Məhkəmə qərarları › İş №1(062)-42/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-42/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-42/2024 16.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İİİ qrup əlil olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu Qovlar şəhəri ilə Tovuz rayonu Aşağı Quşçu kəndinin sərhəddində “Qovlar arxı” adlanan su arxının yanında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruq zərbəsi vuraraq ona alt çənə nahiyəsinin sol yarısının qançır şişkinliyi və sıyrığı, sol hər iki gözaltı qapaqlarının və sol gözaltı nahiyənin sol tərəfli göz yuvası nahiyəsinin posttravmatiq hematoması ilə müşayiət edilən qançırlar, sol əl nahiyəsinin arxa səthinin qançır-şişkinliyi və səthi yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və sol almacıq nahiyəsinin sol almacıq sümüyünün sınığı ilə müşayiət olunan qançır şişkinliyi və sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Qovlar şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir və İİİ qrup əlildir. O, Zərərçəkmiş şəxs tanıyır və münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək, ona məxsus iribuynuzlu heyvanların üzüm sahəsinə daxil olmasını və maddi ziyan vurmasını bildirmişdir. O isə cavabında ona məxsus heyvanların sonuncunun torpaq sahəsinə daxil olmadığını bildirmişdir. Bu zaman Şahmurad onun mərhum anasının qəbrinə nalayiq ifadə işlətmişdir. O da Şahmuradın nalayiq ifadə işlətməsinə əsəbləşmiş və harada olmasını soruşmuş, sonuncu isə evdə olmasını söyləmişdir. O, Şahmuraddan yaşadığı evdən bayıra çıxmasını istəmiş, sonuncu isə evinin yaxınlığında olan su arxının yanında olmasını bildirmişdir. O, dostu Şahid ilə birlikdə qeyd olunan əraziyə getmiş, orada Şahmuraddan ona qarşı nə üçün nalayiq ifadə işlətməsini soruşmuş, sonuncu isə cavabında heyvanlarının onun əkin sahəsinə daxil olmasını və ona maddi ziyan dəydiyini bildirmişdir. Həmin vaxt Şahmurad tək olmuşdur. O isə Şahmurada heyvanlarının onun əkin sahəsinə daxil olmadığını söyləmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Şahmuradın sol göz nahiyəsinə yumruq ilə zərbə endirmiş, zərbə nəticəsində sonuncu yerə yıxılmışdır. Hadisə zamanı onların yanında yalnız Tariyel olmuş və hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışmış, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və sahibkarlıqla məşğul olur. Tovuz rayonu Aşağı Quşçu kəndində ona məxsus 1 ha torpaq sahəsi var və həmin torpaq sahəsində üzüm əkmişdir. Təqsirləndirilən şəxs xırdabuynuzlu və iribuynuzlu heyvanlarının saxlanılması üçün ferması var. O, xx.xx.2023-cü il tarixdə səhər saatlarında torpaq sahəsinə baxış keçirən zaman sonuncuya məxsus iribuynuzlu heyvanların üzüm çilinglərini qırdığını və ona xeyli miqdarda ziyan vurduğunu görmüşdür. O, Samirə zəng edərək heyvanlarını nə səbəb onun əkin sahəsində otardığını soruşmuş, sonuncu isə heyvanlarını onun üzüm sahəsində otarmadığını bildirmişdir. Bu zaman onların arasında mübahisə yaranmış, qarşılıqlı şəkildə bir-birilərinə nalayiq ifadələr işlətmişdir. Daha sonra onlar xx.xx.2023-cü il tarixdə saat 13 radələrində qeyd olunan əkin sahəsində görüşmüşlər, o, Samirə dəymiş maddi ziyanı ödəməsini bildirmiş, sonuncu isə ödəməyəcəyini söyləmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Samir onun sifətinə yumruq ilə vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra hadisə yerində olan Tariyel adlı şəxs onları aralamış, o isə oradan uzaqlaşaraq Tovuz RPŞ-nin Qovlar PB-yə gələrək şikayət ərizəsi yazmışdır. Hadisə əkin sahəsinin yaxınlığında “Qovlar arxı” adlanan ərazidə baş vermiş və hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hadisə zaman orada Tariyel adlı şəxsdən başqa kənar heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X1 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sol almacıq nahiyəsinin sol almacıq sümüyünün sınığı ilə müşayiət edilən qançırşişkinliyi və sıyrığı, alt çənə nahiyəsinin sol yarısının qançır-şişkinliyi və sıyrığı, sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin sol tərəfli göz yuvası nahiyəsinin posttravmatik hematoması ilə müşayiət edilən qançırları, sol əl nahiyəsinin arxa səthinin qançır-şişkinliyi və səthi yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərdən sol almacıq nahiyəsinin sol almacıq sümüyünün sınığı ilə müşayiət edilən qançır-şişkinliyi və sıyrığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını nəzərə alıb barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar