Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-45/2023 23.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində şəxsi münasibətlər zəminində Tovuz rayonu Heydər Əliyev prospektində yerləşən Tovuz şəhər parkında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs döyərək ona ona başın alın-sol gicgah nahiyəsinin əzilmiş cırılmış yarası xəsarətilə müşaiyət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəstən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yusif adlı şəxsi əvvəldən tanıyır. Münasibətləri hər zaman normal olmuş, aralarında əvvəldən heç bir ədavət və münaqişə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində X1 küçəsində görüşüb Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Murad” kafeyə getmişdir. Həmin kafedə spirtli içki olan araq qəbul edib yemək yemişlər. Daha sonra həmin kafedən çıxıb Tovuz rayonu Aşağı-Quşçu kəndində adını bilmədiyi kafelərdən birində Yusiflə birlikdə oturmuş, Yusif pivə içmiş, o, isə çay içmişdir. Həmin gün sat 23 radələrində həmin kafedən çıxıb Tovuz şəhəri Zərifə Əliyeva adına parkda yerləşən kafedə oturub çay içmək üçün gəlmişlər. Parka daxil olan zaman yoldan keçən markasını bilmədiyi avtomobil sürətlə sürmüşdür. Onlar həmin avtomobilin markasının üstündə mübahisə etmişdir. Həmin avtomobilin VAZ 2107 markalı olduğunu, Yusif isə həmin avtomobilin VAZ 2106 markalı olduğunu demişdir. Onlar hər ikisi bir-birinin ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Yusif kəllə ilə onun sifət nahiyyəsinə vurmuşdur. Zərbə nəticəsində onun göz nahiyyəsi xəsarət almışdır. Yusif onu vurduqdan sonra yerdə olan gül qabını götürüb sonuncunun baş nahiyyəsinə vurmuşdur. Nəticədə Yusifin başı çapılmışdır. Dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Daha sonra onları əvvəllər tanıdığı Polad adlı şəxs ayırmışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirir və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zaur adlı şəxsi əvvəldən tanıyır. Münasibətləri hər zaman normal olmuş, aralarında heç bir ədavət və münaqişə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Zaurla Tovuz şəhəri İsmayıl Mürşüdov küçəsində görüşüb Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Murad” kafeyə getmişdir. Həmin kafedə spirtli içki olan araq qəbul edib yemək yemişlər. Daha sonra həmin kafedən çıxıb Tovuz rayonu Aşağı-Quşçu kəndində adını bilmədiyi kafelərdən birində Zaurla birlikdə oturmuş, Zaur çay içmiş, o, isə pivə içmişdir. Həmin gün sat 23 radələrində həmin kafedən duraraq Tovuz şəhəri Zərifə Əliyeva adına parkda yerləşən kafedə oturub çay içmək üçün gəlmişdir. Parka daxil olan zaman yoldan keçən markasını bilmədiyi avtomobil sürətlə sürmüşdür. Onlar həmin avtomobilin markasının üstündə mübahisə etmişdir. Həmin avtomobilin VAZ 2106 markalı olduğunu, Zaur isə həmin avtomobilin VAZ 2107markalı olduğunu demişdir. Onlar hər ikisi birbirinin ünvanına nəlayiq küçə söyüşləri işlətmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı kəllə ilə Zaurun sifət nahiyyəsinə vurmuşdur. Zərbə nəticəsində Zaurun göz nahiyyəsi xəsarət almışdır. Daha sonra Zaur yerdə olan gül qabını götürüb onun baş nahiyyəsinə vurmuşdur. Nəticədə onun başı çapılmışdır. Daha sonra onları əvvəllər tanıdığı Polad adlı şəxs ayırmışdır. Dava-dalaş 3-5 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X2 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 72 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxsbədəni üzərində müəyyən edilmiş xəsarətlər:başın alın-sol gicgah nahiyəsinin əzilmiş cırılmış yarası, başın sol təpə və burun nahiyələrinin sıyrıqları xəsarətləridir.Qeyd edilən xəsarətlər küt əşyanın(alətin) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdi. Həmin xəsarətlərdən: başın alın-sol gicgah nahiyəsinin əzilmiş cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-45/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-45/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver