Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-40/2025 08.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 və X4 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə
1. xx.xx.2004-cü ildə Tovuz rayonu Girzan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs1
2. xx.xx.1992-ci ildə Tovuz rayonu Girzan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə
3. xx.xx.2001-ci ildə Tovuz rayonu Girzan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə,
M ü ə y y ə n e t d i:
Təqsirləndirilən şəxs1 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 12 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Tovuz rayonu Hunanlar kəndində qonşusu Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə birlikdə Tovuz şəhərində olduğunu bildiyi üçün sonuncunun yaşadığı fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə həmin tarixdə qonşusu Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin ətrafında olan daş hasardan aşmaqla həyətə və oradan isə yaşayış evinin açıq vəziyyətdə olan pəncərəsindən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, evin yataq otağında olan 3 litrlik şüşə balonun içərisindən 150 (bir yüz əlli) manat və 5 (beş) ABŞ dolları məbləğində pul vəsaitini oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus cəmi 150 (bir yüz əlli) manat və 5 (beş) ABŞ dolları məbləğində pul vəsaitini gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2021ci ilin oktyabr ayının ortalarında, saat təxminən 22-24 radələrində Tovuz rayonu Hunanlar kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 bir mərtəbəli fərdi yaşayış evinin açıq vəziyyətdə olan dəmir giriş qapısından evin həyətinə, oradan da açıq qalmış taxta qapıdan evə qanunsuz daxil olaraq, evin yataq otağında olmaqla qapısı açıq vəziyyətdə olan dəmir seyfin içərisindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd İtaliyada istehsal olunmuş, 23 qram çəkiyə malik, 750 əyarlı, 2300 (iki min üç yüz) manat dəyərində olan qızıl boyunbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 8,3 qram çəkiyə malik, 585 əyarlı, 664 (altı yüz altmış dörd) manat dəyərində olan dördkünc kulonu, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 5 qram çəkiyə malik, 585 əyarlı 400 (dörd yüz) manat dəyərində olan qızıl üzüyü, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 5 qram çəkiyə malik, üzərində briliant qaşları olan 585 əyarlı, hər biri 1000 (bir min) manat olmaqla, cəmi 2000 (iki min) manat dəyərində olan qızıl üzükləri oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 5364 (beş min üç yüz altmış dörd) manat dəyərində xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 12 noyabr 2021-ci il tarixdə, saat təxminən 22-24 radələrində Tovuz rayonu Hunanlar kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 yaşadığı bir mərtəbəli fərdi yaşayış evinin yataq otağının açıq vəziyyətdə olan pəncərəsindən evə qanunsuz daxil olaraq, evin yataq otağında saxlanc yeri hesab edilən qapısı bağlı vəziyyətdə olan dəmir seyfi ələ keçirdikdən sonra həmkəndlisi Şahid1 yaşadığı ünvana aparıb sonuncunun köməyi ilə qeyd edilən dəmir seyfi sındırıb içərisindən Zərərçəkmiş şəxs1 məxsus 5700 (beş min yeddi yüz) manat məbləğində pulu oğurlamış, yəni Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla 5700 (beş min yeddi yüz) manat məbləğində pulu gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2021-ci ilin oktyabr ayının ortalarında, saat 22-24 radələrində Tovuz rayonu Hunanlar kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 bir mərtəbəli fərdi yaşayış evinin açıq vəziyyətdə olan dəmir giriş qapısından evin həyətinə, oradan da açıq qalmış taxta qapıdan evə qanunsuz daxil olaraq, evin yataq otağında olmaqla qapısı açıq vəziyyətdə olan dəmir seyfin içərisindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd İtaliyada istehsal olunmuş, 23 qram çəkiyə malik, 750 əyarlı, 2300 (iki min üç yüz) manat dəyərində olan qızıl boyunbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 8,3 qram çəkiyə malik, 585 əyarlı, 664 (altı yüz altmış dörd) manat dəyərində olan dördkünc kulonu, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 5 qram çəkiyə malik, 585 əyarlı 400 (dörd yüz) manat dəyərində olan qızıl üzüyü, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 5 qram çəkiyə malik, üzərində briliant qaşları olan 585 əyarlı, hər biri 1000 (bir min) manat olmaqla cəmi 2000 (iki min) manat dəyərində olan qızıl üzükləri oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus, ümumilikdə 5364 (beş min üç yüz altmış dörd) manat dəyərində xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 12 noyabr 2021-ci il tarixdə, saat 22-24 radələrində Tovuz rayonu Hunanlar kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 yaşadığı birmərtəbəli fərdi yaşayış evinin yataq otağının açıq vəziyyətdə olan pəncərəsindən evə qanunsuz daxil olaraq, evin yataq otağında saxlanc yeri hesab edilən qapısı bağlı vəziyyətdə olan dəmir seyfi ələ keçirdikdən sonra həmkəndlisi Şahid1 yaşadığı ünvana aparıb sonuncunun köməyi ilə qeyd edilən dəmir seyfi sındırıb içərisindən Zərərçəkmiş şəxs1 məxsus 5700 (beş min yeddi yüz) manat məbləğində pulu oğurlamış, yəni Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla 5700 (beş min yeddi yüz) manat məbləğində pulu gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək dəqiq günü istintaqa məlum olmayan 2021-ci ilin oktyabr ayının ortalarında, saat 22-24 radələrində Tovuz rayonu Hunanlar kəndində həmkəndlisi Zərərçəkmiş şəxs1 bir mərtəbəli fərdi yaşayış evinin açıq vəziyyətdə olan dəmir giriş qapısından evin həyətinə, oradan da açıq qalmış taxta qapıdan evə qanunsuz daxil olaraq, evin yataq otağında olmaqla qapısı açıq vəziyyətdə olan dəmir seyfin içərisindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd İtaliyada istehsal olunmuş, 23 qram çəkiyə malik, 750 əyarlı, 2300 (iki min üç yüz) manat dəyərində olan qızıl boyunbağını, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 8,3 qram çəkiyə malik, 585 əyarlı, 664 (altı yüz altmış dörd) manat dəyərində olan dördkünc kulonu, 1 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 5 qram çəkiyə malik, 585 əyarlı 400 (dörd yüz) manat dəyərində olan qızıl üzüyü, 2 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 5 qram çəkiyə malik, üzərində briliant qaşları olan 585 əyarlı, hər biri 1000 (bir min) manat olmaqla cəmi 2000 (iki min) manat dəyərində olan qızıl üzükləri oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 5364 (beş min üç yüz altmış dörd) manat dəyərində xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Hunanlar kəndində valideynləri ilə birlikdə yaşayır. 2021-ci ilin oktyabr ayının ortalarında qonşusu Əjdərin evindən həmin şəxsin və ailə üzvlərinin evdə olmamasından, onların Tovuz şəhərinə toya getmələrindən istifadə edib saat təxminən 20 radələrində hasardan keçib həyətə daxil olmuş və evin açıq qalmış pəncərəsindən keçib zala girmişdir. Həmin vaxtı tək olmuşdur. Orada pul axtarmış, təxminən ***-**** manat pul oğurlamaq məqsədi olmuşdur. Otaqları gəzsə də pul tapa bilməmişdir. Yataq otağına keçmiş, orada iki nəfərlik taxta çarpayının yanında döşəmə üzərində 3 (üç) litrlik şüşə banka və həmin bankanın içində azərbaycan milli kağız və qəpik pulları və 5 ABŞ dolları olmasını görmüşdür. Bankanı götürüb zala girdiyi pəncərədən də həyətə düşüb oradan da qonşu Kamil kişinin həyətinə keçmişdir. Həmin vaxtı ətrafda heç kim olmamışdır. Orada daşla bankanı sındırıb pulları götürüb cibinə qoymuş və Kamil kişinin hasarından aşıb küçəyə çıxmışdır. Ətrafda heç kim olmamışdır. Ümumiyyətlə, Əjdərin həyətinə və evinə girəndə ətrafda heç kim olmamışdır. Oğurladığı pulu saydıqda qəpik pullar iki manat, kağız pullar isə 148 (bir yüz qırx səkkiz) manat pul olmuşdur. Həmin pulları xərcləmişdir. Bu onun ilk oğurluğu olmuşdur. Əjdər İbrahimovun evindən oğurluq etməyi barədə heç kimə deməmişdir. Bu oğurluqdan sonra həmkəndlisi Zərərçəkmiş şəxs1 evindən iki dəfə oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid1 həmkəndliləri və dostlarıdır. 2021-ci ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə kənddə olarkən həmkəndlisi Tamella adlı qadının evindən oğurluq etmək qərarına gəlmişlər. Bu barədə təklifi özü vermiş və onlarda razılaşmışlar. Həmin gün axşam saat 22 radələrində o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Tamillanın yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Orada ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra Ramili küçədə gözləməsini və gələn olarsa xəbər verməsini demişlər. Ramildə razılaşmışdır. Bundan sonra onunla Təqsirləndirilən şəxs2 evin yerləşdiyi həyətyanı sahəyə yaxınlaşıb bağlanmamış dəmir qapını açıb həyətə girmişlər. Həyətə daxil olduqda orada heç kim olmamışdır. Evin həyətinə daxil olduqdan sonra evin həyətinin əsas giriş qapısından sağda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə bağlanmş taxta giriş qapısını açıb evə daxil olmuşlar. Ev dəhliz, dəhlizin sağında bir yataq otağı, solunda bir qonaq otağı, sonunda isə bir yataq otağından ibarətdir. Dəhlizin solundakı yataq otağında və dəhlizin sağındakı qonaq otağında pul və qızıl axtarsalarda heç nə tapa bilməmişlər. Bundan sonra dəhlizin sonundakı yataq otağına keçmişlər. Həmin yataq otağında qapıdan sağ tərəfdə dəmir seyf olmuşdur. Təqsirləndirilən şəxs2 dəmir seyfin açıq olan qapısını aralayıb içərisinə baxdıqda seyfdə qızıl-zinət əşyaları və sənədlər olduğunu görmüşdür. Qızıl-zinət əşyaları seyfdə açıq şəkildə olmuşdur. Təqsirləndirilən şəxs2 seyfin içərisində olan bir ədəd qızıl boyunbağını, yaxalıq ilə birlikdə və üç qızıl qadın üzüyünü götürmüşdür. Üzüklərin ikisinin qaşları var idi. Həmin qaşların hansı daşdan hazırlanmasını bilmir. Seyfdə pul olmamışdır. Təqsirləndirilən şəxs2 qızılları götürdükdən sonra cibinə qoymuş və ikisidə Tamillanın həyətindən küçəyə çıxmışlar. Küçəyə çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndlisi Şahid1 evinə getmişlər. Ceyhunun Tamillanın evindən oğurluğa getməsindən əvvəlcədən məlumatı olmamış, belə ki, bu barədə ona heç kim bir söz deməmişdir. Ceyhunu çağırıb ona həmkəndlisi Tamillanın evindən qızıl-zinət əşyalarının oğurlamalarını və qızıl-zinət əşyalarının satmaqda onlara köməklik etməyi xahiş edərək ona pul verəcəklərini vəd etmişlər. Ceyhun da onlarla razılaşmışdır. Səhərisi günü kənddə dördüdə Tamellanın oğlu Elçinə məxsus kafedə görüşmüşlər. Burada belə razılığa gəlinmişdir ki, Ceyhun Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhərinə gedib orada həmin qızıl-zinət əşyalarını satsınlar. Bu məqsədlə də Ceyhun özünün şəxsiyyət vəsiqəsini götürmüşdür. Elə həmin gün saat 09 radələrində Ceyhunla Təqsirləndirilən şəxs2 ilə birlikdə Tovuz şəhər avtovağzalına gəlib buradan tanımadığı taksi avtomobili ilə Gəncə şəhərinə getmişlər. Bundan sonra həmin günü axşam vaxtlarında Hunanlar kəndində Təqsirləndirilən şəxs2 ona 500 manat, 400 manat isə Rasimə vermişdir. Bundan təxminən bir ay sonra, yəni, 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Tamillanın evindən yenidən oğurluq etməyi təklif etmişdir. Ramilin və Ceyhunun 2-ci dəfə Tamillanın evindən oğurluğa getmələrindən xəbərləri olmamışdır. 12 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Tamillanın evinin yerləşdiyi küçəyə getmişlər. Küçəni nəzərdən keçirib onları heç kimin görmədiyinə əmin olduqdan sonra evin qonaq otağının küçəyə açılan pəncərəsindən içəri daxil olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs2 pəncərəni itələdikdə pəncərə açıq olduğu üçün içəri rahatlıqla girmişlər. Daxil olduqları otaq qonaq otağı olmuş və onlar buradan dəmir seyfin olduğu yataq otağına keçmişlər. Orada seyfin qapısını açmaq istəsələr də qapı bağlı olduğu üçün aça bilməmişlər. Seyfin qapısının bağlı olduğunu gördükdə ikisidə seyfi götürüb evin qonaq otağının pəncərəsinin qarşısına gətirmişlər. Təqsirləndirilən şəxs2 otağın pəncərəsindən küçəyə düşmüş və o da seyfi götürüb ona vermişdir. Sonra otaqdan çıxmış və ikisidə seyfi götürüb Ceyhunun evinə getmişlər. Qaranlıq olduğu üçün ətrafda heç kim olmamışdır. Ceyhunu evindən çağırdıqda o bayıra çıxıb qapını açmışdır. Saat 24 radələri olardı. Seyfi götürüb onun həyətinə keçmişlər. Ceyhun seyf ilə maraqlandıqda ona həmin seyfi Təqsirləndirilən şəxs2 ilə birlikdə Tamilla arvadın evindən oğurladıqlarını, içində nə olduğunu bilmədiklərini, ondan seyfi açmağı, içində pul olsa ona da pul veriləcəyini demişlər. Ceyhun bundan sonra “uqolnik”lə həmin seyfi açmışdır. Seyf açıldıqda içərisində 5200 (beş min iki yüz) manat pul, Tamillanın özünə və ailəsinə məxsus sənədlər olduğunu görmüşlər. Həmin pullar 100 manatlıq, 2 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq və bir ədəd 200 manatlıq əskinazlardan ibarət olmuşlar. 5200 manat pulu 3 yerə bölmüşlər. Həmin puldan ona 1715 manat pul verilmiş, yerdə qalan pul isə Ceyhun ilə Tural öz aralarında böldükdən sonra seyfi Ceyhunun yaşadığı evdə qoyub və oradan getmişlər. Həmin günün səhəri bilmişlər ki, Tamilla evindən oğurluq olması barədə Tovuz rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin oğurluqları etməyi onlara özü təklif etmişdir. Hazırda o, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncularla barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Şahid1 həmkəndliləridir. 2021-ci ilin oktyabr ayında, dəqiq gününü xatırlamadığı vaxtda o, Ramil və Turalla kəndlərində olarkən həmkəndlisi Tamella adlı qadının evindən oğurluq etmək qərarına gəlmişlər. Bu barədə təklifi Təqsirləndirilən şəxs1 vermiş və onlarda razılaşmışlar. Həmin gün axşam saat 22 radələrində o, Ramil və Vüsal ilə birlikdə Tamillanın yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Orada ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra Ramili küçədə gözləməsini və gələn olarsa xəbər verməsini demişlər. Ramildə razılaşmışdır. Bundan sonra onunla Vüsal evin həyət dəmir qapısı bağlanmamış və açıq olduğu üçün açıb həyətə keçmişlər. Həyətə daxil olduqda orada heç kim olmamışdır. Evin həyətinə daxil olduqdan sonra evin həyətinin əsas giriş qapısından sağda yerləşən bir mərtəbəli fərdi yaşayış evinin açıq və bağlanmamış vəziyyətdə olmuş taxta giriş qapısından evə daxil olmuşlar. Giriş qapısından daxil olduqda dəhliz, dəhlizin sağında bir yataq otağı, solunda bir qonaq otağı, sonunda isə bir yataq otağı var. Dəhlizin solundakı yataq otağında və dəhlizin sağındakı qonaq otağında pul və qızıl axtarsalarda heç nə tapa bilməmişlər. Bundan sonra dəhlizin sonundakı yataq otağına keçmişlər. Həmin yataq otağında qapıdan sağ tərəfdə dəmir seyf var. Həmin dəmir seyfin açıq olan qapısından içərisinə baxdıqda seyfdə qızıl-zinət əşyaları və sənədlər olduğunu görmüşdür. Qızıl-zinət əşyaları seyfdə açıq şəkildə olmuşdur. Buradan seyfin içərisində olan bir ədəd qızıl boyunbağını yaxalıq ilə birlikdə və üç qızıl qadın üzüyünü götürmüşdür. Üzüklərin ikisinin qaşları olmuşdur. Həmin qaşların hansı daşdan hazırlanmasını bilmir. Seyfdə pul olmamışdır. Qızılları götürdükdən sonra cibinə qoymuş və ikisidə Tamillanın həyətindən küçəyə çıxmışlar. Küçəyə çıxdıqdan sonra o, Vüsal və Ramil həmkəndlisi Şahid1 evinə getmişlər. Ceyhunun Tamillanın evindən oğurluğa getmələrindən əvvəlcədən məlumatı olmamışdır, belə ki, bu barədə ona heç kim bir söz deməmişdir. Ceyhunu çağırıb ona həmkəndlisi Tamillanın evindən qızıl-zinət əşyalarının oğurlamaları və qızıl-zinət əşyalarının satmaqda onlara köməklik etməyi xahiş edərək ona pul verəcəklərini vəd etmişlər. Ceyhun da onlarla razılaşmışdır. Səhərisi günü kənddə dördüdə Tamellanın oğlu Elçinə məxsus kafedə görüşmüşlər. Burada belə razılığa gəlinmişdir ki, onunla Ceyhun Gəncə şəhərinə gedib orada həmin qızıl-zinət əşyalarını satsınlar. Bu məqsədlədə Ceyhun özünün şəxsiyyət vəsiqəsini götürmüşdür. Həmin günü saat 09 radələrində Ceyhunla birlikdə Tovuz şəhər avtovağzalına gəlib buradan tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə Gəncə şəhərinə getmişlər. Taksi onları Gəncə şəhərinə 50 manata aparmışdır. Taksinin pulunu Ceyhun vermişdir. Gəncə şəhərində univermağa gedib orada təxminən 40-45 yaşlarında kişiyə Ceyhunun şəxsiyyət vəsiqəsi ilə bir ədəd üzərində klon olan qızıl boyunbağını 2000 ( iki min ) manata satmışlar. Həmin vaxtı Ceyhun qızıl-zinət əşyasının özünə məxsus olması barədə yazmışdır, Bundan sonra qızıl boyunbağının çəkisi, klonin çəkisi və əyarları barədə yazdıqdan sonra imza edib soyadını yazmış və eyni zamanda klonla sepi alan şəxsə şəxsiyyət vəsiqəsini vermiş, o da sənədin kserosurətini çıxardıb şəxsiyyət vəsiqəsini Ceyhuna qaytarmışdır. Bununla da, həmin şəxsi qızılın oğurluq olmamasına inandırmışlar. Üç ədəd qızıl üzükləri isə təxminən 28-30 yaşlarında başqa kişiyə cəmi, yəni üçüdə bir yerdə 400 (dörd yüz) manata satmışlar. Həmin şəxsə də bu qızıl-zinət əşyalarının oğurluq olması barədə heç bir söz deməmişlər. Bundan sonra Tovuz şəhərinə gəlmişlər. Burada Ceyhuna 50 manat taksi pulunu qaytarmış və əlavə olaraq ona 400 manat da pul vermişdir. Bundan sonra Hunanlar kəndinə qayıtmışlar. Orada 500 manat Vüsala, 400 manat isə Ramilə vermiş, yerdə qalan 1050 (bir min əlli) manat pulu isə özünə götürmüşdür. Bundan təxminən bir ay sonra, yəni 12 noyabr 2021-ci il tarixdə Vüsal ona Tamillanın evindən yenidən oğurluq etməyi təklif etmişdir. Ramilin və Ceyhunun onlarn 2-ci dəfə Tamillanın evindən oğurluğa getmələrindən xəbərləri olmamışdır. 12 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Vüsalla birlikdə Tamillanın evinin yerləşdiyi küçəyə getmişlər. Heç kimin olmadığna əmin olduqdan sonra evin qonaq otağının küçəyə açılan pəncərəsindən içəri daxil olmuşlar. Belə ki, özü əli ilə pəncərəni itələdikdə pəncərə açıq olduğu üçün içəri rahatlıqla girmişlər. Daxil olduqları otaq qonaq otağı olmuş və onlar buradan dəmir seyfin olduğu yataq otağına keçmişlər. Orada seyfin qapısını açmaq istəsələr də qapı bu dəfə bağlı olduğu üçün aça bilməmişlər. Vüsal seyfin qapısının bağlı olduğunu gördükdə ikisi də seyfi götürüb evin qonaq otağının pəncərəsinin qarşısına gətirmişlər. Özü qonaq otağının pəncərəsindən küçəyə düşmüş və Vüsalda seyfi ona verib otaqdan çıxmış və ikisidə seyfi götürüb Ceyhunun evinə getmişlər. Qaranlıq olduğu üçün ətrafda heç kim olmamışdır. Ceyhunu çağırdıqda o, bayıra çıxıb qapını açmışdır. Saat 24 radələri olmuşdur. Seyfi götürüb onun həyətinə keçmişlər. Ceyhun seyf ilə maraqlandıqda ona həmin seyfin Vüsalla birlikdə Tamilla arvadın evindən oğurladıqlarını, içində isə nə olduğunu bilmədiklərini, ondan seyfi açmağı, içində pul olsa ona pul verəcəklərini demişlər. Ceyhun bundan sonra “uqolnik”lə həmin seyfin qapısını açmışdır. Seyf açıldıqda içərisində 5200 (beş min iki yüz) manat pul və Tamillanın özünə və ailəsinə məxsus sənədlər olduğunu görmüşlər. Həmin pullar 100 manatlıq, 2 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq və bir ədəd 200 manatlıq əskinazlardan ibarət olmuşlar. 5200 manat pulu 3 yerə bölmüşlər. Həmin puldan Vüsala 1715 manat pul vermiş, yerdə qalan pulu isə Ceyhunla öz aralarında böldükdən sonra seyfi Ceyhunun yaşadığı evdə qoyub və oradan getmişlər. Həmin günün səhəri bilmişlər ki, Tamilla evindən oğurluq olması barədə Tovuz rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hər iki oğurluqları etməyi onlara Vüsal təklif etmişdir. Hazırda o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndliləridir. Həmin şəxslərlə münasibəti yaxşıdır. Tamilla adlı şəxsin evi Hunanlar kənd orta məktəbinin yerləşdiyi küçədə, məktəbdən təxminən 200-300 metr irəlidə yerləşir. Tamillanin evində tək yaşadığını, Təqsirləndirilən şəxs1 isə kənddə orta məktəbin səhv etmirsə sonuncu sinifində oxumasını bilmişdir. Bunu eyni zamanda da, Təqsirləndirilən şəxs2 da bilmişdir. 2021-ci ilin oktyabr ayında, daha dəqiq tarixini xatırlamır, Təqsirləndirilən şəxs1 ona və Təqsirləndirilən şəxs2 Tamillanın evindən oğurluq etməyi təklif etdikdə razılaşmışlar və həmin gün axşam saat 22 radələrində o, Vüsal və Tural ilə birlikdə piyada Tamillanın evinə getmişlər. Niyyətləri pul oğurlamaq olmuşdur. Oraya çatıb ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra Vüsalla Tural onu küçədə dayanıb gözləməyi və gələn olsa xəbər verməsini dedikdə razılaşmışdır. Bundan sonra Vüsalla Tural evin həyət qapısına yaxınlaşıb bağlanmamış dəmir qapını açıb həyətə keçmişlər. O isə küçədə kənarda dayanıb onları gözləmişdir. Əgər gələn olsa evə yaxınlaşıb “gələn var” deyib qaçmalı idi. Ətrafda heç kim olmamışdır. Təxminən 10-15 dəqiqədən sonra X5 həyətindən çıxıb yanına gəlmişlər. Tural əlində bir ədəd klonu olan qızıl boyunbağını və üç ədəd qızıl qadın üzüklərini ona göstərib həmin evdən bu əşyaları oğurladıqlarını bildirmişdir. Üzüklərin üzərində qaş olmasını xatırlamır. Bundan sonra Tural və Vüsalla birlikdə həmkəndlisi Şahid1 evinə getmişlər. Ceyhunun onların Tamillanın evindən oğurluğa getmələrindən əvvəlcədən məlumatı olmamışdır. Belə ki, bu barədə ona heç bir söz deməmişlər. Vüsal Ceyhunu küçədən çağırdıqda o, bayıra çıxmışdır. Bundan sonra həyətə keçmişlər. X3rı göstərib demişdir ki, “bu qızıl-zinət əşyalarını həmkəndlimiz Tamillanın evindən indi oğurlayıb sənin evinə gətirdik ki, həmin qızıl-zinət əşyalarını satmaqda bizə köməklik et və sənə də pul veriləcəkdir”. Ceyhun onlarla razılaşmışdır. Səhərisi günü günortadan sonra kənddə dördüdə Tamillanın oğlu Elçinə məxsus kafedə görüşmüşlər. Həmin vaxtı bilmişdir ki, Ceyhun Turalla birlikdə Gəncə şəhərinə gedib orada həmin qızıl-zinət əşyalarını satmışlar. Tural ona 400 manat pul vermişdir. Turalla Ceyhun bildirdilər ki, Gəncə şəhərində Ceyhunun şəxsiyyət vəsiqəsindən istifadə etməklə Tamilla arvadın qızıllarını ümumilikdə 2400 manata satmışlar. Tural, Vüsal və Ceyhuna nə qədər pul düşməsini bilmir. Sonradan, 2021-ci ilin noyabr ayında, daha dəqiq tarixini xatırlamır, Əhmədov X1 Vüsal Xaliq oğlu ilə birlikdə gecə saatlarında Tamilla arvadın evinə girib içərsində pul olan, qapısı bağlı seyfi oğurlamış və həmin seyfi Şahid1 həyətinə gətirmişlər. Burada Şahid1 seyfi açmış, seyfin içərsində olan pulları götürüb öz aralarında bölmüşlər. Seyfdə nə qədər pul olmasını bilməmişdir. Bu oğurluqdan onun ümumiyyətlə xəbəri olmamış, bu barədə ona əvvəlcədən heç kim bir söz deməmiş və həmin seyf oğurluğunda da iştirak etməmişdir. Hazırda o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Hunanlar kəndində özünə məxsus fərdi yaşayış evində tək yaşayır. Həyətində iki fərdi yaşayış evi var. Evlər həyətyanı sahədən, həyətə ümumi giriş qapısından, evin birində 1 zal, 3 yataq otağı, digər ev isə 3 otaqdan, hamam, tualet və mətbəxdən ibarətdir. 3 otaq olan evdə tək yaşayır. Digər evdə isə yay aylarında nəvələri gələrkən istifadə olunur. Həmin 1 zal və 3 yataq otağından ibarət olan evin yataq otaqlarının birində mərhum əri Hidayətdən qalmış 1 ədəd dəmir seyf olmuşdur. Qiymətli əşyalarını, yəni bir ədəd İtaliya istehsallı, 750 problu, çəkisi 23 qram sepini, həmin sepin üzərində kvadrat formalı Rusiya istehsallı 585 problu klonu, 3 ədəd Rusiya istehsalı olmaqla hər birinin çəkisi 5 qram qızıl üzüklərini seyfdə saxlamışdır. Həmin üzüklərin də əyarı 585 idi. Bunlardan 2 ədəd karatını bilmədiyi brilyant qaşlı üzüklər, digər üzük isə qaşsız idi. Eyni zamanda da pulunu və sənədlərini həmin seyfdə saxlayırdı. 07 noyabr 2021-ci il tarixdə saat 12 radələrində seyfin olduğu otağa daxil olub seyfin içərisindən qızıl-zinət əşyalarını götürmək istədikdə qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. Bundan əvvəl seyfin qapısını açıq qoymuşdur. Qızılların yerində olmadığını gördükdə bu barədə oğlu Elçinə və qonşularına məlumat verdikdə qonşuları ona qızıl-zinət əşyalarının oğurlanması barədə polisə şikayət etməyi təklif etmişlər. Lakin özü bəzən qoyduğu əşyaların dəqiq yerini xatırlaya bilmədiyi üçün qızılları da xatırlamadığı bir yerə qoyduğunu düşündüyü üçün şikayət etməmişdir. 10 noyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində seyfi açıb içərisinə 5700 manat pul qoymuş və seyfin qapısını bağlayıb açarı özü ilə götürmüşdür. Bundan sonra 13 noyabr 2021-ci il tarixdə saat 08 radələrində seyfə 50 (əlli) manat pul qoymaq istədikdə bu dəfə seyfin ümumiyyətlə yerində olmadığını görmüş və əmin olmuşdur ki, seyf oğurlanmışdır. Seyfin içərisində ona məxsus 5700 manat məbləğində pul da seyflə birlikdə oğurlanmışdır. Eyni zamanda kənddən aldığı torpaq sahəsinin sənədi cırılmış vəziyyətdə olsada heç bir sənəd oğurlanmamışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Oğurluq olmuş evin yataq otağının yola tərəf olan pəncərələri açıq olmuşdur. Ona elə gəlir ki, oğru həmin pəncərədən evə daxil olmuş və seyfi oğurlamışdır. Digər qapı və pəncərələrdə zor tətbiq edilməsinə dair iz olmamışdır. Həmin seyfin eni 40 santimetr, uzunluğu 30 santimetr, hündürlüyü isə 50 santimetr olardı. Seyfin çəkisini dəqiq bilmir. Lakin seyfi bir nəfər sərbəst şəkildə əlləri ilə götürüb apara bilər. Seyfin üzəri boz rəngli boya ilə boyanmışdır. Bir ədəd İtaliya istehsallı, 750 problu, çəkisi 23 qram sep, həmin sepin üzərində kvadrat formalı Rusiya istehsallı 585 problu klonu var idi, 3 ədəd qızıl üzüklər isə Rusiya istehsalı olmaqla hər birinin çəkisi 5 qram idi. Həmin üzüklərin əyarı 585 olmuşdur. Bunlardan 2 ədəd karatını bilmədiyi brilyant qaşlı üzüklər, digər üzük isə qaşsız idi. Qaşsız bir ədəd üzüyü 500 (beş yüz) manat qiymətləndirir, brilyant qaşlı üzükləri isə hər birini 1000 (bir min) manat qiymətləndirir. Həmin bir ədəd klonla birlikdə olan boyunbağı özünə məxsusdur. Oğurlanmazdan əvvəl klon sepin üstündə olmuşdur. Zinət əşyaları gəzdirməyə meyilli olmadığından onları haraya qoymağını dəqiq xatırlamır və inanmazdı ki, kimsə evinə girib oğurluq edə bilər. O, məhkəmə istintaq zamanı ərizə verərək bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, sonunculardan heç bir şikayət və tələbi qalmamışdır. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Tovuz rayonu Hunanlar kəndində özünə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 12 oktyabr 2021-ci il tarixdə Tovuz şəhərində yerləşən “Dastan” şadlıq evində qardaşı Xaliq oğluna böyük toy məclisi keçirmiş, həmin məclisdə ailəsi ilə birlikdə iştirak etdiyi üçün evdə heç kim olmamışdır. Evin aynabəndinin pəncərəsini açıq qoyub getmişlər. Toy məclisi saat 17:00 radələrində başlayıb saat təxminən 23 radələrinə kimi davam etmişdir. O da ailəsi ilə birlikdə toyda axıra kimi iştirak etmişdir. Toydan sonra evə gəlmişlər. İçəri girəndə evdə heç bir dəyişiklik görməmişlər. Yataq otağında isə döşəmənin üstündə içinə kağız pul yığdığı 3 (üç) litrlik şüşə bankanın yerində olmadığını görmüşdür. Həmin banka çarpayının yanında olmuşdur. Əvvəl şikayət etməmiş, çünki balonda cəmi yüz əlli manat pul olmuşdur. Həmin pullar 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinazlardan və 5 (beş) ABŞ dollarından olmaqla ABŞ dolları ilə birlikdə ona cəmi 150 manat maddi zərər vurulmuşdur. Sonradan müəyyən olunmuşdur ki, həmin oğurluğu qonşusu Təqsirləndirilən şəxs1 etmişdir. Belə ki, Vüsal ona dedi ki, “bankanı oğurlayıb qonşu X2 bağına aparmış, burada bankanı qırıb pulu götürüb getmişdir. Başqa pulu, qızıl-zinət əşyası və sənədi oğurlanmamışdır. Bundan sonra Tovuz RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. 150 (yüz əlli) manat pul Vüsalın atası Xaliq tərəfindən ona tam ödənildiyindən heç bir tələb və şikayəti yoxdur. O, məhkəmə istintaq zamanı ərizə verərək bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, sonunculardan heç bir şikayət və tələbi qalmamışdır. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Hunanlar kəndində ailəsi ilə birlikdə yaşayır və Ceyrançöl Su İdarəsində mexanik işləyir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndliləridir. Onlarla hər hansı yaxınlığı olmasa da tanışlıq münasibəti vardır. 15 oktyabr 2021-ci il tarixdə saat 23-24 radələri olardı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı evə gəlmişlər. Təqsirləndirilən şəxs2 şalvarının cibindən bir ədəd üzərində kitab şəklində ayrılmamış vəziyyətdə olan klonu olan qızıl boyunbağını və 3 ədəd “tarakan” formalı köhnə qızıl qadın üzüklərini göstərib ona demişdir ki, “həmin klonu olan qızıl boyunbağı və üzüklər anasına məxsusdur və həmin qızılları evdən oğurlamışıq”. Üzüklərin qaşı olmasını xatırlamır. Onların hər üçü ondan xahiş etmişlər ki, həmin qızılları özünün şəxsiyyət vəsiqə ilə satsın və ona bunun müqabilində əldə olunmuş puldan ona da verəcəklərini vəd etmişlər. O, da tamaha düşüb onlarla razılaşmışdır. Bundan sonra növbəti gün saat 09 radələrində Turalla birlikdə Tovuz şəhər avtovağzalından tanımadığı taksi ilə Gəncə şəhərinə getmişlər. Gəncə şəhər univermağında ona məxsus olan şəxsiyyət vəsiqəsindən istifadə etməklə bir ədəd, üzərində klonu olan qızıl boyunbağını 2000 (iki min) manata təxminən 40-45 yaşlarında kişiyə satmışdır. Həmin vaxt qızıl alan şəxs ondan şəxsiyyət vəsiqəsini istədikdə o, şəxsiyyət vəsiqəsini vermiş, həmin şəxs də şəxsiyyət vəsiqəsinin surətini çıxardıb ona qaytardıqdan sonra o şəxsiyyət vəsiqəsinin kserosurətinin arxasına qızıl-zinət əşyasının özünə məxsus olması barədə sözlər yazmış, bundan sonra qızıl boyunbağının çəkisi, klonun çəkisi və əyarları barədə yazdıqdan sonra imza edib soyadını da yazmışdır. Bununla da, həmin şəxsi qızıl boyunbağının və klonun oğurluq olmamasına inandırmışdır. Üç ədəd qızıl üzükləri isə təxminən 28-30 yaşlarında kişiyə cəmi, yəni üçüdə bir yerdə 400 (dörd yüz) manata satmışdır. Həmin şəxsə də qızıl üzüklərin oğurluq olması barədə heç bir söz deməmişlər. Gəncə şəhərindən Tovuz şəhərinə gəldikdə Tural onun 50 manat taksi pulunu qaytarmış və əlavə olaraq 400 manat da pul vermişdir. Bundan sonra Tovuz rayonu, Hunanlar kəndinə qayıtmışlar. X8 500 manat, Ramilə isə 400 manat pul vermiş, qalan pulu isə özü götürmüşdür. Bundan başqa 2021-ci ilin noyabr ayı idi, daha dəqiq tarixini xatırlamır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə həyətinə gəlmişlər. Təqsirləndirilən şəxs3 gəlməmişdir. Onlar həyətin darvazası açıq olduğu üçün həyətə daxil olub evin giriş qapısını döymüşlər. Həmin vaxt Turalın əlində bir ədəd dəmir seyf olmuşdur. Vüsal və Tural dəmir seyfi göstərib ona həmin seyfi Tovuz şəhərindən oğurladıqlarını bildirmişlər. Onlara həmin seyfin yaşadığı kənddən oğurlanıb-oğurlanmadığını dəqiqləşdirmək üçün yenidən sual verdikdə Vüsal və Tural Tovuz şəhərində tanımadığı şəxsin evindən oğurladıqlarını bildirib həmin seyfi açmağı xahiş etmiş və məbləği deməsələr də seyfdən çıxacaq puldan pay təklif etmişlər. O, da həyətdə olan “uqolnik”qırığı ilə seyfin qapısını açmış və seyfin içərisindən 100 (yüz) manat əskinazlardan ibarət pul və açıq şəkildə səpələnmiş sənədlər çıxmışdır. Pullar pul qabının içərisində olmuşdur. Tural həmin pullardan sayıb ona və Vüsala 1700 manat pul vermiş, qalan məbləği isə özünə götürmüşdür. Seyfdə cəmi 5700 manat pul olmuşdur. Tural və Vüsal çıxıb getdikdən sonra seyf onda qalmışdır. Həmin gündən bir gün sonra eşitmişdir ki, Vüsal Tovuz rayon polis şöbəsinə aparılmış, Turalı isə polislər axtarır. Tural və Vüsalın həmkəndlisi Tamellanın evindən oğurluq etdiyini bilib sənədləri sellofan torbaya qoyub axşam saat 22 radələrində Tamellanın evinə getmişdir. Orada ətrafa baxıb küçədə heç kimin olmadığına əmin olduqdan sonra Tamellanın evinin həyətinin giriş qapısının çöl hissəsindən qapı tutacağından sellofan torbanı asıb oradan uzaqlaşmışdır. Seyfi isə kənddən keçən çayın kənarına aparıb atmışdır. 21 noyabr 2021-ci il tarixdə günorta saatlarında polis əməkdaşları yaxınlaşıb ondan Tamella adlı qadının yaşadığı evdən oğurlanmış seyf və seyfin içərisində pul və sənədlər barədə soruşduqda Tural və Vüsalın yaşadığı evə qapısını açmaq üçün bir ədəd dəmir seyf gətirdiklərini bildirmişdir. Onun payına düşən 1700 manat pulu və dəmir seyfi sonradan istintaqa təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır və Gəncə univermağının qızıl-zinət əşyalarının qəbulu və satışı bölməsində işləyir. 2021-ci ilin oktyabr ayının ortalarında, daha dəqiq vaxtını xatırlamır, işdə olmuşdur. Günortaya yaxın vaxtlarda bir nəfər ilk dəfə gördüyü tanımadığı şəxs yanında olan digər tanımadığı ilk dəfə gördüyü şəxslə ona yaxınlaşıb özü ilə gətirdiyi üzərində kitab formalı klonu olan qızıl boyunbağını göstərib satmaq istədiyini deyib ondan almağı təklif etmişdir. Təklif edilən qızıl-zinət əşyasının həqiqətən bu şəxsə məxsus olub-olmamasını müəyyən etmək üçün ondan şəxsiyyət vəsiqəsini istədikdə bu şəxs şəxsiyyət vəsiqəsini ona vermişdir. O, da həmin şəxsin şəxsiyyət vəsiqəsinə baxdıqda onun özünün deməyinə görə Tovuz rayon Hunanlar kənd sakini Şahid1 olduğunu müəyyən etmişdir. Belə ki, həmin şəxsin ona təqdim etdiyi şəxsiyyət vəsiqəsində olan şəkli ilə özünün sifəti tam üst-üstə düşmüşdür. Bundan sonra ona inanmış və şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıb ona qaytardıqdan sonra həmin qızıl-zinət əşyası klonla birlikdə mağazada özünə məxsus elektron tərəzidə çəkmişdir. Burada qızıl boyunbağının əyarının 750, çəkisinin 23 qram, klonun çəkisinin isə 8,3 qram əyarının isə 585 olması müəyyən olunmuşdur. Bundan sonra, həmin şəxsə öz xətti ilə “oktyabr xx.xx.2021 il tarixdə qızıl əşyası satdım, Dostumun razılığı. Şəxsi öz qızılımdır. 31,28 qram çəkildi bir ədəd sep, 23 qram 750 prob bir ədəd klon, 8,3 qram, 585 prob imza Əmisraslanov” sözlərini yazdırmış və yazılmış həmin şəxsiyyət vəsiqəsinin surətini özündə saxlamış və Əmiraslanov tərəfindən satılmış sepin klonla birlikdə foto şəklini mobil telefonu ilə çəkdikdən sonra Şahid1 2000 (iki min) manat pul vermişdir. Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surətini, arxasında olan yazını və qızıl boyunbağının klonla birlikdə elektron tərəzi üstə çəkilmiş və üzərində 31,28 rəqəmi həkk edilmiş foto şəkli istintaqa təqdim edir. Həmin qızıl boyunbağının və klonun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Şahid1 ona almaq üçün başqa qızılzinət əşyası təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Аzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 9/4717 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda qızıl-zinət əşyalarının 2021-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3364 manat müəyyən edilir. Digər 2 ədəd hər biri 5 qram çəkidə 585 əyarlı brilyant qaşlı qızıl üzüklərin üzərində olan brilyant qaşların keyfiyyəti, ölçüsü, növü, istehsal yeri və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Hunanlar kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Hunanlar kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Hunanlar kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara vurlmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onların təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilir. Onların bu əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də onlar, həmin maddələr ilə təqsirli bilinib, sanksiyası daxilində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışmasını və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən hər bir epizod üzrə iştiraklarını nəzərə almışdır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmələrini qanuni və əsaslı olmaqla onların islah olunmaları, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Məhkəmə cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələblərini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 22 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan bir ədəd dəmir seyf hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan bir ədəd dəmir seyf hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Hakim Zaur Hünmətov