Məhkəmə qərarları › İş №1(062)-4/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-4/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-4/2025 24.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Zərərçəkmiş şəxs və onun nümayəndəsi (mülki iddiaçı) Nümayəndə iştirakları ilə xx.xx.1949-cu ildə Tovuz rayonu İbrahimhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, təqaüdçü, evli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə, saat 22 radələrində idarə etdiyi “VAZ-2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu İbrahimhacılı kəndindən üzü Tovuz rayonu Alakol kəndi istiqamətində hərəkətdə olan zaman ondan arxada onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu ötməsinə məhəl qoymadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin tələblərə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin tələblərə riayət etməyərək öz hərəkəti istiqamətində sola dönmə əməliyyatı həyata keçirərkən onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ-21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etməni itirdiyi üçün avtomobil yolun sol tərəfindəki torpaq sahəsinə aşmış, nəticədə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinin açıq kəllə beyin travması və baş beyinin hər iki alın payının hemorragik əzilməsi, sol temporal-yəni gicgah payının subdural-yəni sərt qişa altı hematoması, pnemosefaliya, sol təpə sümüyünün və sol gicgah sümüyünün pullu hissəsinin mastoid hüceyrələrinin cuzi yerdəyişən sınıqları, sol tərəfli hematotinpaium, otohematolikvoreya ilə müşayiət edilən, posttravmatik serebral koma, reaktiv plevrit, asteno-nevrotik təzahürlər və hər iki gözün mürəkkəb miopikastiqmatizmi nəticəsində görmə itiliyinin azalması ilə nəticələnmiş əzilmiş-cırılmış yarasından sonrakı çapığı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, həmin avtomobilin sərnişini X3 baş beyin toxumasına, qişasına və mədəciklərinə qansızmalar, kəllə əsasının və tağının sınığı, sağ əlin İİ barmağının sınığı, alt çənə nahiyəsinin əzilmiş yarası, sağ əlin İ barmağının uc falanqasının, İİ barmağının orta və uc falanqasının, İİİ barmağının orta və uc falanqasının soyulmuş yaraları, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin sol yarısının və sol yan sərthinin, sağ said nahiyəsinin qançırları, sağ əlin arxa səthinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, onun nümayəndəsinin (mülki iddiaçının), şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o ona görə özünü qismən təqsirli bilir ki, onun avtomobilinin arxa tərəfi ilə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolun solundakı boş hissə ilə də hərəkət edə bilərdi. Əgər o həmin hissə ilə hərəkətdə olsa idi hadisə də baş verməzdi. “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu X4 məxsusdur. Onun avtomobilləri idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi var, həmin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. 11 iyun 2023-cü il tarixdə saat 18 radələrində ona zəng vurub demişlər ki, gəlin xəstədir, onun anasını gətirmək lazımdır. O da oğlu X4 məxsus “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb İbrahimhacılı kəndində yaşayan qudası İsfahanın yaşadığı evə getmişdir, orada gəlininin anasını və gəlinini avtomobilə əyləşdirmişdir. Onlar avtomobildə arxa oturacaqda oturmuşlar. Avtomobili o özü idarə etmişdir. O, avtomobili sürüb İbrahimhacılı kəndindən Alakol kəndinə gedən avtomobil yolu ilə üzü Alakol kəndi istiqamətində saatda 10 km/saat sürətlə hərəkət edib öz hərəkəti istiqamətində yolun sol tərəfinə doğru dönmək üçün dönmə işığını yandırmış və öz hərəkəti istiqamətində sola doğru avtomobili manevr etdirmişdir. O, yolun soluna doğru dönən vaxt yolun çox hissəsini döndükdən sonra onunla eyni istiqamətdə üzü Alakol kəndinə doğru onun avtomobilinin arxa tərəfi ilə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil sürətlə sol tərəfdən onun avtomobilinin sol tərəf qabaq hissəsinə dəymiş, onun idarə etdiyi avtomobilə dəydikdən sonra həmin “VAZ-2107” markalı avtomobil qarşı tərəfdə yolun sol tərəf ehtiyyat hissəsindəki daşa dəyib sol tərəfdə yolun kənarındakı qaja düşüb qajın içi ilə xeyli sürüşüb sol tərəfdəki məhləyə tərəf aşmış və dayanmışdır. Onun idarə etdiyi avtomobil isə öz hərəkəti istiqamətində sağ tərəfə sürüşüb dayanmışdır. O, avtomobildən yerə düşmüşdür. Həmin vaxt hadisə yerinə toplaşanlar ona su vermişlər sonra həmin avtomobildəkilərə yardım etmişlər. O, həmin avtomobili onun idarə etdiyi avtomobili vurandan sonra görmüş, o idarə etdiyi avtomobili sola doğru manevr etdirəndə həmin avtomobilin gəldiyini görməmişdir. Buna görə də hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Çünki hadisə bir anın içərisində baş vermiş, ona görə də onun hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görməyi mümkün olmamışdır. O, həmin vaxt spirtli içki qəbul etməmişdir. Hazırda əməlindən peşmandır. Zərəçəkmiş şəxsin hüquqi varisinə vurmuş olduğu ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda zərəçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, bu kimi halların nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, o hal hazırda Тоvuz rayonu Alakol kəndində qeydiyyatdadır və faktiki olaraq həmin kənddə yaşayır, evlidir, orta təhsillidir, heç bir yerdə işləmir. X1 onun doğma oğludur, 11 iyun 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində ölənə kimi onunla birlikdə yaşamışdır. 11 iyun 2023-cü il tarixdə o, Rusiya Federasiyasında olmuşdur, ona zəng vurub demişlər ki, Elvin yol-nəqliyyat hadisəsinə düşüb xəsarət alıbdır. O, həmin günü gecə dərhal təyyarə ilə Azərbaycana gəlmişdir. Evə gələndə bilmişdir ki, oğlu Elvin hadisə nəticəsində hadisə yerində ölmüşdür. Hadisə ilə bağlı maraqlandıqda öyrənmişdir ki, Elvin həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə sərnişin kimi oturmuş və Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə İbrahim Hacılı kəndindən Alakol kəndinə doğru sürətlə hərəkət edən zaman İbrahimhacılı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toqquşduqdan sonra avtomobil aşmış və oğlu Elvin hadisə yerində ölmüşdür. X16 Rayon Mərkəzi xəstəxanasına aparmışlar. Lakin xəstəxanada oğlu Elvin müayinə olunarkən onun öldüyü müəyyən edilmişdir. Onun və oğlu Elvinin hər iki sürücünün heç biri ilə düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxsla oğlu Elvinin yaxın münasibəti olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxs və onun yaxın qohumları yas mərasimində iştirak etmiş, onlara maddi və mənəvi dəstək olmuşlar. Hazırda onlara dəymiş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o hal hazırda Тоvuz rayonu Alakol kəndində qeydiyyatdadır və faktiki olaraq həmin kənddə yaşayır. 11 iyun 2023-cü il tarixdə saat 18 radələrində o, “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu Alakol kəndi istiqamətində hərəkətdə olan zaman qarşısında gedən “VAZ-2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu ötməsinə məhəl qoymadan və heç bir işarə vermədən anidən öz hərəkəti istiqamətində sola dönmə əməliyyatı həyata keçirərkən onun idarə etdiyi avtomobillə toqquşmuş, toqquşma nəticəsində o, idarə etməni itirdiyi üçün avtomobil yolun sol tərəfindəki torpaq sahəsinə aşmış, nəticədə o, ağır xəsarət almışdır. Onun idarə etdiyi avtomobildə olan sərnişin X9 isə ağır xəsarətlər alaraq hadisə yerində ölmüş, digər iki nəfər isə müxtəlif bədən xəsarətləri almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərə görə müalicə üçün 2000 manat pul xərcləmiş, həmçinin keçirtdiyi psixoloji sarsıntıya görə ona 2000 manat mənəvi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs cəza verilməsini istəmir. Sadəcə olaraq o ona dəymiş ziyanın ödənilməməsindən şikayətçidir. Odur ki, mülki iddianın təmin edilməsini, cəzaya aid hissədə isə cəza ilə bağlı şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi (mülki iddiaçı) Nümayəndə ifadəsində göstərdi ki, “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir və həmin avtomobili idarə etmək üçün oğlu Zərərçəkmiş şəxs etibarnamə vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətçisi olduğu avtomobil tamamilə yarasız vəziyyətə düşmüşdür. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, mənəvi zərər görmüşdür. Bununla bağlı o, məhkəməyə iddia ərizəsi verərək, ona vurulmuş maddi ziyana görə 7000 manat, mənəvi ziyana görə isə 1500 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, mülki iddianın təmin edilməsini, cəzaya aid hissədə isə cəza ilə bağlı şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz rayonu Alakol kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. X11 adına Alakol kənd tam orta məktəbin 10-cu sinif şagirdidir. Tovuz rayonu Alakol kənd sakini X7 və Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxsla heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur, X1 ilə ataları əmioğludur, onunla bir qohum kimi yaxın münasibəti olmuşdur. 11 iyun 2023-cü il tarixdə Tovuz rayonu Alakol kəndində həmkəndlisi Sahib Məhəmməd oğlu oğluna toy məclisi keçirmişdir. Onun atasınıda toya dəvət etmişlər, atası Azərbaycanda olmadığı üçün anası Fərqanə ilə o, toy məclisində iştirak etmək üçün getmişdir. Toy məclisi Alakol kəndində Sahibin öz həyətində keçirilmişdir. O, anası Fərqanə ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində toy məclisinə getmişdir. Məclisdə Zərərçəkmiş şəxs, X9 və X8 ilə birlikdə oturmuşdur. O, təxminən 30-40 dəqiqə onlarla bir yerdə oturub çörək yemişdir, həmin vaxt mərhum X13 Abbasov spirtli içki olan araq içmişlər, ancaq Ruslanla o araq içməmişlər. Sonradan o özünü narahat hiss etdiyi üçün məclisdən çıxıb nənəsigilə getmişdir. O, təxminən 40 dəqiqə nənəsigildə olmuşdur. Sonra nənəsigildən çıxıb yenə məclisə getmək qərarına gəlmişdir. O, küçəyə çıxanda toy evindən təxminən 100 metr aralıda küçədə Orxanın maşını qabağından gəlmişdir. Orxan maşını saxlayıb ondan soruşmuşdur ki, hara gedirsən o da ona demişdir ki, evə gedir. Orxan ona demişdir ki, “gəl otur məndə evə gedirəm maşını dəyişib o biri maşını götürəcəm.” O, Orxanın idarə etdiyi “VAZ-2107” markalı avtomobilin arxa oturacağında oturmuşdur. Ruslan avtomobildə qabaq oturacaqda oturmuşdur. Orxan maşını sürüb bir az getmişdir ki, Elvinin yolun kənarında maşını saxlayıb içərisində oturduğunu görüb dayanmışdır. Orxan maşını saxlayıb Elvinlə söhbət edən vaxt Elvin öz maşınından düşüb gəlmişdir. O, Ruslana demişdir ki, sən keç arxada otur, Ruslan keçib arxa oturacaqda sağ tərəfdə oturmuşdur, o isə arxada sol tərəfdə oturmuşdur, Elvin də qabaq oturacaqda oturmuşdur. O, maşını sürüb Köhnəqala kəndinin mərkəzindəki Şəhidlər bulağının yanında maşını geriyə döndərib İbrahimhacılı kəndinin mərkəzinə doğru getmişdir. İbrahimhacılı kəndinin mərkəzindən üzü Alakol kəndinə doğru Orxan avtomobili saatda təxminən 90-100 km/saat sürətlə idarə edib üzü Alakol kəndinə doğru hərəkət edən vaxt Orxan yol boş olduğu üçün avtomobili yolun orta hissəsi ilə idarə etmişdir. Onların avtomobilinin qarşısı ilə onlarla eyni istiqamətdə yavaş sürətlə hərəkətdə olan “VAZ-2106” markalı avtomobilə yaxınlaşanda Orxan dönmə işığını yandırıb həmin “VAZ-2106” markalı avtomobili ötmək istəyən vaxt həmin “VAZ-2106” markalı avtomobil onların içərisində olduqları Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısından sola doğru manevr edib dayanmadan hərəkətini davam etdirərək küçəyə dönmək istəmişdir. Həmin vaxt Orxan idarə etdiyi avtomobilin həmin “VAZ-2106” markalı avtomobilə dəyməməsi üçün avtomobili öz hərəkəti istiqamətində sola manevr etdirmişdir. Bu zaman onların içərisində olduqları avtomobilin qabaq hissəsi əvvəlcə yüngülcə həmin “VAZ-2106” markalı avtomobilin qabaq hissəsinə dəymişdir, sonra yolun kənarında olan daşa dəymiş, həmin vaxt o qorxduğu üçün gözlərini yummuşdur, avtomobil təxminən 2-3 dəfə aşıb dayanmışdır. O, tez avtomobildən yerə düşmüşdür və Ruslanı çağırmışdır, Ruslan da maşından yerə düşmüşdür. Baxıb görmüşdür ki, Elvin Hüseynov avtomobildən təxminən 2-3 metr kənarda olan dirəyin yanında yerdə uzanıqlı vəziyyətdədir. O, Orxanı maşından çıxartmış, xırıldamış özünü bilməmişdir. Onu yerə uzatmış, sonra Elvinə yaxınlaşmış, Elvinin nəbzini yoxlayıb görmüşdür ki, o artıq ölübdür. Həmin vaxt hadisə yerinə toplaşanlar Elvinlə Orxanı maşına mindirib xəstəxanaya aparmışlar. Həmin vaxt onun başı yaralanmışdır, burnu qanamışdır, ancaq Ruslanın heç bir yeri yaralanmamışdır. Sonradan o müayinə olunmaq üçün xəstəxanaya müraciət etmişdir. Zərərçəkmiş şəxs avtomobili yolun orta hissəsi ilə hərəkət edirmişdir, onun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşı tərəfdən onlarla eyni istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı avtomobilə təxminən 8-10 metr məsafə qalanda Orxan həmin avtomobili ötüb keçmək istəmişdir. Həmin vaxt “VAZ-2106” markalı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2107” marlkalı avtomobilin arasında təxminən 8-10 metr məsafə olardı. Zərərçəkmiş şəxs həmin “VAZ-2106” markalı avtomobili ötmək istəyən anda həmin avtomobildə sola doğru dayanmadan hərəkət etdiyi sürətlədə manevr etməyə başlamışdır. Orxan idarə etdiyi avtomobilin həmin avtomobilin ortasından dəyməməsi üçün idarə etdiyi avtomobili öz hərəkəti istiqamətində sola doğru manevr etdirmiş, həmin vaxtda avtomobillər toqquşmuşdur, daha sonra onların içərisində olduqları avtomobil qarşı tərəfdə yolun sol tərəfindəki ehtiyyat hissədə olan daşa dəymişdir, bundan sonra o avtomobil dayananda özünə gəlmişdir. Yolda həmin “VAZ- 2106” markalı avtomobildən başqa heç bir avtomobil olmamışdır, yol boş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, halhazırda Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatdadır və faktiki olaraq həmin kənddə yaşayır, evlidir, orta təhsillidir, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qızı Pərvanənin qaynatasıdır. 11 iyun 2023-cü il tarixdə saat 20 radələrində qızının qaynatası Təqsirləndirilən şəxs “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onların evinə getmişdir. Qızı ona demişdir ki, həkimə getməlidir. O, da ona demişdir ki, “gedək qaynananı da götürək birlikdə gedək.” Bu məqsədlə o, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı avbtomobilin arxa oturacağında sağ tərəfdə oturmuşdur. Qızı Pərvanə isə arxada sol tərəfdə sürücünün arxasında oturmuşdur. Avtomobili Təqsirləndirilən şəxs özü idarə etmişdir. Mehdi avtomobili yavaş sürətlə idarə edib öz evlərinə tərəf dönmək üçün sola doğru manevr edən vaxt onların içərisində olduğu avtomobilin arxası ilə onlarla eyni istiqamətdə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil onların avtomobilinin qabaq sol tərəfindən vurmuşdur. Həmin vaxt qızı Pərvanə özünü pis hiss etdiyi üçün onun başı qızı Pərvanəyə qarışmışdır. Buna görə də bundan sonra nə baş verdiyini xatırlamır. O, ancaq onu xatırlayır ki, Mehdi maşını yavaş sürətlə üzü Alakol kəndinə gedən avtomobil yolu ilə hərəkət etdirib sol tərəfə dönmək üçün sola doğru manevr edəndə həmin avtomobil onların içərisində olduğu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol tərəf qabaq hissəsindən vurmuşdur. Bundan əlavə o heç nə xatırlamır. O, həmin hadisə zamanı heç bir xəsarət almamışdır, ancaq hadisədən qorxub narahat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, Şahid3 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 8/2684 nömrəli rəyindən görünür ki, VAZ 21063 markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21074 markalı, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 Maksimum sürətin məhdudlaşdıərılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Tovuz Rayon Şöbəsinin 11 iyun 2023-cü il tarixli 22 nömrəli ekspert rəyindən görünür ki, X3 meyitində aşkar edilmiş xəsarətlər — Baş beyin toxumasına, qişasına və mədəciklərinə qansızçalar, kəllə əsasının və tağının sınığı; -sağ əlin İİ barmağının sınığı; -alt çənə nahiyyəsinin əzilmiş yarası; Sağ əlin İ barmağının uc falanqasının, İİ barmağının orta və uc falanqasının, İİİ barmağının orta və uc falanqasının soyulmuş yaraları; -boyun nahiyyəsinin, döş qəfəsinin ön səthinin sol yarısının və sol yan səthinin, sağ said nahiyyəsinin qançırları; -sağ əlin arxa səthinin sıyrığı; X3 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə bir-başa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Qeyd edilən xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəriatdə, yəni onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomobillə toqquşduqdan sonra aşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. X3 ölümünə səbəb nəqliyyat travması nəticəsində kəllə tağı və kəllə əsasının sınığı, baş beyin toxumasına, yumşaq qişalarına və mədəciklərinə olan qansızmalar olmuşdur. X3 qanında məhkəmə kimya tədqiqatı nəticəsində etilspirti və digər güclü təsir edici maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Tovuz Rayon Şöbəsinin 25 avqust 2023-cü il tarixli 700 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol gicgah nahiyəsinin açıq kəllə beyin travması və baş beyinin hər iki alın payının hemorragik əzilməsi,sol temporal-yəni gicgah payının sudural-yəni sərt qişa altı hematoması, pnemosefaliya, sol təpə sümüyünün və sol gicgah sümüyünün pullu hissəsinin mastoid hüceyrələrinin cuzi yerdəyişən sınıqları, sol tərəfli hematotinpaium,otohemaktolikvoreya ilə müşayiət edilən,posttravmatik serebral koma,reaktivplevrit, asteno-nevrotik təzahürlər və hər iki gözün mürəkkəb miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması ilə nəticələnmiş əzilmiş-cırılmış yarasından sonrakı çapığı;başın ənsə nahiyyəsinin və sol mil-bilək oynağının əzilmiş-cırılmış yaralarından sonrakı çapığı küt əşyanın(əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz MRX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ bilməsi istisna edilmir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin İbrahimhacılı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 272 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarına əlavə edilən zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə istintaqı zamanı təqdim etdiyi verdiyi ərizəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, o sonuncu ilə barışmış, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə məhkəmə-psixoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi üçün qərarlar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1881 saylı ekspertiza rəyindən görünür ki, aparılmış psixoloji müayinə zamanı Zərərçəkmiş şəxs yaddaş funksiyalarının bərpa olunmas, baş vermiş hadisələri xatırlayaraq ardıcıl şəkildə təsvir etməsi müəyyən edilir. Həmçinin idrak prosseslərini tədqiqi zamanı aşkar edilir ki, Zərərçəkmiş şəxs emosional və assosiativ yaddaşı aktivdir, yaddasaxlama və yadasalma funksiyalarında çətinlik müəyyən edilmir. Zərərçəkmiş şəxs hazırda baş vermiş hadisələri, yol-nəqliyyat hadisəsini xatırlayıb düzgün təsvir etmək iqtidarındadır. Lakin, qeyd edilməlidir ki, fərdi-psixoloji xüsusiyyətlərinə görə, baş vermiş hadisələrlə bağlı bəzi xüsusatları gizlədə, fərqli şəkildə təsvir edə bilər. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/10466 nömrəli ekspertiza rəyindən görünür ki, 2011-ci il buraxılışlı “VAZ-21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4632 manat müəyyən edilir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs əvvəla avtomobili idarə etmə hüququ olmadan idarə etməklə Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, CM-nin 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə şəxsin bu maddələrlə təqsirli bilinməsi məsələsi həll edilərkən onun nəqliyyat vasitəsini özbaşına və ya icazə ilə idarə etməsi heç bir əhəmiyyət kəsb etmir. Odur ki, işin həlli baxımından nəqliyyat vasitəsinin mülkiyyətçisinin buna müvafiq icazə verib-vermədiyinin müəyəyn edilməsi işin həlli baxımından əhəmiyyətli deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında daha sonra məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üçtünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı yol nəqliyyat ekspertizaları keçirilmişdir ki, həmin rəyləri şübhə altına halan yol verilməz sübutlar cinayət işinin materiallarında mövcud deyildir. Odur ki, həmin rəylər sübut növü kimi qəbul edilərək digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək ittihamın əsasını təşkil etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin hüquqi varisinə vurmuş olduğu ziyanı tam ödəməklə barışmasını, yaşının çox olmasını, zərərçəkmiş şəxsin cəza ilə bağlı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin qanunda qeyd olunan cəzanı yüngülləşdirən hallarla yanaşı, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilən məsələlərdən biri də təqsirləndirilən şəxs barəsində hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263, 263-1 və 351-ci maddələrində nəzərdə tutulan nəticələrdən əlavə həm də zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda məhkəmələr cinayət mühakimə icraatı zamanı CPM-nin 183-cü maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq verilmiş mülki iddianı qəbul etməli və bu iddia üzrə CPM-nin 354-cü maddəsinə əsaslanmaqla qanunun tələbinə müvafiq surətdə qərar qəbul etməlidirlər. Məhkəmələr diqqət yetirməlidirlər ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət işlərinə baxılarkən mülki iddia olduqda zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll etməlidirlər. Bu zaman məhkəmələr cinayət prosessual qanunvericiliyin müddəalarına, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 9-cu bölməinin 59 və 60-cı fəsillərinin tələblərinə riayət etməlidir. Məhkəmələrə izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Yetkinlik yaşına çatmayanların vurduqları zərərə görə ödəmə MMnin 1103 və 1104-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilməlıdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iki mülki iddia vardır ki, onlardan biri Zərərçəkmiş şəxs, digər isə Nümayəndə tərəfindən verilmişdir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət mühakimə icraatı zamanı mülki iddianın verilməsinin qanuni əsasları Azərbaycan Respublikası CPM-nin 179-183, 185 və 187-ci maddələri ilə müəyyən edilmişdir. Həmin Məcəllənin 181.2.1-ci maddəsinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə Nümayəndə tərəfindən verilmiş mülki iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi və Nümayəndə mülkiyyətçisi olduğu avtromobilə ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən Məcəllənin 1096.2-ci maddəsinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Hazırkı iş üzrə iddiaçı ona dəymiş maddi ziyanın 7000 manat olmasını iddia etsə də, məhkəmə istintaqı zamanı bu ziyanın 4632 manat olması müəyyən edilmişdir. Bu məhkəmə iclasında tədqiq edilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçı daha çox ziyanın dəyməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.Odur ki, 4632 manat pul Təqsirləndirilən şəxs alınaraq Nümayəndə verilməlidir.İddia qalan hissədə təmin ediməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iddianın mənəvi ziyana dair hissəsini əsaslı hesab etmir. Belə ki, hazırki iş üzrə mülki iddiaçı qəza zamanı orada olmamış, qəza anını yaşamamışdır. O nəyə görə mənəvi ziyan tələb etdiyinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə digər mülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi mülki iddiaya da münasibət bildirərək onu qeyd edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs bu hadisə ilə bağlı digər iş üzrə təqsirləndirilən şəxs statusunda olduğundan və həmin iş üzrə məhkəmə istintaqı davam etdiyindən bu iddianın həmin məhkəməyə tədqiq edilərək ordakı sübutlarla yanaşı qiymətləndirilməsi iddiaya daha obyektiv hüquqi qiymətin verilməsi ilə nəticələnə bilər. Çünki hazırki iş üzrə mülki iddiaçı işləmədiyi günlər üçün əmık haqqı da tələb edir ki, digər iş üzrə həmin şəxsə verilmiş ittiham öz təsdiqini tapdığı halda o zaman iddianın bu formada qoyulmasının hüquqi nəticələri fərqli ola bilər. MPM-nin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki iddia ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Cinayət Prosessual Məcəllənin 179.1 və 179.2-ci maddələrinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət Prosessual Məcəllənin 183.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin normada göstərilmişdir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması barədə qərar əks etdirilir. Cinayət Prosessual Məcəllənin 180.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ-21063” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı və “VAZ-21074” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 178 (bir yüz yetmiş səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumunun 66 (altmış altı) manat 32 (otuz iki) qəpiyi Təqsirləndirilən şəxs tutularaq Nümayəndə ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Zərərçəkmiş şəxs ödədiyi 40 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökmün icraya yönəldiyi vaxtdan, yəni onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Nümayəndə mülki iddiası qismən təmin edilsin. 4632 (dörd min altı yüz otuz iki) manat pul və ödənilmiş dövlət rüsumunun 66 (altmış altı) manat 32 (otuz iki) qəpiyi Təqsirləndirilən şəxs alınaraq Nümayəndə verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə Nümayəndə aid edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Ona һəmin iddianı sonradan mülki müһakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izaһ edilsin. İş üzrə maddi sübut olan “VAZ-21063” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın və “VAZ-21074” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar