Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-48/2023 28.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 nəfər uşaqları olan, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan sahiblik hüququ X2 məxsus olan “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz-Zəyəm avtomobil yolunun Tovuz rayonu Alakol kəndi ərazisindən keçən hissəsi ilə üzü Şəmkir rayonu istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) tələbini pozaraq, həmin tələbə əsasən avtomobilin hərəkət sürətinin qeyd olunan yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili daha yüksək sürətlə idarə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək yolun sağ ehtiyyat hissəsində piyada hərəkət edən X8 vurmuş, nəticədə ehtiyyatsızlıqdan piyada X1 parietal sümüyündən sol temporal sümüyünə uzanan və ossipital sümüyün sol yarısını da əhatə edən, yəni sol təpə sümüyündən sol gicgah sümüyünə doğru uzanan və ənsə sümüyünün sol yarısını da əhatə edən sınıq xətti, sol parietal payın subdural qanaması, yəni sol təpə payının sərt qişaaltı qanaması, sağ hemisferada, yəni sağ beyin yarımkürəsində olan subaraxnoidal qanama, sağ temporal, yəni beyinin sağ gicgah payının hemorragik kontuziyası, C2 fəqərə cisminin dentisinin, yəni İİ boyun fəqərəsinin diş çıxıntısının yerdəyişməyən sınığı, sol maksilyar sinusun postero-lateral divarında, yəni sol əng cibinin arxa-bayır divarında olan sınıq xətti, sağ sol temporo-parietaloossipital, yəni sol gicgah-təpə-ənsə sümüklərinə qonşu dərialtı yerləşimli geniş hematoma sahəsi kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda törətdiyi həmin yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Qovlar şəhəri ərazisində ailə üzvləri olan xx.xx.2018-ci il təvəllüdlü qızı X10, xx.xx.2004-cü il təvəllüdlü X15 və xx.xx.2005-ci il təvəllüdlü X16 və arvadı ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Tovuz rayonu Qovlar şəhəri ərazisində yas mərasimindən çıxaraq idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tək Tovuz-Zəyəm avtomobil yolunun sağ tərəf hərəkət zolağı ilə Tovuz rayonu Qovlar şəhəri ərazisindən üzü Gəncə şəhəri istiqamətində 60-70 km/saat sürət ilə hərəkətdə olmuşdur. O, idarə etdiyi avtomobil ilə Tovuz-Zəyəm avtomobil yolunun Tovuz rayonu Alakol kəndi ərazisindən keçən hissəsində anidən idarə etdiyi avtomobilin sağ yan güzgüsü ilə həmin vaxt avtomobil yolunun üzü Gəncə şəhərinə doğru sağ kənarında dayanaraq durmuş bir nəfər şəxsi ehtiyyatsızlıqdan vurmuş, o, həmin şəxsi bilməyərəkdən və ehtiyyatsızlıqdan idarə etdiyi avtomobilin sağ yan güzgüsü ilə vurdğu üçün qorxub hadisə yerindən qaçmış və yoluna davam etmişdir. Tovuz rayonu Əyyublu kənd ərazisinin girişinə daxil olduqda idarə etdiyi avtomobili yolun ehtiyyat hissəsində dayandıraraq saxlamış, avtomobildən düşdükdə sağ tərəf güzgünün yerində olmadığını görmüş və yenidən idarə etdiyi avtomobilə əyləşib Gəncə şəhərinə doğru hərəkətinə davam etmişdir. O, Gəncə şəhərinə gedərkən yolda Gəncə şəhərində avtomobil ustası olaraq fəaliyyət göstərən Vüsal adlı şəxsə zəng edərək avtomobilinin sağ güzgüsünün sınaraq düşdüyünü bildirib ona haradan güzgü tapa biləcəyini soruşmuşdur. Sonuncudan əldə etdiyi mobil nömrə ilə əlaqə saxlayaraq “Volkswagen” markalı, “Crafter” modelli avtomobil üçün sağ güzgü satıb-satmadığını soruşmuş, tanımadığı həmin şəxs isə Gəncə şəhəri ərazisində Gülüstan qəsəbəsi deyilən ünvana getməsini demiş, bundan sonra o, “Paşa otel”in yaxınlığında bir nəfər şəxslə görüşüb 140 manat müqabilində bir ədəd avtomobili üçün sağ güzgü almışdır. Bundan sonra Gəncə şəhəri ərazisində “Dubay” bazarı deyilən əraziyə gedərək göyərti məhsullarını avtomobilinə yükləyib gecə 04 radələrində Gəncə şəhəri ərazisindən çıxıb yenidən Tovuz rayonu Qovlar şəhərinə geri qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində idarə etdiyi avtomobil Tovuz rayonu Qovlar şəhəri ərazisində “Bizim market” adlı marketin qarşısında dayanaraq durarkən Tovuz RPŞ-nin Qovlar PB-nin polis əməkdaşları avtomobilinə yaxınlaşaraq ona xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Tovuz-Zəyəm avtomobil yolunun Tovuz rayonu Alakol kənd ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişlər. O, həmin hadisənin idarə etdiyi avtomobilin güzgüsünün düşməsi ilə əlaqəli olduğunu, yəni polis əməkdaşlarının xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobil ilə törətmiş olduğu yol-nəqliyyat hadisəsini nəzərdə tutduqlarını həmin an başa düşmüşdür, lakin qorxduğu üçün bu barədə polis əməkdaşlarına bildirməmişdir. Belə ki, o, idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törətməsini və sonradan hadisə yerindən yayınmasını heç kəsin bilməyəcəyini düşünmüşdür. Polis əməkdaşları getdikdən sonra növbəti gün, xx.xx.2022-ci il tarixdə gecə yaşadığı evdə atası X7 baş vermiş hadisə barədə məlumat vermiş, xx.xx.2022ci il tarixdə Tovuz RPŞ-nin Qovlar PB-nin polis əməkdaşlarının dəvət ilə polis bölməsinə gedərək törətmiş olduğu yol-nəqliyyat hadisəsini etiraf etmişdir. Onun “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsinə dair etibarnamə və sürücülük hüququ olmamışdır. O, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zəyəm- Quşçu avtomobil yolunun Tovuz rayonu Alakol kənd ərazisindən keçən hissəsində idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı sərxoş olmadığını bildirmişdir. Baş vermiş hadisədən sonra, yəni ibtidai istintaq zamanı o, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və hazırda sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 3 nəfər uşaqlarının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxs X11 ifadəsində göstərmişdir ki, 12 noyabr 2022-ci il tarixdə fəhləlik etmək üçün Tovuz rayonu Alakol kəndinə getmiş, işini bitirib daha sonra Alakol kəndi ərazisindən Tovuz rayonu Qovlar şəhərinə gedərək oradan marşrut mikroavtobusu ilə yaşadığı Ağstafa rayonu Köçəsgər kəndinə getmək fikrinə düşmüş, bu məqsədlə həmin gün saat təxminən 20 radələrində tək, piyada Tovuz rayonu Alakol kəndi ərazisindən çıxaraq yerli sakinlər arasında köhnə yol olaraq tanınan Zəyəm-Quşçu avtomobil yolunun üzü Tovuz rayonu Qovlar şəhəri istiqamətində sol tərəf ehtiyyat hissəsi ilə adi yerişlə hərəkətdə olmuşdur. Tovuz rayonu Alakol kəndinin giriş hissəsindən (Arka olan hissə) üzü Qovlar şəhərinə doğru təxminən 150 (yüz əlli) metr getdikdən sonra o, yorğun olduğundan və artıq qaranlıq düşdüyündən Şəmkir rayonu istiqamətdən hər hansı bir avtobusun və ya minik avtomobilinin hərəkətdə olub-olmadığını yoxlamaq və olduğu halda dayandıraraq Qovlar şəhərinə kimi avtomobil ilə getmək məqsədlə bir anlıq piyada hərəkətini dayandırıb avtomobil yolunun ehtiyyat hissəsində, yəni torpaq yolda geriyə doğru, yəni arxası Qovlar şəhəri istiqamətində, ön hissəsi isə üzü Şəmkir rayonu istiqamətində durmuşdur. Bu vəziyyətdə avtomobil yolunun üzü Qovlar şəhəri istiqamətində sol tərəf ehtiyyat hissəsində, yəni torpaq yolda təxminən 2-3 saniyə durduqdan sonra anidən baş nahiyəsinin sol tərəf qulaqdibi hissəsindən zərbə ilə nəsə toxunduğunu hiss etmiş və dərhal zərbənin təsirindən dayanaraq durduğu yerə yıxılmışdır. İlk bir neçə saniyə yerdə uzanmış vəziyyətdə baş nahiyəsinin sol tərəf qulaqdibi hissəsində kəskin ağrı hiss edib huşunu itirmişdir. O, yerə yıxıldıqdan sonra həmin an marka və modelinini dəqiq görə bilmədiyi iriqabaritli yük avtomobilinin sürətlə ondan uzaqlaşdığını görmüşdür. Baş vermiş hadisədən 2 (iki) gün sonra o, Tovuz RMX-da özünə gəlmiş, lakin onun avtomobil ilə vurulduğu yerdən kim tərəfindən və hansı formada xəstəxanaya aparılması barədə məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yerli sakinlər arasında köhnə yol kimi tanınan Zəyəm-Quşçu avtomobil yolunun üzü Tovuz rayonu Qovlar şəhəri istiqamətində sol tərəf ehtiyyat hissəsi ilə piyada hərəkətdə olarkən bir neçə saniyəlik avtomobil yolunun ehtiyyat hissəsində dayanaraq durmuş, bu zaman Tovuz rayonu Qovlar şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zəyəm-Quşçu avtomobil yolu ilə Tovuz rayonu Qovlar şəhəri istiqamətindən üzü Gəncə şəhəri istiqamətinə doğru hərəkətdə olarkən idarə etdiyi avtomobilin ön sağ tərəf güzgüsü ilə onu vurmuş, daha sonra isə hadisə yerindən qaçmışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yerli sakinlər arasında köhnə yol olaraq tanınan Zəyəm-Quşçu avtomobil yolunun üzü Tovuz rayonu Qovlar şəhəri istiqamətində sol tərəf ehtiyyat hissəsi ilə piyada adi yerişlə hərəkətdə olmuş və yol-nəqliyyat hadisəsi baş verərkən avtomobil yolunun hərəkət hissəsində deyil, ehtiyyat hissədə, yəni torpaq yolda olmuşdur. Bundan başqa o, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 50 (əlli) metr məsafədən görmüşdür. Belə ki, o, xəsarət alaraq huşunu itirməmişdən əvvəl həmin dəqiq marka və modelinin xatırlamadığı avtomobilin uzaqdan Qovlar şəhəri istiqamətdən üzü ona doğru hərəkətdə olduğunu görmüşdür. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Odur ki, iş üzrə qanuni hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə istintaq zamanı verdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tamamilə ödənilmiş, hazırda onun sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, hazırda Ağstafa rayonu Köçəsgər kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. X11 onun oğludur. xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində Ağstafa rayonu Köçəsgər kənd ərazisində yerləşən yaşadığı evdə olarkən nəvəsi X12 ona zəng edərək sonuncunun əmisi, yəni oğlu Elnur Qasımovun yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurması nəticəsində xəsarət alması və hazırda Tovuz rayon mərkəzi xəstəxanasında olması barədə ona məlumat vermiş, bundan sonra o, telefon danışığını yekunlaşdırıb dərhal taksi ilə Tovuz RMX-na getmişdir. Tovuz RMX-da oğlu Elnur Qasımovun xəsarət alaraq huşunu itirimiş vəziyyətdə yatdığını, eyni zamanda sonuncunun baş nahiyyəsinin qulaqdibi hissəsindən qan izlərinin olduğunu görmüşdür. Oğlu 2 (iki) gün huşunu itirmiş vəziyyətdə Tovuz RMX-da müalicə almış, üçüncü gün artıq özünə gəlməyə başlamışdır. Həmin müddətə qədər oğlu Elnur Qasımovu yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobil ilə vuraraq sağlamlığına xəsarət yetirən şəxsin kim olması barədə məlumatları olmamışdır. Baş vermiş hadisədən təxminən 1 həftə sonra oğlu Elnur Qasımovu yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobil ilə vuraraq sağlamlığına xəsarət yetirən şəxsin şəxsiyyəti müəyyən olunmuşdur. Belə ki, polis əməkdaşları tərəfindən verilən məlumata əsasən, oğlu Elnur Qasımov xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Tovuz- Zəyəm avtomobil yolunun Tovuz rayonu Alakol kəndi ərazisindən keçən hissəsində Tovuz rayonu Qovlar şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsü ilə vurulmuş, yolnəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. Bu faktı Təqsirləndirilən şəxs özü və ailə üzvləri də təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi yerindən qaçmasını qorxması ilə əsaslandıraraq ona şikayətçi olmamasını, şikayətçi olmayacağı halda oğlunun müalicəsində köməkdarlıq göstərəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, hazırda ünvan 4 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Sahiblik hüququ özünə məxsus “Opel” markalı avtomobil ilə taksi sürücüsü olaraq işləyib özünün və ailə üzvlərinin maddi ehtiyyaclarını qarşılamağa çalışır. Təxminən 1 (bir) il əvvəl qardaşı Təqsirləndirilən şəxs Gəncə şəhərində bir nəfər tanışının vasitəsilə “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almaq fikrinə gəldiyini bildirmiş, lakin sonuncunun sürücülük hüququ olmadığından adına nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə sənədi əldə etmək mümkün olmadığından “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnaməni onun adına dair əldə etmişlər. Onlar “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin vaxt Bank təşkilatı vasitəsilə kredit formasında əldə etdikdən sonra sahiblik hüququ X2 məxsus avtomobilin idarə edilməsinə dair onun adına 1 (bir) ay müddətinədək elektron etibarnamə təqdim edilmişdir. Nəqliyyat vasitəsinin idarə edilməsinə dair rəsmi etibarnamə sənədinə əsasən “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində olsa da həmin avtomobili qardaşı Təqsirləndirilən şəxs idarə etmişdir. O, sonuncunun nəqliyyat vasitəsini idarə etməyə dair sürücülük hüququ olmadığını bildiyi halda istifadəsində olan “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Təqsirləndirilən şəxs idarə etməsi üçün istifadəsinə vermişdir. Belə ki, qardaşı Təqsirləndirilən şəxs gündəlik olaraq Gəncə şəhərinə gedərək oradan göyərti məhsulları alıb sahiblik hüququ X2 məxsus “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib Qovlar şəhəri ərazisində satmışdır. Qardaşı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zəyəm-Quşçu avtomobil yolunun Tovuz rayonu Alakol kənd ərazisindən keçən hissəsində idarə etdiyi sahiblik hüququ X2 məxsus, nəqliyyat vasitəsinin idarə edilməsinə dair rəsmi etibarnamə sənədinə əsasən istifadəsində olan “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi, yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçması barədə xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində məlumat əldə etmişdir. Belə ki, həmin tarixdə ünvan 4 ünvanında yerləşən yaşadığı evin qarşısında Tovuz RPŞ-nin Qovlar Polis bölməsinin 2 (iki) nəfər polis əməkdaşının dayanaraq qardaşı Təqsirləndirilən şəxslə danışaraq sonuncunu Tovuz RPŞ-nin Qovlar polis bölməsinə dəvət etmişlər. Qardaşı Təqsirləndirilən şəxs də polis əməkdaşlarının dəvətinə əsasən onlarla razılaşıb polis bölməsinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zəyəm-Quşçu avtomobil yolunun Tovuz rayonu Alakol kənd ərazisindən keçən hissəsində idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçmışdır. Bildirmişdir ki, onun nə qardaşı Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi törətməsi barədə, nə də sonuncunun bu barədə ataları X7 məlumat verməsi barədə xəbəri olmamışdır. Bütün bu hadisələr barəsində o, xx.xx.2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin Qovlar PB-nə dəvət edilməsindən sonra məlumat əldə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində qardaşı Təqsirləndirilən şəxs Tovuz rayonu Qovlar şəhəri ərazisində yas mərasimindən çıxaraq sürücülük hüququ olmadan idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tək göyərti məhsulları almaq üçün Şəmkir rayonuna gedəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid X3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, hazırda ünvan 6 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. ünvan 8raq işləyir. xx.xx.2022-ci il tarixdə 21 radələrində o, işlədiyi sexdə istirahət otağında olarkən anidən küçədən səs-küy, bir növ avtomobilin adam vurmasına bənzər səs eşitmiş, səsi eşidən an dərhal nə baş verdiyini öyrənmək məqsədilə otaqdan çıxaraq yola doğru yaxınlaşmış, bu zaman Tovuz-Zəyəm avtomobil yolunun üzü Şəmkir rayonu istiqamətində sağ tərəf ehtiyyat hissəsində, yəni torpaq yolda bir nəfər şəxsin arxa hissəsi üzərinə uzanıqlı vəziyyətdə torpaq örtüyün üzərində olduğunu, həmçinin həmin vaxt dövlət qeydiyyat nişanını dəqiq görə bilmədiyi bir ədəd iriqabaritli yük avtomobilinin onun dayanaraq durduğu yerdən təxminən 100 metr aralı məsafədən üzü Şəmkir rayonuna doğru sürətlə hərəkətdə olduğunu görmüşdür. Həmin vaxt avtomobil yolunda hər iki istiqamətdə hər hansı bir nəqliyyat vasitəsi hərəkətdə olmamışdır. O, avtomobil vurması nəticəsində xəsarət almış piyada tanımadığı şəxsə yaxınlaşmış və dərhal mobil telefonu ilə ilk əvvəl təcili tibbi yardım avtomobili dəvət etmək üçün “103” zəng xidmətinə, daha sonra isə baş vermiş yolnəqliyyat hadisəsi barədə polis əməkdaşlarına məlumat vermək məqsədilə Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmiş və yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış piyada şəxsi təcili tibbi yardım avtomobili ilə Tovuz RMX-ya aparmışlar. Həmçinin polis əməkdaşları hadisə yerinə gəldikdən sonra hadisə yerindən, yəni avtomobil yolunun üzü Şəmkir rayonu istiqamətində sağ tərəf ehtiyyat hissəsindən iriqabaritli nəqliyyat vasitəsinə aid olan bir ədəd sağ yan güzgünün sınmış hissələri tapılaraq aşkar edilmişdir. Bundan sonra baş verənlər barədə hər hansı bir məlumatı yoxdur. O, yol-nəqliyyat hadisəsindən bir neçə saniyə sonra hadisə yerinə getdiyi üçün artıq yol-nəqliyyat hadisəsi törətmiş avtomobilin sürücüsü hadisə yerindən sürətlə uzaqlaşaraq üzü Şəmkir rayonu istiqamətində hərəkətdə olduğundan o, həmin avtomobilin dəqiq marka və dövlət qeydiyyat nişanını görə bilməmiş, lakin həmin avtomobilin iriqabaritli yük avtomobili olduğunu dəqiqliklə bildirmişdir. Məhkəmə iclasında şahid X5 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, hazırda ünvan 4 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Göyərti məhsulları sataraq özünün və ailə üzvlərinin maddi ehtiyyaclarını qarşılamağa çalışır. Təqsirləndirilən şəxs oğludur. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində o, yaşadığı evdə olarkən oğlu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** (***-***-**-**) saylı mobil nömrəyə zəng edərək xx.xx.2022-ci il tarixdə saat 21 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zəyəm-Quşçu avtomobil yolu ilə Tovuz rayonu Qovlar şəhəri istiqamətindən üzü Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən ehtiyyatsızlıqdan bir nəfər piyada şəxsi idarə etdiyi avtomobil ilə vurması, lakin həmin vaxt qorxuduğu üçün hadisə yerindən idarə etdiyi avtomobili saxlamadan qaçması, xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Qovlar şəhəri ərazisində “Bizim Market”in qarşısında idarə etdiyi “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandıraraq saxladığı zaman Tovuz RPŞ-nin Qovlar PB-nin polis əməkdaşları avtomobilə yaxınlaşaraq xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zəyəm-Quşçu avtomobil yolunun Tovuz rayonu Alakol kənd ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmələri barədə məlumat vermişdir. Bu zaman o, növbəti gün bu barədə polisə məlumat verəcəklərini oğluna bildirmiş, növbəti gün xx.xx.2022-ci il tarixdə səhər 10 radələrində Tovuz RPŞ-nin Qovlar PB-nin polis əməkdaşları oğlu Təqsirləndirilən şəxs Qovlar polis bölməsinə dəvət etmişlər. O, “Volkswagen” markalı, “Crafter” modelli, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Təqsirləndirilən şəxs idarə etdiyindən o, avtomobilin güzgüsünün və ya digər hər hansı bir ehtiyyat hissəsinin zədə almasına, yenisi ilə əvəz edilməsinə diqqət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 fevral 2023-cü il tarixli 8/291 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Volkswagen Crafter” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili daha yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Tovuz Rayon Şöbəsinin 30 dekabr 2022-ci il tarixli 526 nömrəli ekspert rəyindən görünür ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol parietal sümüyündən sol temporal sümüyünə uzanan və ossipital sümüyün sol yarısını da əhatə edən, yəni sol təpə sümüyündən sol gicgah sümüyünə doğru uzanan və ənsə sümüyünün sol yarısını da əhatə edən sınıq xətti, sol parietal payın subdural qanaması, yəni sol təpə payının sərt qişaaltı qanaması, sağ hemisferada, yəni sağ beyin yarımkürəsində olan subaraxnoidal qanama, sağ temporal, yəni beyinin sağ gicgah payının hemorragik kontuziyası, C2 fəqərə cisminin dentisinin, yəni İİ boyun fəqərəsinin diş çıxıntısının yerdəyişməyən sınığı, sol maksilyar sinusun postero-lateral divarında, yəni sol əng cibinin arxa-bayır divarında olan sınıq xətti, sağ-sol temporo-parietalo-ossipital, yəni sol gicgah-təpə-ənsə sümüklərinə qonşu dərialtı yerləşimli geniş hematoma sahəsi bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz RQİ və TB şöbəsinin xx.xx.2023-cü il tarixli 016-205 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib, qeyd olunan maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdə müsbət xarakterizə olunmasını, himayəsində 3 nəfər uşaqlarının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin qanunda qeyd olunan cəzanı yüngülləşdirən hallarla yanaşı, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “Volkswagen Crafter” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və yol-nəqliyyat hadisəsi yerindən aşkar edilmiş 1 (bir) ədəd sağ yan güzgünün çanaq hissəsi isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasının bir günə iki gün hesablanmaqla 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Volkswagen Crafter” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və yol-nəqliyyat hadisəsi yerindən aşkar edilmiş 1 (bir) ədəd sağ yan güzgünün çanaq hissəsi isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-48/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-48/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver