Məhkəmə qərarları › İş №1(062)-43/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-43/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-43/2024 15.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 iştirakları ilə xx.xx.1992-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə əsasında Tovuz rayonu İbrahimhacılı kənd sakini X3 məxsus “VAZ-21074” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Tovuz-Qaralar avtomobil yolunun 30-cu kilometrliyinin Tovuz rayonu Pələkli kəndi ərazisindən keçən hissəsində üzü Tovuz rayon Qaralar kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək qarşıdan əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət yoluna çıxmaqla Şahid1 nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “VAZ-2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan onun idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün cərrahi boynunun yerdəyişməli sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır və Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün qəlpəli yerdəyişməli sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Qovlar şəhərində yaşayır. 2021ci ildə Tovuz rayonu İbrahimhacılı kənd sakini X2 ağ rəngli “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili 5100 manata alaraq hazıradək istimar edir. Həmin avtomobili baş etibarnamə əsasında idarə edir. 23 iyun 2023-cü il tarixdə saat 10 radələrində həmin avtomobili idarə edib Tovuz - Qaralar avtomobil yolu ilə üzü Qaralar istiqamətinə doğru hərəkət etmişdir. Həmin vaxt avtomobildə arxa oturacaqda Rübabə və Səhnə adlı qadınlar əyləşmişdilər. Tovuz-Qaralar avtomobil yolunun Tovuz rayonu Pələkli kəndi ərazisindən keçən təxminən 30-cu km-də üzü Qaralar istiqamətinə doğru saatda 30-40 km. sürətlə hərəkət edərkən qarşıdan yolun sərt döngə hissəsində idarəetməni itirib qarşıdan hərəkət edən avtomobilin hərəkət yoluna çıxmış və həmin vaxt qarşıdan əks istiqamətdən hərəkət edən Şahid1 idarə etdiyi “VAZ-2101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma baş vermişdir. İdarə etdiyi “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sərt döngəni düzgün dönə bilməyib yoldan çıxaraq toqquşma baş vermişdir. Həmin avtomobili idarə edən Şahid1 toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobili yolun sağ ehtiyyat hissəsinə doğru yönəltmiş, onun hərəkət istiqamətində yolun sağ tərəfi dərin uçurum olduğu üçün o, hərəkət istiqamətində yolun sağ ehtiyat hissəsinin uçurum ilə yaxın məsafəsinə doğru hərəkət edə bilmişdir. Özünün idarə etdiyi avtomobilin qabaq sol hissəsi onun idarə etdiyi həmin avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Hadisə özünün həmin avtomobilin hərəkət istiqamətində hərəkət hissəsinin ehtiyat hissəsində baş vermişdir. İdarə etdiyi həmin avtomobildə olan sərnişinlər Rübabə və Səhnə adlı şəxslər xəsarətlər almışlar. Hadisə zamanı avtomobili ayıq, saz vəziyyətdə sürücülük vəsiqəsi ilə idarə etmişdir. Hazırda törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tamamilə ödəməklə barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Düz Cırdaxan kəndində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 23 iyun 2023-cü il tarixdə saat 10 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib Tovuz–Qaralar avtomobil yolu ilə üzü Qaralar istiqamətinə doğru hərəkət etmişdir. Həmin vaxt avtomobildə arxa oturacaqda özü və Səhnə əyləşmişdir. Tovuz-Qaralar avtomobil yolu ilə üzü Qaralar istiqamətinə doğru Tovuz rayonu Pələkli kəndi ərazisindən keçən təxminən 30-cu km-də hərəkətdə olarkən bir neçə dəfə sürücüdən avtomobili yavaş sürməsini tələb etsələr də o, avtomobili dağ yolunda təhlükəli döngələrdə avtomobili sürətlə idarə etmişdir. Onun həmin avtomobili hansı sürətlə idarə etməsini xatırlamır. Həmin Zöhrab adlı sürücü hərəkət edərkən qarşıdan yolun sərt döngə hissəsində idarəetməni itirib qarşıdan hərəkət edən avtomobilin hərəkət yoluna çıxmış və həmin vaxt qarşıdan əks istiqamətdən hərəkət edən Şahid1 idarə etdiyi “VAZ-2101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma baş vermişdir. Sürücü Zöhrab idarə etdiyi “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sərt döngəni düzgün dönə bilməyib yoldan çıxaraq toqquşma baş vermişdir. Qarşı tərəfdə həmin avtomobili idarə edən Şahid1 toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobili yolun sağ ehtiyat hissəsinə doğru yönəltmiş, onun hərəkət istiqamətində yolun sağ tərəfi dərin uçurum olduğu üçün o, hərəkət istiqamətində yolun sağ ehtiyat hissəsinin uçurum ilə yaxın məsafəsinə doğru hərəkət edə bilmişdir. Onun sərnişini olduğu avtomobilin qabaq sol hissəsi həmin avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Şahid1 idarə etdiyi avtomobil onun sərnişini olduğu avtomobilin hərəkəti üçün heç bir maneə törətməmiş, həmçinin hadisə zamanı özünün də sərnişini olduğu avtomobilin hərəkəti üçün hər hansı bir nəqliyyat vasitəsi və ya digər hər hansı bir səbəb maneə törətməmişdir. “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol şəraitini və dönməni nəzərə almayıb idarə etməni itirib qarşıdan əks istiqamətdən hərəkət edən nəqliyyat vasitəsinin yoluna çıxmaqla hadisənin baş verməsinə və nəticədə sağlamlığına zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Düz Cırdaxan kəndində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 23 iyun 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə Zərərçəkmiş şəxs1 ilə əyləşib Tovuz–Qaralar avtomobil yolu ilə üzü Qaralar istiqamətinə doğru hərəkət etmişdir. Həmin vaxt avtomobildə arxa oturacaqda özü və Rübabə əyləşmişdir. Tovuz- Qaralar avtomobil yolu ilə üzü Qaralar istiqamətinə doğru Tovuz rayonu Pələkli kəndi ərazisindən keçən təxminən 30-cu km-də hərəkətdə olarkən bir neçə dəfə sürücüdən avtomobili yavaş sürməsini tələb etsələr də o, avtomobili dağ yolunda təhlükəli döngələrdə avtomobili sürətlə idarə etmişdir. Onun həmin avtomobili hansı sürətlə idarə etməsini xatırlamır. Həmin Zöhrab adlı sürücü hərəkət edərkən qarşıdan yolun sərt döngə hissəsində idarəetməni itirib qarşıdan hərəkət edən avtomobilin hərəkət yoluna çıxmış və həmin vaxt qarşıdan əks istiqamətdən hərəkət edən Şahid1 idarə etdiyi “VAZ-2101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma baş verdi. Sürücü Zöhrab idarə etdiyi “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sərt döngəni düzgün dönə bilməyib yoldan çıxaraq toqquşma baş vermişdir. Qarşı tərəfdə həmin avtomobili idarə edən Şahid1 toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobili yolun sağ ehtiyat hissəsinə doğru yönəltmiş, onun hərəkət istiqamətində yolun sağ tərəfi dərin uçurum olduğu üçün o, hərəkət istiqamətində yolun sağ ehtiyat hissəsinin uçurum ilə yaxın məsafəsinə doğru hərəkət edə bilmişdir. Onun sərnişini olduğu avtomobilin qabaq sol hissəsi həmin avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Şahid1 idarə etdiyi avtomobil onun sərnişini olduğu avtomobilin hərəkəti üçün heç bir maneə törətməmişdir. “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol şəraitini və dönməni nəzərə almayıb idarə etməni itirib qarşıdan əks istiqamətdən hərəkət edən nəqliyyat vasitəsinin yoluna çıxmaqla hadisənin baş verməsinə və nəticədə sağlamlığına zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz rayon Çatax İƏV-nin Kazımlı kəndində yaşayır. “VAZ- 2101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X4 məxsusdur və ona idarə etmək üçün etibarnamə vermişdir. 23 iyun 2023-cü il tarixdə saat 10 radələrində həmin avtomobili idarə edib Tovuz–Qaralar avtomobil yolu ilə üzü Tovuz şəhəri istiqamətinə doğru hərəkət etmişdir. Həmin vaxt avtomobildə dayısı nəvəsi olan həmkəndlisi Şahid3 avtomobilin qabaq sağ oturacağında, qızı X7 isə avtomobilin arxa oturacağının sağ tərəfində əyləşmişdilər. Tovuz-Qaralar avtomobil yolunun Tovuz rayonu Pələkli kəndi ərazisindən keçən təxminən 30-cu km-də üzü Tovuz istiqamətinə doğru, saatda 20 km. sürətlə hərəkət edərkən qarşıdan sərt döngə hissəsində Tovuz rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi Tovuz istiqamətindən hərəkət edən ağ rəngli “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sərt döngəni düzgün dönə bilməyib yoldan çıxaraq onun hərəkət hissəsinə doğru hərəkət etməsini görüb toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobili yolun sağ ehtiyat hissəsinə doğru yönəltmiş, özünün hərəkət istiqamətində yolun sağ tərəfi dərin uçurum olduğu üçün hərəkət istiqamətində yolun sağ ehtiyat hissəsinin uçurum ilə yaxın məsafəsinə doğru hərəkət edə bilmişdir. Ondan artıq hərəkət etsə avtomobili dərəyə düşəcək idi. Həmin avtomobilin qabaq sol hissəsi ilə özünün idarə etdiyi həmin avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Hadisə özünün hərəkət istiqamətində hərəkət hissənin ehtiyat hissəsində baş vermişdir. Hadisə “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Tovuz-Qaralar avtomobil yolunun Tovuz rayonu Pələkli kəndi ərazisindən keçən hissəsinin 30-cu km-də üzü Qaralar istiqamətinə doğru saatda 40-50 km sürətlə hərəkət edərkən qarşıda olan sərt döngəni dönə bilməyərək idarəetməni itirərək qarşıdan hərəkət edən nəqliyyat vasitəsinin hərəkət yoluna çıxmaqla yolun özünün idarə etdiyi avtomoblin hərəkət yolunun ehtiyat hissəsinin kənarında toqquşması şəraitində baş vermişdir. Hadisədən sonra özü və qızı Nur Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Hadisə zamanı özü və qızı Nur dərəcəsi təyin edilməyən xəsarət almışdır. Avtomobildə olan digər sərnişin Şahid3 heç bir xəsarət almamışdır. Hadisədən az əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin saatda 40-50 km sürətlə sərt döngədən onun hərəkət yoluna çıxmasını 20-30 m məsafədən görmüş və hadisədən qaçmaq üçün dərhal avtomobilini yolun sağ hərəkət hissəsinin ehtiyat hissəsinə yönəltmiş və yolun sağ ehtiyat hissəsinin dərin dərə ilə birləşən hissəsində saxlamaq istəyərkən toqquşma baş vermişdir. İdarə etdiyi avtomobili daha çox kənara çəksə idi dərədən aşa bilərdi. Ona görə də maksimum şəraitdə hadisədən qaçmaq üçün tədbir görmüşdür. Hadisə zamanı onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2023-cü il tarixli 8/3386 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2107” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısnı almağa texniki imkanı olmuşdur. Məhkəmə tibb ekspertizasının 01 avqust 2023-cü il tarixli 613 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - sol bazu sümüyünün cərrahi boynunun yerdəyişməli sınığı küt əçyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə tibb ekspertizasının 01 avqust 2023-cü il tarixli 613 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sağ bazu sümüyünün qəlpəli yerdəyişməli sınığı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli 114 nömrəli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2101” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1385 manat ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 263.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər ərizə təqdim edərək göstərmişlər ki, təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödəmiş və təqsirləndirilən şəxslə barışmışlar. Ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2107” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2107” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2101” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar