Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-47/2025 06.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Tovuz rayonu, Dönük Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, yəni bir ədəd qarışıq rəngli polietilen torbada təmiz çəkisi 440 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əlində saxlamış, 13 yanvar 2025-ci il tarixdə, saat 18:10 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən kənd qəbirstanlığının qarşısı ilə piyada hərəkət edərkən saxlanılmış, həmin tarixdə saat 18:10 dəqiqədən saat 18:20 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd qarışıq rəngli polietilen torbada təmiz çəkisi 440 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əlindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən üç-dörd gün bundan öncə yaşadığı kənddə “Üçqapı” adlanan ərazidə piyada hərəkətdə olan zaman yerdə bir ədəd qarışıq rəngli sellofan görmüşdür. O, həmin qarışıq rəngli sellofanı açıb içərisinə baxan zaman içərisində kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğunu görüb cibinə qoymuşdur. O, həmin qarışıq rəngli sellofanda olan kütləni istifadə etmək üçün bir ədəd göy rəngli sellofanın içərisinə qoymuş və yanına bir ədəd özünə məxsus qəhvəyi rəngli qış gödəkçəsini qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, həmin göy rəngli sellofanı anasının qəbir daşının yanından götürüb küçə ilə piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə şəxs ona yaxınlaşmışlar. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmışdır. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, həmin şəxslərə üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olduğunu deyərək əlimdə olan göy rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin göy rəngli sellofana baxış keçirilən zaman içərisində bir ədəd qarışıq rəngli sellofan və qəhvəyi rəngli qış gödəkçəsi aşkar edilmişdir. Həmin qarışıq rəngli sellofana açıb baxış keçirən zaman içərisində yaşıl rəngli kəskin iyli ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olan qarışıq rəngli sellofanı çıxarıb təqdim etmişdir. Daha sonra həmin qarışıq rəngli sellofana baxış keçirilmişdir. Bir ədəd qarışıq rəngli sellofandan olan kütlə elektron tərəzidə çəkilmişdir. Bir ədəd qarışıq rəngli sellofanda olan kütlənin çəkisi sellofanla birlikdə 455 qram təşkil etmişdir. Daha sonra bir ədəd qarışıq rəngli sellofandan olan kütlə ишк цвцв zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-yə gətirmişlər. O, bir otağa daxil olmuşdur. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisindən tapdığı zaman təklikdə olmuş, həmin vaxt ətrafda heç kim olmamışıdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə edərə deyə üzərində saxlamışdım. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Belə ki, o, bu barədə heç kimə heç bir söz deməmiş və məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəsi polis baş leytenantıdır. Tovuz RPŞ-də İB-də istintaqı aparılan müvafiq cinayət işi üzrə göstərmişdir ki, Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görədə həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 13 yanvar 2025-ci il tarixində Təqsirləndirilən şəxs ətrafında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri barəsində göstərmişdir ki, 13 yanvar 2025-ci il tarixdə Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra rəhbərlik tərəfindən Tovuz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Tovuz RPŞ-nin X1 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 onun ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etməkləri göstərişi verilmişdir. Beləliklə də o, Tovuz RPŞnin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə avtomobilə əyləşib Tovuz rayonu, Dönük Qırıqlı kəndinə gəlmişlər. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən kənd qəbirstanlığının qarşısı ilə piyada hərəkət edir. Bundan sonra onlar avtomobili saxlamış və Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən kənd qəbirstanlığının qarşısı ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 18:10 dəqiqədə saxlamışlar. Həmin şəxs saxlanılarkən özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirilərək Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə üzərində baxış və götürmə aparılması barədə bildirdikdən sonra sonuncuya qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə qəbul etməsi, qanunsuz olaraq üzərində narkotik vasitə və ya psixotrop maddə gəzdirməsində, saxlamaqda şübhəli olduğunu deyib üzərində saxlanılması qanunla qadağan olunan hər hansı əşya olması, varsa könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və dașınması qanunla qadağan edilmiş əșya olduğunu deyərək əlində olan göy rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin göy rəngli sellofanı çıxarıb içərisinə baxan zaman içərisində bir ədəd qəhvəyi rəngli qış gödəkçəsi və bir ədəd qarışıq rəngli sellofan aşkar edilmişdir. Qarışıq rəngli sellofanda olan kütləyə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı qarışıq rəngli sellofanın içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Soruğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əlində olan göy rəngli sellofanın içərisindən çıxarıb təqdim etdiyi qarışıq rəngli sellofanda olan kütlə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır və həmin kütləni 4-5 gün bundan əvvəl Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən “Üçqapı” deyilən ərazidən tapmış və həmin narkotik vasitəni Dönük Qırıqlı kənd qəbirstanlığına apararaq orada olan mərhum anasının qəbir daşının yanında özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qarışıq rəngli sellofanda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofanla birlikdə çəkisi 455 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd qarışıq rəngli sellofanda narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və götürmə 13 yanvar 2025-ci il tarixdə saat 18:10 dəqiqədə başlayıb saat 18:20 dəqiqədə başa çatmışdır. Baxış-üstünün yoxlanılması zamanı onun tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış-üstünün yoxlanılması zamanı Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən “İphone-16” markalı mobil telefonun video-kamerasından istifadə edilməklə video-çəkiliş aparılmışdır. Ondan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirilmiş və Tovuz RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil ilə təmin edilmişdir. Vəkilin iştirakı ilə həmin zərfə açılıb yenidən baxılaraq saat 19:30 dəqiqədən saat 19:50 dəqiqəyə kimi Rovuz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən həmin qarışıq rəngli sellofanda olan kütləyə açılaraq baxış keçirilmişdir. Bu zaman həmin qarışıq rəngli sellofanın içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əlində olan göy rəngli sellofanın içərisindən çıxarıb təqdim etdiyi bir ədəd qarışıq rəngli sellofanda olan kütlə narkotik vasitə hesab olunan qurudulmuş marixuanadır. Həmin kütləni Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən “Üçqapı” deyilən ərazidən tapmış və həmin narkotik vasitəni Dönük Qırıqlı kənd qəbirstanlığına apararaq orada olan mərhum anasının qəbir daşının yanında özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra bir ədəd qarışıq rəngli sellofanda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofanla birlikdə 455 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd qarışıq rəngli sellofanda narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə yenidən möhürlənərək zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X5 Bölməsinə göndərilməsindən ötrü təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən götürülmüş və bu barədə protokola əlavə edilmişdir. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən bir ədəd qarışıq rəngli sellofan torba ilə birlikdə ayrı-ayrı elektron tərəzilər ilə çəkilmişdir. 14 yanvar 2025-ci il tarixli, 16/35 nömrəli ekspert rəyində göstərilən çəkilər isə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz və daha düzgün hesab edilməli çəkisidir. Məhz bu səbəbdən də qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi ekspertizada göstərilən çəkidən artıq gəlmiş ola bilər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Tahiq oğlu və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sübhəli şəxsin üstünün yoxlanılması haqqında 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:10 dəqiqədən saat 18:20 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd qarışıq rəngli sellofan bükümdə sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 440 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 19:20-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə video çəkiliş aparılmaqla saat 19:30 dəqiqədən saat 19:50 dəqiqəyədək əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd Azərbaycan Respublikası DİNnin 177 nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilən zaman həmin zərfin içərisində bir ədəd qarışıq rəngli sellofan bükümdə sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən təmiz çəkisi 440 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin 14 yanvar 2025-ci il tarixli 16/35 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 440 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanadan 0,02 qram tədqiqata sərf edildikdən sonra 439,8 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 23 yanvar 2025-ci il tarixli, 95 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd qızılı rəngli siqaret falqasıının içərisində təmiz çəkisi 440 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 13 yanvar 2025-ci il tarixdə, saat 19:20dən tutulmuş hesab edilmişdir. “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs axtarışa elan edilmiş və xx.xx.2025-ci il tarixdə tutularaq Tovuz Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bərdə rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 06 ay azaldılmış və o, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Tovuz rayonu İcra Hakimiyyəti başçısının Dönük Qırıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini – dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 15 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan və Tovuz RPŞ-nin saxlancına verilmiş 439.8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 30.40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-47/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-47/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver