Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-44/2025 01.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1976-cı ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkumluğu ödənilməmiş, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alan, barəsində hazırki iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1 ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 260 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək əynində olan qara rəngli qış gödəkçəsinin qarın nahiyəsində saxlamış, 03 yanvar 2025-ci il tarixdə, saat 11:18-də Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, B.Əsgərov küçəsində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 ədəd qara rəngli sellafon torbanın içərisində cəmi 260 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkçəsinin qarın nahiyəsindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır, heç bir yerdə işləmir. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2, 143 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, 18 may 2024-cü il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. O, uzun müddətdir ki, narotik vasitə olan qurudulmuş marixuana qəbul edir. O, zibilxanalardan dəmir kapron tullantıları yığıb satır. Təxminən bir həftə bundan əvvəl sərxoş vəziyyətdə yerini xatırlamadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin ərazisində yerləşən zibillikdə dəmir tullantıları axtaran zaman bir ədəd qara rəngli sellafon torba görmüş, həmin sellafon torba nəzərini cəlb etdiyi üçün açıb içərisinə baxanda görmüşdür ki, içərisində narkotik vasitə olan qurudulmuş marixuanadır. O, özü narkotik vasitə olan qurudulmuş marixuana qəbul etdiyi üçün həmin torbanı götürmüşdür ki, özü istifadə etsin. Həmin torbanı aparıb yaşadığı evdə gizlədib saxlamış, heç kimə bu barədə bildirməmişdir. 03 yanvar 2025-ci il tarixdə saat 11 radələrində o, sərxoş vəziyyətdə olmuş, spirtli içki olan araq içmiş, həmin zibillikdən tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qara rəngli qış gödəkçəsinin sinəsinə qoyub sepini çəkmiş, sonra Tovuz şəhərinə doğru gedən vaxt mülki geyimdə 3 nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində və saxlamağında ondan şübhələndiklərini bildirmişlər. Onlar ona üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, onlara bildirmişdir ki, üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana var və əynində olan qara rəngli qış gödəkçəsinin sinəsində saxladığı qara rəngli sellafon torbanı onlara təqdim etmişdir. Həmin təqdim etdiyi qara rəngli sellafon torbaya açılaraq içərisinə onun və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən aşkar edilərək götürülmüş qara rəngli sellafon bükülünün içərisindəki kəskin iyli ilkin baxışdan narkotiok vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin onun təqdim etdiyi kütlə onun yanında tərəzidə çəkilmiş, ümumi çəkisi bükülü ilə birlikdə 285 qram gəlmişdir. Bundan sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, onlara etiraz etməmiş, onlar onu Tovuz rayon PŞ-nə gətirmişlər. Tovuz rayon PŞ-də ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir, ona görə gətirilmişdir, üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmişlər və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Ayxan Əmirxanov vəkilinin iştirakı ilə onun hüquqlarını ona izah edib nə üçün gətirildiyini bildirdikdən sonra ona üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. O da ona üzərindən saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş, bundan əlavə üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, heç bir narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş əşyaya baxış keçirilmiş, baxış zamanı təqdim edilmiş üzəri DİN-nin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfin içərisindən bir ədəd qara rəngli sellofan aşkar edilmişdir. Həmin sellofanda olan kütləyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. O, özü polis əməkdaşlarına bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı bir neçə gün bundan əvvəl Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin ərazisində yolun kənarındakı zibil qutularından tapıb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün o və digər iştirakçılar imza etmişlər. Həmin vaxt sorğu-sual zamanı o, bir daha bildirmişdir ki, özü narkotik vasitə qəbul edir, həmin üzərindən aşkar edilmiş narkotik vasitəni o, özü istifadə etmək məqsədilə üstündə gəzdirmişdir. O, həmin narkotik vasitəni heç kimə satmamış, satmaq məqsədi olmamışdır. O, heç vaxt heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış, istifadə etdiyi narkotik vasitəni o, kənar rayonlardan tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Hazırda üzərində gəzdirdiyi narkotik vasitə olan qurudulmuş marixuananı da bir neçə gün bundan əvvəl zibillikdən tapıb özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, halhazırda Tovuz rayonu Abulbəyli kəndində yaşayır, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi, narkotik vasitədən istifadə etməsi barədə ona məlumat daxil olmuşdur. O, 03 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxladığı və üzərində gəzdirdiyi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar Tovuz rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq olunduqdan sonra, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində üzərində narkotik vasitə gəzdirməsi barədə onlara məlumat daxil olmuşdur. Bu məlumat onlara daxil olan kimi o, dərhal Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Tovuz şəhəri B.Əsgərov küçəsinə getmişlər və 03 yanvar 2025-ci il tarixdə saat 11:18-də Təqsirləndirilən şəxs Tovuz şəhəri B.Əsgərov küçəsində yolun kənarında piyada hərəkətdə olarkən müəyyən etmişlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə saxlamasında və üzərində gəzdirməsində şübhəli olduğunu, buna görə də onun üzərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onların onun üzərinə baxış keçirməyinə etiraz etməmişdir. Bundan sonra onun üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş narkotik vasitə olub-olmadığı soruşulmuşdur, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana var və əynində olan qara rəngli qış gödəkçəsinin qarın nahiyyəsində saxladığı bir ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin təqdim etdiyi qara rəngli sellafon torba açılaraq içərisinə Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qara rəngli sellofanın içərisindəki yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə onun özünün yanında elektron tərəzidə çəkilmiş, ümumi çəkisi sellofan ilə birlikdə 285 qram gəlmişdir. Bundan sonra həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra onlar Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Sonuncu onlara etiraz etməmiş və onlar onu xx.xx.2025-ci il tarixdə saat 11:40-da Tovuz rayon PŞ-nə gətirmişlər. O, bu barədə raportla məruzə etmiş, araşdırmanın davam etdirilməsi TB-nin təhqiqatçısı polis leytenantı Ayxan Əmirxanova həvalə edilmişdir. Bundan sonra Tovuz rayon PŞ-nin TB-nin təhqiqatçısı Ayxan Əmirxanov tərəfindən ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir, ona görə gətirilmişdir, onun üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmişlər və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Ayxan Əmirxanov vəkilinin iştirakı ilə onun hüquqlarını ona izah edib nə üçün gətirildiyini bildirdikdən sonra onun üzərindən aşkar edilərək götürülmüş kütələyə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilərək götürülmüş və üzəri Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisindəki qara rəngli sellofan torbada olan kütlənin yaşıl rəngli, kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi aşkar edilmişdir. O, özü bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı bir həftə bundan əvvəl Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin ərazisində yolun kənarında qoyulmuş zibil qutusundan tapıb özü istifadə etmək məqsədilə üzəridə saxlamışdır. Həmin əşyaya baxış zamanı videoçəkiliş də aparılmışdır. Bu barədə təhqiqatçı Ayxan Əmirxanov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün Təqsirləndirilən şəxs, müdafiəçisi, o və digər iştirakçılar imza etmişlər. Onda Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni onun haradan və kimdən alması barədə onda məlumat yoxdur, onun özünün deməsinə görə həmin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni o, saxlanıldığı gündən bir həftə əvvəl Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yolun kənarındakı zibil qutusundan tapıb özü istifadə etmək məqsədilə üzəridə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hal-hazırda Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayır, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi, narkotik vasitədən istifadə etməsi barədə Tovuz RPŞ-yə məlumat daxil olmuşdur. 03 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxladığı və üzərində gəzdirdiyi üçün CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar Tovuz rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq olunduqdan sonra, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində üzərində narkotik vasitə gəzdirməsi barədə onlara məlumat daxil olmuşdur. Bu məlumat onlara daxil olan kimi dərhal o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Tovuz şəhəri B.Əsgərov küçəsinə getmişlər və 03 yanvar 2025-ci il tarixdə saat 11:18-də Təqsirləndirilən şəxs Tovuz şəhəri B.Əsgərov küçəsində yolun kənarında piyada hərəkətdə olarkən müəyyən etmişlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmişlər və ona qanunsuz olaraq narkotik vasitə saxlamasında və üzərində gəzdirməsində şübhəli olduğunu, buna görə də onun üzərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onların onun üzərinə baxış keçirməyinə etiraz etməmişdir. Bundan sonra onun üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan edilmiş narkotik vasitə olub-olmadığı soruşulmuşdur, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana var və əynində olan qara rəngli qış gödəkçəsinin qarın nahiyyəsində saxladığı bir ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin təqdim etdiyi qara rəngli sellafon torba açılaraq içərisinə Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qara rəngli sellofanın içərisindəki yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə onun özünün yanında elektron tərəzidə çəkilmiş, ümumi çəkisi sellofan ilə birlikdə 285 qram gəlmişdir. Bundan sonra həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra onlar Təqsirləndirilən şəxs Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Sonuncu onlara etiraz etməmiş və onlar onu xx.xx.2025-ci il tarixdə saat 11:40-da Tovuz rayon PŞ-nə gətirmişlər. CAB-nin əməliyyat müvəkkili Şahid1 bu barədə raportla məruzə etmiş, araşdırmanın davam etdirilməsi TB-nin təhqiqatçısı polis leytenantı Ayxan Əmirxanova həvalə edilmişdir. Bundan sonra Tovuz rayon PŞ-nin TB-nin təhqiqatçısı Ayxan Əmirxanov tərəfindən ona izah edilmişdir ki, narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəlidir, ona görə gətirilmişdir, onun üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçiriləcəkdir. Polis şöbəsində ona vəkillərin siyahısını təqdim etmişlər və onun istəyinə uyğun olaraq Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Ayxan Əmirxanov vəkilinin iştirakı ilə onun hüquqlarını izah edib nə üçün gətirildiyini bildirdikdən sonra onun üzərindən aşkar edilərək götürülmüş kütələyə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilərək götürülmüş və üzəri Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisindəki qara rəngli sellofan torbada olan kütlənin yaşıl rəngli, kəskin iyili, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi aşkar edilmişdir. O, özü bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı bir həftə bundan əvvəl Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin ərazisində yolun kənarında qoyulmuş zibil qutusundan tapıb özü istifadə etmək məqsədilə üzəridə saxlamışdır. Həmin əşyaya baxış zamanı videoçəkiliş də aparılmışdır. Bu barədə təhqiqatçı Ayxan Əmirxanov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru tərtib edildiyi üçün Təqsirləndirilən şəxs, müdafiəçisi, o və digər iştirakçılar imza etmişlər. Onda Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni onun haradan və kimdən alması barədə onda məlumat yoxdur, onun özünün deməsinə görə həmin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni o, saxlanıldığı gündən bir həftə əvvəl Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yolun kənarındakı zibil qutusundan tapıb özü istifadə etmək məqsədilə üzəridə saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 04 yanvar 2025-ci il tarixli 16/7 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan paketdə, təmiz çəkisi 260 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuananın təmiz çəkisi – 260 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 259,8 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 14 yanvar 2025-ci il tarixli 59 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİ qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 28 (iyirmi səkkiz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(003)-706/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 28 (iyirmi səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilən Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(062)- 19/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(062)-19/2025 saylı hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Mərkəzi Xəstəxanası öublik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ-i poliklinika şöbəsində 2018-ci il tarixdən nakoloji kabinetdə “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır və həkim-psixiatrın kabinetində qeydiyyatda dayanmır. İş materiallarında olan Tibbi Sosial Ekspert komissiyasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə Tovuz Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Həmin Məcəllənin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, lakin cəzasını çəkib qurtardığı tarixdən sonuncu cinayət törətdiyi, yəni xx.xx.2025-ci il tarixədək 02 (iki) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, İİ qrup əlil olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş qəti cəza olan 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və cəza çəkmə müddətinin əvvəli əvvəlki hökm üzrə həbsə alındığı vaxtdan, yəni 12 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin psixotrop maddələrinin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydası”nın 3.2-ci bəndinə əsasən, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara narkomaniyadan məcburi müalicə tətbiq oluna biləz. Göründüyü kimi Təqsirləndirilən şəxs İİ qrup əlillik dərəcəsi təyin edildiyindən, məhkəmə ona narkomaniyadan məcburi müalicə təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinet narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdən 05 yanvar 2025-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbs edildiyindən hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 259,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Tovuz Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəza olan 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, qismən toplanılaraq, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 10 (on) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və onun həbsdə olması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli əvvəlki hökm üzrə həbsə alındığı vaxtdan, yəni 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 259,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-44/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-44/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver