Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-41/2023 13.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X12 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X12 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 221.3cü maddələri ilə ittiham irəli sürülərək cinayət işi məhkəməyə verilmişdir. İbtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs 9 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Tovuz rayonu, Hunanlar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətində oğlu Zaman Verdiyevin sünnət edilməsi ilə əlaqədar təşkil etdiyi kiçik qonaqlıq mərasimində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra, qonaq çağırdığı həmkəndlisi X17 digər qonaqlardan mərhum qardaşının baldızı X18 və sonuncunun tanışı X9 məclisi tərk edərkən öz avtomobili ilə mənzil başına aparmasını özünə hörmətsizlik kimi qəbul edərək, bu məsələ ilə bağlı mobil telefon vasitəsilə Əli Salmanova zəng edib ona iradını bildirərək, bir daha onun evinə gəlməməsini tələb etmiş, lakin Əli Salmanovun onun yaşadığı evin həyətində təşkil etdiyi məclisə qayıtdığını görüb masa arxasından qalxıb evin yataq otağına keçərək, oradan özü ilə götürdüyü özünə məxsus bir ədəd 20 kalibrli, 10651-T nömrəli, ZK modelli, çaxmaqlı, tək hamar lüləli odlu ov tüfənginə bir ədəd içərisi qırma ilə dolu 20x70 kalibrli ov patronunu yerləşdirib evin həyətinə çıxmış, həmin tüfəngi evin həyətində ətrafdakı insanlara nümayiş etdirməklə Əli Salmanova tərəf tuşlayaraq hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatlığına səbəb olub, həyat və sağlamlıqlarına açıq təhlükə yaratmaqla ictimai qaydanı kobud surətdə pozan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək ətrafda olan şəxslərin də açacağı atəş nəticəsində xəsarət ala biləcəklərini, atəş açacağı təqdirdə əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, Əli Salmanova atəş açaraq sağlamlığına zərər vurmağı arzu etdiyi üçün onu cəzalandırmaq və cəmiyyət arasında rüsvay etmək hüququ olduğunu düşünərək özünü cəmiyyətin fövqündə görməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün Əli Salmanova xəsarət yetirmək niyyəti ilə onun çanaq nahiyyəsinin arxa səthinə bir dəfə atəş açmış, lakin sonuncu buna reaksiya verməklə ani olaraq kənara çəkildiyi üçün xəsarət almamış, həmin atəş nəticəsində yayılan qırmalar masada Əli Salmanovla üz-üzə əyləşmiş X1 ayağına dəyərək, ona sağ diz oynağının və sağ budun aşağı 1/3-nin sağ diz qapağı sümüyünün çoxqəlpəli və sağ bud sümüyünün iç kondilusunun açıq yerdəyişən sınığı ilə müşayiət edilən odlu silahqırma yarası xəsarətləri yetirmiş, sonuncu tibbi-yardım üçün aparıldığı Bakı şəhərində yerləşən 1 X33 Mərkəzdə 21 sentyabr 2022-ci il tarixdə aldığı həmin xəsarətlərdən ölmüş, yəni, odlu silahdan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq etmiş və X7 ehtiyatsızlıqdan öldürmüşdür. Həmin cinayət işinə məhkəmədə baxılan zaman, məhkəmə istintaqının sonunda zərərçəkmiş şəxs vəsatət verərək təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin, yəni, qəsdən adam öldürmə cinayətinin tərkibinin olduğunu bildirmiş və ona qəsdən adam öldürmə maddəsi ilə ittiham elan edilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs vəsatətində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci ildə odlu silahdan atəş açaraq atası X7 qəsdən qətlə yetirmişdir.Həmin hadisə ilə bağlı cinayət işi başlanılmış, lakin təqsirləndirilən şəxs barəsində atasını qəsdən öldürməsi ilə əlaqədar CM-nin 124.1 və 221.3-cü maddələri ilə cinayət işi açılmış və məhkəməyə göndərilmişdir.İstintaq orqanı Təqsirləndirilən şəxs barəsində düzgün və obyektiv istintaq aparmamışdır.Onun barəsində cinayət işi agır maddə ilə deyil, yüngül maddələr ilə məhkəməyə göndərilmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirərək belə hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə vəsatətin əsaslılığına sübutlar və əməlin tövsifi, yəni, maddi hüquqi əsaslar baxımından qiymət vermir. Çünki bu halda məhkəmə cinayət işinin məhkəmə baxışı üzrə yekun qərarının predmetinə aid olan məsələlərə müdaxilə etmiş olar, bununla isə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-in 21-ci maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipini, eyni zamanda CPM-də məhkəmənin əməlin tövsifinə münasibət bildirmə səlahiyyətlərini, belə münasibətin bildirilməsi vaxtını və müşavirə sirrini nəzərdə tutan 32, 33, 345 və 346-cı maddələrin tələblərini pozmuş olardı. Ona görə də, məhkəmə gəldiyi qərarı maddi hüquqi əsaslarla bağlı məhkəmə istintaqı nəticəsində yaranmış şübhələr ilə izah edir. İstər ibtidai, istərsə də məhkəmə istintaqı belə şübhələrə kifayət qədər əsas verir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində bildirmişdir ki, o ona verilmiş ittihamla özümü tam təqsirli bilir. 19 sentyabr 2022-ci il tarixdə oğlu Zaman Verdiyevi sünnət etdirdiyi üçün yaşadığı evin həyətində qonaqlıq təşkil etmiş, qonaqlığa qonşusu Ələsgəri, həmkəndliləri Ramalı, Əlini, Habili, Elşadı, Asifi, qardaşı Aftandilin baldızı Güneli və Günelin çobanı Əfsanəni dəvət etmişdir. Qonaqlıq 19 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində başlamış, saat 18 radələrinədək davam etmişdir. Qonaqlıqda gələn qonaqlar üçün spirtli içki də verməklə, özü də spirtli içki qəbul etmişdir. Saat 18 radələrində çörək və araq qurtardığı üçün marketə getmiş, marketə gedib qayıtdıqda Günelin, Günelin çobanı Əfsanənin və Əlinin masada olmadıqlarını görmüşdür. O masada əyləşən şəxslərdən Günelin, Əfsanənin və Əlinin harada olduqlarını soruşmuş, masada əyləşən şəxslər isə Günelin, Əfsanənin və Əlinin birlikdə qalxıb getdiklərini demişlər. Bundan sonra Əliyə zəng edib bir daha evinə gəlməməsini bildirmişdir. Daha sonra masada əyləşib yemək yemiş və spirtli işki içməyə davam etmişdir. Əli ilə telefon danışığından təxminən 1 saat sonra Əli yenidən yaşadığı evə gəlmiş və stolda oturmuşdu. O Əlinin gəlişini gördükdən sonra silah götürmək məqsədi ilə otağa keçmiş, otaqda silaha patron yerləşdirmiş, patronun birini isə əlinə götürmüşdür. O stolun başına gələrək Ələsgərin başının üzərində dasyanıb stolun əks istiqamətində oturan Əliyə etirazlarını bildirmiş, onunla 2-3 dəqiqə söhbət etmiş, onun davranışlarının səhv olduğunu ona bildirmişdir. Daha sonra isə o stolun o biri tərəfinə keçərək Əlinin başının üzərində, ondan 2-3 metr aralıda dayanaraq onu güllələyəcəyini bildirmiş, bu zaman Əli ondan atəş açmamağı xahiş etmiş və ayağa qalxmışdır. Ədalət onun xahişinə məhəl qoymayaraq o Əliyə doğru atəş açmış, bu zaman Əli yana çəkildiyindən qırmalar səpələnərək Ələsgərə dəymişdir. Ələsgərə dəyidiyini görəndən sonra o özünü itirmiş və nə edəcəyini bilməmişdir. Əgər Əli qaçmasa idi qırmalar Əliyə dəyəcəkdi. O güllənin Ələsgərə dəyməsini gördükdən sonra ikinci gülləni tüfəngə yerləşdirməkdən vaz keçmişdir. Ancaq onun məqsədi Əlini alçatmaq, onu arxa nahiyəsindən yaralayaraq mənəvi cəhətdən sındırmaq olmuşdur. O patronları ovçuluq mağazasından almış, 3 ədəd patron zavod istehsalı, 10 ədəd patron isə əl ilə doldurulmuş patronlar idi.Odur ki, ona təsdirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəmə istintaqında ifadəsində göstərmişdir ki, X2 onun atasıdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında atası X11 qonşusu Təqsirləndirilən şəxs yaşadığı evin həyətində təşkil etdiyi kiçik toy mərasimində qonaq kimi iştirak etmişdir. Həmin mərasimdə ev sahibi Təqsirləndirilən şəxs ilə Əli adlı həmkəndlisi arasında telefonda sözlə mübahisə yaranmış, Ədalət Əliyə onun qadın qonaqlarını məclisdən çıxarkən götürüb aparmasına acıqlanmış, Əliyə bir daha onun evinə gəlməməsini bildirmiş, lakin Əli mübahisənin səbəbini aydınlaşdırmaq üçün qayıdıb Ədalətin evinin həyətinə gəlmişdir. Əli məclisə qayıtdıqda stol arxasında atası Ələsgərlə üzbəüz əyləşmişdir. Hesab edir ki, o atasının və digər şəxslərin stolda olmasını gördüyü və bildiyi halda 2-3 metr məsafədən atəş açaraq atasını öldürmüşdür. Bu qəsdən adam öldürmədən başqa bir şey deyildir. O atasının güllələnməsi barədə məlumatı atası xəstəxanada olarkən almışdır. xx.xx.2022-ci il günortaya qədər atası Tovuz Rayon Mərkəzi Xəstəxanasında qalmış, xx.xx.2022-ci il tarixdə günorta saatlarında atasını təcili tibbi yardım avtomaşını ilə Bakı şəhərinə Travmatalogiya intitutuna göndərişlə aparmışlar və atası həmin xəstəxanada vəfat etmişdir. Odur ki, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs arvadıdır. X2 isə qonşusu olmuşdur. Oğlunun sünnət qonaqlığına qonşusu Ələsgər, həmkəndliləri Ramal, Əli, Habil, Elşad, Asif, eltisi Günay, Ədalətin mərhum qardaşı Aftandilin baldızı Günel və Günelin çobanı Əfsanəni də qonaqlığa dəvət etmişlər. 19 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində əri Ədalət çörək və araq qurtardığı üçün marketə getmiş, o marketə getdikdən təxminən 5-6 dəqiqə sonra Günel Əlidən onu və Əfsanəni Tovuz rayonu, Əlimərdanlı kəndinə aparmağı xahiş etdi. Günel və Əfsanə onunla sağollaşıb Əli ilə getdilər. Təxminən 15-20 dəqiqə sonra isə Ədalət evə qayıtdı. Ədalət məclisdə Günelin, Əfsanənin, Habilin və Əlinin masada olmadığını görüb, masada əyləşən şəxslərdən Günelin, Əfsanənin və Əlinin harada olduqlarını soruşdu. Onlar da Ədalətə Günelin və Əfsanənin Əli ilə birlikdə qalxıb getdiklərini dedilər. Bundan sonra Ədalət əsəbləşərək Əliyə zəng vurub ondan ona hörmətsizlik etdiyini, qonaqlarını niyə apardığını deyərək irad bildirdi.Məclisdə kişilərdən yalnız Ədalət və Ələsgər qaldı. Qadınlardan isə o, qızı və eltisi Günay qaldı. Bundan sonra o məclisin qablarını yumaq üçün həmin qabları evimizin arxa tərəfində yerləşən su quyusuna apardı. Su quyusunda qabları yuyarkən evin qarşısında olan məclisdən qəflətən guppultu səsi gəldi. O qabaları yerə atıb, tez məclisə tərəf qaçdı. Məclisə tərəfə qaçdıqda, Ələsgərin sağ ayağını tutduğunu və onun sağ ayağından qan axdığını gördü. Həmin vaxt Ədalətin əlində ov tüfəngi vardı və Əli də onların yanında idi. O Ədalətən nə baş verdiyini soruşdu. Ədalət ona Əlini görüb əsəbləşərək atış açdığını bildirdi. Bundan sonra Əli və X29 rayon Mərkəzi Xəstəxanasına apardılar. Hadisə olarkən o qabları yuduğundan hadisə baş verən anın şahidi olmamışdır. Silah yataqü otağında saxlanıldığından Ədalətin silahı götürüb onu doldurmasının da şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. 19 sentyabr 2022-ci il tarixdə saat 15-16 radələrində oTovuz rayonu, Hunanlar kəndində qohumu Ədalətin oğlu üçün təşkil etdiyi kiçik toy mərasiminə Əfsanə ilə bilrikdə getmişdi. O məclisdə bir saat oturduqdan sonra Əfsanə ilə birlikdə getmək qərarına gəldilər. O Əlidən oğluna pul göndərməli olduğumu deyib onu Tovuz rayonu, Əlimərdanlı kəndində Əfsanə ilə birlikdə düşürməsini xahiş etdi. Əli isə tanış olduğu üçün onun xahişini qəbul edib maşına oturmağı təklif etdi. O Əfsanə ilə maşına oturub getdilər. Maşında habil adlı şəxs də var idi. Yolda Habil adlı şəxs avtomobildən düşdü. Əlimərdanlı kəndinə çatanda o və Əfsanə Əlimərdanlı marketin qarşısında düşüb marketə girdilər. O hadisənin şahidi olmamış, bu barədə mərhum qardaşı Aftandilin arvadı Günay ona zəng edib Ədalətin evdə tüfəngdən atəş açdığını, Ələsgər adlı həmkəndlisinin yaralandığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 Günel Rəcəb qızının ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, X11 və X26 onun həmkəndliləridirlər. 19 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində o Tovuz rayonu, Hunanlar kəndində həmkəndlisi Təqsirləndirilən şəxs təşkil etdiyi qonaqlıq mərasiminə onun dəvəti ilə getmişdir. Orada ondan başqa həmkəndliləri Əli, Ələsgər, Ədalətin qardaşının baldızı Günel, Günelin çobanı olan Əfsanə və tanımadığı bir neçə başqa şəxslər var idi. Təxminən 1 saatdan sonra Ədalət marketə getmək üçün evdən çıxdı. O və Əli də getmək istədiklərini bildirdilər. Onlar avtomobilə tərəf gedərkən Ədalətin qonaqları olan Günel Əliyə onu və Əfsanə adlı qadını avtomaşınla Tovuz rayonu, Əlimərdanlı kəndində düşürməyini bildirdi. Yolda olarkən o Elçin adlı həmkəndlilərin kafesində düşdü. Əli isə Əlimərdanlı kəndinə gedib qadınları düşürüb qayıtdı. Onlar birlikdə Elçin adlı şəxsin kafesində əyləşib pivə sifariş edib içməyə başladılar. Bu vaxt Əliyə zəng gəldi. Əli danışıb qurtardıqdan sonra bir qədər əyləşib pivə içdi. Əli qalxarkən ona Ədalətin evinə gedib oturmağı təklif etdi. O da Əli ilə birlikdə Ədalətin yaşadığı evə getdilər və əvvəl oturduqları stolun arxasında oturdular. Ədalət Əlini giriş qapısının qarşısında gördükdə stuldan qalxıb evə getdi. Təxminən 1 dəqiqə sonra Ədalət əlində tüfənglə evin həyətinə çıxdı. O məclisdə həmkəndlisi Ələsgərin sağ tərəfində əyləşmişdi. Əli isə Ələsgərlə üzbəüz əyləşmişdi. Həmin vaxt Ədalətin arvadı həyətdə qab yuyurdu. Evdə isə qadınlar var idi. Ədalət tüfənglə bayıra çıxdıqda Əli ona əhəmiyyət vermədi. O Ədalətin iki metrliyinə gələrək tüfəngi ona tuşladı. O Əliyə səni güllələyəcəm deyirdi. Əli stuldan ayağa qalxaraq ona sakitləşməsini, tüfəngi yerə atmasını xahiş edirdi. Tüfəngdən atəş açılan an Əli çəkildi, bu an güllə stulda oturan Ələsgərə dəydi. Tüfəng Əli ilə üzbəüz vəziyyətdə, onun qarın nahiyəsinin aşağısına tuşlanmışdı. Atəş açdıqdan sonra tüfəngi əlindən aldılar və o yenidən atəş açmaq üçün tüfəngi almağa cəhd etmədi. O və Əli Ələsgəri dərhal qucaqlarına alıb onu Əlinin avtomaşınına arxa oturacağa uzandırıb Tovuz rayon Mərkəzi Xəstəxanasına apardılar. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, X11 onun həmkəndliləridirlər. 19 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində o Tovuz rayonu, Hunanlar kəndində həmkəndlisi Təqsirləndirilən şəxs təşkil etdiyi qonaqlıq mərasimində iştirak edirdi. Onu qonaqlığa Ədalət özü dəvət etmişdi. Həmin gün saat 16 radələrində o Ədalətin dəvəti ilə onun yaşadığı evə getdi. Orada ondan başqa həmkəndliləri Habil, Ələsgər, Ədalətin qardaşının baldızı Günel, Günelin çobanı olan Əfsanə və tanımadığı bir neçə başqa şəxslər var idi. Onlar həmin qonaqlıqda yemək yeyib spirtli içki olan araq içdilər. Təxminən 1 saatdan sonra Ədalət marketə getmək üçün evdən çıxdı. O təbrik üçün pul verdikdən sonra Ədalətin yaşadığı evin həyətindən çıxıb öz avtomaşınına tərəf getdi. Həmin vaxt Habil də Ədalətin oğlu Zamanı təbrik edib onunla birlikdə gəldi. O avtomobilə tərəf gedərkən Ədalətin qonaqları olan Günel ona onu və Əfsanəni avtomaşınla Tovuz rayonu, Əlimərdanlı kəndində düşürməyini bildirdi. O da onlara avtomobilə əyləşmələrini təklif etdi. O sükan arxasına, Habil ön sağ oturacağa, Günel və Əfsanə isə avtomobilin arxa oturacağına əyləşdilər. Yolda olarkən Habil Elçin adlı həmkəndlisinin kafesində düşdü. O isə qadınları düşürmək üçün Əlimərdanlı kəndi istiqamətində hərəkətini davam etdirdi. Əlimərdanlı kəndinə çatdıqda Əfsanə və Günel avtomaşından düşdülər. O onları avtomaşından düşürdükdən sonra Hunanlar kəndinə qayıdıb pivə sifariş edib içməyə başladı. Bu vaxt Ədalət özünə məxsus mobil nömrədən ona zəng etdi. Ədalət ondan qonaqlarını hara apardığını soruşdu. O da ona qonaqların ondan onları Əlimərdanlı kəndində düşürmələrini xahiş etdiklərini, onun da onları Əlimərdanlı kəndində avtomobildən düşürüb Hunanlar kəndinə qayıtdığını dedi. Ədalət isə ona yalan dediyini bildirdi və qadınları hara apardığını soruşdu. O isə ona Habillə birlikdə olduğunu, qadınları Əlimərdanlı kəndində düşürüb öz kəndlərinə qayıtdığını dedi. Lakin Ədalət ona inanmadı və ona yalan danışdığını dedi. O isə Ədalətə onlara qayıdıb gəldiyini və nə sözü varsa ona deməsini bildirdi. Ədalət ona onun yaşadığı evə gəlməməyini bildirdi. Lakin Ədalətin onu heç bir əsas olmadan yalan danışmaqda günahlandırdığı üçün o avtomaşınına əyləşib Habillə birlikdə Ədalətin yaşadığı evə qayıtdı. Habillə birlikdə stullardan birində əyləşdi. Ədalət onu giriş qapısının qarşısında gördükdə stuldan qalxıb evə getdi. Təxminən 1 dəqiqə sonra Ədalət əlində tüfənglə evin həyətinə çıxdı. O məclisdə həmkəndlisi Ələsgərlə üzbə-üz əyləşmişdi. Ələsgər arxası evə tərəf, Habil onun sağında, o isə Ələsgərlə üzbə-üz əyləşmişdi. Həmin vaxt Ədalətin arvadı həyətdə qab yuyurdu. Evdə isə qadınlar var idi. Ədalət tüfənglə bayıra çıxdıqda o ona əhəmiyyət vermədi. Əvvəlcə stolun əks tərəfindən dayanaraq ona iradlarını bildirirdi. Bu vaxt o Ədalətə nə üçün tüfənglə gəzirsən, gəlib onlarla əyləşmələrini bildirdi. Ədalət isə ona “səni gülləliyəcəm” deyirdi. O isə “sənə nə etmişəm, səninlə dost olmuşuq, məni niyə gülləliyirsən” cavabını verdi. O bu vaxt stuldan qalxıb, arxaya çevrilib ona baxdı. Ədalətin əlini tətiyə apardığını gördükdə tez tərpənib kənara çəkildiyi üçün tüfəngdən açılan atəş ondan yan keçdi. Bu vaxt evdə olan qadınlar bayıra çıxıb qışqırmağa başladılar. O Ədalətin əlində tüfəngi almaq üçün tüfəngdən yapışdı və ətrafda olan şəxslərin köməyi ilə tüfəngi onun əlindən birlikdə alıb, tüfəngi qadınlara verdilər. Ədalət isə sakitləşdi. Həmin an güllənin Ələsgərə güllə dəydiyindən xəbəri olmadı. Silahın içərisində olan patrondan başqa Ədalətin əlində də bir ədəd patron var idi. Ədalət atəş açmaq istəyən vaxt o ayaq üstə onunla üzbə-üz dayanmışdı.Silahın lüləsi aşağıya doğru istiqamətlənmişdi.Onun məqsədinin onu öldürmək olduğunu bilmirdi, ancaq elə hey “səni güllələyəcəyəm” deyirdi. Atəş nəticəsində qırmalardan biri onun cibində telefonuna dəymişdi. Ədalətin əlindən tüfəngi aldıqdan sonra əlində olan patronu özündə saxladı. Atəş açan ərəfədə ona kimsə müdaxilə etmədi. Atəş açdıqdan sonra digər patronu doldurmağa cəhd etmədi.Atəş açdıqdan sonra dərhal tüfəngi əlindən aldı.Tüfəngi əlindən aldıqdan sonra yenidən tüfəngi almağa cəhd etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Qeyd edilən Məcəllənin 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünə güvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Yəni, ehtiyatsızlıqdan adam öldürmədə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Hazırki halda atəş açılan zaman ictimai təhlükəli nəticənin qarşısını alacağını güman edə bilməzdi. Təqsirkar şəxs tüfəngi güllə ilə doldurub, digərini isə ehtiyat kimi saxlayaraq Əli Salmanova “səni gülləyəcəyəm” deyərək dolayısı ilə onu öldürəcəyini, onu həyatdan məhrum edəcəyini onun diqqətinə çatdırır və Əli Salmanovun tüfəngin istiqamətindən yayınması nəticəsində güllə ona dəyməyərək digər şəxsə dəyir.Yəni, Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bimir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli qərarının 1- ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 2-ci bəndində izah edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin, ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi hazırkı cinayət işi üzrə sübutlar qismində məhkəməyə hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini təqdim etmişdir. Hazırkı cinayət işinə məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və şahidlər, o cümlədən şahid Əli Salmanov ifadələrində təqsirləndirilən şəxsin tüfəngi götürərək həm içərisində patron olması, həm də əlində patron olmasını demişdir. Halbuki, istintaq zamanı bu hallara hüquqi qiymət verilməmişdir. Eyni zamanda istintaq materiallarında Əli Salmanovun oturaq vəziyyətdə olması istintaq zamanı sənədlərdən görünsə də, o atəş açılmazdan öncə ayaq üstə olmuşdur ki, bu hal təqsirləndirilən şəxsin Əli Salmanovun arxa nahiyəsinə güllə atıb onu alçalatmaq kimi niyyətinin olmasını aradan qaldırmış olur. Bu isə təqsirləndirilən şəxsin adam öldürməyə cəhd ilə hərəkət etməsi barədə əsaslı şübhələr yaradır. Bundan başqa da işin hallarından göründüyü kimi mərhum Ələsgər Ələsgərovdan başqa məclisdə digər şəxslərin olmasına baxmayaraq o nizamsız şəkildə atəş açdığı halda o səpələnmiş güllə yarasından vəfat etmişdir ki, bu halda əməlin ümumi təhlükəliliyi məsələsinin üzərində dayanılmalı olmasını da labüd edir. Təqsirləndirilən şəxs ikinci patronu da üzərində götürdüyü aydın şəkidə görünür. Hətta məhləmə iclasında verdiyi ifadəsində belə, o ikinci patronu götürsə də, həmin patrondan istifadə etmədiyini bildirmişdir. Məhkəmədə belə bir ehtimal formalaşır ki, onun ikinci patrondan istifadə etməməsi özündən asılı olmayan səbəblərdən baş vermişdir. Yəni, o Ələsgərin yaralandığını görmüş və bu zaman niyyətini həyata keçirə bilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs sərxoş olsa da belə Günelin, Günelin çobanı Əfsanənin və Əlinin masada olmadığını nəzərində saxlamışdır. O həmin vaxt hərəkətlərini nizama salmaq iqtidarında olmuş və elə həmin andan onun Əliyə qarşı ondan intiqam hissinin alınması formalaşmış olmuşdur. Digər tərəfdən də göründüyü kimi Əli Salmanov patronların bəzilərinin zavod istehsalı, bəzilərinin isə özünün doldurduğunu qeyd etmişdir. Stolun arxası betondan olmaqla atılmış qırmaların həmin betondan geri qayıdaraq ətrafdakılara xəsarət yetirmə imkanının reallığı əməlin ümumi təhlükələliyini artırır ki, istintaq zamanı işin bu hallarına da hüquqi qiymət verilməmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Krimanilstik Tədqiqatlar İdarəsinin 27 yanvar 2023-cü il tarixli, 23/63 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 13 ədəd patronlardan 10 ədədinin daxili komponentləri sonradan kustar üsulla doldurulmuşdur. 15 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan görünür ki, o ifadəsində qeyd edir ki,”mən Əliyə yüngül xəsarət yetirmək istədiyimdən, tüfəngi götürüb içərisinə cəmi 1 ədəd patron yerləşdirmişdim.Çünki, mən Əli Salmanova 1 dəfə atəş açıb ona yüngül xəsarət yetirərək onu kənd arasında biabır etmək istəyirdim”. İstintaq zamanı tügəngin tək lülə olması, onsuz da tüfəngə bir patronun yerləşdiriməsinin mümkün olması, ikinci patronun isə əlində götürərək həyətə çıxması kimi hallar əməlin tövsifinə köklü şəkildə təsir edən hallardır ki, bu hallara ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirləndirilən şəxsin özünün də ifadəsindən müəyyən edildiyi kimi Əli Salmanovun tüfəngin qarşısından yayınması ilə Əliyə münasibətdə ölüm hadisəsi baş vermir. Əli Salmanov isə ifadəsində göstərir ki, Təqsirləndirilən şəxs Əli Salmanova “səni güllələyəcəyəm” deyərək tüfəngin lüləsini ona tuşlamışdır. İşdəki psixoloji rəydən də göründüyü kimi Təqsirləndirilən şəxs praktiki olaraq öz fikirlərini müdafiə etməyə meyillidir. Belə olduğu halda zərərçəkmişə “səni alçaldacağam” yox, “səni güllələyəcəyəm” deyərək öz fikirlərini müdafiə etmiş və sonda ona doğru atəş açmışdır. Əli Salmanov ayaq üstə dayandığı halda Əlinin arxa nahiyəsinə atəş açılması mümkün deyildir. Onun bu dəlilləri istintaq orqanı tərəfindən olduğu kimi qəbul edilmiş, özünü müdafiə xarakterli dəlillər olubolmamasına yetərincə hüquqi qiymət verilməmişdir. Bundan başqa göründüyü kimi şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham verilərkən əməlin obyektiv cəhəti kimi X3 yaşadığı evin həyətində təşkil etdiyi məclisə qayıtdığını görüb masa arxasından qalxıb evin yataq otağına keçərək, oradan özü ilə götürdüyü özünə məxsus bir ədəd 20 kalibrli, 10651-T nömrəli, ZK modelli, çaxmaqlı, tək hamar lüləli odlu ov tüfənginə bir ədəd içərisi qırma ilə dolu 20x70 kalibrli ov patronunu yerləşdirib evin həyətinə çıxması, həmin tüfəngi evin həyətində ətrafdakı insanlara nümayiş etdirməklə Əli Salmanova tərəf tuşlaması müəyyən edilmişdir. Göründüyü kimi tüfəngi evin həyətində ətrafdakı insanlara nümayiş etdirmək, sonra həmin tüfəngdən atəş açmaqla daha əvvəl tüfəngi nümayiş etdirdiyi insanların da həyatını təhlükədə qoymuş və o insanlardan biri, yəni Ələsgər həmin güllə yarasından vəfat etmişdir. Beləliklə bütün yuxarıda göstərilənlər qəsdən adam öldürməyə cəhd və ümumi təhlükəli üsulla adam öldürməyə əsaslı şübhələr yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həmçinin onun yurisdiksiyasında yaşayanların həyatını qorumaq üçün müvafiq addımlar atmağa sövq edir (L.C.B. Birləşmiş Krallığa qarşı iş üzrə 1998-ci il 9 iyun tarixli Qərar). Ümumiyyətlə, bu baxımdan dövlətin yaşamaq hüququnu təmin etmək üçün səmərəli cinayət hüquq normalarını qəbul etmək və hüquq mühafizə mexanizminin vasitəsi ilə həmin normaların pozulmasının qarşısını almaq, bu pozuntulara qarşı mübarizəni aparmaq və onlara görə cəzalandırmaq öhdəliyi mövcuddur (X15rşı iş üzrə 1998-ci il 28 oktyabr tarixli Qərar § 115). Cinayət Məcəlləsinin 120–143-1-ci maddələri məhz insanın həyat və sağlamlığına qarşı olan əməllərə görə cinayət məsuliyyətini müəyyən edir. Cinayət qanunvericiliyi təqsirin iki - qəsd və ehtiyatsızlıq formalarını fərqləndirir. Belə ki, Cinayət Məcəlləsinin 24-cü maddəsinə əsasən, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Cinayət hüquq nəzəriyyəsində təqsirin qarışıq (ikili) forması da fərqləndirilir. Qarışıq təqsir ilə törədilən cinayət zamanı şəxsin ictimai təhlükəli əmələ münasibəti qəsd, bu əməlin ictimai təhlükəli nəticələrinə münasibəti isə ehtiyatsızlıq formasında ifadə olunur. İkili təqsir forması ilə törədilən cinayətlər obyektiv cəhətin quruluşundan asılı olaraq iki qrupa bölünür: iki nəticəyə səbəb olan maddi tərkibli cinayətlər; ehtiyatsızlıqdan daha ağır nəticələrə səbəb olmuş formal tərkibli cinayətlər. Cinayət Məcəlləsinin Ümumi hissəsində qarışıq (ikili) təqsir müstəqil təqsir forması kimi müəyyən olunmasa da, Məcəllənin Xüsusi hissəsi ilə nəzərdə tutulan bəzi cinayət tərkibləri onların qarışıq təqsir forması ilə törədilməsini söyləməyə əsas verir. Cinayət Məcəlləsinin heç bir maddəsinin mətni həm qəsdi, həm ehtiyatsızlığı, həm də təqsirin qarışıq formasını ehtiva edən norma kimi ifadə edilməmiş, təqsirin formaları aydın müddəalar vasitəsi ilə bir-birindən fərqləndirilmişdir. Bu, həmçinin onunla izah edilir ki, əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinin qanunverici tərəfindən fərqləndirilməməsi və hətta ictimai təhlükəliliyi aşkar fərqli olan həmin əməllərə görə eyni sanksiyanın müəyyən edilməsi qeyri-mümkündür və əks yanaşma Cinayət Məcəlləsinin 8ci maddəsi ilə təsbit edilmiş ədalət prinsipinə zidd olar. Cinayət Məcəlləsinin şərh edilən 120-ci maddəsinin məzmunu, həmin maddənin sanksiyası və bütövlükdə Məcəllədə nəzərdə tutulmuş həyat və sağlamlıq əleyhinə olan cinayətlərin əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, qeyd olunan cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd formasında törədilir. Cinayət Məcəlləsinin 25.1-ci maddəsinə görə, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd olunanlar baxımından məhkəmə təqsirlilik barədə məsələyə qabaqcadan hüquqi qiymət vermədən hesab edir ki, məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin - qəsdən adam öldürmə cinayətinin əlamətlərinin mövcud olması barədə əsaslı şübhələr vardır. Buna görə də, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş vəsatət təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinin tələblərinə əsasən məhkəmə həbsdə saxlanılan Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxaraq belə nəticəyə gəlir ki, onun həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 13 iyun 2023-cü ilədək müəyyən edilməlidir. Məhkəmə şərh olunalara əsasən və Azərbaycan Respublikası CPM-in 318.2 və 321-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Zərərçəkmiş şəxsin hüquqi varisi X5 vəsatəti təmin edilsin. Cinayət işinə baxılmasına xitam verilsin və həmin cinayət işi Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz Rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, 13 iyun 2023-cü ilədək müəyyən edilsin. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-41/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-41/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver