Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-44/2024 13.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 13 fevral 2024-cü il tarixdə, Tovuz şəhərində xx.xx.1973-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 1 ədəd “WEST” markalı siqaret qutusuna yerləşdirilmiş 5 (beş) ədəd gümüşü rəngli siqaret folqasına bükülü və 1 (bir) ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,47 qram, 1,34 qram, 1,44 qram, 2,72 qram, 1,53 qram, 4,46 qram olmaqla ümumi təmiz çəkisi 12,96 qram və “VİCEROY” markalı siqaret qutusuna yerləşdirilmiş 7 (yeddi) ədəd gümüşü siqaret folqasına bükülüdə, ayrıayrılıqda təmiz çəkiləri, 0,23 qram, 0,27 qram, 0,26 qram, 0,32 qram, 0,26 qram, 0,28 qram və 0,27 qram olmqla ümumi təmiz çəkisi 1,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı idarəetdiyi “Ford Tranzit” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən saxlanc yerində saxlamış,16 oktyabr 2023-cü il tarixdə, saat 19:40-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Aşağı-Quşçu kəndinin ərazisində yerləşən “Elnur Plaza” sadlıq sarayının qarşısında idarə etdiyi “Ford Tranzit” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasının qarşısında keçirilmiş baxış zamanı 1 ədəd “WEST” markalı siqaret qutusuna yerləşdirilmiş 5 (beş) ədəd gümüşü rəngli siqaret folqalarına bükülü və 1 (bir) ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,47 qram, 1,34 qram, 1,44 qram, 2,72 qram, 1,53 qram, 4,46 qram olmaqla ümumi təmiz çəkisi 12,96 qram və “VİCEROY” markalı siqaret qutusuna yerləşdirilmiş 7 (yeddi) ədəd gümüşü rəngli siqaret folqalarına bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,23 qram, 0,27 qram, 0,26 qram, 0,32 qram, 0,26 qram, 0,28 qram və 0,27 qram olmqla ümumi təmiz çəkisi 1,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun idarə etdiyi “Ford Tranzit” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən saxlanc yerindəndən aşkar edilərək götürülmüşdür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan ümumilikdə on iki bükümdə ümumi çəkisi 14,85 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatdadır və faktiki olaraq həmin kənddə də yaşayır. Fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. O, narkotik vasitə olan marixuanadan əvvəllər istifadə etmişdir, lakin sonradan marixuana qəbul etməyi tərgitmişdir. Təxminən 5-6 ay olar ki, o yenidən marixuana qəbul etməyə başlamışdır. O, qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. Onların Tovuz rayonu Aşağı Quşçu kəndində üzüm sahələri var, o sözügedən hadisədən təxminən 5-6 gün əvvəl həmin üzüm sahəsinə gedəndə sahədə yerdən bir qutu West və bir qutu VİCEROY markalı siqaret qutuları tapmışdır. Həmin qutuları açıb içərisinə baxanda görmüşdür ki, West markalı siqaret qutusunun içərisində 7 ədəd gümüşü rəngli folqalara bükülü var, VİCEROY siqaretinin içərisinə baxanda görmüşdür ki, 7 bükülü var. O, həmin bükülüləri açıb baxanda görmüşdür ki, bükülülərin içərisindəki qurudulmuş marixuanadır. O, özü marixuana qəbul etdiyi üçün həmin siqaret qutularındakı narkotik vasitə olan qurudulmuş marixuanaları götürüb idarə etdiyi Ford Tranzit markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonundakı saxlanc yerinə qoymuşdur ki, özü istifadə edər. Həmin bükülülərdən iki bükümünü özü siqaretə doldurub çəkməklə istifadə etmişdir, qalanları isə avtomobilin salonundakı saxlanc yerində saxlamışdır. 16 oktyabr 2023-cü il tarixdə saat 18:30-da idarə etdiyi Ford Tranzit markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərində yaşayan tanışı Şahid4 Bakı şəhərinə yola salmaq üçün idarə etdiyi avtomobilə mindirmişdir. O, avtomobili sürüb Bakı- Qazax avtomobil yolunun kənarına gedən vaxt Aşağı Quşçu kəndində yerləşən “Elnur Palace” şadlıq evinin qarşısında 3 nəfər mülkü formada olan şəxs idarə etdiyi avtomobili saxlatmışlar. Onlar ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında və gəzdirməyində ondan şübhələndiklərini bildirmişlər. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o etiraz etməmişdir, bundan sonra polis əməkdaşları onu idarə etdiyi avtomobillə birlikdə Tovuz RPŞ-nə gətirmişlər. Daha sonra o bir otağa daxil olmuşdur. Həmin xidməti otaqda təhqiqatçı Məhərrəm Məmmədov onu nə üçün gətirildiyini bildirib ona hüquqlarını izah etmişdir. Bundan sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi onun müdafiəçisi kimi dəvət olunmuşdur və müdafiəçisi Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində saxlanması, daşınması, gəzdirilməsi, istifadəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. O, üzərində əldə edilməsi saxlanılması qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra onun idarə etdiyi Ford Tranzit markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə Tovuz RPŞ-nin inzibati binasının həyətində axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl avtomobildə qanunla saxlanması, daşınması, gəzdirilməsi, istifadəsi qadağan edilmiş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, avtomobildə saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib avtomobilin salonundakı sükanın sol tərəfində yerləşən saxlanc yerində saxladığı bir qutu West markalı siqaret qutusunu təqdim etmişdir. Həmin qutu vəkilinin, iştirakçıların yanında açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı West markalı siqaret qutusunun içərisindən 5 ədəd gümüşü rəngli folqalara bükülü aşkar edilmişdir. Onun təqdim etdiyi siqaret qutusundakı bükülülərə vəkilinin, onun və polis əməkdaşlarının iştirakı ilə açılaraq baxış keçirilmişdir. Həmin kütlənin yaşıl rəngli, kəskin iyli ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəyən kütlə olması aşkar olunmuşdur. O, özü polis əməkdaşlarına bildirmişdir ki, həmin idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı o təxminən 5-6 gün əvvəl Aşağı Quşçu kəndində yerləşən atasına məxsus üzüm sahəsindən yerdən tapıb özü istifadə etmək məqsədilə idarə etdiyi avtomobildə saxlamışdır. Həmin idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş yaşıl rəngli kəskin iyli ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrə vəkilinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirmişlər və bükülülərin içərisindəki yaşıl rəngli kəskin iyili kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmasını müəyyən etmişlər. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin kütlələrin 5 bükülüsü birlikdə 15,20 qram olmuşdur. Bundan sonra təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən vəkilinin və baxışda iştirak edən iştirakçıların iştirakı ilə idarə etdiyi Ford Tranzit markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonunda sükanın sol tərəfindəki saxlanc yerindən bir ədəd VİCEROY markalı siqaret qutusu aşkar edilmişdir. Viceroy markalı siqaret qutusunun içərisindən 7 ədəd ağ rəngli kağız bükülü aşkar edilmişdir. Həmin siqaret qutusundakı bükülülərə vəkilinin, onun və polis əməkdaşlarının iştirakı ilə açılaraq baxış keçirilmişdir. Həmin kütlənin yaşıl rəngli, kəskin iyli ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəyən kütlə olması aşkar olunmuşdur. O, özü polis əməkdaşlarına bildirmişdir ki, həmin idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı o təxminən 5-6 gün əvvəl Aşağı Quşçu kəndində yerləşən atasına məxsus üzüm sahəsindən yerdən tapıb özü istifadə etmək məqsədilə idarə etdiyi avtomobildə saxlamışdır. İdarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş yaşıl rəngli kəskin iyli ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrə vəkilinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirmişlər və bükülülərin içərisindəki yaşıl rəngli kəskin iyli kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmasını müəyyən etmişlər. Həmin narkotik vasitə elektron tərəzisində çəkilmişdir,həmin kütlələr 7 (yeddi) ədəd bükülü ilə birlikdə 2,65 qram olmuşdur. Bundan sonra idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana vəkilinin, polis əməkdaşlarının iştirakı ilə hər siqaret qutusu bir zərfə, ümumilikdə iki ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərflərin ağzı möhürlənmişdir. Zərflərin üstü isə o, vəkili Müdafiəçi, şəxsi axtarışda iştirak edən polis əməkdaşları və Şahid4 tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. Bu barədə təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün o və digər iştirakçılar imza etmişlər. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır.Bir daha bildirmişdir ki, o özü narkotik vasitə qəbul edir, həmin idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitəni o özü istifadə etmək məqsədilə idarə etdiyi avtomobildə gəzdirmişdir. O, həmin narkotik vasitəni heç kimə satmamış, heç kimə satmaq məqsədi olmamışdır. O, heç vaxt heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamışdır. Həmin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni o əkin sahəsindən yerdən tapmışdır. O, əvvəlki ifadələrində də göstərdiyi kimi həmin narkotik vasitələri həmin vəziyyətdə yerdən tapmış və özü iki bükümünü istifadə etmiş, qalan iki qutu siqaretdə olan cəmi 12 ədəd bükülünü isə özü istifadə etmək məqsədilə avtomobilində saxlamışdır. Onun həmin narkotik vasitələri satmaq məqsədi olmamış, o heç vaxt heç kimə narkotik vasitə satmamışdır, həmin narkotik vasitəni də özü istifadə etmək məqsədilə özünə məxsus avtomobildə saxlamışdır. Narkotik vasitə istifadəçisi olduğuna görə törətdiyi əməldən peşmandır. Hazırda əməlindən səmimi peşman olmasını, himayəsində xəstə uşağının və yaşlı atasının olmasını nəzərə alıb məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayan Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqələri, ədavətləri və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə ona məlumatlar daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz olaraq narkotik vasitə saxlamasında, üzərində və idarə etdiyi avtomobilində gəzdirməsində,narkotik vasitədən istifadə etməsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması və qanunsuz olaraq saxladığı və üzərində gəzdirdiyi narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi üçün xx.xx.2023-cü il tarixdə soraqlaşma əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar Tovuz rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində onlara məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisindədir. Bu məlumat onlara daxil olan kimi o, Tovuz RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “Elnur Plaza” şadlıq sarayının qarşısında müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs avtomobilini saxlayıb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasında, üzərində və idarə etdiyi avtomobilində gəzdirməsində şübhəli olduğunu, buna görə də, onlarla birlikdə Tovuz RPŞ-nə getməsini təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilində sərnişin kimi olan Şahid4 da onlarla birlikdə Tovuz RPŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs və Şahid4 da onlarla birlikdəTovuz RPŞ-nə gəlməyə etiraz etməmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Şahid4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 18:30-da Tovuz RPŞ-nin inzibati binasına gətirmişlər. O bu barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə şəxsi axtarış keçirilməsi və qanuni tədbir görülməsi Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X1 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və Təqsirləndirilən şəxs öz istəyi ilə Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi kimi dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və şəxsi axtarışda iştirak edən Şahid4, polis əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli Ford Tranzit markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək avtomobilin sükanının sol tərəfində yerləşən saxlanc yerindən bir ədəd “West” markalı siqaret qutusunu götürüb təqdim etmişdir. Həmin siqaret qutusu açılaraq içərisinə baxış keçirilən zaman siqaret qutusunun içərisində 5 ədəd gümüşü rəngli siqaret folqasına və bir ədəd ağ rəngli kağıza bükülmüş kütlə aşkar edilmişdir. Birinci siqaret folqasında olan kütləyə baxış keçirildi və yaşıl rəngli kəskin iyli ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edildi. Həmin kütələ elektron tərəzidə çəkildi folqa ilə birlikdə 1,85 qram oldu, sonra ikinci siqaret folqasına bükülü açılaraq baxış keçirildi və elektron tərəzidə çəkildi həmin bükülü siqaret folqası ilə birlikdə 1,50 qram oldu, sonra digər üçüncü bükülü açılaraq baxış keçirldi və elektron tərəzidə çəkildi, həmin bükülüdə siqaret folqası ilə birlikdə 1,65 qram oldu, sonra dördüncü bükülü açılaraq baxış keçirildi və həmin bükülü elektron tərəzidə çəkildi, siqaret folqası ilə birlikdə 1,80 qram oldu. Beşinci bükülüdə olan kütləyə açılaraq baxış keçirildi və elektron tərəzidə çəkildi. Həmin bükülü də siqaret folqası ilə birlikdə 1,65 qram oldu. Daha sonra ağ rəngli kağıza bükülü kütləyə baxış keçirildi, həmin kağız bükülünün içərisində olan kütlənin yaşıl rəngli kəskin iyili ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edildi. Həmin ağ kağızda olan kütlə elektron tərəzidə çəkildi, kağızla birlikdə 6,80 qram oldu. “West” markalı siqaret qutusunu içərisindən aşkar edilərək götürülmüş beş ədəd siqaret folqasına bükülü və bir ədəd ağ rəngli kağıza bükülü kütlələrin ümumi çəkisi folqalar və kağızla birlikdə 15,20 qram oldu. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitəni o bir gün əvvəl atasına məxsus Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində yerləşən üzüm bağından yerdən taparaq özü istifadə etmək məqsədilə avtomobildə gəzdirmişdir.Daha sonra Təqsirləndirilən şəxs məxsus Ford Tranzit markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə axtarış aparıldı. Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus Ford Tranzit markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sükanın sol tərəfində yerləşən saxlanc yerində “Vikeroy” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusuna açılaraq baxış keçirilmişdir. Baxış zamanı siqaret qutusunun içərisindən 7 ədəd gümüşü rəngli siqaret folqalarına bükülü aşkar edilmişdir. Həmin bükülülərə açılaraq baxış keçirilmişdir. Baxış zamanı həmin folqalarda olan kütlələrin yaşıl rəngli kəskin iyli ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Həmin folqalar elektron tərəzidə çəkilmiş, birinci bükülü folqa ilə birlikdə 0,37 qram, ikinci bükülü folqa ilə birlikdə 0,43 qram,üçüncü bükülü folqa ilə birlikdə 0,34 qram, dördüncü bükülü folqa ilə birlikdə 0,37 qram, beşinci bükülü 0,40 qram, altıncı bükülü 0,34 qram, yeddinci bükülü isə 0,40 qram olmuşdur. 7 ədəd gümüşü folqalara bükülülər folqalarla birlikdə ümumi çəkisi 2,65 qram olmuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni bir gün əvvəl Tovuz rayonu Aşağı Quşçu kəndindən atasına məxsus üzüm bağından tapıb özü istifadə etmək üçün idarə etdiyi avtomobildə saxlamışdır.Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş l ədəd “West” markalı siqaret qutusu və 1 ədəd “Viceroy” markalı siqaret qutusu içərisində olan kütlə ilə birlikdə 02 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərflərin ağzı Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərflərin üzəri Təqsirləndirilən şəxs vəkili Müdafiəçi, baxışda iştirak edən CAB-nin əməliyyat müəvəkkili Şahid2, PPXB-nün polis nəfəri Şahid3 və onun tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Axtarış və götürmə zamanı videoçəkiliş də aparılmışdır. Bu barədə protokol tərtib olunmuş, protokol doğru tərtib olunduğu üçün onun heç bir əlavəsi və etirazı olmamışdır. Buna görə də protokol doğru tərtib edildiyindən o da həmin protokola imza etmişdir. Onda Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə hər hansı bir məlumat yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı kimdən alması barədə onun məlumatı yoxdur. Təqsirləndirilən şəxs özünün deməsinə görə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı o, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən atasına məxsus üzüm bağından tapıb özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. İş üzrə Şahid2 və Şahid3 ifadəsi Şahid1 məhkəmə iclasında verdiyi ifadəsi ilə eyni məzmunludur. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayır. Bakı şəhərində fəhləlik edir. Tovuz rayonu Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla yaxın münasibətləri var, orta məktəbdə bir sinifdə oxumuşlar. xx.xx.2023-cü il tarixdə o Bakı şəhərinə getmək üçün Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsinə getmək üçün Təqsirləndirilən şəxs məxsus Ford Tranzit markalı avtomobilə minmişdir. Abil avtomobili sürüb Aşağı Quşçu kəndi ilə hərəkətdə olan zaman “Elnur Palace” şadlıq evinin qarşısında üç nəfər mülkü geyimdə olan şəxslər işarə verib avtomobili saxlatdılar. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhələndiklərini bildirib onları Tovuz RPŞ-nə dəvət etmişlər. Onlar polisəməkdaşların aetiraz etməyərək bundan sonra Tovuz RPŞ-nə getmişlər. Tovuz RPŞ-də Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və onun öz istəyi ilə ona müdafiəçi təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir saxlanılması, daşınması qanunla qadğan edilmiş əşyanın olub olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində onun və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Ford Tranzit markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxlanılması qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək bir ədəd“West” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin qutuya açılaraq baxış keçirlən zaman içərisindən beş ədəd gümüşü rəngli siqaret folqalarına bükülü və bir ədəd ağ rəngli kağıza bükülü aşkar edilmişdir. Həmin bükülülərə açılaraq baxış keçirilmişdir və elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus avtomobilin salonunda sükanın sol tərəfində yerləşən yük yerindən bir ədəd “Viceroy” markalı siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusu açılaraq içərisinə baxış keçirlmişdir. Həmin siqaret qutusunun içərisindən 7 ədəd gümüşü rəngli siqaret folqalarına bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülülərə açılaraq baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin narkotik vasitəni o Aşağı Quşçu kəndində yerləşən atasına məxsus üzüm bağından taparaq özü istifadə etmək məqsədilə idarə etdiyi avtomobildə saxlamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələr iki ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilib ucadan oxunmuşdur. O, da heç bir etirazı olmadığı üçün həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobildə narkotik vasitənin olması barədə onda məlumat olmamışdır. Yalnız polis şöbəsində avtomobildən aşkar ediləndən sonra o, bilmişdir ki, Abilin avtomobilində narkotik vasitə olmuşdur. Cinayət işinin 42-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli 16/1028 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik təşkil edir. İşin 43-44-cü vərəqəsində olan 17 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 16/1028 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “West” markalı siqaret qutusunda olan, 5 (beş) ədəd gümüşü kağız bükümdə və 1 (bir) ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 1,47 qram, 1,34 qram,1,44 qram,1,53 qram, 4,46 qram, ümumi təmiz çəkisi 12,96 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “VİCEROY” markalı siqaret qutusunda olan 7 (yeddi) ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,23 qram,0,27 qram, 0,26 qram, 0,32 qram, 0,26 qram, 0,28 qram, 0,27 qram, ümumi təmiz çəkisi1,89 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşin 112-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 81-ci vərəqəsində olan 23 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 1737 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 7-ci vərəqəsində olan şübhəli şəxsi tutma haqda 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 66-cı vərəqəsində olan 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 88-89-cu vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilir. Cinayət işinin 71-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu müəyyən olunur. İşə əlavə olunmuş Tovuz rayonu Aşağı Quşçu kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, uşağı X5 İİ qrup əlildir və Təqsirləndirilən şəxs himayəsində yaşayır. İşdə olan uşağı X4 məxus olan əlil vəsiqəsindən görünür ki, Kamal Bağırov uşaqlıq dövründən əlildir. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, həm ibtidai istintaq dövründə, həmçinin məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin izahatı alınarkən, eləcə də şahidlər ifadə verərərkən Təqsirləndirilən şəxs narkotik vasiətlərin və ya psixotrop maddələrin satış məqsədi ilə əldə etmə və ya saxlaması yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi hallar olmadığını bildirmişlər. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitəni tapdığını bildirmişduir. Həmin vaxt isə narkotik vasitə bükümlərdə olmaqla hissələrə ayrılı olmuşdur. Həmçinin əməliyyat fəaliyyəti ilə Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya kiməsə verməsi halı müəyyən olunmamışdır. Qanunvericlik isə sübutetmə vəzifəsini ittihamçının üzərinə qoyur. İttiham tərəfi isə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə təqsirləndirilən şəxsin izahatı, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama əlamətləri olmuşdur. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyəti yaradır. Maddənin dispozisiyasında açıq şəkildə qeyd olunur “satış məqsədi ilə”. Deməli satış məqsədi olmayıbsa yaxud buna yönəlmiş hər hansı əməl törədilməmişsə şəxsin əməlinə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən hüquqi qiymət verilə bilməz. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu norması isə narkotik vasitənin satılması anlayışını daha konkretləşdirərək satılmanı “narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində isə narkotik vasitəni hər hansı bir şəxsə verməsi iş materialları, izahat və şahid ifadələri öz təsdiqini tapmır. Bundan başqa narkotik vasitənin hissələrə ayrılması da qanunun anlayışına görə narkotik vasitənin satış məqsədi demək deyildir. Bundan başqa Təqsirləndirilən şəxs artıq onu tapanda narkotik vasitə hissələrə bölünmüş vəziyyətdə tapmışdır. Həmçinin şahid qismində dindirilmiş polis əməkdaşları da onlara daxil olmuş məlumatın Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmişlər. İlkin izahatı alınan zamanda da Təqsirləndirilən şəxs narkotik vasitəni hissəslərə bölünmüş vəziyyətdə tapmasını bildirmişdir. Deməli Təqsirləndirilən şəxs əməlində narkotik vasitənin satılmasına yönəlmiş hər hansı əməl mövcud olmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Mövcud əməldə Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş narkotikin ümumilikdə miqdarı 14,59 qram olmaqla marixuana üçün o qədər əhəmiyyətli miqdar təşkil etmir və həmin miqdarın satış məqsədi hesab edilməsi absurddur. Bundan başqa təqsirləndirilən şəxsin hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi nə iş materialları ilə müəyyən edilməmiş, nə də məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Hətta onun hər hansı bir telefon danışığında, yaxud mesajlarında belə bir hal müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitəni xırda-xırda bükülülərə qablaşdırmaq üçün hər hansı bir avadanlıq, yaxud çəkilməsi üçün tərəzi aşkar edilməmişdir. Yalnız təqsirləndirilən şəxsdə aşkar edilmiş bükümlərin sayının çox olması onun satış məqsədilə üzərində saxlaması və gəzdirməsi anlamına gəlmir. İlkin araşdırma və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni bükümlərə qablaşdırılmış vəziyyətdə tapmışdır. Bu hal onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma halı təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamda ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində əlil uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Eyni zamanada Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 14,59 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə çəkildmiş 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Tovuz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədiqiqata sərf edildikdən sonra qalmış 14.59 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə çəkilmiş 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-44/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-44/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver