Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-46/2024 15.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, xx.xx.1994-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, işsiz, məhkumluğu olmayan, Şəmkir rayon Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs iştirakları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü ildə, saat 15 radələrində Tovuz rayonu Yanıqlı kəndinin inzibati ərazisində yolun kənarına yığılmış Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 6 metr uzunluğunda, 10 sm diametrli, 3 mm qalınlığı olan 48 ədəd, 4320 (dörd min üç yüz iyirmi) manat dəyərində dəmir dirəkləri talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən bir neçə gün əvvəl bitki dərmanı almaq məqsədilə tanımadığı VAZ-2106 markalı avtomobillə Şəmkir rayonundan Tovuz rayonuna gedərkən yolda avtomobilin qarşısında yük avtomobilinin hərəkət etdiyini və həmin avtomobilin yük yerində dəmir boruların olduğunu görmüşdür. Yükə diqqət yetirdikdə görmüşdür ki, onlar borulardan istehsal olunmuş dirəklərdir və aparıb harasa boşaldacaqlar. Yük avtomobilinin arxasınca gedib həmin dəmir dirəkləri hara boşaldacaqlarını öyrənmək istəmişdir. Daha sonra isə tanımadığı taksi sürücüsünə həmin yük avtomobilinin arxasınca sürməyini demişdir. Yük avtomobili Tovuz rayonunun AranYanıqlı kəndinə getmiş və orada qeyd olunan dəmir dirəkləri yolun kənarına boşaltmışlar. Bundan sonra həmin taksi ilə yenidən Şəmkir rayonuna qayıtmışdır. xx.xx.2023-cü ildə saat təxminən 11 radələrində yaşadığı kəndin mərkəzində olmuşdur. Yenə həmin dirəklərin yerinə baxmaq üçün Bakı-Qazax avtomobil yoluna çıxıb bir tanımadığı taksini saxlatdırıb Tovuz rayon Yanıqlı kəndinə getmişdir. Kəndə çatdıqda həmin dəmir dirəklərin yolun kənarında olduğunu və yanında isə heç kimin olmadığını görmüşdür. Daha sonra isə həmin dirəklərin bir qismini oğurlamaq qərarına gəlmişdir. Gəldiyi taksinin 5 (beş) manat yol pulunu ödədikdən sonra sürücü onu Bakı-Qazax avtomobil yolunun kənarında düşürüb çıxıb getmişdir. Bundan sonra yolun kənarında yük avtomobilinin gəlməsini gözləmişdir. Təxminən 1 saatdan sonra 1 ədəd boş Kamaz markalı yük avtomobilinin gəlməsini görüb sürücüyə əl edərək avtomobili saxlatmışdır. Həmin Kamaz sürücüsünün adı sonradan ona məlum olan Tağı adlı şəxs idi. Tağı adlı şəxsə Tovuz rayon Yanıqlı kəndində dəmir dirəklərin olduğunu və həmin dirəkləri aldığını, götürüb Şəmkir rayon Dəllər qəsəbəsinə aparmaq lazım olduğunu demişdir. Tağı ilə həmin dirəklərin töküldüyü yerə gəlmişdir. Tağı bu işin müqabilində ondan 150 manat pul istəmiş və fəhlənin olub-olmamasını soruşduqda fəhlənin özü tərəfindən tapılmasını təklif etmişdir. Tağı demişdir ki, “onlara da cəmi 50 manat pul verərsən”. Onunla razılaşmışdır. Tağı ona tanıdığı fəhlələrin olduğunu və çağıracağını demişdir. Saat təxminən 15 radələrində Tağı kiməsə zəng etmiş və maşını sürüb üzü Tovuz rayonu Əyyublu kəndi istiqamətinə doğru getmişdir. Şəmkir rayon Dəllər qəsəbəsində yaşayan dostu İlkinin anası Dürdanəyə zəng edərək satmaq üçün dəmir boru aldığını və həmin dəmir boruları müvəqqəti olaraq onun Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən evinin həyətinə boşaltmağa icazə almışdır. İlkin hal-hazırda Rusiya Federasiyasında olduğu üçün onun anası Dürdanəyə zəng etmişdir. Dürdanə də razılıq vermişdir. Lakin, həmin boruların haradan gətirdiyini və eyni zamanda həmin boruların oğurluq olduğu barədə Dürdanəyə hər hansı bir məlumat verməmişdir. Təxminən yarım saat gözlədikdən sonra “Kamaz” markalı yük avtomobili ilə Tovuz rayon Yanıqlı kəndində dəmir boruların olduğu yerə gəlmişdir. “Kamaz”da iki nəfər tanımadığı fəhlə olmuşdur. Həmin fəhlələr qeyd olunan borulardan 48 ədədini “Kamaz” markalı yük avtomobilinə yükləmişlər. Həm sürücüyə həm də fəhlələrə demişdir ki, qeyd olunan boruları satın almışdır. Boruları Tağının yük avtomobilinə yüklədikdən sonra oradan üzü Şəmkir rayon istiqamətinə tərəf hərəkətə başlamışlar. “Kamaz” markalı yük avtomobilini Dürdanənin yaşadığı evə sürdürüb həmin tanımadığı iki nəfər fəhlələrin köməkliyi ilə də dəmir dirəkləri həyətə boşaltmışdır. Yükü boşaltdıqdan sonra “Kamaz” markalı yük avtomobilinin sürücüsü Tağının 150 manat yol haqqını və əlavə olaraq 50 manat da fəhlələrə pul vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində kəndin mərkəzində olan zaman həmin boruları doğramaq və daha sonra isə satmaq qərarına gəlmişdir. Bunun üçün kömək etmək üçün ona bir nəfər adam lazım olmuşdur. Kəndin mərkəzində həmkəndlisi İlhamı görüb ona yaxınlaşaraq iş olduğunu, ona köməklik etməyini və həmin işin müqabilində isə İlhama 30 (otuz) manat pul verəcəyini demişdir. İlham onunla razılaşdıqdan sonra kənddən tanımadığı şəxsin taksi kimi istifadə və idarə etdiyi markasını və nömrəsini xatırlamadığı minik avtomobili ilə Vüsalla Dürdanənin yaşadığı evə getmişlər. Evə çatdıqda evin açarını işıq paylayıcısının içərisindən götürmüş və evin qapısını açaraq həyətə daxil olmuşlar. Evdə və həyətdə onlardan başqa heç kim olmamışdır. Həyətə daxil olduqdan sonra paltarlarını dəyişib işləməyə başlamışlar. Dəmir boruları doğramaq üçün istifadə etdikləri laqonda və elektrik paylayıcısı özünə məxsus olmuşdur. Həmin avadanlıqlardan istifadə edərək dəmir boruları doğramağa başlamışlar. Onlar təxminən yarım saat işlədikdən sonra Tovuz rayon Polis Şöbəsinn əməkdaşlarının həyətə daxil olduğunu görmüşlər. Bunu görən kimi hasardan aşaraq qaçmışdır. İlhamın, Dürdanənin, Kamaz markalı avtomobilin sürücüsünün, həmçinin iki nəfər fəhlələrin heç birinin həmin dəmir boruların onun tərəfindən cinayət yolu ilə əldə etməyindən, yəni, oğurlamağı barədə heç bir məlumatları olmamışdır. Həmin cinayəti tək olaraq etmişdir. Törətdiyi əməldən peşmandır. Dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbi yoxdur.Odur ki, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbləri yoxdur. Odur ki, yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o Tovuz rayonu Qovlar şəhər Elektron avtomatik telefon şəbəkəsində elektrik montyoru vəzifəsində işləyir.Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olan 349 ədəd 102 mm diametrliyi olan 6 metr uzunluğunda rabitə dirəklərini yaşadığı evin qarşısına rabitə xəttlərinin çəkilişi məqsədilə xx.xx.2023-cü il tarixdə boşaldılmışdır. Gündəlik olaraq Yanıqlı kəndində və yaşadığı ərazidə çəkilən xətlər üçün dirəklərdən 200 (iki yüz) ədədi daşınaraq istifadə edilmişdi. xx.xx.2023-cü il tarixdə səhər saatlarınadək orada 149 (yüz qırx doqquz) ədəd dirək qalmışdı. xx.xx.2023-cü il tarixdə 09:00-dan axşam 18:00-a qədər işdə olduğuna görə dirəklərin götürülməsindən xəbəri olmamışdır.Axşam evə gələn zaman arvadı Şahid7 ona “Kamaz” markalı yük avtomobilinin günorta saat 15:30-16:00 aralığında gələrək 4 (dörd) nəfər şəxsin orada olan dirəklərdən bir neçəsini yığıb apardıqlarını demişdir.Arvadı gələn şəxslərin Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşları olduğunu düşündüyündən həmin şəxslərə yaxınlaşmamış və nə üçün dirəkləri götürdüklərini soruşmamışdır. Həmçinin avtomobilin dövlət qeydiyyat nömrə nişanını da yadında saxlamamışdır. O, yalnız yük avtomobilinin kabinasının qırmızı və yük yerinin isə ağ rəngli və üstü bağlı olduğunu ona demişdir. Dərhal dirəkləri saymaq üçün çölə çıxmış və orada cəmi 101 (yüz bir) ədəd dirək qaldığını aşkar etmişdir.Daha sonra isə şöbə müdiri Sahil Əliyevə və xətt mühəndisi Vəli Məhərrəmova zəng edərək dirəklərin günorta saatlarında “Kamaz” markalı yük avtomobili ilə daşındığını bildirmiş və onlar həmin nəqliyyat vasitəsinin idarəyə məxsus olmadığını və dirəklərin götürülməsi barədə məlumatlarının olmadığını deyib oğurluq faktı ilə bağlı DİN-in 102 xidmətinə müraciət etməyi məsləhət etmişlər. Dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir.xx.xx.2023-cü il tarixdə qeyd etdiyi ərazidən ümumilikdə 48 ədəd boz rəngli boya ilə rənglənmiş, üzərində dirəyə qalxmaq üçün dəmir ayaqlıqlar bərkidilmiş, 102 mm diametrli, uzunluğu isə 6 metr olan dəmir dirəklər oğurlanmışdır. xx.xx.2023-cü il tarixdə evinin qarşısında açıq əraziyə boşaldılmış və ətrafında heç bir mühafizə çəpəri olmayan dirəkləri oğurlayan şəxsləri tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o Tovuz rayon Əyyublu kəndində yaşayır. 30 noyabr 2023-cü ildə saat təxminən 14-15 radələrində Tovuz rayon Əyyublu kəndində olan “Abidənin” yanında, fəhlə bazarında dayanmışdır. Bu zaman həmkəndlisi, ”Kamaz” markalı avtomobilin sürücüsü Tağı adlı şəxs ona zəng edib dedi ki, ”Saleh, Yanıqlı kənd yolunda bir nəfər şəxsin işi var,özünlə bir nəfəri də götür, həmin şəxsə məxsus olan dəmir dirəkləri maşınıma doldurmaq lazımdır, iş sahibi 50 ( əlli) manat,yəni, hər birinizə 25 ( iyirmi beş ) manat pul verəcəkdir”. O da etiraz etməmiş, Tağıya ”Abidə”nin yanında olduğunu demişdir. Sonra həmkəndlisi Şahid4 özünün mobil telefonu ilə zəng edib Tağının təklifini ona çatdırdıqda o da razılıq vermişdir.Bir az keçmiş Hümmət də onun yanına gəlmişdir. İkisi də Tağının “KAMAZ” markalı nömrəsini bilmədiyi yük avtomobilinin kabinasına minmişlər. Sürücüdən və onlardan başqa avtomobildə heç kim olmamışdır.Yolda Tağı onlara “dəmir dirəkləri maşınına yükləyib Şəmkir rayonu Dəllər qəsəbəsinə gətirib orada da bir həyətə boşaltmaq lazım olduğunu demişdir. Onlar da onunla razılaşmışlar. Həmin dirəklərin oğurluq olması barədə Tağı onlara heç nə deməmişdir. Deyilən yerə gəldikdə burada yolun kənarına sayı bilinməyən dəmir dirəkləri tökülməsini görmüşlər.Dəmir dirəklərin yanında isə tanımadığı və ilk dəfə gördüyü şəxsin tək olaraq dayanmasını görmüşdür. Onun yanında nəqliyyat vasitəsi olmamışdır. Həmin şəxs onlarla salamlaşıb bunlardan bir neçəsini aldığını, onları maşına yükləyib aparıb düşürtmək lazım olduğunu demişdir. Ətrafda heç kim olmamışdır, eyni zamanda kimsə onlara yaxınlaşıb deməyib ki, dirəkləri nə üçün yığırlar. Sonra həmin şəxs özü sayaraq, 48 (qırx səkkiz) ədəd dəmir dirəkləri Tağının “KAMAZ” markalı yük avtomobilinə yığmışlar. Bundan sonra avtomobil ilə Şəmkir rayon Dəllər qəsəbəsinə getmişlər. Dəmir dirəkləri yığdıran şəxs onlarla birlikdə kabinada oturduğundan həmin yaşayış məntəqəsinin Dəllər qəsəbəsi olduğunu o dedikdən sonra bilmişlər. Həmin dəmir dirəkləri bu şəxsin göstərdiyi bir evin həyətinə boşaltmışlar. İşi qurtardıqdan sonra adını sonradan ona məlum olan Vüsal adlı şəxs cibindən 200 ( iki yüz ) manat pul çıxardıb Tağıya vermişdir. Tağı da həmin puldan ona 50 (əlli ) manat pul vermişdir. Pulu götürüb kənddə Hümmətlə yarı bölmüşlər. Adama 25 (iyirmi beş ) manat pul düşmüşdür. Həmin dirəklərin oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayon Əyyublu kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin, özünə məxsus “Kamaz 53212” markalı ** BB *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sifariş qəbul edib yük daşıyır. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi avtomobil ilə Bakı-Qazax avtomobil yolu ilə üzü Tovuz şəhəri istiqamətində hərəkət etmişdir. Maşında tək özü olmuşdur. Bu zaman yolun kənarında tək dayanmış, əvvəllər tanımadığı bir nəfər şəxs əl ilə işarə edib onu saxlatmışdır. Həmin şəxs ona Şəmkir rayonundan olduğunu, yaxınlıqda Yanıqlı kəndi ərazisində dəmir dirəklər aldığını, həmin dirəklərin yolun kənarında olduğunu və dirəkləri Şəmkir rayonuna aparmaq lazım olduğunu bildirmişdir. Onunla həmin dirəklər saxlanılan yerə getmiş və həqiqətən də yolun kənarında dəmir dirəklərin yığılmasını görmüşdür. Kömək etməyi demiş, sonra ona fəhlə varmı soruşduqda həmin şəxs ona “fəhləni özün tap, onlarında pulunu ayrı verərəm” demişdir. Bu şəxsin adının sonradan özünün deməyinə görə Vüsal olmasını bilmişdir. Dirəkləri Şəmkir rayon Dəllər qəsəbəsinə aparmaq üçün o, özünə 150 ( yüz əlli ) manat, 2 nəfər fəhləyə isə cəmi 50 manat pul istəmişdir. Vüsal onunla razılaşmışdır.Həmin vaxt Vüsalın yanında heç kim və nəqliyyat vasitəsi olmamışdır. Vüsal ilə razılaşdıqdan sonra yaşadığı kənddən olan, fəhlə kimi işləyən Salehə zəng edib belə bir iş olduğunu və ikinci fəhlə lazım olduğunu ona demişdir. O da razılaşmış adam tapacağını bildirmişdir. Bir azdan sonra Saleh ona zəng edib tanışı Əyyublu kənd sakini Hümmət adlı şəxslə bu işi görə biləcəyini demişdir. O da maşını ilə həmin kəndə getmiş və Saleh ilə Hümməti “Abidənin yanı” deyilən yerdən götürüb həmin yerə qayıtmışdır. Saat təxminın 15 radələri olardı. Ora çatdıqdan sonra fəhlələr dəmir boruları “KAMAZ”a yükləmişlər. Avtomobilini idarə edərək onları Vüsalın müşayiəti ilə Şəmkir rayon Dəllər qəsəbəsində tanımadığı bir evin həyətinə gətirmişdir. Həmin evdə və həyətdə heç kim olmamışdır. Fəhlələr boruları həmin evin həyətinə boşaltmışlar. Daha sonra isə Vüsal ona 200 ( iki yüz ) manat pul vermişdir. Burada yük boşaldılandan sonra həmin ünvanda qalmış, özü isə fəhlələri götürüb Tovuz rayon Əyyublu kəndinə qayıtmışdır. Burada Salehə 50 (əlli) manat pul verdikdən sonra maşınını sürüb evinə gəlmişdir. Həmin dəmir dirəklərin oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Tovuz rayon Yanıqlı kəndində yaşayır. Əri Şahid6 Tovuz rayonu Qovlar şəhər Elektron avtomatik telefon şəbəkəsində elektrik montyoru vəzifəsində işləyir. Ərinin deməsinə görə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olan 349 ədəd 102 mm diametrliyi olan 6 metr uzunluğunda rabitə dirəklərini yaşadığı evin qarşısına rabitə xətlərinin çəkilişi məqsədilə olaraq boşaldılmışdır. Gündəlik olaraq Yanıqlı kəndində və yaşadığı ərazidə çəkilən xətlər üçün dirəklər işlədilmişdir. Dirəklər həmin yerə xx.xx.2023-cü il tarixdə boşaldılmışdır. Həmin vaxtdan indiyə qədər də, neçə ədəd dirəklərdən istifadə eddilməsindən xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarınadək orada 149 (yüz qırx doqquz) ədəd dirək qalmışdır. xx.xx.2023-cü il tarixdə əri saat 09:00-dan axşam saat 18:00-a qədər işdə olmuşdur. Həmin gün saat təxminən günorta saat 15:30-16:00 aralığında inəyini evindən təxminən 400 metr məsafə aralıda olan örüş sahəsindən geri qayıdan zaman 4 (dörd) nəfər tanımadığı şəxslərin orada olan dirəklərdən bir neçəsini yığıb“Kamaz” markalı yük avtomobilinə yükləməsini görmüşdür. Gələn şəxslərin ərinin işləyi təşkilatın əməkdaşları olduğunu güman edib həmin şəxslərə yaxınlaşmamış və nə üçün dirəkləri götürdüklərini də soruşmamışdır. Həmçinin, avtomobilin dövlət qeydiyyat nömrə nişanını da yadında saxlamamışdır.. Həmin yük avtomobilinin kabinası qırmızı və yük yeri isə ağ rəngli və üstü bağlı olmuşdur. Dirəklər yığıldıqdan sonra həmin şəxslər avtomobilə minib çıxıb getmişlər. Axşam əri işdən qayıdanda bu barədə Fikrətə dedikdə o dərhal dirəkləri saymaq üçün çölə çıxmış və qayıtdıqda özünün deməyinə görə orada cəmi 101 (yüz bir) ədəd dirək qaldığını aşkar etmişdir. Daha sonra isə Fikrət telefonu ilə əvvəl iş yerinə, sonra isə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. xx.xx.2023cü il tarixdə evimin qarşısında açıq əraziyə boşaldılmış və ətrafında heç bir mühafizə çəpəri olmayan dirəkləri oğurlayan şəxsləri tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olmaqla yanaşı oğlu ilə də dostdur. Oğlu bir neçə aydır ki, Rusiyadadır.Vüsal ona zəng edərək dəmir dirəklərin olduğunu, evlərində isə yer olmadığından dirəkləri onların evinə boşaldılmasını təklif etmişdir. O da razılıq vermişdir. Dirəklərin oğurluq olmasından xəbəri olmamışdı. Sadəcə qonşusu olduğundan təklifindən imtina edə bilməmişdir. Məhkəmə iclasında Şahid4 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 01 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, baxış yeri Tovuz rayonu Sarıtala İƏD-yə daxil olan Aran Sarıtala adlanan yaşayış ərazisinin yol kənarıdır.Torpaq yolunun kənarına yığılmış boz rəngli boya ilə boyanmış dirəklərin sayı 101 ədəd və hər birinin diametri 102 mm, uzunluğu isə 6 metr olmuşdur.Dirəklər yığılmış yerin əks tərəfində təxminən 2-3 metr dərinlikdə və 15-20 metr enində yarğan yerləşir. Baxış keçirilməsi haqqında 02 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olan 48 (qırx səkkiz) ədəd rabitə dəmir dirəkləri Şəmkir rayon Dəllər qəsəbəsi, Nizami küçəsində yaşayan Şahid1 məxsus evin həyətindən aşkar olunaraq götürülmüşdür. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2023-cü il tarixli, 9/9476 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olan 48 (qırx səkkiz) ədəd, 6 metr, diametri 10 sm, divarının qalınlığı 3 mm, rabitə dəmir dirəklərinin 2023-cü ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4320 (48 ədəd x 90,0) manat müəyyən olunur. Azərbaycan Respublikası TƏBİB Şəmkir rayon X2 Hüquqi Şəxsin 06 dekabr 2023-cü il tarixli, 455 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir RMX-nın PHŞ-in Poliklinika şöbəsində həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair heç bir məlumat yoxdur. Cinayət işi üzrə yanvar 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmaqla Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 48 ədəd dəmir dirəklər maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 MMC-nin saxlancına verilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilərkən həmin normada nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinin əlamətləri işin hallarına uyğun olaraq qiymətləndirilməmiş və nəticədə düzgün olmayan nəticə gəlinmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə ona görə gəlinmişdir ki, o dövlət və ictimai əhəmiyyətli rabitə xəttinin dəmir dirəklərini gizli olaraq talamışdır. CM-nin 177.2.3-2-ci maddəsi ilə şəxs o zaman cinayət məsuliyyətinə cəlb edilə bilər ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilmiş olsun. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsi, özünün etiraf edici ifadəsi, zərərçəkmiş və şahidlərin ifadələri, cinayət işindəki digər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlaklar rabitə dirəklərindən ibarətdir. Yəni, həmin maddənin sanksiyasında cinayətin rabitə xəttlərinə münasibətdə törədilməsi ona görə ağırlaşdırıcı hal kimi çıxış edir ki, rabitə xəttinə münasibətdə oğurluğun edilməsi xəttin mülkiyyətçisinə əmlak ziyanı vurmaqla yanaşı, həm də rabitə xəttindən istifadə etmiş şəxslərin də maraqlarına zərbə vurmuş olur. Hazırki halda isə rabitə xətti hələ çəkilmədiyindən və gələcəkdə çəkilməsi nəzərdə tutulduğundan, hələ çəkilməsi də qeyri-müəyyən olduğundan, bir sözlə rabitə xəttindən istifadə ilə bağlı hər hansı ictimai münasibətlər zərər çəkmədiyindən şəxsin əməli həmin maddə ilə tövsif edilə bilməz. Talamanın predmeti ilk növbədə əmlakdır. MM-in 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalara yalnız fiziki obyektlər deyil, habelə pul və qiymətli kağızlar da aiddir (MM-in 135.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, neft kəmərlərindən oğurluq bütün hallarda, təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərindən oğurluq isə həmin xətlər dövlət və ya ictimai əhəmiyyətli olduğu hallarda CM-in 177.2.3-2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətləri o halda dövlət və ya ictimai əhəmiyyətli sayılır ki, həmin xətlərin ya sahibi, istifadəçisi və ya mülkiyyətçisi dövlət və ya yerli özünüidarə orqanı olsun, yaxud belə xətlər xüsusi mülkiyyətdə olsa da yerli əhalinin və ya bir çox insanın təbii qaza, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiyaya, dəmir yoluna tələbatını ödəmiş olsun. Məhkəmə qeyd edir ki, hələ rabitə xəti mövcud olmadığından, həmin xəttin dövlət və yaxud ictimai əhəmiyyətindən də danışmaq olmaz. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilmiş qaydada Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 MMC-yə 4320 (dörd min üç yüz iyirmi) manat məbləğində ziyan vurması öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və o həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1 və 49.2-ci maddələrinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinəəsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs tutulduğu 2 gün müddət, bir günə dörd gün olmaqla hesablanmaqla ona təyin edilmiş islah işləri cəzasından 8 gün çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut kimi tanınan 48 ədəd dəmir rabitə dirəklərinin Zərərçəkmiş şəxs2 MMC-yə qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu iki gün müddət bir günə dörd gün olmaqla hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə islah işləri cəzasından çıxılaraq üzərində 11 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-46/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-46/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver