Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-50/2023 12.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Tovuz rayonu Kirən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu Hacıhəsənli kəndində qeydiyyatda olmaqla Tovuz rayonu, Qovlar şəhəri, X4 küçəsi, ev 8 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə, gecə saat 03 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu Qovlar şəhəri, X4 küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindəki dəmir barmaqlıqları dəmir armaturla sındırıb pəncərəni açaraq həmin pəncərədən yaşayış evinə qanunsuz daxil olmaqla, evin birinci mərtəbəsindəki otağından sonuncuya məxsus 220 (iki yüz iyirmi) manat dəyərində bir ədəd “LG” markalı 32 düyümlü televizoru, yaşayış evinin ikinci mərtəbəsindəki otaqdan bir ədəd 240 (iki yüz qırx) manat dəyərində Türkiyə istehsalı olan “Yagona 0413 T” markalı qarışıq rəngli, 3x4 ölçülü yun xalçanı, yaşayış evinin birinci mərtəbəsindəki hamam otağında olan bir ədəd 80 (səksən) manat dəyərində “Quics”markalı, “Q-1865” modelli, 8 kiloqramlıq paltaryuyan maşını, bir ədəd 15 (on beş) manat dəyərində “Texnolux” markalı, “TSİ-8817” modelli, 2000 W-luq ütünü, beş ədəd hər birinin qiyməti 20 (iyirmi) manat olmaqla cəmi 100 (bir yüz) manat dəyərində Azərbaycan Respublikasında istehsal olunmuş təzə işlənməmiş tək çarpayılıq ipək parçadan hazırlanmış yorğan üzünü, doqquz ədəd hər birinin qiyməti 15 (on beş) manat olmaqla cəmi 135 (bir yüz otuz beş) manat dəyərində kətan parçadan hazırlanmış, Türkiyə istehsalı olan, 2x1 ölçüdə, işlənməmiş təzə mələfəni, bir ədəd 1020 (bir min iyirmi) manat dəyərində, 12 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan boyunbağını, yaşayış evinin birinci mərtəbəsində olan əlli kq çəkidə, hər kq 0,80 manat olmaqla cəmi 40 (qırx) manat dəyərində bir kisə kartofu, otuz kq çəkidə, hər kq 0,60 manat olmaqla cəmi 18 (on səkkiz) manat dəyərində bir kisə soğanı, beş kq çəkidə, hər kiloqramı 1,50 (bir manat əlli qəpik) manat olmaqla cəmi 7,50 (yeddi manat əlli qəpik) manat dəyərində şəkər tozunu (pesok), üç kq çəkidə 17,50 (on yeddi manat əlli qəpik) manat dəyərində “Ariel” markalı yuyucu tozunu (paraşok), üç ədəd hər biri 30 (otuz) manat dəyərində olmaqla cəmi 90 (doxsan) manat dəyərində 2x1 ölçüdə Türkiyə istehsalı olan yun adyalı, altı ədəd hər biri 15 (on beş) manat olmaqla cəmi 90 (doxsan) manat dəyərində Türkiyə istehsalı olan, işlənməmiş təzə döşək üzünü, üç ədəd hər birinin qiyməti 15 (on beş) manat olmaqla cəmi 45 (qırx beş) manat dəyərində işlənməmiş təzə iki çarpayılıq döşək üzünü, bir ədəd 20 (iyirmi) manat dəyərində Türkiyə istehsalı olan üçkünc yun qadın baş şalını, bir ədəd 30 (otuz) manat dəyərində Türkiyə istehsalı olan təzə yun qadın jaketini, dörd ədəd hər birinin qiyməti 15 (on beş) manat olmaqla cəmi 60 (altmış) manat dəyərində Azərbaycan Respublikasında istehsal olunmuş iki nəfərlik çarpayı üçün nəzərdə tutulmuş ipək parçadan yorğan üzünü və bir ədəd 50 (əlli) manat dəyərində Türkiyə istehsalı olan qadın donunu, cəmi Zərərçəkmiş şəxs məxsus 2,278 (iki min iki yüz yetmiş səkkiz) manat dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu Qovlar şəhər sakini Zərərçəkmiş şəxs tanıyır, onunla uzaq qohumluq əlaqələri var, sözügedən hadisə baş verənə kimi onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxslə onlar qonşu yaşayırlar. O, təxminən 2 il bundan əvvəl Ramilgilin heyvanlarına çobanlıq etmişdir, həmin vaxt Ramilin ona əmək haqqı kimi verməli olduğu 300 manat pul borcu qalmışdır. O, həmin pulu Ramildən dəfələrlə istəmiş, ancaq o onun pulunu verməmişdir, ona demişdir ki, işdən yarımçıq çıxdığı üçün ona əmək haqqı düşmür. Buna görə də o Ramildən həmin pulun əvəzini başqa yolla çıxmaq haqqında fikirləşmişdir. 2022-ci ilin noyabr ayının birinci ongünlüyündə Ramil Bakı şəhərinə getmiş, anası isə Ceyrançöldə olmuş, onların evlərində heç kim yox olmamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində o öz yaşadığı evdə olmuşdur, yata bilməmişdir. Birdən Ramilin onun pulunu vermədiyi yadına düşmüş, o onların evlərində heç kimin olmadığı üçün belə qərara gəlmişdir ki, gedib Ramilin evindən oğurluq etsin. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində o Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etmək məqsədilə öz yaşadığı evdən təkcə çıxıb qonşuluqda yaşayan Ramilin evinin həyətinin ətrafındakı hasardan aşıb onların həyətinə keçmişdir. Həyətdən evin birinci mərtəbəsindəki pəncərənin dəmir barmaqlıqlarını həyətdən tapdığı dəmir armaturla sındırıb pəncərəni itələyib açmış, sonra həmin pəncərədən evin birinci mərtəbəsinə girmişdir. Pəncərədən içəri girdiyi otaqda olan bir ədəd televizoru götürüb pəncərədən çölə çıxmış aparıb həmin televizoru öz evlərindəki boş yardımçı otağa qoyub geri qayıtmışdır. Bundan sonra həmin televizoru götürdüyü otaqdakı bükülü vəziyyətdə divara söykədilmiş bir ədəd xalçanı da götürüb yenə pəncərədən çölə çıxmışdır, həmin xalçanı da öz evlərinə aparmış, onu da həmin televizoru qoyduğu otağa qoyub yenə geri qayıtmışdır. Həmin otağın baş tərəfindəki hamam otağında olan bir ədəd paltaryuyan maşını götürüb pəncərədən çölə çıxartmışdır, sonra həmin paltaryuyanı da götürüb öz evlərinə aparıb evdə həmin əşyaları qoyduğu otağa qoymuşdur. Həmin əşyaları yığdığı otağın qapısını bağlamışdır ki, əşyaları heç kim görməsin, əşyalar həmin otaqda qalmışdır. Həmin hadisədən 3 gün keçəndən sonra onu polis şöbəsinə dəvət edəndə o hadisəni olduğu kimi danışmış və həmin evdən oğurladığı əşyaların hamısını təhqiqatçı Saleh Həsənova təqdim etmişdir, həmin vaxt baxanda görmüşdür ki, paltaryuyan maşının içərisində paltarlar və bir ədəd ütü var. O, həmin əşyaları Zərərçəkmiş şəxs ona olan borcunun əvəzinə oğurlamışdır. O, yuxarıda da göstərdiyi kimi Zərərçəkmiş şəxs evindən bir ədəd LG markalı televizor, bir ədəd paltaryuyan maşın, bir ədəd xalça oğurlamışdır. Sonradan paltaryuyan maşını açıb baxanda görmüşdür ki, paltaryuyan maşının içərisində bir ədəd ütü, bir neçə ədəd yorğan-döşək üzləri, qadın paltarları var. O, həmin əşyaların paltaryuyan maşının içərisində olmasını yalnız həmin əşyaları Qovlar PB-də təhqiqtaçı Saleh Həsənova təqdim edəndə görmüşdür. Həmin əşyalardan başqa o Zərərçəkmiş şəxs evindən heç bir əşya oğurlamamışdır. O, həmin evdən qızıl boyunbağı, soğan, kartof, şəkər tozu, yuyucu toz və sair əşyalar oğurlamamışdır. O, Zərərçəkmiş şəxs yaşayış evinə girəndə və oradan oğurluq edib çıxanda küçədə ətrafda heç kim olmamışdır, onun həmin evə girməyini və həmin evdən oğurluq edib çıxdığını heç kim görməmişdir.O, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluğu tək etmişdir, onunla birlikdə heç kim olmamışdır. Oğurluq etməyi barədə mən heç kimə heç nə bildirməmişdir. Hazırda törətdiyi oğurluq əməlindən peşmandır. Zərərçəkmiş şəxs 1 ədəd LG markalı televizor, 1 ədəd xalça, 1 ədəd paltaryuyan maşın, 1 ədəd ütü, 3 ədəd döşək üzü,1 ədəd qadın donu 1 ədəd qadın baş şalının cəmi 700 (yeddi yüz) manat dəyərində əmlaklar qaytarılmışdır. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Hal hazırda Bakı şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu üçün müvəqqəti olaraq Bakı şəhərində kirayədə yaşayır. Onun Tovuz rayonu Qovlar şəhəri X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evi var, anası fermada yaşadığı üçün o, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gedəndə həmin evin qapı və pəncərələrini bağlayıb Bakı şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə qardaşı Nəcəf ona zəng vurub demişdir ki, niyə evin qapısını açıq qoyub gedibsən. O, qardaşına demişdir ki, evdən çıxanda qapını və pəncərələri bağlayıb gəlmişdir. Qardaşı Nəcəf gedib evə baxanda görüb ki, evdəki əşyalar oğurlanıb. O, qardaşı Nəcəfə demişdir ki, sən 102 xidmətinə zəng vur məlumat ver mən də gəlirəm. Həmin günün səhəri günü o Tovuz rayonu, Qovlar şəhərində yerləşən evlərinə gedəndə görmüşdür ki, kimsə evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırıb pəncərədən evə girib evdə olan bir ədəd LG markalı 82 dioqanallı işlək vəziyyətdə olan 500 manat dəyərində televizor, bir ədəd 300 manat dəyərində Türkiyə istehsalı olan 3x4 ölçüdə xalça, 1 ədəd Quiks markalı işlək vəziyyətdə olan 150 manat dəyərində olan paltaryuyan maşın, 1 ədəd 20 manat dəyərində Texnolux markalı işlənmiş vəziyyətdə olan ütü, 1 ədəd 12 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan 1000 manat dəyərində boyunbağı, 1 kisə 50 kq. çəkidə 60 manat dəyərində kartof, 1 kisə 30 kq. çəkidə 15 manat dəyərində soğan, 5 kq 5 manat dəyərində şəkər tozu (pesok), 3 kq 9 manat dəyərində Ariel yuyucu tozu (paraşok), 3 ədəd hər birinin qiyməti 20 manat olmaqla cəmi 60 manat dəyərində Türkiyə istehsalı olan təzə işlənməmiş adyallar, 4 ədəd Azərbaycan istehsalı olan hər birinin qiyməti 15 manat olmaqla cəmi 60 manat dəyərində iki nəfərlik çarpayı üçün nəzərdə tutulmuş yorğan üzü, 5 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş hər birinin qiyməti 10 manat olmaqla cəmi 50 manat dəyərində təzə işlənməmiş tək çarpayılıq yorğan üzü, 9 ədəd Türkiyə istehsalı olan hər birinin qiyməti 6 manat olmaqla cəmi 54 manat dəyərində mənəfələr, 6 ədəd hər birinin dəyəri 10 manat olmaqla cəmi 60 manat dəyərində Türkiyə istehsalı olan işlənməmiş təzə döşək üzləri, 3 ədəd hər birinin qiyməti 20 manat olmaqla cəmi 60 manat dəyərində işlənməmiş təzə iki çarpayılıq döşək üzləri, 1 ədəd Türkiyə istehsalı olan 50 manat dəyərində təzə bir dəfə geyinilmiş qadın donu, 1 ədəd 35 manat dəyərində Türkiyə istehsalı olan geyinilməmiş üçkünc yün qadın baş şalı və 1 ədəd 60 manat dəyərində Türkiyə istehsalı olan geyinilməmiş təzə yun jaket oğurlanmışdır və ona ümumilikdə 2548 manat dəyərində ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onların evinin pəncərəsini sındırıb evlərinə qanunsuz girib evdəki əşyalarını oğurlayan şəxs onunla qonşu yaşayan Təqsirləndirilən şəxsdur. O,ərizə verəndə və təhqiqatçı Saleh Həsənova izahat verəndə də bildirmişdir ki, evdən dəqiq hansı əşyalarının oğurlandığını bilmir, evə təmiz baxmamışdır, ərizə və izahat verəndən sonra o evdəki bütün əşyalarını yoxlayıb görmüşdür ki, ərizəsində və izahatında göstərdikərindən əlavə evlərindən yuxarıda sadaladığı əşyaları da oğurlanmışdır. Onun hazırda ifadəsində göstərdiyi əşyaları oğurlanmışdır və ona ümumilikdə 2548 manat məbləğində ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan tam ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 ifadəsində göstərmişdir ki, hal hazırda Tovuz rayonu Qovlar şəhəri X.R.Ulutürk küçəsi ev 8-də yaşayır, kafedə xadiməlik etməklə dolanır. Təqsirləndirilən şəxs onun doğma oğludur, onunla birlikdə yaşayır. Tovuz rayonu, Qovlar şəhər sakini X1 tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. X2 qonşu yaşayırlar. Ramil dəfələrlə onun oğlu Eldənizi fermalarında çobanlıq etməyə aparıb sonra pulunu verməyib. xx.xx.2022-ci il tarixdə o evdə olan zaman polis əməkdaşları oğlu Təqsirləndirilən şəxsla birlikdə onların həyətinə gəlmişlər. Eldəniz həyətlərində baş tərəfdə yerləşən yaşayış olmayan yardımçı otağı göstərib bildirmişdir ki, qonşuları Zərərçəkmiş şəxs yaşayış evindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində oğurluq edərək oğurladığı əşyaları gətirib həmin yardımçı otağa yığmışdır. Polis əməkdaşları Eldənizlə birlikdə həmin yardımçı otağa baxış keçirmiş və oradan bir ədəd televizor, bir ədəd xalça, bir ədəd paltaryuyan maşın aşkar edib götürmüşlər. Həmin vaxt ona məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs qonşuları Zərərçəkmiş şəxs evindən oğurluq edib əşyaları yardımçı otağa yığıb orada saxlayıb. Oğlu Eldəniz oğurluq etməsi barədə ona heç nə bildirməmiş, o yalnız polis əməkdaşları Eldənizlə birlikdə həmin əşyaları müəyyən edəndə bilmişdir ki, Eldəniz oğurluq edib. Həmin yardımçı otaq məhlənin baş tərəfində yerləşir, oraya heç kim gedib gəlmir, həmin otaq boş olduğundan oradan istifadə etmirlər. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Tovuz rayonu, Qovlar şəhəri, X.R.Ulutürk küçəsi ev 20-də yaşayır, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun qardaşıdır, onlar qonşu yaşayırlar, Ramil Bakı şəhərində işləyir, anası isə fermada yaşayır. Tovuz rayonu Qovlar şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Onlar Təqsirləndirilən şəxsla da qonşu yaşayırlar. xx.xx.2022-ci il tarixdə gündüz saat 17 radələrində o görmüşdür ki, qardaşı Ramilin yaşadığı evin həyət darvazası geriyə açıq vəziyyətdədir, o gedib darvazanı bağlamaq istəyəndə görmüşdür ki, evin giriş qapısı da açıqdır. O, evə girib baxanda görmüşdür ki, evin birinci mərtəbəsində olan otaqdakı televizor yerində yoxdur, hamam otağına girəndə məlum olmuşdur ki, oradakı paltaryuyan maşında yerində yoxdur, sonra evin ikinci mərtəbəsinə qalxanda görmüşdür ki, ikinci mərtəbədəki otaqda olan xalça da yerində yoxdur. Daha sonra həyətə çıxanda görmüşdür ki, evin birinci mərtəbəsindəki otağın pəncərəsinin qarşısına vurulmuş dəmir barmaqlıqlar sındırılıb. O, başa düşmüşdür ki, evə oğru girib. Bundan sonra qardaşı Ramilə zəng vurub məlumat vermişdir ki, evin pəncərəsinin barmaqlıqları sındırılıb, evdən əşyalar oğurlanıb. Ramil ona demişdir ki, 102 xidmətinə məlumat ver. O, xx.xx.2022-ci il tarixdə özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla 102 xidmətinə zəng vurub qardaşı Zərərçəkmiş şəxs yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarının sındırılması və evdən oğurluq olması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Zərərçəkmiş şəxs evindən qonşuları Təqsirləndirilən şəxs oğurluq etmiş, evin əşyalarını oğurlayıb öz yaşadıqları evin həyətindəki yardımçı otağa gizlətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Baxış və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurlayaraq öz yaşadığı evin zirzəmisində gizlətdiyi 1 ədəd LG markalı televizoru, 1 ədəd xalçanı, 1 ədəd paltaryuyan maşını, 1 ədəd ütünü, 3ədəd döşək üzünü, 1 ədəd qadın donunu, bir ədəd qadın jaketini və 1 ədəd qadın baş şalını təqdim etmiş həmin əşyalara baxış keçirilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/614 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların təzə və istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2168,00 (555+1613) manat müəyyən edilir. 1 ədəd Koreya istehsalı olan “LG” markalı, “32LF550U” model, 32 düyümlü televizor – 220 manat, 1 ədəd türkiyə istehsalı olan “Yagona 0413 T” markalı qarışıq rəngli, 3x4 ölçülü yun xalça – 240 manat, 1 ədəd “Quics”markalı, “Q-1865” model, 8 kiloqramlıq paltaryuyan maşın – 80 manat, 1 ədəd “Texnolux” markalı, “TSİ-8817” model, 2000 W-luq ütü – 15 manat, 5 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş təzə işlənməmiş tək çarpayılıq ipək parçadan yorğan üzü, 1 ədədinin qiyməti 20 manat olmaqla cəmi – 100 manat, 9 ədəd Kətan parçadan hazırlanmış, Türkiyə istehsalı olan, 2x1 ölçüdə, işlənməmiş təzə mənəfələr, hər birinin qiyməti 15 manat olmaqla cəmi – 135 manat, 1 ədəd 12 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan boyunbağı (1 qr x 85 manat)- 1020 manat, 1 kisə 50 kq çəkidə orta kalibirli,Hollandiya sortu olan kartof hər kq 0,80 manat olmaqla cəmi – 40 manat, 1 kisə 30 kq çəkidə, hər kq 0,60 manat olmaqla soğan cəmi-18 manat, 5 kq şəkər tozu (pesok) hər kq 1,50 manat olmaqla cəmi-7,50, 3 kq Ariel markalı yuyucu tozu (paraşok) -17,50, 3 ədəd Türkiyə istehsalı olan təzə işlənməmiş 2x1 ölçüdə təzə işlənməmiş yun odeyallar, hər birinin qiyməti 30 manat olmaqla cəmi – 90 manat, 6 ədəd Türkiyə istehsalı olan, işlənməmiş təzə döşək üzləri hər birinin qiyməti 15 manat olmaqla cəmi-90 manat, 3 ədəd işlənməmiş təzə iki çarpayılıq döşək üzləri, hər birinin qiyməti 15 manat olmaqla cəmi- 45 manat, 1 ədəd Türkiyə istehsalı olan geyinilməmiş üçkünc yun qadın baş şalı-20 manat, 1 ədəd türkiyə istehsalı olan geyinilməmiş təzə yun qadın jaketi-30 manat, digər 2 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, istismar müddəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. Kirən kənd inzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Barəsində hər hansı ləkələyici məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qisminin ödənilməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Maddi sübut kimi tanınmış 1 ədəd LG markalı televizor, 1 ədəd xalça, 1 ədəd paltaryuyan maşın, 1 ədəd ütü, 3 ədəd döşək üzü, 1 ədəd qadın donu və 1 ədəd qadın baş şalından ibarət cəmi 700 (yeddi yüz) manat dəyərində əmlakların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 1 ədəd LG markalı televizor, 1 ədəd xalça, 1 ədəd paltaryuyan maşın, 1 ədəd ütü, 3 ədəd döşək üzü, 1 ədəd qadın donu və 1 ədəd qadın baş şalından ibarət cəmi 700 (yeddi yüz) manat dəyərində əmlakların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-50/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-50/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver