Məhkəmə qərarları › İş №1(062)-5/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-5/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-5/2025 20.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, Tovuz Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 1(062)-90/2023saylı hökmünə əsasən 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 22 yanvar 2024cü il tarixli 1(104)-93/2024 saylı qərarına əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 1(102)-2011/2024 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il 06 (altı) ayadək endirilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 fevral 2025-ci il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində sərxoş vəziyyətdə atası X1 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Tovuz rayonu, Əyyublu kəndində yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 valideyinlərinə məxsus yaşadığı evin qarşısına müvafiq məhkəmə qərarı ilə müəyyən edilməyən vaxtda getməklə azyaşlı övladı ilə görüşməyi bəhanə edib, həmin yaşayış evinin giriş qapısının bağlı olduğunu görüb döyərək qapının açılmasını tələb etmiş, onun bu qanunsuz tələbinə cavab verilmədikdə bunu özünə qarşı təhqir kimi qəbul edib ev sahibi olan keçmiş qayınanası Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərini özünəməxsus formada cəzalandırmaq məqsədi ilə və bununla da həyata keçirəcəyi qanunsuz hərəkətlərinin qeydə alınmasının qarşısını almaq üçün həmin yaşayış evinin giriş hissəsinin yaxınlığında quraşdırılmış yaşayış evini elektrik enerjisi ilə təmin edən elektrik sayğacının elektrik cərəyanını tənzimləyən kilidini bağlamaqla yaşayış evinə elektrik enerjisini və yaşayış sahəsində quraşdırılmış videokameranın elektriklə qidalanmasını dayandırdıqdan sonra heç bir əsaslı səbəb olmadan orada səs-küy salıb davamlı olaraq yüksəkdən Zərərçəkmiş şəxs2 və onun valideyinlərinin ünvanına nalayiq ifadələr işlədərək, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2, onun anası Zərərçəkmiş şəxs1 və sonuncunun anası Zərərçəkmiş şəxs3 qanuni mənafelərinə toxunan, hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, zor tətbiq olunması ilə müşayiət edilən, həmin şəxslərin və yaxınlıqda yaşayan qonşuların təxminən 20-25 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, yüksək təhlükə mənbəyi hesab edilən, idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı minik avtomobildən silah qismində istifadə edib avtomobili sürətlə hərəkət etdirərək avtomobilin qabaq hissəsi ilə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 valideyinlərinə məxsus Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin bağlı vəziyyətdə olan darvazasını qəsdən vurub zədələməklə açaraq avtomobillə evin həyətinə daxil olduqda həmin vaxt idarə etdiyi avtmobili darvazanın arxasında dayanmış Zərərçəkmiş şəxs1 üzərinə doğru hərəkət etdirməklə avtomobilin qabaq hissəsi ilə onu vuraraq xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin qapalı sınığı və sağ diz oynağının hemartrozu kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra, avtomobili orada dayandırıb sükan arxasından düşərək xuliqanlıq hərəkətlərini davam etdirməklə azyaşlı övladının və anası Zərərçəkmiş şəxs1 gözü qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs2 əzab verdiyini dərk edərək rəhmsiz və qəddarcasına əli və ayağı ilə onun bədəninə qəsdən ardıcıl zərbələr vurduqdan sonra onun başını əli ilə tutaraq qəsdən dəmir darvazanın səthinə vuraraq ona başın əzilmiş yarasından sonrakı çapığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, xuliqanlıq hərəkətlərini davam etdirməklə həmin vaxt onun hərəkətlərini dayandırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə sonuncunun sol əlin İİ barmağını dişləyib ona sol əlin İİ barmağının dişlənmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus 2000 (iki min) manat dəyərində dəmir darvazanın 400 (dörd yüz) manat dəyərində hissələrini zədələmiş, hər birinin dəyəri 18 (on səkkiz) manat olmaqla 03 ədəd dəyəri cəmi 54 (əlli dörd) manat olan içərisində Yuka növlü gül əkilmiş dibçəkləri məhv etmiş, yəni xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə edib zərər çəkmiş şəxslərə zor tətbiq etməklə qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs müalicə müəssisəsində olduğundan onunla sonuncu məhkəmə iclasının keçirilməsi qaydası onun iştirakı və razılığı ilə “whatsapp” sosial şəbəkəsi üzərindən videogörüntü vasitəsilə əlaqə saxlanılmaqla keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə iştirakı videogörüntü vasitəsilə təmin edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkəmə iclasında verdiyi ifadəsində və videogörüntü ilə şərait yaradılmış sonuncu məhkəmə iclasında özünü etdiyi əməldən təqsirli bilməyərək göstərdi ki, 2018-ci ildə Tovuz rayonu Əyyublu kənd sakini Zərərçəkmiş şəxs2 ilə ailə qurmuş, onların birgə nikahından xx.xx.2019-cu il tarixdə Nadir adlı övladı doğulmuşdur. Ailə qurduqdan altı ay sonra Gülnarın anası Raisə, nənəsi Raya və digər yaxın qohumlarının yersiz müdaxilələri nəticəsində aralarında narazılıq yaranmış, narazılıq uzun müddət davam etmiş və Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin yanvar ayının əvvəllərində məhkəmə qaydasında rəsmi olaraq boşanmışlar. Boşandıqdan sonra Gülnar və onun anası onu azyaşlı övladı Nadir ilə görüşməyə imkan verməmişlər. Buna görə də 2023-cü ilin may ayının əvvəllərində aralarında olan dava-dalaş hadisəsinə görə barəsində Tovuz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb məhkəməyə göndərilmiş və Tovuz rayon məhkəməsinin hökmü ilə həmin maddə ilə təqsirli bilinib 2 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, 19 dekabr 2023-cü il tarixdə axşam saatlarında atası X1 məxsus olan və etibarnamə əsasında idarə etdiyi Mitsubishi Pajero markalı ** GV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Bakı şəhərindən çıxaraq xx.xx.2023-cü il tarixdə səhər saatlarında Tovuz rayonu Əyyublu kəndinə çatmış, həmin kəndin ərazisində yerləşən atası Ehibar Kazımova məxsus olan evə gəlmiş, həmin gün Tovuz rayonu Əyyublu kəndi ərazisində olmuşdur. Həmin gün keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 valideyinlərinə məxsus yaşadığı evə getməmişdir. 20 dekabr 2023-cü il tarixdə saat 14 radələrində ünvanı xatırlamadığı ünvan 2 araq içmişdir. 20 dekabr 2023-cü il tarixdə saat 17 radələrində həmin yeməkxanadan çıxmış və Mitsubishi Pajero markalı ** GV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Tovuz rayonu Əyyublu kəndinin ərazisində yerləşən, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 valideyinlərinə məxsus yaşadığı evə gedib azyaşlı övladı Nadir ilə görüşmək istəmişdir. Evin qapısı bağlı olduğu üçün qapını döymüş, lakin qapını açan olmamışdır. Evdə kameranın olmasını və onların çəkiliş apararaq görüntülərdən istifadə edəcəklərini nəzərə alıb evə girən elektrik enerjisini girişdən (elektrik açardan) ayırmışdır. Sonra darvazanı və qapını aça bildmədiyi üçün avtomobilin sükanı arxasına keçib motoru işə salaraq avtomobilin qabaq hissəsi ilə evin darvazasını vurmuş və darvaza açılmış, avtomobil evin həyətyanı sahəsinə daxil olmamış və həmin vaxt darvaza açılarkən keçmiş qayınanası Zərərçəkmiş şəxs1 yerə yıxılmasını görmüşdür. Avtomobilin qabaq hissəsi ilə vuraraq darvazanı açarkən açılan darvazanın dəmir hissəsi Zərərçəkmiş şəxs1 ayağına dəyib ona xəsarət yetirmişdir. O, avtomobilin qabaq hissəsinin Zərərçəkmiş şəxs1 dəyməsini görməmişdir. Avtomobili saxlayıb sükan arxasından düşmüşdür. Bu vaxt Zərərçəkmiş şəxs2 və onun nənəsi Raya üzərinə gəlmiş, Zərərçəkmiş şəxs3 əli ilə üzünü cırmaqlamaq istəmiş və o, Zərərçəkmiş şəxs3 əlini dişləmişdr. O, keçmiş arvadı Gülnarı vurmamış, onu döyməmiş, onun başını darvazaya vurmamışdır. Sonra özünü pis hiss etdiyi üçün nə baş verdiyini xatırlamamışdır. Bunun üçün onun vaxt və imkanı olsa da bunu etməmiş, orada heç kəsi öldürmək məqsədi və niyyəti olmamışdır. Onun məqsədi və niyyəti azyaşlı övladını görmək olmuşdur. Məhkəmə qərarına əsasən onun hər həftənin şənbə və bazar günləri və ya xüsusi bayram günlərində saat 10- 00 dan axşam saat 18-00-dək övladı Nadirlə görüşmək hüququ vardır. Hadisə günü, yəni 20 dekabr 2023-cü il tarixdə həftənin 3-cü çərşənbə günü olduğundan həmin gün görüş günü olmasa da, azyaşlı övladı ilə görüşmək istəmiş, onu görmək üçün oraya gəlmişdir. Etdiyi hərəkətlərə görə peşmandır. Bu halları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun doğma qızıdır. Zərərçəkmiş şəxs2 2018-ci ildə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onunla birgə nikahdan xx.xx.2019-cu il tarixdə Nadir adlı övladı doğulmuşdur. Ailə qurduqdan təxminən altı ay sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq qızı Zərərçəkmiş şəxs2 döymüş və ona fiziki və mənəvi şiddət göstərmişdir. Onun psixoloji pozuntusu olmasını əvvəl bilməmişdir. Narazılıq uzun müddət davam etmişdir. Onlar 2023-cü ilin yanvar ayının əvvəllərində məhkəmə qaydasında rəsmi olaraq boşanmışlar. Boşandıqdan sonra qızı Zərərçəkmiş şəxs2 onun və digər ailə üzvlərinin yaşadığı Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən evdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs bundan sonra dəfələrlə səbəb olmadan yaşadığı həmin evə gəlib dava-dalaş salmış, Zərərçəkmiş şəxs2, onun və ailə üzvlərinin, eləcə də qonşuların dincliyini və rahatlığını pozmuşdur. Dəfələrlə onun barəsində şikayət edilmişdir. Buna görə də 2023-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs azyaşlı övladının gözü qarşısında Zərərçəkmiş şəxs2 işgəncə verməklə və onu döyüb sağlamlığına qəsdən az ağır zərər vurması faktına görə barəsində Tovuz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb məhkəməyə göndərilmiş və cəzalandırılmışdır. Samir xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-GV- *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Tovuz rayonu Əyyublu kəndində onun yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs qapını sonra isə darvazanı döyəcləmiş, o özü evin darvazasının həyətyanı sahədə olan tərəfindən yəni darvazanın arxasından darvaza ilə təxminən 3 metr aralı məsafədə dayanmaqla eşitmişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs2, anası Zərərçəkmiş şəxs3 və azyaşlı nəvəsi Nadir də onun yaxınlığında darvazadan təxminən 3-4 metr aralı məsafədə dayanmışlar. Səslərini çıxarmamışlar ki, Təqsirləndirilən şəxs elə bilsin ki, evdə heç kəs yoxdur və çıxıb getsin. Lakin Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirmiş, Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasına keçməsini, qapını örtməsinin və avtomobilin motorunu işə salması səsini eşidib elə bilmişdir ki, çıxıb getmək istəyir. Təqsirləndirilən şəxs avtomobilin motorunu işə saldıqdan təxminən 1-2 dəqiqə sonra yüksək toqquşma səsi gəlmiş və darvazanın arxa kilidi əyilib açılmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-GV- *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə evin həyətyanı sahəsinə daxil olaraq avtomobilin qabaq hissəsi darvazadan evin həyətyanı sahəsinə daxil olaraq avtomobilin qabaq hissəsi ilə onu qəsdən vurub xəsarət yetirmiş, o zərbədən bir neçə metr arxaya sanki uçaraq həyətyanı sahənin beton döşəməsi üzərində yıxılıb qalmış və dəhşətli ağrıdan halsız vəziyyətə düşmüşdür. Sonradan bilmişdir ki, sağ baldır sümüyü sınmışdır. Yıxılıb qaldığı yerdən qalxa bilməsə də ətrafda baş verən hadisəni görüb müşahidə etmişdir. Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasından düşərək Zərərçəkmiş şəxs2 üzərinə gəlib bədəni üzərinə yumruğu ilə qəsdən zərbələr vurmuş, sonra isə onu dəmir darvazaya qəsdən çırparaq başına xəsarət yetirmişdir. Anası Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs aralamaq istəyəndə Təqsirləndirilən şəxs onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs3 müqavimət göstərərək təpiyi ilə onun qarın hissəsinə bir dəfə zərbə vurmuş, Zərərçəkmiş şəxs3 təkrar onun üzərinə gəlib əli ilə onun ağzından tutmaq istəyəndə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 sol əlin ikinci barmağını dişləyərək xəsarət yetirmişdir. Həmin vaxt azyaşlı nəvəsi Nadir bu hadisəni görüb ağlamışdır. Yerindən qalxa bilmədiyi üçün qışqırıb kömək istəmişdir. Təqsirləndirilən şəxs azyaşlı övladının ağlamasına, onlara qarşı fiziki zorakılıq edib qəsdən xəsarətlər yetirməklə sakitləşməyib evin həyətyanı sahəsində olan bir neçə gül dibçəklərini əlinə götürüb yerə çırparaq zədələyib məhv etmişdir. Həmin vaxt isə oraya xeyli sayda təxminən 20-30 nəfər küçə sakinləri toplaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri birlikdə cəmi 20-25 dəqiqə vaxt çəkmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs halsızlaşmış və sonra polis sahə rəisi oraya gəlib onu və onun idarə etdiyi “Mitsubishi Pajero” markalı, **- GV-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini aparmışdır. Təqsirləndirilən şəxs hadisəni sərxoş vəziyyətdə törətmişdir. Zərərçəkmiş şəxs2 və anası Raya özlərini qorumaq və Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq üçün onu əli ilə cırmaqlamışlar. Təqsirləndirilən şəxs şikayətçidir onun barəsində ağır cəza verilməsini xahiş edir. Əks halda apelyasiya şikayəti verəcək. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 2018-ci ildə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onunla birgə nikahdan xx.xx.2019-cu il tarixdə Nadir adlı övladı doğulmuşdur. Ailə qurduqdan təxminən altı ay sonra Təqsirləndirilən şəxs hər gün onu döymüş və ona fiziki və mənəvi şiddət göstərmişdir. Onun psixoloji pozuntusu olmasını əvvəl bilməmişdir. Narazılıq uzun müddət davam etmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində məhkəmə qaydasında rəsmi olaraq boşanmışlar. Boşandıqdan sonra o azyaşlı övladı ilə birgə valideynlərinin yaşadığı Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən evdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs bundan sonra dəfələrlə səbəb olmadan yaşadığı həmin evə gəlib dava-dalaş salmış onun və ailə üzvlərinin, eləcə də qonşuların dincliyini və rahatlığını pozmuşdur. Dəfələrlə onun barəsində şikayət etmişdir. Buna görə də 2023-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 işgəncə verməklə döyüb sağlamlığına qəsdən az ağır zərər vurmasına görə məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Tovuz rayonu Əyyublu kəndində yaşadığı valideynlərinə məxsus evə gəlmiş, küçədə dayanıb qapını döymüş və o, Samirdən qorxduğu üçün qapını açmamışdır. Bundan sonra evin işıqları sönmüş, sonradan bilmişdir ki, Samir küçədə olan sayğacdan elektriki kilidləmişdir. Samir qapını sonra isə darvazanı döyəcləmiş, o özü evin darvazasının həyətyanı sahədə olan tərəfindən yəni darvazanın arxasından darvaza ilə təxminən 3 metr aralı məsafədə dayanmaqla eşitmişdir. Həmin vaxt anası Zərərçəkmiş şəxs1 və onun anası, yəni nənəsi Zərərçəkmiş şəxs3 və azyaşlı oğlu Nadir də onun yaxınlığında darvazadan təxminən 3-4 metr aralı məsafədə dayanmışlar. Səslərini çıxarmamışlar ki, Təqsirləndirilən şəxs elə bilsin ki, evdə heç kəs yoxdur və çıxıb getsin. Lakin Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirmiş, sonra Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasına keçməsini, qapını örməsinin və avtomobilin motorunu işə salması səsini eşidib elə bilmişdir ki, çıxıb getmək istəyir. Təqsirləndirilən şəxs avtomobilin motorunu işə saldıqdan təxminən 1-2 dəqiqə sonra yüksək toqquşma səsi gəlmiş və darvazanın arxa kilidi əyilib açılmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-GV-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə evin həyətyanı sahəsinə daxil olaraq avtomobilin qabaq hissəsi darvazadan evin həyətyanı sahəsinə daxil olaraq qabaq hissəsi ilə anası Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 zərbədən bir neçə metr arxaya sanki uçaraq həyətyanı sahənin beton döşəməsi üzərində yıxılıb qalmış və halsız vəziyyətə düşmüşdür. Sonradan bilmişdir ki, anası Zərərçəkmiş şəxs1 sağ baldır sümüyü sınmışdır. Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasından düşərək üzərinə gəlib bədəni üzərinə yumruğu ilə qəsdən zərbələr vurmuş, sonra isə onu dəmir darvazaya qəsdən çırparaq başına xəsarət yetirmişdir. Nənəsi Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs aralamaq istəyəndə Təqsirləndirilən şəxs onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan nənəsi Zərərçəkmiş şəxs3 müqavimət göstərərək təpiyi ilə onun qarın hissəsinə bir dəfə zərbə vurmuş, Zərərçəkmiş şəxs3 təkrar onun üzərinə gəlib əli ilə onun ağzından tutmaq istəyəndə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 sol əlin ikinci barmağını dişləyərək xəsarət yetirmişdir. Həmin vaxt azyaşlı övladı Nadir bu hadisəni görüb ağlamış, Samir bir neçə gül dibçəklərini əlinə götürüb yerə çırparaq zədələyib məhv etmiş, həmin vaxt isə oraya xeyli sayda təxminən 20-30 nəfər küçə sakinləri toplaşmışlar. Təqsirləndirilən şəxs onu sakitləşdirmək istəyən bir neçə şəxsləri hədələyərək yaxınlaşmamalarını tələb etmiş, onlara ona yaxınlaşsalar onlara da xəsarət yetirəcəyi ilə hədələmişdir. Samirin bu hərəkətləri isə 20-25 dəqiqə vaxt çəkmiş hadisədən sonra Təqsirləndirilən şəxs halsızlaşmış və sonra polis sahə rəisi oraya gəlib onu və onun idarə etdiyi “Mitsubishi Pajero” markalı, **- GV-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini aparmışdır. Təqsirləndirilən şəxs göstərdiyi hərəkətləri sərxoş vəziyyətdə törətmişdir. O özü, nənəsi Zərərçəkmiş şəxs3 özlərini qorumaq və Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq üçün onu əllləri cırmaqlamışlar. Təqsirləndirilən şəxs halı pisləşməsə idi, polis sahə rəisi oraya gəlib onu aparmasa idi və orada olan şəxslər onu sakitləşdirməyə cəhd etməsələr idi Təqsirləndirilən şəxs həmin avtomobil ilə, əli ilə və ya başqa əşyalardan silah qismində istifadə edərək ona, anası Zərərçəkmiş şəxs1 və nənəsi Zərərçəkmiş şəxs3 daha ağır xəsarət yetirərdi. O Təqsirləndirilən şəxs şikayətçidir, ona qauni cəza verilməsini xahiş edir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qız nəvəsidir. Yəni qızı Zərərçəkmiş şəxs1 qızıdır. Zərərçəkmiş şəxs2 2018-ci ildə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş,onunla birgə nikahdan xx.xx.2019-cu il tarixdə Nadir adlı övladı doğulmuşdur. Ailə qurduqdan təxminən altı ay sonra Təqsirləndirilən şəxs hər gün Zərərçəkmiş şəxs2 döymüş və ona fiziki və mənəvi şiddət göstərmişdir. Onun psixoloji pozuntusu olmasını əvvəl bilməmişdir. Narazılıq uzun müddət davam etmişdir. 2023-cü ilin yanavar ayının əvvəllərində Məhkəmə qaydasında rəsmi olaraq boşanmışlar. Boşandıqdan sonra Zərərçəkmiş şəxs2 azyaşlı övladı ilə birgə valideynlərinin yaşadığı Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən evdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs bundan sonra dəfələrlə səbəb olmadan yaşadığı həmin evə gəlib dava-dalaş salmış onun və ailə üzvlərinin, eləcədə qonşuların dincliyini və rahatlığını pozmuşdur. Dəfələrlə onun barəsində şikayət etmişdir. Buna görə də 2023-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs1 işgəncə verməklə döyüb sağlamlığına qəsdən az ağır zərər yetirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-GV-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Zərərçəkmiş şəxs2 Tovuz rayonu Əyyublu kəndində yaşadığı valideyinlərinə məxsus evə gəlmiş, küçədə dayanıb qapını döymüş və o, Samirdən qorxduğu üçün qapını açmamışdır. Bundan sonra evin işıqları sönmüş, sonradan bilmişdir ki, Samir küçədə olan sayğacdan elektriki kilidləmişdir. O, qapını sonra isə darvazanı döyəcləmiş, o özü evin darvazasının həyətyanı sahədə olan tərəfindən yəni darvazanın arxasından darvaza ilə təxminən 3 metr aralı məsafədə dayanmaqla eşitmişdir. Həmin vaxt o, özü, qızı Zərərçəkmiş şəxs1 və nəvəsi Zərərçəkmiş şəxs2 və azyaşlı oğlu Nadir də onun yaxınlığında darvazadan təxminən 3-4 metr aralı məsafədə dayanmışlar. Səslərini çıxarmamışlar ki, Təqsirləndirilən şəxs elə bilsin ki, evdə heç kəs yoxdur və çıxıb getsin. Lakin Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirmiş, sonra Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasına keçməsini, qapını örtməsinin və avtomobilin motorunu işə salması səsini eşidib elə bilmişdir ki, çıxıb getmək istəyir. Təqsirləndirilən şəxs avtomobilin motorunu işə saldıqdan təxminən 1-2 dəqiqə sonra yüksək toqquşma səsi gəlmiş və darvazanın arxa kilidi əyilib açılmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-GV-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə evin həyətyanı sahəsinə daxil olaraq avtomobilin qabaq hissəsi darvazadan evin həyətyanı sahəsinə daxil olaraq qabaq hissəsi ilə Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 zərbədən bir neçə metr arxaya sanki uçaraq həyətyanı sahənin beton döşəməsi üzərində yıxılıb qalmış və halsız vəziyyətə düşmüşdür. Sonradan bilmişdir ki, qızı Zərərçəkmiş şəxs1 sağ baldır sümüyü sınmışdır. Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasından düşərək Gülnarın üzərinə gəlib onun bədəni üzərinə yumruğu ilə qəsdən zərbələr vurmuş, sonra isə onu dəmir darvazaya qəsdən çırparaq başına xəsarət yetirmişdir. O, özü Təqsirləndirilən şəxs aralamaq istəyəndə Təqsirləndirilən şəxs ona müqavimət göstərərək təpiyi ilə onun qarın hissəsinə bir dəfə zərbə vurmuş, o, təkrar Təqsirləndirilən şəxs üzərinə gəlib əli ilə onun ağzından tutmaq istəyəndə Təqsirləndirilən şəxs onun sol əlinin ikinci barmağını dişləyərək xəsarət yetirmişdir. Həmin vaxt azyaşlı Nadir bu hadisəni görüb ağlamış, Samir bir neçə gül dibçəklərini əlinə götürüb yerə çırparaq zədələyib məhv etmiş, həmin vaxt isə oraya xeyli sayda təxminən 20-30 nəfər küçə sakinləri toplaşmışlar. Təqsirləndirilən şəxs onu sakitləşdirmək istəyən bir neçə şəxsləri hədələyərək yaxınlaşmamalarını tələb etmiş, onlara ona yaxınlaşsalar onlara da xəsarət yetirəcəyi ilə hədələmişdir. Samirin bu hərəkətləri isə 20-25 dəqiqə vaxt çəkmiş hadisədən sonra Təqsirləndirilən şəxs halsızlaşmış və sonra polis sahə rəisi oraya gəlib onu və onun idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-GV-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini aparmışdır. Təqsirləndirilən şəxs göstərdiyi hərəkətləri sərxoş vəziyyətdə törətmişdir. O özü, nəvəsi Zərərçəkmiş şəxs2 özlərini qorumaq və Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq üçün onu əlləri cırmaqlamışlar. Təqsirləndirilən şəxs halı pisləşməsə idi, polis sahə rəisi oraya gəlib onu aparmasa idi və orada olan şəxslər onu sakitləşdirməyə cəhd etməsələr idi Təqsirləndirilən şəxs həmin avtomobil ilə, əli ilə və ya başqa əşyalardan silah qismində istifadə edərək ona, qızı Zərərçəkmiş şəxs1 və nəvəsi Gülnarə İsrafilovaya daha ağır xəsarət yetirərdi. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində qanuni cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilən Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hər dəfə uşağı ilə görüşməyə gələndə orada səs-küy törədir, əxlaqsız və nalayiq ifadələr işlədir, bütün qonşuların rahatşılığını pozur. Hadisə olan gün o hadisə yerinə onda çatdıqda, maşın artıq darvazadan içəri girmişdi. Raisə yerdə uzanıqlı vəziyyətdə, ayağı qırılmış vəziyyətdə idi. Samir qoltuğunun altında uşağını aparırdı, keçmiş həyat yoldaşı Gülnarı da sürüyüb aparırıdı. O da həmin vaxt qışqırırdı. Uşaq da xırıldayırdı, dili çöldə qalmışdı. O Samirdən xahiş etmişdir ki, belə etməsin. Onu eşitməyib, heç bir əhəmiyyət verməmişdir. Gülnarın başını həmin vaxt vurub partlatdı. Heç kim Samirin söyüşünə dözməli deyil. Gülnarı aparanda saçından sürüyüb aparırdı. Həmin vaxt uşağı əlindən nənəsi və o almışdır. Uşaq qorxusundan özünü də batırmışdı. Söyüşü hamıya edirdi. Kimsə Samirə yaxınlaşıb bu hərəkətlərini dayandırmağı tələb edəndə o heç kimə məhəl qoymayaraq söyüş söyürdü. Uşağı qucağında, Gülnarı isə sürüyüərək evdən gətirirdi. Rayanın barmağı Samirin ağzında idi. Gülnarın başını darvazın yanındakı betona çırparaq onun başını yardı. İş üzrə şahid qismində dindirilən Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi onlarla qohum olduqdan sonra tanımışdır. Hadisə baş verən gün səs-küyə evə gəldikdə maşının qapıyı qırıb evin həyətinə daxil olduğunu görmüşdür. Əvvəllər də Samir keçmiş arvadı Gülnargilə gələn zaman bu hərəkətləri etmişdir. Həyətə daxil olanda görmüşdür ki, Raisə yerdə ayağı qırılıb, Gülnarın başı yarılıb qan axır. Orada olarkən küçədə yaşayan bir neçə qonşu da orada olmuşdur. Samir polislər gəldikdən sonra sakitləşdi. Samirin polisin gəlməsindən qabaq küçə söyüşləri işlədərək səs-küy salırdı. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərlə qonşuluqda yaşayır. Küçəyə çıxıb Raisəgilin yaşadığı evə tərəf getmişdir. Ora gedərkən yolda Nadiri bir uşağın qucağına götürüb apardığını görmüşdür. Raisəgilin yaşadığı həyətə girərkən Raisənin yerdə ayağının qırıldığını görmüşdür. Bundan başqa Gülnarın da başının yarıldığını görmüşdür. Həmin vaxt Samir qışqırırıdı. Polis gəldikdən sonra Samir sakitləşmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İşin İ cild 26-cı vərəqəsində olan 20 dekabr 2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 596 saylı tibbi müayinə protokolundan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30-da yüngül dərəcəli alkoqol sərxoşu olduğu müəyyən olunur. Cinayət işinin İ cild 202-203-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 xx.xx.2024-cü il tarixli, 20 nömrəli məhkəmə tibbi ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ baldır sümüklərinin qapalı sınığı və sağ diz oynağının hemartrozu küt əşyanın (əşyaların) təsirindən yetirilmişdir, onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşin İ cild 206-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 xx.xx.2024-cü il tarixli, 21 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət-başın əzilmiş yarasından sonrakı çapığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin İ cild 207-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 xx.xx.2024-cü il tarixli, 22 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarət-sol əlin İİ barmağının dişlənmiş yarası iki bərk küt əşya arasında sıxılma nəticəsində onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İşin İ cild 209-211-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 X6 regional ambulator şöbəsinin 02 fevral 2024-cü il tarixli 75 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş koskin polimorf pozuntudan sonraki psixopatabənzər davraniş xbt 10 (Psixi va davranış pozuntularının beynalxalq tasnifatmın 10-cu baxış) 23.0 xəstəliyindan əziyyət çakir. Təqsirləndirilan şaxs Təqsirləndirilən şəxs keçirilmiş koskin polimorf pozuntudan sonrakı psixopatabənzər davraniş xbt 10 (Psixi va davranış pozuntularının beynalxalq təsnifatın 10-cu baxış) 23.0 xəstəliyi keçirməsina baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, hadisəni törətdiyi zaman öz hərəkətlərini idarə etmək və öz hərəkətlərinin mənasını başa düşmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, halhazırda da öz hərəkətlərini idarə etmək va öz hərəkətlərinin mənasını başa düşmək iqtidarındadır. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini dərk etmək va ya idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək va ya idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işi İ cild 191-ci vərəqəsində olan Tovuz rayonu "xxxx" Firmasının xx.xx.2024-cü il tarixli 537 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bir ədəd 25 sm diametrində kauçuk materialdan olan dibçəkdə əkilmiş 1-illik Yuka növlü gülün dibçəklə birlikdə orta bazar pərakəndə satış qiyməti 18 (on səkkiz) manat olmuşdur. İşin İ cild 192-ci vərəqəsində olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 101 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evin darvazasının göstəriciləri ilə eyni olan istifadə edilməmiş oxşar darvazanın hazırlanma və satış qiyməti Tovuz rayon ərazisində 1900 (bir min doqquz yüz) – 2000 (iki min) manat ola bilər. Həmin darvazanın səthinin rənglənməsində avtomobil boyasından istifadə edilmiş, darvazanın səthi boyasının müxtəlif yerləri və dəmir hissələri zədələnməklə göstərilən zədələnən hissələrinin tam bərpasının dəyəri 400 (dörd yüz) manat məbləğində qiymətləndirilir. Məhkəmə sübutlara qiymət verərkən, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatəti müzakirə edərək hesab edir ki, hadisə yerinə baxış prtokolu tərtib olunarkən, heç bir pozuntuya yol verilməmiş və həmin prtokolun sübutlar sırasından çıxarılması üçün əsaslar yoxdur. Ona görə də həmin protokol sübutlar sırasından çıxarılmamalı və digər sübutlarla birlikdə işin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə həmin sübutun hadisə zamanı dəymiş zərərlə əlaqəli olmasını, həmçinin digər sübutlarla təkzib olunmadığını qeyd edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl xuliqanlıq kimi qiymətləndirilməlidir. Məhkəmə bu nəticəyə gələrkən şahid ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş videogörüntünü də nəzərə alır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt davada iştirak edən şəxslərdən başqa zərəçəkmiş şəxslərin qonşuları orada olmuşdur. Qonşuların orada olması Təqsirləndirilən şəxs bütün bunlara baxmayaraq mübahisəni davam etdirməsi onun qonşuların qarşısında ictimai qaydanı kobud surətdə pozması kimi qiymətləndirilir. Həmçinin zor tətbiq edərək avtomobildən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 sağlamlığına zərər vurması eyni zamanda onun hərəkətlərinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs3 xəsarət yetirməsi qərəzli hərəkətlərin törədilməsi ilə edilən əməldə xuliqanlıq əməlinin tam təsdiq olunmasını məhkəmə qeyd edir. «Xuliqanlıq» ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsində ifadə olunur. Təqsirləndirilən şəxsin hərəkəti zərərçəkmiş şəxslərə qarşı zor tətbiq olunması ilə müşayiət olunmuş, ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmişdir. Habelə həmin hərəkətlərlə zərərçəkmiş şəxslərin əmlaklarını məhv etmiş və zədələmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 fevral 2006-cı il tarixli (17 mart 2006-cı il tarixdə dərc edilmişdir) qərarında göstərilir ki, xuliqanlıq– öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini– ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirilir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir. İctimai qaydanın kobud surətdə pozulması; Cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; Vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Konstitusiya Məhkəməsinin həmin qərarına görə bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Həmin qərara görə ictimai qaydanı kobud surətdə pozan hərəkətlər– təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər– təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göstərilən hərəkətlərdə yuxarıda sadalanan əlamətlərin hamısı olduğuna görə əməl xuliqanlıq kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin şərhinə görə cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Göstərilənlər həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da öz əksini tapmışdır. Bələ ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında 1№li qərarının 2-ci bəndində göstərilir ki, izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafındakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyatına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Plenum Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqlənməsi zəruriyyətinə cəlb edilsin, izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələr ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə qiymət verərək və Konstitusiya Məhkəməsinin məlum hər iki şərhinə və Ali Məhkəmənin Plenum Qərarının tövsiyələrinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində «xuliqanlıq» cinayətinin əlamətləri mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs öz uşağı ilə ünsiyyət saxlaması məqsədi ilə (Təqsirləndirilən şəxs ifadəsində ora gedişinin məqsədi belə qeyd olunur) sərxoş vəziyyətdə zərəçəkmiş şəxslərin yaşadığı evə daxil olmasıdır. Təqsirləndirilən şəxs bu üslubda və qanunun tələbini pozmaqla uşağı ilə görüşmək istəyinə məhkəmə tənqidi yanaşır. Onun əməlinin mülki hüquqi tənzimlənməsi mövcud olduğu halda aqressiya nümayiş etdirərək həm zərəçəkmiş şəxslərin, həm də ətrafda yaşayan şəxslərin qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həyətə maşınla qapını qıraraq daxil olduqdan sonra da ucadan nalayiq ifadələr işlətməsi və qonşuların da onu sakitləşdirə bilməməsi, orada olan zərərçəkmiş şəxslərin əmlaklarına zərər yetirməsi onun nümayişkaranə şəkildə ictimai qaydanı kobud surətdə pozaraq zərərçəkmiş şəxslərə xəsarət yetirməsi Təqsirləndirilən şəxs niyyətinin əxlaq normalarını pozmaq, həmin normalara etinasız münasibət göstərmək, şəxsi münasibətləri zəminində yaranmış problemləri həll etmək olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin əlamətləri mövcuddur. Eyni zamanda təqsirləndirilən şəxs həmin hərəkətləri ilə xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə iztirablar verməklə, həmçinin xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla zərərçəkmişlərə xəsarət yetirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə tövsif olunmalıdır. İşin İ cild 130-cu vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 150-151-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən olunur. İşin İ cild 181-184-cü vərəqəsində olan Tovuz Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin İ cild 185-189-cu vərəqəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təyin edilmiş cəza ağırlaşdırılaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 1(102)-2011/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il 06 (altı) ayadək endirilmişdir. Cinayət işinin İ cild 127-129-cu vərəqəsində olan Tovuz Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarından görünr ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, hallarını və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olduğunu, cəzanı ağırlaşdıran halın isə olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən olunmuş növdə və həddə cəza təyin olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin nəyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- 03 ədəd, içərisində məhv olmuş güllər olan dibçəklər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili isə X1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs1 əmlakına vurulmuş cəmi 454 (dörd yüz əlli dörd) manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınmaldır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanması yolu ilə Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaq yolu ilə ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar- 03 ədəd, içərisində məhv olmuş güllər olan dibçəklər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili isə X1 qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs1 əmlakına vurulmuş cəmi 454 (dörd yüz əlli dörd) manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar