Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-41/2024 17.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Tovuz rayonu, Azaflı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin qiyməti 300 (üç yüz) manat olmaqla 10 baş, 3000 (üç min) manat dəyərində qoyunları, hər birinin qiyməti 270 (iki yüz yetmiş) manat olmaqla 9 baş, 2430 (iki min dörd yüz otuz) manat dəyərində qoyunları, hər birinin qiyməti 260 (iki yüz altmış) manat olmaqla 4 baş, 1040 (bir min qırx) manat dəyərində quzuları, hər birinin qiyməti 215 (iki yüz on beş) manat olmaqla 2 baş, 430 (dörd yüz otuz) manat dəyərində quzuları, hər birinin qiyməti 180 (bir yüz səksən) manat olmaqla 3 baş, 540 (beş yüz qırx) manat dəyərində keçiləri və hər birinin qiyməti 160 (bir yüz altmış) manat olmaqla 3 baş, 480 (dörd yüz səksən) manat dəyərində oğlaqları oğurlamaqla Zərərçəkmiş şəxs cəmi 7920 (yeddi min doqquz yüz iyirmi) manat məbləğində yəni, xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşadığı evdən çıxıb piyada “Dondar Priyezi” adlanan əraziyə getmişdir. O, oraya çatıb tanıdığı şəxslərdən ona borca pul vermələrini istəmişdir. Həmin şəxslər də ona borca pul verməkdən imtina edib hazırda öz maddi vəziyyətlərinin yaxşı olmadığını bildirmişlər. Belə olan halda o, piyada Tovuz rayonu, Azaflı kəndi istiqamətinə getmişdir. O, yolun kənarı ilə Azaflı kəndinə doğru piyada gedərkən düşünmüşdür ki, heç bir kəs ona borca pul verməyəcək və o zaman qərar vermişdir ki, oğurluq edərək pul əldə etsin. O, bir xeyli gedib Azaflı kəndinə çatmış və kəndin küçələrindən birinə daxil olub piyada yeriməyə davam etmişdir. O, bir xeyli də gedib kəndin qurtaracağına çatmışdır. Həmin yerə çatanda görmüşdür ki, yaşayış evləri də seyrəkləşib. Bu zaman o düşünmüşdür ki, evlərin sayı az və bir-birindən aralı olduğundan burada oğurluq etmək üçün şərait ola bilər. Elə bu zaman yaxınlığında dayandığı evin tövləsindən qoyun mələməsi səslərini eşitmişdir. O, həmin tərəfə baxanda görmüşdür ki, tövlə evin girişindədir və həyətə keçmək giriş qapısı taxtadan olduğu üçün ona çətinlik yaratmayacaq. O, tez ətrafına baxıb bir kimsənin gəlmədiyinə və onu görmədiyinə əmin olduqdan sonra həmin evin həyətinin girişinə qoyulmuş və bağlı olmayan taxta qapını itələyib həyətə daxil olmuşdur. Həmin vaxt taxtadan olan həyətə giriş qapısı açıq qalmışdır. O, həyətə keçib oradan da tövləyə daxil olmuşdur. O, tövlənin giriş qapısının üzərində dəmir iplə eninə bərkidilmiş taxta nərdivanı çəkib onu dəmir ipdən qoparmış və asta bir şəkildə yerə qoymuşdur. O, həmin tövləyə tövlənin taxtadan və taxtanın üzərinə bərkidilmiş dəmir şiferdən ibarət ümumi giriş qapısından daxil olmuşdur. Tövlənin ümumi giriş qapısından sonra daha iki taxta qapısı olmuşdur. Onlardan sol tərəfdəki qapını açanda tövlənin iri buynuzlu heyvanlar olan hissəsi yerləşir və həmin qapı açıq olmuş, sağ tərəfdəki qapıdan isə tövlənin xırda buynuzlu heyvanlar olan hissəsi keçilir və həmin qapı da açıq olmuşdur. Bu zaman o, cəld bir şəkildə tövlənin xırda buynuzlu heyvanlar olan hissəsinə girmiş və oradakı heyvanların bir qismini bayıra çıxarıb tövlənin iri buynuzlu və xırda buynuzlu heyvanlar olan giriş qapılarını və tövlənin ümumi giriş qapısını örtmüşdür. O, tez həmin xırda buynuzlu heyvanları evin həyətinin ümumi giriş qapısından bayıra çıxarıb bir az uzaqlaşdıqdan sonra onları saymağa başlamışdır. O, Tovuz rayonu, Azaflı kəndində yerləşən evin tövləsindən oğurladığı xırda buynuzlu heyvanları saymağa başlayanda görmüşdür ki, onlardan 20 başı qoyun-quzudan, 6 başı isə keçi və oğlaqdan ibarətdir. Sonra o, həmin tövlənin qarşısından götürmüş olduğu çubuq ilə oğurladığı 26 baş xırda buynuzlu heyvanları piyada elə gəlmiş olduğu yol ilə yaşadığı Tovuz rayonu, Aşağı Quşçu kəndinə getmiş və həmin heyvanları yaşadığı evin qonşuluğunda yerləşən və hazırda yaşayış olmayan qohumu Məzahir adlı şəxsin evindəki əldamına salaraq damın qapısını örtmüşdür. Sonra gedib öz yaşadığı evdə yatmışdır. Səhər, yəni xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində yuxudan oyanıb evdən çıxmış və heyvanları saxladığı qohumu Məzahirin evinə gəlmişdir. O, həmin xırda buynuzlu heyvanlar olan əldamının qapısını açıb fəhləlik etmək üçün işə getmişdir. Sonra o, həmin gün axşam tərəfi işdən evə gəlmiş və eşitmişdir ki, oğurladığı 26 baş xırda buynuzlu heyvanı qonşulardan kimsə qohumu Məzahirin bağında görüb polisə bu barədə məlumat vermişdir. Polis də xırda buynuzlu heyvanların sahibini çağırıb heyvanları adını sonradan bildiyi sahibi, Tovuz rayonu, Azaflı kənd sakini Namiq adlı şəxsə təhvil vermişlər. O, həmçinin qeyd etmişdir ki, həmin xırda buynuzlu heyvanları şərait yaranan kimi satıb pul əldə etmək məqsədi ilə oğurlamış, lakin polislər tərəfindən qısa vaxt ərzində saxlanıldığı üçün həmin heyvanlardan heç birini sata, kiməsə bağışlaya və kəsib yeməyə imkanı olmamışdır. O, bu barədə hər hansı şəxs və ya şəxslərə məlumat verməmiş, nə də ki, onun etmiş olduğu oğurluq əməli barədə hər hansı şəxs və ya şəxslərin məlumatı olmamışdır. Həmçinin ona Tovuz rayonu, Azaflı kəndində törətmiş olduğu oğurluq əməlini icra edərkən və yaxud icra etməzdən əvvəl hər hansı şəxs və ya şəxslər köməklik etməmişdir. O, bu əməli tək törətmişdir. Əminliklə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Tovuz rayonu, Azaflı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus 31 baş deyil, cəmi 26 baş xırda buynuzlu heyvanları oğurlamışdır. Çünki o, həmin vaxt xırda buynuzlu heyvanları tövlədən çıxaran kimi bir neçə dəfə saymış və dəqiq saylarının ümumilikdə 26 baş olduğunu görmüşdür. Ola bilsin həmin vaxt tövlənin qapısını açıb xırda buynuzlu heyvanları tövlədən bayıra çıxaranda həmin 5 baş xırda buynuzlu heyvanlar onun diqqətindən yayınaraq tövlədən çıxıb harayasa getmişlər və həmin xırda buynuzlu heyvanları getdikləri yerdə vəhşi heyvanlar yemişdir. Zərərçəkmiş şəxs məxsus 5 baş xırda buynuzlu heyvanların harada olması barədə məlumatı yoxdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir və etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Azaflı kəndində yaşayır. Həmçinin yaşayış evinin həyətinin girişindən sağ tərəfdə iri və xırda buynuzlu heyvanları saxladığı tövlə yerləşir. Həmin tövlə iki hissədən ibarət olmaqla iki giriş qapısı vardır. Tövlənin giriş qapılarını açmaq üçün tövlənin qarşısında olan bir ədəd taxta üzərinə bərkidilmiş şifer qapını açmaq lazımdır. Tövlənin birinci hissəsinə iri buynuzlu heyvanları, ikinci hissəsinə isə xırda buynuzlu heyvanları salır. Tövlənin giriş qapıları taxtadandır. O, iri buynuzlu və xırda buynuzlu heyvanları Tovuz rayonu, Azaflı kəndində yerləşən yaşadığı evin yaxınlığındakı otlaq sahəsində otarır. xx.xx.2023-cü il tarixdə o, təxminən saat 19 radələrində iri buynuzlu və xırda buynuzlu heyvanlarını otlaq sahəsindən gətirib tövləyə salmışdır. Daha sonra gedib yaşadığı evdə ailə üzvləri ilə axşam yeməyi yeyib yatmışdır. xx.xx.2023-cü il tarixdə, saat 06-ya 10 dəqiqə qalmış mobil telefonunun zəngli saatı onu yuxudan oyandırmışdır. O, yuxudan oyanıb əl-üzünü yumuş və heyvanları otlaq sahəsinə aparmaq üçün yaşadığı evin həyətində yerləşən tövləyə tərəf getmişdir. O, tövləyə çatanda görmüşdür ki, evin həyətinə daxil olmaq üçün qoymuş olduğu taxtadan olan giriş qapısının dəmir ipi açılmışdır. Sonra o, tövlənin giriş hissəsinə baxanda görmüşdür ki, tövlənin giriş hissəsinin üst tərəfinə qoymuş olduğu taxta nərdivan yerdədir. O, bunları görüb tövlədən heyvanlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını ehtimal etmişdir. Bunu dəqiqləşdirmək üçün tövləyə daxil olub əvvəl iri buynuzlu heyvanlarını saymağa başlamış və onların saylarının düz olduğunu müəyyən etmişdir. Sonra o, xırda buynuzlu heyvanlarını saymağa başlayanda təxminən 40 baş xırda buynuzlu heyvanlarının tövlədə olmadığını müəyyən etmiş və dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək yaşadığı evin tövləsindən 40 baş xırda buynuzlu heyvanlarının oğurlanması barədə məlumat vermişdir. Sonra o, bir neçə dəfə xırda buynuzlu heyvanlarını saydıqdan sonra onlardan dəqiq bir şəkildə 31 baş xırda buynuzlu heyvanın tövlədə olmadığını aşkar etmişdir. O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Tovuz rayon Polis Şöbəsinə müraciət edərək yaşadığı evin tövləsindən 31 baş xırda buynuzlu heyvanlarının naməlum şəxs və şəxslər tərəfindən oğurlanmasını bildirdikdən sonra həmin gün təxminən günorta saatlarında polis əməkdaşlarının köməkliyi ilə oğurlanmış 31 baş xırda buynuzlu heyvanlarından 26 başını, yəni onlardan 14-ü qoyun, 6-sı quzu, 3-ü keçi və 3-ü oğlaq olmaqla xırda buynuzlu heyvanları Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən və insan yaşamayan evin bağından tapmışdır. O, həmin vaxt görmüşdür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən həmin evdəki 26 baş xırda buynuzlu heyvanlar ona məxsusdur və onların hər biri salamatdır. Bununla bağlı Tovuz rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. xx.xx.2023-cü il tarixdə Tovuz rayon Polis Şöbəsindən ona zəng edərək yaşadığı evin həyətindəki tövlədən 31 baş xırda buynuzlu heyvanlarını oğurlayan şəxsin tapıldığını demişlər. O, da 31 baş xırda buynuzlu heyvanları oğurlayan şəxsi tanımaq üçün vaxt itirmədən Tovuz rayon Polis Şöbəsinə gəlmişdir. O, Tovuz rayon Polis Şöbəsinə gəlmiş və yaşadığı evin həyətində yerləşən tövlədən 31 baş xırda buynuzlu heyvanları oğurlayan şəxsin Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış və onun Təqsirləndirilən şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onun Tovuz rayonu, Azaflı kəndində yaşadığı evin tövləsindən Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən diri çəkisi təxminən 40 kq, təmiz ət çıxarı isə 20 kq olan, 4 yaşar, dişi cinsli, 3 dəfə doğmuş, yerli cinsə (sorta) aid və hazırda hamısı boğaz olan 10 baş qoyun, diri çəkisi təxminən 36 kq, təmiz ət çıxarı isə 18 kq olan, 3 yaşar, dişi cinsli, 2 dəfə doğmuş, yerli cinsə (sorta) aid və hazırda hamısı boğaz olan 9 baş qoyun, diri çəkisi təxminən 30 kq, təmiz ət çıxarı isə 15 kq olan, 9 aylıq, dişi cinsli, yerli cinsə (sorta) aid 4 baş quzu, diri çəkisi təxminən 25 kq, təmiz ət çıxarı isə 12 kq olan, 7 aylıq, dişi cinsli, yerli cinsə (sorta) aid olan 2 baş quzu, diri çəkisi təxminən 30 kq, təmiz ət çıxarı isə 15 kq olan, 4 yaşar, dişi cinsli, 3 dəfə doğmuş, yerli cinsə (sorta) aid olan 3 baş keçi, diri çəkisi təxminən 16 kq, təmiz ət çıxarı isə 8 kq olan, 8 aylıq, dişi cinsli, yerli cinsə (sorta) aid olan 3 baş oğlaq oğurlanmışdır. Və onların ümumilikdə təxmini bazar qiyməti 7628 (yeddi min altı yüz iyirmi səkkiz) manatdır. Ona məxsus Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədən Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 25 oktyabr 2023-cü il tarixdə ümumilikdə 26 baş deyil də onlardan 19-u qoyun, 6-sı quzu, 3-ü keçi və 3-ü də oğlaq olmaqla ümumilikdə 31 baş xırda buynuzlu heyvanları oğurlanmışdır. 26 oktyabr 2023-cü il tarixdə, təxminən günorta saatlarında polis əməkdaşlarının köməkliyi ilə oğurlanmış 31 baş xırda buynuzlu heyvanlarından 26 başı, yəni onlardan 14-ü qoyun, 6-sı quzu, 3-ü keçi və 3-ü oğlaq olmaqla xırda buynuzlu heyvanları Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən və insan yaşamayan evin bağından tapılmışdır. Lakin digər diri çəkisi təxminən 40 kq, təmiz ət çıxarı isə 20 kq olan, 4 yaşar, dişi cinsli, 3 dəfə doğmuş, yerli cinsə (sorta) aid və hazırda hamısı boğaz olan 5 baş qoyunu Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarılmamış və həmçinin onların ümumi pul qarşılığı, yəni həmin qoyunların hər birinin təxmini bazar qiymətini 300 (üç yüz) manatdan hesablayanda ümumilikdə 1500 (bir min beş yüz) manat maddi ziyanı ona ödəməmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətindəki tövlədən oğurlamış olduğu 31 baş xırda buynuzlu heyvanlarından, polis əməkdaşlarının köməkliyi ilə tapılmış 26 baş xırda buynuzlu heyvanlardan əlavə 5 baş xırda buynuzlu heyvanlarını ona geri qaytarmamağına və onların hər birinin təxmini bazar qiymətini 300 (üç yüz) manatdan hesablayanda ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyanını ona ödəmədiyinə baxmayaraq hazırda o, Təqsirləndirilən şəxslə barışmış və onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən zaman Şahid1 Heydər qızı göstərdi ki, Tovuz rayonu, Azaflı kəndində əri Zərərçəkmiş şəxslə birlikdə fərdi yaşayış evində yaşayır. Həmin yaşayış evinin həyətinin girişindən sağ tərəfdə iri və xırda buynuzlu heyvanları saxladıqları tövlə yerləşir. Həmin tövlənin iki hissədən ibarət olmaqla iki giriş qapısı vardır. Tövlənin giriş qapılarını açmaq üçün tövlənin qarşısında olan bir ədəd taxta üzərinə bərkidilmiş şifer qapını açmaq lazımdır. Tövlənin birinci hissəsində iri buynuzlu heyvanlar, ikinci hissəsində isə xırda buynuzlu heyvanlar saxlanılır. Tövlənin giriş qapıları taxtadandır. Əri Zərərçəkmiş şəxs iri buynuzlu və xırda buynuzlu heyvanlarını Tovuz rayonu, Azaflı kəndində yerləşən yaşadıqları evin yaxınlığındakı otlaq sahəsində otarır. xx.xx.2023-cü il tarixdə əri Zərərçəkmiş şəxs təxminən saat 19 radələrində iri buynuzlu və xırda buynuzlu heyvanlarını otlaq sahəsindən gətirib tövləyə salmışdır. Daha sonra həmin gün onlar birlikdə axşam yeməyi yeyib yatmışlar. xx.xx.2023-cü il tarixdə, saat 06-ya 10 dəqiqə qalmış mobil telefonunun zəngli saatı onları yuxudan oyandırmışdır. Həmin vaxt əri Zərərçəkmiş şəxs yuxudan oyanıb əl-üzünü yuyub və heyvanları otlaq sahəsinə aparmaq üçün yaşadıqları evin həyətində yerləşən tövləyə tərəf getmişdir. Çox keçmədən onun əri Zərərçəkmiş şəxs onu səsləyib yanına çağırmışdır. O da əri Zərərçəkmiş şəxs yanına, yəni tövlənin qarşısına getmişdir. Bu zaman əri Zərərçəkmiş şəxs təxminən 40-a yaxın xırda buynuzlu heyvanlarının oğurlandığını ona demişdir. O, həmin vaxt ətrafa göz gəzdirmiş və evin həyətinə daxil olmaq üçün qoymuş olduqları taxtadan olan giriş qapısının dəmir ipinin açıldığını və tövlənin giriş hissəsinə, yəni tövlənin giriş hissəsinin üst tərəfinə qoymuş olduqları taxta nərdivanın yerdə olduğunu görmüşdür. Onlar bunu görüb tövlədən heyvanlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını ehtimal etmişlər. Həmin vaxt əri Zərərçəkmiş şəxs xırda buynuzlu heyvanlardan təxminən 40 baş xırda buynuzlu heyvanların tövlədə olmadığını müəyyən edib dərhal bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra onlar bir neçə dəfə xırda buynuzlu heyvanlarını saydıqdan sonra onlardan dəqiq bir şəkildə 31 baş xırda buynuzlu heyvanın tövlədə olmadığını aşkar etmişlər. Onun əri Zərərçəkmiş şəxs 26.10 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Tovuz rayon Polis Şöbəsinə müraciət edərək yaşadıqları evin tövləsindən 31 baş xırda buynuzlu heyvanlarının naməlum şəxs və şəxslər tərəfindən oğurlanmasını bildirdikdən sonra həmin gün təxminən günorta saatlarında polis əməkdaşlarının köməkliyi ilə oğurlanmış 31 baş xırda buynuzlu heyvanlardan 26 başı, yəni onlardan 14-ü qoyun, 6-sı quzu, 3-ü keçi və 3-ü oğlaq olmaqla xırda buynuzlu heyvanları Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən və insan yaşamayan evin bağından tapılmışdır. xx.xx.2023-cü il tarixdə Tovuz rayon Polis Şöbəsindən əri Zərərçəkmiş şəxs zəng edərək yaşadıqları evin həyətindəki tövlədən 31 baş xırda buynuzlu heyvanlarını oğurlayan şəxsin tapıldığını demişlər. O, da 31 baş xırda buynuzlu heyvanlarını oğurlayan şəxsi tanımaq üçün vaxt itirmədən Tovuz rayon Polis Şöbəsinə getmiş və yaşadıqları evə qayıtdıqdan sonra evlərinin həyətində yerləşən tövlədən 31 baş xırda buynuzlu heyvanlarını oğurlayan şəxsin Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs olduğunu ona demişdir. O və əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış və onların Zərərçəkmiş şəxslə heç bir ədavət və düşmənçilikləri olmamışdır. Onun əri Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədən Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 25 oktyabr 2023-cü il tarixdə ümumilikdə 26 baş deyil də onlardan 19-u qoyun, 6-sı quzu, 3-ü keçi və 3-ü də oğlaq olmaqla ümumilikdə 31 baş xırda buynuzlu heyvanlarımız oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 göstərdi, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində olan zaman təmiz hava qəbul etmək üçün evin bağına getmişdir. Bu zaman o, evinin bağında gəzişərkən bir də görmüşdür ki, onunla qonşu olan əmisi Şahid3 fərdi yaşayış evinin bağında saylarını dəqiq xatırlamadığı bir neçəsi qoyun bir neçəsi də keçi olmaqla xırda buynuzlu heyvanlar otlayırlar. O, həmin xırda buynuzlu heyvanları əmisi Şahid3 fərdi yaşayış evinin bağında ilk dəfə gördüyündən düşünmüşdür ki, onları təzəlikcə almışdır və ona görə də xeyir-dua vermək məqsədi ilə həmin vaxt mobil telefonunu cibindən çıxarıb əmisi Şahid3 zəng etmişdir. Bu zaman əmisi Şahid3 onun zəngini qəbul etmiş və onlar bir qədər hal-əhval tutduqdan sonra o, əmisi Şahid3 bağında otlayan xırda buynuzlu heyvanlar ilə bağlı xeyir-dua verməyə başlamışdır. Həmin vaxt əmisi Şahid3 onun vermiş olduğu xeyir-duaya təəccüblənərək hazırda evinin bağında otlayan xırda buynuzlu heyvanların ona məxsus olmadığını və həmin heyvanların hansı yolla evinin bağına daxil olub orada otladıqlarından xəbərinin olmadığını bildirmişdir. Həmçinin əmisi Şahid3 özünün və ailəsinin hazırda Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evində olmadıqlarını və hazırda işləri ilə əlaqədar olaraq Tovuz rayonu, Muncuqlu kəndi ərazisində yaşadıqlarını bildirib ondan Tovuz rayonu, Aşağı Quşçu kəndinin inzibati ərazisinin polis sahə rəisi, polis mayoru Şahid4 mobil nömrəsinin onun telefonunda olub-olmadığını soruşmuşdur. Həmin vaxt o da kəndlərinin polis sahə rəisi, polis mayoru Şahid4 telefonunda qeyd olunmuş mobil nömrəsini əmisi Şahid3 vermişdir. Həmin gün bir neçə saat sonra kəndlərinin polis sahə rəisi, polis mayoru Şahid4 yanında bir nəfər polis əməkdaşı və əvvəlcədən tanımadığı və adını bilmədiyi təxminən 45-50 yaşlarında bir kişi ilə əmisi Şahid3 evinə gəlmişlər. O, da polis əməkdaşlarını görüb əmisi Şahid3 evinə gəlmişdir. Onlar birlikdə əmisi Şahid3 məxsus fərdi yaşayış evinin bağına girmişlər. Həmin vaxt onun bir neçə saat əvvəl əmisi Şahid3 evinin bağında görmüş olduğu xırda buynuzlu heyvanlar yenə orada otlayırlar. Bu zaman onun əvvəlcədən tanımadığı və adını bilmədiyi şəxs Tovuz rayonu, Azaflı kənd sakini olduğunu bildirib həmin vaxt əmisi Şahid3 fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanların ona məxsus olduğunu və bir neçə saat əvvəl Tovuz rayonu, Azaflı kəndində yaşadığı fərdi yaşayış evinin həyətində olan tövlədən naməlum şəxs və şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, 26 oktyabr 2023-cü il tarixdə, saat 08 radələrində əmisi Şahid3 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanlar hər hansı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanaraq oraya gətirilmişdir. Həmin gün, yəni 26 oktyabr 2023-cü il tarixdə Tovuz rayonu, Azaflı kənd sakini, adını sonradan öyrəndiyi Namiq adlı şəxs özünə məxsus heyvanları polis əməkdaşlarının iştirakı ilə təhvil alaraq çıxıb getmişdir. O, həmin tarixdən bir neçə gün sonra televiziyada nümayiş etdirilən xəbərlər proqramında görmüşdür ki, 26 oktyabr 2023-cü il tarixdə, saat 08 radələrində əmisi Şahid3 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanlar həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs tərəfindən 25 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında Namiq adlı şəxsin Tovuz rayonu, Azaflı kəndində yaşadığı fərdi yaşayış evinin həyətində olan tövlədən oğurlanaraq gətirilib əmisi Şahid3 fərdi yaşayış evinin bağına salınmışdır. 26 oktyabr 2023-cü il tarixdə, saat 08 radələrində əmisi Şahid3 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanların dəqiq saylarını və əlamətlərini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun Tovuz rayonu, Muncuqlu dağ kəndi ərazisində “Hamayıl” adlı istirahət mərkəzi var. Həmçinin onun ailə üzvləri ilə birlikdə yaşadığı ona məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən fərdi yaşayış evi də var. Lakin o, işlə əlaqədar olaraq ilin bir çox vaxtlarını ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Muncuqlu kəndi ərazisində yerləşən özünə məxsus “Hamayıl” adlı istirahət mərkəzində keçirir və orada yaşayır. 26 oktyabr 2023-cü il tarixdə, saat 08 radələrində Tovuz rayounu, Muncuqlu kəndində yerləşən özünə məxsus “Hamayıl” adlı istirahət mərkəzində olan zaman qardaşı oğlu və onunla Tovuz rayonu, Aşağı Quşçu kəndində qonşuluqda yaşayan Şahid2 mobil nömrəsindən ona məxsus mobil telefona zəng gəlmişdir. Bu zaman o, qardaşı oğlu Şahid2 zəngini qəbul etmiş və onlar bir qədər hal-əhval tutduqdan sonra qardaşı oğlu Cəlal ona Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanlar ilə bağlı xeyir-dua verməyə başlamışdır. Həmin vaxt o, qardaşı oğlu Cəlalın ona vermiş olduğu xeyir-duaya təəccüblənərək hazırda Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanların ona məxsus olmadığını və həmin heyvanların hansı yolla evinin bağına daxil olub orada otladıqlarından xəbərinin olmadığını bildirmişdir. Həmçinin o, özünün və ailə üzvlərinin hazırda Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evində olmadıqlarını və hazırda iləri ilə əlaqədar olaraq Tovuz rayonu, Muncuqlu kəndi ərazisində yaşadıqlarını bildirmişdir. Həmin vaxt o, evinin bağında olan xırda buynuzlu heyvanların kimə məxsus olmasını öyrənmək üçün qardaşı oğlu Cəlaldan Tovuz rayonu, Aşağı Quşçu kəndinin inzibati ərazisinin polis sahə rəisi, polis mayoru Şahid4 mobil nömrəsinin telefonunda olubolmadığını soruşmuşdur. Həmin vaxt qardaşı oğlu Şahid2 da yaşadıqları kəndin polis sahə rəisi, polis mayoru Şahid4 mobil nömrəsinin telefonunda qeyd olunduğunu bildirib polis sahə rəisi Şahid4 mobil nömrəsini ona vermişdir. O da qardaşı oğlu Cəlal ilə telefon danışığını yekunlaşdırıb yaşadığı kəndin polis sahə rəisi, polis mayoru Şahid4 zəng etmişdir. Ona özünə məxsus fərdi yaşayış evinin bağında müxtəlif sayda xırda buynuzlu heyvanlar olduğunu bildirərək həmin heyvanların ona məxsus olmadığını demişdir. Həmin vaxt kəndin polis sahə rəisi Şahid4 bir neçə saat əvvəl Tovuz rayonu, Azaflı kəndində yaşayan Namiq adlı şəxsin evinin həyətində yerləşən tövləsindən naməlum şəxs və ya şəxslər tərəfindən xırda buynuzlu heyvanlar oğurlandığını bildirib onun Aşağı Quşçu kəndində yerləşən evinin bağında olan xırdan buynuzlu heyvanların Namiq adlı Tovuz rayonu, Azaflı kənd sakininə məxsus ola biləcəyini ehtimal etmişdir. Həmin vaxt polis sahə rəisi Şahid4 Azaflı kənd sakini Namiq adlı şəxslə birlikdə Aşağı Quşçu kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə gələcəyini və xırda buynuzlu heyvanları Namiq adlı şəxsə göstərəcəyini bildirmişdir. O da polis sahə rəisinə heç bir etiraz etmədən Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinə gələrək evinin bağında olan xırda buynuzlu heyvanlara baxmalarına şifahi razılıq vermişdir. Sonra o, polis sahə rəisi Şahid4la danışığını yekunlaşdırmışdır. O, bir neçə saat keçdikdən sonra qardaşı oğlu Cəlal ilə əlaqə saxlamış və Cəlal ona demişdir ki, həmin gün bir neçə saat sonra yaşadığı kəndin polis sahə rəisi, polis mayoru Şahid4 yanında bir nəfər polis əməkdaşı və əvvəlcədən tanımadığı və adını bilmədiyi təxminən 45-50 yaşlarında bir kişi ilə onun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gəlmişlər. Həmin vaxt Tovuz rayonu, Azaflı kənd sakini Namiq adlı şəxs ona məxsus fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanların özünə məxsus olduğunu və bir neçə saat əvvəl Tovuz rayonu, Azaflı kəndində yaşadığı fərdi yaşayış evinin həyətində olan tövlədən naməlum şəxs və şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, 26 oktyabr 2023-cü il tarixdə, saat 08 radələrində ona məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanlar hər hansı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanaraq oraya gətirilmişdir. Həmin gün, yəni 26 oktyabr 2023-cü il tarixdə Tovuz rayonu, Azaflı kənd sakini Namiq adlı şəxs özünə məxsus heyvanları polis əməkdaşlarının iştirakı ilə təhvil alaraq çıxıb getmişdir. O, həmin tarixdən bir neçə gün sonra televiziyada nümayiş etdirilən xəbərlər proqramında görmüşdür ki, 26 oktyabr 2023-cü il tarixdə, saat 08 radələrində ona məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanlar həmkəndlisi, qonşusu və aralarında indiyədək heç bir ədavət və ya düşmənçilik olmayan Təqsirləndirilən şəxs tərəfindən 25 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında Namiq adlı şəxsin Tovuz rayonu, Azaflı kəndində yaşadığı fərdi yaşayış evinin həyətində olan tövlədən oğurlanaraq gətirilib ona məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin bağına salınmışdır. 26 oktyabr 2023-cü il tarixdə, saat 08 radələrində ona məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evinin bağında otlayan xırda buynuzlu heyvanların dəqiq sayları və əlamətləri barədə onda heç bir məlumat olmamışdır. Çünki həmin gün o, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evində olmadığından onları görməmiş və həmin xırda buynuzlu heyvanların dəqiq sayları və əlamətləri barədə həmin heyvanları görmüş qardaşı oğlu Cəlaldan heç bir şey soruşmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. «Baxış keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Şahid3 məxus fərdi yaşayış evinin bağında aşkar olunmuş 14-ü qoyun, 6-sı quzu, 3-ü keçi və 3-ü də oğlaq olmaqla cəmi 26 baş xırda buynuzlu heyvanlara baxış keçirilmiş və həmin vaxt baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin 26 baş xırda buynuzlu heyvanların ona məxsus olduğunu bildirmişdir. Bu barədə foto-cədvəl tərtib olunub cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin vermiş olduğu xx.xx.2023-cü il tarixli 9/8395 nömrəli rəydən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən heyvanların hər birinin qiyməti 300 (üç yüz) manat olmaqla 10 baş, 3000 (üç min) manat dəyərində qoyunların, hər birinin qiyməti 270 (iki yüz yetmiş) manat olmaqla 9 baş, 2430 (iki min dörd yüz otuz) manat dəyərində qoyunların, hər birinin qiyməti 260 (iki yüz altmış) manat olmaqla 4 baş, 1040 (bir min qırx) manat dəyərində quzuların, hər birinin qiyməti 215 (iki yüz on beş) manat olmaqla 2 baş, 430 (dörd yüz otuz) manat dəyərində quzuların, hər birinin qiyməti 180 (bir yüz səksən) manat olmaqla 3 baş, 540 (beş yüz qırx) manat dəyərində keçilərin və hər birinin qiyməti 160 (bir yüz altmış) manat olmaqla 3 baş, 480 (dörd yüz səksən) manat dəyərində oğlaqların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 7920,00 manat müəyyən edilir. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxsin X3 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmçinin Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasının sonu əsası ilə xx.xx.2022-ci ildə azad edilmişdir. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs X1 az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən cinayət əməli törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023 -cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış 14 baş qoyun, 6 baş quzu, 3 baş keçi və 3 baş oğlaq olmaqla cəmi 26 baş xırda buynuzlu heyvanların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablansın. Maddi sübut kimi tanınmış 14 baş qoyun, 6 baş quzu, 3 baş keçi, və 3 baş oğlaq olmaqla cəmi 26 baş xırda buynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-41/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-41/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver