oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirərək əynində olan qara rəngli qış gödəkçəsinin sol yan iç cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü kibrit qutusuna açılaraq baxış keçirilmişdir və baxış zamanı həmin kibrit qutusunun içərisindən yaşıl rəngli, kəskin iyili, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəyən kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin təqdim etdiyi kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı o, iki gün əvvəl Bakı şəhəri Binəqədi rayonunun ərazisindən yerdən taparaq özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra həmin kibrit qutusunda olan kütlə elektron tərəzisində çəkilmiş və həmin kütlə kibrit qutusu ilə birlikdə ümumi çəkisi 9,23 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş l ədəd kibrit qutusu içərisində olan kütlə ilə birlikdə 01 ədəd kağız zərfə qoyulub qablaşdırıldı və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərfin üzəri Təqsirləndirilən şəxs vəkili Müdafiəçi, baxışda iştirak edən NMQ-nin əməliyyat müəvəkkili Şahid2 İnqilab oğlu, CAB-nin əməliyyat müvəkkili Şahid3 və onun tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş də aparılmışdır. Bu barədə protokol tərtib olunmuş, protokol doğru tərtib olunduğu üçün heç bir əlavəsi və etirazı olmamışdır. Buna görə də protokol doğru tərtib edildiyindən o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı kimdən alması barədə, onda hər hansı bir məlumat yoxdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs özünün deməsinə görə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı o, həmin gündən iki gün əvvəl Bakı şəhərində olan zaman Binəqədi rayonu ərazisindən yerdən taparaq özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs narkotik satması barədə onda məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İnqilab oğlu və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 12 dekabr 2023-cü il tarixli 16/1262 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zaman bir ədəd kibrit qutusunda təqdim etdiyi kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,25 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuananın təmiz çəkisi – 6,25 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 6,20 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 20 dekabr 2023-cü il tarixli 2068 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş və üzərində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 02 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 25 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(062)- 16/2021 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 11 ay 09 gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə uyğun olaraq hesablanmaqla 01 il 05 ay 19 gün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş və ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)-102/2022 saylı qərarına əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(062)-16/2021 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməsi ilə bağlı müddəalar xaric edilmiş, ona həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilmiş, Tovuz Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 11 ay 09 gün hissəsi həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla onun üzərində 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən ona CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 ay azaldılaraq üzərində qəti olaraq 02 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-1092/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 25 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş cəza 06 (altı) ay azaldılmış, cəzasının çəkilməmiş qalan 02 ay 25 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəzasını tam çəkib qurtarmış, lakin cəzasını çəkib qurtardığı tarixdən sonuncu cinayət törətdiyi, yəni 11 dekabr 2023-cü il tarixədək 02 (iki) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2023cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 22 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,20 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,20 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-39/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-39/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver