Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-5/2023 21.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı il tarixdə Şəmkir rayonun Zəyəm Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Tovuz Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Şəmkir rayonun Zəyəm Cırdaxan kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi, bu əmlakın özünün xeyrinə yönəldilməsi məqsədi və özgənin əmlakını açıq talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində tanışı X4 Tovuz rayonu Əyyublu kəndində kirayədə yaşadığı evə gəlib onunla 20 manat pul müqabilində cinsi əlaqədə olduqdan sonra tələb olunan 20 manat pulu ona verməmiş, əksinə həmin vaxtı X4 ona əlində nümayiş etdirdiyi və yaşadığı evin kirayə haqqı kimi ödəməli olduğu 45 (qırx beş) manat məbləğində nağd pulu, yəni 2 (iki) ədəd 10 (on) manatlıq, 4 (dörd) ədəd 5 (beş) manatlıq, 5 (beş) ədəd 1 (bir) manatlıq əsginazları qəflətən əlindən alıb qaçaraq özgənin əmlakını açıq tаlаyıb soyğunçuluq yolu ilə ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında daimi pasport qeydiyyatında olmaqla faktiki olaraq Şəmkir rayon Zəyəm Cırdaxan kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə, xüsusilə də fəhləliklə məşğul olur. Əlilliyi, o cümlədən hər hansı bir psixi xəstəliyi və ya psixi pozuntusu yoxdur. Tovuz rayonu Əyyublu kənd sakini X5 artıq uzun müddətdir tanıdığını, adı çəkilən şəxslə qohumluq əlaqəsi olmadığı kimi, ədavət və ya düşmənçiliyinin də olmadığını bildirmişdir. Məlahət Əkbərova ilə tanışlığı isə Tovuz rayonu Əyyublu kəndinin ərazisində birlikdə fəhləlik etməkləri səbəbindən yaranmışdır. 23 fevral 2022-ci il tarixdə axşam saatlarında o, Tovuz rayonu Əyyublu kəndinin mərkəzində yerləşən və Hakim adlı şəxsin sahibi olduğu, camaat arasında “Hakim kafe” kimi bilinən kafedə əyləşib yemək yeyib spirtli içki olan araq içmişdir. Həmin gün saat 21 radələrində sərxoş vəziyyətdə kafedən çıxmışdır. İçkinin təsiri ilə belə qərara gəlmişdir ki, cinsi tələbatını ödəsin. O, Məlahətin pul müqabilində müxtəlif kişilərlə görüşüb cinsi əlaqədə olduğunu bildiyindən, sonuncunu istifadəsində olduğu ***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində də olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə zəng etmişdir. Məlahət Əkbərova ilə həmin telefon danışığı zamanı sonuncuya bildirmişdir ki, onunla görüşüb cinsi əlaqədə olmaq istəyir. Həmin şəxs isə onun təklifi ilə razılaşıb, cinsi əlaqədə olmağı müqabilində ondan 20 (iyirmi) manat məbləğində pul istəmişdir. O da Məlahət Əkbərova ilə razılaşmış və Məlahətin kirayə yaşadığı, Tovuz rayonu Əyyublu kəndində yerləşən evinə getmişdir. Bildirmişdir ki, Məlahət Əkbərovanın yaşadığı ev Tovuz rayonu Əyyublu kəndinin mərkəzində yerləşən ikimərtəbəli binanın elə ikinci mərtəbəsində yerləşir. O, həmin binaya daxil olub, Məlahətin evinin qarşısına çatmış və qapını döymüşdür. Qapını elə Məlahətin özü açmış və o, Məlahət Əkbərovanın icazəsi ilə Məlahətin evinə daxil olmuşdur. Evdə onların ikisindən başqa heç kim olmamışdır. Cinsi əlaqədə olmaq üçün o, Məlahətin yaşadığı evdəki yataq otağına keçmişdir. Məlahətlə razılıqlarına uyğun olaraq, yəni Məlahətin də icazəsi ilə həmin yataq otağındakı təknəfərlik yataqda cinsi əlaqədə olmuşlar. Cinsi əlaqə aktından sonra o, yataqdan qalxıb paltarını geyinməyə başlamışdır ki, bu zaman Məlahət Əkbərova ondan cinsi əlaqədə olmağı müqabilində 20 manat məbləğində pulu istəmişdir. O isə pulu verməmək üçün müxtəlif bəhanələr gətirməyə başlamışdır. Beləliklə də cinsi əlaqədə olandan sonra qısa bir müddət ərzində söhbət etmiş olmuşlar ki, elə bu ərəfələrdə, yəni söhbət edə-edə Məlahət digər otağa getmiş, dərhal da geri qayıtmışdır. Cinsi əlaqədə olduqları otağa qayıdan kimi otaqda olan dolabın siyirməsini açmış, siyirmədəki pulu əlinə götürüb ona göstərmiş və “Birdən pulumu oğurlayarsan ha!” demişdir. O, belə güman etmişdir ki, Məlahət otaqdan qısa bir müddət çıxıb onu otaqda tək qoyduğu üçün, onun yataq otağındakı pulu oğurlaya biləcəyindən şübhələnərək həmin dolabın siyirməsinə baxmışdır ki, görsün o pulu oğurlamışdır yoxsa yox. Pul Məlahətin əlində olanda o Məlahətə tərəf yaxınlaşmış və sonuncunun əlindəki pulu Məlahətin iradəsinə zidd olaraq qəflətən əlindən dartıb götürmüşdür. Artıq əynini geyinmiş olduğu üçün də pulu götürən kimi dərhal evdən çıxmışdır. Məlahət onun ardı ilə gəlsə də, ona çata bilməmişdir. O, dərhal piyada olaraq 500-600 metr məsafə qət edib, Şəmkir rayonu Düyərli kəndininin ərazisinə keçmişdir. Şəmkir rayonu Düyərli kəndi ərazisində olarkən, Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən “Rəşid Market”in sahibi olan Rəşid adlı şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsindən ona zəng etmişdir. Telefon danışıqları zamanı ondan Məlahət Əkbərovanın pulunu gətirib geri qaytarmağını tələb etmişdir. O, Rəşid adlı həmin şəxsə Bakı şəhərinə getməyə hazırlaşdığını bildirmiş, pulu da geri qaytarmaqdan imtina edərək telefon danışığını yekunlaşdırmışdır. Bundan bir neçə dəqiqə sonra isə Şəmkir rayonu Düyərli kəndində dövlət qeydiyyat nişanını bilmədiyi, sürücüsünü isə tanımadığı avtobusların birinə əyləşib Bakı şəhərinə doğru yola düşmüşdür. Avtobusda olarkən Məlahətin əlindən sonuncunun iradəsinə zidd olaraq götürdüyü pulu saymışdır. Pulu sayanda görmüşdür ki, həmin pul 2 (iki) ədəd 10 (on) manatlıq, 4 (dörd) ədəd 5 (beş) manatlıq, 5 (beş) ədəd də 1 (bir) manatlıq əsginaz halında olan, ümumilikdə 45 (qırx beş) manat məbləğində nağd puldur. Elə o, avtobusda olarkən Məlahət Əkbərova istifadəsindəki həmin mobil telefon nömrəsi ilə zəng edib, ondan götürdüyü pulu geri qaytarmağını tələb etmiş, lakin o həmin pulu qaytarmaqdan imtina etmişdir. Belə ki, Məlahətin üzünə telefonu bağlayıb (“adboy verib”), telefonunu söndürmüşdür. Bundan sonra da Bakı şəhərinə getmiş, bir qədər istirahət etdikdən sonra isə yenidən Şəmkir rayonuna qayıtmışdır. Daha sonra da xəbəri olmuşdur ki, Məlahət Əkbərova onun barəsində Tovuz RPŞ-yə şikayət xarakterli müraciət etmişdir. O, Məlahət Əkbərovadan 45 manat məbləğində pulu sonuncunun iradəsi ziddinə götürüb Məlahət Əkbərovanın yaşadığı evdən çıxıb getmişdir. Buna baxmayaraq, Məlahət Əkbərovanın dediklərinin tam əksinə, o sonuncudan xəbərsiz şəkildə Məlahət Əkbərovanın evinə girib, onun yataq otağındakı çarpayıda çılpaq uzanmamışdır. Yuxarıda da qeyd etdiyi kimi, o Məlahətlə telefonda danışıb razılaşdıqdan sonra Məlahətin evinə getmişdir ki, evinin qapısını da ona Məlahətin özü açmışdır. Bundan sonra da onlar cinsi əlaqədə olmuşlar. Ardı ilə də o Məlahətin əlindən 45 manat pulu elə Məlahətin gözü qarşısında və sonucnunun iradəsinə zidd olaraq, lakin zor tətbiq etmədən alıb evdən çıxıb getmişdir. O X4 əlindən sonuncunun iradəsi ziddinə pulu alarkən Məlahətə qarşı hər hansı formada zor tətbiq etməmişdir. Belə ki, o sadəcə Məlahətin əlindəki pulu qəflətən dartıb Məlahətin razılığı olmadan götürmüşdür. Ani bir anda pulu Məlahətin əlindən dartıb götürmüş, sonrasında da evdən çıxıb getmişdir. O, həmçinin bildirmişdir ki, əvvəlcədən (həmin evə girməzdən əvvəl) X6 məxsus evdən və ya sonuncunun özündən Məlahətin iradəsinə zidd olaraq hər hansı bir əşya və sair götürmək, talamaq və ya ələ keçirmək barədə niyyəti olmamışdır. Məlahət Əkbərova həmin 45 manat pulu ona göstərəndən sonra o, Məlahətin əlindən həmin pulu elə onun razılığı olmadan götürüb, yəni açıq yolla talayıb evdən çıxıb getmişdir. O, Məlahət Əkbərova ilə telefonla danışarkən təklikdə olmuşdur ki, onun yanında heç kim olmamışdır. Belə ki, onun Məlahət Əkbərova ilə mobil telefonda nə danışdığını eşidən hər hansı bir şəxs də olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o, Məlahət Əkbərovaya məxsus həmin evə daxil olarkən də, həmin evdən çıxarkən də onu görən hər hansı bir şəxs olmamışdır. Onun hər hansı bir şəxslə əlbirliyi olmadığı kimi, hər hansı bir şəxs ona həmin soyğunçuluq əməlində hər hansı bir formada köməklik də etməmişdir. Həmçinin o bu əməli barədə də hər hansı bir şəxsə məlumat verməmişdir. Odur ki, bu barədə heç kimin xəbəri, məlumatı olmamışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə barışmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olsa da Əyyublu kəndində kirayədə yaşayır. Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Həmin şəxs də onun kimi fərdi əməklə, xüsusilə də, fəhləliklə məşğul olur. Belə ki, Təqsirləndirilən şəxs ilə tanışlığı Tovuz rayonu Əyyublu kəndinin ərazisində birlikdə fəhləlik etməyi səbəbindən yaranmışdır. 23 fevral 2022-ci il tarixdə evdə olarkən saat 21 radələrində Təqsirləndirilən şəxs ona zəng edib pul müqabilində cinsi əlaqədə olmağı təklif etmişdir. Özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini özü Məcidə vermişdir. Həmin şəxslə mövsüm vaxtı pamidor, xiyar və xurma (xirnik) qablaşdırılmasında işlədiklərindən aralarında səmimi münasibət yaransa da həmin şəxslə heç bir zaman cinsi əlaqədə olmamışdır. Ona görə də Məcid özünə məxsus olmaqla öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib görüşüb cinsi əlaqədə olmaq istədiyini dedikdə onun təklifi ilə razılaşıb, cinsi əlaqədə olmağı müqabilində ondan 20 (iyirmi) manat məbləğində pul istəmişdir. O da razılaşıb kirayə yaşadığı, Tovuz rayon Əyyublu kəndinin mərkəzində yerləşən mənzilə gəlmişdir. Qapı döyüləndə qapını açmış və icazəsi ilə Məcid evə daxil olmuşdur. Evdə ikisindən başqa heç kim olmamışdır. Cinsi əlaqədə olmaq üçün ikisidə yataq otağına keçmiş və burada Məcid onunla razılığı əsasında təknəfərlik yataqda cinsi əlaqədə olmuşdur. Cinsi əlaqə aktından sonra Məcidlə yataqdan qalxıb paltarlarını geyindikdən sonra Məciddən cinsi əlaqədə olmağı müqabilində 20 manat məbləğində pulu istədikdə o, pulu verməmək üçün müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonra özü başqa otağa keçmiş, yenidən yataq otağına qayıtdıqda otaqda olan dolabın siyirməsini açıb burada olan 45 manat pulu əlinə götürüb Məcidə göstərərək “birdən pulumu oğurlayarsan ha!” demişdir. Pul əlində olanda Məcid ona yaxınlaşmış və gözləmədiyi halda əlindəki pulu iradəsinə zidd olaraq qəflətən dartıb götürmüş və cibinə qoyub dərhal qapıya doğru getmişdir. Onun arxasınca gəlib Məcidin əllərindən tutub saxlamış, bu zaman Məcid əllərini əlindən çıxartmış. qolundan tutub sıxıb onu kənara itələyib qaçmışdır. Təqsirləndirilən şəxs qolundan tutma anı artıq Təqsirləndirilən şəxs pulu əlindən aldıqdan sonra baş vermiş, o da ərizəsinə onun qolundan tutmasını göstərmişdir. Təqsirləndirilən şəxs ardınca küçəyə çıxıb gəlsədə ona çata bilməmişdir. Ona görə də yaşadığı evin yaxınlığında olan “Rəşid Market”in sahibi olan Rəşid adlı şəxsə Məcidin ona məxsus 45 manat pulunu aparmağını demiş və ona Məcidlə danışıb pulu gətirib geri qaytarmağı deməsini xahiş etmişdir. O da Məcidə zəng edib ondan pulu qaytarmağı tələb etmişdir. Məcid Rəşidə Bakı şəhərinə getməyə hazırlaşdığını deyib pulu geri qaytarmaqdan imtina etmişdir. Məcidin ondan aldığı pullar 2 (iki) ədəd 10 (on) manatlıq, 4 (dörd) ədəd 5 (beş) manatlıq, 5 (beş) ədəd də 1 (bir) manatlıq əsginaz halında olan, ümumilikdə 45 (qırx beş) manat məbləğində nağd pul olmuşdur. Təqsirləndirilən şəxs ilə ödəniş müqabilində cinsi əlaqədə olmağını heç kimin bilməməsi və utandığından guya, Təqsirləndirilən şəxs tərəfindən onu bıçaqla hədə-qorxu gəlib 45 manat pulunu alması barədə “102” xidmətinə həqiqətə uyğun olmayan məlumat vermişdir. X16 Bölməsində cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik və ya şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikaıs CM-nin 296-cı maddəsinin mahiyyəti barədə ona xəbərdar edildikdə həqiqəti danışmağı qərara almış və izahatı zamanı Təqsirləndirilən şəxs əlində bıçaq olmamasını göstərmiş, həmin faktı ifadəsində bir daha təsdiq etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq və ya bədənə xəsarət yetirilməsi üçün nəzərdə tutulmuş hər hansı bir alət olmamış və ya belə bir zorun tətbiq edilmə hədəsi ilə ona psixi təsir göstərilməmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs tək olmuşdur. Zərərçəkmiş şəxs X7 ibtidai istintaq zamanı verdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam həcmdə ödəmiş, o Təqsirləndirilən şəxsla barışmış, onun sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Əyyublu kəndində ailəsi ilə birlikdə yaşayır. Kənddə mağazası var. Həmin mağazada satıcı işləməklə ailəsini dolandırır. X1 sakini olmasa da Əyyublu kəndində müəyyən kənd təsərrüfatı məhsularının yığılmasında pul müqabilində fəhlə kimi işləyir və burada tanımadığı şəxsin evində kirayədə yaşayır. X4 əxlaqsız həyat tərzi keçirməsini eşitməmişdir. Eyni zamanda əslən Şəmkir rayonundan olan Təqsirləndirilən şəxs tanıyır, o da Məlahət kimi kəndə gəlib fəhləlik etməklə məşğuldur. Həmin şəxsin barəsində mənfi xarakterli hər hansı bir söhbət eşitməmişdir. xx.xx.2022-ci il tarixdə saat 21-22 radələrində mağazada olmuşdur. Bu zaman X4 ucadan kiminsə ünvanına telefonla danışıb “ay köpəkoğlu pulumu qaytar” deməsini eşitmişdir. Bundan sonra X7 mağazaya girmişdir. Ondan nə hadisə baş verdiyini və nə üçün narazılıq etməsi səbəbini soruşduqda X7 “Məcid 45 manat pulumu evimdə əlimdən qəflətən dartıb aldı və çıxıb getdi” deyib telefonunu ona uzadıb Məcidlə danışıb pulunu geri qaytarmağını ona deməyi xahiş etmişdir. O da Məlahətin sözünü eşidib Məcidlə Məlahətin telefonu ilə danışıb ondan 45 manat pulu geri qaytarıb özünə verməsini təklif etdikdə Təqsirləndirilən şəxs “Bakı şəhərinə getməyə hazırlaşıram, Məlahət qələt edir, onu şərləyir, həmin şəxsin pulunu götürməmişəm” demişdir. Bundan sonra telefonu Məlahətin özünə qaytarmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs ona olduğu yer barədə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə ifadələr arasında olan ziddiyyətləri арaşdırmaq məqsədi ilə üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Zərərçəkmiş şəxs X7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı X7 öz ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs 45 manat məbləğində pulunu əlindən qəflətən alıb qaçmasını həmin şəxsin üzünə bir daha deməklə onu ifşa etmişdir. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. МТЕ və PA Birliyinin Tovuz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 124 nömrəli rəyindən görünür ki, X4 bədən səthində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Şəmkir Rayon İHB-nin Zəyəm Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilmiş, məhkumluğu yoxdur. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(062)-3/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində hərbi xidmət keçmişdir. İş materiallarında olan Şəmkir Rayon Qeydiyyat Şöbəsinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hər iki valideynlərini itirmişdir. Belə ki, anası X10 xx.xx.2014-cü ildə və atası X9 xx.xx.2017-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində göstərilmişdir ki, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materialları ilə təsdiqin tapır ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətmişdir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayətprosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışmasını, vətən uğrunda gedən döyüşlərdə iştirak etməsini və hər iki valideynlərini itirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə maddi sübut olan 5 (beş) ədəd bir manatlıq pul əsginazları hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 5 (beş) ədəd bir manatlıq pul əsginazları hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-5/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-5/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver