Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-52/2025 08.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1993-cü ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində B1, B, C1, C kateqoriyalı BD 303110 saylı sürücülük vəsiqəsi, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ əsasında idarə etdiyi anası X4 məxsus “Ford Transit” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Qovlar avtomobil yolunun Qovlar şəhəri, Vağzal küçəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almalı, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək əks istiqamətdə hərəkətdə olmaqla onun hərəkət zolağına daxil olmuş sürücü X5 idarə etdiyi “VAZ-21074” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-21074” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 ağciyərin cırılmış yaraları, döş sümüyünün sınığı, sol tərəfli İV, V, Vİ, Vİİ, Vİİİ, İX və X qabırğaların sınığı, ənsə, alın, qaşarası, burun, sol gözaltı, sağ said, sağ əl, hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və həmin xəsarətlərdən sol tərəfli qabırğaların və döş sümüyünün sınığı və sol ağciyərin cırılmasından törəyən kəskin qanitirmə nəticəsində hadisə yerində ölməsinə, eyni zamanda avtomobilin zədələnməsi nəticəsində X3 5200 (beş min iki yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin əvvəlki hökmdə verdiyi ifadəsi, ekspert rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır. Hazırda heç yerdə işləmir. Yol-nəqliyyat hadisəsi baş verdiyi tarixdə idarə etdiyi “Ford Transit” yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil anası X4 məxsus olmuş, o, həmin avtomobili etibarnamə və sürücülük hüququ əsasında idarə etmişdir. O, 31 yanvar 2022-ci il tarixdə, səhər saat 10 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndindən çıxıb idarə etdiyi avtomobillə “Qovlar-Tovuz” avtomobil yolunun sağ hərəkət zolağı ilə üzü Qovlar şəhəri istiqamətində hərəkətə başlamışdır. Həmin vaxt idarə etdiyi avtomobili 60-70 km/saat sürətlə öz hərəkət zolağında hərəkət etdirmişdir. İdarə etdiyi avtomobillə Qovlar şəhərində hərəkətdə olarkən hərəkət zolağında sol istiqamətdə olan dəmiryol keçidinə çatmağa az qalmış, yəni Qovlar şəhəri Vağzal küçəsi ərazisində idarə etdiyi avtomobillə əks hərəkət zolağı ilə Qovlar şəhəri istiqamətindən üzü Aşağı Quşçu kəndinə doğru hərəkətdə olan ağ rəngli, “VAZ-2107” minik markalı, dövlət qeydiyyat nişanı sonradan ona məlum olan avtomobilin sürücüsünün idarə etdiyi avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirdiyini görmüşdür. Həmin avtomobil idarə etdiyi avtomobilə çatmağa 5-10 metr məsafə qalmış “VAZ-2107” minik markalı, dövlət qeydiyyat nişanı sonradan ona məlum olan avtomobil anidən öz hərəkət zolağından çıxaraq onun hərəkət zolağına daxil olmuşdur. O, həmin avtomobilin öz hərəkət zolağından çıxaraq onun hərəkət zolağına daxil olduğunu gördükdə dərhal idarə etdiyi avtomobilin əyləcini sıxmış, lakin qarşıdan gələn “VAZ-2107” minik markalı avtomobil onun hərəkət zolağında idarə etdiyi avtomobilə çırpılmışdır. Bundan sonra o, avtomobildən düşmüş və “VAZ-2107” minik markalı avtomobilin sürücüsünə yaxınlaşmışdır. Avtomobildən düşüb toqquşduğu avtomobilə yaxınlaşanadək ətrafda olan tanımadığı şəxslər həmin vaxt huşsuz vəziyyətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünü avtomobildən düşürmüşlər. Bundan sonra X12 xidmətinə zəng edib tibbi yardım çağırmış, X12 avtomobili gələnədək ətrafda olan şəxslərdən sürücünü xəstəxanaya aparmağı xahiş etmişdir. Bu vaxt tanımadığı bir kişi öz avtomobili ilə “VAZ-2107” markalı minik avtomobilinin sürücüsünü xəstəxanaya aparmışdır. O, isə hadisə yerində qalıb polis əməkdaşlarını gözləmiş, polis əməkdaşları gəldikdən sonra hadisə yerinə baxış keçirilmişdir. O, qabaqlayıcı tədbir olaraq, hadisənin qarşısını almaq üçün idarə etdiyi “Ford Transit” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dərhal əyləcinə basmış, lakin həmin vaxt idarə etdiyi minik avtomobili ilə “VAZ-21074” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında məsafə çox az olduğundan yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Hazırda əməlindən peşmandır. Zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etsə də sonuncu onunla barışmamışdır. Odur ki, bu kimi halların nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxti və yeri barəsində məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirakının üzrlü hesab olunması barədə məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki hökmündən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu ilə barışmaq niyyəti yoxdur. Məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Tovuz rayon Qovlar şəhərində yaşayır. 31 yanvar 2022-ci il tarixdə saat 10 radələrində o, Zəyəm-Tovuz avtomobil yolunun üzü Aşağı Quşçu kəndi istiqamətində, yəni avtomobil yolunun sağ tərəf hissəsində yerləşən taxtaşalban satışı sexində olarkən dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli, “VAZ-2107” markalı avtomobilinin anidən hərəkət etdiyi öz hərəkət zolağından çıxaraq qarşı hərəkət zolağına, yəni avtomobil yolunu üzü Aşağı Quşçu kəndinə doğru sol tərəf hərəkət zolağına daxil olduğunu görmüşdür. Həmin vaxtı avtomobil yolunun Aşağı Quşçu kəndi istiqamətindən üzü Qovlar şəhər istiqamətinə doğru dövlət qeydiyyat nişanını xatırlamadığı “Ford Tranzit” markalı yük avtomobili də hərəkətdə olmuşdur. “VAZ-2107” markalı avtomobilin öz hərəkət zolağından çıxaraq əks hərəkət zolağına daxil olmasından 4-5 saniyə sonra “Ford Tranzit” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisədən dərhal sonra o, hər iki avtomobilə yaxınlaşmış və “VAZ-2107” markalı avtomobilin sürücüsünün hadisə yerində ölməsini görmüşdür. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2023-cü il tarixli 8/471 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Transit” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Tovuz Rayon Şöbəsinin 31 yanvar 2022-ci il tarixli 05 saylı ekspert rəyindən görünür ki, X5 meyiti üzərində müəyyən edilmiş xəsarətlər - sol ağciyərin cırılmış yaraları, döş sümüyünün sınığı, sol tərəfli İV, V, Vİ, Vİİ, Vİİİ, İX və X qabırğalarının sınığı, ənsə, alın, qaşarası, burun, sol gözaltı, sağ said, sağ əl, hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırları küt əşyaların təsirindən törənmişdir, xx.xx.2022ci il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 69 nömrəli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Transit” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2610 (iki min altı yüz on) manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 70 nömrəli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21074” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5200 (beş min iki yüz) manat maddi ziyan dəymişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 65 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz RQİ və TB şöbəsinin xx.xx.2023-cü il tarixli 016-549 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək “B1”, “B”, “C1”, “C” dərəcəli BD 303110 saylı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 8/3064 saylı ekspert rəyinin tədqiqatın nəticəsində göstərilir: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin vəsatətində göstərilən məlumatlar, yəni “VAZ-21074” markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda avtomobillər arasında 8-10 metr məsafənin olması və təhlükə yaranan andan toqquşmaya kimi 1 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında tədqiqat aparılmır. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford Transit” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Ford Transit” markalı avtomobil yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-21074” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X11 “VAZ- 21074” markalı avtomobil yaşayış məntəqəsində müksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli 8/770 saylı ekspert rəyinin tədqiqatın nəticəsində göstərilir: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə sürücü Təqsirləndirilən şəxs ifadəsində göstərilən məlumatlar, yəni “VAZ-21074” markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda avtomobillər arasında 10-15 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında tədqiqat aparılmır. Təhlükə yaranan andan toqquşmaya kimi 4-5 saniyə vaxtın keçməsi şəraitində “Ford Transit” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Ford Transit” markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, həmçinin hadisə yerində zərərçəkmiş şəxsə ilkin yardım edilməsini təşkil etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin qanunda qeyd olunan cəzanı yüngülləşdirən hallarla yanaşı, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 384 (üç yüz səksən dörd) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökmün icraya yönəldiyi vaxtdan, yəni onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 384 (üç yüz səksən dörd) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-52/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-52/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver